Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-575/2025 03.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Yardımlı rayonu, Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, “Daş karxanası” adlanan ərazidə nömrəsiz evdə kirayədə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 28 oktyabr 2025-ci il tarixdə saat 23:07-də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 3 ünvanın qarşısında saxlanılmış, tanışı Zərərçəkmiş şəxs məxsus "Chevrolet Cruze" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan sonuncunun icazəsi ilə ona məxsus «Samsung» markalı planşeti götürərkən idarəetmə panelinin sol aşağı hissəsində cərəyan blokunun qapağını açıb oradan sellofan bükümdə 1360 manat ekvivalentində olan 800 ABŞ dolları, 2900 manat nağd pul vəsaiti və ümumi dəyəri 6,6 manat olan ödəniş vasitəsi hesab edilməyən 132 ədəd 100 ABŞ dollarlıq suvenir əskinaslanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 4.266 (dörd min iki yüz altmış altı) manat 60 qəpik miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4- 5 ay bundan əvvəl Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Xəyal ona iş təklif etmiş, o da onun yanında sürücü və reklam mətnlərini quraşdıran işçi kimi fəaliyyətə başlamışdır. Aylıq əmək haqqı 1200 manat olmuşdur. İşlədiyi müddət ərzində Zərərçəkmiş şəxs ona əmək haqqını tam şəkildə verməmişdir. Belə ki, Xəyal ona iki ayın əmək haqqını-2400 manat, həmçinin maşınların birində yerləşdirilmiş reklam lövhəsini silmək üçün 40 manat və Olimpiya Stadionunda gördüyü işə görə 400 manat ödəməli idi. Nəticədə, Xəyalın ona ümumilikdə 2840 manat məbləğində borcu yaranmışdır. Bundan əlavə, o, özünə məxsus olan «Samsung» markalı planşeti Zərərçəkmiş şəxs 250 manata satmış, lakin Xəyal bu məbləği də ödəməmişdir. Sonrakı müddətdə dəfələrlə Zərərçəkmiş şəxs borcunun qaytarılmasını tələb etmiş, lakin Xəyal müxtəlif bəhanələr gətirərək yalnız ona əmək haqqı kimi 400 manat verə biləcəyini bildirmişdir. Bununla razılaşmaq məcburiyyətində qalmışdır. Həmçinin, əlavə olaraq icarəyə BYD markalı 77- SJ-458 dövlət qeydiyyat nişanlı avtomobili götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 28 oktyabr 2025-ci il tarixdə saat 23 radələrində pulunu almaq məqsədilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanına gəlmişdir. Həmin vaxt evdə Xəyalın qardaşları da olmuşdur. Pulunu tələb etdikdə, Xəyal 01 noyabr 2025-ci il tarixdə pulu verəcəyini söyləmiş, buna etiraz etməmişdir. Həmin vaxt planşetini istəmişdir. Xəyal bildirmişdir ki, planşet avtomobildədir, əgər istəyirsə, gedib götürə bilər. Xəyal qardaşı Röyala tapşırmışdır ki, planşeti avtomobildən gətirsin, lakin Röyal çimdiyi üçün həyətə düşə bilmədiyini demişdir. Bundan sonra Xəyal ona həyətə düşməyi, pultla avtomobilin qapısını açacağını, o isə avtomobildən planşetini götürəndən sonra qapıları bağlayacağını demişdir. Razılaşmış və saat 23 radələrində evdən çıxaraq həyətdə olan, Xəyalın İdarə etdiyi "Chevrolet Cruze" markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Lakin, Xəyalın özü deyil, qardaşı Röyal mənzilin pəncərəsindən pult vasitəsilə avtomobilin qapısını açmışdır. Avtomobilin sürücü tərəfdən qapısını açmış, oturacağın üstündə planşeti görməmişdir. Daha sonra avtomobilin salonunda idarəetmə panelinin sol aşağı hissəsində quraşdırılmış cərəyan blokunun qapağını açıb oradan bir şəffaf sellofan bağlamanı götürmüşdür. Həmin sellofan bağlamada 100 manatlıq əskinaslar və ödəniş vasitəsi hesab edilməyən 100 ABŞ dollarlıq suvenir əskinaslar olmuşdur. Həmin vaxt bağlamanı açmamış, belə ki, sellofan şəffaf olduğu üçün bağlamanın içində olan pul vəsaitləri və suvenir əskinaslar görünürdü. Həmin suvenir əskinasları o, bundan öncə də Xəyalın idarə etdiyi avtomobilin ön oturacaqları arasında olan daxılda görmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hal-hazırda zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 aydır ki, tanıyır. Belə ki, yaşadığı mənzilin kirayə pulu olan 300 manatı ödəməkdə çətinlik çəkdiyi üçün sosial şəbəkədə elan yerləşdirmişdir ki, bir nəfər istəyən olsa onunla bir mənzildə qalsın və kirayə pulunun yarısını ödəsin. Bu elandan sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona zəng edərək təklifini qəbul etmişdir. Bu 2025-ci ilin iyun ayına təsadüf etmişdir. Həmin vaxtdan bir mənzildə yaşamağa başlamışlar. 2025-ci ilin avqust ayında Zamin avtoxuliqanlığa görə 1 ay inzibati həbs almışdır. 02 sentyabr 2025-ci ildə həbsdən çıxandan sonra Zamin ona zəng edərək pulunun olmadığını bildirmiş və ona kömək etməyini xahiş etmişdir. Zamini yaşadığı mənzilə dəvət edərək ona geyinmək üçün öz paltarlarını vermişdir. Özü reklam işi ilə məşğul olduğu üçün Zaminə yanında köməkçi kimi işləməyi təklif edərək ayda ona 400- 500 manat əmək haqqı verəcəyini, işi çox olsa əlavə də pul verəcəyini bildirmişdir. İşi isə reklam lövhələrinin quraşdırılması və təmirindən ibarət olmuşdur. Zamin təklifini qəbul etmişdir. Təxminən 20 gündən sonra Zamin ona guya 1200 manat əmək haqqı söz verdiyimi bildirərək işindən narazı olduğunu bildirmişdir. Zaminə bu qədər məbləğə imkanının çatmadığını bildirmiş və özünə əlavə iş tapmağı təklif etmişdir. Bir neçə gün sonra Zamin yanına gəlib taksi fəaliyyəti ilə məşğul olacağını bildirmişdir. Bundan sonra Zamin cəmi iki dəfə ona köməklik etmişdir, bir işə görə ona 50 manat vermiş, digər işə görə isə ona borcu qalmışdır. Ümumilikdə isə Zaminə ona köməklik etdiyinə görə cəmi 700 manat borcu qalmışdır, həmin pulu da Zaminə xx.xx.2025-ci il tarixdə qaytaracağını demişdir. Həmçinin, Zamin ona işlətdiyi «Samsung» markalı planşeti 250 manata almağı təklif etmişdir. Planşeti Zamindən götürüb bir müddət işlətmişdir. Hadisədən 3-4 gün öncə Zamin ona zəng edərək planşeti alıb-almayacağını soruşmuş, Zaminə planşeti almaq İstəmədiyini bildirmiş və planşeti götürə biləcəyini demişdir. Zamin planşeti ondan götürəndən sonra Zaminə zəng edərək planşetdə ona aid olan məlumatları silməyi xahiş etmişdir. Zamin isə planşeti gətirib ona verəcəyini demişdir. Zamin planşeti gətirib ona qaytarmış və planşet ondan qalmışdır. Planşetdə özünə aid olan məlumatları siləndən sonra planşeti idarə etdiyi "Chevrolet Cruze" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna (arxa oturacağın yuxarı hissəsinin üzərinə) qoymuşdur ki, Zamin planşeti istəyəndə götürüb ona verər. Zamin onun yanında işləyəndə bir neçə dəfə həmin avtomobili idarə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində idarə etdiyi qeyd olunan avtomobillə yaşadığı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 3 ünvana gəlib avtomobili yol kənarında həmişə saxladığı yerdə saxlamışdır. Avtomobilin İdarəetmə panelinin aşağı sol hissəsində quraşdırılmış cərəyan blokunun qapağını açıb oradan içərisində pul vəsaitləri və ödəniş vasitəsi hesab edilməyən 100 ABŞ dollarlıq pul əskinasları olan sellofan bağlamanı götürüb açmış və pul vəsaitlərinin üzərindən 65 manat götürüb qalanını həmin cərəyan blokunun içərisinə qoymuşdur. Sellofan bağlamada 800 ABŞ dolları, 19 ədəd 100 manatlıq əskinaslardan ibarət 1900 manat və 20 ədəd 50 manatlıq əskinaslardan ibarət 1000 manat, ümumilikdə 4.260 manat və 132 ədəd 100 ABŞ dolları formasında olan suvenir əskinaslar qalmışdır. Həmin pul vəsaitlərini hər gün sayır, pul vəsaitləri ona məxsusdur, onları uzun müddətdir ki, yığırdı. Suvenir pullan isə hansısa bir işdə dekor elementi kimi istifadə etmək məqsədi ilə saxlamışdır. Həmin gün saat 23 radələrində Zamin (***-***-**-**) yaşadığı evə gəlib planşeti geri istəmişdir. Halsız olduğu üçün onunla bir evdə yaşayan 15 yaşlı qardaşı Röyala avtomobilin açarını verib demişdir ki, pəncərədən pultla avtomobilin qapılarını açsın və Zamin avtomobildən planşetini götürsün. Röyal da belə etmişdir. Həmin günün səhəri, yəni xx.xx.2025-ci il tarixdə saat 10 radələrində həyətə düşüb avtomobilinin qapısını pultla açıb salona daxil olmuş, lakin pullar olan yerə baxmamışdır. Avtomobili İdarə edərək Xətai rayonu, Qənimətlər Parkının yanına gəlib orada köşkdən siqaret almaq üçün həmin pullara baxdıqda, onların yerində olmadığını aşkar etmişdir. Avtomobili diqqətlə axtarmış, lakin pulu tapa bilməyib qardaşı Royalla telefon əlaqəsi saxlamış, bu barədə dedikdə, qardaşı hadisədən xəbərinin olmadığını demişdir. Bu zaman avtomobilindən oğurluq olmasını başa düşüb dərhal baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, yuxarıda qeyd etdiyi pul vəsaitlərini və suvenir pulları avtomobilindən Təqsirləndirilən şəxs öz planşetini götürən zaman oğurlayıb. Hadisə nəticəsində ona 4260 manat məbləğində maddi ziyan dəyib. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 29 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 3 ünvanında yerləşən yol kənarındakı dayanacaqdakı Zərərçəkmiş şəxs məxsus "Chevrolet Cruze" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 14-17); diskin yaddaşında olan görüntülərə baxış keçirilməsi haqqında 29 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə 01 ədəd 10:01 dəqiqəlik video görüntü vardır. Baxışla məlum oldu ki, həmin videogörüntünün 06:10 dəqiqəsində Təqsirləndirilən şəxs Xətai rayonu, 8 noyabr prospekti, 3 ünvanda park edilmiş "Chevrolet Cruze" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşır, daha sonra 07:05 dəqiqədə avtomobilin qabaq sol qapısını açaraq içəridən kiçik paketin götürməsini, daha sonra arxa sol qapını açaraq planşet götürməsi görsənir (i.v. 18-19); diskin yaddaşında olan görüntülərə baxış keçirilməsi haqqında 31 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə 01 ədəd 49 saniyəlik video görüntü vardır. Baxışla məlum oldu ki, həmin videogörüntüdə vətəndaş Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qala-Türkan yolu üzərində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindəki ambarda, köhnə əşyaların arasından 1 ədəd qara rəngli üzərində "Bodum" yazısı yazılmış kofe termosunu çıxararaq oğurladığı pulları həmin termosun içərisində gizlətməsini bildirərək təqdim edilməsi görsənir (i.v. 20-21); könüllü təqdim olunan əşyaların götürülməsi haqqında 31 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 37-ci Polis şöbəsində xidməti otaqda 08 ədəd PD94505294B, PE72146637D, PF89283744L, LF75550037F, ML11932151F, PJ45162301B, PF18332356K, PA47947728C seriyalı 100 (yüz) ABŞ dollar əskinası, 16 ədəd B06863797, D02599712, C89216630, C82644955, C67402352, C99822506, C32983404, C01641575, A31497216, C47384772, C23248003, C72504542, C67221537, D17550065, C53668690, C15487502 seriyalı 100 (yüz) manat əskinası və 02 ədəd A00030547, A05907568 seriyalı 50 (əlli) manat əskinaası və 132 ədəd PB55434242A seriyalı 100 ABŞ dollar formasında olan aksesuar pulu təqdim edərək xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs məxsus “Chevrolet Cruze" markalı, **- VS-*** dövlət qeydiyyat nişanlı avtomobilindən oğurladığını bildirdi. Tərəfimdən həmin pullar iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü və protollaşdırıldı (i.v. 25- 26); şübhəli şəxsin tutulması haqqında 31 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 45); elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında 31 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, istintaqa bir ədəd CD diskdə təqdim edilmiş videogörüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:07 dəqiqədə ünvan 6 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs idarə etdiyi "Chevrolet Cruze" markalı, **-VS-*** dövlət qeydiyyat nişqanlı avtomobilin salonundan içərisində pul vəsaitləri və ödəniş vasitəsi hesab edilməyən 100 ABŞ dollarlıq əskinaslar olan sellofan bağlamanı və özünə məxsus olan bir ədəd «Samsung» markalı planşeti götürən şəxsin özünün olduğunu bildirdi (i.v. 51); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 noyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 52); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 61-62); qətimkan tədbirinin seçilməsi haqqında 02 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 71-74); “Açar” Qiymətləndirmə Mərkəzinin 13 noyabr 2025-ci il tarixli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, əmlakın mövcud vəziyyəti, yerləşdiyi ərazi, analoq obyektlərlə müqayisəli satışı, təyinatı, kateqoriyası nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, təqdim edilən daşınar əmlakın 132 ədəd 100 ABŞ dollarlıq suvenir əskinasların xx.xx.2025-ci il tarixinə olan orta bazar qiyməti 6,60 manat (altı manat, 60 qəpik) təşkil edir (i.v. 78-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3, 62-ci maddəsi ilə təqsirli bilinərək barəsində şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzası təyin edilmişdir; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-375/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və ona qazancının 15%-i dövlət nəfinə tutulmaqla, 06 (alt) ay müddətinə islah işləri cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-144/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 03 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-282/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-144/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş, cinayət işinin icraatına xitam verilmişdir (i.v. 91-110); sübutların qiymətləndirilməsi haqqında 26 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində 02 noyabr 2025-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,177.2.4-cü maddəsinin tərkib əlamətləri olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, elektron daşıyıcıda olan videogörüntüyə baxış keçirilməsi haqqında protokollar, könüllü təqdim olunan əşyaların götürülməsi haqqında və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi 800 ABŞ dolları, 1700 manat nağd pul vəsaiti və ödəniş vasitəsi hesab edilməyən 132 ədəd 100 ABŞ dollarlıq suvenir əskinaslar iş üzrə maddi sübut kimi tanınmış və cinayət prosesinin iştirakçıları maddi sübutlarla tanış olduqdan sonra sahibinə qaytarılmış, baş vermiş hadisənin videogörüntüsünün yazıldığı bir ədəd optik disk və 800 ABŞ dollarının, 1700 manat nağd pul vəsaitinin və ödəniş vasitəsi hesab edilməyən 132 ədəd 100 ABŞ dollarlıq suvenir əskinasların Bakı şəhəri, Suraxanı rayonu, Qala-Türkan yolu yaxınlığında yerləşən fərdi yaşayış evinin həyətində olan saxlanc yerində aşkar edilməsi zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd optik disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i.v. 111-116); “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyi vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və əlilliyinin olmasını (CM-59.2) Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, 31 oktyabr 2025-ci il tarixdən 02 noyabr 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi 800 ABŞ dolları, 1700 manat nağd pul vəsaiti və ödəniş vasitəsi hesab edilməyən 132 ədəd 100 ABŞ dollarlıq suvenir əskinaslar Zərərçəkmiş şəxs geri qaytarılmalı və ibtidai istintaq zamanı həmin pul vəsaitlərinin sahibinə saxlanması üçün təhvil verilməsi nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancından 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 oktyabr 2025-ci il tarixdən 02 noyabr 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün islah işləri cəzası ona təyin edilmiş 02 (iki) il müddətinə islah işləri cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi 800 ABŞ dolları, 1700 manat nağd pul vəsaiti və ödəniş vasitəsi hesab edilməyən 132 ədəd 100 ABŞ dollarlıq suvenir əskinaslar Zərərçəkmiş şəxs geri qaytarılsın və ibtidai istintaq zamanı həmin pul vəsaitlərinin sahibinə saxlanması üçün təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 25 (iyirmi beş) saat ərzində hüquqi yardım göstərdiyinə görə Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi 275 (iki yüz yetmş beş) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-575/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-575/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver