Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-59/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 31 yanvar 2024-cü il tarixdə saat 20:49-da Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 ünvanında yerləşən «Star Beauty» gözəllik salonunda tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun ona borc kimi verdiyi pul məbləğini istəməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs vuraraq ona alın, sağ gözün bayır bucağı, sol diz oynağı nahiyələrinin qançırları, sağ diz oynağının oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunmuş qançır-şişkinlik halında əziyi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X2 ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayır. Onlar birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 ünvanında yerləşən «Star Beauty» gözəllik salonuna işləyirlər. Zərərçəkmiş şəxs baldızı Vüsalənin əridir, münasibətləri normal olmuşdur. Təxminən bir il əvvəl maddi sıxıntıları olduğu üçün Teymurdan faiz şərtləri ilə borc pul almışdır. Lakin maddi imkanı olmadığı üçün həmin pul məbləğini qaytara bilməmişdir. Teymur da, dəfələrlə həmin pulu geri istəmiş, lakin onun maddi imkanı olmadığı üçün həmin pulu qaytara bilməmişdir. 31 yanvar 2024-cü il tarixdə, saat 19:00 radələrində o, «Star Beauty» gözəllik salonunda olan zaman Teymur yenidən gözəllik salonuna gələrək pulunu geri istəmişdir. Həmin vaxt gözəllik salonunda reklam çəkilişləri aparıldığı üçün o, Teymura bildirmişdir ki, çəkilişə mane olur. Lakin Teymur onun sözlərinə məhəl qoymayaraq pulunu geri istəməyə başlamışdır. Həmin vaxt onunla Teymur arasında mübahisə yaranmış və onlar yaxalaşmışlar. Bu zaman o, ayağı ilə Teymurun ayağına vurmuş və yerə yıxıb yumruqla bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Bundan sonra arvadı Pərvanənin bibisi Vəsilə onları ayırmış və Teymur oradan çıxaraq getmişdir. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, barəsində olan Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət işi üzrə özünü tam təqsirli bilir, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs baldızı Pərvanə ilə qeyri-rəsmi ər-arvad kimi yaşayırlar, münasibətləri normal olmuşdur. Təxminən bır il əvvəl Nicat yaxın zamanda qaytarmaq şərti ilə ondan 2.500 (iki min beş yüz) manat məbləğində borc pul istəmişdir. O da, Nicatın xahişini nəzərə alaraq həmin pul məbləğini sonuncunun işlədiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 ünvanında yerləşən «Star Beauty» gözəllik salonuna aparmış və gözəllik salonunun birinci mərtəbəsində baldızı Pərvanənin iştirakı ilə 2.500 manat məbləğində pulu Nicata vermişdir. Nicat da, həmin pul məbləğini qəbul edərək təxminən bir ay müddətində qaytaracağını bildirmişdir. Nicatın vəd etdiyi müddət bitdikdən sonra o, Nicatdan verdiyi pul məbləğini istədikdə sonuncu müxtəlif bəhanələr gətirməklə həmin pul məbləğini qaytarmaqdan boyun qaçırmağa başlamışdır. O, Pərvanənin vasitəsi ilə Nicatı xəbərdar etmişdir ki, onun pulunu qaytarmadığı təqdirdə barəsində polisə şikayət edəcəkdir. 31 yanvar 2024-cü il tarixdə Nicat pulu qaytaracağını deyərək onu iş yerinə, yəni «Star Beauty» gözəllik salonuna dəvət etmişdir. O da sonuncunun dəvətini nəzərə alaraq həmin gün saat 19:00 radələrində «Star Beauty» gözəllik salonuna getmişdir. Nicatın iş otağı həmin birmərtəbəli binanın yarızirzəmi sahəsində yerləşir. O, otağa daxil olduqda, orada Nicatdan başqa digər şəxs də olmuşdur. Həmin vaxt Nicat ona demişdir ki, ondan aldığı pulu qaytarmaq fikrində olmuş, lakin o, Pərvanə vasitəsi ilə ona polis şikayət edəcəyini bildirdiyi üçün pulu qaytarmaqdan imtina etmiş, həmçinin istənilən orqana müraciət edə biləcəyini bildirmişdir. Bununla bağlı Nicatla aralarında mübahisə yaranmış və mübahisə zamanı Nicatla yaxalaşmışlar, həmin vaxt Nicat ayağı ilə onun ayağına vurub yerə yıxıb yumruqla bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Bundan sonra onları ayırmışlar və o, baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verib, ərizə ilə Xətai RPİ-nin 36-cı PŞ-nə müraciət etmişdir. Baş vermiş hadisə təxminən 3-5 dəqiqə davam etmiş, şahidləri isə baldızı Pərvanənin oğlu Sənan və arvadı Vüsalənin bibisi Vəsilə olmuşdur. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs vurmamış və xəsarət yetirməmişdir. Hazırda isə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək cinayət təqibinə xitam verilməsini xahiş etdi. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 03 fevral 2024-cü il tarixli, 115 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs alın, sağ gözün bayır bucağı, sol diz oynağı nahiyələrinin qançırları, sağ diz oynağının oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunmuş qançırşişkinlik halında əziyi müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş 31.01. 2024-cü il tarixə uyğun gəlir və əllə yetirilə bilərdilər, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. (i.v 16-17); - Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(011)-255/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) gün nəzərə alınmaqla, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəza çəkmə müddətinin əvvəli 04 oktyabr 2013-cü il tarixindən hesablanması hökm edilmişdir; (i.v 50-68); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016- cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir.; (i.v 48-49); - zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, məhkəməyədək cinayət işi üzrə Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti aldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.28-29) - Məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 12 ünvanında yerləşən «Star Beauty» gözəllik salonunda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişənin görüntüsü olan maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq bədən xəsarəti yetirməsi öz təsdiqini tapmışdır. - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, barəsində olan Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət işi üzrə özünü tam təqsirli bilir, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və əvvəllər cinayət məsuliyyətindən azad edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirəyə məruz qalınmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-59/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-59/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver