Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-579/2024 18.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Naxçıvan MR, Sədərək rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Sədərək rayonu, Qaraağac Ərazi Daiurəsi, Qaraağac kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz fərdi evdə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində baş etibarnamə əsasında idarə etdiyi, texnik cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E250” marka və modelli, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ilə hava limanı istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, qanunun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, ünvan 1 ünvanın qarşısında yolda svetoforun qırmızı işığında dayanmış Şahid1 idarə etdiyi "Hyundai Elantra" marka və modelli, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən idarə etdiyi avtomobilin ön tərəfi ilə vurması nəticəsində ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön oturacağında sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs sağ bazu oynağının çıxığı və bazunun böyük qabarının xətti sınığı xəsarətləri ilə müşayiət edilən, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirib yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində baş etibarnamə əsasında idarə etdiyi, texnik cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E250” marka və modelli, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ilə hava limanı istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, qanunun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, ünvan 1 ünvanın qarşısında yolda svetoforun qırmızı işığında dayanmış Şahid1 idarə etdiyi "Hyundai Elantra" marka və modelli, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən idarə etdiyi avtomobilin ön tərəfi ilə vurması nəticəsində ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön oturacağında sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs sağ bazu oynağının çıxığı və bazunun böyük qabarının xətti sınığı xəsarətləri ilə müşayiət edilən, ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirib yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, onun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı evə getmək üçün Əhmədli metrostansiyası yaxınlığına gedib Hövsan qəsəbəsi istiqamətində gedən taksidə ön oturacaqda əyləşmişdir. Daha sonra tanımadığı bir nəfər qadın 2 nəfər kişi taksiyə yaxınlaşıb avtomobilin arxa oturacağına əyləşmişdir. Bir neçə dəqiqə sonra sürücü avtomobilin sükanı arxasına əyləşib avtomobili işə salıb Hövsan qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. Avtomobil hərəkətini davam etdirib Zığ şossesinə daxil olub Hava Limanı istiqamətində yolun orta zolağı ilə getmişdir. Əyləşdiyi taksi hərəkətini davam etdirib svetofora yaxınlaşan zaman, qarşı tərəfdə svetoforun qırmızı işığında dayanmış “Hyundai Elantra” markalı avtomobilin arxasından vurmuşdur. Zərbənin təsirindən o, sağ qol nahiyəsindən xəsarət almışdır. Həmin vaxt qolunda ciddi ağrı hiss etmədiyindən, başqa avtomobilə əyləşib yaşadığı evə getmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı 77ST256 dövlət qeydiyyat nişanlı avtomobili ilə Xətai rayonu, 8 Noyabr prospektində hərəkətini davam etdirib Zığ şossesinə daxil olmuşdur. Hava Limanı istiqamətində yolun orta zolağı ilə təxmini saat 60 km/saat sürətdə olan zaman qarşıda svetoforunda piyada olduğu üçün svetoforun yaşıl işığı anidən yanıb sönmüş, sonra svetoforun sarı işığının yandığını görüb avtomobilini tormozlayıb saxlamışdır. Avtomobilini saxlayan zaman avtomobilinin arxa tərəfindən “Mercedes Benz” markalı avtomobil ön tərəfi ilə vurmuşdur. Zərbənin təsirindən avtomobili sürüşüb dayanmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşıb araşdırma aparmışlar. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı evə getmək üçün Əhmədli metrostansiyası yaxınlığına Hövsan qəsəbəsi istiqamətində gedən taksiyə əyləşmişdir. O, taksidə arxa oturacaqda əyləşmişdir. Tanımadığı bir nəfər qadın avtomobilin ön sağ oturacağında bir nəfər kişi və bir nəfər qadın isə arxa oturacaqda onun yanında əyləşmişlər. Bir neçə dəqiqə sonra sürücü avtomobilin sükanı arxasına əyləşib avtomobili işə salıb Hövsan qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişdir. Taksi hərəkətini davam etdirib Zığ şossesinə daxil olub Hava Limanı istiqamətində yolun orta zolağı ilə getmişdir. Əyləşdiyi taksi hərəkətini davam etdirib svetofora yaxınlaşan zaman, qarşı tərəfdə svetoforun qırmızı işığında dayanmış “Hyundai Elantra” markalı avtomobilin arxa tərəfindən vurmuşdur. Zərbənin təsirindən o, sağ qol nahiyəsindən xəsarət almışdır. Həmin vaxt qolunda ciddi ağrı hiss etmədiyindən, başqa avtomobilə əyləşib yaşadığı evə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 26 sentyabr 2024-cü il tarixli protokoldan və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi ilə hava limanı istiqamətinə baxış keçirilmiş və sxem tərtib olunaraq protokola əlavə olunmuşdur (i.v. 3-6); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 26 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Mercedes-Benz E250 minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin ön tərəfinin zədələnməsi müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-8); nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 26 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Hyundai Elantra minik” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin arxa tərəfinin zədələnməsi müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-10); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli, 2/52752 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədilən zaman ayıq olmuşdur (i.v. 20); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 46); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 02 oktyabr 2024-cü il tarixli, 1078 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bazu oynağının çıxığı və bazunun böyük qabarının xətti sınığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 51-52); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11 oktyabr 2024-cü il tarixli, 8/2776 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes- Benz E250 minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Elantra minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (i.v. 53-56); zərərçəkmiş şəxs kimi tanınmaq haqqında 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 57); sübutların qiymətləndirilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143, 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmə-tibbi ekspertizasının və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemi, avtomobillərə baxış protokolu, həmin protokola əlavə edilmiş sxem və fotoşəkillər, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut növü kimi qiymətləndirilmişlər, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, “Mercedes-Benz E250 minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs qaytarılmış, “Hyundai Elantra minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və Şahid1 qaytarılmış, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şahid2 yüngül zərərvurmaya aid xəsarət yetirməsi ilə bağlı İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Xətai rayon prokurorluğuna göndərilmişdir (i.v. 96-99); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X3 vardır; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə zərərçəkmiş şəxslərin barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olduqlarını qeyd etmişlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışması ilə əlaqədar xitam verilməsinə razılıqlarını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişlərini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CMnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməli, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz E250 minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və təhqiqat zamanı Təqsirləndirilən şəxs verilməsi nəzərə alınmalı, “Hyundai Elantra minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və təhqiqat zamanı Şahid1 verilməsi nəzərə alınmalı, iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1, 186, 321, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz E250 minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və təhqiqat zamanı Təqsirləndirilən şəxs verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və təhqiqat zamanı Şahid1 verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-579/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-579/2024
18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver