Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(011)-574/2025 03.03.2026 BAKI ŞƏHƏRI XƏTAI RAYON MƏHKƏMƏSI Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi, müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ##.##.1994-cü ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-də sürücü işləyən, məhkum olunmamış, Lerik rayonu Cəngəmiran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 31, mənzil 5 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs "081141" nömrəli "B1,B, C1,C, D1,D, C1E, CE" kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında X1 mülkiyyətində olan "Daewoo BS 090" markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusu ## ###### 2025-ci il tarixdə saat 18:50-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 46 ünvanın qarşısında 45-50 km/saat sürətlə idarə edərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək avtobusun ön sol hissəsi ilə yolun sol hissəsindən sağa doğru iti yerişlə keçən piyada X4 vuraraq ehtiyatsızlıqdan ona sol alın-təpə sümüyünün xətti sınığı, baş-beyinə qansızma, baş-beyin əzilməsi, başın sol alın-təpə-gicgah nahiyəsinin dərialtı hematoması, sol gözətrafı nahiyənin dərialtı hematoması, sol qaş nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan xəsarətlər həyati olub dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla X4 baş-beyin əzilməsi ilə birbaşa səbəbli əlaqəli olaraq ## ###### 2025-ci il tarixdə saat 20:45-də X5 xəstəxanasında ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ifadəsində göstərmişdir ki, 1 ildir “xxxx” MMC-də sürücü olaraq fəaliyyət göstərir. Həmin vaxtdan etibarən *** saylı marşrut xətt avtobusunda sürücü olaraq fəaliyyət göstərməyə başlamışdır. *** saylı marşrut xətt avtobusunun hərəkət marşrutu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun «Əhmədli» stansiyasından Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi və əks istiqamətə olan trayektoriyanı təşkil edir. "Daewoo BS 090" markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtobus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X1 məxsusdur. Həmin avtobusu «BCDE» kateqoriyalı sürücülük vəsiqəsi və «xxxx» MMC tərəfindən verilmiş aylıq yol vərəqəsi əsasında idarə edir. Bir qayda olaraq səhər növbəsində çalışır. Gündəlik iş qrafiki «xxxx» MMC şirkətinin müdiriyyəti tərəfindən müəyyən edilmiş günlük qrafik əsasında təşkil olunur. Ona görə də işin başlanma və qurtarma vaxtı qrafikdən asılı olur. Avtobusla xəttdə çıxdığı zaman hər gün səhər tezdən həkim müayinəsindən keçir. Yalnız həkim müayinəsinin nəticəsi müsbət olduqdan sonra avtobusla birlikdə xəttə buraxılır. Avtobus ən azı 20 nəfər sərnişinin rahat oturaq halda əyləşməsi üçün nəzərdə tutulmuşdur. Avtobus idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. ## ###### 2025-ci il tarixdə təxminən saat 06 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yol vərəqəsi əsasında idarə etdiyi "Daewoo BS 090" markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətə başlayıb xəttə çıxmışdır. Həmin günü saat 18:40 radələrində idarə etdiyi avtobusla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə "Ukrayna" dairəsi istiqamətindən «Naxçıvanski dairəsi» adlanan ərazi istiqamətində hərəkət edirmiş. Həmin yolda nəqliyyat vasitələrinin hərəkəti bir istiqamətli və bərabər ölçülü olmaqla 3 hərəkət zolağından ibarət olmuşdur. O, yolun hərəkət hissəsinin sağdan 1-ci hərəkət zolağı ilə, yəni sərnişin avtobuslarının hərəkətləri üçün ayrılmış zolaqda hərəkətdə olarkən avtobusun içərisində təxminən 12-15 nəfər sərnişin olmuş və təxminən 45- 50 km/saat sürətlə düzünə hərəkət edib Gəncə prospekti 46 ünvanın yaxınlığına çatanda qarşısında svetaforun hərəkətə icazə verən yaşıl işığı yandığına görə dayanmadan hərəkətini davam etdirib orta hərəkət zolağında dayanmış vəziyyətdə olan avtobusun sağ tərəfindən keçərkən həmin avtobusun qarşısından ani bir anda yolun hərəkət hissəsini üfüqi nişanlanma xətti ilə nişanlanmış piyada keçidinin üzəri ilə soldan sağa doğru adi yerişlə keçməkdə olan piyada qadını görüb dərhal tormozdan istifadə edib avtobusun sükanını sağa tərəf istiqamətləndirərək hərəkətini dayandırmağa və qadını vurmaqdan yayınmağa çalışmışdır. Lakin avtobusun qabaq sol tərəfi ilə qadını vurmuş və zərbənin təsirindən piyada qadın üzü üstə avtobusun qabaq tərəfdən alt hissəsinə yol örtüyünə yıxılmışdır. Bundan sonra avtobusun hərəkətini dayandırıb sükan arxasından enərək piyada qadına yaxınlaşdıqda əvvəllər tanımadığı və görmədiyi təxminən 60-65 yaşlarında olan qadın olduğunu görmüşdür. Piyada qadının yanında özünü övladı kimi təqdim edən əvvəllər tanımadığı və görmədiyi, təxminən 40-45 yaşlarında bir nəfər qadın da olmuşdur. Vurduğu piyada qadına yaxınlaşdıqda huşunun getməsini müəyyən etmişdir. Bundan sonra ətrafa yoldan keçən çoxsaylı tanımadığı şəxslər toplaşmış və həmin şəxslərdən kimsə piyada qadına ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerinə TTYS həkim briqadası çağırması məqsədilə 103 xidmətinə zəng vurmşdur. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTYS avtomobili ilə həkim personalı gəlib qadına ilkin tibbi yardım göstərib müayinə olunması üçün xəstəxanaya aparmışlar. Özü isə hadisə yerində qalmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polis əməkdaşlarına özünə və avtobusa aid sənədləri təqdim edib hadisə ilə bağlı ilkin sənədləşdirmədə iştirak etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, səmimi etirafını, cinayət işi üzrə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərmişdir ki, məlum yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmiş X4 doğma anasıdır. Adilə Həşimova ## ###### 1957-ci ildə Şəki rayonunda anadan olmuşdur. Adilə Həşimova son 3-4 ay ərzində bacısı Həşimova İlhamə Ağabala qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "Mida 2" sosial evlər yaşayış kompleksində kirayə yaşayırmış. Buna görə də günün əksər hissəsini evdə keçirirmiş. Adilə Həşimova fiziki cəhətdən tam olaraq sağlam olmuş, normal həyat tərzi sürmüş, ölümündən əvvəl hər hansı bir uzun müddət davam edən xroniki və digər xəstəliyi olmamışdır. ## ###### 2025-ci il tarixdə təxminən saat 18:50 radələrində kirayə yaşadığı mənzildə olarkən bacısı İlhamə Həşimova onunla telefon əlaqəsi saxlayaraq bir qədər əvvəl anası ilə birdikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yolun hərəkət hissəsini piyada olaraq keçərkən markasını və dövlət qeydiyyat nişanını bilmədiyi *** saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun anasını vurması və hadisə yerinə TTYS avtomobili çağırılması barədə məlumat vermişdir. Danışıqlarından darhal sonra evdən çıxıb taksi ilə həmin ünvana gedərkən yolda İlhamə Həşimova ilə telefon əlaqəsi saxlamış və sonuncu anasını TTYS avtomobili ilə Sabunçu xəstəxanasına aparılması barədə məlumat vermədiyinə görə Sabunçu xəstəxanasına getmişdir. Xəstəxanada tibbi personalı anasının vəziyyətinin ağır olduğuna görə əməliyyat olunması üçün Reanimasiya şöbəsinə yerləşdirilməsini bildirmişlər. Təxminən 1-1,5 saatdan sonra xəstəxananın tibbi personalından anası X4 bütün müalicə tədbirlərinə baxmayaraq xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişməsini öyrənmişdir. Onlara dəymiş zərərin tam olaraq ödənilməsini, təqsirləndirilən şəxslə barışdıqlarını, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahid Həşimova İlhamə Ağabala qızı məhkəmə iclasına gəlməmiş, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadədə Həşimova İlhamə Ağabala qızı bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə saat 18 radələrində anası X4 ilə birlikdə kirayə mənzillərə baxmaq üçün marşrut xətt avtobusu ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektinə gəlmişlər. Həmin ərazidə yerləşən və kirayə üçün onlara təklif edilən mənzilə baxdıqdan sonra saat 18:50 radələrində anası ilə birlikdə Gəncə prospektində yolun hərəkət hissəsini keçməyə hazırlaşmışlar. Bu məqsədlə yolun hərəkət hissəsində işıqforun piyadalar üçün yaşıl, nəqliyyat vasitələri üçün qırmızı işığının yanmasını gözləməyə başlamışlar. İşıqforun piyadalar üçün yaşıl işığı yandıqda anası Adilə Həşimova ilə birlikdə piyada keçidi üfüqi nişanlanma xəttinə daxil olub adi yerişlə hərəkət etməyə başlamışlar. Həmin vaxt anası ondan bir qədər irəlidə, özü isə anasından bir qədər arxada hərəkət edirmiş. Bu zaman nəqliyyat vasitələri sağ tərəflərində işıqforun qırmızı işığında tam dayanma vəziyyətində idilər. Anası ondan bir qədər irəlidə olmaqla piyada keçidi üfüqi nişanlanma xəttinin üzəri ilə adi yerişlə dayanmış vəziyyətdə olan avtomobilin qarşısı ilə hərəkət edərkən anidən yolun hərəkət hissəsinin 3-cü hərəkət zolağından, yəni avtobus zolağından düzünə hərəkət edən avtobus qabaq tərəfi ilə anasının bədəninin sağ tərəfi istiqamətində vurmuşdur. Zərbənin təsirindən anası bədəninin sol tərəfi istiqamətində avtobusun qabaq tərəfdən alt hissəsinə yıxılmışdı. Anasını yerdə yıxılmış vəziyyətdə görüb şoka düşmüşdür. Avtobusa fikir verdikdə avtobusun *** saylı marşrut xətt avtobusu olmasını görmüşdür. Avtobusun sürücüsü da anasına yaxınlaşıb vəziyyəti ilə maraqlanmışdır. Sürücü əvvəllər tanımadığı və görmədiyi, təxminən 30-35 yaşlarında olan cavan oğlan olmuşdur. Həmin vaxt ətrafa yoldan keçən tanımadığı çoxsaylı şəxslər toplaşmışdır. Həmin şəxslər anasına ilkin tibbi yardım göstərilməsi üçün 103 xidmətinə zəng vurub hadisə yerinə TTYS avtomobili çağırmışlar. Özü isə bacısı Zərərçəkmiş şəxsin hüquqi varisi ilə telefon əlaqəsi saxlayıb hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTYS avtomobili gəlmiş və həkim personalı anasına ilkin tibbi yardım göstərib müayinə olunması üçün X5 xəstəxanaya aparmışlar. Anası ilə birlikdə TTYS avtomobili ilə Sabunçu xəstəxanasına getmişdir. Anasını əməliyyat olunması üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Təxminən 3 saatdan sonra anasının yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu bədən xəsarətlərindən reanimasiya şöbəsində dünyasını dəyişməsini öyrənmışdir. Hadisə zamanı həmin avtobus ona toxunmadığına görə hər hansı bir xəsarət almamışdır (i.v. 46-48);. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və iş icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, OBA marketin qarşısında baş vermişdir. Hadisə yerinin fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 4-11); ## ###### 2025-ci il tarixli */**** saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan müəyyən olunur ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:42-də müayinədən keçirilmiş və o, hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmişdir (i.v.12); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs "BD 081141" nömrəli "B1,B,C1,C,D1,C1E,CE" kateqoriyalı sürücülük vəsiqəsi ilə X1 mülkiyyətində olan "Daewoo BS 090" markalı, **- TF-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edir (i.v. 18-19); X1 ilə “xxxx” MMC arasında bağlanmış ## ####### 2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, müqavilənin ** saylı əlavəsində qeyd edilən avtobuslar icarəçi “xxxx” MMC-yə müvəqqəti olaraq icarəyə verilmişdir (i.v. 19-20); “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-##.##.2025-ci il tarixləri əhatə edən yol vəqəsəsindən görünür ki, Təqsirləndirilən şəxs "Daewoo BS 090" markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı *** saylı marşrut avtobusunu idarə etmək üçün yol vərəqəsi verilmişdir (i.v. 21); Müayinə sənədindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ##.##.2025-ci il tarixdə reys qabağı müayinədən keçmişdir (i.v. 21a); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında ## ###### 2025-ci tarixli protokoldan görünür ki, "Daewoo BS 090" markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusa baxış keçirilmiş və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 22-24); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu tibbi müayinəyə dair məlumatdan görünür ki, X4 Keçirilmiş neyroinfeksiyadan sonrakı qalıq əlamətləri tez-tez baş verən krizlərlə. OU-torlu qişanın angiopatiyası diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir (i.v. 26); zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis qismində tanınmışdır (i.v. 32-33); ## ###### 2025-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ## ###### 2025-ci il tarixdə baş beyin ocaqlı travma səbəbindən vəfat etmişdir (i.v. 49); ## ###### 2025-ci il tarixli video kameranən qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin TŞ *-*** nömrəli müşahidə kamerasının ## ###### 2025ci il tarixdə saat 18:45-dən 19:10-dək müddət ərzində qeydə aldığı 1 ədəd DVD diskdə olan görüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, DVD diskin içərisində 3 ədəd videofayl mövcuddur. Lakin həmin videofayllardan yalnız TŞ 5-261 (3) adlı videofayl məlum yol- nəqliyyat hadisəsinin baş vermə anını əks etdirir. Hadisənin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti qeyd edilən müşahidə kamerasının təsir zonasındadır. Videogörüntüdə saat 18:49:55 dəqiqədə piyada iş üzrə zərər çəkmiş şəxs X4 yanında olan digər piyada Həşimova İlhamə Ağabala qızı ilə birlikdə avtobusun hərəkət istiqamətinə nəzərən yolun hərəkət hissəsinin digər istiqamətində sol kənardan sağ kənara doğru iti yerişlə piyada hərəkətə başlayıb düzünə olaraq yolun hərəkət hissəsinin digər kənarına doğru hərəkət etməsi görünür. Həmin anda hər iki hərəkət istiqaməti üzrə işıqforun qırmızı işığı yandığından nəqliyyat vasitələrinin hərəkətlərini tam olaraq dayandırmaları müşahidə olunur. Saat 18:50:03 dəqiqədə işıqforun yaşıl işığı yanır. Həmin anda «Daevoo BS090» markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusun sağdan 1-ci hərəkət zolağı ilə işıqforun yaşıl işığının yanmasına görə düzünü istiqamətdə hərəkət etməsi görünür. Saat 18:50:08 dəqiqədə avtobusun anidən tormozlama əməliyyatı aparmaqla sağa tərəf istiqamətlənməsi və dayanması müşahidə edilir. Videogörüntünün davamında avtobusun içərisində olan sərnişinlərin avtobusu tərk etmələri, yolun hərəkət hissəsində tıxac yaranması və hadisə yerinə yoldan keçən çoxsaylı şəxslərin toplaşması, təxminən 15 dəqiqədən sonra TTY avtomobilinin hadisə yerinə gəlməsi müşahidə edilir. Baxışda iştirak edən şahid Təqsirləndirilən şəxs videogörüntüləri diqqətlə izləyib videogörüntülərdə qeydə alınmış «Daevoo BS090» markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusun hadisə anında onun tərəfindən idarə olunmasını və məlum yol-nəqliyyat hadisəsininin onun tərəfindən törədilməsini təsdiq etdi (i.v 54-55); “xxxx” MMC tərəfindən Xətai RPİ-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, *** saylı müntəzəm marşrut xətti üzrə "xxxx" MMC-nin istifadəsində olan "Daewoo BS 090" markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusu sürücü Təqsirləndirilən şəxs idarə edərkən, ##.##.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində X4 vuraraq xəsarət yetirmişdir. Qeyd olunan hadisə nəticəsində avtobusa hər hansı bir maddi zərər dəyməmişdir. Buna görə də sürucü Təqsirləndirilən şəxs qarşı hər hansı bir tələbi və iddiası yoxdur (i.v. 60); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 ## ###### 2025-ci il tarixli ** saylı (meyitin ekspertizası) rəyindən görünür ki; 1. Mərhum X4 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: sol alıntəpə sümüyünün xətti sınığı, baş-beyinə qansızma, baş-beyin əzilməsi, başın sol alıntəpə-gicgah nahiyəsinin dərialtı hematoması, sol gözətrafı nahiyənin dərialtı hematoması, sol qaş nahiyəsinin əzilmiş yarası. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞIR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. 2.Mərhum X4 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, ölüm ##.##.2025-ci il tarixdə saat 20:45-də X5 xəstəxanada baş vermişdir və meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır. 3.Mərhum X4 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində narkotik maddələr yo etil spirti aşkar edilməmişdir. (Əsas MKŞ- nin ****/K saylı aktı) (i.v 61-65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış ##.##.2025-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 66); ## ####### 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək icraat dayandırılmışdır (i.v. 70); ## ###### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 78); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1.2. Daewoo BS090 markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs oğlunun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (ekspertiza xərci 85 manat) ( i.v. 82-85); ## ###### 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir (i.v. 94-95); ## ###### 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 114-115); Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində ##.##.2023-cü il təvəllüdlü X2 və ##.##.2025-ci il təvəllüdlü X3 adlı övladları vardır (i.v. 118); ## ###### 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qismində qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxsin hüquqi varisi və şahid qismində dindirilmiş Həşimova İlhamə Ağabala qızının ifadələri, məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli ** nömrəli və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli ekspertiza rəyləri, hadisə yerinə və diskə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi "Daevoo BS 090" markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtobus maddi sübut kimi tanınsın və saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmış, Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 46 ünvanın yaxınlığında baş vermiş yolnəqliyyat hadisəsini qeydə almış görüntülərin olduğu bir ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 119-125); Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli notarial ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən diskə baxış keçirilmiş, ## ###### 2025-ci il tarixli görüntülərə baxış keçirilməsi protokolunda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2013-cü il tarixli * nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı övladlarının olmasını (CM 59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan «Daewoo BS 090» markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin istintaq zamanı sahibinə geri verilməsi nəzərə alınmalı, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Daewoo BS 090» markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin istintaq zamanı sahibinə geri verilməsi nəzərə alınsın. İş üzrə sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-574/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-574/2025
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver