Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-57/2024 22.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2006-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Dağtumas kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Ximətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 D ünvanında tanışı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər deməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı bir dəfə yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə və üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, tiyəsinin uzunluğu 147 mm, dəstəyinin uzunluğu 119 mm olan, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sağ qol nahiyəsinə bir dəfə vuraraq ona sağ göz qapağının dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər və sağ bazunun bir ədəd deşilmişkəsilmiş yarası, postravmatik pleksopatiya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, lakin zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bü Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığa qəsdən az ağır zərərvurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü ona CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu 56 nömrəli tam orta məktəbdə oxumuş və orada Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Onun Məbud ilə arasında narazılığı, ədavəti və düşmənçiliyi heç vaxt olmamışdır. Şahid5 isə dostudur. xx.xx.2022-ci il tarixdə Vahid və Məbud adlı tanışı ilə Bakı şəhəri, Nizami rayonu ərazisində bir yerdə olarkən Vahid Məbuddan mobil telefonunu danışmaq məqsədi ilə alaraq getmişdir. Bununla bağlı Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nə Məbudun anası Qanuni nümayəndə1 ərizə ilə müraciət etmiş, araşdırma müddətində məlum olmuşdur ki, Vahid Məbudun “Samsung A23” markalı mobil telefonunu 170 manata satmışdır. Həmin telefonun əvəzinə Məbuda başqa telefon alıb vermişdir. Həmin hadisədən sonra o, eşitmişdir ki, Məbud onun ünvanına nalayiq sözlər deyib. Buna görə də Məbudun tanışı Tamerlana bu barədə məlumat vermişdir ki, Məbudu gördüyü zaman onunla əlaqə saxlasın. 22 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Şahid5 ilə birlikdə sonuncunun ad gününü qeyd etmək məqsədi ilə mağazadan tort alaraq, evdən isə 1 ədəd mətbəx bıçağı götürüb “Sevgililər parkına” getmişlər. Orada Arda ilə tort kəsib yeyərkən Məbud tərəfindən zəng gəlmiş, tortu yeyib qurtardıqları üçün bıçağı üzərində götürüb Məbud ilə görüşməyə getmişdir. Məbud yaşadığı binanın həyətində Tamerlan ilə qarşılaşmışdır. Tamerlan Məbuda onu axtardığını bildirmişdir. Məbud Tamerlandan xahiş etmişdir ki, sonuncunun telefonu ilə zəng etsin. Tamerlan ona zəng vurub telefonu Məbuda verərkən o, Məbudun harada olduğunu soruşduqda Məbud yaxınlıqda olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10D ünvanında yerləşən H.Əliyev adına litseyin arxa hissəsində olduğunu bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra o, Arda ilə həmin məktəbin həyətinə gəlmiş və bıçağı üzərində gətirmişdir. Həmin məktəbin arxa hissəsində Məbud ilə Tamerlanın olduğunu görmüşdür. Onlara yaxınlaşaraq salamlaşmış, Məbuddan nə səbəbə onun ünvanına nalayiq sözlər deməsini soruşduqda Məbud ona ilk öncə etiraf etməsə də, lakin sonradan söyməsini etiraf etdikdə o, əsəbləşərək ilk öncə Məbudun sağ göz nahiyəsinə əli ilə zərbə yetirmişdir. Məbud onun üzərinə yeriyib vurmaq istədikdə o, əsəbləşib üzərində olan mətbəx bıçağı ilə onun sol qol nahiyəsinə bir dəfə bıçaqla xəsarət yetirmişdir. Məbud əlində bıçaq olduğunu görüb Tamerlan ilə birlikdə hadisə yerindən uzaqlaşmışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Binəqədi rayonu 179 nömrəli tam orta məktəbin Xİ sinif şagirdi olaraq bu il həmin məktəbi bitirmişdir. O, əvvəllər Bakı şəhəri, Xətai rayonu 56 nömrəli tam orta məktəbdə oxumuş və orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə arasında narazılığı, ədavəti və düşmənçiliyi olmamışdır. Şahid5 isə əvvəlcədən tanımamışdır. Şahid5 Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. X8 Mahmudovun dostudur. xx.xx.2022-ci il tarixdə Kərim və Vahid adlı tanışları Bakı şəhəri, Nizami rayonu ərazisində bir yerdə olarkən sonuncu ondan telefonu danışmaq məqsədi ilə alaraq qaçmışdır. Kərim və Vahid telefonu ondan alıb qaçması ilə bağlı Bakı şəhəri Nizami RPİnin 25-ci PB-nə anası ilə ərizə ilə müraciət etmişlər. Araşdırma müddətində məlum olmuşdur ki, Kərim və Vahid onun “Samsung A23” markalı mobil telefonunu 170 manata satmışlar. Həmin telefonun əvəzinə ona başqa telefon alıb vermişlər. 22 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı binanın həyətində olarkən Tamerlan adlı tanışı ona yaxınlaşmış və bildirmişdir ki, Kərim onu axtarır. O, Tamerlandan xahiş etmişdir ki, Kərimə zəng edərək onu nə səbəbdən axtarmasını soruşsun. Tamerlan da Kərimə zəng vurmuşdur. Kərimdən nə səbəbə onu axtarmasını soruşduqda o, görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, Tamerlan ilə yaxınlıqda olan məktəbin həyətinə getmişlər. Bir neçə dəqiqə keçdikdən sonra Kərim dostu Arda ilə həmin məktəbin həyətinə gəlmişdir. Kərim ona gedib söhbət etməklərini bildirmişdir. Onlar yaxınlıqda olan H.Əliyev adına litseyin arxa hissəsində heç kimin olmadığı dalana getmişlər. Orada Kərimin ünvanına nə səbəbdən söyüş söyməkləri ilə bağlı söhbət etmişlər. O, heç vaxt kimlərinsə yanında Kərimin ünvanına söyüş söyməmiş, Kərimin deməsinə görə güya onun bacısını söymüşdür. O, Kərimə bildirmişdir ki, heç vaxt ona və bacısının ünvanına söyüş söyməmişdir. O, Kərim ilə söhbət edən zaman anidən sonuncu bir dəfə yumruqla sağ gözündən vurmuş, hər iki gözünün qaralmasını hiss etdikdən sonra geri çəkilib əli ilə sifətini tutduqda Kərimin əlində mətbəx bıçağını görmüşdür. Kərim bıçaq ilə onu vurmaq istədikdə geriyə çəkilmiş və bıçaq sağ qolundan dəymişdir. Həmin vaxt Arda ilə Tamerlan onların mübahisəsini kənarda izləmişlər. Kərim üzərinə gəlib yenidən bıçaqla vurmağa cəhd etdikdə o, əlləri ilə Kərimin əlindən tutmuşdur. Onun sağ qolunun yuxarı hissəsindən qan gəldiyi üçün Kərim bunu görüb Arda ilə oradan qaçıb getmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nasibakhom Mamatkukova ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Məbud ilə Kərim əvvəllər Bakı şəhəri, Xətai rayonu 56 nömrəli tam orta məktəbdə ayrı-ayrı siniflərdə oxumuşlar. 22 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində yaşadıqları evdə həyat yoldaşı ilə birlikdə olarkən Kərim yaşadığı evin giriş qapısını döyərək onları çölə çağırmışdır. O, həyat yoldaşı ilə küçəyə çıxarkən Məbudun anası Qanuni nümayəndə1 əri Şahid1la birlikdə “Tofaş-Fiat” markalı avtomobilləri ilə yaşadıqları küçəyə gəldiklərini və oğlu Kərimin yaxasından tutmalarını görmüşlər. O, Gülnarədən nə səbəbdən oğlunun yaxasından tutmasını soruşduqda sonuncu bildirmişdir ki, Kərim oğlu Məbuda bıçaqla xəsarət yetirmişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı onunla Gülnarə arasında münaqişə baş verən zaman Kərim onların münaqişəsindən əsəbləşərək “Tofaş” markalı avtomobilin şüşəsini əli ilə sındırmışdır. Hadisə vaxtı aralarında mübahisə olsa da ona heç kim xəsarət yetirməmişdir. Daha sonra polis əməkdaşları oğullarını polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə2 bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs əvvəllər Bakı şəhəri, Xətai rayonu 56 nömrəli tam orta məktəbdə ayrı-ayrı siniflərdə oxumuşlar. 22 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdə həyat yoldaşı Nasibakhom Mamatkulova ilə birlikdə olarkən Kərim yaşadığı evin giriş qapısını döyərək çölə çağırmışdır. O, həyat yoldaşı ilə küçəyə çıxarkən Məbudun anası Qanuni nümayəndə1 əri Şahid1la “Tofaş-Fiat” markalı avtomobilləri ilə yaşadıqları küçəyə gəldiklərini və oğlu Kərimin yaxasından tutmalarını görmüşdür. O, Gülnarədən nə səbəbdən oğlunun yaxasından tutmasını soruşduqda sonuncu bildirmişdir ki, Kərim oğlu Məbuda bıçaqla xəsarət yetirmişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı həyat yoldaşı ilə Gülnarə arasında münaqişə baş verən zaman Kərim onların münaqişəsindən əsəbləşərək “Tofaş” markalı avtomobilin şüşəsini əli ilə sındırmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun böyük övladıdır. Oğlu Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, 179 nömrəli tam orta məktəbin Xİ sinif şagirdi olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, belə ki, Məbud ilə Kərim əvvəllər Bakı şəhəri, Xətai rayonu 56 nömrəli tam orta məktəbdə ayrı-ayrı siniflərdə oxumuşlar. Arda adlı şəxsi isə Kərimin vasitəsi ilə tanımışdır. xx.xx.2022-ci il tarixdə oğlu Məbud ilə Kərim və Vahid adlı tanışları Bakı şəhəri, Nizami rayonu ərazisində bir yerdə olarkən sonuncu oğlundan telefonu danışmaq məqsədi ilə alaraq qaçmışdır. Kərim və Vahidin telefonu Məbuddan alıb qaçması ilə bağlı Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nə ərizə ilə müraciət etmişlər. Araşdırma müddətində məlum olmuşdur ki, Kərim və Vahid oğlunun telefonunu 170 manata satmışdır. Həmin telefonun əvəzinə oğluna başqa telefon alıb vermişlər. 22 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində oğlu Məbud anasına yaşadığı evin həyətində dostları ilə görüşəcəyini bildirib evdən çıxmışdır. Həmin gün saat 21 radələrində Məbud evə gəlmiş və onun paltarlarının qan olduğunu görmüşlər. Ona məlum olmuşdur ki, oğlu Məbudu döymüşlər. Məbuddan nə baş verməsini soruşduqda, oğlu bildirmişdir ki, Kərim onu bıçaqla, Arda isə yumruqla üz nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Oğlundan nə səbəbə döyülməsini soruşduqda oğlu bildirmişdir ki, Kərim ona deyib ki, telefonunu götürən zaman nə səbəbdən polisə müraciət etmişdir ki, anasınıda polis şöbəsinə çağırsınlar. Onların arasında münaqişə oğlunun ondan öz telefonunu əvvəllər tələb etməsinə görə olmuşdur. Oğluna anası ilkin tibbi yardım göstərdikdən sonra dərhal DİN-nin 102 xidmətinə və 103 təcili tibbi yardıma zəng edərək müraciət etmişlər. Bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası gəlmiş və oğlunu xəstəxanaya aparmışlar. Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları onlarla əlaqə saxlamışlar və polis əməkdaşları ilə belə razılığa gəlmişlər ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə görüşsünlər. O, həyat yoldaşı Qanuni nümayəndə1 ilə birlikdə “Tofaş-Fiat” markalı avtomobil ilə Kərimin yaşadığı küçəyə getmişlər, orada Kərim və Arda adlı şəxsləri gördükdə, Arda polis əməkdaşlarını görən kimi oradan qaçmışdır. Polis əməkdaşları ilə birlikdə Ardanın arxasınca qaçmışlar. Gülnarə isə Kərim ilə orada qalmışdır. Gülnarə Kərim ilə məsələyə aydınlıq gətirmək məqsədi ilə danışarkən Kərimin anası Nəsibə adlı şəxs küçəyə çıxmış və Gülnarənin Kərimin yaxasından tutmasını görüb əlləri ilə Gülnarənin saçlarından tutaraq özünə tərəf dartmışdır. Bundan sonra Nəsibə əlləri ilə Gülnarənin boğazından tutub ayağına badalaq verərək yerə yıxmışdır. Bu zaman Kərimin atası İnqilab küçəyə çıxmış və ayağınım Gülnarənin başının üzərinə qoymuş və yerdən qalxmağına imkan verməmişdir. Nəsibə də yerdə Gülnarənin kürək nahiyəsinə təpiklə vurmağa başlamışdır. Həmin ərəfələrdə Kərim yaxınlıqda saxladığı “Tofaş-Fiat” markalı avtomobilin alın və sol yan qapı şüşələrini sındırmışdır. Həmin vaxtı qışqırıq səslərinə ətrafda yaşayan tanımadıqları şəxslər küçəyə çıxmışlar və hadisənin şahidi olmuşlar. Polis əməkdaşlarını gördükdən sonra Nəsibə və həyat yoldaşı İnqilab Gülnarəni buraxmışlar. Gülnarə onların əlindən çıxaraq ayağa qalxmışdır. Polis əməkdaşları Kərim və Ardanı 37-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onların barəsində ərizə ilə müraciət etmişlər. Polis Şöbəsindən çıxaraq 1 saylı KTM-nə getmişlər, orada oğlunun xəsarətlərinə cərrahi tikişlər qoyub evə buraxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 22 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə onun ad gününü qeyd etmək məqsədi ilə “Sevgililər parkında” tort kəsib yeyərkən Kərimə zəng gəlmişdir. Kərim ona bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən H.Əliyev adına litseyin arxa hissəsinə getsinlər. O, Kərim ilə həmin ünvana getdikdə məktəbin arxa hissəsində Məbud ilə Tamerlanın olduğunu görmüşdür. Onlara yaxınlaşıb salamlaşmışlar, Kərim Məbuddan nə səbəbə onun ünvanına nalayiq sözlər deməsini soruşduqda, Məbud ilk öncə etiraf etməsədə lakin sonradan söyməsini etiraf etdikdə, Kərim əsəbləşərək ilk öncə Məbudun sağ göz nahiyəsinə əli ilə zərbə yetirmiş, Məbud Kərimin üzərinə gəlib vurmaq istədikdə Kərim əsəbləşib üzərində olan mətbəx bıçağı ilə Məbudun sol qol nahiyəsinə bir dəfə bıçaqla xəsarət yetirmişdir. Məbud Kərimin əlində bıçaq olduğunu görüb Tamerlan ilə birlikdə hadisə yerindən uzaqlaşmışlar. Kərim onunla birlikdə hadisə yerindən yaşadığı ünvanlarına getmişlər. Yaşadığı evin qarşısında olarkən Məbudun anası Gülnarə və atası Ramin “Tofaş-Fiat” markalı avtomobilləri ilə və polis əməkdaşları ilə birlikdə küçəyə gələrək onlara yaxınlaşmışlar. Həmin vaxt o, polislərin olduğunu görüb qorxaraq hadisə yerindən qaçdıqda polis əməkdaşları onun arxasınca gəlmişlər. Daha sonra polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1); könüllü təqdim etmə barədə 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs bir ədəd mətbəx bıçağını təqdim edərək bildirmişdir ki, əvvəllər dostluq etdiyi Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə həmin bıçaq ilə xəsarət yetirmişdir. Həmin bıçaq tünd qəhvəyi rəngli olmaqla mətbəx bıçağıdır, ümumi uzunluğu 26.5 sm, kəsici hissəsinin uzunluğu isə 15 sm-dir (i.v. 16-17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 xx.xx.2023-cü il tarixli, 62 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs sağ göz qapağının dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma, döş qəfəsinin sıyrığı və sağ bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası, postravmatik pleksopatiya müəyyən edilmişdir. Xəsarətlərdən sağ göz qapağının dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma, döş qəfəsinin sıyrığı bərk-küt əşya(lar), sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası, postravmatik pleksopatiya isə deşici-kəsici alət (bıçaq) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özüözünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 23-25); cinayət işinin icraata qəbul edilməsi haqqında 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 40); qanuni nümayəndənin təyin edilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə1 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin olunmuşdur (i.v. 44); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “Tofaş Doğan” markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı sağ alın şüşəsinin zədələnməsi müəyyən edilmiş, Şahid1 qeyd olunan yeri əli ilə göstərərək həmin alın şüşəsinin Təqsirləndirilən şəxs tərəfindən sındırıldığını bildirmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 57-59); zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 63); əşyanın tanınmaya təqdim edilməsi haqqında 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 04 ədəd bıçaq arasında 3-cü sırada olan bıçağı göstərərək ona həmin bıçaqla xəsarət yetirildiyini bildirmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 69-71); qanuni nümayəndənin təyin edilməsi haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin olunmuşdur (i.v. 89); ifadənin yerində yoxlanılması haqqında 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Qanuni nümayəndə2 törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 98-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 xx.xx.2023-cü il tarixli, 14/62 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ göz qapağının dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma, döş qəfəsinin sıyrığı və sağ bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası, postravmatik pleksopatiya müəyyən edilmişdir. Xəsarətlərdən sağ göz qapağının dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma, döş qəfəsinin sıyrığı bərk-küt əşya(lar), sol bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası, postravmatik pleksopatiya isə deşici-kəsici alət (bıçaq) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcələrinə görə sağ bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası, postravmatik pleksopatiya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, sağ göz qapağının dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, döş qəfəsinin sıyrğı isə sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 108-110); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1170 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir (i.v. 111-113); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli, 2151 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci mədəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafda gerilik əlamətləri təzahür olunmamışdır. O, hadisə zamanı öz hərəkətlərini ölçüb biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs baş vermiş hadisəni adekvat qavrayıb təsvir etmək və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Konfliktə meyillilik, inadkarlıq, impulsivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar olunmadı. Təqsirləndirilən şəxs hadisə zaman fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır (i.v. 114-117); yetkinlik yaşına çatmayan şəxsə qanuni nümayəndənin təyin edilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X1 Arda Məmməd oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 126-127); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 145-146); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı(valideynin) nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 159-160); sübutların qiymətləndirilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı(valideynin) nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.3, 186 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr üzrə cinayət təqibinə xitam verilmiş, onun İXMnin 232-1-ci maddəsi ilə inzibati icraatın başlanması üçün barəsində toplanmış materiallar Xətai rayon prokurorluğuna göndərilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması, əşyanın tanınmaya təqdim edilməsi, əşyanın könüllü təqdim edilməsi haqqında protokollar, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 3/1170 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2151 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 xx.xx.2023-cü il tarixli, 62 saylı və xx.xx.2023-cü il tarixli, 14/62 saylı rəyləri sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd soyuq silah hesab edilməyən bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v. 171-181); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı(valideynin) nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, özünü təqsirli hesab etdiyini və əməlindən peşmançılıq çəkdiyini qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs ilə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan işə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, iş üzrə maddi sübut hesab edilən və saxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 64 (altmış dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-57/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-57/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver