Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-574/2022 28.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-62/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını talama məqsədilə 20 sentyabr 2022- ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanda yerləşən "Araz" marketdə müştəri qismində alış veriş edən zaman marketin giriş hissəsinə qoyulmuş səbətin içərisində olan Zərərçəkmiş şəxs məxsus pul qabını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2250 (iki min iki yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,351 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsininin 35-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 26 sentyabr 2022-ci il tarixdə saat 22:20də ünvan 4 ünvanının qarşısında saxlanılıb ünvan 5da yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,351 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan kakos yəni heroindon istifadə edirmiş. Narkotik vasitəlari adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə edib. Narkotik vasitələri əsasən çəkmək üsulu ilə qəbul edirmiş. 20 sentyabr 2022-ci il tarixda saat 19 radələrində Baki şəhəri, Xətai rayonu Gəncə prospektində yerləşən "Araz" market"-ə “Cola” almaq ücün daxil olmuşdur Marketdə olan sərinləşdirici içkilər olan bölmədən 01 ədəd yarımlitrlik ölçüdə olan "Cola" alıb kassaya yaxınlaşmış kassada ödəniş edib çıxan zaman yerə qoyulan səbətin içərisinde gara rəngli pul qabının olmasını görmüş, ətrafa baxıb heç kimin onu görmədiyindən əmin olduqdan sonra pul qabını əlində olan ağ rəngli sellofanların arasında gizlədib marketdan çıxmışdır Marketdən çıxıb yaşadığı evə tərəf piyada hərəkət edən zaman pul qabının içərisini axtarmış pul qabında X5 maxsus olan şəxsiyyət və sürücülük vəsiqəsinin olmasını, plastik bank kartlarının və 22 ədəd 100 manatlıq va 01 ədəd 50 manatliq əskinazlarla ümumilikdə 2250 (iki min iki yüz əlli) manat pulun olmasını aşkar etmişdir. 21 sentyabr 2022-ci il tarixdə həmin puldan özünə Bakı şahəri, Nizami rayonunda yerləşən 8-ci kilometr bazarında qış gödəkçəsi və ayaqqabi, muxtəlif mağazalardan isə qida məhsulları almışdır. Ümumilikdə həmin puldan 650 manatını xərcləmiş və pul qabını daima üzərındə daşımışdır. Narkotik vasitələrdən istifadə etdiyi üçun müxtəlif vaxtlarda tanımadığı şexslardan narkotik vasitə alıb istifade edirmiş Son vaxtlar isə narkotik vasitələri yaşadığı ünvanın yaxınlığında tez-tez gördüyü deməsinə görə “Kombinat” adlı ərazidə yaşayan anket məlumatlarını dəqiq bilmədiyi "Royal" adlı şəxsdən müxtəlif qiymətlərə alırmış. 26 09 2022-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı ünvanın yaxınlığında "Royal" adlı şəxslə yenidən görüşmüş və oğurlamış olduğu pul qabıdan götürmüş olduğu 20 manat pul qarşılığında şəxsi istifadəsi üçün 01 büküm heroini almışdır Heroini ondan aldıqdan sonra onun bir hissəsini istifadə etmiş qalanını yenidən sol yan cibinə qoymuşdur. 26 sentyabr 2022-ci il tarixdə saat 22:20 dəqiqədə ünvan 7 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmiş, bundan sonra o Xətai RPİ-nin 35-ci Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 20 sentyabr 2022-ci il tarixdə Araz marketdən oğurlamış olduğu qara rəngli pul qabını çıxarıb təqdim etmişdir Orada pul qabıya baxan zaman içərisində Zərərçəkmiş şəxs məxsus olan şəxsiyyət və sürücülük vəsiqəsinin olmasını, plastik bank kartlarının və 16 ədəd 100 manatlıq əskinazlarla ümumilikdə 1600 (min altı yüz) manat pulun olması aşkar edilmişdir. Daha sonra şalvarının sol yan cibindən 01 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş kakos" yeni heroini könüllü şəkildə təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya va ya predmet aşkar edilməmişdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs fadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:40 radələrində ünvan 3 ünvanda yerləşən "Araz" marketə şirniyyat almaq məqsədi ilə daxil olmuşdur. Marketə girib içəriyə baxdıqdan sonra qapının yanında olan səbətlərdən birini götürmüşdür. Həmin zaman ona məxsus olan pul qabını əlində saxlamamaq üçün səbətə qoymuş, marketi gəzməyə başlamış həmin marketdə istədiyi şirniyyatı tapa bilmədiyi üçün yaxınlıqda yerləşən "Bazarstore” marketə getmək üçün "Araz" marketdən çıxmaq qərarına gəlmiş və yenidən qapıya yaxınlaşıb səbəti götürdüyü yerə qoymuş və ona məxsus olan avtomobilə əyləşib təxminən 5 dəqiqə məsafədə olan "Bazarstore” marketin qarşısına çatmışdır. Həmin zaman ona məxsus olan içərisində 2250 manat pul, ona məxsus sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi, “Paşa Bank”-a məxsus 4182- 4957-0113-0688 saylı maaş kartı, "Rabitə Bank"-a məxsus 4189-8000-8089-5657 saylı, 5354- 6464- 0517-4872 saylı, "Kapital Bank"-a məxsus 4169-7377-0425-2382 saylı, 5239-1515-1175- 5046 saylı kredit kartları və Bravo marketə məxsus olan alış veriş kartı olan pul qabının üzərində olmadığını marketdə səbətin içində unutduğunu aşkar etmiş və pul qabını götürmək üçün yenidən həmin "Araz" marketə geri qayıtmışdır. Marketi axtarsada pul qabını tapa bilməmiş bundan sonra oranın təhlükəsizlik işçilərinə bildirmiş və marketin təhlükəsizlik kameralarına baxmalarını xahiş etmişdir. Bununla yanaşı DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Orada olan polis əməkdaşları ilə birlikdə təhlükəsizlik kameralarına baxan zaman pul qabının səbətin içərisində marketə daxil olan başqa bir şəxs tərəfindən oğurlandığını aşkar etmiş, baş vermiş oğurluq hadisəsi barədə Xətai RPİ-nin 35-ci PB-nə ərizə yazmışdır. Ona məxsus olan şəxsiyyət və sürücülük vəsiqələri, **********755046, **********252382, **********130688, **********895657 va **********174872 saylı plastik kartlar, "Bravo" marketə məxus alış veriş kartı, pul qabı və 16 ədəd 100 manatlıq eskinaz olmaqla, ümumilikdə 1600 manat pul ona qaytarılmışdır. 650 manatı isə qaytarılmamışdır. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona vurulmuş zərər ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməsi və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri, o digər üzvü isə Xətai RPİ- nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 olub. 26 sentyabr 2022-ci il tarixdə saat 22:20 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında görüb onu saxlamış, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 35-ci polis bölməsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hərhansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu teklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən qara rəngli pul qabını çıxarıb masaya qoymuş, təhqiqatçı həmin pul qabını haradan əldə etməsini soruşmuş, cavabında Təqsirləndirilən şəxs pul qabını Gəncə prosopektində yerləşən "Araz" marketdən özü üçün su almağa girən zaman orada olan müştərilər üçün nəzərdə tutulan səbətin içərisində görüb götürdüyünü bildirmişdir. Memmedov pul qabını götürən zaman içərisində 2250 manat pulun olmasını söyləmiş, pul qabının içərisindəki əşyaları çıxaran zaman pul qabının içərisindən Zərərçəkmiş şəxs məxsus olan şəxsiyyət və sürücülük vəsiqələri, **********755046, **********252382, **********130688, **********895657 və **********174872 saylı plastik kartlar və 16 ədəd 100 manatlıq sadaladıqdan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin qırmızı rəngli kağızına bükümü təqdim edərək təhqiqatçıya vermiş, həmin 01 ədəd bükümün narkotik vasitə olmasını söyləmişdir. Bundan sonra təhqiqatçı narkotik vasitəni haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş, cavabında Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün yaşadığı evin yaxınlığında heç bir anket məlumatlarını bilmədiyi şəxsdən pul qabından götürdüyü 20 (iyirmi) manat pul müqabilində aldığını bildirmişdir. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə saat 22:20-dən məhdudlaşdırılmışdır (i.v. 29); şəxsi axtarış və götürmə aparılması haqqında 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, çəkilişi aparan şəxs Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru X4, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sag arxa cibindən içərisində Zərərçəkmiş şəxs məxsus olan şəxsiyyət və sürücülük vəsiqələrini, **********755046, **********252382,**********895657 və **********174872 saylı plastik kartlar və 16 ədəd 100 manatlıq askinazlar olan qara rəngli dəri materialdan olan pul qabını təqdim etmiş həmin pul qabını Xətai rayonu, Gəncə prospektində yerləşən "Araz" marketdən götürməsini bildirmiş, daha sonra əynində olan şalvarın sol yan cibindən 01 ədəd siqaretin qırmızı rəngli kağızında olan bükümü çıxararaq təqdim etmiş, həmin bükümün içərisindəkinin narkotik vasitə "kakos" olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında heç bir anket məlumatlarını bilmədiyi şəxsdən pul qabından götürmüş olduğu 20 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə "heroin"-ə bənzər maddələrin olması aşkar edilmişdir. Həmin bir büküm siqaretin qırmızı rəngli kağızıda olan narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş çəkisinin 0,52 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, bundan başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. ( i.v.40-42); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli, 6/5530 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,351 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 50-52); 27 sentyabr 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmşdır(i.v. 60) 27 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X3 tərəfindən ********* nömrəli cinayət işi üzrə diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən "Araz" marketin qarşısına bir nəfər qara qısaqol köynək və qara rəngli şalvar geyinmiş şəxsin marketə müştəri qismində daxil olması və orada olan giriş hissəsində olan səbətlərin içərisindən pul qabını oğurlayıb oradan çıxması görüntüləri əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, video görüntüdə əynində qara qısaqol köynək və qara rəngli şalvar geyinmiş şəxsin özünün olmasını bildirmişdir (i.v. 76) 28 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 77); 28 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X3 tərəfindən ********* nömrəli cinayət işi üzrə diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis mayoru İlahi Heydərov özünü və iştirakçıları əqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlamış. bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən qara rəngli pul qabını çıxarıb masaya qoymuş, təhqiqatçı həmin pul qabının nə olmasını və haradan əldə etməsini soruşmuş, cavabında Təqsirləndirilən şəxs pul qabını Gəncə prsopektində yerləşən "Araz" marketdən özü üçün su almağa girən zaman orada olan müştərilər üçün nəzərdə tutulan səbətin içərisində görüb götürdüyünü bildirmişdir. Təhqiqatçı həmin pul qabını götürən zaman içərisində nə qədər pul vəsaitinin olmasını soruşmuş Təqsirləndirilən şəxs pul qabını götürən zaman içərisində 2250(iki min iki yüz aəlli) manat pulun olmasını söyləmiş, X6 pul qabının içərisindəki əşyaları çıxaran zaman pul qabının içərisindən Zərərçəkmiş şəxs məxsus olan şəxsiyyət və sürücülük vəsiqələri, **********755046, **********252382, **********130688, **********895657 və **********174872 saylı plsatik kartlar və 16 ədəd 100 manatlıq əskinazlar aşkar olunmuşdur. X6 pul qabından çıxan əşyaları bir bir sadaladıqdan sonra yenidən Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin qırmızı rəngli kağızına bükümü təqdim edərək təhqiqatçıya vermiş, həmin 01 ədəd bükümün narkotik vasitə olmasını söyləmişdir. Bundan sonra təhqiqatçı narkotik vasitəni haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş.cavabında Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün yaşadığı evin yaxınlığında heç bir anket məlumatlarını bilmədiyi şəxsdən pul qabından götürdüyü 20 (iyirmi) manat pul müqabilində aldığını bildirmişdir. sonra təhqiqatçı X13 üzərinə şəxsi axtarış keçirmiş Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalardan başqa onun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş, 01 ədəd qırmızı rəngli siqaretin kağızında olan bükümdə olan heroinə bənzər kütlənin çəkisinin 0,52 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb təhqiqatçı tərəfindən möhürlənmişdir. Həmçinin təhqiqatçı tərəfindən pul qabından çıxarılmış əşyalar yenidən pul qabına qoyularaq götürülmüşdür. (i.v. 89-90) 28 sentyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ifadəsində qeyd olunan oğurluq hadisəsini ünvan 3 ünvanında yerləşən "Araz" marketə müştəri qismində daxil olmuş orada olan səbətlərin içərisində olan qara rəngli pul qabını oğurladığını göstərərək ifadəsini təsdiq etmişdir. (i.v. 100-102) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-506/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həsb etmənin əvvəli 26 sentyabrl 2022ci il tarixdən hesablanmışdır ( i.v. 109-114); 28 sentyabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ona təqdim olunmuş ona maxsus olan şəxsiyyət və sürücülük vəsiqələri, **********755046, **********252382, **********130688, **********895657 va **********174872 saylı plastik kartlar, "Bravo" marketə məxus alış veriş kartını, pul qabının və 16 ədəd 100 manatlıq əskinazın ona məxsus olmasını bildirmişdir(i.v.117-119). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 244.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 04 (altı) ay 21(iyirmi bir) gün müddətə aylıq qazancının 20%-i tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunmuş, 26 mart 2016-cı il tarixində cəzasının sonu ilə azad olunmuşdur (i.v. 122-123); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli xx.xx.2015-cü il tarixindən hesablanması hökm olunmuşdur(i.v. 124-129) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 5964 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 160-161); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci tarixdə Azərbaycan Respublikası CM-nin 177.1 ve 234.1-ci maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, barəsində Xətai rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalan çəkisi 0,301 qram olan narkotik vasitə heroin maddi sübut qismində tanınaraq saxlanması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman narkotik vasitə heroinin elektron tərəzidə çəkilməsi zamanı çəkisinin 0,52 qram olması kimi müəyyən edilmiş göstərici nəzərə alınmayaraq məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 6/5530 saylı rəyində qeyd olunan çəkilər yəni heroinin çəksinin 0,351 gram olması əsas kimi götürülməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətlərimüəyyən edilmədiyindən həmin xüsusatlarla bağlı barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs narkotik vasite heroinin əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmadığından həmin fakt üzrə cinayət işindən material ayrılaraq icraatına qabul edilməsi, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ifadələrin yerində yoxlanılması haqqında protokol, aşyanın tanınmaya təqdim edilməsi haqqında protokol, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokollar, məhkəmə kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilməsi, iş üzrə təqsirləndirilən şəxs X1 məhkumluğunun ödənildiyini nəzərə alaraq onun törətdiyi cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi, "Azercell MMC"-dən daxil olmuş 24 oktyabr 2022-ci il tarixli 21917 nömrəli məktuba əlavə edilmiş 01 ədəd disk sübut əhəmiyyətinə malik olduğundan sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs "Araz" marketdən oğurluq etməsi zamanı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v. 169- 178); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükülünü çıxarıb təqdim etməsi, içərisində heroin olduğunu, onu şəxsi istifadəsi üçün 10 manata aldığını bildirməsi, həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Həmçinin digər videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən "Araz" marketin qarşısına bir nəfər qara qısaqol köynək və qara rəngli şalvar geyinmiş şəxsin marketə müştəri qismində daxil olması və orada olan giriş hissəsində olan səbətlərin içərisindən pul qabını oğurlayıb oradan çıxması görüntüləri əks olunmuşdur. Təqsirləndirilən şəxs video görüntüdə əynində qara qısaqol köynək və qara rəngli şalvar geyinmiş şəxsin özünün olmasını bildirmişdir Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə baxışında verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,787 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (59.1.14) və əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 03 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,301 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs məxsus olan şəxsiyyət və sürücülük vəsiqələri, **********755046, **********252382, **********130688, **********895657 va **********174872 saylı plastik kartlar, "Bravo" marketə məxus alış veriş kartını, pul qabının və 16 ədəd 100 manatlıq əskinazların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi saat üçün nəzərdə tutulan (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-574/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-574/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver