Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-592/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə X1 barəsində təhqir və böhtan xarakterli məlumatları yazıb yaymaqla, şərəf və ləyaqəti qəsdən alçaldaraq, onları təhqir etdiyinə və böhtan atdığına, o cümlədən həyat və sağlamlığına xəsarət yetirməklə hədələmək, həmçinin intihara və cinayətə təhrik etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, X2 cinayət məsuliyyətinə cəlb olunması və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan ən yüksək həddə cəza təyin olunması barədə xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 barəsində təhqir və böhtan xarakterli məlumatları yazıb yaymaqla, şərəf və ləyaqəti qəsdən alçaldaraq, onları təhqir etdiyinə və böhtan atdığına, o cümlədən həyat və sağlamlığına xəsarət yetirməklə hədələmək, həmçinin intihara və cinayətə təhrik etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, X2 cinayət məsuliyyətinə cəlb olunması və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan ən yüksək həddə cəza təyin olunması barədə xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. X6 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, Facebook sosial şəbəkəsində “Nurlan Cəfəri” olaraq tanınmış Nurlan Cəfərov ona qarşı Cinayət Məcəlləsinin 147-ci, 148-ci, 134-cü, 137-ci, 13 və 14-cü maddələrində nəzərdə tutulmuş təhqir, böhtan, ictimai nüfuza xələl gətirmək, həmçinin sağlamlığa xəsarət yetirməklə, öldürməklə hədələmək, cinayətə və ya intihara təhrik etmək cinayətlərini törətmişdir. Nurlan Cəfərov öz facebook profilində X3 və onun həyat yoldaşını, anasını ağır ifadələrlə təhqir etmiş, şərəf və ləyaqətini açıq şəkildə açaltmış, böhtanlar atmış, sosial şəbəkədə onun mənfi imicdə müzakirə edilməsinə zəmin yaratmış, ictimai nüfuzunu sarsıtmışdır. X5 öldürməklə, sağlamlığına xəsarət yetirməklə hədələmişdir. O cümlədən intihar etməyə və ya cinayət törətməyə təhrik etmişdir. Nurlan Cəfərov böhtan və təhqir cinayətlərini “Nurlan Ceferi” adlı facebook hesabında yayımlamaqla törətmişdir. Nurlan Cəfərovun facebook profili minlərlə istifadəçi Profili 2.593 nəfər istifadəçi tərəfindən izlənilir və 4.621 dostu vardır. Nurlan Cəfərov özünə məxsus olan “Nurlan Cəfəri” adlı facebook profilində xx.xx.2020-ci il tarixdə axşam saatlarında belə bir paylaşım edib. Paylaşımın məzmunu belədir: "Bu barədə dəfələrlə xaiş ediblər ki, yazmayım, bağlayım söhbəti, hər dəfə kiməsə söz verirəm, amma olmur, bu adam qaşınır, mən yox özü məni təhrik edir ki, bunun maskasını cırım dağıdım. Agil Alesger in şəxsən xaişi ilə bu mövzunu bağlayıb aramızda baş verənlərə görə üzrxahlıq postu yazmışdım, çünki Agil Ələsgər mənim üçün elə şəxsdir ki, onun sözündən çıxa bilmərəm, çıxmaram da. İndi artıq məcburam bu mandaloşkanın ağzını cırım. Mənim bu adamla söhbətim düşəndə çerez Zaur Aliyev xaiş eləmişdi ki, oturub söhbət edək. Razılaşdım amma telefonda Zaura dedim ki, bax, şərtim var, səsini ucaltsa onu vurub meyid edəcəm. Razılaşdıq. Elmlərdə Pepsi kafedə otaqda oturduq, bu başladı yuxarıdan danışmağa, 1 dəfə xəbərdarlıq etdim, 2 dəfə xəbərdarlıq etdim, 3cü dəfə ayağa durub stoldakı stəkanı vurdum bunun təpəsinə. Bu da külqabını atdı üstümə. Ofisiantlar və Zaur Allah şahididir, bunun saçından sürüyüb çıxartdım çölə, təbii mən arvada əl qaldıracaq səviyyəyə enə bilməzdim, tək çarəni üzünə söymək qaldı. Arxasıyca da yox, üzünə namusunu, qeyrətini, ərinin papağını söydüm, sonra da əlimlə itələyib "ay qə...bənin balası dur s..dir indi burdan" deyib çəkildim kənara. Zaur bunu qaldırıb kənara çəkdi. Bu isə düz mənim yanımda 102-ə zəng edib "məni döyürlər, məni burda saçımı yolurlar, mənə taciz edirlər təcili yetişin" deyib ağlamağa başladı. Zaur orda olub, yazdıqlarımda zərrə səhv varsa rəydə yazsın. Daha sonra polis gəldi, bu əlini cibinə atıb yolub yerə atdığım saçını polisə verib başladı ah vay eləməyə. Polis bölməsində isə mən yox, bu adam ekspertiza tələb elədi. Üstündən 1 həftə sonra bunun ərinin iş yerini öyrəndik, dostumuz getdi ərinin yanına, mənə getməyə imkan vermədi ki, instent yaşanmasın. Düşünürdük ki, ər di də, arvadı mitilinə döyülüb, qeyrəti və papağı söyülüb, qeyrəti qalxar, bıçağa zada əl atar. Əri dostumuza nə desə yaxşıdı? -Siz mənim iş yerimi necə tapdınız? Rumiyyə ilə nə probleminiz var özü ilə həll edin, məni qatmayın. Adamın papağını söymüşəm, arvadını sürümüşəm a kişi. Əlqərəz, indi Arife Eliyeva nın rəyinə belə bir cavab yazıb. Agil, Zaur, bax bu adamın başını yerə qoyub ağzı cır ilana qədər döymüyəsən neyniyəsən? Ay məni qınayan... ”. Paylaşım yüzlərlə jurnalist və feysbuk istifadəçisi tərəfindın izlənilib, gülüş reaksiyası verilib, şərhlər yazılıb. Həmkarları, iş yoldaşları və tanışları Rumiyyə Tağızadəyə zəng edərək paylaşım barədə məlumat veriblər, həmçinin paylaşımı ona göndəriblər. Nurlan Cəfərov bu paylaşımında iddia edir ki, guya X10 Əliyeva adlı jurnalistin statusunda onun adını çəkib, fikir bildirib. Halbuki həmin rəydə Nurlan Cəfərovun adı çəkilməmişdir. Nurlan Cəfərov daha sonra paylaşıma yazılan şərhlərdə də öz təhqir və böhtanlarını davam etdirmişdir. Həmçinin onun guya İstanbulda əxlaqsızlıq etdiyinə eyham vurmuşdur. “İstanbulda çıxartdığı oyunu açıb tökmüşdüm”. “Fuad Haciyev day sözüm yoxdu, bir hicab qalmışdı başına bağlamadığı. Ümid edirəm hansısa ziyarətzahdı sadəcə. Adamın çıxmadığı hoqqa qalmayıb e bunu bu saatdan sonra hicab da qurtarmaz, namaz da ”, deyə yazmışdır. Nurlan Cəfərov, həmçinin sözügedən statusa rəylər yazaraq onu öldürməklə, sağlamlığına xəsarət yetirməklə hədələmişdir. “Bu yazını o qəhbənin balasına atın biriniz, yoxsa mən bunu ikinci dəfə ağzını burnunu qıracam”, “Aysel Aliyeva heç nə, bir tüləyə görə zibilə keçəcəm axırda. 2 il qabaq zorla canımı qurtarmışdım 4 divar arasından, indi yenə qaşınır, deyir gəl vur öldiir məni get türməyə ”. Nurlan Cəfərov iki il əvvəl də ona qarşı eyni əməli törətmişdir. “Nurlan Cəfəri” səhifəsində Rumiyyə Tağızadənin şərəf və ləyaqətini alçaldıb, böhtan atıb, barəsində ictimaiyyət arasında mənfi fikir formalaşdırmışdır. Buna görə 102 xidmətinə şikayət etmiş, şikayətə 37-ci polis bölməsində baxılmışdır. Nurlan Cəfərov və özünü Xəyal adı ilə təqdim edən şəxslə birlikdə polis bölməsinə gələrək barışıq üçün xahiş etmişdir. X4 həyat yoldaşından xahiş etmişdir ki, şikayət ərizəsini geri götürsünlər. Bununla bağlı polis idarəsinə sorğu göndərib dəqiq məlumat da ala bilərsiniz. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətinin icraata götürülərək baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 4 8 -ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, şikayət ərizəsində X2 cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X1 xahişinin konkret olaraq nədən ibarət olması öz əksini tapmamışdır. Şikayətin verildiyi yer ərizədə göstərilməmiş, şikayət X6 tərəfindən imzalanmamışdır. Həmçinin iş materiallarına əlavə elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X2 yaşayış yeri ünvan 1 ünvanıdır. Göründüyü kimi əməlin Xətai rayonu ərazisində törədilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X1 barəsində təhqir və böhtan xarakterli məlumatları yazıb yaymaqla, şərəf və ləyaqəti qəsdən alçaldaraq, onları təhqir etdiyinə və böhtan atdığına, o cümlədən həyat və sağlamlığına xəsarət yetirməklə hədələmək, həmçinin intihara və cinayətə təhrik etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, X2 cinayət məsuliyyətinə cəlb olunması və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan ən yüksək həddə cəza təyin olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7 , 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 barəsində təhqir və böhtan xarakterli məlumatları yazıb yaymaqla, şərəf və ləyaqəti qəsdən alçaldaraq, onları təhqir etdiyinə və böhtan atdığına, o cümlədən həyat və sağlamlığına xəsarət yetirməklə hədələmək, həmçinin intihara və cinayətə təhrik etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, xx.xx.1989-cu il təvəllüdlü X2 cinayət məsuliyyətinə cəlb olunması və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan ən yüksək həddə cəza təyin olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-592/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-592/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver