Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-59/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, nümayəndəsi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçi – X1, Təqsirləndirilən şəxs və müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 və Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, aşpaz işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Bayramlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Xətai rayonu məhəllə 2942 A Xudu Məmmədov küçəsində yerləşən 38 saylı yaşayış binasının qarşısında digər şəxslərə birlikdə dayanıb söhbət etdikləri vaxt, həmin binanın 60 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs evinə qonaq gəlmiş Şahid1 binadan çıxaraq yaxınlıqda yerləşən mağazadan su alıb qayıdarkən sonuncuya nalayiq sözlər dedikləri üçün Şahid1 ağlayaraq Zərərçəkmiş şəxs mənzilinə getmiş, sonuncu bu hərəkətlərinə görə onların yanına gedib irad bildirərkən aralarında mübahisə yaranmış və həmin mübahisəni həll etmək məqsədi ilə o, digər şəxslərlə birlikdə Zərərçəkmiş şəxs yaşayış binasının arxasına apararaq orada qabaqcadan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, zor tətbiq edərək əl və ayaqla ona çoxsaylı zərbələr endirib “burun nahiyəsində qançırlar, sağ almacıq nahiyəsində sıyrıqlar”dan ibarət sağlamlığa zərər vurmayan, “hər iki gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması”ndan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarəti yetirməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sol yanağından qəsdən bir yumruq zərbəsi vuraraq ona “sifətin sol yan səthinin yumşaq toxumasının hematoması ilə müşayiət olunan sol almacıq qövsünün qapalı qəlpəli yerdəyişən sınığı” ilə müşayiət olunan, onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı binanın həyətində Cavid və Ramin adlı dostları ilə dayanıb söhbət etmişlər. Bu vaxt bir nəfər tanımadığı xanım onların yanından keçərək ona baxıb gülümsəmiş və Neptun marketə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra həmin xanım əlində araq butulkası ilə qayıdarkən və onların yanından keçərkən yenidən ona baxıb gülümsəmişdir. Həmin xanımın binanın blokuna girməmişdən qabaq 5-10 saniyə gözlədiyini görmüşdür. Həmin xanım milliyətcə rusa bənzəmiş, yanında olan Ramin adlı dostu ona həmin qızla gedib tanış olmağı təklif etmişdir. O, rus dilini bilmədiyindən ona yaxınlaşmamışdır. Bundan sonra qız bloka daxil olmuşdur. Xanım bloka daxil olduqdan təxminən 15 dəqiqə sonra əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs qızın daxil olduğu blokdan çıxaraq onlara yaxınlaşmış və onu çağıraraq qıza söz atıbatmadığını soruşmuş, Rufat gəlməmişdən qabaq Ramin ona şəhərin mərkəzində işi olduğunu bildirib oranı tərk etmişdir. O, Rufata qıza söz atmadığını bildirmiş, Rufat qıza söz atıb-atmağını bir neçə dəfə soruşmuş, sonunda məcbur olub yalandan qıza söz atdığını demişdir. O, Rufatdan ətrafda qonşuların eşitməməsinə və ayıb olduğuna görə qışqırmamasını xahiş etmiş, Rufata binanın arxasına keçməsini demiş və Rufat onunla razılaşmışdır. Bununla da onlar yəni o, Cavid Hüseynov və Rufat binanın arxa hissəsinə getmişlər. Orada olan vaxt Rufat onun yaxasından tutmuş və o da Rufatın yaxasından tutmuşdur. Cavid onları aralayarkən Rufat onun sağ qulaqarxası nahiyəsinə şillə vurmuş və onun ünvanına söyüş söymüşdür. Bu vaxt o, Rufatın yumruqla sol gözlatı nahiyəsinə bir dəfə vurmuş, Rufat yerə yıxılmış və yaxınlıqdakı ağ rəngli avtomobilin sağ qanad tərəfinə üzünün sağüstü nahiyəsi ilə dəymişdir. Daha sonra o, qaçıb getmiş, orada olan dostu Cavid Rufatı binanın həyətinə qədər aparmışdır. Daha sonra polis əməkdaşları gəlmiş və Rufat onların yanında məhəllədə olan 3 nəfəri göstərib onu vurduqlarını demişdir. O, özü 36-cı PB-nə getmiş və olanları danışmışdır. Rufatla söhbət edərkən onun spirtli içki qəbul etdiyi qoxudan və hərəkətlərindən hiss olunmuşdur. Dava-dalaş zamanı onun əynində ağ köynək, cins şalvar olmuş, Raminin əynində qolu qısa “POLO” markalı qırmızı köynək, Cavidin isə əynində qolu qısa tünd rəngdə köynək olmuşdur. Rufatla aralarında mübahisə yaranan zaman məhlədə çoxlu sayda insan olmuş, daha sonra onlar binanın arxasına arakəsmə ilə getdikdən sonra orada baş verən dava-dalaş hadisəsini kimsənin görüb-görməməsini bilməmişdir. Dava-dalaş mübahisə başlayandan sona kimi təxminən 10 dəqiqə müddət ərzində baş vermişdir. Digər xəsarətlərin hansı şəraitdə yaranması ona məlum deyildir. Əməlindən səmimi peşmandır, Rufatla barışmağa cəhd etmiş, sonuncu onunla barışmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ədavəti olmamış, Rufata bir yumruq vurmuş, hadisə yerində o və Cavid olmuş, Ramin olmamış, Rufatı sifətindən vuranda yıxılmış və sifəti maşına dəymiş, məhəllədə Cavid və Raminlə çox vaxtı birlikdə olmuş, Cavidlə söhbət etdiyindən məhəllədə yubanmış, Rüfətə 2-ci zərbə vuran olmamış, Rufatın sifəti markasını bilmədiyi ağ maşına dəymiş, narkotik vasitədən istifadə etməmiş, bu barədə heç kimlə danışmamış, təhqiqatda Cavidin adını çəkmiş, bölməyə özü getmiş, hadisədən sonra 2-ci kvadrat adlanan yerdə olmuş, sonra 36-cı PB-nə getmiş, maşınla Rufat arasında təxminən 1 metr məsafə olmuş, maşın solda olmuş, həyacanlı olduğundan Rufatın maşının qabaq və ya arxa tərəfində dəydiyini dəqiq görməmiş, Viktoriya çıxanda Neputun marketin yanında durmuş, Viktoriyanın arxasınca getməmiş, hansı bloka daxil olduğunu görməmiş, dayandığı yerdən blok görünməmiş, Viktoriyanın əlində araq olmuş, Rufat içkili olmuş, Rufat gələndə Cavidlə o olmuş, həyətdə çox adam olmuş, Rufat səs-küy salmış, Rufatı sakitləşdirmək üçün kənara çəkmiş, Rufat qıza söz atanı söymüş, ona sillə vurmuş, ona görə Rufatı vurmuş, Rufatı sol tərəfdən vurmuş, sağ tərəfi yıxılanda maşına dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anası X6 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Özü subaydır və Vəkillər Kollegiyasının üzvü olmaqla ünvan 3il bürosunda vəkil işləyir. xx xxxx 2020-ci il tarixdə günorta radələrində ailəvi tanışları olan Viktoriya İzmayilova adlı xanım onlara qonaq gəlmişdir. Bir müddət sonra saat 19 radələrində Viktoriya özünə sərin su almaq üçün yaşadığı evin yaxınlığında yerləşən “Neptun” marketə getmiş və qayıtdıqda ağlayaraq, eyvandan həyətin girişində dayanan 4-5 nəfər oğlanı göstərərək ona sataşaraq söz atdıqlarını bildirmişdir. Bundan sonra o, saat təxminən 19:05-də həyətə düşmüş və həmin oğlanlara yaxınlaşıb salamlaşıb, bu həyətdə yaşayıb-yaşamadıqlarını soruşmuşdur. Həmin şəxslər ona bu məhlədə yaşadıqlarını bildirdikdə o: “özünüz də bu məhlədə yaşayırsız, qonşulara söz atmaq yaxşı iş deyil, çünki kiminsə anasına, bacısına sataşmış olursuz, bu cür özünü aparmazlar” demişdir. Bu zaman ağ köynəkli oğlan ona cavab olaraq “mən hamıya belə deyirəm, gəl keçək qırağa sənə başa salım özünü necə aparmaq lazımdır” deyə bildirmişdir. Həmin oğlanlar onu binanın həyətinə gətirmişlər, daha sonra burda adam çoxdur deyib dartışdıraraq həyətdə olan ara keçiddən binanın yan hissəsində yerləşən qumluq bir yerə aparmışlar. Oraya keçən kimi həmin şəxslər qəflətən ona hərəsi bir tərəfdən üzünə, başına, kürəyinə, çiyninə, dizlərinə ayaq və yumuruqları ilə zərbələr yetirməklə döymüşlər və o, yerə yıxılmışdır. Bundan sonra həmin ara keçiddən 2 nəfər üzlərini xatırlamadığı şəxsin onlar istiqamətində gəldiyini görmüş və onu vuran şəxslər bunu görüb, “adam gəlir deyərək” onu tez ayağa qaldırmışlar və bir neçəsi onu qolundan tutaraq biri-birinə “gəl keçək qırağa burdan adam gəlir, davamını orda başa salaq” deyərək, həmin yerdən aşağı yola yaxın yerdə yerləşən tikintisi başa çatmayan sahə istiqamətində güclə aparmağa çalışmışlar. O, həmin şəxslərin əlindən zorla çıxaraq tez yürüşlə yol ilə gələn 2 nəfər istiqamətində gedərək ara keçiddən həyətə gəlmiş, həmin şəxslər isə onun arxasınca gəlirmişlər. Bundan sonra o, tez blokun qapısını açıb, evə qalxmışdır. O, dərhal öz mobil telefonundan DİN-nin 102 xidmətinə zəng etmiş, lakin kommutator bildirmiş ki, xətlər məşğuldur onun növbəsi 42-dir. Vaxt itirmədən Xətai RPİnin 36-cı Polis Bölməsinin (***)******* şəhər telefonuna zəng edərək döyülməyi barədə məlumat vermiş və polis əməkdaşları ona bölməyə yaxınlaşmağı tövsiyyə etmişlər. O, həmin gün təxminən saat 20:00 radələrində 36-cı Polis Bölməsinə getmək üçün evdən çıxmış və həyətdən çıxdıqdan sonra Viktoriya onun mobil telefonuna zəng edib bildirmiş ki, hal-hazırda eyvandan görür ki, həmin şəxslər onun arxasınca gəlir. O, arxaya baxdıqda həmin şəxslərin hamısının arxasınca gəldiklərini görmüşdür. Bu səbəbdən də o, sürətlə yeriməyə başlamış və adamların çox olduğu yol ilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə getmişdir. Polis Bölməsində olanlar barədə ətraflı danışmış və döyülməyi barədə xx xxxx 2020-ci il tarxli rəsmi ərizə ilə müraciət etmişdir. Polis Bölməsindən çıxıb evə qayıtmış və bir müddət sonra vəziyyəti pisləşdiyindən Viktoriya saat 22:55 dəqiqədə onun mobil telefonundan X11 (103 xidmətinə) zəng edərək həkim çağırmışdır. Bir müddət sonra X14 əməkdaşları gəlmiş və vəziyyətinin ağır olduğunu bildirərək onu xəstəxanaya aparmışlar. Həmin vaxt onun başında, üzündə və bədənində kəskin ağrılar var idi və o, harda olduğunu tam dərk edə bilmirdi. Səhər oyandıqda tibb bacısı onun Sabunçu Rayonu 3 saylı xəstəxanaya yerləşdirildiyini, kəskin ağrılar olduğundan iynə vurulduğunu və vəziyyətinin ağır olduğunu bildirmişdir. Daha sonra onun üz və baş nahiyəsinin tomoqrafiyası çəkilmiş və müəyyən olunmuş ki, üz almacıq sınıb, beyin silkələnməsi və digər müxtəlif xəsarətlər almışdır. Onu döyən şəxsləri hadisədən əvvəl tanımamışdır. Halhazırda üzdən tanıya bilər. Ona xəsarət yetirən 4 nəfər şəxsdən ikisinin adı və soyadı ona məlumdur, onlar Təqsirləndirilən şəxs və Cavid Hüseynovdur. Ona xəsarət yetirən şəxslərdən birinin adı və soyadının Təqsirləndirilən şəxs olması ona ilkin araşdırma zamanı məlum olmuşdur. Digər şəxsin ad və soyadının Cavid Hüseynov olması isə xx xxxx 2020-ci il tarixdə o, 36-cı Polis Bölməsində izahat verdiyi zaman, onun mobil telefonuna 051 *** ** ** mobil nömrəsindən zəng gəldikdə və o, cavab verdikdə zəng edən şəxs onu vuran oğlan Cavid Hüseynovun atası olduğunu bildirərək özünü Ramiz adlı şəxs kimi təqdim etmişdir. Həmin şəxslərə o, 36-cı Polis Bölməsində olduğu üçün, bölməyə yaxınlaşmaqlarını təklif etmişdir. Qısa müddət ərzində özünü Cavid Hüseynovun atası kimi təqdim etmiş Ramiz adlı şəxs, Cavid Hüseynov özü və anası 36-cı Polis Bölməsinin həyətinə gəlmişlər, həmin onu vuran Cavid Hüseynovu o, üzdən tanımış və ona məlum olmuşdur ki, onun 22 yaşı vardır. Sözügedən 4 nəfər şəxs onu hadisənin baş verdiyi yerə apardıqda, onunla üzbəüz Təqsirləndirilən şəxs, sol tərəfində Cavid Hüseynov, sağ tərəfində isə digər adlarını bilmədiyi iki nəfər şəxs durmuşlar. Ona ilkin olaraq Cavid Hüseynov adlı şəxs sol yanağından yumruqla zərbə yetirmiş, daha sonra Təqsirləndirilən şəxs adlı şəxs sağ gözündən daha sonra sol yanağından yumuruqla zərbələr yetirmiş, o, ağrıdan üzünü tutduqda digər adlarını bilmədiyi şəxslərdən biri onu təpiklə vurmağa başlamış, o birisi isə arxadan başına və bədəninə zərbələr yetirmiş, bundan sonra o, yerə yıxılmışdır. Binanın qarşısında o, dörd nəfər şəxsə yaxınlaşdıqda Viktoriya eyvandan həmin şəxslərin onu dartışdırmalarını görmüş, binanın qarşısından arxa tərəfinə keçdikdə isə həmin şəxslərin onu dartışdırmalarını onların binasının kommendantı Akif görmüş, yaşadıqları binanın qarşısında insanlar olmuşdur. Özü həmin vaxt spirtli içki qəbul etməmiş, heç kimə zərbə vurmamışdır. Təqsirləndirilən şəxs izahatında ilk olaraq onun Vüsalı şillə ilə vurmağa cəhd etməsini göstərməsi tamamilə yalandır. Təqsirləndirilən şəxsdən şikayətçidir, bunun məhkəmə tərəfindən nəzərə alınmasını və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə olan yerdə maşın olmamış və üzü maşına dəyməmiş, hadisə yerində Vüsal, Cavid , Ramin və 4-cü şəxs olmuş, Viktoriya onlara günorta saatlarında gəlmiş, həmin gün spirtli içki içməmiş, Viktoriya su istədiyindən marketə getmiş, onu birinci Cavid, sonra Vüsal vurmuş, daha sonra yıxılmış, dörd nəfərin dayandığı yer eyvandan görünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə ailəvi dostları olan Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanına gəlmişdir. Orada olarkən saat 19 radələrində o, yaxınlıqda yerləşən “Neptun” marketə su almaq üçün getmişdir. Bu vaxt yolda dayanmış əvvəllər tanımadığı 4 nəfər cavan oğlan ona söz atmışlar. Su aldıqdan sonra yenidən Rufatgilə qayıdarkən həmin 4 nəfər şəxsin hamısı ona nalayiq sözlər demiş, bu sözlər ona pis təsir etmişdir. O, Rufatgilə getmiş və ağlamışdır. Rufat ondan nə baş verdiyini soruşduqda o, həyətdə dayanmış 4 nəfər cavan oğlanın ona sataşıb, heç bir səbəb olmadan onu təhqir etdiklərini demişdir. Həmin şəxsləri o, Rufatın yaşadığı mənzilin eyvanından Rufata göstərmişdir. Rufat ona “mən onlara başa salacam ki, sən mənim qonağımsan belə şeylər etmək olmaz” deyə bildirmiş, bundan sonra Rufat aşağıya getmişdir. O isə eyvana çıxıb onlara baxmışdır. Həyətdə Rufat həmin şəxslərlə ilk olaraq əllə görüşmüş və nə isə söhbət etməyə başlamışlar. Bundan sonra həmin şəxslərdən ağ köynəkli olan Rufatın əlindən dartmağa başlamışdır. Həmin ağ köynəkli Rufatı qolundan dartaraq məhlənin içərisinə tərəf aparmışdır. Digər 3 nəfər şəxs də ağ köynəkliyə qoşularaq Rufatı dartmağa başlamışlar. Bundan sonra onlar birlikdə məhlənin içərisinə tərəf çəkilmişlər. O daha nəyin baş verdiyini görməmişdir.Təxminən 25- 30 dəqiqə sonra Rufat evə qayıtmışdır. Bu vaxt Rufatın əynindəki paltarlar cırılmış vəziyyətdə olmuş, üzündə və qolunda qançırlar olmuşdur. Rufat DİN-nin 102 zəng xidmətinə zəng etmiş, sonra polis bölməsinə ərizə yazmağa getmişdir. Eyvandan baxırkən həmin 4 nəfər şəxsin yenidən Rufatın arxası ilə getməsini görmüş, Rufata zəng edib, həmin 4 nəfər şəxsin onun arxasınca gəlməsini demişdir. Sonra Rufat və həmin 4 nəfər şəxs gözdən itmiş, təxminən bir saat sonra Rufat qayıtmışdır. Axşam saat 22 radələrində Rufat özünü pis hiss etmiş və qusmağa başlamışdır. O, X11 zəng etmiş, həkimlər gəlmiş, Rufatın vəziyyətinin pis olmasını və təcili xəstəxanaya getməli olduğunu bildirmişlər. Daha sonra Rufat təcili yardım həkimləri ilə birlikdə tanımadığı xəstəxanaya getmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, dayanmış dörd nəfər şəxsin hamısı ona söz atmış və nalayiq ifadə işlətmiş, Rufatgilə birinci dəfə gəlmiş, dava anını görməmiş, Rufatla spirtli içki içməmiş, marketdən araq yox su almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı binanın yaxınlığında yəni, Xudu Məmmədov küçəsində yerləşən dostu Təqsirləndirilən şəxs yaşadığı məhlədə olmuş, orada o, Cavid Hüseynov və Təqsirləndirilən şəxs yol ayrıcında dayanıb söhbət etmişlər. Bu vaxt bir nəfər tanımadığı xanım onların yanından keçərkən dostu Vüsala baxıb gülümsəmiş və yaxınlıqdakı “Neptun” marketə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra həmin xanım qayıdarkən və onların yanından keçərkən yenidən Vüsala baxıb gülmüş, daha sonra gəldiyi bloka getmişdir. Həmin xanım binanın blokuna girməmişdən qabaq 5- 10 saniyə gözləmiş sonra getmişdir. O, zarafatca Vüsala “qıza yaxınlaşmaq olar” demiş, Vüsal isə qızın milliyətcə rusa bənzədiyi üçün rus dilini bilmədiyini deyib onun arxası ilə getməmişdir. Daha sonra Vüsal və Cavidlə sağollaşıb oranı tərk etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Rufatı əvvəllər tanımamış, birinci dəfə müstəntiqin yanında görmüş, o getmiş, Vüsal və Cavid orada qalmış, Vüsal və Cavidlə məhlədə görüşmüş, çox vaxt onlarla birlikdə olmuş, əmisi oğlu Rəvanla görüşə getmiş və hadisə zamanı orada olmamış, Rəvanla Malakan bağında görüşmüş, məhlədən çıxanda Rəvana zəng etmiş, Rəvan Nizami küçəsində dönərxananın qarşısında gözlədiyini demiş, Rəvanla şəhərdə gəzmiş, sonra Bayıla getmiş, Rəvandan ayrıldıqdan sonra nənəsigilə getmiş, M.Hadi küçəsində olarkən Cavid zəng edib dava olduğunu, gəlməsini demiş, onunla H.Aslanovda görüşmüş, həmin vaxt ***-***-**-** nömrəsi olmuş və ondan istifadə etmiş, Cavid Rəvanın nömrəsini bilmiş, bölməyə birlikdə Vüsala dəstək üçün gəlmiş, Vüsalın qardaşı Fəzail, Seymur, Cavid və Vüsal bölmənin qarşısında olmuş, heç nə etmədiyi üçün bölmədə ondan izahat alınmamış, mübahisə zamanı Cavid və Vüsal olmuş, idarədə müstəntiq hadisənin videosunu göstərmiş, Cavid və Vüsalla arasında narkotiklə bağlı danışıq olmamış, Vüsal ibadət etdiyindən içki içməmiş və narkotikdən istifadə etməmiş, qızın görkəmi rusa oxşamış, qıza söz atmamış, Vüsala qıza yaxınlaşmaq olar demiş, qız marketdən spirtli içki almış, Cavid zəng vuranda nənəsigildə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X7 onun qohumudur. xx xxxx 2020-ci il tarixdə Cavid ona zəng edərək bildirmişdir ki, dostu Vüsal bir şəxs dalaşmış və onu vurmuşdur. Cavid Vüsalın atası və anasının karona virusa yoluxduqları üçün onların əvəzindən gedib, dava-dalaş nəticəsində xəsarət alan şəxslə barışmalarını demiş, o, özü həmin şəxsin mobil nömrəsini əldə etmiş və ona zəng etmişdir. Söhbət zamanı Rufata görüşməyi təklif etmiş, sonuncu isə hazırda 36-ci Polis bölməsinin inzibati binasında olduğunu bildirmişdir. O, Cavidin anası Dürrə və Cavid birlikdə 36-ci Polis bölməsinə getmişlər. Orada binanın qarşısında Rufatı gözləmiş, Rufat çıxdıqda o, sonuncuya yaxınlaşmış və üzündə xəsarətlər görmüşdür. Rufatdan barışmalarını xahiş etmiş, lakin Rufat buna razı olmamış və oranı tərk etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Rufatın yaşadığı evə gemiş və bir neçə dəfə qapını döymüş, Cavid onun kəndçisi olmuş, Rufatın nömrəsini təhqiqatçı vermiş, özünü Cavidin qohumu kimi təqdim etmiş, həmin vaxt Cavidin anası onunla olmuş, Vüsal üçün xahişə getmiş, Rufatın evinin yerini komendat demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı fərdi yaşayış evinin yaxınlığındakı binanın qarşısında yol ayrıcında dostları Təqsirləndirilən şəxs və Şahid3 ilə birlikdə dayanıb söhbət etmişlər. Bu vaxt bir nəfər tanımadığı xanım onların yanından keçərkən dostu Vüsala baxıb gülümsəmiş və yaxınlıqdakı “Neptun” marketə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra həmin xanım əlində araq butulkası ilə qayıdarkən və onların yanından keçib yenidən Vüsala baxıb gülmüş, daha sonra gəldiyi bloka getmişdir. Həmin xanım binanın blokuna girməmişdən qabaq 5-10 saniyə gözləmiş sonra getmişdir. Dostu Ramin zarafatca Vüsala “qıza yaxınlaşmaq olar” demişdir. Vüsal isə qızın milliyətcə rusa bənzədiyi üçün rus dilini bilmədiyini deyib, onun arxası ilə getməmişdir. Bundan sonra Ramin şəhərin mərkəzinə getməli olduğunu deyib onlarla sağollaşmışdır. Təxminən 15 dəqiqə sonra əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs qızın daxil olduğu blokdan çıxaraq onlara yaxınlaşmış, qıza söz atmaqlarını onlara irad bildirmişdir. Vüsal Rufata kənara söhbət etmələrini demiş, Vüsal məcbur qalıb söz atdığnı boynuna almışdır. O, Vüsal və Rufat məhlənin içərisinə tərəf getmiş, oradan isə arakəsmə ilə binanın arxasına getmiş, bu vaxt iki nəfər tanımadığı cavan oğlan da oraya gəlmişdir. Onlar həmin şəxslərə “dava-dalaş yoxdur, gedə bilərsiniz” deyə bildirmiş, bu sözdən sonra həmin iki nəfər cavan oğlan oradan uzaqlaşmışlar. Binanın arxasında olarkən Rufatla Vüsal aralarında söhbət etməyə başlamışlar. Rufat içkili olmuş, Rufat və Vüsal yaxalaşmağa başlamış, o, bu zaman hər ikisini aralamağa çalışmışdır. Rufat Vüsala bir dəfə şillə vurmuş, Vüsal da Rufatın sol gözündən bir dəfə yumruq vurmuşdur. Bu yumruğun təsirindən Rufat yerə yıxılmış, başı yaxınlıqda saxlanılmış ağ rəngli avtomobilin arxa tərəfinə dəymişdir. Daha sonra Rufat ayağa qalxmış və içkili olduğundan yenidən yerə yıxılmışdır. Rufata köməklik edib onu, binanın girişinə qədər aparmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin görüntülərinə baxmış, Rufat səs-küy salmış, Vüsal Rufatın qolundan tutub kənara çəkmiş, Rufatı məhlənin girişinə kimi aparmış, Rufat pilləkən ilə qalxanda yıxılmış, Rufatı yerdən qaldıranda Rufat onu itələmiş, hadisədən sonra məhlədə olmuş, sonra Vüsalla polis bölməsinə getmiş, lakin izahat verməmiş, Raminlə hadisədən iki saat sonra əlaqə saxlamış, Ramin deyəsən şəhərdə olmuş, Rufatı vuranda orada o, Vüsal və Rufat olmuş, Rufat onu da təhqir etmiş, lakin o yenədə Rufatı aparmış, Rufatı vurmamış, Vüsal Rufatı vuranda sonra Rufatın üzü maşına dəymiş, Vüsal Rufatı sol tərəfdən vurmuş, sağ tərəf isə maşına dəymiş, maşının qabaq və ya arxa hissəsinə dəydiyi dəqiq yadında qalmamış, Rufat maşına normal dəymiş, maşında xəsarətin olub-olmaması yadında qalmamış, ayın 7-si əmisi Ramiz və anası Rufatla görüşmüş, Ramiz doğma əmisi olmamış, kəndçisi olmuş, Vüsalın ata-anası korona olduğuna görə barışmağa onlar getmiş, anası onun üzünə tüpürməmiş, həmin vaxt atası ilə münasibəti yaxşı olmadığından barışmağa Ramiz getmiş, Ramiz və anası qayıtdıqdan sonra hara getməsini bilməmiş, bölmədən qayıdanda anası və Ramiz onunla qayıtmış, anası gedəndə görmüş, Ramizin Rufata zəng etməsini və onun evinə getməsini bilməmiş, Rufatın nömrəsini o verməmiş, bölmə vermiş, Rufatın evinə Ramizlə getməmiş, Ramizlə Rufatgilin həyətinə kimi getmiş, amma evə qalxmamış, namaz qıldığından narkotikdən istifadə etməmiş, dindirmə protokolunu özü imzalamış, narkotiklə bağlı heç kimlə arasında yazışma olmamış, Vüsalın yanına tez-tez gedib-gəlmiş, Rufatı əvvəllər tanımamış, qızı görünüşünə görə rusa bənzətmiş, onlar durduqları yerdən binanın dəhlizi görsənmiş, təxminən 20 dəqiqə sonra Rufat gəlmiş, Rufat onlara salam verməmiş, Rufat Vüsalın əlindən çəkib səs-küy etmiş, Vüsal sakitləşdirsə də Rufat dayanmamış, məhlə içi olduğundan kənarda insanlar olmuş, Rufatı sonra təqib etməmiş, qızın marketə girdiyini görmüş, durduğu yerdən marketin girişi görünmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Özü “xxxx” MTK-nın Bakı şəhəri Xətai rayonu 2942 A məhəllə X.Məmmədov küçəsində yerləşən 38 saylı yaşayış binasının komendantı işləyir. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində iş yerində nəzarətçi köşkündə olmuşdur. Bu vaxt görmüş ki, sakin Zərərçəkmiş şəxs əvvəllər tanımadığı 4 nəfər cavan oğlanla birlikdə köşkün yanından keçir. O, həmin 4 nəfər cavan oğlanın Rufatın dostları olduğunu fikirləşmişdir. Onlar bir qədər irəliləmiş və binanın tinində dayanmışlar. O, görmüş ki, həmin şəxslər Rufatı dartışdırmağa başlamışlar və orada olan, binanın arxasına aparan arakəsməyə tərəf aparırlar. O yenə də fikirləşmiş ki, onlar öz aralarında zarafatlaşırlar. Buna görə də məhəl qoymamışdır. 15 dəqiqə sonra görmüş ki, Rufat üzünü tutaraq yaşadığı mənzilin blokuna tərəf gedir. Rufat keçəndən sonra həmin 4 nəfər şəxs də yenidən onun oturduğu köşkün yanından keçib getmişlər. Növbəti gün səhər saatlarında o, Rufatı yenidən həyətdə görmüşdür. Onun üzü şişmişdir və üzündə qançırları var idi. O, Rufatdan soruşmuş ki, nə məsələdir. Rufat bildirmiş ki, bir gün öncə 4 nəfər şəxs tərəfindən döyülmüşdür. Bundan sonra Rufatın xahişi ilə binaya quraşdırılmış təhlükəsizlik kamerasının yaddaşından həmin görüntüləri götürməyə icazə vermişdir. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, Zərərçəkmiş şəxsla köşkün yanından keçmiş həmin 4 nəfər şəxsdən birinin və ya bir neçəsinin yanlarından keçən hər hansı xanıma sataşması faktının şahidi olmamışdır. Zərərçəkmiş şəxs yenidən olduğu köşkün yanından qayıdarkən üzü şişkin və qızarmış vəziyyətdə idi. Zərərçəkmiş şəxsı dartaraq aparan şəxslərin hamısı cavan idi. Başqa heç bir əlamətlərini xatırlamır. O bir nəfərin Rufatı dartdığını görmüşdür. Digər 3 nəfər şəxs isə kənarda durmuşlar. Daha sonra onlar birlikdə arakəsmə ilə binanın arxasına getmişlər. Lakin orada nə baş verdiyini görməmişdir. Zərərçəkmiş şəxs zərbə vurulmasının şahidi olmamışdır. Nə baş vermişdirsə binanın arxa tərəfində olmuşdur. Onun oturduğu köşkdən olanlar görünmürdü. Zərərçəkmiş şəxs yanında gördüyü şəxsləri tanımır. Zərərçəkmiş şəxs həmin 4 nəfər şəxslə binanın arxasına keçib 15 dəqiqə sonra qayıtdığı dövr ərzində həmin əraziyə insanların yığılmasının şahidi olmamışdır. Həmçinin orada dava-dalaş olmasından yoldan keçən şəxslərin xəbəri yox idi. Həmin 4 nəfər şəxs binaların arasından keçib getmişlər. Lakin konkret olaraq haraya getmələrini görməmişdir. Zərərçəkmiş şəxsla həmin şəxslər arasında olan söhbətləri eşitməmişdir. Həmin 4 nəfər şəxsdə hər hansı xəsarətin olmasına fikir verməmişdir. Həmin 4 nəfər şəxsi daha sonra orada görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə cinayət işi başlanılmışdır ( i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X13 xx xxxx 2020-ci il tarixli, 724 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sifətin sol yan səthinin yumşaq toxumasının hematoması ilə müşayiət olunan sol almacıq qövsünün qapalı qəlpəli yerdəyişən sınığı; hər iki gözyuvası ətrafı nahiyənin yumşaq toxumanın hematoması; başın ənsə və sol gicgah nahiyəsinin, burunun sol qalça darağı nahiyəsinin və sağ baldırın qançırları, sağ almacıq nahiyəsinin və sol kürək nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görəsifətin sol yan səthinin yumşaq toxumasının hematoması ilə müşayiət olunan sol almacıq qövsünün qapalı qəlpəli yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir, hər iki gzöyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcə də özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (i.v. 22-24); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 32); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 46-50); diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə “SWTECH” markalı personal komputer vasitəsilə “CD-RW” formatlı diskin tərkibindəki 01 ədəd VİD-20200822-WA0001 adlı fayla baxış keçirilmiş, baxış zamanı pilləkənin yanına beş nəfər kişi cinsli şəxs yaşayış binasına tərəf avtomobillərin arası ilə hərəkət edir. Bu zaman onlardan biri əynində ağ rəngli köynək olan şəxs əynində boz rəngli köynək olan şəxsi iki dəfə əlindən tutub özü ilə pilləkənin arxasında yerləşən və görüntüdə əks olunmamış tərəfə çəkir. Bundan sonra onlar həmin yerə gedirlər. Fayla baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, həmin əynində boz rəngli köynək olan şəxs odur. Belə ki, həmin görüntüdə onun yaşadığı ünvan 7 ünvanının həyəti əks olunmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində mübahisə zəminində görüntüdə əks olunmuş dörd nəfər şəxs onu binanın həyətindən dartışdırıb binanın arxası tərəfinə aparırlar. Bundan sonra ona müxtəlif bədən xəsarətləri yetirirlər (i.v. 51); diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və onun nümayəndəsi Müdafiəçi iştirakları ilə “SWTECH” markalı personal komputer vasitəsilə “CD-RW” formatlı diskin tərkibindəki 01 ədəd VİD-20200822-WA0001 adlı fayla baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, pilləkənin yanına beş nəfər kişi cinsli şəxs yaşayış binasına tərəf avtomobillərin arası ilə hərəkət edir. Bu zaman onlardan biri əynində ağ rəngli köynək olan şəxs əynində boz rəngli köynək olan şəxsi iki dəfə əlindən tutub özü ilə pilləkənin arxasında yerləşən və görüntüdə əks olunmamış tərəfə çəkir. Bundan sonra onlar həmin yerə gedirlər. Fayla baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində ağ rəngli köynək olan şəxs odur. Bu görüntüdə əynində boz rəngli köynək olan Rufa Axundovu əlindən tutaraq çəkib, binanın arxasına aparır. Dostu Cavid isə Rufatın arxası ilə gələn şəxsdir. Digər iki şəxsi isə tanımır. Rufat qışdırdığı üçün onun qolundan tutub çəkirdi (i.v. 88); xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə X7 arasında üzləşdirmə keçirilmiş, həmin üzləşdirmə zamanı iş üzrə Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək ona xəsarət yetirən 4 nəfər şəxsdən birinin X3 bildirmiş, sonuncu isə deyilənlərlə razılaşmadığını, onu vurmadığını, onu bir dəfə Vüsalın vurduğunu bildirmişdir (i.v. 99-101); xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin üzləşdirmə zamanı iş üzrə Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək ona xəsarət yetirən 4 nəfər şəxsdən birinin Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonuncu isə deyilənlərlə razı olmadığını, onun Zərərçəkmiş şəxs bir dəfə sol yanağından yumruqla vurduğunu, zərbənin təsirindən Rufatın yerə yıxıldığını, yerə yıxılarkən üzünün sağ nahiyyəsini yaxınlıqda saxlanmış avtomobilin qabaq hissəsinə dəydiyini, ondan başqa orda dostu Cavid Hüseynovun da olduğunu, lakin sonuncunun Rufatı vurmadığını bildirmişdir (i.v. 108-110); xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid3 arasında üzləşdirmə keçirilmiş, həmin üzləşdirmə zamanı iş üzrə Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək ona xəsarət yetirən 4 nəfər şəxsdən birinin Şahid3 olduğunu bildirmiş,sonuncu isə deyilənlərlə razılaşmadığını, onu (Rufatı) ümumiyyətlə onun vurmadığını, onu birinci dəfə gördüyünü, dediklərinin yalan olduğunu bildirmişdir (i.v. 112- 113); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 146); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 163-164); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 179-180); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmaqla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmış, X7 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və istintaqdan gizləndiyindən barəsində axtarış elan edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “CD” diskdə əks olunmuş məlumatlar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, ********* nömrəli cinayət işi materiallarından X7 və digər naməlum iki nəfər şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmiş, Zərərçəkmiş şəxs ifadələri, ifadələrin yerində yoxlanılması istintaq hərəkətinin protokolu, baxış istintaq hərəkətlərinin protokolları, üzləşdirmə istintaq hərəkətinin protokolları, Təqsirləndirilən şəxs ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2, X7, Şahid3 və Şahid4 ifadələri, Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB-in Xətai rayon şöbəsinin verdiyi xx xxxx 2020-ci il tarixli, 724 saylı ekspert rəyi, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “CD” diskdə əks olunmuş məlumatlar iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 195-208); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, X7 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir ( i.v. 210); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan X7 istintaqdan gizləndiyi üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır (i.v. 212-213); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından X7 və digər naməlum iki nəfər şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır (i.v. 216-217); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmaqla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “CD” diskdə əsk olunmuş məlumatlar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxs X7 məhkumluğu olmayan şəxs hesab edilmiş, ********* nömrəli cinayət işi materiallarından digər naməlum iki nəfər şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı aparılmış, Ayrılmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı Şahid3 əməlinə hüquqi qiymət veriləcəyi nəzərə alınmış, Azərbaycan Respublikası DİN-in Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş telefon danışıqlarına qulaq asılmasına dair məlumatlarda Təqsirləndirilən şəxs, Cavid Hüseynov, Şahid3 və digər şəxslər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı söhbətlər müəyyən edilsə də, cinayət işi üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı dəlil olmadığından həmin fakt üzrə cinayət təqibi rədd edilmiş, Zərərçəkmiş şəxs ifadələri, ifadələrin yerində yoxlanması istintaq hərəkətinin protokolu, baxış istintaq hərəkətlərinin yoxlanılması istintaq hərəkətinin protokolu, baxış istintaq hərəkətlərinin protokolları, üzləşdirmə istintaq hərəkətinin protokolları, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Əmirov Ramiz Süleyman oğlunun ifadələri, Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB-in Xətai rayon şöbəsinin verdiyi xx xxxx 2020-ci il tarixli, 724 saylı ekspert rəyi, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “CD” diskdə əks olunmuş məlumatlar iş üzrə sübut növləri kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 926 nömrəli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs (OPİ, MET, THC, COC, BZO, TML)-mənfi aşkar edilməmişdir; Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdən görünür ki, beş nəfər kişi cinsli şəxs yaşayış binasına tərəf avtomobillərin arası ilə hərəkət edir, bu zaman onlardan biri əynində ağ rəngli köynək olan şəxs əynində boz rəngli köynək olan şəxsi iki dəfə əlindən tutub özü ilə pilləkənin arxasında yerləşən və görüntüdə əks olunmamış tərəfə çəkir, Zərərçəkmiş şəxs əynində boz rəngli köynək olan şəxsin o, olduğunu, dörd nəfər şəxsin onu binanın həyətindən dartışdırıb binanın arxası tərəfinə apardıqlarını və müxtəlif bədən xəsarətləri yetirdiklərini bildirmiş, Təqsirləndirilən şəxs əynində ağ rəngli köynək olan şəxsin o olduğunu, əynində boz rəngli köynək olan şəxsin Zərərçəkmiş şəxs olduğunu, Rufatın qolundan tutaraq çəkən şəxsin o olduğunu, Rufatın arxası ilə gələn şəxsin Cavid olduğunu, digər iki şəxsi tanımadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətinin olmaması, Zərərçəkmiş şəxs bir dəfə vurması, xuliqanlıq etməməsi, cinayəti bir qrup şəxslə törətməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxsə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində, Təqsirləndirilən şəxs elan olunmuş ittiham sübuta yetirilmişdir. Məhkəmə, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin və qeyd olunan şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə xatırladır ki, xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motivi olması, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik motivin əsasını təşkil etməsi Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" xx xxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarının : 2-ci bəndində qeyd edilir ki, izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. 5-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-nin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. CM-nin 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına az ağır zərərin vurulması çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər əvvəllər bir-birini tanımamış, hadisəyə qədər hər hansı münasibətləri olmamış, Təqsirləndirilən şəxs və digəriləri marketdən qayıdan Zərərçəkmiş şəxs tanışı Şahid1 söz ataraq təhqir etmiş, bunu Şahid1 təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs da ifadələrində dolayı yolla bu halı etiraf etmişdir. Həm ibtidai istintaq zamanı həm də məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxsin Bakı şəhəri Xətai rayonu məhəllə 2942 A Xudu Məmmədov küçəsində yerləşən 38 saylı yaşayış binasının qarşısında təhlükəli davranışı mübahisə edilməzdir. Zərərçəkmiş şəxsin iradı haqlı olmuş, hadisə zərərçəkmişin təşəbbüsü ilə başlamamış, təqsiləndirilən şəxs heç bir səbəb olmadan mübahisə yaratmış, mübahisə nəticəsində vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradıb, ictimai yerdə zərərçəkmişi nalayiq ifadələrlə təhqir etmiş, zor tətbiq edərək əl və ayaqla ona çoxsaylı zərbələr endirib “burun nahiyəsində qançırlar, sağ almacıq nahiyəsində sıyrıqlar”dan ibarət sağlamlığa zərər vurmayan, “hər iki gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması”ndan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarəti yetirməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sol yanağından qəsdən bir yumruq zərbəsi vuraraq ona “sifətin sol yan səthinin yumşaq toxumasının hematoması ilə müşayiət olunan sol almacıq qövsünün qapalı qəlpəli yerdəyişən sınığı” ilə müşayiət olunan, onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir zərbə vurduğunu, digər şəxslərin sonuncunu vurmadığını, Zərərçəkmiş şəxs yıxıldığından digər xəsarətləri aldığını bildirmiş, halbuki, ekspert rəyində Zərərçəkmiş şəxs üzərində xeyli sayda xəsarətlər aşkar edilmiş, eyni zamanda həmin xəsarətlərin yıxılma nəticəsində alınması və öz-özünə yetirilməsi inkar olunmuşdur. Məhkəmə, şahidlər C.İ.Hüseynovun və Şahid3 da ifadələrinə təndiqi yanaşır. Məhkəmə nəzərə alır ki, C.İ.Hüseynov və Şahid3 təqsirləndirilən şəxslə dostdurlar və yaxın münasibətləri vardır, həmçinin, C.İ.Hüseynovun eyni hadisə üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi mövcud olmaqla sonuncu təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan əlavə, X3 təqsirləndirildiyi ********* nömrəli cinayət işi materiallarından digər naməlum iki nəfər şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və həmin cinayət işinin ibtidai istintaqı zamanı Şahid3 əməlinə hüquqi qiymət veriləcəyi nəzərə alınmışdır. Göründüyü kimi, hazırkı cinayət işi üzrə dindirilmiş şahidlər C.İ.Hüseynov və Şahid3 qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır. Qeyd olunan hallar C.İ.Hüseynov və Şahid3 tərəfsiz olması ehtimalını azaldır. Bu zaman onların intiqam hissi ilə hərəkət edə biləcəyi, doğru olmayan ifadə verə biləcəyi istisna deyildir. Həmçinin, C.İ.Hüseynov və Şahid3 istintaq zamanı vermiş olduqları ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ziddiyyətli olmuşdur. Ona görə də belə bir vəziyyətdə C.İ.Hüseynov və Şahid3 ziddiyyətli ifadələri ittihamı təkzib edə bilməz və bu ifadələr digər sübutlarla təsdiq edilmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, gənc olmasını, zərərçəkmişlə barışmağa cəht etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. İş üzrə CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-59/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-59/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver