Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-57/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 avqust 1998-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Tərtər Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2v 17-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 21 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanda saxlanılmış vətəndaş Zərərçəkmiş şəxs3 idarə etdiyi “Audi A8" markalı 10AA960 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırıb, avtomobilin salonundan sonuncuya məxsus 60 manat nağd pul və 200 manat dəyərində 01 ədəd “Mercedes" markalı avtomobilə aid açarı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 260 (iki yüz altmış) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 22 sentyabr 2021- ci il tarixdə saat 05 radələrində ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gəldikdə, evə giriş qapısının açıq olmasından istifadə edərək, qapıdan keçməklə yaşayış sahəsinə qanunsuz daxil olub, ev sahiblərinin yatmış olduqlarını aşkar etdikdən sonra yaşayış sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 50 manat dəyərində 01 ədəd boz rəngli idman gödəkçəsini, 80 manat dəyərində 01 ədəd göy rəngli dəri materialdan olan gödəkçəni, 15 manat dəyərində 01 ədəd “Nokia” markalı, 1114 modelli mobil telefonu, 30 manat dəyərində 01 ədəd göy rəngli cins şalvarını, 100 manat dəyərində 01 ədəd “Honor” markalı, “JSN-L21" modelli mobil telefonu, 120 manat dəyərində 01 ədəd “Samsung" markalı, “SM-A525F/DS” (Galaxy A52) modelli mobil telefonu, 40 manat dəyərində 01 ədəd “Samsung” markalı, A10 modelli mobil telefonu, 50 manat dəyərində 01 ədəd “Samsung" markalı, A20 modelli mobil telefonu, 60 manat dəyərində 01 ədəd “Samsung” markalı, A50 modelli mobil telefonu, 120 manat dəyərində 01 ədəd “Perrelet" markalı qol saatını, 60 manat dəyərində 01 ədəd “X4” markalı qol saatını, 10 manat dəyərində 01 ədəd “Cartier” markalı qol saatını, 01 ədəd 200 manat dəyərində “Tayota Corolla” markalı avtomobilə aid açarı, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə dəyəri 200 manat təşkil etmiş içərisində müxtəlif növ kosmetik əşyaları ilə birlikdə qara rəngli dəri materialdan olan çantanı və 01 ədəd 70 manat dəyərində boz rəngli dəri materialdan olan çantanı gizli olaraq talayıb sellofana yığdığı zaman Zərərçəkmiş şəxs2 əmlakın talan olunmasını aşkar edib, qışqıraraq talanmış olan əmlakının qaytarılmasından ötrü onu dayandırmaq istəməsinə baxmayaraq, Təqsirləndirilən şəxs əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirib şəxsin gözü qarşısında hadisə yerindən qaçıb uzaqlaşmaqla, əmlakı açıq talama yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 935 (doqquz yüz otuz beş) manat, Zərərçəkmiş şəxs2 isə ümumilikdə 270 (iki yüz yetmiş) manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ildə Tərtər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 06 ay 18 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir,daha sonra Cəncə Apellyasiya məhkəmsinin qərarı ilə barəsində amnistiya tədbiq edilərək cəzası bir il azalmışdır. Daha sonra bildirmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə saat təxminən 04 radələrində Xətai rayonu, K.Kərimov küçəsinə gəlmiş, həmin küçə evlərin qarşısında saxlanılmış “Audi” markalı avtomobilin arxa sol yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırmış, bundan sonra sakit şəkildə avtomobilin qapısını açıb, avtomobilin salonuna daxil olaraq, su qabı hissəsində saxlanılan 60 manat pulu götürmüş, ardınca avtomobilin qoltuqaltı hissəsini açıb, orada olan “Mercedes" markalı avtomobilə aid 01 ədəd açar və 01 ədəd ətir olduğunu görüb götürmüş avtomobili tərk edib, cəld şəkildə hadisə yerindən uzaqlaşaraq yaşadığı evə gəlmişdir, oğurladığı 01 ədəd ətir və 01 ədəd “Mercedes” markalı avtomobilə aid açarı yaşadığı evdə gizlətmiş, 60 manat pulu isə elə həmin gün öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 23 sentyabr 2021-ci il tarixdə yenidən oğurluq edərək pul əldə etmək məqsədi ilə gecə saatlarında evdən çıxmış NZS qəsəbəsinə gəlib, qəsəbə ərazisində hərəkət edərək, ərazidə yerləşən evlərə nəzər salmağa başlamışdır.Saat təxminən 05 radələrində Mingəçevir küçəsində yerləşən fərdi yaşayış evlərinin birinin giriş qapısına yaxınlaşıb, qapı dəstəyini çəkdikdə qapının açıq olmasını görmüş, evin içərisinə daxil olmuş, evin içərisinə daxil olub, yataq otağı istiqamətdə gəldikdə, otaqda tanımadığı bir nəfər qadın və iki azyaşlı uşağın yatmış vəziyyətdə olduqlarını aşkar etmiş, həmin otağı keçib, qonaq otağına daxil olduqda, həmin otaqdakı divan üzərində bir nəfər tanımadığı kişinin yatmış olduğunu görmüş, tamahı ona güc gəldiyi üçün, ev sahiblərinin yatmalarından istifadə edib qonaq otağından 02 ədəd gödəkcəni, 01 ədəd cins şalvarı və 01 ədəd "Nokia” markalı mobil telefonu götürüb, özü ilə gətirdiyi sellofana yığmış, ardınca sakitcə yataq otağına keçib, həmin otaqda qadın və 2 azyaşlı uşağın yatmış olmalarından istifadə edib, otaqdakı şkafdan içərisində müxtəlif növ kosmetik əşyaları ilə birlikdə 01 ədəd qara rəngli qadın çantasını, 01 ədəd “Honor8X” markalı mobil telefonu, 01 ədəd “Samsung A52" markalı mobil telefonu, 01 ədəd “Samsung A10” markalı mobil telefonu, 01 ədəd “Samsung A20” markalı mobil telefonu, 01 ədəd “Samsung A51” markalı mobil telefonu, 03 ədəd qol saatını, 01 ədəd boz rəngli qadın əl çatnasını və 01 ədəd “Tayota Corolla” markalı avtomobilə aid açarı götürüb həmçinin özündəki sellofana yığmış, otaqda axtarışını davam etdirən zaman, qəflətən yatmış qadın oyanmış, həmin qadın onu görən kimi evdən oğurluq etdiyini başa düşüb, qışqıraraq, kömək səsləməyə başlamış, həmin vaxt o, cəld tərpənib qaçaraq evdən çıxmış, hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra ilk əvvəl oğurladığı mobil telefonların içərisindəki mobil nömrə kartlarını çıxarıb xatırlamadığı yerdə tullamış, ardınca isə lazımsız bildiyi üçün, oğurladığı geyim əşyaları, 01 ədəd boz rəngli qadın çantası və kosmetik əşyaları həmçinin hazırda yadında qalmayan yerdə tullamış, oğurladığı digər əşyaları isə özü ilə götürüb yaşadığı evdə gizlətmiş, törətdiyi oğurluq cinayətlərinə görə tutulduğu zaman, əməllərini səmimi etiraf etməklə oğurlayaraq yaşadığı evdə gizlədərək saxladığı həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Son sözündə təqsirləndirilən şəxs əməlimdən peşman olmasını səmimi etirafını nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda arvadı Zərərçəkmiş şəxs2 və 2 azyaşlı övladı ilə birgə yaşayır. Arvadı Zərərçəkmiş şəxs2 evdar qadındır, özü isə “Optimal" servisdə avtomobil ustası işləyir. 22 sentyabr 2021-ci il tarixdə səhər yaxın saat 05 radələrində qəflətən arvadı Aytənin “evə oğru girib” deyə qışqırıq səslərini eşidib yuxudan oyanmışdır. Arvadının yatdığı otağa keçdikdə, o, bir neçə dəqiqə əvvəl otaqdan səs gəldiyini eşidib yuxudan oyandığını, bu zaman bir nəfər şəxsin yataq otağındakı şkafda nəsə axtardığını görüb qışqırıq saldığını, bu zaman həmin şəxsin qaçaraq evi tərk etdiyini bildirmişdir. Evdə əşyalara nəzər salmağa başlamış, bu zaman evin qonaq otağından ona məxsus 50 manat dəyərində 01 ədəd boz rəngli idman gödəkçəsinin, 80 manat dəyərində 01 ədəd göy rəngli dəri gödəkçənin, 30 manat dəyərində 01 ədəd “Nokia” markalı mobil telefonun, 30 manat dəyərində 01 ədəd göy rəngli cins şalvarın, evin yataq otağından arvadına hədiyyə aldığı ümumilikdə dəyəri 200 manat təşkil etmiş içərisində müxtəlif növ kosmetik əşyaları ilə birlikdə qara rəngli dəri qadın çantasının, ***-***-**-** saylı mobil nömrə kartı ilə istifadə etdiyi 350 manat dəyərində 01 ədəd “Honor 8X” markalı mobil telefonun, ***-***-**-** saylı mobil nömrə kartı ilə istifadə etdiyi 700 manat dəyərində 01 ədəd “Samsung A52" markalı mobil telefonun, 50 manat dəyərində işlək vəziyyətə olmayan 01 ədəd “Samsung A10" markalı mobil telefonun, 100 manat dəyərində işlək vəziyyətdə olmayan 01 ədəd “Samsung A20” markalı mobil telefonun, 100 manat dəyərində işlək vəziyyətdə olmayan 01 ədəd “Samsung A51” markalı mobil telefonun, 250 manat dəyərində 01 ədəd “Perelet” markalı qol saatının, 170 manat dəyərində 01 ədəd “Carrera” markalı qol saatının, 50 manat dəyərində 01 ədəd “Ehopard” markalı qol saatının, 70 manat dəyərində 01 ədəd boz rəngli dəri materialdan olan qadın əl çantasının və 200 manat dəyərində 01 ədəd “Tayota Corolla" markalı avtomobilə aid açarların yerində olmadığını aşkar etmişdir. Dərhal evdən çıxıb, hadisə ilə bağlı yaxınlıqda yaşayan qohumlarına məlumat verməklə, onlarla birgə evdən oğurluq etmiş şəxsi müəyyən etməyə çalışmış, lakin bu mümkün olmadığından hadisə ilə bağlı polisə məlumat vermişdir. Arvadı Aytənlə evə naməlum şəxsin hansı şəraitdə daxil olması ilə bağlı müzakirə apardığı zaman, Aytən həmin gün saat təxminən 03 radələrində, evin həyətindəki zivədən asdığı paltarları götürmək üçün evdən çıxdığını, paltarları yığıb evə gətirdikdən sonra isə evin giriş qapısını bağlamağı unutduğunu bildirmiş, bu minvalla onlar tanımadıqları şəxsin evə qapının açıq olmasından istifadə edərək daxil olmasını məlum etmiş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2430 manat ziyan dəymişdir. Baş vermiş hadisədən dərhal sonra o, qonşuluqdakı evdə quraşdırlmış kamera görüntülərini əldə edərək, arvadı Aytənlə birlikdə həmin görüntülərə baxmış, görüntülərə baxarkən Aytən evindən oğurluq etmiş şəxsi tanımış, belə ki, videogörüntülərdə həmin şəxsin oğurluq edərək evindən çıxdıqdan sonra, əynindəki gödəkçəni çıxarıb, həmin gödəkçəyə içərisində evdən oğurladığı əşyalar olan sellofan bağlamanı bükərək evin yaxınlığı ilə hərəkət edib, uzaqlaşması qeydə alınmış, həmin görüntülər barədə polis əməkdaşlarına da məlumat vermişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda əri Zərərçəkmiş şəxs1 və 2 azyaşlı övladı ilə birgə yaşayır, özü evdar qadındır, heç bir yerdə işləmir, əri Zərərçəkmiş şəxs1 isə “Optimal” servisdə avtomobil ustası işləyir. 22 sentyabr 2021-ci il saat 05 radələrində evin yataq otağında 2 azyaşlı övladı ilə birgə yatdığı zaman, qəflətən otaqdan səs gəldiyini eşidərək yuxudan oyanmışdır. Həmin zaman başında papaq, əlində sellofan bağlama olan kişi cinsli şəxsin otaqdakı şkafın içərisində axtarış aparmasını görmüşdür. Həmin şəxsi görən kimi qışqırıb, kim olduğunu və evlərində nə etdiyini soruşmuşdur, həmin şəxs onun oyandığını görən kimi cəld şəkildə tərpənib qaçmışdır. Səsə əri Şahid oyanmışdır. Şahidə başverənləri danışdıqdan sonra Şahid həmin şəxsin arxası ilə evdən çıxmış, bir neçə dəqiqədən sonra geri qayıdaraq evin ətrafında heç kimin olmadığını bildirmişdir. Əşyalara nəzər saldıqda əri Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd boz rəngli idman gödəkçəsinin, 01 ədəd göy rəngli dəri gödəkçənin, 01 ədəd “Nokia” markalı mobil telefonun, 01 ədəd göy rəngli cins şalvarın, evin yataq otağından isə ərinin ona hədiyyə aldığı ümumilikdə dəyəri 200 manat olan içərisində müxtəlif növ kosmetik əşyaları ilə birlikdə qara rəngli dəri çantanın, 01 ədəd 70 manat dəyərində boz rəngli dəri çantanın, həmçinin əri Şahidə məxsus 01 ədəd “Honor 8X” markalı mobil telefonun, ***- ***-**-** saylı mobil nömrə kartı ilə istifadə edilən 01 ədəd “Samsung A52” markalı mobil telefonun, işlək vəziyyətdə olmayan 01 ədəd “Samsung A10” markalı mobil telefonun, işlək vəziyyətdə olmayan 01 ədəd “Samsung A20” markalı mobil telefonun, 01 ədəd “Samsung A51” markalı mobil telefonun, 01 ədəd “Perelet" markalı qol saatının, 01 ədəd “Carrera” markalı qol saatının, 01 ədəd “Ehopard” markalı qol saatının və 01 ədəd “Tayota Corolla” markalı avtomobilə aid açarın oğurlandığını aşkar etmişlər. Əri Şahid tərəfindən evlərinin yaxınlığındakı kamera qurğularından əldə edilmiş görüntülərə baxdığı zaman oğurluq etmiş şəxsi həmin video görüntülərdə görərək tanımış, belə ki, həmin görüntülərdə evindən oğurluq etmiş həmin şəxsin içərisində evindən oğurladığı əşyalar olan sellofan bağlamanı əynindəki gödəkçəyə bükərək evin tini ilə hərəkət edərək, uzaqlaşması müşahidə edilmiş, görüntülər barədə onlar polis əməkdaşlarına da məlumat vermişlər. İstintaq zamanı tanınmaya təqdim edilmiş fotoşəkillərdən də oğurluq edən şəxsi, yəni Təqsirləndirilən şəxs tanımışdır. Çıxışında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, fərdi qaydada etibarnamə əsasında idarə etdiyi “Audi” markalı 10AA960 dövlət qeydiyyat nişanlı avtomobillə istintaq əhəmiyyəti kəsb etmədiyindən adını qeyd etməkdən imtina etdiyi şəxsə sürücülük xidməti göstərir. 20 sentyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində işdə çıxıb etibarnamə əsasında idarə etdiyi “Audi" markalı 10AA960 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gəlib, avtomobili evin qarşısında saxlamaqla yaşadığı evə getmiş, səhər, yəni 21 sentyabr 2021-ci il tarixdə saat 07 radələrində işə getməkdən ötrü evdən çıxıb idarə etdiyi avtomobilə yaxınlaşdığı zaman, avtomobilin arxa sol yan şüşəsinin sındırıldığını, avtomobilin salon hissəsində saxladığı ona məxsus 60 manat nağd pul, 200 manat dəyərində 01 ədəd “Mercedes E 240" markalı avtomobilinə aid açar və 100 manat dəyərində 01 ədəd istifadədə olmuş “Rochas Moustache” markalı ətrin oğurlandığını aşkar etmişdir. Polis Şöbəsinə gedərək hadisə ilə bağlı ərizə ilə müraciət etmiş, avtomobilindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 360 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinə oxşar ifadə vermişdir. İş materiallarında olan baxış keçirmə və götürmə haqqında 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu inzibati ərazisində 19 sentyabr 2021-ci il tarixdə "Opel Astra" markalı, 21 sentyabr 2021-ci il tarixdə isə “Audi” markalı avtomobillərdən oğurluq, 23 sentyabr 2021-ci il tarixdə isə Mingəçevir küçəsində yerləşən fərdi yaşayış evindən soyğunçuluq cinayətini törətdiyini etraf edib, həmin avtomobillər və fərdi yaşayış evindən taladığı əmlakı yaşadığı ünvan 6 ünvanda saxladığını və könüllü olaraq təqdim edə biləcəyini bildirdiyindən, sonuncunun yaşadığı həmin ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin otağındakı sellofanların birindən 01 ədəd “Nokia” markalı mobil telefonu; 01 ədəd qara rəngli dəri materialdan olan qadın çantasını; 01 ədəd “Honor 8X” markalı mobil telefonu; 01 ədəd “Samsung A52” markalı mobil telefonu; 01 ədəd "Samsung A10” markalı mobil telefonu; 01 ədəd “Samsung A20” markalı mobil telefonu; 01 ədəd “Samsung A51” markalı mobil telefonu; 01 ədəd “Perelet” markalı qol saatını; 01 ədəd “Carrera” markalı qol saatını; 01 ədəd “Ehopard" markalı qol saatını və 01 ədəd “Tayota” markalı avtomobilə aid açarı təqdim edərək, həmin əşyaları Mingəçevir küçəsində yerləşən fərdi yaşayış evlərindən birindən taladığını, ardınca həmin otaqda olan digər sellofanın içərisindən 01 ədəd “Mercedes” markalı avtomobilə aid açarı, 01 ədəd istifadədə olmuş “Rochas Moustache” markalı ətiri və 01 ədəd üzərində markalanmasına dair hər hansı məlumat olmayan avtomobil maqnitofonunu təqdim edərək, 01 ədəd açar və 01 ədəd ətiri 21 sentyabr 2021-ci il tarixdə "Audi” markalı avtomobildən, 01 ədəd maqnitofonu isə 19 sentyabr 2021-ci il tarixdə "Opel Astra” markalı avtomobildən taladığını bildirmişdir. İş materiallarında olan 24.09.2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim edilmiş eyni növdən olan oxşar formalı əşyalar sırasından: 01 ədəd qara rəngli dəri materialdan olan qadın çantasını, 01 ədəd “Nokia” markalı mobil telefonu, 01 ədəd “Honor 8X” markalı mobil telefonu, 01 ədəd "Samsung A52” markalı mobil telefonu, 01 ədəd “Samsung A10” markalı mobil telefonu, 01 ədəd “Samsung A20” markalı mobil telefonu, 01 ədəd “Samsung A51” markalı mobil telefonu, 01 ədəd “Perrelet” markalı qol saatını, 01 ədəd “Carrera” markalı qol saatını, 01 ədəd "Ehopard” markalı qol saatını, 01 ədəd “Tayota” markalı avtomobilə aid açarı formasından, rəngindən, istehlak xüsusiyyətlərindən və digər əlamətlərindən tanıyaraq, həmin əşyaların ona məxsus olduğunu və hadisə zamanı yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən talandığını bildirmişdir. İş materiallarında olan 24.09.2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ona tanınmaya təqdim edilmiş eyni növdən olan oxşar formalı əşyalar 01 ədəd “Rochas Moustache” markalı ətiri formasından, istehlak xüsusiyyətlərindən və digər əlamətlərindən tanıyaraq, həmin ətirin ona məxsus olduğunu və hadisə zamanı idarə etdiyi “Audi” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildən gizli olaraq talandığını bildirmişdir. İş materiallarında olan 25.09.2021-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə baxış zamanı evin yaxınlığında quraşdırılmış kamera qurğularından əldə edilməklə 01 ədəd “CD-R" formatlı diskə köçürülmüş hadisə vaxtını əhatə edən görüntülərə baxış keçirilmiş, diskdə olan « Video 2021-09-22 at » adlı fayla baxış zamanı videogörüntünün 38-ci saniyəsindən başlayaraq əynində qısaqol idman gödəkçəsi geyinmiş xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin əynindəki gödəkçəni çıxarıb, əlində saxladığı 01 ədəd sellofan bağlamanı həmin gödəkçəyə bükərək fərdi yaşayış evlərinin qarşısı ilə hərəkət etməsi müəyyən edilmişdir. 01 ədəd “CD-R” formatlı diskdə olan « Video 2021-09-22 at (01) » adlı fayla baxış keçirilərkən videogörüntünün 22-ci saniyəsindən başlayaraq başına günlüklü papaq, əyninə qısaqol idman gödəkçəsi geyinmiş xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin əlində saxladığı 01 ədəd sellofan bağlama ilə fərdi yaşayış evlərinin qarşısı ilə hərəkət etməsi müəyyən edilmişdir. 01 ədəd “CD-R” formatlı diskdə olan « Video 2021-09-22 at (02) » adlı fayla baxış keçirilərkən videogörüntünün 25-ci saniyəsindən başlayaraq əyninə qısaqol idman gödəkçəsi geyinmiş, əlində günlüklü papaq olan xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin fərdi yaşayış evlərinin qarşısı ilə geriyə doğru hərəkət etməsi müəyyən edilmişdir. 01 ədəd “CD-R” formatlı diskdə olan « Video 2021-09-22 at (03) » adlı fayla baxış keçirilərkən videogörüntünün 33-cü saniyəsindən başlayaraq əyninə qısaqol idman gödəkçəsi geyinmiş, başında günlüklü papaq olan xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin əlində saxladığı sellofan bağlama ilə birgə fərdi yaşayış evlərinin qarşısı ilə hərəkət etməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videgörüntülərdə əks olunan əyninə qısaqol idman gödəkçəsi geyinmiş, başında günlüklü papaq geyinmiş şəxs onun özüdür. İş materiallarında olan 22.11.2021-ci il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınması haqqında” protokolun məzmunundan görünür ki, Zərərçəkmiş şəxs2 ona tanınmaya təqdim edilmiş xarici görkəmləri ilə kəskin fərqlənməyən eyni cinsli şəxslərin fotoşəkilləri sırasından Təqsirləndirilən şəxs sifət cizgilərindən tanıyaraq, 23 sentyabr 2021-ci il tarixdə saat 05 radələrində yaşadığı evin yataq otağında yatdığı zaman, məhz həmin şəxsin evə daxil olub, yataq otağındakı dolabdan onlara məxsus əmlakı gizli yolla talayarkən yaranmış səsə yuxudan oyanaraq onu aşkar etdiyini, bu zaman qışqırıq salıb həmin şəxsdən kim olduğunu və nə etdiyini soruşduğunda, onun cəld tərpənib talanmış olan əmlakla birgə qarçaraq evdən uzaqlaşdığını bildirmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2021-ci il tarixli 9/7743 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 11 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 605,00 manat müəyyən edilir. Digər 2 ədəd müxtəlif markalı avtomobil açarları xüsusi olaraq hər bir avtomobil üçün fərdi (markasından asılı olmayaraq, mühərrik, ban, şassi nömrələrinə uyğun olaraq zavod üsulu ilə kompüter proqramı vasitəsilə hər bir nəqliyyat vasitəsinə ayrı-ayrılıqda hazırlanır) hazırlandığından və satışı nəzərdə tutulduğundan qiymətləndirmə aparmaq mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan 10.12.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd qara rəngli dəri materialdan olan qadın çantası, 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd “Honor 8X” markalı mobil telefon, 01 ədəd “Samsung A52” markalı mobil telefon, 01 ədəd “Samsung A10" markalı mobil telefon, 01 ədəd “Samsung A20” markalı mobil telefon, 01 ədəd “Samsung A50" markalı mobil telefon, 01 ədəd “Perrelet" markalı qol saatı, 01 ədəd “Cartier” markalı qol saatı, 01 ədəd “X4” markalı qol saatı, 01 ədəd “Toyota Corolla” markalı avtomobilə aid açar, “01 “Mercedes” markalı avtomobilə aid açar, 01 ədəd “Rochas Moustache” markalı ətir, 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan avtomaqnitola, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında quraşdırılmış kamera qurğularından əldə edilmiş görüntüləri özündə əks etdirən 01 ədəd “CD-R” formatlı disk maddi maddi sübut kimi tanınmış, 11 adda olan əşyalar qəbzlə zərərçəkmiş şəxslərə təhvil verilmiş, 01 ədəd “CD-R” formatlı disk isə cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 23.09.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25.09.2021-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.Həbsin əvvəli 23.09.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 1500 manat cərimə cəzasına məhkum məhkum olunmuşdur. Goranboy Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərarı ilə cərimə cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 28.06.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(061)- 41/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum məhkum olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 17.01.2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndinə əsasən çəkilməmiş 01 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir il azaldılmış və üzərində qəti olaraq 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli məktubundan görünür ki, Tərtər Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(061)- 41/2021 nömrəli hökmündən apellyasiya şikayəti verildiyindən icra edilməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ərizələrindəndən görünür ki, dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vurduğu ziyan 260 (iki yüz altmış) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığda cinayət təqibi başlanıla bilməz başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Bu səbəbdən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hissədə cinayət təqibindən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, dövlət ittihamçısının çıxışı nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hissədə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Tərtər Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(061)-41/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının amnistiya tədbiq edildikdən sonra çəkilməmiş qalan 06 (altı) ay 18 (on səkkiz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2021ci il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxslərə təhvil verilmiş 01 ədəd qara rəngli dəri materialdan olan qadın çantası, 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd “Honor 8X” markalı mobil telefon, 01 ədəd “Samsung A52” markalı mobil telefon, 01 ədəd “Samsung A10" markalı mobil telefon, 01 ədəd “Samsung A20” markalı mobil telefon, 01 ədəd “Samsung A50" markalı mobil telefon, 01 ədəd “Perrelet" markalı qol saatı, 01 ədəd “Cartier” markalı qol saatı, 01 ədəd “X4” markalı qol saatı, 01 ədəd “Toyota Corolla” markalı avtomobilə aid açar, “01 “Mercedes” markalı avtomobilə aid açar, 01 ədəd “Rochas Moustache” markalı ətir, 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan avtomaqnitola onların istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut kimi tanınmış 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hissədə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Tərtər Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(061)-41/2021 nömrəli hökmü ilə təyin edilmiş və Gəncə Apellyasiya məhkəməsinin 17.01.2022-ci il tarixli qərarı ilə Zəfər Günü münasibəti ilə amnıstiya tədbiq edildikdən sonra çəkilməmiş qalan 06 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə nəzərə alınmaqla 03 (üç) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxslərə təhvil verilmiş 01 ədəd qara rəngli dəri materialdan olan qadın çantası, 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd “Honor 8X” markalı mobil telefon, 01 ədəd “Samsung A52” markalı mobil telefon, 01 ədəd “Samsung A10" markalı mobil telefon, 01 ədəd “Samsung A20” markalı mobil telefon, 01 ədəd “Samsung A50" markalı mobil telefon, 01 ədəd “Perrelet" markalı qol saatı, 01 ədəd “Cartier” markalı qol saatı, 01 ədəd “X4” markalı qol saatı, 01 ədəd “Toyota Corolla” markalı avtomobilə aid açar, “01 “Mercedes” markalı avtomobilə aid açar, 01 ədəd “Rochas Moustache” markalı ətir, 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan avtomaqnitola onların istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-57/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-57/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver