Məhkəmə qərarları › İş №1(011)-586/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-586/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-586/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, subaydır, əvvəllər məhkum olunmamış, işləmir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X1 arasında nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş iki azyaşlı övladları ilə görüşə icazə alması üçün 22 aprel 2024-cü il tarixdə saat 14:36-da keçmiş arvadı Zərərçəkmiş şəxs işlədiyi ünvan 2 ünvanındakı "Neptun" marketə gəlib marketin qarşısında bu barədə Zərərçəkmiş şəxs razılıq alarkən, onun övladları üçün alimenti ödəmədiyi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə sillə ilə vuraraq ona sol çənə nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, çeynəmə aktının pozulması, sol yanaq nahiyəsinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ibtidai isintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, dəfələrlə zərərçəkmiş şəxsdən üzr istəyərək barışmaq istəsə də, zərərçəkmiş şəxsin onunla barışmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, hal-hazırda rayonlarda usta işlədiyi üçün ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. Nikahlarından xx.xx.2016-cı ildə qızları Qulamzadə Fatimə, xx.xx.2019-cu ildə qızları Qulamzadə Əsmər doğulmuşlar. Təqsirləndirilən şəxsla evləndikləri vaxtdan 1 il keçəndən sonra sonuncu tez-tez evdə mübahisə edib döymüşdür. Bir neçə dəfə Fərman tərəfindən döyülməyi ilə bağlı şikayətlər etmiş, lakin azyaşlı qızları olmasını nəzərə alıb barışaraq yaşamışdır. Son 2 il olar ki, Təqsirləndirilən şəxs işləmir, işləyəndə də üzərinə çoxlu borclar yığmışdır. Buna görə də aralarında mübahisələr olurmuş. Bu kimi səbəblərə görə 24 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs boşanaraq 2 azyaşlı qızlarını da özü ilə götürüb valideynlərinin evinə getmişidr. xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə rəsmən boşanmışlar. Boşandıqdan sonra Təqsirləndirilən şəxs aliment ödəməmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində ünvan 3 ünvanda yerləşən "Neptun" marketdə işdə olduğu zaman Təqsirləndirilən şəxs marketə gəlib onunla danışmaq istədiyini bildirib marketdən bayıra çıxmağını xahiş etmişdir. Marketdə səs-küy olmasın deyə etiraz etməyib mağazanın qarşısına çıxmışdır. Mağazanın qarşısında Təqsirləndirilən şəxs bildirmişdir ki, nə üçün uşaqları ilə görüşməyə icazə vermir. O da Təqsirləndirilən şəxs izah etmişdir ki, qızlarının maddi ehtiyaclarını təmin etmək üçün aliment ödəməyi vacibdir. Alimenti ödəsin, qızları ilə də görüşsün. Lakin Təqsirləndirilən şəxs bunu başa düşməyib mübahisə etmiş və gözləmədiyi anda sağ əli ilə çənə nahiyəsinin sol tərəfinə zərbə ilə bir sillə vurub dərhal da getmişdir. Təqsirləndirilən şəxs sillə zərbəsi güclü olduğuna görə çənə nahiyəsində şiddətli ağrılar başlamışdır. Buna görə də telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edib Təqsirləndirilən şəxs tərəfindən döyməsi barədə şikayət etmişdir. Şikayətindən sonra Xətai RPİ-nin 37-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs sillə ilə çənə nahiyəsinə vurması 1-2 saniyə anında baş vermiş, şahidi kimlər olduğunu bilməmişdir. Çünki həmin vaxt yanlarında kənar adam olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ağır cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 may 2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanması qərara alınmışdır. (i.v. 1); Zərərçəkmiş şəxs 22 aprel 2024-cü il tarixində Bak şəhəri Xətai RPİ-nin 37-ci PŞ-ə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 15:30 radələrində işlədiyi Xətai rayonu, Ağ şəhərdə yerləşən Neptun marketin qarşısında olan zaman keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs aliment ödəmək istəmədiyi üçün onunla mübahisə etmiş, daha sonra bir dəfə şillə ilə sol sifət nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir, onu və azyaşlı Babayev Əlini öldürəcəyi ilə hədələmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir(i.v6) xx.xx.2024-cü il tarixində hadisə yerinə baxış keçirilməsi barədə tərtib edilmiş protokoldan və fotoşəkillərdən görünür ki, hadisə ünvan 3 ünvanda baş verib. (i.v.10-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 417 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol çənə nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, çeynəmə aktının pozulması, sol yanaq nahiyəsinin qançırları kimi xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarələrin xarakter ve lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcədə öz boyu hündürlüyündən yıxılması naticəsində əmələ gəlməsi inkar olunur. (i.v 15-16) 27 aprel 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ağ paltarda olan Zərərçəkmiş şəxs ilə başında kepkası olan və şəxsiyyəti Təqsirləndirilən şəxs olması məlum olan şəxs üzbə-üz dayanıb söhbət etdikləri yerdə, Təqsirləndirilən şəxs 1 dəfə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurur, sonuncu üzünü tutur, lakin onlar yenı olduqları yerdə dayanıb söhbətlərini davam etdirirlər.(18) 11 iyun 2024-cü il tarixində zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 22) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı övladları vardır.(i.v 32a) 16 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır.(i.v 62-63) 16 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 80-81) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 01 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v85a ); Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış 320 saylı nigahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 anaları Zərərçəkmiş şəxs yanında saxlanması qət edilmişdir.(i.v 89-92a) 04 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbacyan Respublikası CM-nin 221ci maddəsinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibi rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə sillə ilə vurmasının görüntüsü olan 01 ədəd DVD- R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 417 nömrəli rəyi, hadisə yerinə və diskə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilməsi, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs qəsdən sillə vuraraq xəsarət yetirməsinin görüntüsünü özündə əks etdirən DVD-R formatlı diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 14:36-da baş vermişdir. Odur ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs qəsdən sillə vuraraq xəsarət yetirməsi faktının xx.xx.2024-cü il tarixdə saat 14:36-da olması nəzərə alınması qərara alınmışdır (i.v 93-97) Məhkəmə iclaslında diskə baxış keçirilmiş, 27 aprel 2024-cü il tarixli diskə baxış protokolunda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsdən üzr istəməsini (CM59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin olunmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar