Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-585/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçiləri - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, kuryer fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2əsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, xx xxxx 1999-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, kuryer fəaliyyəti ilə məşğul olan, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 40-da qeydiyyatda olan və Bakı şəh., Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 avqust 2024-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanda yerləşən «Bravo» hipermarketin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus, texniki nasazlığa görə qeyri-işlək vəziyyətdə olan, mühərrik həcmi 49 sm3, 2022ci il buraxılışlı, Çin istehsallı, 1 ədəd 600 (altı yüz) manat dəyərində qara rəngli «Moon ZX50» markalı 29-A-010 dövlət qeydiyyat nişanlı mopedi ehtiyat hissələrindən istifadə etmək niyyəti ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə köməkləşməklə özünə məxsus mopedə iplə qoşub hərəkət etdirməklə ələ keçirərək gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 avqust 2024-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanda yerləşən «Bravo» hipermarketin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus, texniki nasazlığa görə qeyri-işlək vəziyyətdə olan, mühərrik həcmi 49 sm3, 2022-ci il buraxılışlı, Çin istehsallı, 1 ədəd 600 (altı yüz) manat dəyərində qara rəngli «Moon ZX50» markalı 29-A-010 dövlət qeydiyyat nişanlı mopedi ehtiyat hissələrindən istifadə etmək niyyəti ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə köməkləşməklə ona məxsus mopedə iplə qoşub hərəkət etdirməklə ələ keçirərək gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 10 avqust 2024-cü il tarixdə təxminən saat 15 radələrində icarə əsasında idarə etdiyi «Tufan M50» markalı mopedlə sifarişlə əlaqədar Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi ilə hərəkət edirmiş. Bu zaman S.Orucov küçəsində yolun hərəkət hissəsinin kənarında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulmuş hissədə bir ədəd qara rəngli mopedin dayanmasını görmüşdür. İdarə etdiyi mopedlə həmin yerə yaxınlaşdıqda saxlanılan mopedin «Moon» markalı moped olmasını görmüşdür. Mopedin dövlət qeydiyyat nişanı üzərində yox imiş. Həmçinin mopedin gövdəsinin bəzi plastmas materialları üzərindən çıxarılmışdır. Mopedin akkumulyatoru da nəzərdə tutulmuş yerində yox imiş. Bütün bunlara görə mopedin nasaz vəziyyətdə olduğundan qeyri-işlək vəziyyətdə olmasını və həmin yerdə saxlanılmasını güman etmişdir. Buna baxmayaraq həmin vaxt mopedə ümumiyyətlə toxunmayıb sifarişlə əlaqədar yoluna davam etmişdir. Sonradan bir neçə gün ərzində həmin ərazidən keçərkən həmin mopedin yenə də orada dayanmasını görmüşdür. Lakin həmin mopedə ümumiyyətlə yaxınlaşmayıb oradan keçib getmişdir. 14 avqust 2024-cü il tarixdə saat 17 radələrində dostu Mireltunla birlikdə olarkən o idarə etdiyi mopedin mühərrik hissəsində nasazlıq baş verməsini və buna görə də mopedinin artıq idarəolunmaz vəziyyətdə olması barədə ona məlumat vermişdir. Mireltunun danışıqlarından sonra S.Orucov küçəsində yolun hərəkət hissəsinin kənarında saxlanılmış sahibsiz və qeyri-işlək vəziyyətdə olan «Moon» markalı moped yadına düşmüşdür. Bu barədə Mireltuna da məlumat vermişdir. Həmin mopedin mühərrik hissəsini və ya mühərrik hissəsindən hər hansı bir detalı Mireltunun idarə etdiyi mopedin mühərrik hissəsinə yerləşdirə biləcəklərini düşünmüşlər. Buna görə də birlikdə həmin mopedin saxlanıldığı yerə getməyi qərarlaşdırmışlar. 14 avqust 2024-cü il tarixdə saat 23 radələrində Mireltunla birlikdə idarə etdiyi «Tufan M50» markalı mopedlə Xətai rayonu, S.Orucov küçəsində yerləşən mopedin saxlanıldığı əraziyə gəlmişlər. Birlikdə mopedə yaxınlaşdıqda mopedin akkumulyatoru və gövdəsinin bəzi plastmas detallarının üzərində olmadığını müəyyən etmişlər. Mopedin akkumulyatoru üzərində olmadığından onu yerindən hərəkətə gətirmək üçün ip vasitəsilə idarə etdiyi “Tufan M50” markalı mopedə bağlamaq qərarına gəlmişlər. Həmin vaxt Mireltunla birlikdə ətrafa nəzər salmış və ətrafda olan şəxslərin fikirlərinin və diqqətlərinin onlarda olmadığını görüb mopedi hərəkət etdirmək üçün fəaliyyətə başlamışlar. Bu məqsədlə Mireltunla birlikdə onun idarə etdiyi mopedin üzərində olan ipi “Moon” markalı mopedin qabaq farasının alt hissəsinə bağlamışlar. Bundan sonra öz mopedinin sükanı arxasına keçib mopedi idarə etməyə başlamışdır. Mireltun isə “Moon” markalı mopedin sükanı arxasına keçib əyləşmişdir. Öz mopedini hərəkətə gətirməklə idarə etməyə başlamış, «Moon» markalı moped də idarə etdiyi mopedin arxası ilə hərəkət etmişdir. Mopedi sürə-sürə gecə saatlarında yaşadığı ünvan 4 ünvanda yerləşən evin yaxınlığına gətirmişlər. Gecə saatlarında Mireltunla birlikdə mopedin mühərrik hissəsini sökmüşlər. Mireltunun idarə etdiyi moped yaşadığı Binə qəsəbəsində olduğundan sonradan sökülən mühərriki ona məxsus mopedə qoymağı düşünmüşlər. Bundan sonra Mireltun gecə saatlarında yaşadığı Binə qəsəbəsində olan evinə getmişdir. O da yaxınlıqda yerləşən öz yaşadığı evə getmişdir. «Moon» markalı mopedi isə yaşadığı fərdi yaşayış evinin qarşısında divara söykənilmiş vəziyyətdə saxlamışdır. 19 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsində yerləşən “Korsar” restoranından sifariş götürərkən polis əməkdaşları onu saxlayıb 14 avqust 2024-cü il tarixdə gecə saatlarında S.Orucov küçəsində yerləşən yolun hərəkət hissəsinin kənarında saxlanılan mopedi oğurlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 37-ci PŞ-yə gedib Mireltunla birlikdə törətdikləri oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 14 avqust 2024-cü il tarixdə saat 17 radələrində dostu Kamranla birlikdə olarkən idarə etdiyi «Tufan M50» markalı mopedin mühərrik hissəsində nasazlıq baş verməsini və buna görə də mopedinin artıq idarəolunmaz vəziyyətdə olması barədə ona məlumat vermişdir. Kamran da bir neçə gündür ki Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində yerləşən “Bravo” hipermarketin qarşısındakı yolun hərəkət hissəsinin kənarında qeyri-işlək vəziyyətdə “Moon” markalı moped saxlanıldığını, həmin mopedin çox güman ki sahibsiz olmasını bildirərək mopedin üzərində olan mühərrik hissəsini və ya mühərrik hissəsindən lazım olan detalları idarə etdiyi mopedin mühərrik hissəsinə yerləşdirə biləcəklərini bildirmişdir. Kamranın danışıqları əsasında həmin mopedə canlı olaraq baxmaq qərarına gəlmişdir. Buna görə də birlikdə həmin mopedin saxlanıldığı yerə getməyi qərarlaşdırmışlar. 14 avqust 2024-cü il tarixdə saat 23 radələrində Kamranla birlikdə onun idarə etdiyi «Tufan M50» markalı mopedlə Xətai rayonu, S.Orucov küçəsində yerləşən «Bravo» hipermarketin qarşısında mopedin saxlanıldığı əraziyə gəlmişlər. Birlikdə mopedə yaxınlaşdıqda akkumulyatorunun və gövdəsinin bəzi plastmas detallarının üzərində olmadığını müəyyən etmişlər. Mopedin akkumulyatoru üzərində olmadığından onu yerindən hərəkətə gətirmək üçün ip vasitəsilə Kamranın idarə etdiyi «Tufan M50» markalı mopedə bağlamaq qərarına gəlmişlər. Həmin vaxt Kamranla birlikdə ətrafa nəzər salmış və ətrafda olan şəxslərin fikirlərinin və diqqətlərinin onlarda olmadığını görüb mopedi hərəkət etdirmək üçün fəaliyyətə başlamışlar. Bu məqsədlə Kamranla birlikdə Kamranın idarə etdiyi mopedin üzərində olan ipi «Moon» markalı mopedin qabaq farasının alt hissəsinə bağlamışlar. Bundan sonra Kamran öz mopedinin sükanı arxasına, o isə “Moon” markalı mopedin sükanı arxasına keçib əyləşmişdir. Kamran idarə etdiyi “Tufan M50” markalı mopedi hərəkətə gətirməklə idarə etməyə başlamış, o da “Moon” markalı mopedlə Kamranın idarə etdiyi mopedin arxası ilə hərəkət etmişdir. Mopedi sürə-sürə gecə saatlarında Kamranın yaşadığı ünvan 4 ünvanda yerləşən evin yaxınlığına gətirmişlər. Gecə saatlarında Kamranla birlikdə mopedin mühərrik hissəsini sökmüşlər. İdarə etdiyi moped yaşadığı Binə qəsəbəsində olduğundan daha sonra sökülən mühərriki mopedinə qoymağı planlaşdırmışlar. İşlərini yekunlaşdırdıqdan sonra gecə saatlarında Kamran yaxınlıqda yerləşən yaşadığı evinə gedəcəyini, «Moon» markalı mopedi isə yaşadığı fərdi yaşayış evinin qarşısında saxlayacağını bildirmişdir. Bundan sonra o da yaşadığı Binə qəsəbəsində olan evinə getmişdir. 19 avqust 2024-cü il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-dən polis əməkdaşları onunla telefon əlaqəsi saxlayıb 14 avqust 2024-cü il tarixdə gecə saatlarında Xətai rayonu, S.Orucov küçəsində yerləşən yolun hərəkət hissəsinin kənarında saxlanılan mopedi oğurlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra Kamranla birlikdə törətmiş olduqları oğurluq əməli barədə məlumat vermək üçün Xətai RPİ-nin 37-ci PŞ-yə getmiş və polis şöbəsində törətdikləri oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 06 fevral 2024-cü il tarixdə kuryer fəaliyyəti ilə məşğul olmaq üçün nəqliyyat vasitəsi olaraq özünə işlənmiş vəziyyətdə 2022-ci il buraxılışlı, Çin istehsallı 1 ədəd qara rəngli «Moon ZX50» markalı moped almışdır. Mopedi aldıqdan sonra həmin günü onu öz adına sənədləşdirilməklə mopedə dair 29-A-010 dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi almışdır. Həmin vaxtdan etibarən «Wolt» proqramında qeydiyyatdan keçməklə mopedlə kuryer fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 12 sentyabr 2024-cü il tarixdə axşam saat 23 radələrində idarə etdiyi «Moon ZX50» markalı 29-A-010 dövlət qeydiyyat nişanlı mopedlə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər” yaşayış massivində müştəri sifarişindən qayıdırmış. Mopedlə Xətai rayonu, A.Cəlilov küçəsi ilə hərəkət edərkən qarşıda olan işıqforun qırmızı işığı yandığına görə mopedin hərəkətini dayandırmışdır. Həmin vaxt mopedin mühərrik hissəsindən yağ axmasının şahidi olmuşdur. Mopedi dayandığı yerdən idarə etməyə başladıqdan sonra yağ axıntısının dayanmadan davam etməsini görmüşdür. Buna görə də mopedin mühərrik sistemində texniki nasazlıq yaranmasını güman edib onu idarə etmədən yaxınlıqda bir yerdə saxlamaq qərarına gəlmişdir. Həmçinin gecə saatları olduğundan növbəti gün gün ərzində hər hansı bir ustanı məhz mopedin dayandığı yerə gətirib mopedə baxdırmağı fikirləşmişdir. Bu məqsədlə mopedin nəzarətsiz vəziyyətdə qalmaması üçün insanların gediş-gəlişinin çox olduğu yer seçməyi qərarlaşdırmışdır. Mopeddə yaranmış texniki nasazlığa görə artıq mopedi hərəkətə gətirməyin mümkün olmadığını görüb onu əli ilə hərəkət etdirməklə Xətai rayonu, S.Orucov küçəsində yerləşən «Bravo» hipermarketin qarşısına gəlmişdir. Mopedi tam dayanma vəziyyətinə gətirib «Bravo» hipermarketin qarşısında yolun hərəkət hissəsinin kənarında saxlamışdır. Bundan sonra piyada olaraq oradan uzaqlaşmışdır. Növbəti 2 gün ərzində, yəni 13 və 14 avqust 2024-cü il tarixlərdə mopedi təmir etdirmək məqsədilə onu evakuatora yükləmək və ustaya göstərmək üçün müəyyən məbləğdə pul tapa bilmədiyindən moped həmin yerdə qalmışdır. Mopedi təmir etdirmək üçün pul tapa bilmədiyinə görə sonda məcbur qalıb motosikleti olan bir nəfər dostundan mopedi motosikletə bağlamaqla əli ilə idarə edərək usta yanına çatdırmaqda ona köməklik göstərməyini xahiş etmişdir. 15 sentyabr 2024-cü il tarixdə təxminən saat 01 radələrində mopedi saxladığı Xətai rayonu, S.Orucov küçəsində yerləşən «Bravo» hipermarketin qarşısına gələrkən mopedin həmin yerdə olmadığını görmüşdür. Bu zaman ətrafa diqqətlə baxıb bir qədər axtarış aparsa da mopedi tapa bilməmişdir. Buna görə də mopedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını anlamışdır. Dərhal DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları hadisə yerinə gələrək hadisə ilə bağlı müvafiq sənədləşdirmə işləri aparmışlar. Hadisə vaxtı mopedin üzərində əlavə hər hansı bir avadanlıq və ya aksessuar olmamışdır. Mopedin həmin vaxta təxmini bazar qiyməti 500-600 manat təşkil etdiyindən hadisə nəticəsində ona ümumilikdə 500-600 manat məbləğində maddi ziyan dəyməsini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri etirafedici ifadələr ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 19 avqust 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; (i.v.1) - 15 avqust 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən «Bravo» hipermarketin qarşısıdır; (i.v.6-8) - 19 avqust 2024-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, mopedə baxış zamanı müəyyən edilmişdir ki, moped hissə və detalları qara rəngli olmaqla gövdəsinin üzərində ön qabaq hissədə və oturacağın sağ yan tərəfində ağ rəngli boya ilə «Moon» sözləri yazılmışdır. Həmçinin mopedin gövdəsinin bəzi plastmas materiallarının və akkumulyatorunun üzərindən çıxarılması müəyyən edildi. Bundan başqa mopedin nasaz vəziyyətdə olmasına görə qeyri-işlək vəziyyətdə olması aşkar edilmişdir; (i.v.15-16) - 19 avqust 2024-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilmişdir; (i.v.24) - 19 avqust 2024-cü il tarixli maddi sübut əhəmiyyəti kəsb edən əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxışda iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs baxış keçirilən mopedi nəzərdən keçirib həmin mopedin 15 avqust 2024-cü il tarixdə gecə saatlarında sonuncu dəfə saxlanıldığı ünvan 6 ünvanda yerləşən “Bravo” hipermarketin qarşısında yolun hərəkət hissəsinin kənarından oğurlanmasını aşkar etdiyi ona məxsus moped olduğunu təsdiq etmişdir. Baxışda iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mopedin gövdəsinin bəzi plastmas materiallarının və akkumulyatorunun üzərindən çıxarılmasını bildirmişdir. Eyni zamanda mopedin oğurluq hadisəsinin baş verməsindən əvvəl mühərrik sistemində yaranmış texniki nasazlığa görə qeyri-işlək vəziyyətdə olmasını və üzərində olan bəzi istismar xarakterli qüsurların əvvəlcədən mövcud olmasını qeyd etmişdir; (i.v.36-40) - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və X5 ilə 03 avqust 2019-cu il tarixdə 1846 №-li qeyd ilə nikah bağlanmışdır; (i.v.53) - Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 09 noyabr 2020-ci il təvəllüdlü X4 və 29 dekabr 2023-cü il təvəllüdlü X1 Kamran Ulduz oğlunun övladlarıdır; (i.v.54-55) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 30 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.60) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 30 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.61) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6942 nömrəli 05 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Moon ZX50” markalı 29-A-010 dövlət qeydiyyat nişanlı mopedin istifadədə olunması və hazırki vəziyyətdə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla 2024-cü il avqust ayına olan orta bazar qiyməti 600,00 manat müəyyən olunur; (i.v.62-65) - İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 1 ədəd “MoonZX50” markalı 29- A-010 dövlət qeydiyyat nişanlı moped sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 140) - 20 sentyabr 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət hadisəsinin predmeti olan mühərrik həcmi 49 sm3 olan, 2022-ci il buraxılışlı, Çin istehsalı, 1 ədəd “Moon ZX50” markalı 29-A-010 dövlət qeydiyyat nişanlı qara rəngli moped iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır; (i.v.66) - 27 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş, onlara Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Əməllərində Azərbaycan Respublikası CM-nin 180, 185 və 187-ci maddələrinin tərkib əlamətləri olmadığından, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 177.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunarkən faktiki ortada olan əmlaka dair məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, yəni zərər çəkmiş şəxsə 600 manat məbləğində maddi ziyan dəyməsi əsas götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlini ifşa edən özlərinin, zərər çəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış keçirilməsi, götürmə və baxış keçirilməsi, maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyaya baxış keçirilməsi, ifadənin yerində yoxlanılması haqqında protokollar, maddi sübut kimi tanımaq haqqında qərar, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir; (i.v.68-75) - 01 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.86-87) - 01 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, kuryer fəaliyyəti ilə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi, ev 11D-də yaşayan Təqsirləndirilən şəxs1 barəsində həbslə bağlı olmayan «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir; (i.v.100- 101) - 01 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.113-114) - 01 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxx 1999-cu ildə Lənkəran şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, kuryer fəaliyyəti ilə məşğul olan, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 40-da qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan – “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.127-128) Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 177.2.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki azyaşlı övladlarının olmasını, dəymiş ziyanın aradan qaldırılmasını, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 iş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi, ev 11D ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və dəymiş ziyanın aradan qaldırılmasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəh., Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə nömrəsiz fərdi yaşayış evi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd “Moon ZX50” markalı 29-A-010 dövlət qeydiyyat nişanlı moped sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci bərabər şəkildə bölünməklə Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) saat iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saat iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd “Moon ZX50” markalı 29-A-010 dövlət qeydiyyat nişanlı moped sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci bərabər şəkildə bölünməklə Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-585/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-585/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver