Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-593/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin – mülki iddiaçının etibarnamə üzrə nümayəndəsi X2, müdafiəçi – “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, usta işləyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ağacları qanunsuz olaraq kəsərək xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o 2023-cü ilin fevral ayının ortalarında faktiki olaraq xalası Şahid2 istifadəsində və sahibliyində olan, sonuncunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı və buna dair müvafiq sənədlərinin olmadığı ünvan 2 ünvanda tikilmiş fərdi yaşayış evinin arxasında yerləşən və dövlət mülkiyyətində olan 0,025 ha torpaq sahəsində meşə fonduna daxil olmayan diametri 30 sm olan 1800 manat dəyərində 1 ədəd köküstə yaş tut ağacını, diametri 10 sm olan 720 manat dəyərində 1 ədəd köküstə yaş vişnə ağacını və 480 manat dəyərində 1 ədəd nar kolunu əl mişarı ilə qanunsuz kəsməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 3000 (üç min) manat məbləğində olmaqla xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə toplanmış istintaq sübutları; özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsinin və şahidlərin ifadələri, ifadələrin yerində yoxlanılması və diskə baxış keçirilməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, əldə edilmiş maddi sübutlar və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs – mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 259.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirərək, törətdiyi əməlin cinayət olmasını bilmədiyini bildirmişdir. Hal-hazırda vurulmuş zərərdən 500 manat ödəmişdir. Əməlindən peşman olduğunu, səmimi etirafını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin – mülki iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, sonradan bizə məlum olmuşdur ki, 2023-cü ilin fevral ayında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Zeytun küçəsi 40 ünvanında dövlət mülkiyyətində olan torpaq sahəsində meşə fonduna daxil olmayan diametri 30 smlik 1 ədəd köküstə yaş tut ağacı, diametri 10 sm-lik 1 ədəd köküstə yaş albalı ağacı və 1 ədəd nar kolu qanunsuz olaraq kəsilmişdir. 17 sentyabr 2022-ci il tarixinə aid peyk görüntüləri ilə torpaq sahəsinin cari vəziyyətinin müqayisəli təhlili zamanı tikinti işləri aparılan evin yerində yaşıllıq sahəsinin olduğu müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”na əsasən istifadəsində olan torpaq sahələrinə dair yaşıllığın uçot və monitorinqi barədə məlumatlar təşəbbüskar şəxs tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarına təqdim edilməmiş və ağacların götürülməsi üçün müvafiq icazə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı Qərarına əsasən 2 ədəd köküstə yaş ağacın və 1 ədəd nar kolunun kəsilməsi nəticəsində təbiətə vurulmuş maddi ziyanın məbləği xeyli miqdarda olmaqla 3000 manat müəyyən edilmişdir. Dövlətə dəymiş zərərin ödənilmədiyini nəzərə alaraq təqsirləndirilən şəxs – mülki cavabdeh barəsində qanuna müvafiq qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin fevral ayında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Zeytun küçəsi ərazisində torpaq sahəsi axtarırmış. Bu zaman o Elşən adlı şəxsin torpaq sahəsi satması barədə məlumat almış və onunla əlaqə saxlamışdır. Bundan sonra Elşən onu aparıb Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evinin arxasındakı torpaq sahəsini göstərmişdir. O həmin torpaq sahəsini bəyənmiş və almaq istədiyini bildirmişdir. Həmin vaxt torpaq sahəsinin ərazisində bir ədəd yarı tikili, onun yanında isə bir mərtəbəli təmirsiz tikili olmuşdur. Torpaq sahəsində isə bir neçə ağac əkilmişdir. O Elşənə torpaq sahəsini bəyəndiyini demiş və təmizləyib ona verməsini xahiş etmişdir. Elşən də heç bir problem olmayacağını, özünün həll edəcəyini bildirmişdir. Həmin torpaq sahəsinin heç bir sənədi olmadığı üçün o torpaq sahəsini şifahi razılaşma yolu ilə almalı imiş. Elşən ona torpaq sahəsinin xalası Nailəyə məxsus olduğunu və 20.000 manata satdığını demişdir. 2023-cü ilin fevral ayında Elşənin həmin torpaq sahəsinin yaxınlığında yerləşən evində 20.000 manat pulu ona vermişdir. Bundan sonra o torpaq sahəsinə dair heç bir sənəd olmasa da orada olan yarımtikilinin üzərini bağlamış və evin içərisində təmir işlərinə başlamışdır. 18 mart 2023-cü il tarixdə ona 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən zəng gəlmiş və aldığı torpaq sahəsində qanunsuz ağacların kəsilməsi barədə məlumat daxil olduğunu bildirib izahatının alınmasının lazım olduğunu bildirmişlər. O da etiraz etməyib bu barədə izahat vermiş və ağacların kəsilməsindən məlumatının olmadığını bildirmişdir. Onun iştirakı ilə əraziyə baxış keçirilmiş və bu zaman ərazidə diametri 30 sm olan bir ədəd yaş vəziyyətdə olan tut, 1 ədəd diametri 10 sm olan yaş vəziyyətdə albalı ağacı və 1 ədəd nar kolunun kəsilərək götürülməsi aşkar edilmiş və bu barədə akt tərtib olunmuş, o da həmin aktı imzalamışdır. Diametri 30 sm olan bir ədəd yaş vəziyyətdə olan tut, diametri 10 sm olan bir ədəd yaş vəziyyətdə albalı ağacları və bundan başqa bir ədəd nar kolu onun tərəfindən kəsilməmişdir. 2023-cü ilin fevral ayında həmin torpaq sahəsini aldığı zaman həmin ağaclar artıq kəsilmişdir. Ağacların nə zaman və kim tərəfindən kəsilməsindən məlumatı olmamışdır. Həmin torpaq sahəsini ağac və kol olmadan almışdır. Sonradan həmin torpaq sahəsində tikinti işləri aparmış iki fərdi yaşayış evinin tikintisini yekunlaşdırmışdır. Torpaq sahəsinin çıxarışı, hər hansı alqı-satqı və ya hüquqmüəyyənedici sənədlərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, oğlu istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 2020-ci ildə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Zeytun küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evini almışdır. Həmin evin arxasında boş torpaq sahəsi olmuşdur. Torpaq sahəsinin üzərində Nailə adlı qadına məxsus fərdi yaşayış evi var imiş. Nailə həmin torpaq sahəsini 2023-cü ilin yanvar-fevral aylarında Sərdar adlı şəxsə satmışdır. Həmin torpaq sahəsi bilavasitə onun evinin arxa hissəsində yerləşmişdir. Torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin olub-olmaması və kimin adına sənədləşdirilməsi barədə hər hansı bir məlumatı yoxdur. Həmin vaxtdan etibarən torpaq sahəsində iki ədəd fərdi yaşayış evinin tikintisi aparılmış və həmin evlərin tikintisi artıq başa çatmışdır. 2023-cü ilin mart ayının əvvəllərində fərdi yaşayış evinin ətrafına hasar çəkilərkən Sərdar adlı şəxsin aldığı həmin torpaq sahəsində əvvəlcədən olmuş bir ədəd tut, bir ədəd albalı ağacı və bir ədəd nar kolunun kəsilərək götürülməsini aşkar etmişdir. Həmin ərəfələrdə torpaq sahəsi artıq Şahid1 satılmışdı. Torpaq sahəsi Sərdar adlı şəxsə satılarkən bir ədəd tut, bir ədəd albalı ağacı və bir ədəd nar kolu yerində olmuşdur. Lakin ağacların və kolun konkret olaraq kim tərəfindən kəsilməsi barədə hər hansı bir dəqiq məlumatı olmamışdır. Bundan sonra ağac və kolun qanunsuz kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 «Çağrı Mərkəzi»nə məlumat vermişdir. Bir neçə gün sonra o, Sərdar adlı şəxs və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlmiş nümayəndələrin iştirakları ilə həmin torpaq sahəsinə baxış keçirilərək müvafiq sənədləşdirmə aparılmışdır. İş üzrə digər şahidlər Şahid3 və Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, işə Şahid3 və Şahid2 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan olunmuşdur. Həmin ifadələrində onlar da, iş üzrə digər şahidlər Şahid1 və Şahid4 ifadələrindəki xüsusatlarla oxşar məzmunlu ifadələr verərək onların qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın aparılması üçün Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir ( i.v. 01-02); Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, 78489 saylı aktından görünür ki, ünvan 3 ünvanında yerləşən həyət evinin arxasına ev sahibi Şahid1 və digər iştirakçılarla birlikdə baxış keçirilmiş və heç bir dövlət orqanına müraciət olunmadan ağacların kəsilməsi faktı müəyyən edilmişdir.(i.v. 7-8) Yaşıllığa dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli, 421 nömrəli qərarına əsasən 1 ədəd tut, 1 ədəd vişnə ağacı və 1 ədəd kolun məhv olması nəticəsində yaşıllığa dəymiş ziyan 3000 manat təşkil edir. (i.v.9) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evinin arxasında fərdi yaşayış evlərinin tikintisi aparılan sahədə 2 ədəd ağac və 1 ədəd kolun qanunsuz kəsilərək götürülməsi aşkar edilmişdir. Ağacların kötük hissələrini müşahidə edərək diametri 30 sm olan bir ədə yaş tut, diametri 10 sm olan bir ədəd yaş albalı və bir ədəd nar kolunun qanunsuz olaraq kəsilməsi müəyyən edilmişdir. Ərazinin əldə edilmiş xx.xx.2022-ci ilə aid peyk görüntülərindən də orada ağacların olması bir daha öz təsdiqini tapmışdır. (i.v 21-25) 28 iyun 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. (i.v.43) 12 iyul 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. (i.v.62) 19 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün dayandırılmışdır. (i.v.64) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 iyul 2023-cü il tarixli 9/5394 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 11 saylı RETSİ-si tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Zeytun küçəsində yerləşən 40 nömrəli fərdi yaşayış evinin arxasında yerləşən, dövlət mülkiyyətində olan, torpaq sahəsində meşə fonduna daxil olmayan köküstə yaş, bioloji inkişafda olan müxtəlif cinsli diametrli 02 ədəd ağacın və 01 ədəd nar kolunun tikinti və abadlaşdırma məqsədilə qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği nəzəri qaydada 3000,00 (üç min) manat müəyyən olunmuşdur. Həmin ağacların adları, diametrləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. (i.v. 67-68) 06 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir. (i.v.73) 07 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.75) 07 sentyabr 2023-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi qismində tanınmışdır. (i.v.76) 11 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 100-101) 11 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.( i.v 113-114) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2001-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya Qərarının 3-cü maddəsinin 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, xx.xx.2003-cü il tarixdə AR Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya Qərarının 2-ci maddəsinin 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 hissəyə qədər azaldılaraq üzərində qəti olaraq 02 il 03 ay 21 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, AR Prezidentinin xx.xx.2004-cü il tarixli 119 saylı “Əfv” fərmanına əsasən cəzadan azad edilmişdir. ( i.v 118-119) İş üzrə zərərçəkmiş şəxsin – mülki iddiaçının etibarnamə üzrə nümayəndəsinin cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsi və mülki iddiaçı qismində tanınma haqqında mülki iddia ərizəsindən görünür ki, cinayət təqibi zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vurulmuş maddi ziyanın əvəzinin tam ödənilməsi təmin edilərək təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs 3000 (üç min) manat məbləğində pulun tutulması və ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mülki iddiaçı qismində tanınmasının təmin edilməsi xahiş edilmişdir. (i.v.127-128) 23 sentyabr 2023-cü il tarixli mülki iddiaçı və mülki iddiaçının nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi mülki iddiaçı kimi, zərərçəkmiş şəxs və mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və X3 məsləhətçisi Zərərçəkmiş şəxs mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi kimi tanınmışdır. (i.v.131-132) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyinin 3- 14-22/2-1237/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli tikinti və yaşıllıqlara dair müraciətə baxılması haqqında məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Zeytun küçəsi 40 ünvanında yerləşən fərdi yaşayış evinin arxa tərəfində 1 ədə tut, 1 ədəd albalı və 1 ədəd nar kolunun kəsilməsi ilə bağlı 2023-cü ilin yanvar-aprel ayları ərzində X4 Agentliyinə müraciət daxil olmamışdır. (i.v. 138); 25 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin tərkib əlamətlərinin olması tam olaraq sübuta yetirildiyindən ona 11 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittihamın və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması və sonuncunun qeyd olunan maddə ilə məhkəmə məsuliyyətinə verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 259.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində qeyd olunan maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 259.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 dövlət mülkiyyətində olan torpaq sahəsində mülkiyyət hüququnu təsdiq etmədən üzərində 2 ədəd fərdi yaşayış evinin inşa olunması faktı üzrə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilərək ibtidai istintaqının aparılması, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün, zərəçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, baxış keçirilməsi haqqında protokolun, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin, sorğulara alınmış cavabların və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materialların iş üzrə sübut növü kimi qəbul edilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v. 139-149) 25 sentyabr 2023-cü il tarixli cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Şahid1 dövlət mülkiyyətində olan torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq etmədən üzərində 2 ədəd fərdi yaşayış evinin inşa olunması faktı üzrə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi qərara alınmışdır. (i.v.151-152) 20 oktyabr 2023-cü il tarixli mülki cavabdeh qismində tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə həmçinin mülki cavabdeh qismində tanınmışdır. (i.v. 169-170) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ümumilikdə 500 (beş yüz) manat məbləğində pul köçürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin araşdırma zamanı vermiş olduqları ifadələrinə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1 (xeyli miqdarda ziyan vurduqda) maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) — beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını (CM59.2) və tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini (CM59.1.14) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. X1 əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, verilmiş 3000 manat mülki iddia üzrə təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər üzrə 500 manat ödənildiyindən, mülki iddia qismən, yəni 2500 manat həcmində təmin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə mülki iddianın verilməsi nəzərə alınmalı və ondan qeyd edilən məbləğ tutulmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxs - mülki cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və iş yeri üzrə qazancından 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəfinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-593/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-593/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver