Məhkəmə qərarları › İş №1(011)-57/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-57/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-57/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, hazırda heç yerdə işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(003)- 626/2019 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilən, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 mənzil 21 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(008)- 550/2019 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq qərarına gəlib bu məqsədlə xx xxxxxxx 2019-cu il tarixdə 12:00 radələrində Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi, 1018 saylı ünvanında yerləşən 221 saylı tam orta məktəbə gəlib 1-ci mərtəbədə yerləşən, qapısı örtülmüş vəziyyətdə olan 14 saylı otağa yaxınlaşıb qapını açmaqla daxil olaraq orada masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus 350 manat qiymətində “X17” markalı mobil telefonu və Zərərçəkmiş şəxs məxsus olan çantadan içərisində 170 manat pul olan 50 manat qiymətinə cüzdanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilkdə 570 (beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı heç bir əsaslı səbəb göstərmədən, süstlük nümayiş etdirərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Sonuncu dəfə 2017-ci ildə Bakı şəhəri Xəzər rayonunda oğurluq cinayəti törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhum olunmuş, 2019-cu ilin iyun ayında isə cəzadan şərti olaraq azad etmə ilə azadlığa çıxmışdır. 2019-cu ilin oktyabr ayının 24-də ünvan 4 saylı ünavnda yerləşən 221 saylı tam orta məktəbin həyətinə daxil olaraq məktəbin daxilinə giriş qapıdan keçərkən qapıda dayanan bir nəfər tanımadığı şəxsdən müdiriyyətin otağını soruşmuşdur. Həmin şəxs ona müdiriyyətin otaqmı göstərdikdə o, həmin qapını döyərək katibə ilə rastlaşdıqda orta məktəbə 1 -ci sinif şagirdinin daxil olmaq qaydalarını maraqlanarkən katibə ona balaca kağız parçası verərək məktəbə daxil olma qaydalarını izah etmişdir. Bundan sonra o, məktəbi tərk etdiyini və başqa sinif otaqlarına daxil olmadığını bildirmişdir. Həmin məktəbdə müəllimə işləyən Zərərçəkmiş şəxs məxsus olan "X1 7" markalı mobil telefonunu, içərisində 170 manat pul olan 50 manat qiymətində cüzdandan xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, 18 ildir ki, ünvan 4 saylı ünvanda yerləşən 221 saylı tam orta məktədə ibtiadi sinif müəlliməsi işləyir. xx xxxxxxx 2019-cu il tarixdə saat 11:29-da dərs müddəti sona çatdığına görə şagirdləri sinif otağından yola salıb bayıra çıxmış və sonra geri otağına qayıtmışdır. Həmin vaxt sinif otağında 1 nəfər ibtidai sinif şagird qalmışdır. O, otağa qayıtdıqdan sonra həmin şagirdlə məşğul olarkən xəstəsi olduğu üçün qara rəngli dəri çantasından istifadəsində olan “X1 7” markalı mobil telefonunu çıxarıb evə zəng etmək istəyərkən çantasında telefonunun olmadığını aşkar etmişdir. Həmin vaxt sinif otağında olan 2013-cü il təvəllüdlü şagirdi Mövlalı Onur Tural oğlundan otağa kimin daxil olub-olmadığını soruşduqda sonuncu bir nəfər kişinin sinif otağına daxil olaraq telefonunu götürdüyünü bildirmişdir. Tez bu barədə məktəbin direktoruna məlumat vermiş, sonra isə çantasında olan cüzdanı yadına düşmüşdür. Sinif otağına daxil olub çantasına baxarkən içərisində 170 manat və marketlərin endirim kartları olan qara rəngli cüzdanın yerində olmadığını aşkar etmişdir. Həmin vaxt sinif otağına daxil olan naməlum şəxsin "X1 7" markalı mobil telefonunu və içərisində 170 manat və həmçinin müxtəlif marketlərin endirim kartları olan 50 manat qiymətində olan cüzdanın oğurlanmasını aşkar etmişdir. Həmin telefonu o, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Kontakt Home” mağazasından xx xxxx 2019-cu il tarixdə 18 aylıq kreditlə 549 manata adına alaraq sənədləşdirmişdir. O, oğurluq hadisəsindən sonra məktəbin rəhbərliyinə məlumat verdiyi üçün müşahidə kamerasına baxış keçirdikdə məlum olmuşdur ki, bir nəfər kişi əynində qara gödəkçə, tünd göy cins şalvar geyinmiş, saçlarını qarşı tərəfə daramış şəxs sinif otağına daxil olmuşdur. Hazırda ona mobil telefon qaytarılmışdır. Lakin ona dəyən digər zərər qaytarılmamışdır. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, ünvan 5 saylı ünvanda yerləşən 221 nömrəli tam orta məktəbdə katibə vəzifəsində işləyir. O, xx xxxxxxx 2019-cu il tarixdə saat 09:00-da işə gəlmişdir və həmin gün saat 12:00 radələrində Şəhla müəlimə direktorun otağına yaxınlaşaraq, həyacanlı vəziyyətdə mobil telefonunun və cüzdanında olan 170 manat pulun naməlum şəxs tərəfindən oğurlandığı bildirmişdir. Məktəbin təhlükəsizlik müşahidə kameralarına baxarkən müəyyən olunmuşdur ki, həmin müddət ərzində məktəbə övladları təhsil almayan cins şalvar, qara rəngli gödəkcə geyinmiş şəxs məktəbə daxil olaraq ilk nöbbədə onun əyləşdiyi məktəbin 1-ci mərtəbəsində yerləşən 11 saylı giriş qapısını açaraq içəri daxil olmuş və ondan şagird yer dəyişməsi ilə bağlı məlumat almışdır. O, da həmin şəxsə şagird yer dəyişməsi ilə bağlı kağızda yazılı formada ona ətraflı məlumat vermişdir. Həmin şəxs onun otağından çıxdıqdan sonra müşahidə kamerlarında göründüyü kimi o, Zərərçəkmiş şəxs dərs keçdiyi 14 saylı sinif otağına daxil olaraq içəridə təxminən 15-20 saniyə qaldıqdan sonra sinifdən çıxaraq məktəbi tərk etmişdir. Həmin vaxtdan xeyli müddət keçdiyindən, həmin şəxsin sifət cizgiləri onun yadında qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, ünvan 6 saylı ünvanda icarəyə “Cavid” telekom telefon mağazası götürərək telefonların alqı-satdıqısı ilə məşğul olur. xx xxxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində mağazada olarkən bir nəfər şəxs yaxınlaşaraq “X1 7 markalı” mobil telefonu göstərərək ona məxsus olduğunu, lakin telefonun qutusunu unudaraq gətirmədiyini bildirib lazım olarsa qutunuda gətirəcəyini söz vermişdir. O, həmin telefona baxış keçirdərkən müəyyən etmişdir ki, həmin telefon az işləmiş telefondur, üzərində GSM nömrələri, şəkil və videoları yoxdur. "X1 7" markalı mobil telefonun üzərində 8665/4204/361/1031 İMEİ kodludur. Telefona baxdıqdan sonra o, telefonu almaq qərarına gəlmiş və telefona 200 manat pul verə biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra ondan şəxsiyyətini təsdiq edən sənədi soruşmuşdur. Həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim edərkən məlum oldumuşdur ki, həmin şəxs xx xxxxxx 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram vuraraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, 2019-cu ilin son aylarında “Tap az” internet sosial şəbəkəsində mobil telefonlara baxarkən ünvan 6 saylı ünvanda yerləşən “Cavid” telekom telefon mağazasında “X1 7 markalı” mobil telefonun 280 manata satışa qoyulmasını görmüşdür. O, sayta qoyulmuş mobil nömrə ilə əlaqə saxladıqda ona qeyd olunan ünvana yaxınlaşmaq lazım olduğu bildirilmişdir. O, həmin ünvana yaxınlaşaraq 280 manata qeyd olunan mobil telefonu Cavid adlı şəxsdən alıb yoxladıqda "X1 7" markalı üzərində 8665/4204/361/1031 İMEİ kodu olması məlum olmuşdur. Cinayət işinin 29-32-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(00)-550/2019 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixindən hesablanmışdır. Cinayət işinin 140-142-ci vərəqələrində olan Azərbaycan Respublikası «xxxx» MMCnin xx xxxxxxxx 2020-ci il tarixli, 432 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan 01 (bir) ədəd «X1 7» markalı mobil telefon aparatının hazırki vəziyyətdə 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti 350 (üç yüz əlli) manat müəyyən edilir. Cinayət işinin 192-196-сı vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai rayonu, Naximov küçəsində yerləşən 221 saylı orta məktəbə quraşdırılmış videoçəkilişdən əldə edilmiş “CD- R” formatlı disk iş üzrə sübut əhəmiyyətə malik olduğundan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məxsus “X1 7” markalı 8665/4204/361/1031 İMEİ kodlu mobil telefon iş üzrə sübut əhəmiyyətə malik olduğundan maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 153-cü vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus “X1 7” markalı 8665/4204/361/1031 İMEİ kodlu mobil telefonu işlək və saz vəziyyətdə təhvil almışdır. Cinayət işinin 171-ci vərəqəsində olan 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə protokolodan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bilal Bağırovun iştirakı ilə diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əllərinin bir birinə sıxaraq 221 saylı tam orta məktəbdə olan sinif otağının qapısına əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvarla yaxınlaşaraq qapını döyməsi müşahidə olunur. Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntüdə qeydə alınmış şəxs onun özüdür. 2019-cu ilin oktyabr ayının 24-də Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi, 221 saylı tam orta məktəbin həyətinə daxil olmuş və məktəbin daxilinə giriş qapıdan keçərkən qapıda dayanan bir nəfər tanımadığım şəxsdən müdriyyətin otağını soruşmuşdur. Həmin şəxs ona müdriyyətin otağını göstərdikdə o, həmin qapını döyərək katibə ilə razılaşmışdır. Həmin şəxsdən orta məktəbə 1-ci sinif şagirdinin daxil olmaq qaydalarını maraqlandıqda, ona balaca kağız parçası verərək məktəbə daxil olma qaydlarını izah etmişdir. Daha sonra o, məktəbdən çıxmışdır. Cinayət işinin 177-179-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən 05 (beş) il 03 (üç) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən cəzanın qalan 07 (yeddi) ay 12 (on iki) gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx xxxx 2016-cı il tarixdə cəza müddəti bitmişdir; 2) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il 06 (altı) ay müddətnə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2016cı il tarixli hökmü ləğv edilmiş və həbsdən azad edilmişdir; 3) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökm qüvvədə qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsinə tövsif edilərəkcəza 03 (üç) il 06 (altı) aya endirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilətəyin olunmuş 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası xx.xx.2017-ci il tarixli qanunla uyğunlaşdırılaraq 03 (üç) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cinayət işinin 180-187-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(003)-211/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2017-ci tarixindən hesablanmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 7(103)-1225/2018 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 7(003)- 1087/2018 saylı qərarı ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununa uyğunlaşdırılaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 03 (üç) il həddində müəyyən edilmişdir. Cinayət işinin 188-191-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(003)-626/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilən, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 166-cı vərəqəsində olan Bakı şəhəri Suraxanı RPİ tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Evlidir. ünvan 7 A, mənzil 21 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntüdə də bir nəfər şəxsi (Təqsirləndirilən şəxs) əllərinin bir birinə sıxaraq 221 saylı tam orta məktəbdə olan sinif otağının qapısına əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvarla yaxınlaşaraq qapını döyməsi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs həmin görüntüdə olan şəxsin özü olmadığını bildirmişdir. İbtidai araşdırma zamanı videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əllərinin bir birinə sıxaraq 221 saylı tam orta məktəbdə olan sinif otağının qapısına əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvarla yaxınlaşaraq qapını döyməsi müşahidə olunmuş və Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı əllərinin bir birinə sıxaraq 221 saylı tam orta məktəbdə olan sinif otağının qapısına əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvarla yaxınlaşaraq qapını döyən şəxsin özü olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir və onun törətdiyi cinayət əməli təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət olduğu üçün onun əməlində residiv müəyyən olunmur. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(003)-626/2019 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilən, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunan dövrdə xx xxxxxxx 2019-cu il tarixdə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətmişdir. Daha sonra, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 6 ünvanında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətdiyinə xx xxxxxx 2019-cu il tarixində şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2019-cu il tarixində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixindən hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(011)-375/2020 saylı təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(008)-550/2019 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Hazırda da, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi vardır və cinayət işi məhkəmə baxışı mərhələsindədir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(003)-626/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 08 (səkkiz) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Təqsirləndirilən şəxs bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən cox olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarına görə, Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti çəzanın cəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Bundan başqa, məhkmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilməlidir, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli hazırki iş üzrə barəsində həbs qətimkan tədbirinin seçildiyi müddətdən, yəni xx xxxx 2021ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 01 (bir) ədəd “X1 7” markalı 8665/4204/361/1031 İMEİ kodlu mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş “CD-R” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(003)-626/2019 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq hökmlərin məcmusu üzrə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2021-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd “X1 7” markalı, 8665/4204/361/1031 İMEİ kodlu mobil telefonu Zərərçəkmiş şəxs təhvil verildiyindən, hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş “CD-R” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 AZN (əlli manat) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar