Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-58/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanının birinci mərtəbəsində yerləşən mənzilin dəmir barmaqlığı vasitəsi ilə binanın 2-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus 3 nömrəli mənzilin eyvanına qalxaraq mənzilə açılan plastik qapının kilidini sındırıb açmaq yolu ilə həmin mənzilə qanunsuz daxil olub, yataq otağında saxlanc yeri hesab olunan paltar dolabından 01 ədəd 1350 manat dəyərində “Swarovski” qaşlarla bəzədilmiş damla formalı sırğanı, klon və boyunbağıdan ibarət gümüş dəstini, 01 ədəd 450 manat dəyərində üzərində 03 ədəd “Swarovski” qaşı ilə bəzədilmiş gümüş boyunbağını, 01 ədəd 1000 manat dəyərində mirvari qaşlarla bəzədilmiş qızıl boyunbağını, 01 ədəd 40 manat dəyərində svarovski qaşlarla bəzədilmiş boyunbağını, sırğa və bilərzikdən ibarət qızıl suyuna salınmış metal dəstini, 1 ədəd 30 manat dəyərində yarpaq şəkilli, qızıl suyuna salınmış metal üzüyü və 300 türk lirəsini, həmin dövrün rəsmi məzənnəsi ilə 69,06 (altmış doqquz manat altı qəpik) manat məbləğində pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxs Anar Rəcəbova cəmi 2939,06 (iki min doqquz yüz otuz doqquz manat altı qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Masallı rayonunda Heydər Əliyev parkında təsadüfən Azərlə rastlaşmış və görüşərək bir qədər söhbət etmişdir. Söhbət əsnasında Azər ona iş axtardığını, lakin iş tapa bilmədiyini demişdir. Həmin vaxt o, Azərə Bakı şəhərinə gəlməyini, orada dost tanışlarının çox olduğunu, Azəri dönərçi kimi işləməyi üçün münasib yer tapa biləcəyini bildirmiş və onunla əlaqə saxlamaq üçün Azərə istifadəsində olan mobil nömrəni vermişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Azər ona zəng edərək ona Bakı şəhərində iş tapa bilib-bilməyəcəyini soruşmuşdur. O, da Azərə sabahısı gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərinə gəlməsini demişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Bakı şəhərində “20 yanvar” deyilən ərazidə onlar görüşmüş və o, Azərlə birlikdə Bakının Binəqədi, Suraxanı və Xətai rayonu ərazisində yerləşən münasib obyekt axtarmağa başlamışdır. Onlar axşam saatlarına kimi Azərin işləməsi üçün yer axtarsalar da münasib bir yer tapa bilməmişlər. Axşam saatlarında Xətai rayonu ərazisində yerləşən binaların arasında oturacaq olduğunu görmüş və onlar həmin oturacaqda oturaraq bir qədər söhbət etmişdir. Təxminən yarım saat söhbət etdikdən sonra Azərin gecələməsi üçün bir günlük icarəyə verilən ev tapmaq məqsədi ilə onlar taksi ilə Suraxanı rayonu Əmircan qəsəbəsinə getmişlər. Onlar Suraxanı rayonu Əmircan qəsəbəsinə çatdıqdan bir qədər sonra Azər gecəni Bakı şəhərində qalmaq istəmədiyini və Masallı rayonuna öz yaşadığı evə getmək istədiyini bildirmişdir. O, taksi saxladaraq Azəri Masallı rayona getməsi üçün “20 yanvar” deyilən əraziyə yola salaraq 25 manat yol pulu vermişdir. ünvan 2 ünvanının birinci mərtəbəsində yerləşən mənzildən oğurluq etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu R.Əliyev küçəsi 11 saylı evin 3 saylı mənzili ona məxsusdur. Həmin evdə 22 yaşlı qüsurlu oğlu və qaynanası Tunzarə yaşamışdır. İyun ayından etibarən ailəsi müvəqqəti olaraq Bilgəh qəsəbəsində olan bağ evində yaşamağa başlamışdır. Xətai rayonu R.Əliyev küçəsi ev 11 mənzil 3 ünvanında müvəqqəti olaraq yaşayış olmasa da, o və qaynanası Tunzarə tez-tez mənzilə baş çəkmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Xətai rayonu R.Əliyev küçəsi ev 11 mənzil 3 ünvanına gedərək pəncərəni açaraq evi havalandırmışdır. Saat 18 radələrində həmin mənzilin pəncələrini bağlayaraq mənzili tərk edərək Bilgəh qəsəbəsində yerləşən bağ evinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Tunzarə ona zəng edərək Xətai rayonu R.Əliyev küçəsində yerləşən ona məxsus olan mənzilin dağınıq vəziyyətdə olduğunu və yataq otağının qapısının sındırıldığını bildirmişdir. Həmin vaxt o, Tunzarədən mənzildən hansı əşyaların oğurlanmasını soruşduqda Tunzarə ona yataq otağında yerləşən paltar dolabının siyirtməsindən bijuteriyaların oğurlanmasını bildirmişdir. O, Tunzarəyə mənzilin içərisində olan heç bir əşyaya toxunmamağı və həmin mənzili tərk etməsini demişdir. Dərhal Xətai rayonu R.Əliyev küçəsi ev 11 mənzil 3 ünvanına getmiş və həmin vaxt mənzilin içərisinin dağınıq vəziyyətdə olduğunun, yataq otağının taxta materialdan olan qapısının üzərində olan şüşəsinin sındırıldığının, eyvanda yerləşən plastik materialdan olan qapının zədələnmiş və açıq vəziyyətdə olduğunun şahidi olmuşdur. Mənzilə ilkin olaraq baxış keçirtdiyi zaman “svarovski” qaşlarla olan bijuteriya zinət əşyalarının oğurlandığını müəyyən etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə yerinə dərhal polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Hadisədən bir neçə gün keçdikdən sonra Tunzarə ona oğurluq hadisəsi baş vermiş ona məxsus olan mənzilə getdiyi zaman müəyyən etmişdir ki, mənzilin yataq otağında yerləşən paltar dolabının 2-ci siyirməsindən onun qaynanası Tunzarəyə hədiyyə etdiyi "500 manat dəyərində “svarovski” qaşlarla bəzədilmiş damla formasında sırğa, kloun və boyunbağıdan ibarət gümüş dəsti, 500 manat dəyərində üzərində 03 ədəd “svarovski” qaş ilə bəzədilmiş 01 ədəd gümüş boyunbağı, 1000 manat dəyərində mirvari qaşlarla bəzədilmiş 01 ədəd qızıl boyunbağı, 500 manat dəyərində “svarovski” qaşlarla bəzədilmiş boyunbağı, sırğa və bilərzikdən ibarət olan qızıl suyuna salınmış metal dəsti, 250 manat dəyərində yarpaq şəkilli 01 ədəd qızıl suyuna salınmış metal üzük və 300 manat məbləğində türk lirəsi oğurlanmışdır. O, ilkin olaraq Xətai rayonu R.Əliyev küçəsi, 11 saylı evin 3 saylı mənzildən baş vermiş oğurluq nəticəsində mənzilin yataq otağında yerləşən paltar dolabının siyirməsində türk lirəsinin olduğundan xəbərsiz olmuş və “svarovski” qaşlarla bəzədilmiş bijuteriyaların bir hissəsinin oğurlandığını zənn edərək ilkin ifadəsində hadisə nəticəsində ona 500 manat maddi ziyan dəydiyini göstərmişdir. Lakin hadisədən bir neçə gün sonra Tunzarə xanımın həmin mənzilə nəzər yetirməsi nəticəsində ona məxsus olan 3750 manat dəyərində zinət əşyalarının və 300 türk lirəsinin oğurlanmasını müəyyən etmişlər. Həmçinin mənzilin yataq otağının qapısının və eyvanın qapısının sındırılması nəticəsində ona 420 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir və dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini tələb edir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, bunun səbəbləri barədə bildirməmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanımışdır. Anar Masallı rayonunda onun qonşusu olmuşdur. 2020-ci il tarixdə bir neçə ay ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəza çəkmə müəssisəsində Anarla birgə cəza çəkmiş və oradan onların arasında səmimi münasibət yaranmışdır. 2020-ci ilin may ayında pademiya ilə əlaqədar olaraq Anarın cəzası vaxtından əvvəl şərti olaraq cəza ilə əvəz edilərək cəza çəkmə müəssisəsindən azad edilmişdir. Barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası bitdiyi üçün o, xx xxxx 2020-ci il tarixdə 12 saylı cəzaçəkmə müəssisindən azad edilmiş və Masallı rayonuna getmişdir. Masallı rayonuna getdikdən sonra çalışmaq üçün iş axtarsa da, heç bir yerdə iş tapa bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Masallı rayonunda Heydər Əliyev parkında təsadüfən Anar ilə rastlaşmış və onlar görüşərək bir qədər söhbət etmişlər. Söhbət əsnasında o, Anara iş axtardığını, lakin heç bir yerdə çalışmaq üçün iş tapa bilmədiyini demişdir. Həmin vaxt Anar ona Bakı şəhərinə gəlməyini, Bakı şəhərində dost tanışlarının çox olduğunu, onu dönərçi kimi işləməyinə münasib yer tapa biləcəyini bildirmiş və əlaqə saxlamaq üçün ona istifadəsində olan xatırlamadığı mobil nömrəni vermişdir. xx xxxxxx 2020-ci tarixdə axşam saatlarında Anarın istifəsində olan mobil nömrəsinə zəng edərək ona Bakı şəhərində iş tapa bilə-bilməyəcəyini soruşmuşdur. Anar isə ona yenidən Bakıda dost-tanışlarının çox olmasını deyərək Bakı şəhərinə gəlməsini istəmişdir. O, isə Anara sabahısı gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərinə gələcəyini demiş və səhər saat 09 radələrində Bakıda olacağını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə 05 radələrində taksi fəaliyyəti ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Benz” markalı avtomobil ilə Masallı rayonundan Bakı şəhərinə yola düşmüş və saat 09 radələrində Bakı şəhərində "20 yanvar” deyilən əraziyə çatmış, Anar ilə zəngləşərək orada görüşmüşdür. Həmin gün axşam saatlarına kimi Bakının tanımadığı müxtəlif yerlərində dönərçi kimi çalışmağı üçün obyektlərlə maraqlanmışlar. Təxminən saat 21 radələrində Xətai rayonu ərazisində bir neçə binanın arasında oturacaq olduğunu görmüşlər. Onlar oturacaqda oturub bir qədər söhbət etmiş və söhbət əsnasında Anar həmin binaların birində yerləşən bir mənzildən oğurluq etmək istədiyini bildirmişdir. Həmin vaxt o, Anara cəzaçəkmə müəssisəsindən təzə çıxdıdıqlarını və onda da, problem yaradacağını bildirərək oğurluq etməməsini demişdir. O, Anara nə qədər öz iradını bildirsə də, Anar onun sözlərinə əhəmiyyət verməyərək gələnə kimi onu gözləməyini bildirmiş və ondan aralanaraq orada yerləşən binalardan birinə doğru getmişdir. Onların oturduqları oturacaq ilə Anarın getdiyi binanın arasında tikili olduğu üçün Anarın hansı mənzilə getdiyini dəqiq görə bilməmişdir. Təxminən yarım saat keçdikdən sonra Anarın gəlmədiyini görmüş və Anarın getdiyi istiqamətdə gedib Anarı axtarmağa başlamışdır. O, orada yerləşən binalardan birinin həyətinə daxil olan zaman Anarın həmin binanın qarşı hissəsində dayandığını görmüşdür. Buna görə də, o, Anara yaxınlaşıb çıxıb getməyi təklif etmişdir. Lakin, Anar ona oğurluq etmək üçün həmin binaya daxil olacağını bildirmişdir. O, nə qədər etsə də, Anarı fikrindən danışdıra bilməmişdir. Buna görə də, Anardan ayrılıb oturacaqda oturduğu yerə qayıdıb Anarın gəlməsini gözləmişdir. Təxminən bir saat yarım keçdikdən sonra Anarın onun oturaraq gözlədiyi oturacağa yaxınlaşdığını görmüşdür. Anar ona yaxınlaşdıqda mənzillərdən birinə daxil olduğunu, lakin ürəyi istədiyi kimi olmadığını bildirmişdir. O, Anardan oğurluq barəsində heç nəyi maraqlanmayaraq onu rayona yola salmasını bildirmişdir. Lakin Anar onu səhər yola salacağını bildirmiş və gecələmək üçün ev tapmaq məqsədi ilə Suraxanı rayonu Əmircan qəsəbəsinə yollanmışlar. Onlar Suraxanı rayonu Əmircan qəsəbəsinə çatdıqdan sonra o, Anarın oğurluq etdiyini bildiyi üçün Bakı şəhərində qalmaq istəmədiyini, Masallı rayonuna öz yaşadığı evə getmək istədiyini bildirmişdir. Buna görə də, Anar ona 20 manat yol pulu verərək taksi saxladıb onu “20 yanvar” deyilən əraziyə sola salmışdır. O, “20 yanvar” deyilən əraziyə getmiş və oradan taksi xidməti ilə məşğul olan dövlət qeydiyyat nişanını xatırlamadığım gümüşü rəngdə olan “Mercedes-benz” markalı avtomobil ilə Masallı rayonuna getmişdir. Şahid Mirmövsümova Tunzarə İdris qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, səhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 2 mənzil 3 ünvanda 22 yaşlı 1-ci qrup əlil olan nəvəsi X3 ilə birgə yaşamışdır. İyun ayından etibarən Aydın müvəqqəti olaraq Bilgəh qəsəbəsində yerləşən bağ evində atası ilə birgə yaşamışdır. O isə həmin müddət ərzində Bakı şəhəri A.Cəlilov küçəsi ev 13 mənzil 15 ünvanında yaşamışdır. Xətai rayonu R.Əliyev küçəsi ev 11 mənzil 3 ünvanında müvəqqəti olaraq yaşayış olmasa da, o və kürəkəni Zərərçəkmiş şəxs tez-tez həmin mənzilə baş çəkmişdir. xx xxxxxx 2020-cı il tarixdə saat 18:15-də Xətai rayonu R.Əliyev küçəsi ev 11 mənzil 3 ünvanına getmiş və təxminən 5 dəqiqə sonra həmin mənzilin tərk edərək Bakı şəhəri A.Cəlilov küçəsi ev 13 mənzil 15 ünvanına yaşadığı mənzilə yollanmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Xətai rayonu R.Əliyev küçəsində yerləşən mənzilə baş çəkməyə getdikdə, ilk öncə binanın qarşına çatarkən yaşadığı mənzilin eyvanının plastik materialdan olan qapısının aralı olduğunu görmüşdür. O, ilk öncə kürəkəni Anarın xx xxxxxx 2020-ci il tarixdə ondan sonra həmin mənzilə baş çəkdiyini və eyvanın qapısını yadından çıxararaq açıq qoymasını düşünmüşdür. O, yaşadığı mənzilin giriş qapısını açıb mənzilə daxil olduqda mənzilin içərisinin dağınıq vəziyyətdə olduğunu, yataq otağının taxta materialdan olan qapısının üzərində olan şüşəsinin, eyvanda yerləşən plastik materialdan olan qapının açıq vəziyyətdə olduğunu görmüşdür. O, dərhal kürəkəni Anara zəng edərək Xətai rayonu R.Əliyev küçəsində yerləşən Anara məxsus olan mənzildə oğurluq hadisəsinin baş vediyini, belə ki, mənzilin içərisinin dağınıq vəziyyətdə olduğunu və yataq otağının qapısının sındırıldığını bildirmişdir. Həmin vaxt Anar ondan mənzildən nəyin oğurlanmasını soruşduqda o, Anara ilkin olaraq yataq otağında yerləşən paltar dolabının siyirməsinin açıq vəziyyətdə olduğunu və həmin siyirmədə olan içərisində bijuteriyalar olan qutuların açıq və boş vəziyyətdə olmasını bildirmişdir. Telefon danışığı zamanı Anar onun həyəcanlı olduğunu hiss edərək ona mənzilin içərisində heç bir əşyaya toxunmamağı və həmin mənzili tərk etməyini istəmişdir. O, bundan sonra həmin mənzili tərk etmiş və A.Cəlilov küçəsi ev 13 mənzil 15 ünvanına yaşadığı mənzilə getmişdir. Bir neçə gün o, həmin mənzilə gedə bilməmiş və bir neçə gün keçdikdən sonra o, həmin mənzilə gedərək mənzilin içərisini səliqə sahmana salmağa başlamışdır. Həmin vaxt o, müəyyən etmişdir ki, mənzilin yataq otağında yerləşən paltar dolabının 2-ci siyirməsindən 1500 manat dəyərində “svarovski” qaşlarla bəzədilmiş damla formasında sırğa, kloun və boyunbağıdan ibarət gümüş dəsti, 500 manat dəyərində üzərində 03 ədəd “svarovski” qaş ilə bəzədilmiş 01 ədəd gümüş boyunbağı, 1000 manat dəyərində mirvari qaşlarla bəzədilmiş 01 ədəd qızıl boyunbağı, 500 manat dəyərində “svarovski” qaşlarla bəzədilmiş boyunbağı, sırğa və bilərzikdən ibarət olan qızıl suyuna salınmış metal dəsti, 250 manat dəyərində yarpaq şəkilli 01 ədəd qızıl suyuna salınmış metal üzük və 300 manat məbləğində Türk lirəsi oğurlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi ünvan 2 mənzil 3 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 10-17); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 19); şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şöbhəli şəxs qismində tutulmuşdur (i.v. 56-57); cinayət işinin materaillarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 011-8519- 1220 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 4, mənzil 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar təqdim edilmiş 02 ədəd qan nümunəsi xx.xx.1985-ci ildə Masallı rayonunda anadan olmuş X1 məxsusdur (i.v. 56-57); üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid1 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Anar Nehmətovun üzünə qarşı demiş, X9 Cavadovun dediklərini təsdiq etməyərək oğurluq etmədiyini bildirmişdir (i.v. 70-72); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 74- 75); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-548/2020 saylı qərarından görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 93-96); Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və X5 Hüquqi şəxsin xx.xx.2020-ci il tarixli, 937 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sol qaş qövsünün bayır uc hissəsində sorulmaqda olan qançır, burun və sol əlin İİİ barmağın nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (i.v.102-103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli hökmü ilə CM-nin 333.1 və 333.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 10 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2005-ci il tarixli hökmü ilə CM-nin 334.1 və 178-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.4 və 66.5-ci maddəsinə əsasən 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx xxx 2009-cu il tarixli hökmü ilə CM-nin 304.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü və 67.1-ci maddəsinə əsasən 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 03 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə cəzası 05 ilə endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 11 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir (i.v.116-118); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 119-127); məhkəmə-genetik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/208R saylı rəyindən görünür ki, ekspertiza nəticəsində, hadisə yerindən götürülüb tədqiqata təqdim olunmuş 02 (iki) ədəd pambıq tampona hopdurulmuş qan nümunəsinin X1 (xx.xx.1985 Masallı r.) məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla) (i.v. 146-150); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-636/2020 saylı qərarından görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır (i.v. 157-160); məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 485 saylı rəyindən görünür ki, Bakı şəhəri Xətai rayonu, R.Əliyev küşəsi 11 nömrəli binanın 3 nömrəli mənzildən oğurlanmış, faktiki ortada olmayan zərgərlik məmulatlarının istintaq tərəfindən onların mövcudluğu qəbul edildikdə və hazırda pərakəndə satışda mövcud olan analoji mallar üzrə təqdim edilmiş məlumatlara əsasən, dəymiş ziyanın ümumi məbləği, nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 1870,00 (min səkkiz yüz yetmiş) manat müəyyən edilir (i.v. 157-160); 01 ədəd CD formatlı diskə baxış keçirilməsi barədə protokolodan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2020-ci il tarixdə biri dolu digəri arıq bədən quruluşlu olmaqla iki nəfər kişi cinsindən olan şəxsin avtomobili yolunun kənaı ilə hərəkətdə olmaları, dolu bədən quruluşlu şəxsin başının daz, digər arıq bədən quruluşlu şəxsin isə əlində olan mobil telefonu qulağına qoyaraq danışaraq yolla hərəkət edib kamera görüntüsündən itməsi müşahidə olunmuşdur. Həmçinin baxış zamanı 17.08.202.0-ci il tarixdə saat 22:07:10-da bir nəfər arıq bədən quruluşlu şəxsin asta yerişlə Bakı şəhəri, Xətai rayonu, R.Əliyev küçəsi, 11 nömrəli binaya daxil olmaq üçün binanın blokuna tərəf getməsi, həmin vaxt binanın giriş hissəsinə quraşdırılmış sensorlu işığın yanması, bundan sonra həmin şəxsin bir qədər geri qayıdaraq binanın qarşı hissəsində dayanıb ətrafa göz gəzdirib binanın qarşı hissəsində olan ağaclıq tərəfə getməsi, həmin vaxt dolu bədən quruluşlu şəxsin də onun yanına yaxınlaşaraq nə isə deyib çıxıb getməsi, bundan sonra arıq bədən quruluşlu şəxsin birinci mərtəbədə olan pəncərəyə yaxınlaşıb pəncərənin dəmir barmaqlığı vasitəsi ilə binanın ikinci mərtəbəsində olan eyvana doğru qalxması aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs birinci görüntüdə olan şəxsləri tanıdığını, həmin şəxslərdən solda olanın Azər, telefonla danışan şəxsin özü olmasını, ikinci görüntüdə olan hər iki şəxsi tanımadığını, binanın birinci mərtəbəsi olan dəmir barmaqlıqla ikinci mərtəbədə olan eyvana qalxan şəxsin özü olmadığını bildirmişdir. Eyni zamanda, baxışda iştirak edən Şahid1 xx.xx.2020- ci il tarixdə ünvan 4 ünvanının qarşı hissəsində və yolda hərəkətdə olan iki nəfər şəxslərdən dolu bədən quruluşlu və başı daz olan şəxsin özü olmasını, digər arıq bədən quruluşlu şəxsin tanışı Təqsirləndirilən şəxs olmasını, xx.xx.2020-ci il tarixdə saat 22:07:10-da ünvan 4 ünvanının giriş hissəsinə yaxınlaşaraq binanın birinci mərtəbədə olan pəncərənin dəmir barmaqlığı ilə ikinci mərtəbədə olan eyvana doğru qalxan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir (i.v. 167-168); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş yeni ittiham elan edilmişdir (i.v. 175-176); sübutların qiymətləndirilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 937 saylı, məhkəmə-genetik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/208R saylı və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 485 saylı rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi A4 formatlı kağız üzərində olan foto şəkil sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə xx.xx.2020-il tarixdə baş vermiş oğurluq hadisəsinin video görüntüləri köçürülmüş 01 ədəd “CD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 177 və 307-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə şahid Tunzarə Mirmövsümovanın adının Mirmövsümova Tunzarə İdris qızı kimi qeyd edilməsi və oxunması, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 2939,06 manat hesab edilməsi, Təqsirləndirilən şəxs oğurluq edən zaman xəsarət alması xüsusatı üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır (i.v. 195-206); Bakı şəhəri Xəzər Rayon Məhəməsinin 7(003)-799/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 10 (on) ay 11 (on bir) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ünvan 2 ünvanının birinci mərtəbəsində yerləşən mənzildən oğurluq etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahid A.F.Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsində, həmçinin üzləşmə protokolunda Təqsirləndirilən şəxs qeyd edilən mənzilə daxil olmasını göstərmişdir. Məhkəmə, şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Digər tərəfdən, məhkəmə-genetik ekspertizasının xx.xx.2020-ci il tarixli 20/208R saylı rəyindən görünür ki, ekspertiza nəticəsində, hadisə yerindən götürülüb tədqiqata təqdim olunmuş 02 (iki) ədəd pambıq tampona hopdurulmuş qan nümunəsinin X1 məxsus olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntüdə də biri dolu digəri arıq bədən quruluşlu olmaqla iki nəfər kişi cinsindən olan şəxsin avtomobili yolunun kənaı ilə hərəkətdə olmaları, bir nəfər arıq bədən quruluşlu şəxsin asta yerişlə Bakı şəhəri Xətai rayonu R.Əliyev küçəsi 11 nömrəli binaya daxil olmaq üçün binanın blokuna tərəf getməsi, həmin vaxt binanın giriş hissəsinə quraşdırılmış sensorlu işığın yanması, bundan sonra həmin şəxsin bir qədər geri qayıdaraq binanın qarşı hissəsində dayanıb ətrafa göz gəzdirib binanın qarşı hissəsində olan ağaclıq tərəfə getməsi, həmin vaxt dolu bədən quruluşlu şəxsin də onun yanına yaxınlaşaraq nə isə deyib çıxıb getməsi, bundan sonra arıq bədən quruluşlu şəxsin birinci mərtəbədə olan pəncərəyə yaxınlaşıb pəncərənin dəmir barmaqlığı vasitəsi ilə binanın ikinci mərtəbəsində olan eyvana doğru qalxması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs birinci görüntüdə olan şəxsləri tanıdığını, həmin şəxslərdən solda olanın Azər, telefonla danışan şəxsin özü olmasını, ikinci görüntüdə olan hər iki şəxsi tanımadığını, binanın birinci mərtəbəsi olan dəmir barmaqlıqla ikinci mərtəbədə olan eyvana qalxan şəxsin özü olmadığını bildirmişdir. İbtidai araşdırma zamanı videogörüntüyə baxış keçirilən zaman Şahid1 ünvan 2 ünvanının qarşı hissəsində və yolda hərəkətdə olan iki nəfər şəxslərdən dolu bədən quruluşlu və başı daz olan şəxsin özü olmasını, digər arıq bədən quruluşlu şəxsin tanışı Təqsirləndirilən şəxs olmasını, xx.xx.2020-ci il tarixdə saat 22:07:10-da ünvan 2 ünvanının giriş hissəsinə yaxınlaşaraq binanın birinci mərtəbədə olan pəncərənin dəmir barmaqlığı ilə ikinci mərtəbədə olan eyvana doğru qalxan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhəməsinin 7(003)-799/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 10 (on) ay 11 (on bir) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(003)- 799/2020 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli (CM-76.6.3), ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməli, iş üzrə maddi sübut – 01 (bir) ədəd CD disk, Zərərçəkmiş şəxs təqdim etdiyi A4 formatlı kağız üzərində olan foto şəkil cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 7(003)-799/2020 saylı qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəzaya Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-18/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə 05 (beş) il həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 11 (on bir) gün hissəsi qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub “xxxx” MMC-nin hesabına keçirilsin. İş üzrə maddi sübutlar – 01 (bir) ədəd CD disk, Zərərçəkmiş şəxs təqdim etdiyi A4 formatlı kağız üzərində olan foto şəkil cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-58/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-58/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver