Məhkəmə qərarları › İş №1(011)-567/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-567/2024

20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-567/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş. azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Xətai rayonu, İ.Məmmədov küçəsi ev 4Z yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktna əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin hayatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, X30 xx xxx 2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığı dövrdə, yəni 26 fevral 2024-cü il tarixdə tanışı, 13 avqust 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə zəng edərək, sonuncunun guya onun barəsində ümumi tanışları olan Şahid3 xoşagəlməz sözlər deməsi səbəbindən məsələyə aydınlıq gətirilməsi üçün görüşə çağırmış, həmin tarixdə saat 20 radələrində ünvan 1 ünvanda yerləşən yarımtikili evin yaxınlığında digər dost-tanışların iştirakı ilə Zərərçəkmiş şəxsla görüşdükdə, sonuncunun guya onun barəsində Şahid3 xoşagəlməz sözlər deməsini cüzi səbəb kimi bəhanə edərək, heç bır asaslı səbəb olmadan sözlə mübahisə etməyə başlamış. mübahisə nəticəsində özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub gücünü nümayiş etməklə, Zərərçəkmiş şəxs cəzalandırmaq üçün xuliqanlıq niyyəti ilə sonuncunun burun nahiyəsindən qəsdən bir dəfə yumruq zərbəsi vuraraq Zərərçəkmiş şəxs burun sümüklərinin qapalı yerdəyişmiş sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüsün pozulması kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra cinayətkar hərəkətlərini davam etdirərək məqsədyönlü şəkildə özü ilə hadisə yerinə gətirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sol sağrı və sağ bud nahiyələrinə iki dəfə zərbə vuraraq sonuncuya sol sağrı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası və sağ budun bir ədəd deşilmiş kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 26 fevral 2024-cü il tarixdə saat 20 radələrində tanışları Ravan, Elsevər, Samir, Zakir va tanımadığı digər 2-3 nəfər şəxslə birlikdə Xətai rayonu, NZS qəsəbəsində yerləşən "Azpetrol" Nelt Bazasının yaxınlığına gəlmişlər. Həmin vaxt Hüseyn yanında olan 2 nəfər şəxslə birlikdə Jayanmuş, Hüseynin yanında olan uşaqların birinin Hüseynin dostu Elton olmasını görmüş, digərini isə tanımamışdır. Hüseyn və onun yanında olan uşaqlara yaxınlaşıb salamlaşaraq haləhval tutmuş, daha sonra söhbətə başlayıb Hüseyndən hansı səbəbdən Mədinə barəsində tamışlarına həqiqətə uyğun formada məlumatlar verməsini və barəsində yaxın ətrafına guya onun düzgün həyat tərzi sürməməyi məzmununda məlumatlar verməsinin səbəbini soruymuşdur. Hüseyn isə həm Mədinə, həm də onun əleyhinə hər hansı bir şəxsin yanında söz danışmadığını demiş, hətta Hüseyn özü, öz ünvanına nəlayiq ifadə işlədib belə bir halın olmadığını demişdir. Bundan sonra özünə məxsus mobil telefonda Mədinə ilə aralarında Hüseyn barədə aparılmış vanşmada Mədinənin ona Hüseynin danışıqları barədə yazdığı mesaj mətnini ona göstərmiş, hamin mesaj mətnində Mədinənin Hüseynə onun barəsində yaxın ətrafına əxlaqsız olması barads məlumat yayması qeyd olunmuş. Hüseyn həmin mesaj mətnini oxuduqdan sonra bütün məsələlərin ona aydın olmasını bildirib ondan uzaqlaşmaq istəmiş, lakin həmin vaxt yanında olan adım xatırlamadığı uşaqlardan biri Hüseynin dahnca gedib onu səsləyə səsləyə yanlarına çağırmış. Hüseyn yenidən yanına qayıtdıqda ona çatan kımı əli ilə əynində olan şalvarın kəmərindən tutub kənara çəkmək istəmiş, Hüseynə əlini şalvarının belindən çəkməsini bildirsə do Hüseyn əlini çəkməmiş, buna görə də geriyə çönüb ani bir anda sağ əli ilə Hüseynin sifət nahiyəsindən 1 dəfə yumruq zərbəsi vurmuş, zərbənin təsirindən Hüseyn arxaya tərəf hərəkət etmiş, lakin birtəhər müvazinətini saxlamışdır. Daha sonra Hüseyn özünü tarazlayıb üzərinə doğru gələrək ayağı ilə sifətindən 1 dəfə təpik zərbəsi vurmuş, birtəhər müvazinətinı saxladıqda Hüseyn ardıcıl 2-ci təpik zərbəsini vursada həmin zərbədən yayına bilmişdir.Daha sonra Hüseynə gücünün çatmayacağını görüb özü ilə yaşadığı evdən götürdüyü mətbəx bıçağını şalvarının bel nahiyəsindən çıxardıb Hüseyni qorxutmaq və özündən kənarlaşdırmaq məqsədi ilə bıçağı onun istiqamətində yellətməyə başlamış, Hüseyn ani bir anda üzərinə gəlib ayağı ilə təpik zərbəsi vurmaq istədikdə bıçağı onun sol ayağının sarğı nahiyəsinə vurmuş, zərbənin təsirindən Hüseyn sifətini tutub yerə çökmüş, həmin vaxt ona yaxınlaşdıqda Hüseynın sifət nahiyəsindən kəskin qan axmasını görmüş, buna görə də Hüseyn özü tək olaraq oradan uzaqlaşmışdır.Bundan sonra Hüseyn yanında gələn Elton və digər tanımadığı şəxs də birlkdə həmin yerdən uzaqlaşmış. o, da yanında olan uşaqlardan aralanıb yaşadığı evə gəlmişdir Hadisə Zərərçəkmiş şəxsia aralarında olan mübahisə gedişatında ani bir vaxtda baş vermiş, Hüseynlə sözlü mübahisə edərkən anı olaraq əvvəlcə əli ilə onun sifət nahiyəsinə yumruq zərbəsi, daha sonra isə üzərində olan mətbəx bıçağı ilə sol ayağının sarğı nahiyəsindən bir dəfə vurub xəsarət yetirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış və ona vurulmuş zərəri ödəmişdir. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs ilə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər istintaqa verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, tanıyır. Belə ki, ortaq qız tanışları olan Şahid3 görə tamş olmuşlar. Mədinənin onunla eyni vaxtda Manafla da ünsiyyət saxlamasını öyrəndikdən sonra artıq Mədinə ilə əlaqəni kəsmiş, lakin bildiyi və eşitdiyi qədəri ilə Mədinə ilə ünsiyyətini kəsdikdən sonra o, Manafla əlaqə və münasibət saxlamaqda davam etmişdir 24 fevral 2024-cü il tarixdə gecə saatlarında Manaf özü onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiyini bildirmiş, hər hansı bir problem olmadığını bildirib, lakin həmin günü gecə saatları olduğuna görə yaxın günlərdə görüşmək qərarına gəlmişlər. 26 fevral 2024-cü il tarixdə Manaf özü onunla telefon əlaqəsi saxlayaraq axşam saat 20-21 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən «X24 yaxınlığında görüşməyi təklif etmiş, etiraz etməyib onunla razılaşmışdır.26 fevral 2024-cü il tarixdə saat 20 radələrində tamşı Şahid6 ilə birlikdə Manafın əvvəlcədən demiş olduğu NZS qəsəbəsində yerləşən «X28 yaxınığına gəlmişlər. Bir neçə dəqiqədən sonra Manaf da yamında olan təxminən 7-8 nəfər şəxslə birlikdə həmin əraziyə gəlmiş. Manafın yanında olan şəxslərdən qiyabi tanışları Rəvan, Zakir, Samir və Elsevər də onunla biryerdə gəlmişlər. Manaf yaxımlaşıb salamlaşaraq hal-əhval tutmuş, daha sonra isə Manaf onunla bir-başa ünsiyyətə keçib onu Mədinəyə qorxaq oğlan kimi təqdim etməyinə görə ona iradını bildirmiş, o isə Manafa Mədinə ilə aralarında belə bir söhbətin olmağını və Mədinə ilə təxminən 3-4 ay müddət olar ki, ümumiyyətlə əlaqə saxlamadığını bildirmişdir. Manaf isə özünə məxsus mobil telefonu cibindən çıxardıb Mədinənin ona yazdığı mesaj mətnlərini göstərmiş, həmin mesaj mətnlərində Mədinənin Manafa guya onun Manafa qarşı fiziki zor tətbiq etməyi məzmununda yarışmalar olmuş, Manafa sırf onun özünün Mədinəyə onun qorxaq olması barədə yazdığı mesajları göstərməsini tələb etmişdir. Manaf isə Mədinə ilə aralarında olan münasibətlə əlaqədar ona olan iradına görə danışıb özünü haqı çıxarmağa çalışmışdır. Manafa məsələni dəqiqləşdirib daha sonra görüşüb aydınlaşdırmağı təklif etdikdə o, yenə də söhbəti mənasız yerə uzadıb Mədinənin dediklərının həqiqət olduğunu iddia etməkdə davam etmiş, bu zəmində Manafla aralarında sözlü mübahisə davam edərkən Manaf anidən sağ əli ilə burun nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş, həmin an özünü itirmiş, lakin birtəhər müvazinətini saxlamış, bir neç saniyə sonra özünə gəldikdə burun nahiyəsindən qan axmasına görə sifətini tutarkan arxa tərəfindən görmədiyi 2 nəfər şəxs əlləri ilə hər iki qol nahiyəsindən onu ön tərəfə itələmiş, bu zaman yenə də yıxılmamaq üçün müvazinətini saxlamış və yıxılmamışdır. Həmin vaxt Manafın sağ əlində təxminən 10-12 sm uzunluğunda məişət bıçağının olmasını görmüş, özünü tarazlamağa va geriyə dönməyə imkan tapmış Manaf bıçağı sağ əlində tutmaqla sol ayağının sarğı və sağ bud nahılərindən iki dəfə qəsdən vurub xəsarət yetirmiş, bundan sonra Manaf və onun yanında olan təxminən 7-8 nəfər şəxslər dərhal oradan qaçaraq uzaqlaşmışlar. Elton sifət nahiyəsindən kəskin qan axmasını görən kimi ona sarılıb belindən tuta-tuta yaşadığı evə gətirmiş, evdə olarkən sol ayağının sarğı və sağ bud nahilərindən də qan gəlməsini müəyyən etmiş, lakin evdə burnundan gələn qan axmanı dayandıra bilmədiyinə görə müayinə olunmaq üçün xəstəxanaya getmişdir Xəstəxanada müayinə olunarkən burun nahiyəsində sınıq olması müəyyən edilmişdir. Hadisə Təqsirləndirilən şəxs ilə aralarında olan sözlü mübahisə gedişatında ani bir vaxtda baş vermiş və cəmi 2-3 dəqiqə müddətində davam edərək başa çatmışdır. Manaf ani bir vaxtda əli ilə burun nahiyəsindən yumruq zərbəsi, daha sonra isə ardıcıl olaraq üzərində gəzdirdiyi məişət bıçağı ilə sol ayağının sarğı və sağ bud nahiyələrindən 2 dəfə vurub xəsarət yetirmişdir. Buna görə də hadisə zamanı, burun, sol ayağının sarğı və sağ bud nahiyələrindən xəsarətlər almış, özü isə Manaf va onun yanında olan şəxslərə qarşı hər hansı bir formada fiziki zor tətbiq etməmişdir. Həmçinin Manafın yanında olan tanıdığı və tanımadığı şəxslərdən də ona qarşı hər hansı bir formada fiziki zor tətbiq edən olmamışdır. Hadisə zamanı boynunda olan qızıl sepi də qeyri-müəyyən şəraitdə düşərək itmişdir. Şikayəti Təqsirləndirilən şəxsdır və onun cinayət məsuliyyətinə cəlb olunmaqla cəzasını almasını istəyir. Hadisə vaxtı Manaf tərəfindən yumruq və bıçaqla vurulub xəsarət aldığını, ona xəsarəti yalnız Təqsirləndirilən şəxs yumruqla vurduqdan sonra 2-ci dəfə bıçaqla yetirdiyini bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərər ödənilmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bir il yarım olar ki, tanımış, belə ki, Manaf onunla birlikdə hal- hazırda təhsil aldığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən 165 nömrəli tam orta məktəbdə eyni sinifdə təhsil almış, sonradan Manafın NZS qəsəbəsində yaşamasını bildikdə onunla münasibətləri tədricən daha da yaxınlaşmışdır. Manafı tanıdığı vaxtdan etibarən aralarında hər hansı bir mübahisə və ya narazılıq olmamışdır. Zərərçəkmiş şəxs isə təxminən 5-6 ay müddət olar ki, tanıyır. Belə ki, Hüseyn son zamanlar tez-tez təhsil aldığı 165 nömrəli tam orta məktəbin qarşısına gəlib-getmişdir Həmin ərəfələrdə tanışları vasitəsi ilə maraqlandıqda Hüseynin onunla eyni sinifdə oxuyan Şahid3 arxasınca məktəbə gəlməsini öyrənmiş, lakin Hüseynlə aralarında yalnız tanışlıq münasibəti olmuş, təsadüfən görüşdükdə ünsiyyət saxlamışlar 26 fevral 2024-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanda yerləşən «Ulduz» marketin yaxınlığındakı oyun salonunda tanışları Samir. Zakir və Elsevərlə birlikdə olarkən Manaf salona daxil olmuş, həmin vaxt ona yaxınlaşıb Hüseynlə Mədinə ilə bağlı görüşəcəyini, buna görə də onların da onunla birlikdə getmələrin xahiş etmiş, o, Samir, Zakir və Elsevər Manafla razılaşmışlar, sadəcə onun yanında olmaq və baş verə biləcək mübahisənin daha da böyüməsinin qarşısını almaq üçün onunla birlikdə getmək qərarına gəlmişlər. Bir neçə dəqiqə sonra o, Samir. Zakir və Elsevər Manafın yanında olan tanımadığı 2-3 nəfər şəxslə birlikdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən «X28 yaxınlığına gəlmişlər. Həmin vaxt Hüseyn yanında olan 2 nəfər şəxslə birlikdə həmin ərazidə dayanmışlar. Hüseynin yanında olan uşaqlardan birinin Hüseynin dostu Elton olmasını görmüş, digərini isə üzdən tanısa da adını bilmir. Hüseyn və onun yanında olan uşaqlara yaxınlaşıb salamlaşaraq hal- əhval tutmuşlar. Daha sonra Manaf söhbətə başlayıb Hüseyndən hansı səbəbdən Mədinə və özünün şəxsiyyəti barədə tanışlarına həqiqətə uyğun formada məlumatlar verməsinin səbəbini soruşmuş. Hüseyn isə həm Mədinə, həm də Manafın əleyhinə hər hansı bir şəxsin yanında söz danışmadığını demiş, hətta Hüseyn özü, öz ünvanına nəlayiq ifadə işlədib belə bir halın olmadığını demişdir. Bundan sonra Manaf özünə məxsus mobil telefonda Mədinə ilə aralarında Hüseyn barədə aparılmış yazışmada Mədinənin ona Hüseynin o və Mədinə barəsində danışıqları barədə yazdığı mesaj mətnini göstərmiş, onların arasımda olan danışıqlardan mesaj mətnində X3 qorxması və özünü qızın yanında üstün göstərməyə çalışması barədə yazılar olmasını müəyyən etmişdir. Hüseyn həmin mesaj mətnini oxuduqdan sonra həmin mesajların onun tərəfindən Mədinəyə göndərilmədiyını demiş. Manaf isə həmin mesaj mətninin onun tərəfindən Mədinəyə göndərilməsini və həmin mesaj mətninin Mədinə tərəfindən köçürülməklə ona göndərilməsini izah etmiş, lakin Hüseyn bununla razılaşmadığına görə Manaf ona kimin danışıqları yalandırsa həmin şəxsin ünvanına nəlayiq ifadə işlətmiş. Hüseyn də ümumi nəlayiq ifədə işlətməklə Manafın dediklərini bir daha təkzib etmişdir.Bundan sonra Hüseyn yanında olan uşaqlarla birlikdə həmin ərazidən uzaqlaşmaq istəmiş, lakin həmin vaxt yanında olan Elsevər Hüseynin dalınca səsləyib yanlarına çağırmışlar. Hüseyn yenidən yanlarına qayıtdıqda Elsevər özünü Hüseynə təqdim edib bu məsləni uzatmağın yersiz və mənasız olmasını bildirmiş, Hüseyn isə Elsevərə də kobud cavab verib öz işi ilə məşğul olmasını demişdir. Bundan sonra Manaf onlara yaxınlaşıb Mədinə ilə aralarında onun barəsində həqiqətə uyğun olmayan danışıqlar olubsa üzr istəməsini tələb etmiş, Hüseyn bir daha belə bir halm almadığımı dedikdə Manaf yalan danışan şəxsin ünvanına nəlayiq ifadə işlətmiş, daha sonra Manafa yaxınlaşıb əli ilə əynində olan şalvarın kəmərindən tutub kənara çəkmək istəmiş, Manaf Hüseynə əlini şalvarının belindən çəkməsini bildirsə də Hüseyn əlini çəkməmiş, həmin an Hüseyn ds Manafın ona nalayiq ifadə ilə danışdığına əsəbləşib Manafın ailə üzvlərinin və nəslinin ünvanına nalayiq ifadə işlətmiş, bu zaman Manaf geriyə dönüb ani bir vaxtda sağ əli ilə Hüseynin vlət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş, zərbənin təsirindən Hüseyn arxaya tərəf hərəkət etmiş, lakin bir təhər müvazinətini saxlamış, daha sonra Hüseyn özünü tarazlayıb Manafın üzərinə doğru gələrək ayağı ilə sifətindən bir dələ təpik zərbəsı vurmuş, həmin təpik zərbəsindən Manaf özünü bir təhər saxlamış. Hüseyn ardıcıl 2-ci təpik zərbəsini vurduqda Manaf hamin zərbədən yayınmış, daha sonra Manaf ani bir anda əsəbi halda şalvarının bel nahiyəsindən bıçaq çıxardıb Hüseynin üzərinə doğru getmiş, Hüseyn Manafı özündən kənarlaşdırmaq üçün ona ayağı ilə təpik zərbəsi vurmaq istədikdə Manaf bıçaqla Hüseynin sol ayağımın sarğı nahiyəsinə zərbə vurmuş, zərbənin təsirindən Hüseyn sifətini tutub yerə çökmüş, həmin vaxt ona yaxınlaşdıqda Hüseynin sifət nahiyəsindən kəskin qan axmasını görmüş, buna görə də Hüseyn, və digər tanımadığı şəxslə birlikdə həmin yerdən uzaqlaşmışlar Manaf da özü tək halda hamin ərazidən uzaqlaşmış, o, da yanında olan uşaqlarla oradan ayrılıb yaşadığı ünvan istiqamətində hərəkət etmişdir. Hadisə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olan sözlü mübahisə gedişatında Hüseynin Manafın ailə üzvlərinə və nəslinin ünvanına nəlayiq ifadə şlətməsinə görə ani bir vaxtda baş vermişdir. Manaf Manafı, Zərərçəkmiş şəxsla sözlü mübahisə edərkən ani bir vaxtda əvvəlcə əli ilə Hüseynin sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə, daha sonra isə üzərində olan mətbəx bıçağı ilə sol ayağının sarğı nahiyəsindən bir dəfə vurub xəsarət yetirmişdir. Bundan başqa Manaf Hüseynə və onun yanında olan şəxslərə qarşı har-hansı bir formada zor tətbiq etməmiş. Hüseyn özü Manafa təpik zərbəsi vursa da gördüyü qədəri ilə Manaf hər hansı bir xəsarət almamışdır. O, yanında olan Samir, Zakir, Elsevər və digər tanımadığı uşaqlar Manaf və Hüseynin arasında olan mübahisəyə hər hansı bir formada müdaxilə etməmişlər. Manafın əlində bıçaq olmasını gördükdən sonra qorxaraq özünü itirdiyindən hadisəyə müdaxilə etməmiş, hadisə zamanı Manaf orada olan digər hər hansı bir şəxsə qarşı heç bir formada, eləcə də bıçaqla fiziki zor tətbiq etməmişdir. Hadisə zamanı Manafın istifadə etdiyi bıçaq gördüyü qədəri ilə dəstək hissəsi qəhvəyi rəngli olmaqla təxminən 10-15 sm uzunluğunda mətbəx bıçağı olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 9-cu sinifdə oxuduğu vaxtdan tanımışdır. Belə ki, 9-cu sinifdə oxuyanda Manaf onlarım sinifində 1-2 həftə oxumuş, sonra onların sinifindən başqa sinifə keçirilmişdir. Zərərçəkmiş şəxs isə 10-cu sinifdə hazırlığı getdiyi vaxt tanımışdır. Hüseyn bildiyi qədər 194 saylı orta məktəbdə oxumuşdur. 10-cu sinifdə oxuduğu vaxt ona məlumat verilmişdir ki, Manaf onu istəmişdir. Bunu bilən kimi özü araşdırma aparmış, sonra isə Manafla instaqram sosial şəbəkəsi vasitəsi ilə yazışmağa başlamışdır. Təxminən 5 ay müddətində instagrama sosial şəbəkəsi vasitəsi ilə bir-biri ilə yazışmışlar. Sonra Manaf onu sevdiyini, evlənmək istədiyini bildirmişdir. Bir müddətdən sonra buna razı olmuş, lakin sonra öyrənmişdir ki, Manaf ona layiq deyil, ondan uzaqlaşmağa başlamış, telefon zənglərinə cavab verməmişdir. Hüseynlə hazırlığa getdiyi müddət onunla sosial şəbəkələr vasitəsi ilə yazışmağa başlamışdır. 2024-cü ilin fevral ayının axırlarında ona məlumat çatmışdır ki, Manaf NZS qəsəbəsində Hüseyni bıçaqla vurub xəsarət yetirib. Hal-hazırda Manaf və Hüseynlə əlaqəsi yoxdur. Hazırda Manaf və Hüseynlə SMS yazışmalarının mətnləri onun mobil telefonunda yoxdur. Manafla əlaqəni kəsdikdə mobil telefon nömrəsini dəyişmiş, ona görədə SMS yazışmaları qalmamışdır. Hüseynlə sosial şəbəkələr vasitəsi ilə yazışdığı vaxt Manafın barəsində Hüseynlə yazışmaları Manafa göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, Hüseyn, Manafa onun barəsində həqiqətə uyğun olmayan SMS yazışmaları yazıb onu Manafa pisləmişdir ki, guya ki, o, yaxşı qız deyil, Manafın ondan uzaqlaşması üçün. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X12 5-6 il olar ki, tanımış, belə ki, Manaf onunla birlikdə halhazırda təhsil aldığı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən 165 nömrəli tam orta məktəbdə ondan yuxarı sinifdə təhsil almış, sonradan Manalin NZS qəsəbəsində yaşamasını bildikda onunla münasibətləri tədricən daha da yaxınlaşmışdır. Manafı tanıdığı vaxtdan etibarən aralarında hər hansı bir mübahisə və ya narazılıq olmamışdır. Zərərçəkmiş şəxs isə təxminən 4-5 il müddət olar ki, tanıyır. Belə ki, Hüseyn son zamanlar tez-tez təhsil aldığı 165 nömrəli tam orta məktəbin qarşısına gəlib-getmişdir. Həmin ərəfələrdə tanışları vasitəsi ilə maraqlandıqda Hüseynin onunla eyni sinifdə oxuyan Şahid3 arxasınca məktəbə gəlməsini öyrənmiş, lakin Hüseynlə aralarında yalnız tanışıq münasibəti olmuş, təsadüfən görüşdükdə ünsiyyət saxlamışlar. 26 fevral 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, K.Kərimov küçəsində Universitetə hazırlıqla bağlı müəllimənin yanımdan məşgələdən qayıdarkən təsadüfən tanışları Samir, Zakir, Rəvan və Manafla birilkdə yaxınlıqda yerləşən "Azpetrol" Neft Bazasına tərəf piyada hərəkət etmələrini görüb həmin vaxt onlara yaxınlaşıb salamlaşaraq hara getmələrini soruşmuş, bu vaxt Manaf Hüseynlə arasında olan məsələni aydınlaşdırmaq üçün onunla görüşməli olduğunu bildirmiş, o, da uşaqlara qoşulub onlarla birlikdə "Azpetrol" Neft Bazasının yaxınlığına gəlmişlər. Həmin vaxt Hüseyn yanında olan 2 nəfər şəxslə birlikdə həmin ərazidə dayanmış, Hüseynin yanında olan uşaqlar onun dostları Elton və Məhəmməd olmurlar.Onlar hamısı Hüseyn və onun yanında olan uşaqlara yaxınlaşıb salamlaşaraq hal-əhval tutmuşlar.Daha sonra Manaf söhbətə başlayıb Hüseyndən hansı səbəbdən Mədinə və ö/iınün şəxsiyyəti barədə tanışlarına həqiqətə uyğun olmayan formada məlumatlar verməsinin səbəbini soruşmuş. Hüseyn isə həm Mədinə, həm də Manafın əleyhinə hər-hansı bir şəxsin yanında sö/ danışmadığını demiş, hətta Hüseyn özü. öz ünvanına nalayiq ifadə işlədib belə bir halın olmadığını demiş, bundan sonra Manaf özünə məxsus mobil telefonda Mədinə ilə aralarında Hüseyn barədə aparılmış yazışmada Mədinənin ona Hiiseyn o və Mədinə barədə danışıqları barədə yazdığı mesaj mətnin göstərmiş, onların arasında olan danışıqlardan mesaj mətnində X3 qorxması və özünü qızın yanında üstün göstərməyə çalışması barədə yazılar olmasını müəyyən etmişdir. Hüseyn həmin mesaj mətnini oxuduqdan sonra həmin mesajların onun tərəfindən Mədinəyə göndərilmədiyini demiş. Manaf isə həmin mesaj mətninin onun tərəfindən Mədinəyə göndərilməsini və həmin mesaj mətninin Mədinə tərəfindən köçürülməklə ona göndərilməsini izah elmiş, lakin Hüseyn bununla razılaşmadığına görə Manaf ona kimin danışıqları yalandırsa həmin şəxsin ünvanına nəlayiq ifadə işlətmiş, Hüseyn də ümumi nəlayiq ifadə işlətməklə Manafın dediklərini bir daha təkzib etmişdir.Bundan sonra Hüseyn yanında olan uşaqlarla birlikdə həmin ərazidən uzaqlaşmaq istəmiş, lakin həmin vaxt o. Hüseyni dalınca səsləyib yanlarına çağırmış. Hüseyn yenidən yanlarına qayıtdıqda özünü Hüseynə təqdim edib bu məsləni uzatmağın yersiz və mənasız olmasını bildirmiş, Hüseyn isə ona da kobud cavab verib öz işi ilə məşğul olmasını demişdir.Bundan sonra Manaf onlara yaxınlaşıb Mədinə ilə aralarında onun barəsində həqiqətə uyğun olmayan danışıqlar olubsa üzr istəməsini tələb elmiş. Hüseyn bir daha belə bir halın olmadığını dedikdə Manaf yalan danışan şəxsin ünvanına nəlayiq ifadə işlətmiş, daha sonra Manafa yaxınlaşıb əli ilə əynində olan şalvarın kəmərindən tutub kənara çəkmək istəmiş, Manaf Hüseynə əlini şalvarının belindən çəkməsini bildirsə də Hüseyn əlini çəkməmiş, həmin an Hüseyn də Manafın ona nəlayiq ifadə ilə danışdığına əsəbləşib Manafın ailə üzvlərinin və nəslinin ünvanına nəlayiq ifadə işlətmiş, bu zaman Manaf geriyə dönüb ani bir vaxtda sağ əli ilə Hüseynin sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş, zərbənin təsirindən Hüseyn arxaya tərəf hərəkət etmiş, lakin bir təhər müvazinətini saxlamış, daha sonra Hüseyn özünü tarazlayıb Manafın üzərinə doğru gələrək ayağı ilə sifətindən bir dəfə təpik zərbəsi vurmuş, həmin təpik zərbəsindən Manaf özünü bir təhər saxlamış. Hüseyn ardıcıl 2-ci təpik zərbəsini vurduqda Manaf həmin zərbədən yayınmış, daha sonra Manaf ani bir anda əsəbi halda şalvarının bel nahiyəsindən bıçaq çıxardıb Hüseynin üzərinə doğru getmiş. Hüseyn Manafı özündən kənarlaşdırmaq üçün ona ayağı ilə təpik zərbəsi vurmaq istədikdə Manaf bıçaqla Hüseynin sol ayağının sarğı nahiyəsinə zərbə vurmuş, zərbənin təsirindən Hüseyn sifətini tutub yerə çökmüş, həmin vaxt ona yaxınlaşdıqda Hüseynin sifət nahiyəsindən kəskin qan axmasını görmüş, buna görə də Hiiseyn, Kilon və Məhəmmədlə birlikdə həmin yerdən uzaqlaşmışlar.Manaf da özü tək halda həmin ərazidən uzaqlaşmış, o. da yanında olan uşaqlarla oradan ayrılıb yaşadığı ünvan istiqamətində hərəkət etmişdir. Hadisə Zərərçəkmiş şəxs və Manaf Manallı arasında olan sözlü mübahisə gedişatında Hüseynin Manafın ailə üzvlərinə və nəslinin ünvanına nəlayiq ifadə işlətməsinə görə ani bir vaxtda baş vermişdir. Vİanal Manallı, Zərərçəkmiş şəxsla sözlü mübahisə edərkən ani bir vaxtda əvvəlcə əli ilə Hüseynin sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə. daha sonra isə üzərində olan mətbəx bıçağı ilə sol ayağının sarğı nahiyəsindən bir dələ vurmub xəsarət yetirmişdir. Bundan başqa Manaf Hüseynə və onun yanında olan şəxslərə qarşı hər-hansı bir formada zor tətbiq etməmiş, Hüseyn özü Manafa ləpik zərbəsi vursa da gördüyü qədəıi ilə Manaf hər-hansı bir xəsarət almamışdır.O. yanında olan Samir, Zakir, Elsevər və digər tanımadığı uşaqlar Manaf və Hüseynin arasında olan mübahisəyə hər-hansı bir formada müdaxilə etməmişlər.Manafın əlində bıçaq olmasını gördükdən sonra qorxaraq özünü itirdiyindən hadisəyə müdaxilə etməmiş, hadisə zamanı Manaf orada olan digər hər-hansı bir şəxsə qarşı lıeç bir formada, eləcə də bıçaqla "ıziki zor tətbiq etməmişdir.Hadisə zamanı Manafın istifadə etdiyi bıçaq gördüyü qədəri ilə dəstək hissəsi qəhvəyi rəngli olmaqla təxminən 10-15 sm uzunluğunda mətbəx bıçağı olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4, Şahid5 digər şahid X1 ifadəsində uyğun ifadə verərək onun məhkəmə iclasında dediklərini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 mart 2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. (i.v. 1); 27 fevral 2024-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs tərəfindən Xətai RPİ-nin 37-ci PŞ-ə ünvanladığı ərizəsindən görünür ki, 26 fevral 2024-cü il tarixdə saat 21 radələrində həmyaşıdı Manaf adlı şəxslə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, 165 nömrəli tam orta məktəbin yanında aralarında baş vermiş mübahisə zamanı bir dəfə yumruqla burnundan, bir dəfə bıçaqla sol ayağının bud nayihəsindən vuraraq ona xəsarət yetirmişdir. Manaf adlı şəxsin müəyyən olunması və barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. ( i.v 5) 27 fevral 2024-cü il tarixli qanuni nümayəndəsi qismində tanıma haqqında qərardan görünür ki, iş üzrə hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs atası X20 onun qanuni nümayəndəsi qismində tanınmışdır.(i.v 14-15) 27 fevral 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilsin və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X38 Şəxsinin Xətai rayon şöbəsinə həvalə edilmişdir. ( i.v 25) 27 fevral 2024-cü il tarixli qanuni nümayəndəsi qismində tanıma haqqında qərardan görünür ki, iş üzrə hadisəni törətmiş Təqsirləndirilən şəxs anası X7 onun qanuni nümayəndəsi qismində tanınmışdır.(i.v 30-31) 27 fevral 2024-cü il tarixli könüllü təqdim etmə,baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi X7 və hal şahidləri X21, X8 iştirakları ilə Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə saat 20 radələrində ünvan 4 ünvanda yerləşən meydanda Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya xəsarət etdiyi üzərində olan 01 ədəd mətbəx bıçağını təqdim etmək istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd mətbəx bıçağını təqdim etmiş, bıçağa baxış keçirilən zaman onun tiyə və dəstək hissədən ibarət olmaqla ümumi uzunluğunun 25 sm olması, tiyə hissəsi gümüşü, dəstək hissəsinin qəhvəyi rəngli olması, tiyə hissəsinin kəsici-deşici xassəyə malik mətbəx bıçağı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağın ona məxsus olduğunu və məhz həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmiş, təqdim etdiyi bıçaq maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. ( i.v 39-41) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 46); 27 fevral 2024-cü il tarixli məhkəmə-trasoloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən , HK- 1/587 nömrəli araşdırma materialı üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir.( i.v 47) 05 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ərizəçi X20, Zərərçəkmiş şəxs və hal şahidləri X31, X5 iştirakları ilə baxış keçirilimiş, baxış zamanı məlum olmuşdur ki, hadisənin baş verdiyi yer K.Kərimov küçəsi 34 saylı ünvanda yerləşən meydandır, meydanda hər hansısa bir müşahidə kamerası mövcud deyil, meydan asvalt örtükdən ibarət olmaqla üzərində 01 ədəd tikili mövcuddur, ətrafı isə boşluqdur. Hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs meydanın kənarını göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin yerdə ona xəsarət yetirməsini bildirmişdir. ( i.v 49-51) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 27 mart 2024-cü il tarixli, 3-16-16/2-3/476 sayı ekspert rəyindən görünür ki, təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatı mətbəx bıçağıdır, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir.( i.v 52-54) Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA X38 şəxsi Bakı şəhəri Xətai rayon şöbəsinin verdiyi 27 fevral 2024-cü il tarixli 202 N-li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs burun sümüklərinin qapalı yerdəyişmiş sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüsün pozulması, sol sağrı nahiyəsının bir ədəd deşilmış kəsilmiş yarası, sağ budun bir ədəd deşilmiş kəsilmiş yarası müəyyən edildi. Xəsarətlərdən burun sümüklərinin qapalı yerdəyişmiş sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüsün pozulması bərk-küt əşya, sol sağrı nahiyəsinin və sağ budun deşilmiş kəsilmiş yaraları isə iti uca və kənara malik əşya (bıçaq) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 26 fevral 2024-cü il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi. Dərəcələrinə görə burun sümüklərinin qapalı yerdəyişmiş sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüsün pozulması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sol sağrı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.( i.v 55- 56) 30 mart 2024-cü il tarixində zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v. 57) 01 may 2024 cü il ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs (anası Fərqanə) barəsində axtarış elan edilməsi və onun tutularaq Xətai RPİ-nin MSY-ə təhvil verilməsi qərara alınmışdır. (i.v 73) 01 may 2024-cü tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmaqla tutulub istintaqa təqdim edilənədək cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v 75) 06 may 2024-cü il tarixli axtarışda olan şəxsin yaxalanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə saat 10:00 radələrində keçirilən əməliyyatlar nəticəsində saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. ( i.v 78) 06 may 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. ( i.v 79) 07 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur(07 may 2024-cü il tarix, saat 11:50).(i.v 97-98) 07 may 2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 110-111) 08 may 2024-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X4 yetkinlik yaşına çatmayan Şahid1 qanuni nümayəndəsi təyin olunmuş, onun cinayət prosesində iştirakı təmin olunmuşdur. (i.v 116-117) 09 may 2024-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid2 yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi təyin olunmuş, onun cinayət prosesində iştirakı təmin olunmuşdur. (i.v 128-129) 23 iyul 2024-cü il tarixli əşyanı tanımaya təqdim etmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qəsdən ona bədən xəsarəti yetirmiş bıçağı tanımışdır. (i.v 154-156) 26 avqust 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilərək Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v 166-168) 26 avqust 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilsin və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X38 Şəxsinin Xətai rayon şöbəsinə həvalə edilmişdir.( iv 170-171) 26 avqust 2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini ifadəsinin yerində yoxlanılması zamanı eynilə təsdiq etmişdir. ( i.v 174-179) 26 avqust 2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini ifadəsinin yerində yoxlanılması zamanı eynilə təsdiq etmişdir. ( i.v 180-184) 05 sentyabr 2024-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zavod üsulu ilə istehsal edilmiş , bir tərəfi kəsik , ucu deşici xassəyə malik olan təsərrüfat -məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. ( i.v 207) 05 sentyabr 2024-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X6 yetkinlik yaşına çatmayan Şahid3 qanuni nümayəndəsi təyin olunmuş, onun cinayət prosesində iştirakı təmin olunmuşdur. (i.v 209) 03 sentyabr 2024-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X32 yetkinlik yaşına çatmayan Şahid4 qanuni nümayəndəsi təyin olunmuş, onun cinayət prosesində iştirakı təmin olunmuşdur. (i.v 215) 04 sentyabr 2024-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndənin təyin edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X33 yetkinlik yaşına çatmayan Şahid5 qanuni nümayəndəsi təyin olunmuş, onun cinayət prosesində iştirakı təmin olunmuşdur. (i.v 222) Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA X38 şəxsi Bakı şəhəri Xətai rayon şöbəsinin verdiyi 02 sentyabr 2024-cü il tarixli 30/202 N-li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs burun sümüklərinin qapalı yerdəyişmiş sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüsün pozulması, sol sağrı nahiyəsının bir ədəd deşilmış kəsilmiş yarası, sağ budun bir ədəd deşilmiş kəsilmiş yarası müəyyən edildi. Xəsarətlərdən burun sümüklərinin qapalı yerdəyişmiş sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüsün pozulması bərk-küt əşya, sol sağrı nahiyəsinin və sağ budun deşilmiş kəsilmiş yaraları isə iti uca və kənara malik əşya (bıçaq) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 26 fevral 2024-cü il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi. Dərəcələrinə görə burun sümüklərinin qapalı yerdəyişmiş sınığı, hər iki burun dəliyi vasitəsilə tənəffüsün pozulması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sol sağrı nahiyəsinin və sağ budun deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.( i.v 241-244) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X19 Hüquqi şəxsin verdiyi 28 avqust 2024-cü il tarixli 2487 saylı kompleks ambulator məhkəmə- psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən, ona qarşı törədilən əməl zamanı hər hansı bir psixi xəstəlik va ya psixi fəaliyyətin müvəqqəti pozulması, kamağıllııq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs əqli və psixi inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla o, öz hərəkətlərinin mənasını tam dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosionaliradi sferasında, fardi-psixi xüsusiyyətlərində, hərəkət və davranışım iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən olunmadı. Zərərçəkmiş şəxs sqli və psixi inkişafı nəzərə alınmaqla, o, öz hərəkətlərının mahiyyətinı qavraya, dərk edə və ifadə edə bilər. Göstərilən situasiyada Zərərçəkmiş şəxs davranışına mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətləri müəyyən edilmədi.( i.v 247-250) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X19 Hüquqi şəxsin verdiyi 28 avqust 2024-cü il tarixli 2488 saylı kompleks ambulator məhkəmə- psixatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, cinayət işi materiallarından və halhazırkı psixatrik müayinənın nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. X9 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixı xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X34 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq müşahidə edilir. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, kobudluq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqlı və psixi inkişafı nəzərə alınmaqla, o, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək və əqli və psixi inkişafım xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. ( i.v 253- 256) 23 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə yeni məzmunlu ittiham elan edilsin, barəsində 07 may 2024-cü il tarixdə Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X22 tərəfindən "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınması, istintaq sənədlərində təqsirləndirilən şəxs X23 ediləcək yeni məzmunlu ittihamda hadisə yeri ünvan 5 ünvanda yerləşən yarımtikili həyət evinin yaxınlığı kimi qeyd edilməsi və istintaq zamanı nəzərə alınması, ibtidai istintaqın obyektiv hallarına uyğun olan ifadələr, maddi sübut olan bıçağın götürülməsi barədə protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli 3-16-16/2-3/476 sayh ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» X38 şəxsin Bakı şəhəri, Xətai rayon şöbəsinin 05 sentyabr 2024-cü il tarixli 30/202 №-li rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X19 Hüquqi şəxsin verdiyi 28 avqust 2024-cü il tarixli, 2487 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X19 Hüquqi şəxsin verdiyi 28 avqust 2024-cü il tarixli, 2488 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə- psixoloji ekspertizasının rəyi və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilməsi, cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE va PA X38 şəxsı Bakı şəhəri, Xətai rayon şöbəsinin verdiyi 05 sentyabr 2024-cü il tarixli 30/202 Ne-li rəyi əsas götürülməsi, təqsirləndirilən şəxs X13 istintaqa təqdim etdiyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli 3-16-16/2-3/476 saylı ekspert rəyində qeyd edilmiş 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaq iş üzrə maddi sübut qismində tanınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 228.4-cü maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs X27 barəsində Azərbaycan Respublikası CM- min 221ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs X35 barəsində Azərbaycan Respublikası CM- nin 29, 120.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, X10, Şahid2. Şahid4 və Şahid5 barələrində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə cinayət işi başlanılması rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi müəyyən edilmədyindən barəsində cinayət işi başlanılması rədd edilməsi, təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası CM-nin 27.2.3-cü maddəsi ilə törətdiyi cinayət əməli özünün etirafedici ifadələri, hadisə yerinə baxış protokolu, ona əlavə edilmiş fotoşəkillər, maddi sübut olan bıçağın götürülməsi barədə protokolu, ifadənin yerində yoxlanılması protokolları və ona əlavə edilmiş fotoşəkillər, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-kriminalistik, kompleks ambulator məhkəmə- psixatrik və məhkəmə-psixoloji ekspertizalarının rəyləri, habelə ışın digər materialları və mötəbər dəlillərlə sübuta yetirilməsi nəzərə alınması qərara alınmışdır.(i.262-275) 24 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, X15 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, o bu qərarla tanış edilərək ittihamın mahiyyəti və Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələr ona izah edilmişdir. ( i.v 281-282) 20 dekabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxs ifadəsi, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə əsasən xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan zaman törətməsi(CM 59.1.2); zərərçəkmiş şəxs ilə barışmasını(59.1.12), zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini (CM59.1.13), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 85.4-1. Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut –Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəğ bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 01(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X11 tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 1(bir) günə 2(iki) gün hesabı ilə hesablanmaqla ümumilikdə 04(dörd) gün müddət ona təyin edilmiş 01(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut –Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəğ bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 64 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili X16 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar