Məhkəmə qərarları › İş №1(011)-567/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-567/2023

13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-567/2023 13.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0.342 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 20 iyul 2023-cü il tarixdə saat 21:00-da Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb, ünvan 4şən Xətai RPİ-nin 36-cı PByə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,342 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə Həzi Aslanov metro stansiyasının yaxınlığında dostu Seymur ilə bir yerdə durarkən polis əməkdaşları ona yaxınlaşmış, dostu qorxduğu üçün qaçmış o isə orada qalmışdır. Üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu bölməyə aparmış, bölmədə ona demişlər ki təqsirini etiraf etsin, ondan sonra onu buraxıb yola salacaqlar. Lakin polis bölməsində ona fiziki və ya psixi təsir göstərməmişlər, sadəcə olaraq aldatmışlar. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 6nda anası ilə birlikdə kirayə yaşayır, subaydır, heç yerdə işləmir. Tutulmamışdan təxminən 20-25 gün əvvəl bir dəfə “metamfetamin” adlı maddə istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, psixotrop maddəni tanımadığı, şəxsiyyəti haqqında məlumatı olmadığı şəxsdən almışdır. xx.xx.2023-cü il tarixdə günorta vaxtı yenədə metamfetamin əldə edib istifadə etmək məqsədilə yaşadığı ünvandan çıxaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun Həzi Aslanov stansiyasının yaxınlığına gəlmişdir. Orada təsadüfən orta yaşlarda bir nəfər əvvəllər tanımadığı şəxslə həmsöhbət olmuşlar. Ünsiyyət əsnasında həmin şəxs ona narkotik vasitərdən mütəmadi istifadə etdiyini bildirdikdə, ondan öz istifadəsi üçün ona "metamfetamin” tapmasını istəmişdir. Həmin şəxs ona bir qədər gözləməyini demiş və olduqları yerdən kənarlaşmışdır. Təxminən 10-15 dəqiqədən sonra həmin şəxs ona yaxınlaşmış və 1 ədəd şəffaf bükümdə “metamfetamin” adı ilə tanıdığı maddəni ona vermişdir. O da həmin şəxsə bunun qarşılığında 20 manat pul vermişdir. Həmin bükümü əldə etdikdən sonra əynindəki şalvarın sağ cibinə qoyub üzərində daşımış və ondan istifadə etmək üçün axşam olmasını gözləmişdir. Həmin gün axşam vaxtı üzərində olan maddəni istifadə etmək üçün gizli yer axtararkən Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanının qarşısında, yəni metronun Həzi Aslanov stansiyasının yaxınlığında olduğu zaman ona mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 36-cı PB-nə gəlmiş və orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. İştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən həmin 1 büküm maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 0,44 qramda olması müəyyən edilmiş, zərfə qoyulub möhürlənmiş və o daxil olmaqla bütün iştirakçılar tərəfindən zərf imzalanmışdır. Metamfetamin istifadə etsə də, heç vaxt narkotik vasitə və ya psixotrop maddəni heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Təqdim etdiyi psixotrop maddədən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Həmin şəxsi yalnız üzdən tanıyır, onun anket məlumatlarını bilmir xarici görünüşcə o, təxminən 30-35 yaşlarında, orta boylu, saqqallı, qara rəngli saçı olan və arıq bədən quruluşlu şəxs olmuş, həmin şəxsin mobil nömrəsini bilmir. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat tədbirlərinin keçirilməsi üçün o və Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Şahid2la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 20 iyul 2023-ci il tarixdə saat 21:00 radələrində ünvan 8 ünvanın qarşısına gəlmişlər. Həmin vaxt orada xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xətai RPl-nin 36-cı PB-nə dəvət etmişlər. Böğlmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş, şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, sonuncu əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümün içərisində nə olması soruşduqda, həmin bükümün içərisində metamfetamin olduğunu və həmin metamfetamini Xətai rayonu, "Həzi Aslanov" metro stansiyası yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra metamfetamin elektron tərəziyə qoyularaq çəkilmiş və 0.44 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, həmin protoko da iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsn saxlanılarkən tək olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 20 iyul 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofon bükümdə ağ rəngli, kristal şəkilli kütlə çıxarıb təqdim edərək onun metamfetamin adlı maddə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə H.Aslanov m/st-sı yaxınlığında tanımadığı şəxsdən 20 AZN müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir(i.v.33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3936 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №151” dairəvi möhür əksləri, "(imza) Təqsirləndirilən şəxs oğ..." sözləri və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 40-43); diskə baxış keçirilməsi haqqında 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 20 iyul 2023-cü il tarixli protokola uyğun olmuşdur (i.v.50); şübhəli şəxsin dindirilməsi haqqında 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə günorta vaxtı yenədə metamfetamin əldə edib istifadə etmək məqsədilə yaşadığı ünvandan çıxaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun Həzi Aslanov stansiyasının yaxınlığına gəldiyini, orada təsadüfən orta yaşlarda bir nəfər əvvəllər tanımadığı şəxslə həmsöhbət olduğunu, ünsiyyət əsnasında həmin şəxs ona narkotik vasitərdən mütəmadi istifadə etdiyini bildirdikdə, ondan öz istifadəsi üçün ona "metamfetamin” tapmasını istədiyini, həmin şəxs ona bir qədər gözləməyini demiş və olduqları yerdən kənarlaşdığını, təxminən 10-15 dəqiqədən sonra həmin şəxs ona yaxınlaşaraq 1 ədəd şəffaf bükümdə “metamfetamin” adı ilə tanıdığı maddəni ona verdiyini, o da həmin şəxsə bunun qarşılığında 20 manat pul verdiyini, həmin bükümü əldə etdikdən sonra əynindəki şalvarın sağ cibinə qoyub üzərində daşıdığını, ondan istifadə etmək üçün axşam olmasını gözlədiyini, həmin gün axşam vaxtı üzərində olan maddəni istifadə etmək üçün gizli yer axtararkən Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanının qarşısında, yəni metronun Həzi Aslanov stansiyasının yaxınlığında olduğu zaman ona mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu PB-nə dəvət etdiyini, polis əməkdaşları ilə birlikdə 36-cı PB-nə gəldiyini və orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirildiyini, iştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən həmin 1 büküm maddəni çıxarıb polis əməkdaşlarına təqdim etdiyini etiraf etmiş və “ifadəmi oxudum əlavəm yoxdur, düzgün olduğunu öz imzamla təsdiq edirəm” qeyd edərək müdafiəçinin iştirakı ilə imzalamışdır (i.v. 51-52); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 53-54); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, o, xx.xx.2023-cü il tarixdə günorta vaxtı yenədə metamfetamin əldə edib istifadə etmək məqsədilə yaşadığı ünvandan çıxaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun Həzi Aslanov stansiyasının yaxınlığına gəldiyini, orada təsadüfən orta yaşlarda bir nəfər əvvəllər tanımadığı şəxslə həmsöhbət olduğunu, ünsiyyət əsnasında həmin şəxs ona narkotik vasitərdən mütəmadi istifadə etdiyini bildirdikdə, ondan öz istifadəsi üçün ona "metamfetamin” tapmasını istədiyini, həmin şəxs ona bir qədər gözləməyini demiş və olduqları yerdən kənarlaşdığını, təxminən 10-15 dəqiqədən sonra həmin şəxs ona yaxınlaşaraq 1 ədəd şəffaf bükümdə “metamfetamin” adı ilə tanıdığı maddəni ona verdiyini, o da həmin şəxsə bunun qarşılığında 20 manat pul verdiyini, həmin bükümü əldə etdikdən sonra əynindəki şalvarın sağ cibinə qoyub üzərində daşıdığını, ondan istifadə etmək üçün axşam olmasını gözlədiyini, həmin gün axşam vaxtı üzərində olan maddəni istifadə etmək üçün gizli yer axtararkən Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanının qarşısında, yəni metronun Həzi Aslanov stansiyasının yaxınlığında olduğu zaman ona mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu PB-nə dəvət etdiyini, polis əməkdaşları ilə birlikdə 36-cı PB-nə gəldiyini və orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirildiyini, iştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən həmin 1 büküm maddəni çıxarıb polis əməkdaşlarına təqdim etdiyini etiraf etmiş və “ifadəmi oxudum, düzdür, əlavəm yoxdur və düzgün olduğunu imzamla təsdiq edirəm” qeyd edərək müdafiəçinin iştirakı ilə imzalamışdır (i.v. 80-82); vəsatətin müdafiəsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.76-77); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 78-79); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.84); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2023-cü il tarixli 4781 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.95-96); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/3936 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2023-cü il tarixli 4781 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,342 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,292 qram metamfetamin saxlanması üçün Xətai RPl-nin saxlanc anbarına təhvil verilmişdir(i.v.98-102); Məhkəmə istintaqı zamanı 01 ədəd “DVD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofon bükümdə ağ rəngli, kristal şəkilli kütlə çıxarıb təqdim edərək onun metamfetamin adlı maddə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə H.Aslanov m/st-sı yaxınlığında tanımadığı şəxsdən 20 AZN müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat tədbirlərinin keçirilməsi üçün o və Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Şahid2la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 20 iyul 2023-ci il tarixdə saat 21:00 radələrində ünvan 8 ünvanın qarşısına gəlmişlər. Həmin vaxt orada xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xətai RPl-nin 36-cı PB-nə dəvət etmişlər. Böğlmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş, şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, sonuncu əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümün içərisində nə olması soruşduqda, həmin bükümün içərisində metamfetamin olduğunu və həmin metamfetamini Xətai rayonu, "Həzi Aslanov" metro stansiyası yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra metamfetamin elektron tərəziyə qoyularaq çəkilmiş və 0.44 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, həmin protoko da iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsn saxlanılarkən tək olmuşdur. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0.342 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.342 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.292 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2ında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.342 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.292 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar