Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-568/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7,zərərçəkmiş - mülki iddiaçı Zərərçəkmiş şəxs9, tərcüməçi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 1986-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 işlədiyi “Avtoservis” mağazasına müştəri qismində daxil olaraq satıcı işləyən Zərərçəkmiş şəxs6 sanitar qovşağına getməsindən istifadə edib sonuncunun masanın üzərinə qoyduğu içərisində 20 (iyirmi) manat dəyərində ***-***-**-** saylı sim nömrə olan 1.419 (min dörd yüz on doqquz) manat dəyərində 01 ədəd “İphone 8” markalı və içərisində 5 manat dəyərində ***-***-**-** saylı sim nömrə olan 2.249 (iki min iki yüz qırx doqquz) manat dəyərində 01 ədəd “İphone 12” markalı mobil telefonları gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 cəmi 3.693 (üç min altı yüz doxsan üç) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən “Qab-qaşıq” mağazasına müştəri qismində daxil olaraq satıcı Zərərçəkmiş şəxs10 stəkan almaq istədiyini bildirərək sonuncu ona stəkan dəstini verərkən başının qarışıq olmasından istifadə edib, Zərərçəkmiş şəxs10 masanın üzərinə qoyduğu içərisində 10 manat dəyərində ***-***-**-** saylı nömrə olan 900 (doqquz yüz) manat dəyərində 1 ədəd “Samsunq Galaxy A535” markalı mobil telefonu və kassada olan 200 (iki yüz) manat nəğd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 cəmi 1110 (min yüz on) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023cü il tarixdə 13 radələrində X3 icarə əsasında işlətdiyi ünvan 4 ünvanda yerləşən “Kahveci Parke” adı ilə fəaliyyət göstərən qapı-parket satışı mağazasına müştəri qismində daxil olaraq X3 qapıları digər müştərilərə göstərdiyi üçün başının qarışıq olmasından istifadə edib sonuncunun masanın üzərinə qoyduğu içərisində 20 (iyirmi) manat dəyərində ***-***- **-** saylı sim nömrə, 10 (on) manat dəyərində kontur və 20 (iyirmi) manat dəyərində ***- ***-**-** saylı nömrə və 15 (on beş) manat dəyərində kontur olan bir ədəd 2000 (iki min) manat dəyərində Samsung Note 20 markalı mobil telefonu gizli yolla talayaraq zərər çəkmiş şəxs E.Cavadzadəyə cəmi 2065 (iki min altmış beş) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında yerləşən təsərrüfat malları mağazasına müştəri qismində daxil olaraq orada satıcı işləyən Zərərçəkmiş şəxs1 şüşə vaza almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 vitrindən həmin əşyanı götürüb ona verərkən başının qarışıq olmasından istifadə edib sonuncunun kassa aparatının yanına qoyduğu içərisində 20 (iyirmi) manat dəyərində sim kart olan 980 (doqquz yüz səksən) manat dəyərində «Samsunq S21 FE» markalı mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 1000 (min) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-ci il tarixdə saat 14:00 radələrində ünvan 6 ünvanında yerləşən tikinti materialları mağazasına müştəri qismində daxil olaraq satıcı Zərərçəkmiş şəxs8 tikinti materialları sifariş etmiş, Zərərçəkmiş şəxs8 tikinti materiallarını sellofana yığarkən başının qarışıq olmaısndan istifadə edib, sonuncunun masanın üzərinə qoyduğu içərisində 50 (əlli) manat dəyərində sim kart olan 1900 (min doqquz yüz) manat dəyərində “İphone 13 mini” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 cəmi 1950 (min doqquz yüz əlli) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 işlətdiyi meyvə-tərəvəz mağazasına müştəri qismində daxil olaraq Zərərçəkmiş şəxs5 meyvətərəvəz sifariş vermiş, sonuncu onun dediyi meyvə-tərəvəzi sellofan torbaya qablaşdırarkən başının qarışıq olmasından istifadə edib sonuncunun pəncərənin kənarına qoyduğu içərisində 5 (beş) manat dəyərində ***-***-**-** saylı nömrə olan 650 (altı yüz əlli) manat dəyərində Samsung Galaxy A53G markalı mobil telefonu gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 cəmi 655 (altı yüz əlli beş) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12-də ünvan 8 ünvanında yerləşən «Memi» mağazasına müştəri qismində kimi gəlmiş, satıcı Zərərçəkmiş şəxs3 başının qarışıq olmasından istifadə edib sonuncunun masanın üzərinə qoyduğu içərisində 20 (iyirmi) manat dəyərində ***-***-**-** saylı mobil nömrə balansında 10 (on) manat dəyərində kontur olan bir ədəd 3000 (üç min) manat dəyərində İphone-12 Pro markalı və içərisində 20 (iyirmi) manat dəyərində ***-***- **-** saylı mobil nömrə, 10 (on) manat dəyərində kontur və üzərində 20 (iyirmi) manat dəyərində üzlük olan 01 ədəd 1500(min beş yüz) manat dəyərində Oppo markalı mobil telefonu gizli yolla talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 4580 (dörd min beş yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14-50-də ünvan 9 ünvanında yerləşən «XO» Şərab evində olarkən orada satıcı Zərərçəkmiş şəxs9 özünə məxsus mobil telefon aparatını onun üçün əl çatan yerdə, kassa aparatının yanında nəzarətsiz olmasından istifadə edərək sonuncunun fikrini yayındırmaq məqsədilə rəf üzərində olan spirtli içkilərdən birini verməsini istəmiş və Zərərçəkmiş şəxs9 onun sifarişini yerinə yetirən zaman nəzarətini telefondan itirdiyi məqamda içərisində 15 (on beş) manat dəyərində ***-***-**-** saylı sim nömrə və üzərində 25 (iyirmi beş) manat dəyərində üzlük olan 3000 (üç min) manat dəyərində «İphone 14 pro max» markalı mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 3040 (üç min qırx) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-ci il tarixdə saat 14:00-da ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus marketə müştəri qismində daxil olaraq spirtli içkilər almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs7 həmin spirtli içkiləri qablaşdırmasına başının qarışmasından istifadə edib sonuncunun kassa aparatının yanına qoyduğu içərisində dəyəri 40 (qırx) manat dəyərində ***-***-**-** saylı sim nömrə olan 2600 (iki min altı yüz) manat dəyərində “İphone 14 Pro MAX” markalı mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxs M. Nəhavəndiyə cəmi 2640 (iki min altı yüz qırx) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ünvan 11 ünvanında yerləşən toyuq məhsullarının satışını həyata keçirən mağazaya müştəri qismində daxil olaraq satıcı Zərərçəkmiş şəxs2 toyuq əti almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs2 toyuq ətini tərəzidə çəkərkən başının qarışıq olmasından istifadə edib sonuncunun vitrin-soyuducunun üstünə qoyduğu içərisində 50 (əlli) manat dəyərində sim kart olan 1700 (min yeddi yüz) manat dəyərində « İphone 12 pro max» markalı mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 1750 (min yeddi yüz əlli) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmiş və qısa ifadə verərək 10 epizod üzrə oğurluq etdiyini etiraf etmişdir. Son sözündə törətdiyi əməllərdən peşman olmasını, zərərçəkmiş şəxslərdən biri ilə barışmasını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, ünvan 12 ünvanında yerləşən «Avto servis» mağazasında ehtiyat hissələrin satışı ilə məşğul olur. Həmin mağaza atasına məxsusdur, lakin o işlədir. 19 dekabr 2022-ci il tarixdə saat 15 radələrində özünə məxsus İphone 8 və İphone 12 markalı mobil telefonlarını masanın üzərinə qoyaraq mağazanın çölündə yerləşən sanitar qovşağına getmişdir. Həmin vaxt mağazanın qapısını kilidlə bağlamamışdır. Təxminən 10 dəqiqədən sonra qayıtdıqda telefonları yerində görməmiş, mağazada ondan başqa heç kim olmamış, ətrafda şübhəli şəxs görməmiş, şübhələndiyi şəxs yoxdur. İphone 8 markalı telefonu xx.xx.2019-cu il tarixdə İrşad Telekom mağazasından 1419 manat almış və İphone 12 markalı telefonu isə xx.xx.2022-ci il tarixdə yenə də İrşad Telekom mağazasından 2249 manata almışdır. Bundan başqa İphone 8 markalı telefonunda olan ***-***-**-** saylı nömrəni 20 manata, İphone 12 markalı mobil telefonunda olan ***-***-**- ** saylı nömrəni 5 manata almışdır. Beləliklə ona ümumilikdə 3693 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 48/54 ünvanında yerləşən «Kahveçi» parket mağazasında satıcı işləyir. 21 yanvar 2023-cü il tarixdə saat 13 radələrində həmin mağazada olarkən əvvəllər tanımadığı bir şəxs mağazaya qapı almaq məqsədi ilə gəlmişdir. Bir qədər söhbət edərkən fotoşəkillərə baxmışdır. Həmin vaxt mağazada digər tanımadığı müştərilərə qapıları göstərmişdir. Daha sonra həmin şəxsin çıxıb getdiyini görmüşdür. Elə başa düşmüşdür ki, həmin şəxs kimisə qarşılamağa gedir. Çünki həmin şəxs ona demişdir ki, kimisə gözləyir. Bir neçə dəqiqədən sonra sonra o, masa üzərində olan telefonunu götürmək istədikdə «Samsung Note 20» markalı mobil telefonun masanın üzərində olmadığını görmüş və başa düşmüşdür ki, həmin şəxs mobil telefonunu oğurlamışdır. Əlavə olaraq bildirmişdir ki, «Samsung Note 20» markalı mobil telefonu 2000 manat dəyərindədir, üzərində 20 manat dəyərində ***-***- **-** saylı nömrə, 10 manat dəyərində kontur və 20 manat dəyərində ***-***-**-** saylı nömrə və 15 manat dəyərində kontur olduğundan ona ümumilikdə 2065 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxslə barışmış, cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 14 ünvanında yerləşən təsərrüfat malları mağazasında satıcı işləyir. 01 fevral 2023-cü il tarixdə mağazada tək olduğu zaman bir nəfər şəxs park tərəfdən gələrək mağazaya daxil olmuş və vitrinə qoyulmuş stəkan dəstinə baxaraq qiymətini soruşmuş və o, həmin dəstin 22 manat olduğunu həmin şəxsə demişdir. Sonra həmin şəxs mobil telefonla kimləsə danışaraq nə isə almaq istədiyini mobil telefonda demişdir. Başının qarışıq olmasından istifadə edən həmin şəxs mağazanı tərk etmişdir. Sonra masaya baxanda kassanın yanına qoyduğu «Samsung S 21 FE» markalı mobil telefonunun yerində olmadığını və həmin şəxs tərəfindən oğurlandığını anlamışdır. Oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir . Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, 3 aya yaxın ünvan 15 ünvanında yerləşən «X.O» şərab evində satıcı işləyir. 28 fevral 2023-cü il tarixdə saat 14:50 radələrində o, mağazada tək olarkən müştəri qismində mağazaya bir nəfər kişi cinsli yaşı təxminən 35-40 olan şəxs gəlib çaxır almaq istədiyini deyib mağazada olan məhsullarla maraqlanmağa başlamışdır. O da həmin şəxsin xahişi ilə rəflərdə olan bir neçə məhsulu kassanın yanına qoymuşdur. Bundan sonra həmin şəxs viski almaq istədiyini demiş və xahiş etmişdir ki, yuxarıdakı rəfdə olan bir ədəd viskini ona göstərsin. O isə öz növbəsində mağazada olan oturacağı ayağının altına qoyub müştərinin istədiyi viskini götürmüşdür. Oturacaqdan düşəndə həmin şəxsin artıq mağazada olmadığını görmüş, buna baxmayaraq o, viskini kassanın yanına qoymuşdur. Ona məxsus İpone 14 pro max markalı mobil telefonu enerjiyə qoymaq yadına düşmüş, lakin telefonu qoyduğu yerdə tapa bilməmiş və başa düşmüşdür ki, müştəri qismində gələn şəxs ona məxsus mobil telefonu oğurlamışdır. Dərhal mağazanı bağlayıb yaxınlıqda olan mağazaya gedib orada işləyən Eva Datikaşvilidən xahiş etmişdir ki, hadisə barədə polisə məlumat versin. O da onun xahişini yerinə yetirmişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus İphone 14 pro max markalı mobil telefon yasəmən rəngli üzlükdə olmuş, həmin telefonu bir ay əvvəl almış, telefonun içərisində ***-***-**-** saylı mobil nömrə olmuş, Telefon üzlüyünün qiyməti 25 manat, telefonun qiyməti 3000 manat, nömrənin qiyməti isə 15 manat olmuşdur. Hadisə nəticəsində ona 3040 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Təqsirləndirilən şəxslə barışmadığını, verilmiş mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, yaşadığı ünvandakı evin həyətində ailəsinə məxsus balaca mağaza işlətməklə çörək pulu qazanır. Həmin mağazada əsasən ərzaq malları satılır və satıcı kimi işləyir. 05 mart 2023-cü il tarixdə saat 13:30-da mağzaya bir nəfər müştəri daxil olaraq ondan spirtli içki çaxır almaq istədiyini bildirmişdir. Həmin vaxt o, özünə məxsus mobil telefonu kassa aparatının yanındakı tərəzinin yanına qoymuşdur. O, həmin şəxsin istədiyi malları qapının arxasından götürərkən həmin şəxs dərhal mağazadan çıxıb qaçmışdır. O, mobil telefonu qoyduğu yerə baxanda mobil telefonunun yerində olmadığını görmüşdür. Dərhal başa düşmüşdür ki, mobil telefonunu həmin şəxs oğurlayıb qaçmışdır. O, bayıra çıxanda artıq həmin şəxsi görməmişdir. Müşahidə kamerasına baxdığı zaman həmin şəxsin mobil telefonu götürdüyünü görmüşdür. Əlavə olaraq bildirmişdir ki, oğurluq nəticəsində ona 2640 manat maddi ziyan dəymiş, oğurlanmış mobil telefonu İphone 14 Pro Max markalı mobil telefon olmuş, mobil telefonu 2600 manat, telefonun içərisində olan ***-***-**-** saylı nömrə isə 40 manat dəyərində olmuşdur. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ünvan 16 ünvanında yerləşən özünə məxsus toyuq satışı mağazasında satıcı işləyir. 21 mart 2023-cü il tarixdə saat 13 radələrində mağazada olduğu zaman bir nəfər cavan oğlan mağazaya daxil olmuş və ondan 1 kiloqram toyuq ürəyi almaq istədyini bildirmişdir. O vitrin soyuducudan toyuq ürəyini götürüb çəkmək üçün tərəziyə qoymuşdur. Onun mobil telefonu vitrin soyuducunun üstündə olmuşdur. O, tərəzidə toyuq məhsulunu çəkərkən arxası həmin şəxsə tərəf olmuşdur. Bu zaman həmin şəxsin mağazadan qaçaraq çıxdığını görmüş, vitrin soyuducunun üzərində telefonunun olmadığını görüb, həmin şəxsin arxasınca bayıra çıxmış və onun dalınca qaçmaq istəsə də həmin şəxs iti sürətlə Babək prospekti istiqamətində qaçaraq gözdən itmişdir. Həmin şəxsi təqib edə bilməmişdir. Oğurlanmış mobil telefon onun özünə məxsus olmuş, İphone 12 pro max markalı olmaqla dəyəri 1700 manat olmuş, mobil telefonunun içərisində olan ***-***-**-** saylı nömrəni 50 manata almış, ümumilikdə ona 1750 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Zərərçəkmiş şəxs10 məhkəməyə telefonoqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi H.Zeynalov küçəsi 26-da yerləşən qab-qaşıq dükanında olan zaman təxminən saat 14-15 radələrində ona məxsus, lakin X1 adına rəsmiləşdirilmiş «Samsung A536 Black» markalı telefonunu dükanda olan masanını üzərinə qoyaraq satılan malların yerləşdirilməsini və təmizliyi ilə məşğul olan zaman bir cavan oğlan dükana daxil olaraq iki qutu stəkan almaq istədiyini bildirmiş və həmin şəxs dükana nəzər yetirərək bir ədəd stəkan bəyəndiyini bildirmişdir. Həmin stəkanın iki qutusunun çıxarılmasına çalışarkən həmin şəxs mağazanı tərk etməsini görmüşdür. O özü də həmin şəxsin necə olub çıxıb getməsinə təəcüblənmişdir. Bundan şübhələnərək masanın üzərinə baxanda yenicə içərisində 10 manat dəyərində ***-***-**-** saylı nömrə olan 900 manata kreditlə aldığı vaxt «Samsung A536 Black» markalı telefonun masanın üzərində olmadığını, kassaya baxan zaman 200 manat pulun həmin şəxs tərəfindən oğurlandığını bilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1110 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs8 məhkəməyə telefonoqram ünvanlayaraq təhsili ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, ifadəsində bildirmişdir ki, ünvan 17 ünvanında yerləşən binanın birinci mərtəbəsində tikinti materialları mağazasını icarəyə götürüb işlətmişdir. 03 fevral 2023-cü il tarixdə saat 15 radələrində o, mağazada olmuş, bir nəfər cavan oğlan mağazaya daxil olmuş və ondan 200 manat dəyərində kabel və sairə tikinti materialları sifariş edərək almaq istədiyini bildirmişdir. O, həmin tikinti materiallarını sellofana yığmış, ona məxsus mobil telefon kassa aparatının yanında masanın üstündə olmuşdur. Həmin vaxt sifariş verən müştəri ona telefonla danışıb qayıdacağını demişdir. Həmin şəxs bayıra çıxmış və geri qayıtmamışdır. O, masanının üstünə baxanda mobil telefonunu görməmiş, dərhal bilmişdir ki, mobil telefonu oğurlanıb. O, dərhal mağazada olan videomüşahiə kamerasına baxmış və həmin şəxsin mobil telefonu masanın üzərindən götürüb mağazanı tərk etdiyini görmüşdür. Oğurlanmış mobil telefon onun özünə məxsus olmuş, oğurlanmış İphone 13 mini markalı mobil telefonu 1900 manata qiymətləndirmiş, mobil telefonun içərisindəki ***- ***-**-** saylı nömrəni 50 manata aldığını, ümumilikdə ona 1950 manat maddi ziyan dəyməsini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. İfadəsində bildirmişdir ki, 1 il olar ki, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 112 ünvanında yerləşən meyvə-tərəvəz mağazasında satıcı işləyir. Belə ki, o, gündəlik olaraq səhər saat 08 radələrində işə gələrək axşam saat 22:00 radələrində işdən çıxır. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində mağazada olarkən bir nəfər müştəri qismində tanımadığı şəxs alış-veriş etmək üçün mağazaya gələrək məhsullardan seçim edərək bir neçə məhsulun sifarişini vermişdir. O, həmin müştəri qismində olan şəxsin sifarişlərini qəbul edərək, həmin şəxsin aldığı meyvə-tərəvəz məhsullarını paket şəklində qablaşdıraraq 1 kisə kartof gətirmək məqsədi ilə mağazanın arxasında olan məhsulların saxlanc yerinə gedib təxminən 5 dəqiqə sonra geri qayıdan zaman həmin şəxsin mağazada olmadığını görmüşdür. O dərhal mağazada olan kassa aparatına baxaraq orada olan pul vəsaitlərinin kassada olmasını yoxladıqda pul vəsaitlərinin yerində olduğunu aşkar etmişdir. O, hər zaman müştərilərə xidmət etdiyi üçün özünə məxsus olan Samsung A53 G markalı mobil telefonunu mağazada olan pəncərənin kənarına qoymuşdur. Kassa apartına baxış keçirdikdən sonra pəncərənin kənarına yaxınlaşanda qeyd olunan mobil telefonunun oğurlanmasını aşkar etmiş və baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, özünə məxsus olan Samsung Galaxy A 53 G markalı mobil telefonun dəyəri 900 manat olmuş, içərisində olan ***-***-**-** nömrənin dəyəri isə 5 manat olmuşdur. Zərərçəkmiş şəxs3 məhkəməyə telefonoqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, dəymiş ziyan ödənilmədiyindən təqsirəndirilən şəxslə barışmadığını bildirmişdir. Məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, ifadəsində bildirmişdir ki, 17 fevral 2023-cü il tarixdə saat 12 radələrində oğlu Əli Cəlilov ilə birlikdə ünvan 18 ünvanında yerləşən «MEmi» qadın geyimləri mağazasına alış-veriş üçün gəlmiş oğlu küçədə avtomobildə onu gözləmişdir. O mağazada alış-veriş edərkən istifadəsində olan «İphone 12 Pro Max» markalı və «Oppo» markalı telefonlarının üstüstə masanın üstünə qoyub, geyim əşyalarına baxmışdır. Bundan təxminən 5 dəqiqə sonra o, telefonunu götürmək istədikdə telefonlarının masanın üzərində olmadığın görmüş və bu barədə bayırda onu gözləyən oğlu Əliyə demiş və oğu DİN-in 102 xidmətinə müraciət etmişdir. Həmçinin mağazaya quraşdırılmış videogörüntüyə baxarkən məlum olmuşdur ki, mağazada o və satıcı kənarda olarkən naməlum kişi cinsindən olan şəxs onların həmin şəxsi görməməyindən istifadə edib masa üzərində olan mobil telefonları götürərək dərhal mağazanı tərk etmişdir. “İphone pro max” markalı mobil telefonu 3000 manat dəyərində olmuş, mobil telefonun üzərində 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrə balansında 10 manat kontur olmuşdur. Digər “OPPO” markalı mobil telefonu 1500 manat dəyərində olmuş, mobil telefonun üzərində 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrə, 10 manat dəyərində kontur və üzərində 20 manat dəyərində üzlük olmuşdur. Ümumilikdə ona 4580 manat maddi ziyan dəymişdir. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 19 ünvanında yerləşən adsız qab-qacaq mağazasını əyani olaraq göstərərək 02 yanvar 2023-cü il tarixdə həmin mağazadan bir ədəd mobil telefon oğurladığını bildirmişdir (cild 3, i.v. 202-203). 21 iyun 2023-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin xx.xx.2023cü il tarixdə mağazadan mobil telefon və 200 manat pulunu oğurlayan şəxs olduğunu bildirmişdir (cild 3, i.v. 177-178). 01 iyun 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 20 ünvanda yerləşən «Kahveci Parke» parket və qapılarn satışı mağazasını əyani olaraq göstərərək xx.xx.2023-cü il tarixdə saat 17 radələrində həmin mağazadan bir ədəd Samsung note 20 markalı mobil telefon oğurladığını bildirmişdir (cild 1, i.v. 204-207). 13 iyul 2023-cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 14 ünvanında yerləşən təsərrüfat malları mağazasını əyani olaraq göstərərək xx.xx.2023-cü il tarixdə həmin mağazada masanın üstündən bir ədəd mobil telefon oğurladığını bildirmişdir (cild 1 i.v. 81-84). 11 may 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, 15 fevral 2023-cü il tarixdə ünvan 21 ünvanında yerləşən meyvə tərəvəz mağazasından baş vermiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs videogörüntüdə olan ağ papaqlı, qara gödəkcəli şəxsin özü olduğunu, mağazadakı pəncərədən mobil telefonu götürüb cibinə qoyaraq oğurladığını bildirmişdir (cild 2, i.v.35). 12 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 22 ünvanda yerləşən «Meyvə-tərəvəz» mağazasını əyani olaraq göstərərək 15 fevral 2023-cü il tarixdə həmin mağazadan bir ədəd mobil telefon oğurladığını bildirmişdir (cild 2 i.v. 54-56). 01 iyun 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, 17 fevral 2023-cü il tarixdə ünvan 23 ünvanında fəaliyyət göstərən «Memi» mağazasından oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs videogörüntüdə olan «Memi» mağazasından mobil telefonları oğurlayan şəxsin özü olduğunu bildirmişdir (cild 1 i.v. 208). 18 sentyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-ci il tarixdə saat 14:00-da ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 Əli oğluna məxsus marketdə, xx.xx.2023-cü il tarixdə saat 14-50-də ünvan 9 ünvanında yerləşən «XO» Şərab evində, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında yerləşən təsərrüfat malları mağazasında, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 işlədiyi “Avtoservis” mağazasında, xx.xx.2023-cü il tarixdə 13 radələrində X3 icarə əsasında işlətdiyi ünvan 4 ünvanda yerləşən “Kahveci Parke” adı ilə fəaliyyət göstərən qapı-parket satışı mağazasında baş vermiş oğurluq hadisələrinin təqdim olunmuş videogörüntülərində olan şəxsin özü olduğunu bildirmiş və həmin cinayət hadisələrinin onun tərəfindən törədildiyini bildirmişdir (cild 4, i.v.88). 13 iyul 2023-cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 16 ünvanında yerləşən toyuq məhsullarının satışı mağazasını əyani olaraq göstərərək xx.xx.2023-cü il tarixdə saat 13 radələrində həmin mağazada masanın üstündə olan İphone 12 Pro Max markalı mobil telefon oğurladığını bildirmişdir (cild 1, i.v. 77-80). 13 iyul 2023-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin xx.xx.2023-cü il tarixdə mağazadan mobil telefonunu oğurlayan şəxs olduğunu bildirmişdir (cild 1, i.v. 85- 87). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 12 iyun 2023-cü il tarixli 9/3579 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadə olunmamış təzə “Samsung Galaxy A 53G” markalı mobil telefonun 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 650.00 manat müəyyən olunur (cild 4, i.v.62-65). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2023-cü il tarixli 3/1130 saylı rəyindən görünür ki, təqdim edilmiş 1,2,3,4,6,10 saylı daktilolentlərin səthindəki əl barmaq izləri, 5 saylı daktilolentin səthindəki «a»,»b» əlbarmaq izləri,6,11,12,13 saylı daktilolentlərin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9,10 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 14,15,16,17,18 saylı daktilolentlərin səthindəki əl barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından, 2,3 saylı daktilolentin səthindəki əl barmaq izləri onun sağ əlinin şəhadət barmağından, 4 saylı daktilolentin səthindəki əl barmaq izi onun sol əlinin orta barmağından, 5 saylı daktilolentin səthindəki «a»,»b» əl-barmaq izləri onun sağ əlinin adsız barmağından, 6 saylı daktilolentin səthindəki ovuc izi onun sağ əlinin ovucundan, 7 saylı daktilolentin səthindəki «a» əl barmaq izi onun sağ əlinin çeçələ barmağından və 11 saylı daktilolentin səthindəki ovuc izi onun sağ əlinin ovucundan qalmışdır (cild 4 i.v.35-43). İş materiallarında olan 17 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerindən götürülmüş CD disklər, Zərərçəkmiş şəxs6 məxsus İphone 8 markalı mobil telefon aparatı və hadisə yerindən götürülmüş 1,2,3,4,5,6,7 saylı daktilolentlər maddi sübut kimi tanınmış və 1,2,3,4,5,6,7 saylı daktilolentlər, hadisə yerindən götürülmüş CD disklər iş materiallarına əlavə edilmiş və İphone 8 markalı mobil telefon aparatı saxlanılması üçün Zərərçəkmiş şəxs6 təhvil verilmişdir (cild 4, i.v. 72-87). İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdən tutulmuşdur (cild 2, i.v. 193-194) İş materiallarında olan 27 mart 2023-cü il tarixli Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 mart 2023-cü il tarixdən hesablanmışdır (cild 3, i.v.10-15). İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmişdir (cild 3, i.v.17-19). İş materiallarında olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, dəymiş ziyan ödənilməsə də təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü Ələmdar Süleymanlı və 2010-cu il təvəllüdlü Mədinə Süleymanlı adlı 2 azyaşlı uşağı var. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, telefona görə kredit faizləri ödədiyindən təqsirləndirilən-cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində maddi ziyana görə 3500 manat məbləğində pul vəsaiti və 55 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı verdikləri ifadələri, ifadənin yerində yoxlanılması və diskə baxış keçirilməsi barədə protokollarla, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslərdən biri ilə barışmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması müəyyən edildi. Təqsirləndirilən şəxs məhkumluğu göründüyü kimi ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində residiv nəzərə alınaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 211.11 (iki yüz on bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs6 təhvil verilmiş “İphone 8” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilmiş CD disklər və daktilolentlər iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 3040 manat məbləğində pul vəsaiti və 55 manat dövlət rüsumu, ümumilikdə 3095 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs9 xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının ümumi dəyəri 211.11 (iki yüz on bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs6 təhvil verilmiş “İphone 8” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş CD disklər və daktilolentlər iş materillarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 mülki iddiası qismən təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 3040 manat məbləğində pul vəsaiti və 55 manat dövlət rüsumu, ümumilikdə 3095 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs9 xeyrinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-568/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-568/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver