Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-590/2025 27.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,385 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 17 sentyabr 2025-ci il tarixdə saat 12:43-də Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 0,385 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır olmuşdur ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu Əhmədli metrosunun dəqiq xatırlamadığı həmsöhbət olmuşdur. Söhbət əsnasında həmin şəxsə ara sıra narkotik vasitə heroindən istifadə etdiyini bildirib narkotik vasitə əldə etmək istədiyini demişdir. Həmin şəxs özü də uzun illərdir narkotik vasitə istifadəçisi olduğunu bildirib, ona 20 manat qarşılığında narkotik vasitə heroin tapa biləcəyini demişdir. Həmin şəxslə razılaşmış və sonuncuya 20 manat pul vermişdir. Həmin şəxs ona bir qədər gözləməyi təklif etmiş və oradan uzaqlaşmışdır. Təxminən 20-30 dəqiqə sonra yanına gəlib vermiş olduğu 20 manat qarşılığında ona bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin vermişdir. Həmin bükümü cibinə qoyub oradan uzaqlaşmışdır. Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında əldə etdiyi narkotik vasitə heroini istifadə etmək məqsədilə gizlin yer axtararkən 17 sentyabr 2025-ci il tarixdə saat 12:43-də ünvan 3 ünvanının qarşısında olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək üzərindən yoxlanış apararkən əynində olan qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin və sağ yan cibindən 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon, 25 manat pul aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və 0.45 qram olması müəyyən edilmişdir. Bu səbəblə də polis əməkdaşları onu PŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən birlikdə 37-ci PŞ-nə getmişdir. PŞ-də olarkən polis əməkdaşlarının onunla apardığı söhbətlər zamanı narkotik vasitə heroinin istifadəçisi olduğunu səmimi etiraf etmişdir. Sonra orada xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitə heroin olan büküm elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmin büküm zərfə qoyulub möhürlənmiş və daxil olmaqla bütün iştirakçılar tərəfindən zərf imzalanmışdır. Tutulan zaman üzərində ***-***-**-** saylı mobil nömrə olan telefon olmuşdur. Narkotik vasitə istifadə etsə də, heç vaxt satmamış və heç kəsə pay olaraq verməmişdir. Həmin şəxslə təsadüfən rastlaşmış, yalnız üzdən tanımış, anket məlumatlarını bilməmiş, xarici görünüşcə təxminən 40- 50 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, seyrək saçlı və saqqallı şəxs olmuşdur. Polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasına gəlməmiş, onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, 17 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O, Rəvan və Emil birlikdə məlumat əsasında həmin gün saat 12:43 radələrində Bakı şəhəri, Xətai rayonu, Levanovski küçəsi 12 ünvanının qarşısına getmişlər. Həmin vaxt xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1977-ci ildə Bakı şəhərindən anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti ev 39,mənzil 113-də qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif etmişlər. Riad da əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən 01 ədəd qara rəngli "Nokia" markalı mobil telefon, bir ədəd alışqan, iki ədəd 10 manat və beş ədəd 1 manatlıq əsginasdan ibarət pul aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,45 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etmədikdən sonra PŞ-nə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılmış narkotik vasitə heroin olan zərfi təhqiqatçı Müşviq Cəbrayılov təqdim etmişlər. Müşviq Cəbrayılov tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman qeydə alınmış video görüntü və zərfin içərisində olan heroinə baxış keçirilmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Müşfiq Cəbrayılov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (i.v.103-105); İbtidai istintaq zamanı digər şahidlər Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini təsdiqləmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); 17 sentyabr 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 1 (bir) ədəd ağ rənfli şəffaf sellofan bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik maddəyə bənzər Heroin aşkar olundu. Narkotik maddəyə bənzər bir ədəd kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkildi. Çəkisi 0,45 ( sıfır tam yüzdə qırx beş )qram olması müəyyən edildi. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəfimdən imzalandı və götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, sonuncunun üzərində bir ədəd qara qəngli NOKİA markalı mobil telefon, bir ədəd alışqan, iki ədəd 10 manatlıq və 5 ədəd bir manatlıq əskinaz aşkar olundu bundan başqa qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1( bir) ədəd ağ rənfli şəffaf sellofan bükümdə olan maddə sonuncudan götürüldü. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitə heroin, olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Protokola 01 ədəd DVD disk əlavə edilmişdir (i.v. 12-14); 17 sentyabr 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli heroinə bənzər maddə aşkar olundu və «Çin» istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,45 qram olduğu müəyyən edildi sonra həmin maddə yenidən qablaşdırılıb möhürləndi, daha sonra 1 ədəd DVD-yə « Lenovo » markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotropmaddə Heroinə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddə aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v 18-20); şübhəli şəxsin tutulması haqqında 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdə, saat 12:43-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 12:43-dən hesablanmışdır (i.v. 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2025-ci tarixli 6/3085 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün №153"-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,385 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (ekspertiza xərci 114 manat) (i.v 40-43); 18 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v 51-52); 19 sentyabr 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxsin Xətai RPİ MSY-dən azad edilməsi qərara alınmışdır (i.v 69-70); 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 71-72); Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı iki övladı vardır (i.v 76- 77); Xətai rayonu 35 nömrəli MKİS tərəfindən verilmiş 20 sentyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs qeyd edilən ünvanda yaşadığı müddət ərzində onun haqqında Xətai rayon 35 nömrəli Mənzil Kommunal İstismar Sahəsinə heç vaxt şikayət ərizəsi daxil olmamışdır (i.v. 79); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və ona əlavə edilmiş hökmdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(011)-68/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının müddəti başa çatmışdır (i.v 95-107); 27 noyabr 2025-ci il tarixli CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edildi: iki ədəd “DVD- R" fomatlı diskin üzərində heç bir yazı yoxdur. Həmin disk Xətai RPİ-nin İŞ-də olan xidməti otaqda “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd "video**********163423784" adlı video fayıl aşkar olundu. Baxış zamanı məlum olmuşdur ki, həmin fayla əks edilmiş görüntülər 17 sentyabr 2025-ci il tarixdə Xətai RPİ-nin 37-ci Pşnin təhqiqatçısı, polis mayoru Müşfiq Cəbrayılov tərəfindən Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları Şahid3, Şahid1 və Şahid2 tərəfindən ünvan 2 ünvanda Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilərək qablaşdırmış maddi sübuta və keçirilmiş şəxsi axtarışın video görüntüsüdür. X2 tərəfindən təqdim olunmuş zərfdə olan 01 ədəd şəffaf rəngli bükümdə olan narkotik vasitə heroinə baxış keçirilməsi, həmin bükümün elektron tərəzidə çəkilən zaman 0,45 qram olması və bükümün zərfə qoyularaq qablaşdırılması müşahidə edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığını bildirdi (i.v 114-115); 27 noyabr 2025-ci il tarixli CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edildi: iki ədəd "DVD- R" fomatlı diskin üzərində heç bir söz yazılmamışdır. Həmin disk Xətai RPİ-nin İŞ-də olan xidməti otaqda "HP" markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd "video**********163423787" adlı və 01 ədəd “video**********163423819" adlı video fayıl aşkar olundu. Baxış zamanı məlum olmuşdur ki, video**********163423787 adlı fayla əks edilmiş görüntülər 17 sentyabr 2025-ci il tarixdə qeydə alınır. Video görüntüdən müəyyən edilir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları Şahid3, Şahid1 və Şahid2 ünvan 2 ünvanının Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmələri, Təqsirləndirilən şəxs da özünün təqdim etdikdən sonra Şahid1 Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü, 01 ədəd qara rəngli "Nokia" markalı mobil telefonu, bir ədəd alışqan, iki ədəd 10 manat və beş ədəd 1 manatlıq əsginasdan ibarət 25 manat pulu çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin maddənin elektron tərəzidə çəkilən zaman 0,45 qram olması və həmin bükümün zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınır. Digər 01 ədəd “video**********163423819" adlı fayla əks edilmiş görüntülər 17 sentyabr 2025-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları Şahid3, Şahid1 və Şahid2 tərəfindən ünvan 2 ünvanında saxlanılmış Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək təhqiqatçı Müşfiq Cəbrayılova təhvil verilməsi video görüntü zamanı qeydə alınır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini, narkotik vasitələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığını bildirdi (i.v 116-117); 27 noyabr 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edildi: istintaqa təqdim olunan bir ədəd telefon "Nokia" markalı mobil telefondur, korpusun arxa hissəsi qara rənglidir, korpusun arxa hissəsində “Nokia” sözü əks olunmuşdur. Telefonun ekran hissəsi rəqəmlər və hərflər yazılmış düyməciklərdən ibarətdir. Mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə edilmir. Telefonun üzərində olan düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun “Nokia” sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun "iş masası" ekranda görünür. Mobil telefona baxış keçirilsə də iş üzrə sübut əhəmiyyəti kəsb edən hal aşkar edilmədi (i.v 118); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 verdiyi 25 sentyabr 2025-ci il tarixli 6002 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır ( i.v.133-134); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3848 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona istintad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (i.v 121- 123); 04 dekabr 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 070- ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2025-ci il tarixdən 20 sentyabr 2025-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş üzərində "250110264" rəqəmləri yazılmış 01 ədəd "CD" diskinə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Bir ədəd "CD" formatlı diskin üzərində qara rəngdə "nar" sözü və "250110306" rəqəmləri yazılmışdır. Həmin disk açıldıqda 01 ədəd "Mushteri zenglerinin detallashmasi- MSİSDN- 707443794" adlı, 01 ədəd "SMS detallashmasi-MSİSDN-707443794" adlı, 01 ədəd "Zenglerin mexsusluq tarixcheleri-MSİSDN-707443794" adlı PDF formatlı fayl aşkar edildi. Həmin 01 ədəd "Mushteri zenglerinin detallashmasi-MSİSDN-707443794" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2025-ci il tarixdən 20 sentyabr 2025-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı və anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 12:37:22-də "Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev 2m/Khatai/" dairəsində olması müəyyən edildi. İkinci 01 ədəd "SMS detallashmasi-MSİSDN-707443794" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2025-ci il tarixdən 20 sentyabr 2025-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan mesajların siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilmədi. Üçüncü 01 ədəd "Zenglerin mexsusluq tarixcheleri-MSİSDN-707443794" adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2025-ci il tarixdən 20 sentyabr 2025-ci il tarixədək olan müddət ərzində daxil olan mobil nömrələrin sahiblərinin anket məlumatları göstərilişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilmədi (i.v 127-134); Sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılmış, Məhkəməkimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli, 6/3085 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 6002 saylı və məhkəmə- psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 3848 saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə narkotik vasitə heroinin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ümumi çəkisi 0,385 qram hesab edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,385 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,335 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD farmatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroininə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir ( i.v 142-149). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.385 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 0,385 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,335 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (bir yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən F11.2 diaqnozu ilə Bakı şəhəri Narkoloji Mərkəzində qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən F11.2 diaqnozu ilə Bakı şəhəri Narkoloji Mərkəzində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 0,385 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,335 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-590/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-590/2025
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver