Məhkəmə qərarları › İş №1(011)-60/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-60/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-60/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 20 saylı Vəkil Bürosunun vəkili X10 , təqsirləndirilən şəxs X11 iştirakları ilə, xx.xx.1987-ci ildə Ukrayna Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 1.054 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 10 avqust 2024-cu il tarixdə saat 20:20-də Xətai RPİ-nin 35-ci PŞ-nin əməkdaşları tərəfindən keçıirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanın qarşısında saxlanılıb Xətai RPİ-nin 35ci PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,054 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürulmüşdür. Bununla da X20 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X20 ilkin olaraq özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Ukrayna Respublikasında anadan olmuşdur, Rusiya Federasiyası vətəndaşıdır və Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi vardır, milliyətcə azərbaycanlıdır, ali təhsillidir, subaydır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. ünvan 4 ünvanında qeydiyyatda olmaqla anası bağırov Gülnarə Eyvaz qızı ilə birlikdə həmin ünvanda yaşayır.Azərbaycan dilində sərbəst danışır və başa düşür, latın qrafikalı əlifba ilə yazıboxumağı bacarır. Təxminən bir ildir psixotrop maddədən istifadə edir, metamfetamini isı Bakı şəhərində tanımadığı şəxslərdən almışdır dilində sərbəst danışır şəxslərdən almışdır. 10 avqust 2024-cü il tarixdə saat təxminən 20:20-də tanışı Xəzərlə birlikdə ünvan 5 ünvanın qarşısında olarkən polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və onu 35-ci PŞ-nə dəvət etmiş, orada təhqiqatçı tərəfindən qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, sonra RF vətəndaşı olduğu üçün tərcüməçi və hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və üzərinə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş, baxış keçirilməzdən əvvəl üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra əynində olan göy rəngli şalvarının sol yan cibindən qızılı rəngli “Redmi” markalı mobil telefonunu və şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş içərisində spesifik qoxuya malik, ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetamini könüllü olaraq çıxarıb təqdim etmiş, sorğu zamanı həmin metamfetaminin özümə məxsus olmasını və şəxsi istifadəsi üçün Əhmədli qəsəbəsindən anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra üstünə baxış keçirilmiş və başqa bir qanunsuz əşya aşkar edilməmiş, daha sonra təqdim etdiyi bir büküm metamfetamin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 1,16 qram olması müəyyən edilmiş, sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan və bölməyə aparılan zaman ona fiziki təzyiq göstərilməmiş, polis əməkdaşları onu saxlayan zaman qaçmaq istədikdə yıxılaraq qolundan xəsarət almış, buna görə heç bir şikayəti və tələbi yoxdur. Üzərindən aşkar olunmuş psixotrop maddəni şəxsi istiafdəsi üçün almış, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış və hədiyyə etməmiş, üzərindən aşkar olunaraq götürülmüş 01 büküm psixotrop maddəni aldığı şəxsin xarici görünüşü və xüsusi əlamətləri yadında qalmamış, təqdim etdiyi psixotrop maddədən başqa digər yerlərdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Daha sonra təqsirləndirilən şəxs Bağırov Timur ifadəsində bildirmişdir ki, polis əməkdaşları tərəfindən döyüldüyü üçün həmin ifadəni imzalamışdır. Onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 35-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 avqust 2024-cü il tarixdə şöbənin əməliyyat müvəkkili Şahid1 və CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə əməliyyat qrupunda növbədə olmuş, həmin günü saat 20:20-də tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 6 ünvanın qarşısında X23 qanunsuz olaraq narkotik vasitələrin va psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyindən saxlanılaraq yanında olan şəxslə birlikdə Xətai RPİ-nin 35-ci PŞ-nə gətirilmiş və Xəzər Adilovun yanındakı şəxsin xx.xx.1987-ci ildə Ukrayna Respublikasında anadan olmuş. Rusiya Federasiyası vətəndaşı və Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazəsi olan, milliyətcə azərbaycanlı, alı təhsilli, subay, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsi ev 19 mənzil 31-də yaşayan X20 olması müəyyən edilərək paltarında, əşyalarında, bədənində narkotik vasitələrin və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaların olması ehtimal edildiyindən cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə Timur Bağırovu şöbənin təhqiqatçısı, polis kapitanı Ramil İbrahimova təhvil vermiş, bundan sonra təhqiqatçı Ramil İbrahimov tərəfindən şübhəli şəxs X15 qanunla nəzərdə tutulmuş hüqüq və vəzifələri izah olunaraq RF vətəndaşı olduğu üçün tərcüməçi və hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və üzərinə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş, baxış keçirilməzdən əvvəl Timur Bağırova üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra X20 əynində olan göy rəngli şalvarının sol yan cibindən qızılı rəngli “Redmi” markalı mobil telefonu və şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, kristal formalı kütləni könüllü olaraq çıxarıb təqdim etmiş, sorğu zamanı X20 həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını və özünə məxsus olmasını, şəxsi istifadəsi üçün Əhmədli qəsəbəsindən anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmiş, daha sonra X11 üstünə baxış keçirilmiş və başqa bir qanunsuz əşya aşkar edilməmiş, daha sonra X11 təqdim etdiyi bir büküm psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 1,16 qram olması müəyyən edilmiş, sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Şübhəli şəxs X20 tərəflərindən saxlanılarkən və şöbəyə aparılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasına gəlməmiş, gəlməmələri səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şahidlər Şahid1 və Şahid3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cinayət işi materiallarına əsasən müəyyən olunmuşdur ki, iştirak etməyən şahidlər Şahid2 ifadəsi ilə eyni məmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 avqust 2024-cü il tarixli qərardan görünür ki, X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); Xarici pasport və icazənin surətindən görünür ki, X3 Federasiyası vətəndaşıdır və ona xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Həmin vəsiqə xx.xx.2029-cu il tarixinə kimi etibarlıdır. (i.v. 23-24) şübhəli şəxsin tutulması haqqında 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X20 10 avqust 2024-cü il tarixdə, saat 21:50-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 20:20-dən hesablanmışdır (i.v. 25); şəxsi axtarış və götürmə aparılması haqqında 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 10 avqust 2024-cü il tarixdə Xətai RPİ-nin 35-ci PB-nin CA əməliyyat müvəkkili, Şahid1, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, Şahid2, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid3, Xətai RPİ-nin ekspert-kriminalisti, polis baş leytenantı X6, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs X20, müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 və tərcüməçi X12 iştirakları ilə aparılmış, şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prossessual hərəkətin aparılması zamanı “Samsung” markalı video kameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X16 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vastələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra X20 əynindəki göy rəngli şalvarın sol yan cibindən qızılı rəngli “Redmi” markalı mobil telefonu təqdim edərək özünə məxsus olmasını bildirmiş, sağ yan cibindən isə gümüşü rəngli içərisi boş olan kağız və şəffaf sellofana bükülmüş 1 ədəd içərisində ağ rəngli spesifik qoxuya malik, psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin metamfetamin olmasını, həmin narkotik vasitəni, tanımadığı şəxsdən Əhmədli qəsəbəsi ərazisində 10 manata almasını şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2024-ci il tarixdə ünvan 8 ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən tanışı Xəzər ilə birlikdə saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Saxlanan zaman qaçmaq istəyərkən yıxılaraq qolundan xəsarət almasını qeyd etmişdir. Şübhəli şəxs X13 üzərindən aşkar olunan kütlənin çəkisinin müəyyən etmək məqsədilə "Pocket Scale" markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli spesifik qoxuya malik olan psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisinin 1.16 qram olması müəyyən edildi. Bundan sonra X13 üzərində şəxsi axtarış aparılarkən 2 manat pul və Bakubus kartı aşkar edilmiş, əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. X13 təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş, İçərisində ağ rəngli spesifik qoxuya malik olan psixotrop maddə olan metamfetaminə bənzər maddənin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürüldü. (i.v. 36-38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4093 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində ”Azərbaycan Respublikası DİN Zərflər üçün №154” dairəvi möhür əksləri olan, «...(imza) Bagirov...» sözləri imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,054 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir (i.v 45-48); (ekspertiza xərci 81 manat) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, X20 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 59-60); 12 avqust 2024-cü il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan görünür ki, X11 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Ülvi Hadiyevin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun dərhal Xətai RPİ MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v 77-78) 12 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X20 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v 79-81) 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X11 üzərinə şəxsi axtarış və götürmə zamanı aşkar olunaraq götürülmüş qızıl rəngli “Redmi” markalı mobil telefonun yaddaşına baxış keçirilən zaman daxili yaddaşında istintaq əhəmiyyəti kəsb edən hər hansı bir şəkil, video, sms, konum və ya “whatsapp” yazışması aşkar edilməmişdir. (i.v 84) xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Redmi” markalı mobil telefon Bağırov Timur tərəfindən təhvil götürülmüşdür.(i.v 85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X20 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v 105); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 şəxsi Ambulator X2 23 avqust 2024-cü il tarixli, 5803 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, X14 opioidlərin və psixostimulyatorlarınbirgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.118-119); sübutların qiymətləndirilməsi haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X15 12 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsi ilə elan edilmiş ittiham və barəsinə seçilmiş başqa yera getməmək haqqında iltizam növündə qətimkan tədbiri qüvvəsində saxlanılması, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən bir ədəd bükümdə təmiz çəkisi 1.054 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və qalıq qalmış 1,004 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs X11 üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin video görüntüsünün əks olunduğu 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİ-dən alınmış tələbnamədən görünür ki, X20 barəsinda əməliyyat-sorğu kartoçkasında heç bir məlumat olmadığı nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxs X11 məsuliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, ağırlaşdıran halların müəyyən edilmədiyi nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxs X11 məsuliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, yüngulləşdirən halların müəyyən edilmədiyi nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxs X8 aşkar edilərək götürülmüş 1.054 qram çəkidə psixotrop maddə metamfetamının mənbayi barədə material ayrılması və aidiyyəti üzrə araşdırılması üçün Xətai RPİ-nin 35-ci PŞ-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış subutların məcmusu əsasında təqsirləndirilən şəxs X18 barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndi X15 tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi, cinayət işi uzrə təqsirləndiniən şəxs X9 aşkar olunaraq götürülmuş bir büküm psixotrop maddə metamfetaminin təmiz çəkisi 1.054 qram olması hesab ediməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs X11 qolundan xəsarət alması xüsusatı üzrə cinayət təqibinin başlanması rədd edilməsi, təqsirləndirilən şəxs X15 məxsus “Redmi” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən sahibi Timur Bağırovun saxlancına verilməsi nəzərə alınması, X23 barəsində Xətai RPİ-nin İŞ-də cinayət işinin istintaqının aparılması nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şübhəli şəxsin axtarış və götürmə aparılması haqqında protokol, həmin prosesi əks etdirən videogörüntünün olduğu 01 ədəd disk və həmin diskə baxış protokolu işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilməsi, cinayət işi üzrə rədd edilmiş xüsusatlara dair materiallar ayrılaraq Xətai rayon prokurorluğuna göndərilsin, qərarın sürəti məlumat məqsədilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Xətai rayon prokurora göndərilməsi qərara alınmışdır. (i.v.121-128); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə X11 əynindəki göy rəngli şalvarın sol yan cibindən qızılı rəngli “Redmi” markalı mobil telefonu təqdim edərək özünə məxsus olmasını bildirmiş, sağ yan cibindən isə gümüşü rəngli içərisi boş olan kağız və şəffaf sellofana bükülmüş 1 ədəd içərisində ağ rəngli spesifik qoxuya malik, psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bükümü təqdim etməsi və onu Əhmədli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata almasını bildirməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X20 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə təqsirləndirilən şəxs Bağırov Timurun polis əməkdaşları tərəfindən döyülməsi barədə vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü cinayət məsuliyyətdən kənarda qoymaq niyyətinə dəlalət edir. Təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı ifadəsi özünün ibtidai istintaq zamanı və məhkəmə iclas zalında müdafiəçinin iştirakı ilə vermiş olduğu ilkin ifadəsi ilə təkzib edilir. Təqsirləndirilən şəxs T.Bağırov ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, döyülmədiyini bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X11 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52-1.6. Azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs X11 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X11 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. X11 digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X20 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, həmçinin təqsirləndirirlən şəxsin xarici vətəndaş olmasını ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və dəhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2-ci maddəsinə əsasən 05 ildən artıq müddətə Azərbaycan Respublikası ərazisində daimi yaşayan xarici ölkə vətəndaşları barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Həmin məcəllənin 52.1-ci maddəsinə əsasən bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. X11 05 ildən artıq müddətə Azərbaycan Respublikası ərazisində daimi yaşamasını, onun 01 ildən az müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmalı və ona əlavə cəza qismində Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılma cəzası təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: X20 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X11 tutulduğu 02 gün müddət ona təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X20 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X11 cəza çəkmə müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablansın. X20 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, drəhal məhkəmə iclas zalından həbs edilsin. X20 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X20 Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan qalıq 1,004 qram müvafiq olaraq psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. X20 barəsində məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat X8 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar