Məhkəmə qərarları › İş №1(011)-586/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-586/2023

11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-586/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonu, Hacıbədəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hacıbədəlli Ə/D, Hacıbədəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını talama məqsədi ilə tanışı X6 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyətlə birgə icraçı olaraq 12 mart 2023-cü il tarixdə saat 10 radələrində ünvan 2 ünvanın 54-cü mənzilinin giriş qapısının qarşısındakı pilləkan meydançasında binanın ümumi dəmir su borusuna xüsusi olan qıfıllar ilə bağlanmış qıfılların troslarını kəsərək Zərərçəkmiş şəxs məxsus 01 ədəd 200 manat dəyərində, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş “Start Light” markalı velosipedi və 01 ədəd 350 manat dəyərində, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş “Kross Evado 3.0” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 550 (beş yüz əlli) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 Sabunçu bazarında tanımışdır. Bundan sonra normal münasibətləri yaranmışdır. Daha sonra müxtəlif yerlərdə olan zibil qutularından atılmış paltarları yığaraq aparıb Sabunçu bazarında satmaqla gəlir əldə etmişdirlər. xx.xx.2023-cü il tarixdə Orxan ilə görüşərək yenə müxtəlif ünvanlarda məhəllələri gəzib zibilə atılmış paltarlar tapmaq üçün bir neçə ünvana yollanmış, lakin həmin gün heç nə tapa bilməmişlər. Axtarışlarını davam edib ünvan 3 ünvanına çatmış, həmin binanın bloklarının açıq vəziyyətdə olduğunu görmüşdür. Orxan ilə söhbət edərək binanın bloklarında olan velosiped tapıb oğurlamaq qərarına gəlmişdirlər. Bloklardan birinə daxil olaraq lift vasitəsi ilə 15-ci mərtəbəyə qalxmışlar və liftdən çıxdıqdan sonra 02 ədəd velosipedin yaşayış mənzillərinin birinin giriş qapısının yanında olan turbaya qıfıl ilə bağlandığını görmüşlər. Daha sonra Orxan velosipedləri qıfıldan və bağlı olduqları turbalardan ayıraraq birini özü götürmüş, digərini isə ona vermişdir. Lift ilə aşağı düşüb hadisə yerindən uzaqlaşmışlar. Velosipedlərdən biri tünd mavi rəngli “Kross” markalı digəri isə qara rəngli, nisbətən böyük ölçüdə, “Start” markalı olmuşdur. “Kross” markalı velosipedi Orxan, digərini isə özü götürmüşdür. Oğurladığı velosipedi bir neçə gün evində saxlamışdır. Həmin velosipedi əldə etdikdən sonra azyaşlı bacısı qızına vermək niyyətində olmuşdur. Bundan sonra Ağcabədi rayonuna getmiş, bir neçə gün sonra anası zəng edərək evinə polis əməkdaşlarının gəldiyini və velosipedin oğurluq olmasını bildirmişdir. Bundan sonra o, bir neçə ay Ağcabədi rayonunda gizlənmişdir. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə bazar günü olduğu üçün səhərin erkən saatlarını evdə keçirmişdir. Həmin tarixdə səhər saatlarında evdən çölə çıxmaq istədikdə qapını açarkən sol tərəfdə dəmir kilid ilə bağladığı özünə məxsus 02 ədəd velosipedin yerində olmadığını görmüşdür. Kilid isə həmin yerdən təxminən 10 metr irəlidə yerdə olmuşdur. Hər iki velosiped onun özünə məxsus olmuşdur. Həmin velosipedlərdən biri “Kross” markalı, tünd mavi rəngli olan velosipedi 2017-ci ildə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Velesport” mağazasından 550 manata almışdır. Təxminən 6 il müddətdir ki, həmin velosipedi istifadə etmişdir. Digər velosiped “Start” markalı, qara rəngli üzərində tünd mavi yazı əks olunmuş velosipedi 2022-ci ilin dekabr ayında 400 manata həmçinin “Velesport” mağazasından almışdır. Hər iki velosipedi idman etmək məqsədi ilə işdən ayırdığı vaxtlarda istifadə etmişdir. Həmin velosipedləri mütəmadi özünə məxsus yaşayış evinin giriş qapısının sol tərəfində saxlamışdır. xx.xx.2023-cü il tarixdə velosipedlərin yerində olmamasını aşkar etdikdə oğurluq hadisəsinin baş verməsini başa düşdüyündən bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və onun ərizə və izahatı alınmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 950 manat maddi ziyan dəymişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onun tərəfindən dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, barəsində həbs cəzası ilə əlaqədar olmayan cəzanın verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işindən başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yeni cinayət işi ayrılmış və həmin cinayət işinə ********* nömrəsi verilməklə istintaqı ayrıca icraatda davam etdirilmişdir (i.v. 1-2); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 4); hadisə yerinə baxış keçirilməsi haqqında 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanın 15-ci mərtəbəsində yerləşən 54-cü mənzilin qarşısına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 12-14); maddi sübuta baxış barədə 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanın 15-ci mərtəbəsində yerləşən 54-cü mənzilin qarşısından oğurlanmış qara, göy rəngli “Kross” markalı velosipedə baxış keçirilmiş, velosipedin üzərində heç bir ziyan və ya deformasiya aşkar edilməmiş, həmçinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 17-18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 37-38); baxış və götürülmə barədə 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanın 15-ci mərtəbəsində yerləşən 54-cü mənzilin giriş qapısında saxlanılan və həmin yerdən oğurlanmış ağ, göy rəngli “Start” markalı velosiped hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs anası X4 tərəfindən təqdim edilmiş, velosipedə baxış zamanı üzərində heç bir ziyan və ya deformasiya aşkar edilməmişdir (i.v. 48); əşyanın tanınmaya təqdim edilməsi haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 01 ədəd “Start Light” markalı və 01 ədəd “Kross Evado” markalı velosipedləri rəngindən, markasından, işlənmə dərəcəsindən və ölçüsündən tanımışdır (i.v. 50-52); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3195 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən velosipedlərin istifadədə olması nəzərə alınmaqla orta bazar qiymətilə ümumi dəyəri təxminən 550,00 manat müəyyən müəyyən edilir. O cümlədən: 1) 01 ədəd “Start Light” markalı, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped 200 manat; 2) 01 ədəd “Kross Evado 3.0” markalı, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped 350 manat (i.v. 102-104); 12 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən “Start Light” və “Kross Evado 3.0” markalı velosipedlər təhvil alınmışdır (i.v. 122); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə X5 qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə olmaqla 2 (iki) gün həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılmaqla, X2 üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin xx.xx.2023cü il tarixdən hesablanması, iş üzrə maddi sübut kimi tanınan – 01 ədəd Star Light markalı qara rəngli velosipedin və 01 ədəd Kross Evado 3.0 markalı qara velosipedin Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə-narkoloji ekspertiza tədqiqatlarının ümumi dəyəri 131 (yüz otuz bir) manat məbləğində məhkəmə xərcinin X1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir (i.v. 144-151); axtarışda olan şəxsin tutulması haqqında 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00 radələrində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (i.v. 154); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 178); ifadənin yerində yoxlanılması haqqında 01 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmişdir (i.v. 195-196); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-567/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmişdir (i.v. 204-207); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 208); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir; Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işinin icraatına xx.xx.2023-cü ildə CPM-nin 40.3 və CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir (i.v. 211-213); Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 220); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında, ifadənin yerində yoxlanılması haqqında və digər istintaq hərəkətlərinə dair protokollar, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3195 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişlər, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Start Light” markalı, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped və 01 ədəd “Kross Evado 3.0” markalı, qara rəngli, dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır (i.v. 221-227); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən dəymiş ziyan tam şəkilə ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində həbs cəzası ilə əlaqədar olmayan cəzanın verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.12, 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 mart 2020-ci il tarixli qərarına əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmçinin, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəzadan xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azad edildiyindən və həmin qərarın 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürüldüyündən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 30 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin X1 tutulması və iş üzrə maddi sübut kimi tanınan – 01 ədəd “Star Light” markalı qara rəngli velosipedin və 01 ədəd “Kross Evado 3.0” markalı qara velosipedin Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qsimində saxlanıldığı müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vas itənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin X1 tutulması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan – 01 ədəd “Star Light” markalı qara rəngli velosipedin və 01 ədəd “Kross Evado 3.0” markalı qara velosipedin Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar