Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-582/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq bir ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 16 sentyabr 2022-ci il tarixdə saat 15:50 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi ünvanın qarşısında saxlanılaraq ünvan 2erləşən Xətai RPİ-nin 34-cü PŞnə gətirilmiş və orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd qızılı rəngli falqa kağıza bükülmüş təmiz çəkisi 0,443 qram olan kustar üsulla hazırlanmış psixtrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, heç bir yerdə işləmir. Təxminən bir il olar ki, narkotik vasitələr və psixotrop maddələrdən yandıraraq tüstüsünü buruna çəkmək yolu ilə istifadə edir. Metamfetamini qəbul etmədikdə bədənində müxtəlif ağırlar olur. Əvvəllər məhkum olunmamışdır. 16 sentyabr 2022-ci il tarixdə səhər saat 12 radələrində o yaşadığı evdən tək çıxıb, Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yanına getmişdir ki, oradan narkotik vasitə heroin və ya psixotrop maddə olan metamfetamin alsın. Orada dayanan zaman bir nəfər tanımadığı şəxs görmüş və onun da narkotik vasitə alüdəçisi olduğunu zənn edərək həmin şəxsə yaxınlaşıb ona bildirmişdir ki, bədənində ağrılar var və ondan heroin və ya metamfetamin satmasını xahiş etmişdir.. O həmin şəxslə razılaşmış və 1 ədəd qızılı rəngli bükümdə metamfetamini 10 manat müqabilində almışdır. Metamfetamini götürərək əynində olan şalvarın sol yan cibinə qoymüş və oradan yaşadğı eve getmişdir. Günorta saat 15:50 radələrində yaşadığı evdən çıxan zaman həmin metamfetamin onun əynində olan şalvarın sol yan cibində qalmışdır. Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi ilə saat 15:50 radələrində piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirmişlər və onun anket məlumatları ilə maraqlanmışlar, o həmin şəxslərə özü haqqında məlumatı verdikdən sonra polis əməkdaşları ona bildirmişlər ki, o narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir və ona görə də onu Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına onlarla keçməyə dəvət etmişlər. Orada olan otaqların birində ona təyin olunmuş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və bidlirilmişdir ki, onun üzərinə şəxsi axtarış keçiriləcək. Bundan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış başlanılmış və təhqiqatçı ona üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmetin olmasını maraqlanmış və o bildirmişdir ki, əynində olan şalvarın sol yan cibində psixotrop maddə olan metamfetamin var və həmin maddəni cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Həmin maddənin metamfetmin omasını, həmin gün səhər radələrində Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yanında tanımadığım şəxsdən 10 manat müqabilində öz istifadəsi üçün aldığımı bildirmişdir. Bundan sonra həmin büküm zərfdə qablaşdırılaraq möhürlənmişdir.Hadisə protokollaşdırıldıqdan sonra həm zəərf həmçinin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, ilk məhkumluğunun olmasını, atasının rəhmətə getdiyi, az yaşlı bacısının olduğunu, evin yeganə qazanc gətirəni olduğunu, artıq psixotrop maddələrdən uzaqlaşdığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır. 16 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən ona Təqsirləndirilən şəxs Xətai rayon inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması ilə bağlı məlumat daxil olmuşdur. Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 aidiyyəti üzrə raportla PŞ-nin rəhbərliyinə müraciət etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməllərin ifşa edilməsi məqsədi ilə o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o təyin olunmuşdu. Bundan sonra o Şahid1la birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsinin yaxınlığına getmişlər və orada müşahidə aparmışdılar. Saat 15:50 radələrində bir nəfər zahiri əlamətləriən görə Təqsirləndirilən şəxsa oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirərərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmadqda şübhəli olduğunu bildirirək polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara öz razılığını bildirmiş və onlar əllərini ciblərinə salmağa imkan verməyərək Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirmiş və bu barədə raportla PŞ-nin rəhbərliyinə müraciət etmişlər. Daha sonra həmin bölmənin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribovun xidməti otağında Təqsirləndirilən şəxs təyin edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılacağı bildirilmiş və ona hüquq və vəzifələri izah edilmişdi. Daha sonra Təqsirləndirilən şəxsa üzərində hər hansı qeyri-qanuni əşya maddə və predmetin olması barədə sual verilmiş, olduğu halda könüllü olaraq təqdim edilməsi xahiş olunmuşdu. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli falqa kağızına bükülmüş, içərisində ağ şəffaf rəngli, kristal formasında, psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə psixotrop maddə olan metamfetamindir, 16 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yanında tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində almışdır. Daha sonra həmin büküm, içərisində olan maddə ilə birlikdə ağ rəngli zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bununla bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir irad daxil omadığından protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 və təqsirləndirilən şəxsin ifadələrinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Xətai RPİnin 34-cü PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 16 sentyabr 2022-ci il tarixdə saat 15:50 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi yaxınlığında Xətai RPİ-nin 34-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilmiş, videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd qızılı rəngli falqa kağızına bükülmüş içərisində ağ şəffaf rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin metamfetamin olduğunu bildirmiş, həmin maddənin 16 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasınını yaxınlığlında adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində alması müəyyən olunmuşdur. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd CD-R disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2022-ci il tarixli 6/5273 nömrəli rəyindən görünür ki, üzərində “Azərbayacan Respublikası DİN Zərflər üçün N152” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, üç-imza; E.Qəribov-imza...” yazı əlavəsi qeyd edilmiş bi ədəd kağız zərfdəki bir ədədə bükümdəki təiz çəkisi-0,443 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Tədqiqatdan sonra qalıq 0,393 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsinin 28 sentyabr 2022-ci il tarixli 5605 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 27 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0.393 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd “CD-R" disk iş üzrə maddi sübut qismində tanınmışdır. 01 ədəd bükümdə 0.393 qram kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd “CD-R" disk isə cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 18 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı MSY-dən azad edilmişdir. İş materiallarında olan 18 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olmasını, yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması,ilk dəfə cinayət törətməsi, doğrudan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.393 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,393 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-582/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-582/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver