Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-589/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunan, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən 04(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 08 iyul 2024-cü il tarixdə saat 14:30-da ünvan 1 ünvanında «Neptun» supermarketdə müştəri qismində olarkən spirtli içkilər şöbəsindən 148 manat 50 qəpik dəyərində 0.7 litrlik bir ədəd «Chivas Regal» markalı, 120 manat 40 qəpik dəyərində 0.7 litrlik bir ədəd «Jack Daniels» markalı spirtli içki viskiləri, 18 iyul 2024-cü il tarixdə saat 15 radələrində həmin ünvanda yerləşən həmin marketdən 1400 manat dəyərində 0.7 litrlik bir ədəd «Macallan» markalı, 148 manat 50 qəpik manat dəyərində 0.7 litrlik bir ədəd «Chivas Regal» markalı, 120 manat 40 qəpik dəyərində 0.7 litrlik bir ədəd «Jack Daniles» spirtli içki viskiləri, həmin tarixdə saat 19 radələrində həmin marketdən hər birinin dəyəri 200 manat, cəmi dəyəri 400 manat olan hər biri 0.7 litrlik iki ədəd «Glenfiddich» markalı, 120 manat 40 qəpik dəyərində 0.7 litrlik bir ədəd «Jack Daniels» markalı spirtli içkilər olan viskiləri və 23 iyul 2024-cü il tarixdə saat 19 radələrində həmin marketdən hər birinin dəyəri 900 manat cəmi dəyəri 1.800 manat olan hər biri 0.7 litrlik iki ədəd «Remy Martin» markalı, 410 manat dəyərində 0.7 litrlik bir ədəd “Glen Keith” markalı, 1400 manat dəyərində 0.7 litrlik bir ədəd «Macallan» markalı spirtli içki viskiləri, ümumilikdə dəyəri 6.068 manat 20 qəpik olan əmlakı vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 6.068 manat 20 qəpik (altı min altmış səkkiz) xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqla müəyyən edilməmiş vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,521 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 29 iyul 2024-cü il tarixdə saat 17:00-da Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılıb Xətai rayonu, Mehdi Mehdizadə 69 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,521 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etdiyini, törətmiş olduğu əməllərdən səmimi peşman olduğunu bilirərək ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayından ünvan 1 ünvanında yerləşən «Neptun» supermarketdə mağaza müdiri vəzifəsində işləyir. 28 iyul 2024cü il tarixdə satış gəlirlərini hesablayan zaman mağazaya məxsus spirtli içkilərin sayının az olmasını, lakin həmin spirtli içkilərin satışının həyata keçirilmədiyini aşkar etmişdir. Bundan sonra mühafizə otağına gedərək orada mağazanın içərisində quraşdırılmış mühafizə kamerasına baxış keçirtmişdir. Baxış keçirən zaman həmin əksik olan spirtli içkilərin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra şirkət tərəfindən müvafiq hesablama aparılmış və qiymət üzrə çıxarış tərtib olunmuşdur. Həmin şəxsin supermarketdən 410 manat dəyərində bir ədəd “Glein Keith” markalı, iki ədəd hər biri 148 manat əlli qəpik olan “Chivas Regal”markalı, iki ədəd hər biri 1.400 manat olan “Macallan” markalı, iki ədəd hər biri 200 manat dəyərində “Glenfiddich” markalı, iki ədəd hər biri 900 manat olan “Remy Martin” markalı və üç ədəd “Jack Daniles” markalı spirtli içkiləri oğurlaması şirkət tərəfindən hesablamalar nəticəsində müəyyən olunmuşdur. Hal-hazırda onlara vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Xətai RPİnin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 29 iyul 2024-cü il tarixdə saat 17:00-da 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman ünvan 1 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra şəxsiyyəti barədə məlumat soruşduqda özünü xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək 37-ci PŞ-nə dəvət etmişlər. PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün baş təhqiqatçı Budaq Budaqlıya təhvil vermiş, şöbədə olan zaman həmin şəxsin xx.xx.1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Şiləvar ərazi dairəsi, Digah kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması soruşduqda bükümün içərisində narkotik vasitə olan heroinin olduğunu və həmin heroini Xətai rayonunda yerləşən “NZS” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Bundan sonra bir ədəd bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkidə 0.78 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Neptun” supermarketdən 01 ədəd “Chivas” və 01 ədəd “Jack Daniels” markalı spirtli içki oğlurlamasını və həmin spirtli içkiləri oğurladıqdan sonra özü istifadə etməsini bildirmişdir. Bunun əsasında da təhqiqatçı tərəfindən müvafiq sənədləşdirmə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 iyul 2024-cü il tarixli qərardan görünür ki, HK-1/2285(37PŞ) N-li araşdırma materialı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* N-li cinayət işi başlanaraq icraata qəbul edilmiş və istintaqının aparılması qərara alınmışdır. (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə, saat 17:30 radələrində tutulmuş, tutulmanın əvvəli azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 29 iyul 2024-cü il 17:00-dan hesablanmışdır.(i.v.23); şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2,Xətai RPİ-nin X8 inspektoru polis baş leytenantı X14, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X15 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması soruşduqda bükümün içərisində narkotik vasitə olan heroinin olduğunu və həmin heroini Xətai rayonunda yerləşən “NZS” adlanan ərazidən tanımadığı şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Bundan sonra bir ədəd bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkidə 0.78 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. (i.v 34-35) 30 iyul 2024-cü il tarixli vətəndaş Nümayəndə tərəfindən Xətai RPİ-nin 37-ci PŞ-ə ünvanlanan ərizəsindən görünür ki, Xətai rayonu Ağ Şəhər Mərkəzi Bulvar küçəsində yerləşən müdir kimi fəaliyyət göstərdiyi Neptun marketdən naməlum şəxs müxtəlif vaxtlarda daxil olaraq 5600 manat məbləğində spirtli içki oğurlamış, həmin şəxsin tapılaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. (i.v 44) 30 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 1 ünvanında yerləşən «Neptun» supermarketin içərisində baş vermişdir. (i.v 46-48) 29 iyul 2024-cü il tarixli yaddaş kartına baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerini qeydə alan videomüşahidə cihazının görüntüsünə baxış keçirilmiş, baxış zamanı diskin yaddaşında 12 ədəd video fayl olması müəyyən edilmiş, həmin görüntülərdə Təqsirləndirilən şəxs mağazada spirtli içki oğurlaması müşahidə olunmuşdur.(yaddaş kartı iş materiallarına əlavə edilmişdir)(i.v 49) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 30 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3888 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Zərflər üçün № 153» dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,521 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına(Siyahı İ) daxildir. (ekspertiza xərci 65 manat)( i.v 51-54) 31 iyul 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* N-li cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 177.2.4 və 234.1 maddələrinə tövsif edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır.(i.v 63) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 78-79); 31 iyul 2024-cü il tarixli elektron məlumat daşıyıcısında olan məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:44-də 01 ədəd, daha sonra isə 14:45-də 01 ədəd spirtli içkini rəfdən götürərək özü ilə gətirdiyi əl səbətinin içərisində olan mavi rəngli paketin içərisinə qoyması və oradan uzaqlaşması, bundan sonra xx.xx.2024-cü il tarixdə saat 19:01-də 02 ədəd spirtli içkini rəfdən götürərək özü ilə gətirdiyi əl səbətinin içərisində olan mavi rəngli paketin içərisinə qoyaraq uzaqlaşması, xx.xx.2024-cü il tarixdə saat 19:08-də 02 ədəd, 19:10-da 01 ədəd spirtli içkini rəfdən götürərək özü ilə gətirdiyi əl səbətinin içərisində olan mavi rəngli paketin içərisinə qoyaraq uzaqlaşması aşkar edilmişdir.İş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd elektron məlumat daşıyıcısı sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. ( i.v 93-94) 31 iyul 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən “Neptun” supermarketdən oğurluq etməsi barədə ifadədə dediklərini təkrar etmiş, hadisə yerində göstərmişdir. (i.v 95-98) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-533/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 iyul 2024-cü il tarixdən hesablanmışdır. (i.v 105-108) AZE12804314 və AZE 18221797 şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-cü il təvəllüdlü X2 adlı iki azyaşlı uşağı var. (i.v.118-119) 14 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü ildə cəza müddəti bitmişdir. (i.v 121-123) 02 sentyabr 2024-cü il tarixli "xxxx" MMC-nin Xətai Rayon Polis İdarəsinə ünvanladığı ərizədən görünür ki, 01 avqust 2024-cü il tarixdə ünvan 9 ünvanında yerləşən Neptun supermarket Ağ şəhər filialında baş vermiş oğurluq hadisəsi zamanı Sahil trading MMC-ə 6068 manat zərər dəymiş, qeyd olunan faktla bağlı araşdırma aparılaraq müvafiq şəxslərin məsuliyyətə cəlb olunmalarını xahiş etmişdir.( i.v 131) 02 sentyabr 2024-cü il tarixli hüquqi şəxsi zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, ünvan 10 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (i.v 148) Lənkəran Rayon Məhkəməsinin 1(049)-177/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinirək 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəllinin 21 yanvar 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. (i.v 164-168) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Narkoloji X17 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2024-cü il tarixli 5861 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası “Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 174-175) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-531/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, barəsində seçilmiş “ ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli , 4(011)-533/2024 saylı Qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 10 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır(i.v 177-186) 09 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4 və 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılması və barəsində seçilmiş "həbs" qətimkan tədbiri nəzərə alınması, Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi,cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması protokolu, həmin prosesin əks olunduğu DVD diskə baxış protokolu, elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə protokol, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/3888 №-li, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 5861 Ne-li rəyləri əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qiymətləndirilməsi, Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan vaxtı üzərindən götürülmüş 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinin götürülməsinə dair videoçəkiliş aparılaraq «DVD»-yə köçürülmüş 1(bir) ədəd disk və 01 ədəd elektron məlumat daşıyıcısı maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilməsi, X3 üzərindən götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,521 qram (tədqiqata 0,050 qram sərf edildikdən, sonra qalıq çəkisi 0,471 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinin çəkisi eskpert rəyinə uyğun götürülsün və 0,521 qram hesab edilməsi, X7 məhkumluğu ödənilməmiş şəxs hesab edilsin və onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməsi, Qeyd olunan xüsusatın X3 Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınması, X4 himayəsində xx.xx.2014-cü il təvvəllüdlü X5 və xx.xx.2018 təvəllüdlü X1 olması müəyyən edildiyindən qeyd olunan xüsusatın Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən X4 məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan və kimdən əldə etməsinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən ayrıca icraata material ayrılsın və araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PS-ya göndərilməsi qərara alınmışdır (i.v 203-212) Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza 177.2.4-cü maddəsinə əsasən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması(CM 59.1.4), İİİ qrup əlil olmasını və əməlindən səmimi peşman olmasını(CM59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanın çəkilməmiş 03 ay 22 gün hissəsindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə şərti azad olunduğu tarixdən 02 il müddət keçmədən yenidən cinayət törətdiyindən o, qəsdən az ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal cinayətlərin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübutlar – 01 ədəd DVD formatlı disk və 01 ədəd elektron məlumat daşıyıcısı iş materiallarında saxlanılmalı, qalıq qalmış narkotik vasitə höküm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02(iki) il 06(altı) ay müddətinə, həmin məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)- 491/2023 saylı hökmü ilə təyin edilmiş 04(dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, onun üzərində qəti olaraq 05(beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan qalıq 0,471 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar – 01 ədəd DVD formatlı disk və 01 ədəd elektron məlumat daşıyıcısı iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-589/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-589/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver