Məhkəmə qərarları › İş №1(011)-57/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-57/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-57/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə və şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 02 ədəd şəffaf sellofona bükülmüş təmiz çəkiləri 0,347 və 0,398 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 08 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiasının yaxınlığında tanışları Şahid1 və Şahid2 hər birinə ayrı-ayrılıqda 10 manat nağd pul müqabilində satmışdır. Şahid1 08 sentyabr 2022-ci il tarixdə saat 15:45-də Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonunda yerləşən Ukrayna dairəsinin yaxınığında saxlanılmış, Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə təmiz çəkisi 0,398 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. O cümlədən Şahid2 08 sentyabr 2022-ci il tarixdə saat 17:30-da Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, gəncə prospektinin yaxınlığında saxlanıb Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf selllofona bükülmüş bükümdə təmiz çəkisi 0,347 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə təmiz çəkisi 0.950 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə təmiz çəkisi 0,334 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 08 sentyabr 2022-ci il tarixdə saat 20:10-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında qarşısında saxlanılıb 34-cü PŞ-nə aparılaraq orada üstünə videogörüntü ilə baxış keçirilən zaman, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə təmiz çəkisi 0,950 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə təmiz çəkisi 0,334 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə qismən təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1 maddəsi ilə təqsirli bilərək, CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir, lakin heç kimə heç vaxt narkotik vasitə satmamışdır. “Whatsapp” vasitəsilə üzdən tanımadığı İran vətəndaşı ilə əlaqə saxlamış, pulunu aparatla ödəmiş, onun atdığı “konum”a gedərək ordan həmin narkotik vasitəni götürmüşdür. Şahid2 taksi sürücüsü olduğundan narkotik vasitəni götürməyə onunla getmiş, 40 manat həmin narkotik vasitənin pulunu isə digər tanışları olan Şahid1 ilə üçü birlikdə ödəmişdirlər. Polis əməkdaşları onu Günəşli ərazisində saxlamışlar. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ilkin izahatında və təqsirləndirilən şəxs qismində ifadə verərkən ilkin olaraq özünü ona CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanında kirayə yaşayır. Halhazırda heç bir yerdə işləmir. Subaydır. Əvvəllər etdiyi cinayət əməlinə görə məhkum olunmuşdur. Özü təxminən 3 il müddətdir narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini şəxsi istifadə üçün qəbul edir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Son zamanlar maddi sıxıntıları olduğundan, narkotik vasitəni satmaq qərarına gəlmişdir. Sonuncu dəfə narkotik vasitələri və psixotrop maddələri əldə etmək üçün “google” internet səhifəsində narkotik vasitələri və psixotrop maddələri satan şəxslər barədə maraqlanmış və adını bilmədiyi İran İslam Respublikası vətəndaşını tapmışdır. Həmin şəxslə taksofon aparatı ilə əlaqə saxlayıb istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə sifariş vermişdir. Bu minvalla X6 Respublikasının vətəndaşının deməsi əsasında onun bank hesabına 40 manat məbləğində pul göndərmiş və onun istiqamətlənməsi əsasında Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığından sonuncunun atması əsasında 03 ədəd şəffaf bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamini götürmüşdür. Həmin narkotik vasitələri və psixotrop maddəni əynindəki qara rəngli idman şalvarın sağ yan cibinə qoymuşdur ki, sonra həm istifadə edər, həm də ki, satar. xx.xx.2022-ci il tarixdə səhər radələrində tanışı olan Şahid1 ona zəng vuraraq narkotik vasitə olan heroin istədiyini bildirmişdir. O, öz növbəsində həmin şəxsə 10 manat müqabilində narkotik vasitə heroin verə biləcəyini bildirmişdir. Fəxri də onunla razılaşmış və xx.xx.2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı o, Fəxriyə 10 manat pul müqablində 01 ədəd bükümdə narkotik vasitə olan heroini satmışdır. Bundan sonra digər tanışı olan Zaur adlı şəxsdə ona zəng vuraraq narkotik vasitə olan heroin istədiyini bildirmişdir. O da həmin qaydada 10 manat nağd pul müqabilində Zaura narkotik vasitə olan heroin sata biləcəyini bildirmişdir. Bu minvalla xx.xx.2022-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş əsnasında o, Zaura 10 manat nağd pul müqabilində 01 ədəd bükümdə narkotik vasitə olan heroini satmışdır. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmışdır. Və özünü şübhəli apardığından polis əməkdaşları özlərini ona təqdim etdikdən sonra, onu ərazinin polis şöbəsi olan 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O, ilkin olaraq, üzərində narkotik vasitə olan heroin olduğundan qaçmaq istəsə də, polis əməkdaşları onu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində o, səmimi etiraf edərək narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etdiyini və Fəxri və Zaur adlı şəxslərə narkotik vasitə olan heroini satdığını deyib, üzərində də 01 ədəd şəffaf sellofon bükümdə narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofon bükümdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Polis Şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyini dedikdə, əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofona bükülmüş bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümlərdəki maddənin nə olmasını soruşduqda, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Eyni zamanda ondan həmin narkotik vasitəni və psixotrop maddəni haradan və kimdən almağını soruşanda, həmin narkotiki vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı İran İslam Respublikasının vətəndaşından onlayn yolla 40 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, təqdim etdiyi narkotik vasitədən və psixotrop maddədən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürü ilə möhürlənərək götürülmüşdür. Özü narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir və maddi sıxıntılarım olduğundan narkotik vasitəni satmaq qərarına gəlib, əldə etdiyi 03 ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofona bükülmüş psixotrop maddə metamfetamindən 01 ədəd bükümdə narkotik vasitə olan heroini tanışı Fəxri adlı şəxsə və 01 ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə olan heroini tanışı Zaur adlı şəxslərin hər ikisinə ayrı-ayrılıqda 10 manata satmışdır. Onu polis əməkdaşları saxlayan zaman və polis bölməsinə dəvət edilərkən, polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. O, həmin narkotik vasitəni və psixotrop maddəni “google” internet səhifəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşının xatırlamadığı kart hesabına 40 manat göndərməklə sonuncunun Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında atması əsasında əldə etmişdir. X6 Respublikasının vətəndaşının şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Çünki ilk dəfə idi ki, həmin şəxs vasitəsi ilə narkotik vasitəni həm istifadə etmək və satmaq məqsədi ilə əldə etmişdir. O, ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəliyi yoxdur. Onun narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini istifadə etməyini və satdığını heç kim bilməmişdir. O, həmişə narkotik vasitəni və psixotrop maddəni tək istifadə etmişdir. Onun mütəmadi olaraq istifadəsində olan mobil nömrə ***-***-**-**-dir. Həmin mobil nömrə onun adına rəsmiləşdirilməsə də, daimi olaraq onun istifadəsində olmuşdur. (i.v 74-77) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 manat müqabilində narkotik vasitə olan heroin almışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs narkotik vasitə almasını həmçinin, özünün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işi ilə bağlı məhkəmə iclasında da bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Vüsalı uzun müddətdir ki, tanıyır. Üzərindən çıxan narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manat müqabilində almışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Xətai RPİ-nin 34-cü PŞ-nində polis sahə inspektoru işləyən, polis mayoru Şahid4 ilə işlədikləri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. 08 sentyabr 2022-ci il tarixdə saat 20:10-da ünvan 3 ünvanının qarşısında olarkən, Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs qaçmaq istəsə də, onlar həmin şəxsi saxlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etməsi barədə bildirmişdir. Bu zaman onlar Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs da buna etiraz etmədikdən sonra onu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X2a təhvil vermişlər. X2 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofona bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında İran İslam Respublikası vətəndaşından onlayn yolla 40 manat pul müqabilində əldə etməsini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroindən 02 ədəd bükümünü tanışları Fəxri və Zaur adlı şəxslərə satmasını bildirmişdir. Ardınca 02 ədəd şəffaf sellofona bükülmüş bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə 01 ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə heroinin çəkisi 0.91 qram, 01 ədəd şəffaf sellofona bükülmüş psixotrop maddə metamfetaminin çəkisi 0,47 qram görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 sentyabr 2022-ci il tarixli cinayət işi başlamaq və icraata götürmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v 1). xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Xətai RPİ 34-cü PŞ-də xx.xx.2022-ci il tarixdə, saat 21:00-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 20:10dan hesablanmışdır (i.v 21). Şəxsi axtarış və götürmə aparılması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili Şahid3, Xətai RPİ-nin 34-cü PŞ-in sahə inspektoru Şahid4, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsunq” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli olan narkotik vasitəyə bənzər maddələri çıxararaq masanın üzərinə qoyub həmin maddələrin narkotik vasitə və ona bənzər maddə olduğunu, onlardan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan bükümün narkotik vasitə "heroin" olduğunu, digər 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli olan bükümün psixotrop maddə "metamfetamin" olduğunu, bu narkotik vasitələrin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında onlayn vasitəsilə tanımadığı İran İslam Respublikasının vətəndaşından ümumilikdə 40 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini bildirdi. Həmin 01 ədəd şəffaf rəngli sellofan bükülü elektron tərəzidə çəkilərək 0,91 qram olduğu, əlavə olaraq 01 ədəd şəffaf rəngli sellofan bükülüdə olan maddənin çəkisinin isə 0,47 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə və narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək götürülmüşdür (i.v 32-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli, 6/4936 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152” möhür əksi, “(imza) Kərimov...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,950 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,334 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir.)(ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir) (Metamfetaminin təmiz çəkisi - 0,334 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 0,284 qram. Heroin üm. təmiz çəkisi – 0,950 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,900 qram) (i.v 42-43).(ekspertiza xərci 110 manat) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/5307 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə - heroin ilə, Şahid1 və Şahid2 aşkar olunmuş hərəsində 01 ədəd bükümdə olan narkotik vasitə - heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında fərqlidirlər, Şahid1 və Şahid2 aşkar olunmuş hərəsində 01 ədəd bükümdə olan narkotik vasitə - heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. (ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir)( 1 №-li obyekt üzrə heroin üm - 0,900 qram, cəmi tədqiqata sərf edildi - 0,06 qram, qalıq üm.- 0,840 qr. 2 №-li obyekt üzrə heroin - 0,348 qram, tədqiqata serf edildi - 0,06 qr., qalıq - 0,288 qr. 3 №-li obyekt üzrə heroin - 0,297 qram, tədqiqata serf edildi - 0,06 qr., qalıq - 0,237 qr. Metamfetamin tədqiqata istifadə olunmadı.) (i.v 137-138). xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə bildirmişdir ki, Təqsirləndirilən şəxs 10 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Təqsirləndirilən şəxs isə Şahid1 tanıdığı üçün ona pul qarşılığında 01 ədəd bükümdə narkotik vasitə olan heroin satdığını bildirmişdir (i.v 58- 59). xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə bildirmişdir ki, Təqsirləndirilən şəxs 10 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Təqsirləndirilən şəxs isə Şahid2 tanıdığı üçün ona pul qarşılığında 01 ədəd bükümdə narkotik vasitə olan heroin satdığını bildirmişdir (i.v 60- 61). 09 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.62-63). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin 08 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilmişdir (i.v 86-90). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır cinayətlərə dair işlər üzrə Məhkəmənin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 180.2.1, 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci il tarixində Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsinə tövsif edilmiş və üzərində Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinə əsasən 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v 116-118). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(011)-269/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddətin 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 20 noyabr 2013-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur (i.v 119-127). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(103)-224/2014 cü il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(011)-269/2013 saylı hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v 128-134). Məhkəmə-narkoloji ekspertizasının 24 sentyabr 2022-ci il tarixli, 5480 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v 139-140). xx.xx.2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı və mətni, həmin nömrələrin sahiblərinin sahiblərinin anket məlumatları "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskdə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman 01 ədəd “Zənglərin_Detallaşması_**********2729_557882011” adlı və “Zənglərin_Məxsusluq_Tarixçələri_**********2727_557882011_BKC” adlı fayllar aşkar olunmuş, PDF formatlı 01 ədəd “Zənglərin_Detallaşması_**********2729_557882011” adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olmuş zənglərin siyahısı göstərilmiş, lakin baxış zamanı sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir, PDF formatlı 01 ədəd “Zənglərin_Məxsusluq_Tarixçələri_**********2727_557882011_BKC” adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olmuş zənglərin anket məlumatları göstərilmiş, həmin siyahıda ***-***-**-** saylı mobil nömrənin Ağamir Babayevin adına qeydiyyata alınması müəyyən edilmişdir (i.v 143). 08 noyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, məhkəməkimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/4936 saylı, xx.xx.2022-ci il tarixli 6/5307 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5480 saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə heroinin və 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetaminin çəkilərinin ekspert rəyinə uyğun götürülməsi və 01 ədəd bükümdə narkotik vasitə olan heroinin çəkisinin 0,950 qram, 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin çəkisinin 0,334 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə ilkin təmiz çəkisi 0,950 qram olan narkotik vasitə olan heroinin və 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə ilkin təmiz çəkisi 0,334 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və qalıq qalmış 0,900 qram çəkidə narkotik vasitə heroinin və 0,284 qram çəkidə psixotrop maddə metamfetaminin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilməsi və qərarın surətinin əməliyyataxtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 34-cü PŞ-nǝ göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs məxsus “X5” markalı mobil telefonun sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmiş hesab edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v 152-162). 05 noyabr 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olmuş zənglərin siyahısı göstərilmiş. İş üçün əhəmiyyətli olan heç bir hal aşkar edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-419/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 03 (üç) ay ev dustaqlığında olduğu müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü tarixli, 1(103)-473/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə ləğv olunması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair müddəalar xaric edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 ay ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 03 il müddətinə azadlqıdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə "CD"-də olan videogörüntülər tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə təmiz çəkisi 0.950 qram narkotik vasitə heroinin və 01 ədəd şəffaf sellofona bükülmüş bükümdə təmiz çəkisi 0,334 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini satmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə məqsədi daşıyır və özünün məhkəməyədək icraat dövründə verdiyi ifadələri, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqında vermiş olduğu ifadələri və iş materillarına əlavə edilmiş digər sübutlar ilə təkzib olunur. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə ilkin olaraq Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilərkən özünü qismən təqsirli bilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, lakin onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlaməti olmadığından həmin maddə ittihamdan xaric olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istitnaq zamanı vermiş olduğu ifadəsində İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün 3 büküm narkotik vasitə olan heroin, 01 büküm isə psixotrop maddə olan metamfetamin aldığı andan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi yaranamışdır. CM-nin 234.2-ci maddəsi alternativ tərkibli cinayət tərkiblərinə aiddir. Yəni həmin maddədə satış məqsədi ilə əldə etmə, daşıma, gəzdirmə, emal etmə, hazırlama ilə yanaşı satış kimi alternativ tərkib də nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs satış məqsədi ilə aldığı 03 büküm narkotik vasitə heroin və 01 ədəd psixotrop maddə metamfetamindən 01 büküm heroini Şahid1, 01 bükümünü isə Şahid2 satmışdır. Daha sonra isə polis əməkdaşları tərəfindən tutulmuşdur. Yəni iş materialları ilə təqsirləndirilən şəxsin satış üçün aldığı narkotik vasitələri satmamışdan və ya satdıqdan sonra qalan narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmur. İşin faktiki halları ilə cinayət tərkibinin əlamətlərinin uyğunlaşdırılması zamanı məhkəmə qeyd edir ki, bu halda Təqsirləndirilən şəxs 04 bükümdən yerdə qalan 02 bükümü aşkar edilməsi cinayətlərin məcmusunu yaratmır və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tam əhatə olunur. Məhkəmə qeyd edilən hala davam edən hal kimi qiymət verir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi İran İslam Respublikasının vətəndaşından bir neçə bükümdə narkotik vasitə və psixotop maddə alması onun əvvəlcədən narkotik vasitə satışı niyyətinin olmasına dəlalət edir. Ali Məhkəmənin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli plenum qərarının tövsiyyələrinə əsasən təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin bağlamalara bükülməsi nəzərə alınmalıdır. Göstərinlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tam əhatə olunduğundan, üzərindən tapılmış narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan saxlanılması ilə bağlı onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1 maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ali Məhkəmənin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndindən görünür ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neça cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müayyon cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlarini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham tasdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və hal-hazırda cəza çəkməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham ittihamdan xaric edilməli, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan heroin və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, “X5” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (iyirmi) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin istifadəsində aidiyyəti sübuta yetirilmədiyindən ona verilmiş ittihamın bu hissəsi əsassız hesab olunsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-473/2023 saylı qərarı ilə üzərində saxlanılmış 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və onun üzərində 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu 03 ay müddət ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və o qəti olaraq 04(dörd) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,900 qram çəkidə narkotik vasitə heroinin və 0,284 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 220 (iki yüz iyirmi) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar – 02 ədəd disklər iş materiallarında saxlanılsın. “X5” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar