Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-60/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-325/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, Zəngilan rayonu, Tiri kəndində qeydiyyatda olan, barəsində Qazax Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli, 4(023)-87/2022 saylı qərarı ilə 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 01 ǝded bükümdə təmiz çəkisi 0,354 qram narkotik vasitə heroin əldə edib üzərində daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşlan tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı o, 22 oktyabr 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində saxlanılıb, ünvan 1 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üstündə paltarında şəxsi axtanş ve götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çekisi 0,354 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində ifadələrindən əlavə şahid ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası nəzərdə tutulan cinayət əməlini törətməsi onun etirafedici Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli 6/6150 nömrəli və məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 29 oktyabr 2022-ci il tarixli 6439 nömrəli rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək məhkəməyə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə etsə də, tutularkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu saxlayarkən narkotik vasitəni qəbul etməyəcəyi təqdirdə, ona külli miqdarda narkotik vasitələrin satış ittihamı veriləcəyini bildirdikləri üçün o da, həmin narkotik vasitəni götürmüşdür. Onu heç kim döyməmiş, heç bir fiziki zor tədbiq etməmişlər. Aşağı həddə cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, artıq 2 ilə yaxındır ki, nakotik vasitə heroindən çəkməklə və ya inyeksiya yolu ilə qəbul edir, əvvəllər yəni, 2021-ci ildə törətdiyi qanunsuz olaraq narkotik vasitələr əldə etmə və saxlama cinayətinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə amnistiya elan edilməsi haqqında" "8 noyabr Zəfər Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021- ci il tarixli Qərarı tətbiq edilməklə cəzadan azad edilmiş, cəzadan azad edildikdən sonra, bir müddət narkotik vasitələrdən istifadə etməsə də, sonradan yenidən narkotik vasitələrin İstifadəsini davam etdirmiş, həmin narkotik vasitələri də, o, müxtəlif yerlərdən tanımadığı şəxslərdən almış, 22 oktyabr 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə əldə etməkdən ötrü Suraxanı rayonu, Əmircan qəsəbəsinə yollanmış, orada tanımadığı, lakin bədən quruluşundan narkotik vasitə istifadəçinə oxşatdığı təxminən 35-40 yaşlarında, qaraşın, qara saçlı, saçı alın nahiyyədə dazlaşmış, yumru sifətli, arıq bədən quruluşlu, boyu təxminən 174- 175 sm olan bir nəfər şəxsə yaxınlaşaraq, ondan istifadəsi üçün narkotik vasitə heroin təşkil etməsini xahiş etmiş, həmin şəxs üstündə 01 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirib, həmin heroini ona 10 manat pul müqabilində sata biləcəyini demiş, o, razılaşıb, 10 manat pul verməklə 01 ədəd bükümdə olan həmin narkotik vasitə heroini ondan almış, ardınca bükümü açıb, içərisində həqiqətən də narkotik vasitə heroin olduğuna əmin olduqdan sonra, sağollaşaraq həmin tanımadığı şəxsdən ayrılmış, aldığı heroini əynində olan şalvarın cibinə qoyaraq sonradan istifadə etmək üçün saxlamış, daha sonra müəyyən işləri ilə əlaqədar Yeni Günəşli qəsəbəsinə gəlmiş, həmin gün saat 18 radələrində 1.İsmayılov küçəsi ilə hərəkət etdiyi zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmiş, daha sonra onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 35-ci PB-nə getməsini bildirmiş, o, polis Əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 35-ci PB-nə gəlmiş, PB-nə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparalıcağı barədə xəbərdar edilmiş, bundan sonra isə şəxsi axtarışına başlanmış, belə ki, polis əməkdaşları şəxsi axtarışını aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu etmiş, artıq polis əməkdaşlarının onun qanunsuz əməlləri, yəni narkotik vasitə istifadə etməsi barədə məlumatlı olduqlarını bilib, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdəki narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmiş, eyni zamanda polis əməkdaşları ondan təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda, o, həmin bir ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu bildirib, həmin heroini elə həmin gün Suraxanı rayonunda tanımadığı şəxsdən alıb öz istifadəsi üçün saxladığını bildirmiş, polis əməkdaşları təqdim etdiyi 01 ədəd bükümə baxış keçirib, çəkisini müəyyən etdikdən sonra, qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı aparılmış, lakin üstündən başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol yazılmış, protokol ucadan oxunduqdan sonra, o özü, müdafiəçisi və baxışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmışdır(i.v 50- 53,61-64); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanması üçün bölmə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra, əməliyyat-axtarış təbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, çıxarılmış qərar əsasında o, həmçinin bölmənin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, bundan sonra həmin gün saat 18 radələrində əməliyyat qrupunun digər üzvü ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsinə gəlmiş, qeyd edilən ünvan ətrafında Əməliyyat mövqeyi tutub, bir neçə vaxt ərzində müşahidə apardıqdan sonra, xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsin həmin ünvana gəldiyini görmüş, bu zaman həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları olduqlarını bildirib, özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etmə və saxlamada şübhəli olduğunu izah edib, onu qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, bundan sonra onu Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmiş, bölməyə gəldikdən sonra, Bakı şəhəri, 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq ona təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarışı aparılacağı izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə şəxsi axtarışı aparılacağı barədə izah edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edib, bükümdəki kütlənin narkotik vasite heroin olduğunu bildirmiş, ardınca Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin üstündən başqa heç bir qeyri qanuni əşya aşkar edilməmiş, eyni zamanda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd bükümü açıb, həmin bükümün içərisinə baxdıqda orada narkotik maddə hesab olunan heroine oxşar, toz şəkilli, qəhvəyi rəngli kütlənin olması müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə heroini tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, bundan Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzi ilə ölçülmüş, ardınca müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri imzalandəqdan sonra göterülmüş, ardınca aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduqları ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə, saat 18:00-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 35-ci polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 18:20-də müdafiəçinin iştirakı Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xətai RPİ-nin 35-ci PB-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Xətai RPİ-nin 35-ci PB-in əməkdaşı, polis serjantı X2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroina bənzər maddə olan 01 ǝded bükümü təqdim edərək bükümün içərisindəki maddənin "kakos" deyilən heroin olmasını, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 1.İsmayılov küçəsinin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin çəkisinin müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd ədəd ağ şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisi 0.43 qram olması müəyyən edilmişdir.. Zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənmişdir. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli, 6/6150 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli, 6/6150 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "....(imza) Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,354 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 08 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin" in siyahısına (Siyahı İ) daxildir. (i.v. 42-44); 24 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 55-56); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-556/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad olunması qərara alınmışdır(i.v 73-76) 24 oktyabr 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 77-78) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 26 oktyabr 2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkamasinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaucan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixli amnistiya qərarının 3.2 bəndinə əsasən cəzadan azad olunmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə taqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə "8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini çəkmədən azad edilmiş, habelə üzərindən məhkumluq götürülmüşdür.( i.v. 91-92); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-325/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumirejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması hökm olunmuşdur (i.v. 93-99); Amnistiya aktının tədbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, "8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, məhkum Təqsirləndirilən şəxs amnistya tədbiq edilməsi, Amnsitiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-540/2022 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbirinin tədbiqinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6639 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 100-101); sübutların qiymətləndirilməsi haqqında 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılsın və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla barəsində həbsdə olma müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Azərbaycan Respublikası 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi Təqsirləndirilən şəxs şamil edilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisinin daha mötəbər sübut növü olan məhkəmə-kimyəvi ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 6/5849 nömrəli rəyinə uyğun olaraq 0,397 qram olması əsas götürülməsi, Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,397 gram olan narkotik vasitənin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sarf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 0,347 qram olan 01 ədəd bükümdə narkotik vasitə heroinin saxlanılmasından ötrü Xətai RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, iş üzrə "şəxsi axtarış və götürms aparılması" haqqında 10 oktyabr 2022ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd "DVD_R" formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması, ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 6/5849 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 6258 nömrəli rəyi, "şəxsi axtarış və götürmə aparılması haqqında" 10 oktyabr 2022-ci il tarixli protokol, təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilməsi, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair nömrəli cinayət işindən işə daxil edilmiş materialların siyahısı, qərarların, protokolların və digər sənədlərin surətləri əlavə edilməklə iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamini sonuncuya qanunsuz olaraq satmış şəxs və ya şəxslərin və həmin cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində araşdırma materialı ayrılaraq araşdırması davam etdirilməsi, bundan başqa cinayətin baş verməsinə səbəb olub şərait yaradan halların muayyan edilməsi və aradan qaldırılması məqsədilə, eləcə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınması, təkrar olunmaması və digər şəxslər tərəfindən törədilməməsi üçün ciddi tədbirlər görülməsi, həmçinin profilaktiki işlərin təşkil edilməsinin, narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və satılmasının ağır nəticələrə səbəb olub cinayət məsuliyyəti yaratmasının geniş kütlə arasında təbliğ edilməsi zəruriliyindən ötrü Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə təqdimat verilməsi, iş üzrə Təqsirləndirilən şəxs mahkumluğunun ödənildiyini nəzərə alaraq onun törətdiyi cinayət əməli cinayətlərin residivi kimi qiymətləndirilməməsi qərara alınmışdır. (i.v. 102-109); Qazax Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli, 4(023)-87/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə, yəni 17 mart 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbirinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülmü təqdim edərək masanın üzərinə qoyması, həmin bükümün içərisindəki maddənin "kakos" deyilən heroin olmasını, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən almasını bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri ilə təkzib olunur. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli, 4(011)-556/2022 saylı qərardan görünür ki, təqsirləndirilən şəxs ittihamda elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan heroini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 01 ədəd bükümdə narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhərində daimi yaşayış yerinin olmasını, səmimi etirafını, istintaqın və məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gələcəyini bildirərək, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində;. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. 83.6-ci maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,354 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. "8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilirlər. Həmin qərarın 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 03 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını (CM59.2) nəzərə alır və onu yüngülləşdirici hal kimi qəbul edir. Təqsirləndirilən şəxs "8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarına əsasən məhkumluğu götürüldüyündən, məhkumluğu ödənilmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əvvəllər də hazırki ittiham olunmuş cinayətlə eyni məzmunlu cinayət əməllərini törətməsini, həmin cinayətə görə məhkum olunmasını, yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində Qazax Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli, 4(023)-87/2022 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 02(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01(bir) il 01 (ay) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və Qazax Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli, 4(023)- 87/2022 saylı qərarı ilə həbsdə olması nəzərə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,304 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-60/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-60/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver