Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-564/2025 19.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazədə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1980-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Buludlu kəndi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədibiri seçilmiş və hazırda Azərbaycan Rsepublikası Ədliyyə Nazirliyinin Penitenisiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 sentyabr 2025-ci il tarixdə saat 01 radələrində ünvan 1 ünvanında «Bakı» kafesinə gəlib bir neçə saat əvvəl sərxoş halda kafeyə daxil olduqda səs-küy edərək konflikt yaratması səbəbindən buraxılmamasını bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə kafedə müştərilər Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 üzərinə hücum edib silah qismində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmş təsərrüfat-məişət təyinatlı soyuq silah olmayan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 sol qol və sağ əlindən vuraraq ona sağ əlin İ barmağının deşilmiş-kəsilmiş yarası, dərialtı hematoması, hərəkət məhdudluğu, sol milbilək və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağ əlin barmağının deşilmiş-kəsilmiş yarası, dərialtı hematoması, hərəkət məhdudluğu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, sol mil-bilək və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları isə sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən, eləcə də bıçaqla Mahir Həsənovun sağ qol və sağ çiyin nahiyəsindən vuraraq sonuncuya sol saidin səthi kəsilmiş yarası və sağ saidin sıyrığı kimi qəsdən sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək istintaq zamanı verdiyi ifadəyə uyğun olaraq bildirdi ki, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İmişli rayonu, Buludlu kəndində qeydiyyatda olmaqla orada yaşamış, subaydır, heç bir yerdə işləmir, Əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə 2019-cu ildə Nizami rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə şərti sınaq cəzasına məhkum edilmiş, rayonda iş tapa bilmədiyi üçün 13 sentyabr 2025-ci il tarixdə saat 14 radələrində İmişli rayonundan Bakı şəhərinə gəlmiş, məqsədi tikintilərdə usta kimi işləmək olmuşdur. 13 sentyabr 2025-ci il tarixdə saat 19 radələrində metronun Həzi Aslanov stansiyasının yaxınlığında yerləşən «Neptun» marketdən bir ədəd 0,5 litrlik araq alıb içmiş və sərxoş olmuş, sonra çay içmək üçün Xətai rayonu, M.Hadi küçəsində yerləşən «Bakı» kafesine getmiş, ancaq sərxoş olduğuna görə içəri buraxılmamış, sərxoş olduğundan hadisələrin bir qismini dəqiq xatırlamamış, lakin əvvəllər <<Bakı>> kafesini işlədən şəxslə arasında narazılıq olmuş, gecə saatlarında Bakı kafesini İşlədən şəxslə arasında olan söz-söhbət yadına düşdüyündən, eləcə də kafeyə buraxılmadığına görə əsəbləşmiş və yenidən həmin kafeyə getmək qərarına gəlmiş, həmin vaxt üstündə həmişə olduğu kimi rayondan gətirdiyi mətbəx bıçağı olmuş, kafeyə təkrar getdikdə bıçağı əlinə alaraq adlarını bilmədiyi şəxslərin üstünə hücum çəkmiş ve bıçaqla vurmaq istədikdə həmin şəxslər masanı qaldıraraq özlərini müdafiə etmiş, ancaq heç kimə xəsarət vurmadığını qeyd etmişdir, sonra həmin şəxslər tərəfindən döyüləcəyindən qorxaraq kafedən çıxıb qaçmışdır. Hadisə yerinin yaxınlığında yolun kənarında dayanarkən polis əməkdaşları saxlayaraq şöbəyə aparmış, orada törətdiyi əməli etiraf etmiş, üstündə olan mətbəx bıçağını təhvil vermiş və peşiman olduğunu bildirmişdir. Kafedə baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt kafedə tanımadığı müştərilər olmuş, hadisəni ofisiant və orada olan müştərilər görmüş, mübahisə zamanı xəsarət almamış, ancaq orda olan ofisiyant qadın tərəfindən stulla arxadan vurulmuş, daha sonra oranı tərk etmiş, üstündə olan bıçağı rayondan gətirmiş və mətbəx bıçağı olmuş, təkrar kafeyə getməsinə səbəb kafeyə buraxılmaması və qovulması olmuşdur. Ancaq o kafedə müştəri olarkən yeyib- içdiklərinin hamısının hesabını ödədiyini qeyd etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Hacı Qərvənt kəndində qeydiyyatda olsa da ünvan 3 ünvanında yaşayır, heç bir yerdə işləmir, ikinci qrup əlildir, evlidir, Əvvəllər məhkum olunmamışdır. 13 sentyabr 2025-ci il tarixdə dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə çay içmək üçün tanışı Şahid1 icarəyə götürüb işlətdiyi ünvan 1 ünvanında yerləşən «Bakı» kafesinə getmiş və kafedə masalardan birində oturub. çay sifariş etmiş, həmin vaxt kafedə 5-6 nəfər müştəri və iki ofisiant olmuş. Bayramın isə müştərilərə başı qarışmış. Seymurla çay içib söhbət edən zaman təxminən saat 21 radələrində bir nəfər tanımadığı, sonradan adının Ramil olduğunu bildiyi şəxs kafeyə daxil olaraq yanlarından keçmiş və dostu Mehmanı çağırmış. Mehman həmin şəxsə yaxınlaşaraq zalın ortasında otaqlara gedən giriş hissəsində Ramille üz-üzə dayanmış, bu zaman Ramil adlı şəxs sağ əlini bel hissəsinə qoyaraq bıçaq olduğunu nümayiş etdirmiş və Mehmanı hədələmiş, bu zaman Bayramla birlikdə onlara yaxınlaşmış, Ramin bunu gördükdə kafenin arxa tərəfindən qaçaraq uzaqlaşmışdır. Sonra Mehmanla birlikdə Bayramdan həmin şəxsin kim olduğunu soruşmuş və Bayram problemli müştəri olduğundan kafeyə gəlməməsi barədə dəfələrlə xəbərdarlıq olunduğunu bildirmiş, çünki Ramil spirtli içki qəbul edərək kafedə mübahisə yaratmış və hesabı ödəmədən getmişdir. Bundan sonra Mehmanla birlikdə çay içdikləri masaya qayıdaraq söhbətlərini davam etdirmişdir. 14 sentyabr 2025-ci il tarixdə saat 01 radələrində Ramil adlı şəxs əlində bıçaq yenidən kafeyə daxil olmuş və birbaşa Mehmanın üstünə hücum çəkərək əlindəki bıçaqla onu vurmaq istəmiş. Mehman isə özünü müdafiə etmək üçün cəld oturduqları masanı yuxarı qaldırıb bıçaq zərbəsinin qarşısını almış və Ramilin vurduğu bıçaq zərbəsi Mehmana dəyməmiş, sonra Ramil ikinci bıçaq zərbəsini ona atmış və bıçaq sağ əlinə, sol qoluna dəyərək kəsmiş, həmin vaxt Bayram və kafede olan ofisiant Şahnaz müdaxilə edib Ramili sakitləşdirmək istəmiş, bu zaman Ramilin atdığı zərbələr Mehmanın sağ qolundan və sağ çiynindən dəymiş, ancaq mübahisə zamanı Şahnaz və Bayram heç bir xəsarət almamışdır. Daha sonra Ramil kafedən çıxaraq qaçıb getmiş, sonra icarədar Bayram Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək izahatlarını almışdır. Kafedə baş vermiş mübahisənin səbəbi Ramil adlı şəxsin əvvəllər kafeyə gələrək spirtli içki qəbul etməsi, sonra yersiz mübahisələr edərək hesabı ödəmək istəmədiyindən onun kafeyə gəlişinə icazə verilməməsi olmuş, hadisədən əvvəl Ramil kafeyə gəldikdə Mehmanla arasında yüngül söz mübahisəsi yaranmış və Bayramla birlikdə üstündə bıçaq olduğunu görüb kafedən çıxartmış, Ramil kafedən qovulduğuna görə qəzəblənərək təkrar gəlmiş, Ramilin bu xuliqanlıq hərəkətləri təxminən 5-10 dəqiqə davam etmiş. Həmin vaxt kafede onlardan başqa icarədar Bayram, ofisiant Şahnaz, eləcə də kafedə olan tanımadığı müştərilər olmuş və mübahisəni görmüş, mübahisə zamanı Mehman sağ qolundan və sağ çiynindən xəsarət almış, özü isə sağ əlindən və sol qolundan bıçaq xəsarəti almış, mübahisə zamanı Ramili ayırıb sakitləşdirmək istəyən Şahnaz və Bayram isə heç bir xəsarət almamışdır. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır, heç bir yerdə İşləmir, evlidir və əvvəllər məhkum olunmamışdır. 13 sentyabr 2025-ci il tarixdə saat 19 radələrində dostu Zərərçəkmiş şəxs1 ilə birlikdə çay içmək üçün tanışı Şahid1 icarəyə götürüb işlətdiyi ünvan 1 ünvanında yerləşən «Bakı» kafesine getmiş və kafedə masalardan birinde oturub çay sifariş etmiş, Bayram isə müştərilərlə məşğul olmuş, həmin vaxt kafedə təxminən 5-6 nəfər tanımadığı müştəri və onlara xidmət edən iki ofisiant olmuş, Seymurla çay içib edib söhbət edərkən saat təxminən 21 radələrində bir nəfər tanımadığı, sonradan adının Ramil olduğunu bildiyi şəxs kafeyə daxil olaraq yanından keçib onu çağırmış, həmin şəxsə yaxınlaşaraq zalın ortasında otaqlara geden giriş hissəsində üz-üzə dayanmış, Ramil sağ əlini bel hissəsinə qoyaraq bıçaq olduğunu nümayiş etdirmiş və onu hədələmiş, bu zaman Seymur ve Bayram yaxınlaşmış, Ramil kafenin arxa tərəfindən qaçaraq uzaqlaşmışdır. Bayramdan Ramil adlı şəxsin kim olduğunu soruşduqda problemli müştəri olmasını, spirtli içki qəbul edib kafeyə gələrək mübahisə yaratmasını, hesabı ödəmədən getməsini və bu səbəbdən ona kafeyə gəlməməsi barədə bir neçə dəfə xəbərdarlıq olunmasını bildirmişdir. Sonra Seymurla birlikdə oturduqları masaya qayıdıb çay içərək söhbətlərini davam etdirmişdir. 14 sentyabr 2025-ci il tarixdə saat 01 radələrində Ramil əlində bıçaq qəfil kafeyə daxil olmuş və birbaşa üstlərinə hücum çəkərək əlindəki bıçaqla onu vurmaq istemiş, həmin vaxt özünü müdafiə etmək üçün cəld oturduqları masanı yuxarı qaldırıb bıçaq zərbəsinin qarşısını almış, Ramilin vurduğu bıçaq zərbəsi dəyməmiş, sonra Ramil ikinci bıçaq zərbəsini Seymura tərəf atmış və bıçaq Sevmurun sağ əlinə, sol qoluna dəyib kəsmiş, kafedə olan ofisiant Şahnazla birlikdə müdaxilə edib Ramili sakitləşdirmək istəmiş, bu zaman Ramilin atdigi zərbələr sağ qolundan və sağ çiynindən dəymiş, nəticədə xəsarət almış Seymurun isə əli və qolu kəsilmiş, ancaq Şahnaz və Bayram heç bir xəsarət almamışdır. Daha sonra Ramil kafedən çıxaraq qaçıb getmiş və icarədar Bayram Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, sonra Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək izahatlarını almışdır. Baş vermiş mübahisənin səbəbi Ramil adlı şəxsin əvvəllər kafeyə gələrək spirtli içki qəbul etməsi, sonra yersiz mübahisələr edərək hesabı ödəmək istəmədiyindən onun kafeyə gəlişinə icazə verilməməsi olmuş, hadisədən əvvəl Ramil kafeyə gəldikdə arasında yüngül söz mübahisəsi yaranmış və Bayramla birlikdə üstündə bıçaq olduğunu görüb kafedən çıxartmış, Ramil kafedən qovulduğuna görə qəzəblənərək təkrar gəlmiş, Ramilin bu xuliqanlıq hərəkətləri təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt kafedə xuliqanlıq hərəkətləri təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt kafedə onlardan başqa icarədar Bayram, ofisiant Şahnaz, eləcə də kafedə olan tanımadığı müştərilər olmuş və mübahisəni görmüş, mübahisə zamanı sağ qolundan və sağ çiynindən xəsarət almış, Seymur isə sağ əlindən və sol qolundan bıçaq xəsarəti almış, mübahisə zamanı Ramili ayırıb sakitləşdirmək istəyən Şahnaz və Bayram isə heç bir xəsarət almamışdır. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olsa ailəsi ilə birlikdə ünvan 9 ünvanında yaşayır, evlidir, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç bir yerdə işləməsə də təxminən iki ildir Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən «Bakı» kafesini icarəyə götürüb işlətmişdir. 13 sentyabr 2025-ci il tarixdə saat 19 radələrində dostları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 işlətdiyi <<Bakı>> kafesinə gələrək çay sifariş etmiş, həmin vaxt kafedə işləyən ofisiant Şahid2 onlara xidmət göstərmiş, saat 21 radələrində problemli müştəri kimi tanıdığı Ramil adlı şəxs kafeyə daxil olmuş və masa arxasında oturan dostu Mehmana yaxınlaşaraq onu otağın qarşısına çağırmış, təxminən bir dəqiqə sonra səs-küy eşitdiyi üçün Seymurla birlikdə onlara yaxınlaşmış, bu zaman Ramilin üzərində bıçaq olduğunu görmüş, Ramil onu görən kimi nalayiq ifadələr işlədərək kafedən qaçıb getmişdir. 14 sentyabr 2025-ci il tarixdə saat 01 radələrində kafedə olduğu zaman Ramil əlində bıçaq yenidən kafeyə daxil olmuş və qapının girişində oturan dostları Seymur və Mehmanın olduğu masaya yaxınlaşaraq üstlərinə hücum çəkmiş, sonra əlindəki bıçaqla onları vurmaq istəmiş, Seymur ve Mehman isə özlərini müdafiə etmək üçün oturduqları masanı qaldıraraq Ramilə qarşı müdafiə mövqeyi tutmuş, Ramil bir neçə dəfə bıçaqla zərbə endirmiş, bu zaman ofisiant Şahnazla birlikdə Ramili sakitləşdirməyə və zərərsizləşdirməyə çalışmış, yenə də Ramil kafedən qaçaraq getmişdir. Hadisə zamanı dostları Mehman və Seymur əlindən və qolundan xəsarət aldıqları üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, sonra Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşları gəlib Seymurdan ve Mehmandan ərizə və izahat almışdır. Baş vermiş mübahisə zamanı özü və ofisiant Şahnaz heç bir xəsarət almamış, yalnız Seymur və Mehman xəsarət almış, hadisə zamanı kafedə heç bir stol, stul və qab-qaşıq sındırılmadığından ona maddi ziyan dəyməmişdir. Ramil adlı şəxs əvvəllər bir neçə dəfə müştəri kimi kafeyə gəlmiş, spirtli içki qəbul edib hesabı ödəmədən çıxmış və kafedə səs-küy salmış, ona görə Ramilin kafeyə gəlməsinə qadağa qoymuşdur. Baş vermiş hadisə təxminən 10 dəqiqəyədək davam etmiş, əmin mübahisəni ofisiant Şahid2 başqa kafedə olan müştərilər də görmüşdür. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, B.Əhmədli kəndində qeydiyyatda olsa da ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşayır, subaydır, iki övladı var, əvvəllər məhkum olunmamışdır, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən «Bakı» kafesində ofisiant işləyir və həftənin 6 günü saat 13:00-dan gecə saat 01:00-a kimi işdə olur. 13 sentyabr 2025-ci il tarixdə saat 19 radələrində kafedə müştərilərə xidmət etdiyi zaman iki nəfər müştəri gəlmiş. həmin şəxslər kafenin girişindəki masada əyləşib çay sifariş etmiş və onlara xidmət göstərərək çay gətirmiş, həmin günü saat 21 radələrində tanımadığı bir şəxsin arxa dəhliz tərəfdən qaçaraq çölə çıxdığını görmüş, lakin kafe mühitində belə hallar ola bildiyi üçün buna xüsusi əhəmiyyət verməmiş və müştərilərə xidmət göstərməkdə davam etmişdir. 14 sentyabr 2025-ci il tarixdə saat 01 radələrində bir nəfər şəxsin əlində bıçaq kafeyə daxil olaraq nalayiq ifadələr işlətməsini, qapının yanında oturan iki nəfərə hücum çəkməsini və onlara xəsarət yetirmək istədiyini görmüş, həmin şəxslərə kömək məqsədilə müdaxilə etmiş, lakin həmin şəxs məhəl qoymadığından zalın sol tərəfində olan taxta oturacağı götürərək kürək nahiyəsindən bir dəfə zərbə endirmiş, bununla həmin şəxsə xəsarət yetirmək istəməmiş, sadəcə onun hərəkətlərinin qarşısını almaq istəmiş, daha sonra həmin oturacağı bir daha onun üzərinə ataraq uzaqlaşdırmağa çalışmışdır. Lakin həmin şəxs qapının yanında oturmuş iki müştəriyə əlindəki bıçaqla bir neçə dəfə zərbə endirmiş və kafedən çıxaraq qaçıb getmişdir. Daha sonra kafenin icarədarı Bayram Bayrmaov Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və Xətai RPİ-nin əməkdaşları kafeyə gələrək həmin şəxslərdən ərizə və izahat almışdır. Sonradan kafeyə bıçaqla girən şəxsin adının Ramil olduğunu, hücüm etdiyi müştərilərdən birinin Mehman, digərinin isə Seymur olduğunu və həmin müştərilərin kafenin icarədarı Şahid1 dostları olmasını bilmiş, Ramil adlı şəxsin xuliqanlıq hərəkətləri təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt kafedə Mehman, Seymur, Bayram, eləcə tanımadığı müştərilər olmuş, Ramilin nə üçün belə bir hərəkət etməsinin səbəblərini bilməmiş. baş vermiş mübahisə zamanı heç bir xəsarət almamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında qeydiyyatda olsa da ailəsi ilə birlikdə ünvan 13 ünvanında yaşayır, evlidir, əvvəllər məhkum olunmamışdır, heç bir yerdə işləmir. Təxminən iki ildir ünvan 1 ünvanında yerləşən <<Bakı» kafesinin müşterisidir, 13 sentyabr 2025-ci il tarixdə saat 21 radələrində tanışı Lamiyə Həsənova ilə həmin kafedə nahar etmək üçün getmiş və zalda əyləşib sifariş vermiş, həmin vaxt kafedə tanımadığı 5-6 nəfər müştəri olmuşdur. 14 sentyabr 2025-ci il tarixdə saat təxminən 01 radələrində tanımadığı bir oğlan əlində bıçaq kafeyə daxil olmuş və qapının girişində oturan iki nəfər müştəriyə hücum etmiş, sonradan həmin müştərilərin adlarının Mehman və Seymur, əlində bıçaq olan şəxsin isə adının Ramil olmasını bilmiş, Ramil adlı şəxs kafeyə daxil olaraq əlindəki bıçaqla Mehman və Seymura zərbə endirmiş, lakin Mehman və Seymur özlərini müdafiə etmək məqsədi ilə oturduqları masanı yuxarı qaldıraraq bıçaq zərbəsinin qarşısını almış, sonra Ramil ikinci dəfə bıçaqla həmin şəxslərə tərəf zərbə endirmiş, bu zaman kafedə başqa bir şəxs onlara yaxınlaşmış, həmçinin orada işləyən ofisiant qız mübahisəyə müdaxilə edərək Ramil adlı şəxsi sakitləşdirməyə çalışmış, ofisiant qız stol götürərək həm özünü, həm də oradakı digər müştəriləri qorumağa çalışmış, daha sonra Ramil adlı şəxs kafedən qaçıb getmişdir. Sonra kafeni işlədən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, bundan sonra hesabı ödəyərək tanışı Lamiyə xanımla kafedən çıxmış, həmin hadisə təxminən 5-10 dəqiqə arası davam etmişdir. Sonradan Ramil adlı şəxsin kafedə bıçaqla hücum etdiyi şəxslərə xəsarət yetirməsini və saxlanılmasını eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); İş materiallarına əlavə olunmuş baxış keçirilməsinə dair 14 sentyabr 2025-ci il tarixli protokolun surətindən görünür ki, Seymur Məmmədzada tanımadığı şəxsin süni işıqlandırma şəraitində ünvan 15 ünvanında yerləşən zirzəmidə “Bakı” kofesində keçirildi. Zərərçəkmiş şəxs1 kofeyə qapıdan daxil olduqdan sonra 5 metr qarşıda yerləşən taxta çərçivəli yeri göstərərək həmin yerdə Zərərçəkmiş şəxs2la əyləşdiyini və tanımadığı şəxsin həmin yerdə onları bıçaqla vurmaq istədiyini bilidirdi.Hadisə yerində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı iz,maddi sübut və ya əşya aşkar edilmədi.”iphone” markalı mobil telefonla şəkillər çəkilərək protokola əlavə olundu. (i.v. 9-12); İş materiallarına əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli 03:56 – da tərtib olunmuş protokoldan Təqsirləndirilən şəxs orta sərxoşluq dərəcəsi müəyyən edilmişdir. (i.v.21); İş materiallarına əlavə olunmuş zərərşəkmiş şəxs qismində tanınmaq haqqında 14 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınsın və ona bu barədə məluamt verilərək, qərar ona elan edilmişdir. (i.v. 27-28); İş materiallarına əlavə olunmuş zərərşəkmiş şəxs qismində tanınmaq haqqında 14 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınsın və ona bu barədə məluamt verilərək, qərar ona elan edilmişdir. (i.v. 39-40); İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında 14 sentyabr 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:45 dəqiqədə CM-nin 221.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 66-67); İş materiallarına əlavə olunmuş CD disk götürülməsi barədə 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən ünvan 17 ünvanında yerləşən “Bakı” kofesinin icarədarı Şahid1 təqdim etdyi müşahidə kamerasının qeydə aldığı mübahisənin əks olunduğu 01(bir) ədəd CD disk götürülmüşdür.(i.v.85-86) İş materiallarına əlavə olunmuş AR “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “X8” publik hüquqi şəxsinin 15 sentyabr 2025-ci il 18-1-17/2-3241/2025 nömrəli məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 Cərrahi təcili tibbi yardım şöbəsinə xx.xx.2025-ci il tarixdə saat 11:15-də “hər iki əlin və sağ dizin sıyrılmış yaraları” diaqnozu ilə stasionar müraciət etmişdir. № 911 Məişət travması (i.v. 91) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertiza və X4 publik hüquqi şəxnin 15 sentyabrn 2025-ci il tarixli, № 915 saylı canlı şəxsin eksperizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 sağ əlinin 1 barmağının deşilmiş-kəsilmiş yarası, dərialtı hematoması, hərəkət məhdudluğu, sol mil-bilək və sağ dirsək oynağı nahiyyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən sağ əlinin 1 barmağının deşilmiş-kəsilmiş yarası, dərialtı hematoması, hərəkət məhdudluğu, iti uca və kənara malik əşya (ola bilsin bıçaq) digər xəsarətlər isə bərk küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixində kənar şəxs(lər) tərəfindən törənə bilərdi. Dərəcəsinə görə sağ əlin 1 barmağının deşilmiş-kəsilmiş yarası, dərialtı hematoması, hərəkət məhdudluğu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın YÜNGÜL zərərvurmaya aid edilir, sol mil-bilək və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir.(i.v. 92-93); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertiza və X4 publik hüquqi şəxsinin 15 sentyabrn 2025-ci il tarixli, № 916 saylı canlı şəxsin eksperizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sol saidin səthi kəsilmiş yarası və sağ saidin sıyrığı müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya (ol bilsin bıçaq) təsirindən törənə bilərdi, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixində kənar şəxs(lər) tərəfindən törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir.(i.v. 94-95); İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 96-97); İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli saat 11:30-dan-11:50-dək olan diskə baxış keçirilməsi haqqında protokldan görünür ki, CD diskdə 20 saniyədən ibarət 01 ədəd videogörüntü vardır, həmin videogörüntüdə Təqsirləndirilən şəxs əlində silah qismində istifadə olunan bıçaqla 14 sentyabr 2025-ci il tarixdə saat 01 radələrində ünvan 19 ünvanında yerləşən “Bakı” kafesinə daxil olub kafedə müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduğu masaya hücum etməsi, sonuncuların ğzlərini qoruması üçün oturduqları masanı yuxarı qaldıraraq müdafiə olunduğu, sonra kafedə ofisant işləyən Şahid2 Güdrət qızının mübahisəyə müdaxilə edərək stulla Təqsirləndirilən şəxs kürək nahiyyəsindən vurub ordan kənarlaşdırmaq istəməsi, lakin Təqsirləndirilən şəxs sakitləşməyərək Zərərçəkmiş şəxs1 vəZərərçəkmiş şəxs2 müdafiə olunmasına baxmayaraq onlara tərəf bir neçə bıçaq zərbəsi atması və kafedən çıxıb getməsi,eləcə də hadisə zamanı kafedə bir neçə müştərinində olmasə əks olunmuşdur. Həmin diskə baxarkən iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-488/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.3-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. (i.v. 122-127); İş materiallarına əlavə olunmuş AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 25 sentyabr 2025-ci il tarixli 3-28-29/2-9060/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (i.v. 129); İş materiallarına əlavə olunmuş AR “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 30 sentyabr 2025ci il tarixli 18-1-46/2-1142/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “İmişli RMX” PHŞ-də ruhi-əsəb kabinetində dispanser qeydiyyatda dayanmır. (i.v. 134); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X5 rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə islah işləri 15% təyin olaraq azad edilib; Nəsimi rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən CM-nin 127.2.3, 158.1, 66,3,68-ci maddələri ilə təqsirli bilinərək 03 il 9 ay azadlıqdan məhrumetmə CM-nin 67,1 maddəsinə əsasən əməli xx.xx.2004-cü tarixli hökmlə birləşdirilməsi qətimkan tədbiri 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Salyan rayon Məhkəməsinin xx.xx.2007 il tarixli qərarı ilə AR CM-nin 77-ci maddəsi ilə cəzası 01 il 06 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib; xx.xx.2009-cu ildə AR Milli Məclisin xx.xx.2009-cu il tarixli “Amnistiya” qərarına əsasən azad olunmuşdur; xx.xx.2005-ci ildə Səbail rayon məhkəməsi 158.1,127.2.3 –cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur; İmişli rayon Məhkəməsinin xx.xx.2014-cü ildə 185.1,158.6-cı maddələri ilə təqsirli bilinərək 03 ay 15 gün islah işləri 20% tətbiq edilməklə cəza təyin edilmişdir; Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb; Bakı Aellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 221.3, 69.3,70-ci maddəsi ilə 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə 01 il il sınaq şərti ilə cəza təyin edilmişdir; xx.xx.2020-ci ildə Bakı Aellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökm dəyişdirilib, CM-nin 70 maddəsi ilə hökmdən xaric edilib, CMnin 221.3,69.3 maddəsinə əsasən 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib; xx.xx.2021-ci ildə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4cü bəndinə əsasən cəzadan azad edilib. (i.v. 136-137); İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 221.3-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR CM-nin 69.3- cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 02 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 01(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası AR CM-nin70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 01(bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanır.(i.v. 138-147); İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində AR CM-nin 70 ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs CM-nin 221.3-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR CM-nin 69.3- cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 02 gün həbsdə saxlanıldığı müddət çıxılsın və onun üzərində 01(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınmışdır. Cəzanın əvvəli 19 dekabr 2019 –cu il tarixdən hesablansın .(i.v. 148-152); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025- ci il tarixdə 3/1166 nömrəli məhkəməballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş,bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və tiyənin üzərində sonradan düzəlişlər edilməmişdir. .(i.v. 162-168); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 24/915 nömrəli əlavə rəyin ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 sağ əlinin 1 barmağının deşilmiş-kəsilmiş yarası, dərialtı hematoması, hərəkət məhdudluğu, sol mil-bilək və sağ dirsək oynağı nahiyyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən sağ əlinin 1 barmağının deşilmiş-kəsilmiş yarası, dərialtı hematoması, hərəkət məhdudluğu, iti uca və kənara malik əşya (ola bilsin bıçaq) digər xəsarətlər isə bərk küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixində kənar şəxs(lər) tərəfindən törənə bilərdi. Dərəcəsinə görə sağ əlin 1 barmağının deşilmişkəsilmiş yarası, dərialtı hematoması, hərəkət məhdudluğu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın YÜNGÜL zərərvurmaya aid edilir, sol mil-bilək və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. .(i.v.165-168); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertiza və X4 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 25/916 nömrəli əlavə rəyin ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 sol saidin səthi kəsilmiş yarası və sağ saidin sıyrığı müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya (ol bilsin bıçaq) təsirindən törənə bilərdi, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixində kənar şəxs(lər) tərəfindən törənə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir.(i.v.169-171); İş materiallarına əlavə olunmuş toplanmış sübutların qiymətləndirilməsi haqqında 10 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bıçaq maddi sübut kimi tanınıb və saxlanması üçün Xətai RPİ-nin saxlancına təhvil verilib. ünvan 1 ünvanında «Bakı» kafesində quraşdırılmış müşahidə kameralarının qeydə aldığı 14 sentyabr 2025-ci il tarixdə saat 01 radələrində ünvan 1 ünvanında «Bakı» kafesində baş vermiş mübahisənin əks olunduğu 01 ədəd CD maddi sübut kimi tanınıb və cinayət işinin materiallarına əlavə edilib.(i.v.172-181) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsi ilə nəzərdə tutulan cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 14 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, toplanmış sübutların qiymətləndirilməsi haqqında 10 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01(bir) ədəd bıçaq maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bıçaq, 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 64 (altmış dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 sentyabr 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan – 01(bir) ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlancına təhvil verilmiş 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №1(011)-564/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-564/2025
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver