Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-57/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Laçın rayonu, Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu, Zabux Ərazi Dairəsi, Qızılca kəndində qeydiyyatda olan, Bərdə Rayon Məhkəməsinin 1(021)-155/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Sumqayıt şəhərindən yayımlanan “Dünya TV” televiziyasındakı verilişlərin birində hüquqşünas kimi iştirakından sonra ona hüquqi yardım üçün müraciət etmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun X8 xidmət keçərkən xəsarətlər almış və 10 aprel 2002-ci ildə vəfat etmiş oğlu X9 guya şəhidlik statusu verilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 27 aprel 2023-cü il tarixdə, saat 13:47-də ünvan 1 ünvanında yerləşən “Raul market”də quraşdırılmış “mpay” terminalından Zərərçəkmiş şəxs xahişi ilə qohumu Şahid1 tərəfindən onun istifadəsində olan 4169 7388 7801 5217 nömrəli "xxxx" MMC-nin kart hesabına köçürülmüş 3000 manat, 15 may 2023-cü il tarixdə, saat 15:05-də həmin ünvandan Azad Məmmədova tərəfindən onun həmin kart hesabına köçürülmüş 700 manat və 07 sentyabr 2023-cü il tarixdə saat 14:07-də ünvan 2 ünvanında Zərərçəkmiş şəxs xahişi ilə qohumu Şahid2 tərəfindən mobil tətbiq üzərindən onun istifadəsində olan 4169 7388 7801 5217 nömrəli "xxxx" MMC-nin kart hesabına köçürülmüş 800 manat, cəmi 4500 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə zərərcəkmis səxs Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ildə Zərərçəkmiş şəxs Şahid3 vasitəsi ilə tanımışdır. Belə ki, X14 Kərimovanın oğlunun dövlət qulluqçusu olduğunu və vəfat etdiyini, oğlunun adının əbədiləşdirilməsini, yəni şəhidlik statusu verilməsini istədiyini, bu işdə köməklik edə bilib-bilməyəcəyi ilə maraqlanmışdır. O da köməklik edə biləcəyini demişdir. Bundan sonra Dilda xanımın özü “WhatsApp” tətbiqi üzərində danışmış və sonuncuya 3000 manat pul müqabilində oğlunun adına şəhidlik statusu verilməsinə köməklik edə biləcəyini bildirmişdir. Dilda xanım da etiraz etməmişdir. Bir müddət keçəndən sonra Dilda xanım bildirmişdir ki, Narınc xanımın vasitəsi ilə 2500 manat pul göndərib. Lakin Narınc xanım Dilda xanımın verdiyi 2500 manat pulu ona verməyib. Bu barədə sonradan bilmişdir. Ancaq Zərərçəkmiş şəxs oğlunun adına şəhidlik statusu verilməsi adi ilə istədiyi 3000 manat pulu almaq üçün istifadəsində olan, özünə məxsus kart nömrəsini Dilda xanıma göndərmiş, sonuncu da xx.xx.2023-cü il tarixində Bakı səhərində yaşayan qoumunun vasitəsi ilə kart hesabına 3000 manat pul göndərmişdir. Bir müddətdən sonra Dilda xanımla danışanda ondan xahiş etmişdir ki, ərizələrinin yazılması və poçt vasitəsi ilə göndərilmələri üçün 700 manat pul göndərsin. Dilda xanım da xx.xx.2023-cü il tarixdə onda olan kart hesabına 700 manat pul göndərmişdir. Bir müddət keçəndən sonra Dilda xanımdan 800 manat pul göndərməsini xahiş etmiş, sonuncu da xx.xx.2023-cü il tarixdə qohumunun vasitəsi ilə kart hesabına 800 manat pul göndərmişdir. Ümumilikdə Dilda xanımdan 4500 manat pul almışdır. Bundan əlavə Zərərçəkmiş şəxs hər hansı bir məbləğdə pul almamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, 1999-cu ildən Almaniya Federativ Respublikasında yaşayır. Hazırda həm Azərbaycan Respublikasının, həm də Almaniya Federativ Respublikasının vətəndaşıdır. Tez-tez doğulub böyüdüyü Azərbaycan Respublikasına gəlir. 2017-ci ilin may ayında Almaniyada olarkən Sumqayıt şəhər Televiziyası olan DTV-yə baxarkən verilişin aparıcısı Narınc Vəliyevə adlı xanım olmuşdur. Azərbaycanlı ziyalı xanım olaraq verilişə zəng edib Şahid3 işlərində uğurlar arzulamış və sonradan isə Şahid3 ilə mütəmadi olaraq “WhatsApp” ani mesajlaşma tətbiqi üzərindən zəngləşib mesaj yazışmalarına başlamışlar. 2021-ci ilin may ayında Şahid3 aparıcısı olduğu verilişə müraciət etmiş və səhhətində problemi olan, maddi yardıma ehtiyacı olan uşağa çatdırmaq üçün bir neçə dəfə yadında qalmayan məbləğlərdə pul göndərmişdir. Hətta Narınc xanımın hesabına pul göndərmək üçün sonuncunun şəxsiyyət vəsiqəsinin surətini də götürmüşdür. Şahid3 göndərdiyi kart hesabına 3-4 dəfə 200, 500, 300, 100 manat olmaqla pullar göndərmişdir. 2021-ci ilin iyun ayının 10-da Şahid3 bir-iki məsələ ilə bağlı məsləhətləşmək istədiyini bildirmişdir. “WhatsApp”la Şahid3 ilə danışan zaman sonuncu aparıcısı olduğu verilişin bağlanmaq üzərində olduğunu bildirib 1000 evro borc pul istəmişdir. Həmin vaxtı Rəfiqəsi Təzəxanım xanım Sumqayıt şəhərində olduğuna görə sonuncuya zəng edib bildirmişdir ki, bir nəfərə köməklik etmək lazımdır. Təzəxanım xanım da cəmi 500 evro borc pul verə biləcəyini bildirmişdir. Danışıqlarından sonra Şahid3 Təzəxanım xanımın evinə getmiş və sonuncu Şahid3 500 evro borc pul vermişdir. Daha sonra Narınc bildirmişdir ki, evində hədiyyələr hazırlayır və satır. Odur ki, həmin işdə köməklik etmək üçün pul lazımdır. 11 iyun 2021-ci il tarixində Şahid3 2500 evro, 2022-ci ilin yanvar ayınadək 3000 və 1500 evro pulu kart hesabına köçürmüşdür. 24 sentyabr 2021-ci il tarixdə Şahid3 zəng edib evinin ipotekada olduğunu, ödəniş etmədiyi üçün əlindən alacaqlarını bildirib borca pul istəmişdir. Həmin vaxt Almaniyada olarkən 2021-ci ilin sentyabr ayının yadında qalmayan tarixlərində 1660, 1270 və 100 evro, həmin tarixlərin məzənnəsi ilə cəmi 4030 manat pul göndərmişdir. 2022-ci ilin mart ayında DTVyə baxarkən verilişdə özünü vəkil Elmir Laçınlı kimi təqdim edən Təqsirləndirilən şəxs görüb Şahid3 zəng edib xahiş etmişdir ki, Elmir Laçınlıdan xəbər alsın ki, Gəncə şəhərində polis nəfəri vəzifəsində xidmət etmiş 2002-ci ildə xidməti vəzifələrinin icrası zamanı əvvəl almış olduğu xəsarətdən vəfat etmiş oğlu X5 adını əbədiləşdirə bilərmi. Şahid3 da bildirmişdi ki, vəkil X19, Gəncə zonasında fəaliyyət göstərir və bu işdə köməklik edə bilər, yəni oğlu Aqil Kərimovun vəfat etməsinə dair şəhidlik statusu ala bilər. Bundan sonra Şahid3 Elmir Laçınlının 051 *** ** ** mobil telefon nömrəsini də vermişdir. 2022-ci ilin mart ayında hər üçü birikdə “WhatsApp” tətbiqi üzərindən telefon əlaqəsi saxlamışlar. Elmir Laçınlı bildirmişdir ki, oğluna şəhidlik statusu ala biləcək. Bunun üçün xidmət qiyməti 2500 manat olacaq. Daha sonra Elmir xahiş etmişdir ki, ona çatacaq pulu Narınc xanıma göndərsin. Bu səbəbdən Elmir Laçınlıya verməsi üçün Şahid3 500 və 750 evro pul göndərmişdir. Bundan başqa 2022-ci ilin may ayında Narınc Vəliyevə “WhatsApp” tətbiqi üzərindən zəng edib müharibə başlayandan Ukrayna Respublikasında olduğunu, Azərbaycan Respublikasına qayıda bilmədiyini, qayıtmaq üçün 1500 evro pula ehtiyacı olduğunu bildirmişdir. Buna görə də Şahid3 1500 evro yol pulu göndərmiş və bununlada Şahid3 verdiyi pulların cəmi 22000 manat olmuşdur. Şahid3 söz vermişdir ki, 2022-ci ilin iyun ayının 8-də almış olduğu pulları geri qaytaracaq. 2022-ci ilin iyun ayında Bakı şəhərinə gəlsə də Şahid3 ilə görüşə bilməmiş, sonuncu zənglərinə cavab verməmişdir. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxsla Bakı şəhərində Səməd Vurğun küçəsində görüşmüş Elmirdən Narınc xanımın vasitəsi ilə göndərdiyi pulu alıb-almadığını xəbər almış, sonuncu da pulu aldığını və oğlunun adının əbədiləşdirilməsi və şəhid statusu verilməsi ilə bağlı tədbirlərə başlanıldığını, payızda nəticəsini deyəcəyini bildirmişdir. 2022ci ilin noyabr ayının 5-də Təqsirləndirilən şəxsla “WhatsApp” tətbiqi üzərindən danışaraq işin hansı mərhələdə olduğunu xəbər almış, sonuncu da işin çox hissəsini hazır etdiyini, bir məktub qaldığını bildirmişdir. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxsla danışan zaman sonuncu demişdir ki, Şahid3 ona pul vermədiyini, bu səbəbdən işi dayandırdığını, bərpa etmək üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. Buna görə də xx.xx.2023cü ildə bibisi qızı Azadədən xahiş etmişdir ki, Təqsirləndirilən şəxs 4169 7288 7801 5217 nömrəli kart hesabına 3000 manat pul göndərsin. Azadə də 3000 manat pulu Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs adına etibarnamə düzəltdirmək üçün əlavə 700 manat pul lazım olduğunu bildirmişdir. Yenə də Azadədən xahiş etmişdir ki, Elmirin kart hesabına 700 manat pul atsın. xx.xx.2023-cü il tarixində isə Elmir zəng vuraraq bacısının xəstə olduğunu bildirib 800 manat pul istəmişdir. Buna görə də baldızı qızı Şahid2 xahiş etmişdir ki, Təqsirləndirilən şəxs kart hesabına 800 manat pul köçürsün. 2022-ci ili mart ayında Elmirlə danışarkən Narıncın telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Elmir də Narıncın Türkiyədə olduğunu bildirib istifadəsində olan mobil telefon nömrələrini vermişdir. Bundan sonra Şahid3 ilə telefonla danışmış və sonuncu da mobil telefon aparatının sındığını, bu səbəbdən olaqə saxlaya bilmədiyini bildirib söz vermişdir ki, 2023-cü ilin yanvar ayında pullarını qaytaracaq. Lakin sonra həmin nömrələrlə də əlaqə saxlaya bilməmişdir. 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs zəng etmiş və sonuncu bildirmişdir ki, oktyabr ayının 20-də oğlunun işi ilə bağlı Gəncə şəhərində məhkəmə olacaq, həmçinin 10 oktyabr tarixində Şahid3 pullarını qaytaracaq. 09 oktyabr 2023-cü il tarixində Bakı şəhərinə gəlmiş və metronun Nərimanov stansiyası yaxınlığında “Makdonalds” restoranın qarşısında Elmirlə görüşmüşdür. Azadə Məmmmədova da yanında olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid3 çox adamı aldadaraq pul alıb və Bərdə şəhərində Fəxrəddin adlı şəxslə Klinika açıb. Narıncın barəsində Bərdə RPŞ-də cinayət işi var və sonuncu pulu qaytaracaq. Oktyabrın 20-də isə guya oğlunun adına şəhidlik statusunun verilməsi ilə bağlı məhkəmədə həll olunacaq. Lakin Elmir sonra bildirmişdir ki, müstəntiq xəstədir işə çıxmır. Lakin sonradan Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmişdir. Bundan sonra dəqiqləşdirmişdir ki, Təqsirləndirilən şəxs vəkil deyil. Ancaq Təqsirləndirilən şəxs özünü vəkil kimi təqdim etmiş və oğlunun adının əbədiləşdirilməsi də heç onun görə biləcəyi bir iş deyil. Həmçinin, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş 20 sentyabr 2024-cü il tarixli ittiham aktı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Sumqayıt şəhərində yayımlanan “Dünya TV” televiziyasındakı verilişlərin birinda hüquqşünas kimi iştirakından sonra ona hüquqi yardım üçün müraciət etmiş Zərərçəkmiş şəxs etibarından sui-istifada edərək sonuncunun X8 xidmət kəçərkən xəsarətlər almış və 10 aprel 2002-ci ildə vəfat etmiş oğlu X9 guya şəhidlik statusu verilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 27 aprel 2023-cü il tarixdə, saat 13:47-də ünvan 1 ünvanında yerləşən “Raul market”də quraşdırılmış “mpay” terminalından Zərərçəkmiş şəxs xahişi ilə qohumu Şahid1 tərəfindən onun istifadəsində olan 4169 7388 7801 5217 nömrəli "xxxx" MMC-nin kart hesabına köçürülmüş 3000 manat, 15 may 2023-cü il tarixdə, saat 15:05-də həmin ünvandan Şahid1 tərəfindən onun həmin kart hesabına köçürülmüş 700 manat va 07 sentyabr 2023-cü il tarixdə, saat 14:07-də ünvan 3 ünvanında Zərərçəkmiş şəxsnm xahişi ilə qohumu Şahid2 tərəfindən mobil tətbiq üzərindən onun istifadəsində olan 4169 7388 7801 5217 nömrəli "xxxx" MMC-nin kart hesabına köçürülmüş 800 manat, cəmi 4500 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə zərərçəkmis səxs Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs barəsində qeyd olunan əməllə bağlı cinayət işi başlanmış və barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan olunaraq həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Zərərçəkmiş şəxs qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə göstərilənlərə əsasən o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 4500 (dörd min beş yüz) manat məbləğində maddi zərərin və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun, ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manatın tutulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 2022-ci ilin iyul ayında dayısı qızı Zərərçəkmiş şəxs yaşadığı Almaniya Respublikasından Bakı şəhərinə gəlmişdir. Evlərində danışan zaman Zərərçəkmiş şəxs gəlişinin səbəbini Sumqayıt şəhərinin DTV kanalından tanıdığı Şahid3 və sonuncunun verilişindən tanıdığı Təqsirləndirilən şəxs adlı şəxslə görüşməlidir. Belə ki, guya həmin şəxslər Dilda xanımın vəfat etmiş oğlunun adının əbədiləşdirilməsinə, yəni şəhidlik statusu verilməsinə kömək etməli olmuşdur. Bu məqsədlə 2022-ci ilin iyul ayında özünü vəkil kimi təqdim etmiş Təqsirləndirilən şəxsla Bakı şəhəri, S.Vurğun küçəsində görüşmüşlər. Zərərçəkmiş şəxs Elmirdən soruşmuşdur ki, Narınc xanım vasitəsilə ona göndərdiyi pul çatıb, oğlunun adının əbədiləşdirilməsi ilə bağlı tədbirlərə də başlanılıb, payızda nəticəsini bildirəcək. 27 aprel 2023-cü il tarixdə Dilda xanım zəng edib bildirmişdir ki, Təqsirləndirilən şəxs demişdir ki, işin həlli üçün Şahid3 ona pul verməyib və bu səbəbdən də işi dayandırıb. Bu səbəbdən Dilda xanım xahiş etmişdir ki, Təqsirləndirilən şəxs 4169 7388 7801 5217 nömrəli kart hesabına 3000 manat pul göndərsin. O da Elmirin qeyd ounan kart hesabına 3000 manat pul köçürmüşdür. Daha sonra 2023-cü ilin may ayında Dilda xanımın xahişi ilə etibarnamə üçün Elmirin yuxarıda göstərilən kart hesabına ödəmə terminalından 700 manat pul köçürmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs ad günü ərəfəsində həmin kart hesabına 500 manat pul köçürmüşdür. 2023-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs Dilda xanıma zəng edib bildirmişdir ki, hər şey hazırdır, oğlunun işi ilə bağlı 2023-cü ilin oktyabr ayının 20-də guya məhkəmə olacaq, həmçinin 2023-cü ilin 10 oktyabr tarixində Narınc guya onun pullarını qaytaracaq. Bu səbəbdən Zərərçəkmiş şəxs 08 oktyabr 2023cü il tarixində Bakı şəhərinə gəlmişdir. 09 oktyabr 2023-cü il tarixdə birlikdə Bakı şəhərində metronun Nərimanov stansiyası yaxınlığında Elmirlə görüşmüşlər. Elmir bildirmişdir ki, Şahid3 çox adamı aldadaraq pul alıb və Bərdə şəhərində Fəxrəddin adlı şəxslə klinika açıb. Narıncın barəsində Bərdə polisində cinayət işi var və Narınc pulu qaytaracaq. 2023cü ilin oktyabr ayının 20-də isə guya Dilda xanımın oğlunun adı ilə bağlı iş məhkəmədə həll olunacaq. Lakin sonradan Elmir bildirmişdir ki, müstəntiq xəstədir və işə çıxmır. Ancaq sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əslində vəkil deyil, vəkillər kollegiyasının üzvü deyil, özünü yalandan vəkil kimi təqdim edib Dilda xanımı aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin təxminən sentyabr ayının əvəllərində Dilda xanımın onların evində müəyyən məbləğdə pulu olmuşdur. Həmin ərəfədə Dilda xanım “WhatsApp” proqramı üzərindən zəng edib bildirmişdir ki, mobil nömrəsini Elmir adlı şəxsə verib, sonuncu zəng edəcək və evlərində olan pulundan 800 (səkkiz yüz) manat pulu Elmirə versin. Dilda xanımla danışandan təxminən 5 dəqiqə keçmiş Elmir adlı şəxs mobil telefonla əlaqə saxlayıb mobil nömrəni Dilda xanım verdiyini və sonuncunun deməsinə görə ona 800 (səkkiz yüz) manat pul çatdırmalı olduğunu bildirmişdir. O da artıq bu barədə Dilda xanımın tapşırıq verdiyini bildirmişdir. Bu məzmunda danışıqları zamanı Elmir bildirmişdir ki, plastik kart nömrəsini göndərəcək və 800 manat pulu həmin kart hesabına köçürsün. Beləliklə danışıqlarından sonra Elmir palstik kart nömrəsini göndərmiş və yaşadığı, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi 5 saylı evin yaxınlığında yerləşən ərzaq mağazasında quraşdırılmış ödəmə terminalından Dilda xanımın 800 manat pulunu özünün istifadəsində olan 4169 7388 7960 5008 kart hesabına köçürdükdən sonra yaşadığı evə qayıdıb evdə olan zaman özünün kart hesabına köçürdüyü 800 manat pulu Elmirin göndərdiyi 4169 73**'***5217 nömrəli kart hesabına köçürmüş və bu barədə qəbzin fotoşəklini çəkib həm Elmirə, həm də Dilda xanıma göndərmişdir. Lakin xeyli müddət keçəndən sonra Dilda xanım demişdir ki, özünü Elmir kimi təqdim edən şəxs vəfat etmiş oğlunun adının əbədiləşdirilməsində köməklik edəcəyi adı ilə onu aldatmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, təxminən 11 ilə yaxın televiziya verilişlərində aparıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. Sonuncu dəfə 8 ilə yaxın Sumqayıt şəhərində fəaliyyət göstərən “Dünya TV”-də layihə rəhbəri və aparıcı işləmişdir. 2017-ci ilin may ayında “Dünya TV”-də efirlərdən birində çəkilişdə olduğu zaman istifadəsində olan mobil nömrəyə tanımadığı, Almaniya Dövlətinin nömrəsinə bağlı “WhatsApp” ani mesajlaşma tətbiqi ilə əslən azərbaycanlı olan Dilda xanım mesaj yazıb bildirmişdir ki, verilişlərini tamaşaçı kimi izləyir və qohumu vasitəsi ilə şəxsi hədiyyə göndərib, lakin hədiyyəni uzun müddət götürməmişdir. Bir neçə aydan sonra verilişlə bağlı çəkilişdə olarkən bibisi qızı Şahid1 ilə bir ədəd saat, bir ədəd geyim hədiyyə göndərmiş və münasibətləri davam etmişdir. Zərərçəkmiş şəxs müraciətdə göstərilən pul məbləğləri sonuncu tərəfindən maddi köməklik məqsədi ilə göndərildiyini hesab etmiş və həmin məbləğlər ayrı-ayrılıqda 500, 2500, 1660, 500 evro və sonuncu dəfə vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs çatması üçün 2500 manat məbləğində pul vəsaitlərini almışdır. Həmin məbləğlərdən 500 evro məbləğini “Kontakt” pul köçürmə vasitəsilə adına göndərmiş, 2500 evro məbləğini 2021-ci ildə Bakı şəhərində dəqiq xatırlamadığı ünvanda Dilda xanımın tapşırığı ilə tanımadığı qohumundan birlikdə iş qurmaq üçün əlbə-əl götürmüşdür. Məqsəd Dilda xanımın xahişi ilə “Dilda hədiyyələr” instagram səhifəsini açıb sonuncunun vasitəsi ilə hədiyyələr alıb paylamaq üçün sərf etmiş və hədiyyələrdən bəziləri yaşadığı ünvanda qalmışdır. Növbəti 1660 evronu Dilda xanım evinin ipoteka kreditinə kömək məqsədi ilə göndərmişdir. 500 evronu işsiz olduğu üçün kömək məqsədi ilə göndərmişdir. Sonuncu 2500 manat pul vəsaitini aldıqdan sonra vəkil kimi tanıdığı Elmirə müraciət etmiş, amma iş yekunlaşmadığı üçün pulu Elmirə verməyib özündə saxlamışdır. 2023-cü ilin yay aylarında Elmir işi alındıra bilmədiyi üçün pulu geri qaytarmışdır. Balə ki, həmin pulu öz ehtiyaclarına xərclədiyi üçün özünə məxsus 2 ədəd qızıl saatını Salyan rayonunda qızıl alış-satış yerinə satıb pulunu Zərərçəkmiş şəxs qohumu Şahid1 kart hesabına göndərmişdir. Dilda xanımın vəfat etmiş oğlunun adına şəhidlik statusu verilməsi ilə bağlı Təqsirləndirilən şəxsla hər hansı bir əlaqəsi olmamış və hər hansı bir iş görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 36-cı PŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); “eManat”, “mpay” ödəniş portallarından və “BirBank” tətbiqi vasitəsi ilə həyata keçirilmiş ödəniş qəbzinin fotoşəkillərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 700 manat və xx.xx.2023-cü il tarixdə 800 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nin 416973******5217 nömrəli plastik kart hesabına köçürülmüşdür (i.v. 38-39); cinayət işinin icraata qəbul edilməsi haqqında 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 40); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 76-77); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 131-132); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması haqqında 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır (i.v. 146-147); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi xx.xx.2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir (i.v. 152-153); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır (i.v. 154-155); Bərdə İHB-nın Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 158); Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 661210 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (i.v. 159); Elektron çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 ad soyadlı övladı var. cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 08 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığına görə bu barədə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs adına olan kart hesabına Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş 3700 manat pulun köçürülməsini özündə əks edən qəbz, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs ad günü münasibətilə göndərilmiş 500 manat pul hədiyyə kimi nəzərə alınmış və bu barədə cinayət təqibinə xitam verilmişdir (i.v. 160-165); Bərdə Rayon Məhkəməsinin 1(021)-155/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin 13 mart 2024-cü il tarixdən hesablanması hökm edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli hökmündən zərərçəkmiş şəxs X1 nümayəndəsi X10 tərəfindən və məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(021)-155/2024 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. İş materiallarında olan məlumatlara əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)- 155/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün 02 aprel 2025-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsini və onunla barışıq əldə etməməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-155/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 13 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Bərdə Rayon Məhkəməsinin 1(021)-155/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs adına olan kart hesabına Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş 3700 manat pulun köçürülməsini özündə əks edən ödəniş qəbzləri iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 4500 (dörd min beş yüz) manat məbləğində maddi zərərin və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumunun, ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manatın tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə sonuncuya 4500 manat məbləğində maddi ziyan vurması müəyyən edildiyindən, təqsirləndirilən şəxs də əməlini etiraf etdiyindən, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 4500 (dörd min beş yüz) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin internet səhifəsində olan dövlət rüsumunun hesablanması üçün nəzərdə tutulmuş kalkulyatorun göstəricisinə əsasən 4500 (dörd min beş yüz) manat məbləğində pul tələbi üzrə dövlət rüsumu 65 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin təmin olunması nəzərə alınaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 65 (altmış beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Cinayət mühakimə icraatı üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-155/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-155/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 4500 (dörd min beş yüz) manat və dövlət rüsumuna görə 65 (altmış beş) manat, ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs adına olan kart hesabına Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş 3700 manat pulun köçürülməsini özündə əks edən ödəniş qəbzləri iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-57/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-57/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver