Məhkəmə qərarları › İş №1(011)-593/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-593/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-593/2025 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şahbala oğlunun, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 10 ay müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Sabirabad rayonunda qeydiyyatda olub, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ev 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1991 -ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu,Əfəndiyev küçəsi ev 3, mənzil 20-də qeydiyyatda olub, Abşeron rayonu, Masazır qəsəbəsi, Qacaq Nəbi küçəsi nömrəsiz ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-in PX-in Bakı istintaq Təcridxanasında saxlanıla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 avqust 2025-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında “Şərab evi” mağazasına müştəri qismində daxil olub guya bir neçə şüşə spirtli içkilər alacağı bəhanəsi ilə mağaza sahibi Zərərçəkmiş şəxs diqqətini yayındıraraq onun işarəsi ilə Təqsirləndirilən şəxs2 məhsula görə küçədə park edilmiş avtomobildən pul gətirmək adı ilə mağazadan çıxıb gözləmiş o isə masanın üzərindən 1.300 manat dəyərində **********42429, **********42422 imei kodlu “Samsung Galaxy S 24” markalı mobil telefonu, hər birinin dəyəri 10 manat olan ***-***-**-** və ***-***-**-** nömrələri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1.320 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, özgənin əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 avqust 2025-ci il tarixdə saat 14 radələıində ünvan 2 ünvanında “Şərab evi” mağazasına müştəri qismində daxil olub guya bir neçə şüşə spirtli içkilər alacağı bəhanəsi ilə mağaza sahibi Zərərçəkmiş şəxs diqqətini yayındıraraq Təqsirləndirilən şəxs1 işarəsi ilə o, məhsula görə küçədə park edilmiş avtomobildən pul gətirmək adı ilə mağazadan çıxıb gözləmiş Təqsirləndirilən şəxs1 isə masanın üzərindən 1.300 manat dəyərində **********42429, **********42422 imei kodlu “Samsung Galaxy S 24” markalı mobil telefonu, hər birinin dəyəri 10 manat olan ***-***-**- ** və ***-***-**-** nömrələri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1.320 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, taksi ilə şərab mağazasına gəlmişlər, içəri girdikləri kimi, o, Elmirə “get maşından pulqabımı gətir” demiş, Elmir isə dərhal magazadan çıxmışdır. Elmirin oğurluqdan xəbəri olmamış, o, telefonu satdıqdan sonra Elmir oğurluq etdiyini bilmişdir. Pulu birlikdə xərcləmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, nə o, nə də Elmir içki içmir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 25 avqust 2025-ci il tarixdə saat 14 radələrində tanışı Elmir adlı şəxslə birlikdə ünvan 3 ünvanında yerləşən “Şərab Evi” mağazasına daxil olmuşdur. Həmin vaxt görmüşdür ki, mağazada işləyən şəxsə məxsus mobil telefon kassa olan masanın üzərindədir. O, həmin mobil telefonu oğurlamaq qərarına gələrək satıcının fikrini yayındırmağa çalışmış, buna görə də satıcıdan şərabların və araqların qiymətlərini soruşmuşdur. Satıcıya demişdir ki, tədbiri var 4 ədəd şərab və 4 ədəd araq alacaqlar. Bu zaman tanışı Elmirə yalandan demişdir ki, sonuncu gedib maşından pul gətirsin. Elmir də mağazadan çölə çıxmışdır. Amma həmin vaxt onlar mağazaya avtomobillə deyil, piyada gəlmişdilər. Bundan sonra satıcı masanın arxasından piştaxtaya tərəf gedən zaman o, fürsətdən istifadə edərək satıcıya məxsus “Samsung Galaxy S 24” markalı mobil telefonu oğurlayıb əynində olan şalvarın arxa cibinə qoymuş, bir qədər mağazada dayanıb guya pul gətirmək üçün mağazadan çölə çıxmış və Elmirlə birlikdə oradan uzaqlaşıb getmişlər. Sonra Elmirlə birlikdə 3-ci mikrorayon dairəsi adlanan yerə gedərək üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi taksi sürücüsünə oğurladığı mobil telefonu 80 manata satmış, əldə etdiyi 80 manatın 20 manatını Elmirə vermiş, 60 manatı isə özünə götürmüş və əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, həmin gün tanışı Elmirlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsindən Xətai rayonu ərazisinə gəlmişdilər ki, fürsətdən istifadə edərək qiymətli hər hansı bir əşyanı oğurlasınlar. Həmin gün mağazada olan zaman Elmirə telefonu göstərib işarə etmiş, bu səbəbdən də Elmir avtomobildən pul gətirmək adı ilə mağazadan çölə çıxmışdır ki, satıcının fikrini yayındırsınlar( i.v.71-72, 98-99); Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “Pirşağıda” parklamada işləyir. Hadisə baş verdiyi gün Umud onun yanına gəlmiş və birlikdə Masazıra qayıtmağa qərar vermişlər. Yolda “Rent A Car” da olan maşınlara baxmaq üçün dayanmışlar, bu zaman ilk olaraq ərzaq dükanına daxil olaraq siqaret almışlar, daha sonra Umud şərab dükanına getmiş, o, isə Umudun arxası ilə getmişdir. Nə o, nə də Umud içki qəbul etmir, ora niyə getdiklərini bilmir. Düşünmüşdür ki, şərablar Umudun xoşuna gəldiyi üçün Umud oraya daxil olmuşdur. İçəri daxil olan kimi Umud ona “get maşından pulqabımı gətir” demiş, o, isə dərhal maşına doğru getmişdir. Daha sonra o, maşının getdiyini görüb geri qayıtmışdır. O, geri qayıtdıqda Umudun oradan çıxdığını görmüş və birlikdə getmişlər. Onun Umudun oradan nəsə götürməsindən xəbəri olmamışdır. Sonuncu ona heç nə demədən oradan getmişlər. Daha sonra Umud telefonu “20 Yanvar” ərazisində satmış, pulu birlikdə xərcləmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, taksi maşını bir-iki magazin aralıda saxlamışdır. Maşından düşdükdə maşının getməyinə fikir verməmişdir. Umud oradan çıxdıqda əlində heç bir şey olmamışdır. Umud təqribən 15-20 dəqiqə orada olmuşdur. O da təqribən eyni müddətə taksiyə gedib, qayıtmışdır. İstintaqda o heç bir ifadə verməmişdir. Ona sənədlər təqdim edilmiş, o isə tez-tez imzalamışdır. Ona qarşı heç bir təzyiq göstərilməmişdir. O, həmin gün işdən çıxmışdır, ayıq olmuşdur. İçəri girdikləri kimi Umud ona “get maşından pulqabımı gətir” demişdir, o isə dərhal maşına getmiş, daha sonra geriyə qayıtmışdır.Hər ikisi içki içmirlər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək bildirmişdir ki, 25 avqust 2025-ci il tarixdə saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə ünvan 4 ünvanında yerləşən "Şərab Evi” mağazasına daxil olmuş, həmin vaxt görmüşlər ki, mağazada işləyən şəxsə məxsus mobil telefon kassa olan masanın üzərindədir. Umud gözü ilə ona işarə edərək mobil telefonu oğurlamaq istədiyini və satıcının fikrini yayındırmağa çalışmışdır, buna görə də satıcıdan şərabların və araqların qiymətini soruşmuşlar. Umud satıcıya demişdir ki, tədbiri var 4 ədəd şərab və 4 ədəd araq alacaqlar. Bu zaman Umud ona yalandan demişdir ki, getsin maşından pul gətirsin. O, da Umuda yaxşı deyib mağazadan çölə çıxmışdır. Halbu ki, həmin vaxt onlar mağazaya avtomobillə deyil, piyada gəlmişdilər. Bundan sonra o, mağazanın qarşısında gözləmiş Umud isə satıcının masanın arxasından piştaxtaya tərəf getdiyini görüb fürsətdən istifadə edərək satıcıya məxsus “Samsung Galaxy S 24” markalı mobil telefonu oğurlayıb əynində olan şalvarın arxa cibinə qoymuş və bir qədər mağazada dayanıb guya pul gətirmək üçün mağazadan çölə çıxaraq birlikdə oradan uzaqlaşıb getmişlər. Həmin gün Umudla birlikdə 3-ci mikrorayon dairəsi adlanan yerə gedərək Umud üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi taksi sürücüsünə oğurladıqları mobil telefonu 80 manata satmışdır. Həmin pulun 20 manatını Umud ona vermiş, 60 manatı isə özünə götürmüşdür. Əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, həmin gün tanışı Umudla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsindən Xətai rayonu ərazisinə gəlmişdilər ki, fürsətdən istifadə edərək qiymətli hər hansı bir əşyanı oğurlasınlar. Həmin gün mağazada olan zaman Umud ona telefonu göstərib işarə etmiş, bu səbəbdən də o, guya avtomobildən pul gətirmək adı ilə mağazadan çölə çıxmışdır ki, satıcının fikrini yayındırsınlar(i.v. 157-158; 170-171; 183-184); Sonda isə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1la bir yerdə əməli törətdiklərini etiraf etmiş və istintaq dövründə verdiyiifadəsini tam olaraq təsdiqləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Şahbala oğlu ifadəsində göstərdi ki, ünvan 5 ünvanda yerləşən “Şərab evi” mağazasını icarəyə götürüb işlədir. 25 avqust 2025-ci il tarixdə saat 14 radələrində işlədiyi mağazada olan zaman iki nəfər tanımadığı müştəri içəri daxil olub şərabla və araqla maraqlanıb bildirmişdilər ki, ad gününə gedirlər və onlara yaxşı içki məsləhət görməsini xahiş etmişlər. Həmin vaxt özünə məxsus “Samsung Galaxy S24” markalı mobil telefonu masanın üzərindəki printerin üzərinə qoymuşdur. Həmin şəxslər “Makalan” adlı araqla və şərabla maraqlanlıb bildirmişdilər ki, 4 ədəd araq və 4 ədəd şərab alacaqlar. O, da araqların və şərabların qiymətlərini həmin şəxslərə demişdir. Həmin vaxt adı sonradan məlum olan Təqsirləndirilən şəxs1 yanında olan tanışına demişdir ki, gedib maşından pul gətirsin. Həmin şəxs də mağazadan çölə çıxmışdır. Bir neçə dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs1 da mağazadan çıxıb guya pul gətirməyə getmişdir. Bundan sonra geri qayıdıb baxanda görmüşdür ki, ona məxsus olan **********42429 və **********42422 imei kodlu üzərində hər birinin 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** GSM nörələr olan 1.300 manat dəyərində “Samsung Galaxy S24” markalı mobil telefon yoxdur. Bundan sonra telefonu axtarmış və özünə məxsus olan digər telefonu ilə həmin telefona zəng vurmuş, lakin telefona zəng getsədə telefonun oğurlandığını aşkar etmişdir. Sonra mağazadan çölə çıxmış və həmin şəxslərin orada olmadığını görmüşdür. Daha sonra isə Xətai RPİ-nin 35-ci PB-nə gedərək baş vermiş oğurluq hadisəsi ilə əlaqədar rəsmi ərizə ilə müraciət etmişdir. Sonra 35-ci PB-nin əməkdaşları ilə birlikdə yenidən işlədiyi mağazaya gəlmiş və polis əməkdaşları müşahidə kamerasına baxanda görmüşdülər ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 onun piştaxtanın arxasında olmamağından istifadə edərək printerin üzərinə qoyduğu “Samsung Galaxy S24” markalı mobil telefonu oğurlayıb əynində olan şalvarın arxa cibinə qoymuş, sonra isə mağazadan çıxıb getmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, onlarla barışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirmə və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanda yerləşən “Şərab evi” mağazasına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.11-15); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.25-26); Götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi oğurluq hadisəsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 1 ədəd CD disk iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür(i.v.37); Axtarışda olan şəxsin tutulması haqqında 03 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:00-da saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nin ərazisinə gətirilmişdir(i.v.51); Diskə baxış keçirilməsi haqqında 04 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş elektron maqnit daşıyıcısı olan oğurluq hadisəsinin video görüntülərini özündə əks etdirən CD diskə ”HP” markalı noutbukda baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs işlədiyi “Şərab evi" mağazasına daxil olurlar sonuncu mağazada olan masasının qarşısında dayanaraq şərablara baxır, bir neçə dəqiqə keçəndən sonra Zərərçəkmiş şəxs masanın arxasından piştaxtaya tərəf gedən zaman Təqsirləndirilən şəxs1 masanın üzərində olan mobil telefonu oğurlayaraq əynində olan şalvarın arxa cibinə qoyur və piştaxtaya tərəf gedərək araqlara baxır. Daha sonra isə mağazadan çölə çıxır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirir ki, videogörüntüdə olan şəxs onun özüdür və mağazada olarkən satıcının başının qarışıq olduğundan istifadə edərək ona məxsus mobil telefonu oğurlayaraq mağazadan çıxıb getmişdir(i.v.73); Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 03 noyabr 2025-ci il tarixdən hesablanmaqla 02 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir(i.v.106-111); 06 noyabr 2025-ci il tarixli İfadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən bildirmişdir ki, 25 avqust 2025-ci il tarixdə saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin mağazaya daxil olmuş, mağazanın masasının üzərində mobil telefonu götürüb həmin telefonu oğurlamaq qərarına gələrək satıcının başını qarışdırmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 işarə edərək guya çöldə dayanmış maşından pul gətirməyi demiş, sonra satıcı Zərərçəkmiş şəxs masanın arxasından piştaxtaya tərəf getdiyini görüb fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs məxsus “Samsung qalaxy S24” msrkalı mobil telefonu masanın üzərindən oğurlayaraq əynində olan şalvarın arxa cibinə qoyub araq və şərab almaq üçün pul gətirmək adı ilə mağazadan çıxaraq oradan uzaqlaşıb getmişdir. Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanarkən göstərdiyi xüsusatlarla bağlı fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.112-114); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2-ci maddələri təqsirli bilinərək CM-nin 70-ci maddəsiyə əsasən barəsində 03 il şərti sınaq müddəti müəyyən edilmişdir. Bundan başqa, o, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə AR Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnsitiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-eü maddələri ilə təqsirli bilinərək 02 il 10 ay müddətinə azadlıqdan məhrum edilmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 03 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəzanın müddəti başa çatmışdır(i.v.123-138); Axtarışda olan şəxsin tutulması haqqında 29 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:30 radələrində saxlanılaraq Xətai RPİ-nin 35-ci PŞ-nin inzibati binasına gətirilmişdir(i.v.140); Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir(i.v.178-182); Qətimkan tədbirinin seçilməsi haqqında 01 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.185-186); Diskə baxış keçirilməsi haqqında 01 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə hadisənin əks olunduğu videogörüntüyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, mağazanın içərisində olan Təqsirləndirilən şəxs1la odur, o satıcının qarşısında dayanaraq ətirlərə baxır və satıcının fikrini yayındırmağa çalışır ki, Umud mobil telefonu oğurlasın. Sonra o, Umudun işarəsindən sonra mağazadan çölə çıxaraq Umudu gözləyir(i.v.189); Azərbaycan Respuhblikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilib və məhkəmə zalından azad edilmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır(i.v.190-191, 192-197); 06 dekabr 2025-ci il tarixli İfadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən bildirmişdir ki, 25 avqust 2025-ci il tarixdə saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin mağazaya daxil olmuş, sonuncu mağazanın masasının üzərində mobil telefonu görüb ona işarə vermiş və onlar həmin mobil telefonu oğurlamaq qərarına gələrək satıcının başını qarışdırmaq məqsədilə Təqsirləndirilən şəxs1 ona işarə edərək guya çöldə dayanmış maşından pul gətirməyini demiş, o da masanın üzərində olan əşyalara baxaraq satıcının fikrini yayındırmaq məqsədilə əşyaların qiymətini soruşmuş, daha sonra isə guya maşından pul gətirmək üçün çölə çıxmışdır. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 mağazadan çölə çıxaraq masada olan mobil telefonu oğurladığını bildirmiş və onlar birlikdə oradan uzaqlaşıb getmişlər. Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanarkən göstərdiyi xüsusatlarla bağlı fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.199-201); Sübutların qiymətləndirilməsi haqqında 08 dekabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Şahbala oğlundan götürülmüş oğurluq hadisəsinin videogörüntülərini əks etdirən CD disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi qərara alınmışdır(i.v.202-209); Zərərçəkmiş şəxs Şahbala oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, onlara qarşı şikayət və tələbi yoxdur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə, Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında qeyd edilənləri nəzərə alaraq təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hazırki cinayət əməlinin törədilməsi qənaətinə gələrkən onların özlərinin həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətindədir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, taksi ilə şərab mağazasına gəlmişlər, içəri girdikləri kimi, o, Elmirə “get maşından pulqabımı gətir” demiş, Elmir isə dərhal magazadan çıxmışdır. Elmirin oğurluqdan xəbəri olmamış, o, telefonu satdıqdan sonra Elmir oğurluq etdiyini bilmişdir. Pulu birlikdə xərcləmişlər. Halbuki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi bu xüsusat, yəni Elmirin oğurluqdan xəbəri olmaması məhkəmə istintaqı zamanı dindirilmiş həm Zərərçəkmiş şəxs Şahbala oğlunun ifadəsi ilə, eyni zamanda məhkəmə istintaqının sonunda digər Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək oğurluqda iştirak etməsini etiraf etməsi ilə təkzib olunmuşdur. Zərərçəkmiş şəxs Şahbala oğlu məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, “ünvan 5 ünvanda yerləşən “Şərab evi” mağazasını icarəyə götürüb işlədir. 25 avqust 2025-ci il tarixdə saat 14 radələrində işlədiyi mağazada olan zaman iki nəfər tanımadığı müştəri içəri daxil olub şərabla və araqla maraqlanıb bildirmişdilər ki, ad gününə gedirlər və onlara yaxşı içki məsləhət görməsini xahiş etmişlər. Həmin vaxt özünə məxsus “Samsung Galaxy S24” markalı mobil telefonu masanın üzərindəki printerin üzərinə qoymuşdur. Həmin şəxslər “Makalan” adlı araqla və şərabla maraqlanlıb bildirmişdilər ki, 4 ədəd araq və 4 ədəd şərab alacaqlar. O, da araqların və şərabların qiymətlərini həmin şəxslərə demişdir. Həmin vaxt adı sonradan məlum olan Təqsirləndirilən şəxs1 yanında olan tanışına demişdir ki, gedib maşından pul gətirsin. Həmin şəxs də mağazadan çölə çıxmışdır. Bir neçə dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs1 da mağazadan çıxıb guya pul gətirməyə getmişdir. Bundan sonra geri qayıdıb baxanda görmüşdür ki, ona məxsus olan **********42429 və **********42422 imei kodlu üzərində hər birinin 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** GSM nörələr olan 1.300 manat dəyərində “Samsung Galaxy S24” markalı mobil telefon yoxdur...” Halbuki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində içəri girdikləri kimi, o, Elmirə “get maşından pulqabımı gətir” demiş, Elmir isə dərhal magazadan çıxmışdır. Göründüyü kimi, Zərərçəkmiş şəxs hər iki təqsirləndirilən şəxsin içkilərlə maraqlandığını, hətta həmin araq və şərabların qiymətinidə həmin şəxslərə dediyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 yanındakı tanışına pul gətirməsi üçün getməsini bildirmişdir. Bu da onu təsdiq edir ki, Təqsirləndirilən şəxs2 mağazanı tərk etməsi dərhal baş verməmiş, içkilərlə maraqlandıqdan sonra pul gətirmək adı ilə mağazanı tərk etmişdir. Bu xüsusat zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə istintaqında baxılarkən də öz təsdiqini tapmışdır. Eyni zamanda, hər iki təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq içki içməməsini bildirmişdir. Belə olan təqdirdə Təqsirləndirilən şəxs2 mağazada olarkən ad gününə gedəcəklərini bildirdiyi halda Təqsirləndirilən şəxs2 bunun yalan olmasını bilməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 bu hərəkətləri, yəni içki almaq istəməsi və adgününə getmələrini bildirməsi onda şübhə doğurmaya bilməzdi. Buda bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs2 artıq mağazaya girərkən oğurluq edəcəklərindən məlumatlı olmuş, bu səbəbdən Təqsirləndirilən şəxs1 dedikləri onda təəccüb doğurmamış, hər hansı sual verməyərək onun işarəsinə əsasən “pul gətirmək” üçün mağazanı tərk etmişdir. Digər maraqlı məqam ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində içəri girdikləri kimi, o, Elmirə “get maşından pulqabımı gətir” dediyini bildirmişdir. Həmin xüsusatı digər Təqsirləndirilən şəxs2 da təsdiqləmişdir. Lakin, hər iki təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində taksi ilə şərab mağazasına gəldikərini bildirmişlər. Maşınları olmadığı halda X1 Təqsirləndirilən şəxs1 verdiyi bu göstərişi də heç bir təəccüb doğurmadan yerinə yetirməsi də bir daha təsdiq edir ki, hər iki təqsirləndirilən şəxs oğlurluq əməlini əvvəlcədən planlaşdıraraq icra etmişlər. Bundan başqa, təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı oğurluq hadisəsini hər ikisinin iştirakı ilə törətdiklərini etiraf etsələr də, məhkəmə istintaqı zamanı bu xüsusatı təkzib etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini işdə toplanmış digər sübutlarla zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə müqayisəli şəkildə tədqiq edərək onların qeyd olunan epizodla bağlı ibtidai istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 btidai istintaq zamanı vermiş olduğu ifadələrində özlərini təqsirli bilərək həmin əməlin birlikdə törədilməsini etiraf etmiş, sözügedən protokollar özləri və müdafiəçiləri tərəfindən imzalanmışdır. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılarkən, eləcə də hadisənin video görüntüsünə baxış zamanı törətdikləri cinayət əməlini etiraf etmişlər, həmin protokollar özləri və müdafiəçiləri tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq onlara ibtidai istintaq zamanı hər hansı fiziki və ya psixi təsir göstərmədiklərini bildirmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqının ilkin mərhələsində Təqsirləndirilən şəxs1 oğurluq əməlindən əvvəlcədən məlumatlı olmadığını bildirsə də, sonda təqsirini etiraf edərək oğurluq əməlindən əvvəlcədən məlumatı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilən məzmunda ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Məhkəmə bu nəticəsini onunlada əsaslandırır ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılarkən ona irəli sürülmüş ittiham üzrə, yəni CM-nin 177.2.1-ci maddəsi ilə özünü təqsirli bilərək ziyanı ödəyəcəyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmasını(CM-59.1.12-59.1.13) nəzərə alır və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində olan Şirvan şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmləri üzrə məhkumluqları ödənilsə də, xx.xx.2023-cü il tarixli Abşeron rayon Məhkəməsinin hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin hazırki vəziyyətdə Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi, yəni cəzanı ağırlaşdıran hal müəyyən edildiyindən yuxarıda qeyd olunan normanın tətbiq edilməsi istisna edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmasını(CM-59.1.12-59.1.13) nəzərə alır və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs2 sözügedən hökmlər üzrə olan məhkumluqları ödənildiyindən CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-65.2), cəzaçəkmə müddətinin başlanğıcı 03 noyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 29 noyabr 2025-ci il tarixdən 01 dekabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut- 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 29 noyabr 2025-ci il tarixdən 01 dekabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra edilməsi üçün Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar