Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-596/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmuş və məhkumluğu ödənilməyən, Hacıqabul rayonu, Meyniman Ərazi Dairəsi Meyniman kəndində qeydiyyatda olan barəsində, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs mənzilə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxs Vilayət Qulaməliyevə 4.000 manat ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə 28 may 2023-cu ir tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvana gəlmiş, mənzildə sakinlərin olması səbəbindən mənzilə daxil olmaqdan imtina edib mənzilin giriş qapısının iç tərəfindəki kilid dəliyindən açarları götürüb oranı tərk etmiş, 30 may 2023-cu il tarixdə, saat 15 radələrində sözügedən ünvana gəlib mənzildə sakinlərin olmadığına əmin olduqdan sonra həmin açarlarla mənzilin giriş qapısını açıb içəri qanunsuz daxil olduqdan sonra yataq otağında olan dolabdan qiyməti 850 manat, 01 ədəd 585 ayyarlı, çəkisi 10 qram olan kişi qızıl üzüyünü, qiyməti 700 manat, 01 ədəd 585 əyyarlı, çəkisi 10 qram olan qadın qızıl üzüyünü, qiyməti 900 manat, 01 ədəd 585 əyyarı, çəkisi 15 qram olan qızıl boyunbağını, qiyməti 350 manat, 01 ədəd 585 əyyarlı, çəkisi 6 qram olan qızıl qolbağını, qiyməti 500 manat, 585 əyyarlı çəkisi 6 qram olan bir cüt qızıl sırğanı, qiyməti 520 manat, 585 əyyarlı, çəkisi 7 qram olan bir cüt qızıl sırğanı və 180 manat nağd pul vəsaitini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçrilməsi haqqında, diskə baxış keçrilməsi haqqında, baxış və götürmə aparılması haqqında, şəxsin tanınmaya təqdim edilməsi haqqında, ifadənin yerində yoxlanılması haqqında protokollar, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nərimanov rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə həbs olunmuşdur. Nərimanov rayon məhkəməsinin hökmü ilə həbs olunduqdan sonra xx.xx.2022-ci il tarixdə azadlıqa buraxılmışdır. Həbsdən çıxdıqdan bir müddət sonra həbsdə olduğu üçün Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən bir dəfəlik sosial müavinət pulu alaraq və 2023-cü ilin mart ayından lizinqə "Opel Astara" markalı ** AC *** dölət qeydiyyat nişanlı avtomobil götürərək Bakı şəhərində "Bolt və UBER" taksi şirkətlərinə online qoşulmaqla taksilik fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 28 may 2023-cü il tarixdə, saat 14 radələrində sifariş qəbul edərək müştərini Bakı şəhəri, Xətai rayonu, İZülfüqarov 87 ünvanına gətirmiş, müştəri avtomobildən endikdən sonra avtomobili ilə hərəkətdə olarkən məhəllənin içərisində kişi salonu görüb avtomobili saxlayıb saçını kəsdirmək məqsədi ilə salona daxil olmuşdur. Həmin vaxt bərbərin yanında müştəri olduğu üçün növbəsini gözləmək məqsədi ilə mobil telefonunu enerji yığmaq məqsədi ilə cərəyana qoşub bərbərxananın qarşısında dayanıb siqaret çəkmişdir. Bu zaman bərbərxananın qarşısından bir nəfər əvvəllər tanımadığı yaşlı qadının əllərində zənbillərlə keçirdiyini görüb həmin qadının zənbillərinə köməklik edib onunla birlikdə bərbərxana ilə üzbəüzdə yerləşən nail-cü mərtəbəyə qalxmışdır. O, zanbilləri qadının yaşadığı eving 8 kandarına qoyan zaman 6-cı mərtəbədən bir nəfər şəxsin yaşadığı mənzildən çıxdığını, qapını örtüdüyünü, lakin qapını nə açarla bağladığını, nə də digər şəxsin içəridən qapını bağlamaq səsini eşitmişdir. Həmin şəxs lift ilə getdikdən sonra o, dərhal 6-cı mərtəbaya qalxmışdır. Bu zaman qapıdan içəri qulaq asarkan hər hansı səs eşitməmiş və mənzilin qapısımın dəstəyini aşağı əyərək açmışdır. Həmin vaxt mənzilin giriş qapısının içəri tərəfdən olan dəstəyinin üzərində bir ədəd açar olduğunu görüb həmin açarı özü ilə götürmüşdür ki, sonra gəlib mənzilin giriş qapısını açmaqla oğurluq edər. Daha sonra həmin bloku tark edərək getmişdir. 30 may 2023-cü il tarixdə, saat 15 radələrində o, həmin ünvana gəlmiş. mənzildə hər hansı şəxsin olub-olmadığımı yoxlamaq məqsədi ilə giriş qapısını dəfələrlə döymüş, lakin qapını açan olmadıqda qapıdan qulaq asaraq içəridən hər hansı şəxsin səsini eşitməmişdir. Bir neçə dəqiqə gözləyib təkrar bir neçə dəfə qapım döymüşdür. Qapını açan olmadıqda giriş qapının üzərindən götürdüyü açar vasitəsi ilə mənzilin giriş qapısının kilidini açmağa çalışarkən açarı qapının yuxarı kilidinə daxil edib qapını açmaq istəyən zaman seyf açar smaraq kilidin içərisində qalmışdır. Aşağı kilidi digər açar ilə yoxladıqda qapı açılmış və yataq otağımın açıq olduğunu görüb bir başa yataq otağına daxil olaraq dolabın içərisindən qırmızı rəngli eynək qabının içərisində olan iki ədəd qızıl üzüyü, bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl qolbağı, iki cüt qızıl sırğanı və 180 (bir yüz saksan) manat məbləğində nağd pulu oğurlayaraq, həmin mənzili tərk etmişdir. Binanın giriş qapısından çölə çıxarkən Zərərçəkmiş şəxs məxsus mənzilin giriş qapısının açarını xatırlamadığı yerə tullamışdır. Təxminən 15 gündən sonra həmin mənzildən oğurladığı qızılları satmaq üçün «Neftçilər metrostansiyasının yaxınlığında yerləşən qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan mağazaya getmişdir. Həmin vaxtı ondan başqa bir nəfər tanımadığı müştəridə mağazada olmuşdur. O, qızılları mağaza sahibinə göstərdikdə sonuncu həmin qızılları almaq üçün ümumilikdə 1.000 manat pul verə biləcəyini bildirdikdə sonuncunun ucuz almaq istədiyini və ondan şəxsiyyət vəsiqəsi tələb edəcəyini görüb gələcəkdə tutulmaqdan ehtiyat edərək oradan kənarlaşmışdır. Onun arxasınca qızıl mağazasında olan digər müştəri gəlmişdir. Həmin şəxs ondan qızıl-zinət əşyalarını almaq istədiyini bildirmişdir. Oğurladığı qızılları həmin şəxsə aralarında olan razılamaya əsasən 1.700 (bir min yeddi yüz) manata sataraq əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Aşağı həddə cəzas verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış şahidlər məhkəmə iclasına gəlməmiş, tərəflər şahidlərin iştirakı olmadan iclasın keçirilməsinə etiraz etməmişlər. Məhkəmə şahidlərin iştirakı olmadan iclasın keçirilməsini məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 02); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 3 ünvanda yerləşən binanın 11 nömrəli mənzilində törədilmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i.v. 7-12); Zərərçəkmiş şəxs 30 may 2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə ona məxsus ünvan 4 ünvanda yerləşən binanın 11 nömrəli mənzilindən qızıl-zinyət əşyaları oğurlanmışdır(i.v13) Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 22); 28 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli bijuteriya üzüyüyü zərfə qoyularaq möhürlənmişdir.(i.v 64-65) Şübhəli şəxsin tutulması haqqında 28 sentyabr 2023-cü il tarixli protokolda görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 28 sentyabr 2023-cü il tarixdə, saat 21:00-da Xətai RPİ-də tutulmuşdur ( i.v. 76); 28 sentyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerindən götürülmüş bir ədəd "CD" diskdə olan görünütü 10 saniyədən ibarət olan faylda 30 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, başında qara papaq, əynində qara qısa qolsuz kofta və göy rəngli cins şalvar olan bir kişi ünvan 3 ünvanda yerləşən binanın blokuna daxil olur. Görüntüdə iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin o, olduğunu və hadisə günü yəni xx.xx.2023-cü il tarixdə saat 14:50-də oğurluq edilən binaya daxil olmuşdur. Həmin görüntünü əks etdirən bir ədəd DVD disk sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir.(i.v 89-90) İfadənin yerində yoxlanılması haqqında 29 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları eynilə təsdiq etmişdir.(i.v 91-95) 29 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki,230110338 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Ağaqaradş oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən, həmin məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir.(i.v 96) 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir.(i.v 98-99) 30 sentyabr 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4- cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraatla birləşdirilməli və cinayət işi üzrə istintaq ********* nömrə altında davam etdirilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır.(i.v 121-122) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-625/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v 149-153) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Aqardaş oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin məcəllənin 66.2, 67.1-ci maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1300 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 76.6, 76.6.3, 67.1-ci maddələrinə əsasən 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1300 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixində cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 07 ay 04 gün müddət hissəsindən şərti olaraq azad olunmuşdur. xx.xx.2023-cü il tarixində cəzasının çəkib qurtarıb. (i.v 162-164) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6, 76.6.3-cü maddələrinə əsasən Salyan Rayon Məhkəməsinin 7(057)-472/2019 nömrəli, 03 sentyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2018 nömrəli, 21 noyabr 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 3 (üç) günündən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2018 nömrəli, 21 noyabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 3 (üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən və 1300 (min üç yüz) manat cərimə cəzası tam birləşdirilməsi və qəti olaraq ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 1300 (min üç yüz) manat cərimə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 29 dekabr 2019-cu il tarixdən hesablanması hökm olunmuşdur.(i.v 165-179) Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödədiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur.(i.v 187) 23 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı "xxxx" mobil operatoru tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 5(011)-792/2023 nömrəli qərarı icra edilərək iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-213- 00-00, ***-***-**-** va ***-***-**-** mobil nömrələrindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, həmin nömrələrdən daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) haqqında məlumatlar bir ədəd DVD-R diskdə Xətai RPİ-nə təqdim edilmişdir. Qeyd edilən məlumatlara tərəfimdən Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən ismarıcların məzmununda cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edən məlumat aşkar edilməmiş, bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:22:53 saniyədə ünvan 5 ünvanına daxil olması və həmin günü saat 13:32:54 saniyədə həmin ərazini tərk etməsi qeyd olunur. xx.xx.2023-cü il tarixdə saat 13:35:21 saniyədə ünvan 5 ünvanına daxil olması və həmin günü saat 15:01:15 saniyədə həmin ərazini tərk etməsi qeyd olunur. 30.05 2023-cu il tarixdə saat 14:36:11 saniyədə ünvan 5 ünvanına daxil olması və həmin günü saat 15:22:42 saniyədə həmin ərazini tərk etməsi qeyd olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə saat 14 radələrində hansı səbəbdən qeyd olunan əraziyə gəldiyini xatırlamadığını lakin həmin ərəfələrdə taksi sürücüsü olduğu üçün ehtimalla müştəri gətirdiyi bildirdi. 28 may 2023-cü il tarixdə saat 14 radələrində isə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində Zərərçəkmiş şəxs məxsus yaşadığı ünvanın açarını götürdüyü günü xatırladığını, 30 may 2023-cü il tarixdə saat 15 radələrində həmin ünvana oğurluq məqsədi ilə gəldiyini bildirdi.(iv. 193-194: 201-208) 23 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında, cinayət təqibinə hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, təqdirləndirilən şəxs Mürvətov X2 Fira Xabuil qızının Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 2945, mənzil 13 saylı mənzilindən oğurluq etməsi subuta yetmədiyi üçün onun barəsində bu xüsusat üzrə cinayət təqibinə hissəvi xitam verilməsi və əməli Azərbaycan Respublikası CM-nin 177.22, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızının xx.xx.2023cü il tarixli №4(011)-652/2023 nömrəli qərarı ilə 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınması, iş üzrə "xxxx" MMC-dən götürülmüş 1 ədəd "CD" diskin subut növü kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, iş üzrə hadisə yerinin görüntüsünü özündə əks etdirən 1 ədəd "CD" diskin maddi subut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 29, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi cinayətin residivi kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən Zərərçəkmiş şəxs, şahidlər X4, Şahid1, X1, Şahid4 ifadələri, hadisə yerinə baxış keçrilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol, ifadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il taridi protokol, diskə baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokol, şəxsin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol, oğurluq hadisənin görüntüləri əks olunmuş ölədəd diskə baxış keçrilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və Təqsirləndirilən şəxs əməlinin ifşa olunması ilə bağı toplanmış digər sənədlər iş üzrə sübut növü kimiqiymətləndirilməsi, cinayət işi üzrə oğurluq hadisənin görüntüləri əks olunan 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qəbul olunması və cinayət işinin materiallarında saxlanılması, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs X5 Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 2945, mənzil 13 saylı mənzilindən oğurluq etməsi subuta yetmədiyi üçün, hazırda istintaq edilən cinayət işi ********* nömrə altında davam etdirilməsi, X5 evindən naməlum şəxs tərəfindən oğurluq edilməsi faktı ilə bağlı başlanmış ********* nömrəli cinayət işi ayrıca icraata ayrılması və icraata qəbul edilməsi qərara alınmışdır. (i.v 209-216) 23 oktyabr 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, təqdirləndirilən şəxs Mürvətov X2 Fira Xabail qızının Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 2945, mənzil 13 saylı mənzilindən oğurluq etməsi subuta yetmədiyi üçün, hazırda istintaq edilən cinayət işi ********* nömrə altında davam etdirilməsi, X5 evindən naməlum şəxs tərəfindən oğurluq edilməsi faktı ilə bağlı başlanmış ********* nömrəli cinayət işi ayrıca icraata ayrılması və icraata qəbul edilməsi, ********* nömrəli cinayət işinin materialları tərtib edilmiş siyahı üzrə ********* nömrəli cinayət işindən ayrılması qərara alınmışdır.(i.v 218-219) 23 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yeni məzmunlu ittiham elan edilməsi qərara alınmışdır.(i.v 222-223) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq xeyli miqdarda talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli hesab edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini (CM-59.1.13),əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materillarına əlavə edilmiş tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, o, xx.xx.2018-ci il tarixində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1300 manat cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 ay 03 gün müddətindən şərti olaraq azad olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6, 76.6.3-cü maddələrinə əsasən Salyan Rayon Məhkəməsinin 7(057)-472/2019 nömrəli, 03 sentyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 376/2018 nömrəli, 21 noyabr 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 3 (üç) günündən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-376/2018 nömrəli, 21 noyabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 3 (üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən və 1300 (min üç yüz) manat cərimə cəzası tam birləşdirilməsi və qəti olaraq ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 1300 (min üç yüz) manat cərimə cəzası təyin edilməsi hökm olunmuş, xx.xx.2023-cü il tarixindən cəzasını çəkib qurtarıb. Bununla da, Təqsirləndirilən şəxs həm Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasının və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar yaranmış məhkumluq müddətləri keçmədən, əvvəllər 2 dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxs hesab edilməli və onun əməlində cinayətin təhlükəli residivi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin təhlükəli residivi (CM-61.1.1) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni məzmunlu və müxtəlif növ cinayət əməllərini törətməsini, həmin cinayətə görə barəsində əməlin sanksiyasında nəzərdə tutulan daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən və götürülmədən yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırllaşdıran halların müəyyən edilməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (CM-56.1.4.),iş üzrə maddi sübut qismində tanınmış 02 ədəd”CD” disklər cinayət işi materiallarında saxlanılmalı, iş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır (CPM-198.1.). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 28 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “CD” disklər cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-596/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-596/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver