Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-595/2025 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 06 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2006-cı ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 41, mənzil 50-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, BA 114859 seriyalı, "B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə Şahid məxsus "Volkswagen Passat" markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 iyul 2025-ci il tarixdə saat 23:50-də Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ilə metronun "Əhmədli" stansiyası istiqamətindən M.Rüstəmov küçəsi istiqamətində saatda 60-70 km/saat sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlama, dönmə, yerdəyişmə, ötmə və s. zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, hərəkət zamanı manevr apararkən bütün hallarda təhlükəsiz hərəkəti təmin edərək qanunun bu tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, mümkün olan heç bir tədbir görməmiş, avtomobili hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin l-ci hissəsinin, yəni 3.24 “Maksimum sürətin məhdudlaşdırılması“ yol nişanının tələblərini pozmuş və yolu soldan sağa adi yerişlə keçməyə çalışan piyada Zərərçəkmiş şəxs avtomobilin ön orta hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan kəllə əsasının sınığı, baş-beyinə qansızma, sol bud və sol baldır sümüklərinin sınıqları ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirdikdən sonra idarəetməni itirərək yolun hərəkət hissəsinin sol kənarında səkinin üzərində dayanmış piyada X8 avtomobil ön orta hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan baş-beyin əzilməsi, kəllə tağı sümüklərinin sınıqları, başın təpə və alın-təpə nahiyələrinin əzilmiş yaraları, bədənin çoxsaylı sıyrıqları ilə müşayiət olunan ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla Siruz Əhmədovun baş-beyin əzilməsi ilə birbaşa ölümünə səbəb olan xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvandan çıxıb Əhmədli qəsəbəsində dostu Şahid ilə görüşmüş, Pərvizin etibarnamə əsasında idarə etdiyi **-FY-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobili ilə yaxınlıqda olan “Bravo" marketə getmişlər. Bir qədər mağazanın həyətində söhbət etdikdən sonra evə getməyi qərara almışlar. Yaşadıqları ünvanlar yaxın ərazidə yerləşdiyindən ünvana çatana qədər Pərvizdən avtomobilin idarə etməsini ona həvalə etməsini xahiş etmiş və avtomobildə sürücü yerində əyləşmişdir. "Bravo“ marketdən çıxıb yolun əks tərəfində olan “Zərifə Əliyeva parkı" adlanan ünvanın yaxınlığına getmiş, bir qədər də parkda vaxt keçirdikdən sonra yaşadıqları ünvana doğru hərəkət etməyə başlamışlar. Təxminən saat 23:50 radələrində saatda 60-70 km/saat sürəti ilə Əhmədli m/s-dan üzü yuxarı yaşadığı ünvana doğru avtomobili idarə etmişdir. Bakı kinoteatrının qarşısına çatan zaman qarşısında avtomobillər olduğu üçün soldan birinci zolaqla hərəkətini davam etdirmiş, elə bu anda bir nəfər şəxsin avtomobilin hərəkət yolu ilə addımladığını görmüş, avtomobilin sürətini azaltmağa çalışsa da, idarə etməni itirib həmin şəxsi vurmaqdan yayınmaq məqsədilə avtomobili səkiyə yaxınlaşdırmış, buna baxmayaraq yenə də həmin şəxsi vurub qarşıda olan maneəyə çırpılmışdır. Dərhal avtomobildən enib yerdə yatan bir nəfər şəxsin olduğunu görmüş, həyəcandan yerə əyləşmiş, bu zaman kənardan toplaşan şəxslər başqa bir nəfər şəxsi də vurmuş olduğunu söyləmişlər, lakin həmin an çox həyəcanlı olduğundan digər şəxsi hansı qaydada vurmuş olduğunu bilməmişdir. Bunun ardınca təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə yaxınlaşmış, o da hadisəni törətdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, digər Zərərçəkmiş şəxs 11000 manat çəkdiyi xərclərə görə ödəniş edilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 iyul 2025-ci il tarixdə saat 23 radələrində Əhmədli qəsəbəsi ünvanında yerləşən adını xatırlamadığı kafedə əks olunan futbol oyunu bitdikdən bir müddət sonra Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ilə hərəkət yolunun metronun Əhmədli stansiyası doğru olan istiqamətindən yolun digər tərəfində yerləşən Bakı kinoteatrına doğru irəliləmək üçün avtomobil yolunun səkiyə qədər olan hissəsini keçib əks istiqamətli avtomobil yolunu da keçmək üçün hərəkət zolağına daxil olmuşdur. Səkidən düşdükdən sonra ani olaraq ağ rəngli avtomobilin üzərinə doğru gəldiyini görmüş, səkiyə doğru qaçıb hərəkət yolundan çıxmağa çalışsa da, bacara bilməmiş, avtomobil sürətlə gəldiyi üçün onu vurmuş, hadisə baş verdikdən sonra heç bir hadisəni xatırlamamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona 11000 manat ödəniş olunmuşdur, təqsirləndirilən şəxslə barışmamışdır, mülki iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü tarixli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında **- EY-*** dövlət qeydiyyat nişanlı ‘’Volkswagen Passat” markalı avtomobili idarə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvandan çıxıb Əhmədli qəsəbəsində dostu X6 ilə görüşüb yaxınlıqda olan “Bravo” marketə getmiş, bir qədər mağazanın həyətində söhbət etdikdən sonra evə getməyi qərara almışlar. Yaşadıqları ünvanlar yaxın ərazidə yerləşdiyindən Yəhya ünvana çatana qədər avtomobilin idarə etməsini həvalə etməsini xahiş etmiş, razılaşdıqdan sonra Yəhya avtomobildə sürücü yerində əyləşmişdir. “Bravo” marketdən çıxıb yolun əks tərəfində olan ''Zərifə Əliyeva parkı” adlanan ünvanın yaxınlığına getmişlər, bir qədər də parkda vaxt keçirdikdən sonra yaşadıqları ünvana doğru hərəkət etməyə başlamışlar. Yəhya təxminən saai 23:50 radələrində saatda 60-70 km/saat sürəti ilə Əhmədli m/s-dan üzü yuxarı yaşadığı ünvana doğru avtomobili idarə etmiş, Bakı kinoteatrının qarşısına çatan zaman qarşıda avtomobillər olduğu üçün soldan birinci zolaqla hərəkətini davam etdirmiş, elə bu anda bir nəfər şəxsin avtomobilin hərəkət yolu ilə addımladığını görmüşlər, Yəhya avtomobilin sürətini azaltmağa çalışsa da, idarə etməni itirib həmin şəxsi vurmaqdan yayınmaq məqsədilə avtomobili səkiyə yaxınlaşdırmış, buna baxmayaraq yenə də həmin şəxsi vurub qarşıda olan maneəyə çırpılmışdır. Dərhal avtomobildən enib yerdə yatan bir nəfər şəxsin olduğunu görmüşlər. Yəhya həyəcandan yerə əyləşmiş, o da yanında dayanmışdır, bu zaman kənardan toplaşan şəxslər Yəhyanın başqa bir nəfər şəxsi də vurmuş olduğunu söyləmişlər, lakin həmin an çox həyəcanlı olduğundan Yəhyanın digər şəxsi hansı qaydada vurmuş olduğunu bilməmişdir. Bunun ardınca təcili tibbi vardım və polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Yəhya hadisəni törədən şəxs olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir(i.v.01); 31 iyul 2025-ci il tarixli, 2/42794 №-li sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.06); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 31 iyul 2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri. Xətai rayonu, Sarayevo küçəsində hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v.07-13); Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə 10 il müddətinə «B1, B, C1, C» kateqoriyalı BA 114859 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.16); İfadənin yerində yoxlanması haqqında 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərərək ətraflı təsvir etmişdir(i.v.34-36); Zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, X7 atası X9 hüquqi varis qismində tanınmışdır(i.v.54); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsindən alınmış 11 avqust 2025-ci il tarixli 3- 13-16/2-159044/2025 nömrəli sorğuya cavabdan görünür ki, BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2006cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BA 114859 nömrəli “B1 B C1 C" kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır(i.v.64); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.81); Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 25 noyabr 2025-ci il tarixli. 8/2077 saylı rəyindən görünür ki, Volkswagen Passat markalı. **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Y. Şərifzadə avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saai sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cu maddəsinin 1 -ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur(i.v.124-125); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 58 saylı rəyində göstərilmişdir ki, X2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş-beyin əzilməsi, kəllə tağı sümüklərinin sınıqları, başın təpə və alın-təpə nahiyələrinin əzilmiş yaraları, bədənin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X2 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, müddəti meyitin müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və spirti aşkar edilməmişdir. (Osas MKŞ-nin 2885/K saylı aktı)(i.v.126- 129); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1064 saylı rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs kəllə əsasının sınığı, baş-beyinə qansızma, sol bud və sol baldır sümüklərinin sınıqları müəyyən edildi. Xəsarətlər bərk-kül əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir(i.v.130-133); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 09 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.137-138); Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında 09 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.149-150); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.164-165); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 09 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı diskdə olan “TŞ5-164 1-2025-07-30 23h50min00s000ms" adlı video fayl açıldıqda ekranda sol üst tərəfdə ’’Xətai Sarayevo küçəsi", sağ aşağı tərəfdə xx-xx-2025 23:49:59 sözləri yazılmışdır. Ekranda Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsinin əhatəli və dairəvi görüntüsü və küçə ilə hərəkətdə olan avtomobillərinin gəlib keçməsi, saat 23:55:20-də isə hadisə yerinin görüntüyə alındığı müşahidə olundu. “TŞ5-164 2-2025-07-30 0_23h50min00s000ms" adlı video fayl açıldıqda ekranda sol üst tərəfdə xx-xx-2025 23:49:59 sözləri yazılmışdır. Ekranda Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsinin görüntüsü və küçə ilə hərəkətdə olan avtomobillərinin, insanların gəlib keçməsi müşahidə olundu. Görüntünün davamında saat 23:54:42-də piyada X1 üzərində dayanması, piyada Zərərçəkmiş şəxs hərəkət yolunun sağdan sola 3-cü zolağı ilə hərəkətdə olması, sürücü Təqsirləndirilən şəxs “Volkswagen Passat" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət yolunun ikinci zolağı ilə hərəkət edərək önündə olan avtomobili ötmək məqsədilə sol zolağa keçməklə həmin zolaqda olan Zərərçəkmiş şəxs avtomobilin qabaq orta hissəsi ilə vuraraq idarəetməni itirməklə səkinin üzərində dayanmış Firuz Əhmədovu da avtomobilin qabaq orta hissəsi ilə vurub ağaca çırpıldığı görünür. ’’TŞ5-164 3-2025-07-30 23h50min00s000ms" adlı video fayl açıldıqda ekranda sol üst tərəfdə xx-xx-2025 23:49:58 sözləri yazılmışdır. Ekranda Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsinin görüntüsü və küçə ilə hərəkətdə olan avtomobillərinin, insanların keçməsi müşahidə olundu. Görüntünün davamında saat 23:54:42-də sürücü Təqsirləndirilən şəxs “Volkswagen Passat” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət yolunun ikinci zolağı ilə hərəkət edərək önündə olan avtomobili ötmək məqsədilə sol zolağa keçməyə çalışdığı görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ilə hərəkətdə olan “Volkswagen Passat” markalı, **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün idarə etdiyini, həmin vaxt ötmə əməliyyatı keçirib qəflətən yolda hərəkət edən piyadanı gördüyünü, lakin avtomobili saxlaya bilmədiyini və həmin şəxsi avtomobilin qabaq orta hissəsi ilə vurduğunu və idarəetməni itirərək səkinin üzərində dayanmış piyadanı da avtomobilin qabaq orta hissəsi ilə vurub ağaca çırpıldığını bildirdi(i.v.168-169); Zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş yazılı və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir tələbi, şikayəti olmadığını, gələcəkdə də olmayacağını göstərmişdir (i.v.173); Sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanması üçün sahibinə qaytarılması, eləcə də hadisənin görüntüsü olan 1 ədəd DVD-R formatlı diskin iş üzrə maddi sübut qismində tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.174-180); Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, o, 31867.45(otuz bir min səkkiz yüz altmış yeddi manat, qırx beş qəpik) manat məbləğində maddi zərərin, 10000(on min) manat mənəvi zərərin, 217(iki yüz on yeddi) manat dövlət rüsumu əvəzinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Belə ki, ərizədə göstərilmişdir ki, cərrahiyə əməliyyatları üçün 15098,98 manat, həkim müayinələri üçün 475 manat, xəstəxanada qaldığı günlər üçün 9690 manat, labaratoriya xidmətləri üçün 1346,70 manat, diaqnostika xidmətləri üçün 1167,50 manat, xəstəxana tərəfindən istifadə edilən dərman preparatları üçün 9221,11 manat, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək edilmiş müalicə üçün 1530 manat, xəstə yaxınları tərəfindən alınan dərman preparatları üçün 1448,16 manat, aldığı xəsarət səbəbindən yaranmış akademik borcu üçün ödəniləcək təhsil haqqı 2500 manat, iştirak etdiyi psixologiya seansı üçün 30 manat, bundan sonra iştirak etməli olduğu psixologoya seansları üçün 360 manat olmaqla ümumilikdə tibbi prosedurların həyata keçirilməsi üçün 42867,45 manat vəsait xərclənmiş, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 3000 manat, xx.xx.2025-ci il tarixdə 8000 manat ödənilmiş, qalan 31867, 45 manat Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir. Respublika Diaqnostika Mərkəzi tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş çek fakturalardan görünür ki, xəstəyə göstərilmiş xidmətin ümumi dəyəri 36999,29 manat olmuşdur. Respublika Diaqnostika Mərkəzi tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək edilmiş müalicə üçün ödənilən məbləğin dəyəri 1530 manat olmuşdur. Xəstə yaxınları tərəfindən dərman preparatları üçün ödənilən məbləğlərə dair təqdim edilmiş çeklərdən görünür ki, (52.76+89.30+55+12.64+71.42+71.47+7.80+91+47.52+119.56+47.40+7.44+8.24+37.20+ 59.20+7.91+120.81+68+15.80+17.26+6.28+137.40+19.68+111.42+45.18+100+29=1456,6 9) ümumilikdə 1456,69 manat ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli X4 ödənilmiş çekdən görünür ki, 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. X3 təqdim etdiyi xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs ilkin yoxlanışın sonunda həftədə həftədə 3 gün olmaqla psixoloji seans, defektoloq-loqoped müayinəsi, psixoloji aparat yoxlanışı, uzunmüddətli intensiv şəkildə seanslara davam etməsi və 20 seans sonu təkrar yoxlanış məsləhət görülmüşdür, 1 aylıq həftədə 3 gün olaraq keçiriləcək psixoloji seansın ödənişi 360 azn təşkil edir. Zərərçəkmiş şəxs halhazırda mərkəzdə seanslarda iştirak etmir. Dövlət rüsumunun ödənilməsi haqqında ********** nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 216.60 manat mülki iddia üzrə dövlət rüsumu ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, digər zərərçəkmiş şəxsə vurulmuş ziyanın bir hissəsini ödəməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). İş üzrə maddi sübut kimi tanınmış “Volkswagen Passat" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə təhvil verilməsi, eləcə də hadisənin görüntüsü olan 1 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 31867.45 (otuz bir min səkkiz yüz altmış yeddi manat, qırx beş qəpik) manat məbləğində maddi zərərin, 10000 (on min) manat mənəvi zərərin, 217 (iki yüz on yeddi) manat dövlət rüsumu əvəzinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Belə ki, ərizədə göstərilmişdir ki, cərrahiyə əməliyyatları üçün 15098,98 manat, həkim müayinələri üçün 475 manat, xəstəxanada qaldığı günlər üçün 9690 manat, labaratoriya xidmətləri üçün 1346,70 manat, diaqnostika xidmətləri üçün 1167,50 manat, xəstəxana tərəfindən istifadə edilən dərman preparatları üçün 9221,11 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək edilmiş müalicə üçün 1530 manat, xəstə yaxınları tərəfindən alınan dərman preparatları üçün 1448,16 manat, aldığı xəsarət səbəbindən yaranmış akademik borcu üçün ödəniləcək təhsil haqqı 2500 manat, iştirak etdiyi psixologiya seansı üçün 30 manat, bundan sonra iştirak etməli olduğu psixologoya seansları üçün 360 manat olmaqla ümumilikdə tibbi prosedurların həyata keçirilməsi üçün 42867,45 manat vəsait xərclənmiş, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 3000 manat, xx.xx.2025-ci il tarixdə 8000 manat ödənilmiş, qalan 31867, 45 manat Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir. Respublika Diaqnostika Mərkəzi tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş çek fakturalardan görünür ki, xəstəyə göstərilmiş xidmətin ümumi dəyəri 36999,29 manat olmuşdur. Respublika Diaqnostika Mərkəzi tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək edilmiş müalicə üçün ödənilən məbləğin dəyəri 1530 manat olmuşdur. Xəstə yaxınları tərəfindən dərman preparatları üçün ödənilən məbləğlərə dair təqdim edilmiş çeklərdən görünür ki, (52.76+89.30+55+12.64+71.42+71.47+7.80+91+47.52+119.56+47.40+7.44+8.24+37.2+5 9.20+7.91+120.81+68+15.80+17.26+6.28+137.40+19.68+111.42+45.18+100+29=1456,69 ) ümumilikdə 1456,69 manat ödəniş olunmuşdur. xx.xx.2025-ci il tarixli X4 ödənilmiş çekdən görünür ki, 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. X3 təqdim etdiyi xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs ilkin yoxlanışın sonunda həftədə həftədə 3 gün olmaqla psixoloji seans, defektoloq-loqoped müayinəsi, psixoloji aparat yoxlanışı, uzunmüddətli intensiv şəkildə seanslara davam etməsi və 20 seans sonu təkrar yoxlanış məsləhət görülmüşdür, 1 aylıq həftədə 3 gün olaraq keçiriləcək psixoloji seansın ödənişi 360 azn təşkil edir. Zərərçəkmiş şəxs halhazırda mərkəzdə seanslarda iştirak etmir. Dövlət rüsumunun ödənilməsi haqqında ********** nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 216.60 manat mülki iddia üzrə dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığına vurduğu zərərin əvəzi kimi müalicəsi üçün 36999,29 manat +1530 manat+1448,16 manat (məhkəmə bu hissə ilə bağlı qeyd edir ki, təqdim edilmiş qəbzlərdə dərmanların alınması üçün 1456,69 manat olduğu müəyyən edilsə də, məhkəmə tərəfindən verilmiş iddia tələbinin artırılması mümkün olmadığından həmin hissədə ümumi məbləğ mülki iddiada göstərildiyi kimi 1448,16 manat kimi götürülməlidir)+30 manat+360 manat=40367,45 manat məbləğində ziyan vurulması təqdim olunmuş sənədlərlə təsdiq edilmiş, həmin məbləğdən 11000 manat təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilmiş (həm mülki iddiaçı, həm mülki cavabdehin ifadəsi ilə bu xüsusat təsdiq edilmişdir), qalıq məbləğ olaraq 29367.45 manat vurulmuş maddi ziyan təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Eyni zamanda, verilmiş mülki iddiada vurulmuş maddi ziyan məbləği olaraq göstərilmiş aldığı xəsarət səbəbindən yaranmış akademik borcu üçün ödəniləcək təhsil haqqı kimi tutulmalı 2500 manata münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçıya bu hissədə tələblə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, onun və nümayəndəsi tərəfindən qeyd edilənlərlə bağlı heç bir sübut təqdim edilmədiyindən, həmin hissədə tələb təmin edilməməlidir. Bundan başqa, mülki iddiaçı 10000 (on min) manat mənəvi zərər tələb etmişdir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya"nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri -əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri– inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə hesab edir ki, mülki cavabdeh tərəfindən mülki iddiaçıya mənəvi zərər vurulmuş və mülki cavabdeh tərəfindən törədilən cinayət nəticəsində mülki iddiaçının sağlamlığına zərər dəymiş, mülki cavabdehin təqsiri üzündən iddiaçı fiziki, psixoloji və mənəvi iztirablar və sarsıntı keçirmiş, ona mənəvi zərər vurulmuşdur. Bununla yanaşı, məhkəmənin qənaətinə görə, iddiaçının 10000 (on min) manat məbləğində mənəvi zərər tələbi ona vurulmuş mənəvi zərərə mütənasib hesab oluna bilməz və xeyli dərəcədə yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, mülki cavabdehin əməli nəticəsində mülki iddiaçıya dəymiş mənəvi zərərin əvəzi hesabına mülki cavabdehdən mülki iddiaçının xeyrinə 2000 (iki min) manat tutulması ağlabatan və ədalətlidir. Beləliklə verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 29367.45 (iyirmi doqquz min üç yüz altmış yeddi manat qırx beş qəpik) manat maddi və 2000 (iki min) manat mənəvi zərər, cəmi 31367,45 (otuz bir min üç yüz altmış yeddi manat qırx beş qəpik) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Zərərçəkmiş şəxs ödənilmiş dövlət rüsumunun mülki cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, onun vermiş olduğu mülki iddia “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olunduğundan ödənilmiş 216.60 (iki yüz on altı manat altmış qəpik) manat dövlət rüsumu mülki iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Volkswagen Passat" markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə təhvil verilməsi, eləcə də hadisənin görüntüsü olan 1 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 29367.45 (iyirmi doqquz min üç yüz altmış yeddi manat qırx beş qəpik) manat maddi və 2000 (iki min) manat mənəvi zərər, cəmi 31367,45 (otuz bir min üç yüz altmış yeddi manat qırx beş qəpik) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 216.60 (iki yüz on altı manat altmış qəpik) manat məbləğində dövlət rüsumu zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılsın. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-595/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-595/2025
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver