Məhkəmə qərarları › İş №1(011)-60/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-60/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-60/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X19, onun nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs X13, onun müdafiəçisi – «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 sentyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, "xxxx" ASC-də ixrac meneceri işləyən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1158/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsili bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X34 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, keçmiş kürəkəni X36 xx.xx.2023-ci ildə “AzVision.az” internet qəzetində dərc edilmiş müraciətində "ancaq sonradan məlum oldu ki, A Culfayev evimi əxlaqsızlıq yuvasına çevirib.... Növbəti dəfə də eyni hal yaşandı. Qonşular qaynatamın evi kirayə verdiyi adamlardan şikayət etdilər. Gedib biabırçı vəziyyətin şahidi oldum.." bildirməklə məni onun Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında olan mənzilində "əxlaqsızlıq yuvası saxlamaqda, eyni əməli təkrar törətməkdə ittiham etmişdir. AR CM-nin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 244.2-ci maddəsinə əsasən eyni əməllər: 244.2.1. təkrar törədildikdə; 244.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa X36 xx.xx.2023-cü ildə "AzVision az internet qəzetində "Taleh Şamilov (Xətai rayon Polis İdarəsinin müstəntiqi) üzümə dedi ki, "mənə şəxsən tapşırıq verilib ki, cinayət işi açım. Sənin qaynatan gözdən əlildir, prezidentlə şəkli var və nə istəsə edə bilər. Keçmiş qaynatam özü də bunu hər yanda deyir. Beləliklə xüsusi tapşırıq əsasında cinayət işi açılandan sonra Xətai rayon məhkəməsinin hakimi Sülhanə Hacıyeva mənə bəraət verdi. Çünki heç bir əsas yox idi. Həmin bəraəti Bakı Apellyasiya məhkəməsinin hakimi Emin Mehdiyev sübut, əsas, fakt olmadan ləğv edib mənə 128-ci maddə ilə 1000 manat cərimə və məhkumluq elan etdi. O zaman mənə aydın oldu ki, Pərviz Zamanlı, Emin Mehdiyev, Şəhriyar Əliyev kimi hakimlər məhkəmə sisteminin ləkəli hakimləridirlər və tapşırıqla işləyirlər. Burada heç bir haqq-ədalətdən söhbət gedə bilməz. Qaynatam şəxsi əlaqə və səlahiyyətlərindən sui-istifadə edərək məhkəmə qərarlarına təsir edir." sözlərini yaymaqla məni ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaqda ittiham etmişdir. AR CM-nin 286.1-ci maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 286.2-ci maddəsinə əsasən işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, mustəntiqın və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 286.3-cü maddəsinə əsasən bu Məcəllənin 286.1 və 286.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Bundan başqa Fərqan Əlişov xx.xx.2023-cü ildə "AzVision az" internet qəzetində yayımlanmış müraciətində göstərmişdir ki, "A.Culfayevun Rusiya səfirinin keçmiş müavini İqor Petroviçle xüsusi əlaqəsi var idi. Bilirsiniz ki, bu müavinlər xüsusi bölmənin işçilərı olurlar. Təsəvvür edin ki, azərbaycanlı baş məşqçi Rusiya səfirinin müavini ilə birgə oturub erməniləri tərifləyirdi. Göründüyü kimi X36 onu ağır cinayətlərdə əxlaqsızlıq yuvası saxlamaqda, həmin əməli takrar törtəməkdə, ədalət mühakiməsının həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada mudaxilə etmədə, işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmədə, habelə xarici dövlətlərin xüsusi orqanları ilə əlaqədə olmada ittiham edərək ona böhtan atmışdir. Eyni zamanda X36 25.07 2023- cü ildə "AzVision az internet qəzetində "Allahverdi Culfayevin ailəsində azərbaycanlılara qarşı bır nifrət vardır. Onun bacısı X11 Rafael adlı Qarabağ ermənisi ilə qeyri-rəsmi nikahda yaşayır. Həmişə də Mənim əziz ermənilərim deyir. Allahverdi Culfayevin də həmin erməni ilə sıx əlaqəsi var. Keçmiş qaynanası X20 Bakı rusudur. Amma Azərbaycan dilinə nifrət edir göstərməklə onu ermənilərlə qohum olmaqda ittiham etməklə onun şərəf və ləyaqətini alçaltmışdır, onu təhqir etmişdir, cəmiyyət arasında onu nüfuzdan salmağa cəhd göstərmişdir. Beləliklə, X36 yuxarıda göstərilənləri internet portalı olan "AzVizion az (https://azvision az) 25.07 2023- cü ildə dərc etməklə ona böhtan atmış, onu təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmış, onu cəmiyyət arasında nufuzdan salmağa cəhd göstərmişdir. X13 yuxarılda göstərdikləri internet portalı olan "AzVizion az (https: //azvision.az) dərc edilmiş və xx.xx.2023-cü ildə FACEBOOK sosial şəbəkədə yayılmışdır, bununla da X33 onu təhqir etmiş, həm də ona böhtan atmışdır. "AzVizion.az" (https: //azvision.az) kifayət qədər insanın izlədiyini, eləcə də daha sonra həmin yazının facebook səhifəsində yayılmasını və daha sonra da bir çox insanların facebook şəbəkəsində həmin yazını oxumasını nəzərə alsaq X13 şərəf və ləyaqətimi alçaldaraq onu təhqir etməsi, eləcə, də barəmdə böhtan atması tam subuta yetir O, barəsində bu cür yalan məlumatları bilərəkdən yayır ki, onun şərəf və ləyaqətini alçaltsın, cəmiyyət içərisində onu hörmətdən salsın. X13 hərəkəti nəticəsində ona maddi zərər vurulmamışdır, mənəvi zərər vurulmuşdur. F.A.Əlişovun əməli "Azvision az qəzetinin xx.xx.2023-cü il tarixli nüsxəsi ilə təsdiqlənir. Onu da bildirir ki, X13 ona böhtan atmağının, şərəf və ləyaqətini alçaltmağının, cəmiyyət arasında nüfuzdan salmağa cəhd göstərməsinin səbəbi qızı X14 ilə nikahının pozulması, qızımı döydüyünə görə qızımın ondan hüquq-muhafizə orqanlarına şikayət etməsi və nəticədə onun barəsində AR CM-nin 128-ci maddəsi ilə ittiham hökmünün çıxarılması, qızı ilə onun arasında əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisəsinin mövcud olmasıdır. X13 əməllərində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X36 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Culfayev Alaverdinin fahişəxana saxlaması ilə bağlı bildirmək istəyir ki, “Neptun” marketin üzərində yerləşən binanın 16-cı mərtəbəsindəki mənzili kirayə verə bilmirdi. Qonşular ona zəng edərək bildirmişlər ki, evindən xəbərin var sənin? Həmin mənzilə gəlib baxanda ona məlum olmuşdur ki, keçmiş qaynatası Alaverdi orada qızlar saxlayır. O da həmin qızları evdən qovmuşdur. Hətta həmin qızlardan birini sürücüsünün qızının toyuna çağırmış və həmin qız Alverdinin yanında oturmuşdur. İqor Petroviç ilə bağlı dediyi isə tamamilə doğrudur. Dostu Qəzənfərə məxsus bağda Culfayev Alaverdi, İqor Petroviç, o və başqa şəxs Qəzənfərin bağında olmuşlar. X53 bildirmişdir ki, azərbaycanlıerməni eyni millətsiniz. O isə İqor Petroviçə iradını bildirərək demişdir ki, azərbaycanlıların çörəyini yeyib, bizi ermənilərlə eyni tuta bilməzsən. Hesab edir ki, onun əməllərində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməlidir. Məhkəmə iclasında xüsusi ititham qaydasında şikayət vermiş şəxs X34 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasını və daha ciddi cəzaya məhkum edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs X13 özünü məsuliyyətdən yaxa qurtarmaq üçün şahid qismində dəvət etdiyi X23, X32 tanımır və onların dedikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, Əlişov Fərqanı 5-6 ildir tanıyır. Fərqanın qaynatası Alaverdini Fərqana görə tanımışdır. 2021-ci ildə xatırlamadığı tarixdə, Əlişov Fərqan ona bildirmişdir ki, konsulluqda(səfirlikdə) işləyən qonağı gələcəkdir. O da razılaşmışdır. Belə ki, onun Sumqayıt şəhərində dəniz qırağında kiçik bağı vardır. Gələn şəxslərin 4 nəfər olmasını xatırlayır. Həmin şəxslərdən konkret olaraq Fərqan, qaynatası Alaverdi, digər nəfərin isə rus milliyətinə məxsus olan və rus dilində danışan şəxs olması, 4-cü nəfərin isə konkret olaraq kim olmasını xatırlamır. Fərqanın qonaqlarının bağa qırmızı maşın ilə gəlmələrini xatırlayır amma maşının nömrəsi və modelin xatırlamır. Qonaqlar gələndə hava isti deyildi. O, qonaqlar ilə 5-10 dəqiqə oturmuşdur. Həmçinin onlara qulluq edərkən söhbətlərini eşidirdi. Belə ki, qonaqlar rus dilində danışsalar da, o, rus dilini bildiyi üçün qonaqların nə danışmasını xatırlayır. Stolda milliyyət söhbəti düşdü və rus kişi bildirdi ki, Azərbaycan-erməni eyni millətsiniz. Fərqan da həmin rus kişiyə qışqırdı ki, millətimi təhqir eləmə. Daha sonra Fərqan həmin rus kişini bağdan çıxardı və daha sonra onlar çıxıb getdilər. X7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 2021-ci il tarixində baş verdiyindən 4-cü şəxsi görsə də, xatırlamayacaqdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X29 isə tanıdığını və ona qulluq etdiyini bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X41 ifadəsində göstərmişdir ki, xalası kirayə ev tutmaq istəyirdi. Xalası gedə bilmədiyi üçün ondan xahiş etmişdir ki, tapdığı mənzilə o gedib baxsın. O da həmin mənzilə gedib baxmış və şəkillərin çəkərək xalasına atmışdır. Həmin mənzilə Əlişov Fərqan ilə birlikdə gedib baxmışdır.Evə baxıb qayıdarkən xalası ilə telefonda danışan zaman qonşulardan biri ondan ev aldığını soruşduqda, o kirayə ev tutmaq istədiyini bildirmişdir. Daha sonra kirayə tutmaq istədikləri mənzili soruşmuş və ona bildirmişlər ki, həmin mənzili kirayə götürmək məsləhət deyil. Belə ki, həmin mənzilə əxlaqsız qadınlar gəlib gedir və başları ağrıyacaq. Bu səbəbdən həmin mənzildə yaşamaqlar məsləhət deyil. X10 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin mənzil “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən “Neptun” marketin binasının 16-cı mərtəbəsində yerləşən 155 saylı mənzil idi. Həmin mənzil 2 otaqlı idi və pəncərəsinin biri dənizə baxırdı. Xalasının adı X2r və dəmiryolu vağzalında işləyir. O, mənzilin şəkillərini hal-hazırda göstərə bilmir, çünki həmin telefonu çoxdan satmış və şəkillər silinmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "AzVision az" internet qəzetində yayımlanmış məqalədən görünür ki, “X17 1978-cı ildə Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə X9 ilə ailə həyatı qurmuşam. O, həkimdir və 17 nömrəli poliklinikada çalışır. Evliliyimiz ötən ilin iyununa kimi davam edib. Bizim 8 və 13 yaşlarında iki qız övladımız var. Keçmiş həyat yoldaşım Üzgüçülük üzrə Azərbaycan Paralimpiya yığmasının baş məşqçisi Allahverdi Culfayevin qızıdır. Qaynatam ailəmızın dağılmasının əsas səbəbkarıdır. Subay vaxtı Həzi Aslanov metrostansiyası yaxınlığında öz adıma ev almışdım. Evləndikdən sonra ailəmlə orada yaşamağı planlaşdırırdım. Ancaq qaynatam yolldaşımla köçüb dövlətin ona verdiyi evdə yaşamağı təklif etdi. Beləliklə, razılığa gəldik ki, biz ona verilən mənzildə qalaq, qaynatam isə şəxsi evimi kirayə verib pulunu özünə götürsün. Hər ay 380 manat kirayə pulu alırdı. Ancaq sonradan məlum oldu ki, A.Culfayev evimi əxlaqsızlıq yuvasına çevirib. Gedib evə baxanda gördüm ki, orada bir özbək qızı qalır. Araşdıranda aydın oldu ki, həmin qızla qaynatam eşq macərası yaşayır. Mən məcbur olub özbək qızını evimdən çıxartdım. Növbəti dəfə də eynı hal yaşandı. Qonşular qaynatamın evi kirayə verdiyi adamlardan şikayət etdilər. Gedib biabırçı vəziyyətin şahidi oldum. Bundan sonra həmin kirayəçiləri oradan çıxartdım və məcburən o evi satdım. Satışdan əldə olunan pulla yaşadığımız evə əşyalar alındı, qalan hissəsi isə yoldaşımın borcu var idi, ona verildi. Qaynatamla münasibətlərimiz məhz bundan sonra pozuldu. Atasına görə həyat yoldaşım da məndən üz döndərdi. Keçən ilin iyunun 17-dən 18-nə keçən gecə restoranda keçmiş xanımımla bu mövzuda mübahisə etdik. Ondan 20 gün sonra xəbər tutdum ki, Natella məndən polisə şikayət edib və deyib ki guya, mən restorandan evə gələn axşamı onu döymüşəm. Saxta sənədlər hazırlanıb və 20 gündən sonra ekspert rayı alınıb, daha sonra isə Xətai rayon Polis İdarəsinin keçmiş rəhbəri İlqar Məmmədova tapşırıq verilib. O, isə müstəntiq Taleh Şamilova göstəriş verib ki, haqqımda cinayət işi açılsın. Taleh Şamilov üzümə dedi ki, "mənə şəxsən tapşırıq verilib ki, cinayət işi açım. Sənin qaynatan gözdən əlildir, prezidentlə şəkli var və nə istəsə edə bilər". Keçmiş qaynatam özü də bunu hər yanda deyir. Beləliklə, xüsusi tapşırıq əsasında cinayət işi açılandan sonra Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva mənə bəraət verdi. Çünki heç bir əsas yox idi. Həmin bəraəti Bakı Apelyasiya Məhkəməsinın hakimi Emin Mehdiyev sübut, əsas fakt olmadan ləğv edib mənə 128-ci maddə ilə 1000 manat cərimə və məhkumluq elan etdi. O zaman mənə aydın oldu ki, Pərviz Zamanlı, Emin Mehdiyev hakimlər məhkəmə sisteminin ləkəli hakimləridirlər və tapşırıqla işləyirlər. Burada heç bir haqq-ədalətdən söhbət gedə bilməz. Qaynatam şəxsi əlaqə və səlahiyyətlərindən sui-istifadə edərək məhkəmə qərarlarına təsir edir. Hazırda "RR company"də çalışıram və rəsmi gəlirim 345 manatdır. Təsəvvür edin ki, bu maaşı alan adama Xətai rayon məhkəməsinin hakimi Pərviz Zamanlı bir uşağa 1000 manat olmaqla aliment kəsmişdi. Hər ay mən 2000 manat aliment ödəməliydin Daha sonra hakim şikayət əsasında bunu 400 manat etdi. Bu gün bu rəqəmlə bağlı Apellyasiya Məhkəməsində son qərar veriləcək. Qaynatam hər vəchlə hakimlərə yol tapıb alimentin miqdarını artırmaq istəyir. Uşaqlarımla görüşə icazə vermirlər. Bunur bağlı Xətai rayon Məhkəməsi müvəqqəti qərarı da var. O da təmin olunmayıb. Xətai rayon icra şöbəsi də öz vəzifəsini yerinə yetirmir. Allahverdi Culfayevin ailəsində azərbaycanlılara qarşı bir nifrət var. Onun bacısı X21 Rafael adlı Qarabağ ermənisi ilə qeyri-rəsini nikahda yaşayır. Həmişə də "Mənim əziz ermənilərim" deyir. Allahverdi Culfayevin də həmin erməni ilə sıx əlaqəsi var. Keçmiş qaynanam X20 Bakı rusudur. Amma Azərbaycan dilinə nifrət edir. Mən bu məlumatları DTX-ya da təqdim etmişəm. Bu adamın hansı milliyətə aid olduğu və Azərbaycan cəmiyyətinə necə inteqrasiya olunduğu bilinmir. A.Culfayevin Rusiya səfirinin keçmiş müavini İqor Petroviçlə xüsusi əlaqəsi var idi. Bilirsiniz ki, bu müavinlər xüsusi bölmənin işçiləri olurlar. Təsəvvür edin ki, azərbaycanlı baş məşqçisi Rusiya səfirinin müavini ilə birgə oturub erməniləri tərifləyirdi. Hətta buna görə mən hər ikisini bağımdan qovmuşam da və DTX-nı bununla bağlı bilgiləndirmişəm də, ümid edirəm ki, müvafiq qurumlar bu işi nəzarətə götürəcəklər".” Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət almasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün ləğv edilməsi, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddənin sanksiyası həddində 1000 manat məbləğində cərimə cəzası təyin edilməsi hökm olunmuşdur. Bakı şəhər Probasiya İdarəsinin 18 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuş X36 cəriməni tam ödədiyi üçün xx.xx.2023-cü il tarixində qeydiyyatdan çıxarılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X36 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 30 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiq edilməsi, həbsin əvvəllənin 27 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “AZEMİS” Elektron Məhkəmə informasiya sisteminden çıxarışdan görünür ki, X13 xx.xx.2010-cu il təvəllüdlü X24 adlı və xx.xx.2015ci il təvəllüdlü X25 adlı iki azyaşlı uşağı vardır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 2021-ci ilin fevral ayında Bakı dəmiryol vağzalında əmək münasibətində olmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X36 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsaslı olmaqla, X13 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilmiş, onun əməli qeyd edilən maddələrlə düzgün tövsif edilmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilmiş, həmin məcəllənin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin isə tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2 və 3-cü bəndlərində isə göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzudedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. X13 "AzVision az" internet qəzetində yayımlanmış məqaləsi kütləvi çıxış olmasını təsdiq edir. Məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə o zaman ekspertiza təyin edə bilər ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yaranmış olsun. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə “məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir”. Qeyd edilən maddənin məzmunundan görünür ki, məhkəmə o halda ekspertiza təyin etmək hüququna malikdir ki, iş üzrə araşdırılan məsələnin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. Bir çox hallarda ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla hakimin öz tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə etməklə asanlıqla müəyyən edilməsi mümkün olur. Azırbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 141.1.1-ci maddəsinə əsasən ümumi məlum olan faktlar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur: Beləliklə, xüsusi bilik tələb etmədən aydın anlaşılan söz və ifadələrlə bağlı məhkəmə-linqvistik ekspertizasının təyin edilməsinə zərurət olmadığından məhkəmə hazırkı iş üzrə ekspertiza keçirilməsini gərəksiz hesab etmişdir. Təhqirlə bağlı məhkəmənin qiymətləndirməsi : Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasının 148-ci maddəsinin tərkib əlamətinin mövcud olması üçün təhqir kütləvi halda edilməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətində təhqir olunması ilə bağlı əsas olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs Alışov Fərqan "AzVision az" internet qəzetində yayımlanmış məqalədə bildirmişdir ki, Allahverdi Culfayevin ailəsində azərbaycanlılara qarşı bir nifrət var. Onun bacısı X21 Rafael adlı Qarabağ ermənisi ilə qeyri-rəsini nikahda yaşayır. Həmişə də "Mənim əziz ermənilərim" deyir. Allahverdi Culfayevin də həmin erməni ilə sıx əlaqəsi var. Keçmiş qaynanam X20 Bakı rusudur. Amma Azərbaycan dilinə nifrət edir. Qeyd edilənlərə əsasən hesab etmişdir ki, o ermənilərlə qohum olmağını göstərməklə onun şərəf və ləyaqətini alçaltmış, onu təhqir etmişdir. Cəmiyyət arasında onu nüfuzdan salmağa cəhd göstərmişdir. Göstərilən xüsusat üzrə məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət olunmuş şəxs Əlişov Fərqan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Culfayev Alaverdinin bacısı X8 Rafael adlı Qarabağ ermənisi ilə qeyrirəsmi nikahda olması ilə bağlı böhtan atmasını bildirməmiş, əksinə qeyd edilənlərlə təqsirləndirilən şəxsin onu təhqir etməsini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs Əlişov Fərqanın kütləvi çıxışlarda xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin bacısının erməni əsilli şəxs ilə qeyri-rəsmi nikahda olması cümləsində heç bir təhqir əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsi iş üzrə təqdim edilmiş sübutlarla tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Alışov Fərqan "AzVision az" internet qəzetində yayımlanmış məqalədə Culfayev Alaverdiyə “Qaynatam şəxsi əlaqə və səlahiyyətlərindən suiistifadə edərək məhkəmə qərarlarına təsir edir”, “A.Culfayev evimi əxlaqsızlıq yuvasına çevirib”, “A.Culfayevin Rusiya səfirinin keçmiş müavini İqor Petroviçlə xüsusi əlaqəsi var idi.” Məhkəmə təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, X7 məhkəməyə vermiş ifadəsində rus dilində danışan kişi olmasını qeyd etsə də, konkret olaraq həmin şəxsin kim olmasını, həmçinin məhkəmə iclas zalında verilmiş suallara cavab verərkəndə hadisənin üzərindən uzun müddət keçməsini və konkret olaraq hadisənin hansı tarixdə baş verməsini bilmədiyini qeyd etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X7nun təqdim etmiş olduğu ifadəsi təqsirləndirilən şəxs Əlişov Fərqanın xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X39 Petroviçlə əlaqələrinin olub-olmaması, onunla azərbaycanlı-erməni söhbət etməsini təsdiq etməsi üçün kifayət qədər mötəbər sübut sayılmamalıdır. Həmçinin məhkəmə X7nun qəsdən bilə-bilə yalan ifadə verilməsi ilə bağlı aidiyyatı üzrə məlumat verilməsini məqsədə müvafiq hesab etmir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş X41 xalası X1 dəmiryolu vağzalında işləməsini bildirmiş olsa da, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024cü il tarixli məktubu ilə təkzib edilmişdir. Bu da X10nın məhkəmədə yalan ifadə verməsi ilə bağlı aidiyyatı üzrə məlumat verilməsini zəruri qılır. Təqsirləndirilən şəxs Əlişov Fərqanın keçmiş qaynatası Culfayev Alaverdinin əxlaqsız yuvası saxlaması ilə bağlı əsaslı sübut təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən X30 nüfuzundan istifadə edərək məhkəməyə təsir etməsi epizodu ilə bağlı dediklərini təsdiq edəcək heç bir sübut olmamış, sadəcə olaraq təqsirləndirilən şəxsin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə qarşı böhtan atması kimi qiymətləndirilməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd CD diskdə əks olunan məlumatların hazırki ittihama aidiyyatı olmaması məüyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X36 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət tərkibi müəyyən olunmadığından ona bəraət verilməli, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumata, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində böhtan cinayətinin tərkibi vardır, cinayət əməlininin X36 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə tam əhatə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. https://www.e-qanun.az/framework/46947 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hər bir halda yayılan həmin məlumatlarda fikirlər və faktlar ifadə edilir. Fikri ifadə etmək üsulundan, tərzindən asılı olmayaraq kütləvi nümayiş etdirildiyi halda sözlərlə, ifadələrlə, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olan məlumatlar yayılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Bununla da həmin paylaşımında X36 öz düşüncəsinə görə fikirləri, ehtimalları olubolmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə qeyd edilən yalan məlumat yayılmışdır ki, məhz həmin məlumatlar da hazırki xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, X19 şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir. Həmçinin məhkəmə söz azadlığı və fikir azadlığı hüququ ilə bağlı məsələlərə də aşağıdakı qanunvericilik normaları baxımından da qiymət verərək hesab edir ki, X19 hazırkı xüsusi ittiham qaydasında şikayətindəki X13 onun barəsində səsləndirdiyi məlumatlarla bağlı, X13 hərəkətlərinə haqq qazandırıla bilmir və X13 bu əməlində cinayət məsuliyyətini aradan qaldıran hallar mövcud olmur. Belə ki, "İnsan Hüquqlarının və X31 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Həmin maddənin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Həmin Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 4-cü bəndində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X27rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 47-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Həmin maddənin İİ hissəsinə əsasən heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Həmin maddənin İİİ hissəsinə əsasən irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Konstitusiyanın 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Həmin maddənin İİ hissəsinə əsasən kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Sadalananlar baxımından nəzərə almaq lazımdır ki, X34 ictimai xadim və ya siyasətçi deyildir. O Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantıdır, kollektivdə işləyir, işlədiyi kollektivdə vəzifəsinə və rütbəsinə görə, həmçinin onu tanıyan digər şəxslər arasında müəyyən nüfuza malikdir, özünün ləyaqətinə hörmət hüququ vardır, cəmiyyət arasında şərəfini qorumaq hüququ vardır. Məhkəmə qeyd edir ki, X5 və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalıdır, bu zaman məsuliyyətinə və öhdəliklərinə əməl etməli, digərlərinin hüququna xələl gətirməməlidir, X4 Alaverdi Abasoviçin "İnsan Hüquqlarının və X31 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarını pozmamalıdır, yəni hazırkı halda X19 öz şəxsi həyatı, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar ifadə edilməsi ilə nəticələnən, yəni X13 məhz bu formada söz və ifadə azadlığı hüquqlarının həyata keçirməsinə haqq qazandırılmır. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X12 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. X19 şərəf və ləyaqətinin, nüfuzunun qorunmasını tələb etmək hüququ vardır. Həmçinin bununla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə X19 şərəf və ləyaqəti, nüfuzu Cinayət Məcəlləsi ilə cinayətkar qəsdlərdən qorunur. Məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. Xüsusi ittiham qaydasında şikayət materiallarından göründüyü kimi xüsusi ittihamçı X34 para-üzgüçülük idman növü üzrə milli komandanın baş məşqçisidir. Hazırkı vaxtadək cəmiyyətdə, işlədiyi kollektivdə, onu tanıyan şəxslər arasında malik olduğu şərəfi, ləyaqəti və nüfuzu vardır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X36 yuxarıda qeyd edilən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında qeyd edilən ifadələri işlədərək xüsusi ittihamçı X22 cəmiyyət qarşısında, o cümlədən işlədiyi kollektivdə və dostlarının, onu tanıyanların əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onun ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Beləliklə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X28 əmlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməli, həmin məcəllənin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmışdır. Buna görə də, ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X38rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıqaşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq təqsirləndirilən şəxs X13 himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin X13 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilməli, həmin məcəllənin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilməli, təqsirləndirilən şəxsin barəsində heç bir qətimkan tədbirinin seçilməməsi və onun hal-hazırda onun inzibati həbs növündə tənbeh tədbirini çəkməsi nəzərə alınmalıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilsin. X36 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1500(min beş yüz)manat cərimə cəzasına məhkum olunsun. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs X13 barəsində qətimkan tədbirinin seçilməməsi və onun halhazırda inzibati həbs növündə tənbeh tədbirini çəkməsi nəzərə alınsın. Məhkəmə iclas zalında X10nın bilə-bilə yalan ifadə verib-verməməsi ilə bağlı araşdırma aparılması üçün Bakı şəhər Xətai Rayon Prokurorluğuna məlumat verilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar