Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-58/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X6 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1985-ci ildə Ermənistanın Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, X3ynaqçı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 18 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində ictimai yerdə, yəni ünvan 3 ünvanında yerləşən yaşayış evinin qarşısında, keçmiş arvadı Zərərçəkmiş şəxs1 onun yaşadığı evin yaxınlığına gəlməsini cüzi səbəb kimi bəhanə gətirərək, heç bir əsaslı səbəb olmadan, onunla küçədə, kənar şəxslərin gözləri qarşısında mübahisə edib, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətindən üstün tutub gücünü nümayiş etməklə, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik göstərib, sonuncunu təhqir edib ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə, üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş, silah qismində istifadə etdiyi vintaçanla sağ bazu nahiyyəsinə vurub ona sağ bazunun yuxarı 1/3-nin ön səthinin bir ədəd səthi əzilmiş yarası və ətraf yumşaq toxumasının hematoması xəsarətləri yetirmiş, daha sonra Zərərçəkmiş şəxs2 məxsus 2017-ci il buraxılışlı «Nissan X-Trail» minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan, arxa sol yan və arxa şüşələrini vintaçanla vurub sındıraraq, Zərərçəkmiş şəxs2 1000 manat maddi ziyan vurmaqla qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, valideynləri ilə birlikdə Xətai rayonu, Zeytun sovxozu küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs1 ilə 2016-cı ildə ailə qurmuş və birdə nikahdan bir qız övladları anadan olmuşdur. Ailədə baş verən münaqişələrə görə, beş ay birgə yaşadıqdan sonra Günellə ayrılmışlar. Ayrıldıqdan sonra da, Günel ilə aralarında telefon danışıqları zamanı mübahisələri olmuşdur. 18 sentyabr 2021-ci il tarixdə, təxminən saat 13 radələrində yaşadığı evdə olduğu zaman, küçədən səs-küy eşidib nə məsələ olduğunu aydınlaşdırmaq üçün küçəyə çıxmışdır. Küçəyə çıxdıqda mülki geyimli iki nəfər şəxsin anası ilə mübahisə etdiyini və qonşuluqda yaşayan Hicran adlı şəxsin qolunu buraraq, avtomobilə əyləşdirmək istədiklərini görmüşdür. O, həmin şəxslərə yaxınlaşaraq, nə lazım olduğunu soruşduqda, onlar ondan Şaiq olub-olmadığını soruşmuşlar. O, Şaiq olduğunu dedikdə, avtomobildən keçmiş arvadı Günel çıxıb, bunu təsdiq etmişdir. O, Güneli görən kimi, çox əsəbləşmiş, ağlı başından çıxmış və anidən əlində olan vintaçanla Günelin sağ qolundan vurub xəsarət yetirmişdir. Daha sonra isə əlində olan vintaçanla avtomobilin pəncərələrini vurub sındırmışdır. Həmin vaxt qolları dərin kəsilmiş, ətrafı qan götürmüşdür. Bunu görən həmin şəxslər avtomobilə oturaraq ərazini tərk etmişlər. Bundan sonra, təcili tibbi yardım briqadası gəlmiş və ona ilkin yardım göstərmişlər. Bir qədər sonra isə polis əməkdaşları gəlib, onun izahatını hadisə yerində almışlar. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və bir qız övladları anadan olmuşdur. Ailə quran vaxtı Şaiqin valideynlərinə məxsus Sahil qəsəbəsində yerləşən evlərində yaşamışlar. Şaiqlə ailə qursa da, münasibətləri yaxşı olmamışdır. Belə ki, o, qohumlarının təkidi ilə Şaiqlə evlənmişdir. Təxminən dörd ay Şaiqin evində yaşasa da, onu evdən qovmuşlar və o, valideynlərinin yanında yaşamağa başlamışdır. 2017-ci ildə qız övladı anadan olmuşdur. Sonradan o, Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və Şaiqdən alimentin tutulması barədə qərar qəbul edilmişdir. Şaiq dəfələrlə onu hədələmiş və mütamadi olaraq narahat etmişdir. Şaiqin onu mobil telefonla mesajlar yazıb narahat etməsi barədə 13 sentyabr 2021-ci li tarixdə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə şikayət etmişdir. Lakin, polis əməkdaşları Şaiqi şikayətlə bağlı polis bölməsinə dəvət etsələr də, Şaiq polis bölməsinə gəlməkdən imtina etmişdir. Bununla əlaqədar, polis əməkdaşları ondan xahiş etmişdirlər ki, Şaiqin yaşadığı evi onlara göstərsin. O, da razı olmuş və 18 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində polis əməkdaşları ilə birlikdə Şaiqin yaşadığı ünvana getmişlər. Həmin yerdə polis əməkdaşları bir evə daxil olub, orada olan Şaiqə oxşar bir nəfər şəxsi çağırıb avtomobilə tərəf dəvət etmişlər. O, həmin şəxsi görüb demişdir ki, Şaiq deyil. Sonra polis əməkdaşları həmin şəxsi buraxmışlar. Bu vaxt Şaqin anası Lərziyə qışqıra-qışqıra onlara yaxınlaşıb demişdir ki, onun oğlundan nə istəyirlər. Daha sonra isə Şaiq qaça-qaça yanlarına gəlib, polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlədib, onları təhqir etmiş və onların üstünə hücum etmişdir. Həmin vaxt o, avtomobildə arxa sağ oturacaqda oturmuşdur. Şaiq onun avtomobildə olduğunu görüb, daha da azğınlaşmış və avtomobilə yaxılaşıb əlində olan vintaçanla sağ qolundan vurub, ona xəsarət yetirmişdir. Daha sonra Şaiq əlində olan vintaçanla polis əməkdaşlarının avtomobilinin pəncərələrini vurub sındırmağa başlamışdılr. Polis əməkdaşları avtomobili idarə edib oradan uzaqlaşmışlar. Sonra isə o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Xətai RPİ-nin 35-ci Polis Bölməsinə gedib şikayət ərizəsi vermişdir. Hazırda o, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyir. 13 sentyabr 2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən mütamadi olaraq təhqir edilməsi, hədələnməsi və digər hərəkətlərə məruz qalması barədə müraciəti daxil olmuşdur. Həmin müraciətin araşdırılması bölmə rəisi tərəfindən ona həvalə edilmişdir. Müraciətin araşdırılması zamanı, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edib, onu polis bölməsinə dəvət etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək, çağırışdan yayınmış və izahat verməsi üçün polis bölməsinə gəlməmişdir. 18 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin kiçik əməliyyat müvəkkili Şahid5 ilə birilkdə, ona məxsus «Nissan XTrail» markalı avtomobillə Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmək üçün, onun yaşadığı Zeytun Sovxozü küçəsi 2 ünvanına getmişlər. Həmin ünvana gəldikləri zaman, Günel xanım küçədə bir nəfər şəxsi göstərib, onun Şaiq olduğunu demişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduğunu deyib, həmin şəxsi idarə etdiyi avtomobilə dəvət etmişlər. Həmin şəxs avtomobilə yaxınlaşdığı vaxt avtomobildə əyləşmiş Günel xanım demişdir ki, həmin şəxs Şaiq deyil. Onlar həmin şəxsdən üzrxahlıq etdikdə o, səs-küy salmağa başlamışdır. Həmin vaxt tanımadığı bir nəfər qadın səs-küy salaraq, onlara yaxınlaşmışdır. Sonradan adının Şaiq olduğunu öyrəndikləri şəxs evlərindən küçəyə çıxıb, əlində olan vintaçanla onların üstünə gəlmişdir. Həmin şəxsin Şaiq olmasını müəyyən etdikdən sonra, Şaiqi vətəndaş Zərərçəkmiş şəxs1 şikayət ərizəsi ilə bağlı polis bölməsinə dəvət etmişdir. Lakin, Şaiq onun qanuni tələblərinə tabe olmayıb, təkrar səs-küy salmağa başlamışdır. Həmin zaman, onun avtomobilində əyləşən və ünvanı göstərməyə gələn Günel xanımı avtomobilin içərisində görən Şaiq nəlayiq ifadələr işlətməklə, əlində olan vintaçanla Günel xanımın sağ qolundan vurub, ona xəsarət yetirmişdir. Bundan sonra o, polis əməkdaşı Şahid5la birlikdə Şaiqi oradan uzaqlaşdırmaq istəmişlər. Şaiq isə onlarla mübahisə etməyə başlamış, onlar avtomobilə əyləşib getmək istədikdə, Şaiq onların hərəkət etməklərini görüb, əlindəki vintaçanla, Şaiqin anası isə yerdən götürdüyü daş parçası ilə idarə etdiyi avtomobilin arxa şüşəsini, arxa sol və qabaq sol şüşəsini sındırıb yararsız hala salmışdır. O, idarə etdiyi avtomobillə dərhal oradan uzaqlaşıb, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə gelmişlər. Günel xanımın sağ qolunda xəsarət olduğunu görüb, ona ilkin tibbi yardım göstərilməsini təmin etmişlər. Hadisədən sonra, idarə etdiyi avtomobilin şüşələrini təmir etdirmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobilin təmirinə 1000 manat xərc çıxmışdır. Hazırda isə o, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2021-ci il tarixdə, saat təxminən 13 radələrində yaşadığı evin həyətində olan zaman, əvvəllər tanımadığı bir nəfər şəxs yaşadığı evin qapısını döyüb, ondan İsbəndiyar kişinin evini soruşmuş, o, buna müsbət cavab verdikdə, həmin şəxs həyətə daxil olub Şaiq olub-olmamasını soruşmuşdur. O, Şaiq olmadığını dedikdə, həmin şəxs qolundan tutmuş, daha sonra həyətə polis formasında bir nəfər şəxs daxil olub, qiriş qapısının qarşısında ikisi də qollarından tutub küçəyə çıxartmışlar. O, başa düşmüşdür ki, həmin şəxslərin hər ikisi polis əməkdaşlarıdır. Polis əməkdaşları onu bir qara rəngli avtomobilin yanına gətirmişlər. O, görmüşdür ki, avtomobildə arxa oturacaqda kimsə bir nəfər qadın əyləşibdir. Həmin qadın avtomobilin içərisindən əlləri ilə işarə edib polis əməkdaşlarına demişdir ki, Şaiq deyil. Bundan sonra, həmin polis əməkdaşları onun qollarını buraxmışlar. Bu vaxt görmüşdür ki, qonşuluqda yaşayan Şaiqin anası Lərziyə xanım onların yanına gəlir. Polis əməkdaşları Lərziyə xanıma bildirmişlər ki, Şaiqi polis bölməsinə dəvət etmək üçün gəliblər. Daha sonra görmüşdür ki, qonşuluqda yaşayan Şaiq onların yanına gəlir. Polis əməkdaşları Şaiqi tutub avtomobilə mindirmək istəmiş, lakin Şaiq müqavimət göstərib, getmək istəməmişdir. Daha sonra Şaiq görmüşdür ki, avtomobilin içərisində qadın var. Bundan sonra Şaiq özündən çıxmış və mübahisə daha da böyümüşdür. O, görmüşdür ki, polis əməkdaşları gəldikləri avtomobillə çıxıb getdilər. Sonra anası Şahid4 DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bir qədər sonra isə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları gəlib onları sorğu-sual etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Qaybalı qızı Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, əri Dadaman və oğlu Şaiqlə birlikdə Xətai rayonu, Zeytun sovxozu küçəsində yerləşən yaşayış sahəsində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Şaiq 2016-cı ildə yaxın qohumları olan Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuş və bir qız övladları anadan olmuşdur. X9 ailə qurduqdan sonra, onlar birlikdə Sahil qəsəbəsində yaşamışlar. Günel təxminən 6-7 ay onların yanında yaşadıqdan sonra, bir bəhanə ilə çıxıb valideynlərinin yanına getmişdir. Ümumiyyətlə, Şaiqlə Günel ailə həyatı qurduqdan bir müddət sonra, münasibətləri pozulmağa başlamışdır. Belə ki, Şaiq Günelin hərəkətlərindən ondan qısqanmağa başlamışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərindən əri Dadaman, oğlu Şaiq və o, Xətai rayonundakı həyət evlərinə gedib orada yaşamışlar. 18 sentyabr 2021-ci il tarixdə, saat təxminən 13 radələrində yaşadığı evin həyətində olan zaman, qonşusu Hicranın anası Şahid4 onu evdən çağırıb demişdir ki, oğlu Hicranı iki nəfər şəxs tutub avtomobilə oturzdurub aparmaq istəyirlər.O, tez küçəyə çıxıb görmüşdür ki, qonşusu Hicranın yanında iki nəfər şəxs var, onlardan biri polis əməkdaşıdır. O, tez onların yanına yaxınlaşıb görmüşdür ki, polis əməkdaşları ilə Hicran mübahisə edir. Daha sonra oğlu Şaiq küçəyə çıxaraq, onların yanına gəlmişdir. Polis əməkdaşları oğlunun qolundan kobud şəkildə tutub, onu polis bölməsinə aparmaq istəmiş və oğlunu avtomobilə otuzdurub özləri ilə aparmaq istəyən zaman o, bunu görüb özünü itirmiş və yerdən daş parçası götürüb, polis əməkdaşlarının avtomobilinə vurub avtomobilin şüşəsini sındırmışdır. Sonra Şaiq görmüşdür ki, keçmiş arvadı Günel avtomobilin içərisində oturub. Bundan sonra Şaiq özündən çıxmış və mübahisə daha da böyümüşdür. O, görmüşdür ki, polis əməkdaşları gəldikləri avtomobillə çıxıb getdilər. Sonra qonşusu Fəridə və o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bir qədər sonra isə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları gəlib onları sorğu-sual etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 sentyabr 2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək, keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən mütamadi olaraq təhqir edilməsi, hədələnməsi və digər hərəkətlərə məruz qalmasını bildirmişdir. Həmin müraciətin araşdırılması bölmə rəisi tərəfindən sahə inspektoru Zərərçəkmiş şəxs2 həvalə edilmişdir. Müraciətin araşdırılması zamanı sahə inspektoru Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edilib polis bölməsinə dəvət edilsə də, sonuncu müxtəlif bəhanələr gətirərək, çağırışdan yayınmış və izahat verməsi üçün polis bölməsinə gəlməmişdir.18 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində vətəndaş Zərərçəkmiş şəxs1, o və Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin sahə inspektoru Zərərçəkmiş şəxs2 birilkdə Aminə məxsus «Nissan XTrail» markalı avtomobillə Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmək üçün, onun yaşadığı Zeytun Sovxozu küçəsi 2 ünvanına yollanmışlar. Həmin ünvana gəldikləri vaxt, Günel xanım küçədə bir nəfər şəxsi göstərib, onun Şaiq olduğunu demişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını deyib, həmin şəxsi Aminin idarə etdiyi avtomobilə dəvət etmişlər. Həmin şəxs avtomobilə yaxınlaşdığı vaxt avtomobildə əyləşmiş Günel xanım demişdir ki, həmin şəxs Şaiq deyil. Onlar həmin şəxsdən üzrxahlıq etdikdə o, səs-küy salmağa başlamış, bu vaxt tanımadığı bir nəfər qadın səs-küy salaraq, onlara tərəf yaxınlaşmışdır. Sonradan adını öyrəndikləri Şaiq adlı şəxs evlərindən küçəyə çıxıb, əlində olan vintaçanla onların üstünə gəlmişdir. Sahə inspektoru Amin və o, həmin şəxsin Şaiq olmasını müəyyən etdikdən sonra, keçmiş arvadı Günel xanımın şikayət ərizəsi ilə bağlı polis bölməsinə dəvət etmişlər. Lakin, Şaiq onların qanuni tələblərinə tabe olmayıb, təkrar səs-küy salmağa başlamış, Zərərçəkmiş şəxs2 avtomobilində oturan və ünvanı göstərməyə gələn Günel xanımı avtomobilin içərisində görüb, onun ünvanına nəlayiq söyüşlər söyməklə, üstünə hücum edib, əlində olan vintaçanla Günel xanımın sağ qolundan vurub, ona xəsarət yetirmişdir. Bunu görüb o, Zərərçəkmiş şəxs2la birlikdə Şaiqi oradan uzaqlaşdırmaq istədikdə, Şaiq onlarla mübahisə etməyə başlamış, onlar avtomobilə əyləşib getmək istədikdə, Şaiq onların hərəkət etməyini görüb, Şaiq əlindəki vintaçanla, anası isə yerdən götürdüyü daş parçası ilə Aminə məxsus avtomobilin arxa şüşəsini, arxa sol və qabaq sol şüşələrini sındırıb yararsız hala salmışdır. Amin idarə etdiyi avtomobillə dərhal oradan uzaqlaşıb Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə getmişlər. Günel xanımın sağ qolunda xəsarət olduğunu görüb, ona ilkin tibbi yardım göstərilməsini təmin etmişlər. Hadisədən sonra Amin idarə etdiyi avtomobilin şüşələrini təmir etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. Günel 2016-cı ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və evliliklərindən bir qız uşaqları anadan olmuşdur. X10 ailə qurduqdan sonra, Şaiqin valideynlərinə məxsus Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində yerləşən 2 otaqlı evlərində yaşamışlar. Qızı Şaiqgilin evində 5-6 ay yaşadıqdan sonra, Şaiq və atası Dadaman müxtəlif bəhanələr gətirərək, qızını evdən qovmağa başlamışlar. O, da məcbur olub qızı Güneli onların evindən çıxardıb, öz evinə gətirmişdir. Dəfələrlə Şaiqin atası Dadamana demişdir ki, istəmir qızının ailəsi dağılsın. Lakin sonradan görmüşdür ki, qızı Günelin onların yanında Şaiqlə yaşaması mümkün deyildir. Məcbur olub qızını birdəfəlik onların yanından çıxardıb evinə gətirmişdir. Bundan sonra, Şaiq qızı Günelin mobil telefonuna mesajlar yazaraq, onu ölümlə hədələmiş, o, da Şaiqin valideynlərinə demişdir ki, qızı Şaiqlə ər-ərvad kimi yaşamaları mümkün deyildir. Buna baxmayaraq, Şaiq hər dəfə qızına mesajlar yazıb onu hədələmişdir. Sonuncu dəfə Şaiqin barəsində qızı Günel Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək, Şaiqin onu hədələdiyini bildirmişdir. Bununla bağlı, polis bölməsində araşdırma aparılmışdır. Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşları qızı Günelin ərizəsi əsasında Şaiqə zəng edib, onu polis bölməsinə dəvət etmişlər. Lakin Şaiq telefonda polis əməkdaşlarını təhqir etdiyi üçün, 18 sentyabr 2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşları qızı Günellə birlikdə Şaiqin Xətai rayonu, Zeytun küçəsində yaşayan evlərinə gedib, onu polis bölməsinə dəvət etmək istəmişlər. Həmin vaxt Şaiq və anası Lərziyyə küçəyə çıxıb, polis əməkdaşlarının avtomobilinin şüşələrini daş parçası ilə sındırmış, daha sonra isə Şaiq orada olan şəxslərin gözü qarşısında, əlində olan vintaçanla qızının sağ qolundan vurub ona xəsarət yetirmişdir. O, özü hadisənin şahidi olmasa da, bunları ona qızı Günel danışmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 02 oktyabr 2021-ci il tarixli, 914 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 üzərində aşkar olunan xəsarətlər – sağ bazunun yuxarı 1/3-nin ön səthinin bir ədəd səthi əzilmiş yarası və ətraf yumşaq toxumasının hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti 18 sentyabr 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 11 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 21 sentyabr 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ona qarşı şikayət və tələblərinin olmamasını, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaidırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 7 (yeddi) ay 20 (iyirmi) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 2 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-58/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-58/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver