Məhkəmə qərarları › İş №1(011)-574/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-574/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-574/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, tərcüməçi - X1, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və qanunla müəyyən edilmiş əsaslarla məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Xətai ray., P.Həşimov küçəsi, ev 152-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,347 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 16 avqust 2024-cü il tarixdə saat 17:10-da Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2 yerləşən Xətai RPİ-nin 35-ci PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki 01 ədəd «Redmi» markalı mobil telefonun üzərində olan qara rəngli qoburun içərisindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, təmiz çəkisi 0,347 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, 16 avqust 2024-cü il tarixdə saat 17:10-da ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına dəvət etmişlər. O da hər hansı bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 35-ci PB-yə gəlmişdir. Bölmənin içərisində olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Orta təhsilini rus dilində aldığı bildirdikdən sonra latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst yazmaqda və oxumaqda çətinlik çəkdiyinə görə danışılanların və tərtib olunacaq sənədlərin Azərbaycan dilindən rus dilinə tərcümə olunması üçün ona tərcüməçi dəvət edilmişdir. O təqdim edilmiş tərcüməçi İlə tanış olub prosesdə iştirakına etiraz etmədiyini bildirmişdir. Daha sonra hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət hesabına vəkil dəvət edilmişdir. Həmin vəkillə tanış olaraq hüquqlarının onun tərəfindən müdafiə olunmasına etirazının olmadığını bildirmişdir. Vəkil, tərcüməçi və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ona üzərində olan qeyri- qanuni əşya və ya predmetləri könüllü təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd qara rəngli qoburda olan 1 ədəd göy rəngli «Redmi» markalı mobil telefonu təqdim etmişdir. Qoburun içərisindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda isə içərisində ağ rəngli, kristal şəkilli kütlə müəyyən edilmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi mobil telefonun üzərində olan qoburun içərisindən aşkar olunmuş kütlənin nə olmasını, kimdən və nə vaxt əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda o həmin kütlənin camaat arasında «şüşə» adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni 16 avqust 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata əldə etdiyini bildirmişdir. Bundan sonra o əynində olan göy rəngli cins şalvarın bel hissəsində qara rəngli kəmərə asılı vəziyyətdə olan yaşadığı ünvanın giriş qapısının açarlarını və çoxfunksiyalı vintaçanı, şalvarın arxa sağ cibindən 1 ədəd yaşıl rəngli cib dəsmalını, şalvarın arxa sol cibindən 1 ədəd qəhvəyi rəngli pul kisəsini təqdim etmişdir. Pul kisəsinin içərisindən özünə məxsus 1 ədəd «Leo Bank»a aid plastik kart, 1 ədəd «Kapital Bank»a aid plastik kart, 1 ədəd «Beynəlxalq Bank»a aid plastik kart, 2 ədəd ictimai nəqliyyatda istifadə olunan «Bakı Kart», 1 ədəd Türkiyə Cümhuriyyətinə məxsus 500.000 liralıq kağız pul əskinası, 4 ədəd 1 manatlıq kağız pul əskinası, 40 qəpik məbləğində dəmir pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı həmçinin əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, anasına məxsus «Unibank»a aid plastik kart müəyyən edilmişdir. Bunlardan başqa üzərindən əlavə olaraq hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən bölmə rəhbərliyinə məruzə edilmişdir. Bölmə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 rəhbəri olduğu və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid1 birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 16 avqust 2024-cü il tarixdə saat 17:10da ünvan 1 ünvanın qarşısına gəlmişlər. Həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüşünə görə Təqsirləndirilən şəxs əlamətləri İlə üst-üstə düşən təxminən 38-40 yaşlarında olan bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 4-də qeydiyyatda olmaqla yaşayan kimi Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə getməsi üçün Xətai RPİ-nin 35-ci PB-nin İnzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirmələri ilə bağlı Şahid1 tərəfindən bölmə rəhbərliyinə məruzə edilmişdir. Bölmə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin aparılması üçün xidmətdə olan təhqiqatçı, polis kapitanı Elxan Qəribova təhvil vermişlər. Elxan Qəribov ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs orta təhsilini rus dilində almasına görə tərtib olunacaq sənədlərin və danışılanların Azərbaycan dilindən rus dilinə tərcümə olunması üçün tərcüməçi dəvət edilmişdir. Tərcüməçi Təqsirləndirilən şəxs təqdim edilmiş və o tərcüməçi ilə tanış olmuşdur. Bundan sonra təhqiqatçı X8 Məhəmmədovun hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə bir daha hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra şöbənin xidməti otaqlarının birində o, Şahid1, tərcüməçi və dövlət hesabına təyin olunmuş vəkilin iştirakı İlə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və ya dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarmışdır. Mobil telefonun üzərində olan qara rəngli qobur açıldıqda içərisindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm aşkar edilmişdir. Büküm açıldıqda isə içərisində ağ rəngli, kristal şəkilli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o həmin kütlənin özünə məxsus olmaqla psixotrop maddə olan metamfetamin olmasını və onu 16 avqust 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində pula aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan digər geyim paltarları təhqiqatçı Elxan Qəribov tərəfindən yoxlanılmağa başlanmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən çıxardığı 1 ədəd qəhvəyi rəngli pul kisəsinin içərisindən 1 ədəd «Leo Bank»a aid plastik kart, 1 ədəd «Kapital Bank»a aid plastik kart, 1 ədəd «Beynəlxalq Bank»a aid plastik kart, 2 ədəd ictimai nəqliyyatda istifadə olunan «Bakı Kart», 1 ədəd Türkiyə Cümhuriyyətinə məxsus 500.000 liralıq kağız pul əskinası, 4 ədəd 1 manatlıq kağız pul əskinası, 40 qəpik məbləğində dəmir pul, şalvarın arxa sağ cibindən 1 ədəd yaşıl rəngli cib dəsmalı, şalvarın ön sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, anasına məxsus «Unibank»a aid plastik kart, şalvarın bel hissəsində qara rəngli kəmərə asılı vəziyyətdə yaşadığı ünvanın giriş qapısının açarları və çoxfunksiyalı vintaçan aşkar olunmuşdur. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim eldiyi 01 ədəd «Redmi» markalı mobil telefonun üzərində olan qara rəngli qoburun içərisindən aşkar olunmuş 1 ədəd büküm elektron tərəzidə çəkilərkən psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisinin 0,40 (sıfır tam yüzdə qırx) qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm içərisində olan kütlə ilə birlikdə şəxsi axtarışda iştirak edən iştirakçıların iştirakları ilə içərisi boş olan 1 ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 35-ci PB-nin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 avqust 2024-cü il tarixli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir; (i.v. 1) - 16 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 29) - 16 avqust 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli qoburda olan göy rəngli "Redmi" markalı mobil telefonu, həmin qoburda gizlətdiyi bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə hesab edilən metanfetaminə bənzər kütləni təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə hesab edilən metanfetaminə bənzər kütləni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, "NZS" adlandırılan qəsəbədə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğə aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs üzərində olan göy rəngli cins şalvarın arxa sol cibindən özünə məxsus bir ədəd qəhvəyi rəngli pul kisəsini təqdim etmişdir. Pul kisəsinin içərisində özünə məxsus olan bir ədəd “Leo Bank"a, bir ədəd "Kapital Bank"a, bir ədəd “Beynəlxalq Bank"a aid bank kartları, 04 ədəd bir manatlıq əskinas. 40 qəpik məbləğdə dəmir pul, iki ədəd ictimai nəqliyyatda istifadə edilən "Bakı kart", bir ədəd Türkiyə Cümhuriyyətinə məxsus 500.000 liralıq köhnə əskinas, arxa sağ cibindən bir ədəd yaşıl rəngli cib dəsmalı, sağ yan cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi, anasına məxsus “Unibank"a aid qızılı rəngli bank kartı, qara rəngli kəmərinə asılı vəziyyətdə olan yaşadığı ünvana məxsus mənzilin açarları və çoxfunksiyalı vintaçan aşkar olunmuşdur. Aşkar edilmiş əşyalar (şəxsiyyət vəsiqəsi və mobil telefon istisna olmaqla) maddi sübut əhəmiyyəti daşımadığı üçün şübhəli şəxsə geri qaytarılmışdır. Götürülmüş kütlə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş, həmin kütlənin çəkisi 0.4 qram müəyyən olunmuşdur; (i.v. 43-44) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4208 nömrəli 17 avqust 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №154» dairəvi möhür əksləri olan, «1) «imza» Bayramov; 2) «imza» Oxunmur; 3) «imza» Şahid2; 4) «imza» Şahid1; 5) «imza» Təqsirləndirilən şəxs; 6) Təhqiqatçı: E.Qəribov «imza» yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,347 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,347 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,297 qram; (i.v. 54-58) - 18 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.71-72) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-563/2024 saylı, 18 avqust 2024-cü il tarixli qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs – xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəh., Xətai rayonu, Polad Həşimov küçəsi, ev 152-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 16 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.94-97) - 23 avqust 2024-cü il tarixli maddi sübut tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,347 qram olan psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 0,297 qramı iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır; (i.v.113) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş 28 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,180.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. 21 sentyabr 2023-cü il tarixdə Salyan rayon məhkəməsinin qəran ilə 20 gün vaxtından əvvəl şərti azad edilmiş və cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs məhkumluğu əvvəllər törətmiş olduğu cinayət əməlinə münasibətdə 21 sentyabr 2025-ci il tarixdə ödənilməli olduğundan, o, əvvəl törətmiş olduğu cinayət əməlinə münasibətdə əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş şəxs hesab edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş əsaslarla ödənilmədiyindən onun əməli cinayətlərin residivi kimi qiymətləndirilmişdir; (i.v. 114-116) - Bakı Şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-315/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 02 (iki) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş və ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 11 avqust 2020-cu il tarixdən hesablanması hökm edilmişdir; (i.v.131-137) - 30 avqust 2024-cü il tarixli maddi sübut tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD-R formatındakı disk iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək etdiyindən maddi sübut kimi tanınmışdır; (i.v.117) - 17 avqust 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən üzərində 01 ədəd qara rəngli qobur olan 01 ədəd «Redmi» markalı mobil telefonu təqdim etmiş, qoburun içərisindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, içərisində ağ rəngli, kristal şəkilli kütlə olan büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs qoburun içərisindən aşkar edilən bükümün içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olmasını və həmin bükümü 16 avqust 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını bildirmişdir; (i.v.69-70) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli, 10659 №-li məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.124) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin 11 sentyabr 2024-cü il tarixli 6174 №-li Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olunmur. Lakin, Məhəmmədov halhazırda Təqsirləndirilən şəxsiçdə müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; (i.v.139-140) - 05 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilmiş və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 35-ci PB-yə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,347 qram psixotrop maddə metamfetamin üzrə tədqiqat aparıldıqdan sonra qalıq qalmış 0,297 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, iş üzrə psixotrop maddə metamfetaminin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisinin 0,347 qram olması nəzərə alınmış, Təqsirləndirilən şəxs əvvəl törətmiş olduğu cinayət əməlinə münasibətdə əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxs hesab edilmişdir; (i.v.141-149) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, təqsirləndirilən şəxsin atası X2 üçüncü dərəcəli əlildir, keçirilmiş neyroinfeksiyadan sonrakı alıq əlamətləri, aşağı ətrafların paraplegiyası aşkar edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, təqsirləndirilən şəxsin anası X4 üçüncü dərəcəli əlildir, OD göz almasının subatrofiyası, OS orta dərəcəli hipemoatrofiya aşkar edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,347 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun əməlini etiraf etməsini, səmimi peşmançılığını cəzanı yüngülləşdirən hal kimi habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 16 avqust 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X3nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,297 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxsndan tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 16 avqust 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,297 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxsndan tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar