Məhkəmə qərarları › İş №1(011)-570/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-570/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-570/2025 12.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olmaqla, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 81, mənzil 12 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,921 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən 25 sentyabr 2025-ci il tarixdə saat 13:46-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,921 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 10 ildən çoxdur müxtəlif ünvanlarda tanımadığı şəxslərdən “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin və “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin alıb istifadə edir. Sonuncu dəfə 25 sentyabr 2025ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında qarajların yanında olduğu zaman anket məlumatlarını bilmədiyi və tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirimi) manat pul müqabilində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin alıb əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub istifadə edə bilməsi üçün ünvan 2 ünvanın yaxınlığına keçmişdir. Təxminən saat 13:46-da həmin yerdə olduğu zaman mülki geyimdə olan üç nəfər şəxs telefonla videoçəkiliş edərək yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib qanunsuz narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirdikdə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofana bükmü çıxarıb təqdim etmişdir. Qeyd olunandan başqa üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqdim edilmiş içərəsində “patı” adı ilə tanıdığı psixotrop maddəni bir ədəd kağız zərfdə qablaşdırıb möhürlədilər və üzərini imzalanmışdır. Bundan sonra polis əməkdaşları ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət edərək xidməti otaqların birinə aparıb təhqiqatçıya üzərindən aşkar edilmiş əşya ilə birlikdə təqdim etmişlər. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə bir ədəd mobil telefonda baxış keçirilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddənin qablaşdırıldığı bir ədəd zərf təhqiqatçı tərəfindən açılaraq üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan bir ədəd büküm yenidən tərəzidə çəkildikdə 1.11 qram olması müəyyən edilərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis şöbəsinə hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib olunub Xətai RPİ-nin X2 təhvil verilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində olan zaman hər hansı bir fiziki zor və psixoloji təsir tətbiq edilməmişdir. Narkotik vasitə və psixotrop maddə istifadə etsədə, heç vaxt narkotik vasitə və ya psixotrop maddəni heç kəsə satmamış və pay olaraq verməmişdir. Mobil telefondan istifadə etmədiyini istifadəsində hansı mobil nömrələrin olması yadımda deyildir. Adınına rəsmiləşdirilmiş 050- ***-**-** və ***-***-**-** mobil nömrələri istifadə etməmiş və hazırda həmin nömrələrdən kimin istifadə etməsini bilmir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyindən barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş məlumatla əlaqədar 25 sentyabr 2025-ci il tarixdə saat 13:46-da Şahid1 və Şahid3 ilə birlikdə Xudu Məmmədov küçəsi 29 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə etməklə saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi barədə edilmiş təklifdən sonra şalvarın cibindən bir bükümü çıxarıb təqdim edərək içərisində metamfetamin olduğunu və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Təqdim olunan içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm elektron tərəzidə qablaşdırma ilə 1.09 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş məlumatla əlaqədar 25 sentyabr 2025-ci il tarixdə saat 13:46-da Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və polis kapitanı Şahid3 ilə birlikdə Xətai rayonu, Xudu Məmmədov küçəsi 29 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə etməklə saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi barədə edilmiş təklifdən sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Təqdim olunan içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm elektron tərəzidə qablaşdırma ilə 1.09 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs dəvət edərək üzərindən aşkar edilərək qablaşdırılmış büküm ilə birlikdə Xətai RPİ-nin 36-cı PŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış bükümü şöbənin təhqiqatçısı polis mayoru X1 təqdim edilmişdir. X3 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən görüntüyə bir ədəd mobil telefonda baxış keçirilmişdir. X3 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış büküm zərfdən çıxarılıb elektron tərəzidə çəkildikdə 1.11 qram olması müəyyən edilib yenidən zərfdə qablaşdırılıb üzəri möhürləndi. Videoçəkiliş bitdikdən sonra polis şöbəsinin dəvət olunmuş vəkilin iştirakı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSYnə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən onun büküldüyü sellafon ilə birlikdə 1.09 qram, təhqiqatda 1.01 qram olduğu müəyyən edilmiş. Lakin müvafiq tədqiqat zamanı həmin maddənin təmiz çəkisinin, yəni büküldüyü sellafon olmadan çəkisinin 0,921 qram olduğu aydın olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 25 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəng cins şalvarın sağ yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan, psixatrop maddə olan metanfetaminə bənzər kütləni təqdim etmiş, narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir, yazı olmayan elektron tərəzidə çəkilmiş, çəkisi 1.11 qram olması müəyyən edilmiş, daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmiş, iş üzrə əhəmiyyət kəsb ediyi üçün 01 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan psixatrop maddə olan metanfetaminə bənzər kütlə sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin metanfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tatbiq dilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 2 ünvanı yaxınlığında keçirilmişdir (i.v. 10-12); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 25 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan bir ədəd ağ rəngli zərfə və iphone markalı mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış zərfdən 1(ədəd) bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuş, həmin maddə elektron tərəzidə çəkildikdən sonra çəkisinin 1,11 qram olması müəyyən edilmiş, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra iphone markalı mobil telefonda baxış keçirilmiş, mobil telefonda olan görüntülərdə təhqiqata təqdim olunan pisixotrop maddəyə bənzər maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və həmin şəxsin maddələrin özünə məxsus olduğunu bildirməsi əksini tapmışdır (i.v. 19-20); şübhəli şəxsin tutulması haqqında 25 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:46-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3172 nömrəli, 25 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,921 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metemfetamindir (i.v. 43-46); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 64-65); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-513/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbs etmənin əvvəlinin 25 sentyabr 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (i.v. 94-96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 iyun 2025-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur (i.v. 125-127); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2025-ci il tarixli, 6351 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə, qaydalarının 3.2- ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023- cü il tarixdən RNMda (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 141-142); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 29 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş (Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsi dair) 25 sentyabr 2025-ci il tarixli protokolda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün çəkisi 1.11 qram deyil 1.09 qram kimi qəbul edilməsi və oxunması, Məhkəmə-kimyəvi ekspertizasının 25 sentyabr 2025-ci il tarixli 3-16-16/2- 6/3172/2025 nömrəli rəyi, Kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 18 noyabr 2025-ci il tarixli 5072 nömrəli rəyi və Məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2025-ci il tarixli 6351 nömrəli rəyinin sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Azercel MMC-nin 21 noyabr 2025-ci il tarixli 29181 nömrəli məktubu və Azərfon MMC-nin 20 noyabr 2025-ci il tarixli GQ-2-1208-934-2025 nömrəli məktubuna əlavə edilmiş CD disk cinayət işinin materiallarına əlavə edilməsi və iş üçün sübut əhəmiyyətli məlumatların aşkar edilmədiyinin nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,921 qram hesab edilməsi və maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,821 qram psixotrop maddə metamfetaminin saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan iki ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 166-171); Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyindən barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş edir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 23 fevral 2026-cı il tarixli, 3-17- 4/2-5895/2026 nömrəli məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs əlillik vəziyyəti dövlət tibb müəssisəsinin V00297325YUE nömrəli göndərişi əsasında xx.xx.2025ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəng cins şalvarın sağ yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan, psixatrop maddə olan metanfetaminə bənzər kütləni təqdim edir, narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir, yazı olmayan elektron tərəzidə çəkilir, çəkisi 1.11 qram olması müəyyən edilir, daha sonra şəxsin üzəri yoxlanılır, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmir, iş üzrə əhəmiyyət kəsb ediyi üçün 01 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan psixatrop maddə olan metanfetaminə bənzər kütlə sonuncudan götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin metanfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tatbiq dilmədiyini bildirir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan bir ədəd ağ rəngli zərfə və iphone markalı mobil telefona baxış keçirilir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış zərfdən 1(ədəd) bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunur, həmin maddə elektron tərəzidə çəkildikdən sonra çəkisinin 1,11 qram olması müəyyən edilir, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, daha sonra iphone markalı mobil telefonda baxış keçirilir, mobil telefonda olan görüntülərdə təhqiqata təqdim olunan pisixotrop maddəyə bənzər maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması və həmin şəxsin maddələrin özünə məxsus olduğunu bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,921 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.15-ci bəndində bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61– 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və Təqsirləndirilən şəxs qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyindən yuxarıda qeyd edilən amnistiya qərarının 1.15-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.15-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,921 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,821 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir (CPM-198.1). Təqsirləndirilən şəxs xx.xx.2023-cü il taixdən RNM-da (F19x2) diaqnozu ilə dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il taixdən RNM-da (F19x2) diaqnozu ilə dispanserdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,921 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,821 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar