Məhkəmə qərarları › İş №1(011)-604/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-604/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-604/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CMnin 177.1-ci maddəsi ilə 8 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində xx.xx.2024cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə “Formula-1” yarışlarında istifadə olunan elektron bilet nümunəsi əldə edib özünə məxsus mobil telefonda fotoşəkillərin redaktə olunması üçün nəzərdə tutulmuş mobil proqramlara yükləyərək istintaqla müəyyən edilməyən tarix və yerdə həmin biletlərə yeni tarix, ştrix və “QR” kod əlavə edərək saxta elektron yarış biletləri hazırlamış, “Facebook” sosial şəbəkəsinə özünün işlətdiyi “Jerr Eli” adlı profil ilə daxil olub həmin sosial şəbəkədə “Formula-1” yarışları ilə bağlı tərtib edilmiş “F-1 Biletlər” adlı qrupda bilet almaq üçün “Bilet var?” yazısı qeyd etmiş Zərərçəkmiş şəxs3 mesaj bölümündə original bilet satması barədə yalan məlumat verib sonuncunu Bakı şəhərində 13-15 sentyabr 2024-cü il tarixlərdə keçiriləcək “Formula-1” yarışlarına elektron bilet satacağı vədi ilə aldadaraq Zərərçəkmiş şəxs3 25 avqust 2024-cü il tarixdə saat 12:32-də Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1 ünvanında yerləşən Sumqayıt Dövlət Universitetinin inzibati binasında "xxxx" ASC-ə aid olan 4169-7388-5054-0182 nömrəli bank kart hesabından mobil bank tətbiqindən istifadə etməklə onun təqdim etdiyi 4098-5844-9232- 2258 nömrəli “Unibank" ASC-ə aid olan bank kart hesabına köçürdüyü 700 manat məbləğində pul vəsaitini ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə “Formula-1” yarışlarında istifadə olunan elektron bilet nümunəsi əldə edib özünə məxsus mobil telefonda fotoşəkillərin redaktə olunması üçün nəzərdə tutulmuş mobil proqramlara yükləyərək istintaqla müəyyən edilməyən tarix və yerdə həmin biletlərə yeni tarix, ştrix və “QR" kod əlavə edərək saxta elektron yarış biletləri hazırlamış, “İnstaqram” sosial şəbəkəsində özünün işlətdiyi “jrrlifestyle” və “guluzadə.rashida” adlı profillər ilə “Formula-1” yarışları ilə bağlı tərtib edilmiş “bakucitycircuit” adlı səhifəyə daxil olaraq orada paylaşılan fotoşəkillərin şərh hissəsində bilet satması barədə elan yerləşdirmiş, həmin şərhlə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs1 Fuad oğluna original bilet satması barədə yalan məlumat verib sonuncunu Bakı şəhərində 13-15 sentyabr 2024-cü il tarixlərdə keçiriləcək “Formula-1” yarışlarına elektron bilet satacağı vədi ilə aldadaraq Zərərçəkmiş şəxs1 9 sentyabr 2024cü il tarixdə saat 16:14-də ünvan 3 ünvanında "xxxx" ASC-ə aid olan 4127********2559 nömrəli bank kart hesabından mobil bank tətbiqindən istifadə etməklə onun təqdim etdiyi 4098-5844-9232-2258 nömrəli "xxxx" ASC-ə aid olan bank kart hesabına köçürdüyü 550 manat məbləğində pul vəsaitini ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 Fuad oğluna 550 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə “Formula-1” yarışlarında istifadə olunan elektron bilet nümunəsi əldə edib özünə məxsus mobil telefonda fotoşəkillərin redaktə olunması üçün nəzərdə tutulmuş mobil proqramlara yükləyərək istintaqla müəyyən edilməyən tarix və yerdə həmin biletlərə yeni tarix, ştrix və “QR" kod əlavə edərək saxta elektron yarış biletləri hazırlamış, “İnstaqram” sosial şəbəkəsində özünün işlətdiyi “jrrlifestyle” və “guluzadə.rashida” adlı profillər ilə “Formula-1” yarışları ilə bağlı tərtib edilmiş "bakucitycircuit” adlı səhifəyə daxil olaraq orada paylaşılan fotoşəkillərin şərh hissəsində “Bilet satıram. Qız Qalası tribunasına istəyən yaza bilər” mətnini əlavə etmiş, həmin şərhlə bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs2 original bilet satması barədə yalan məlumat verib sonuncunu Bakı şəhərində 13-15 sertyabr 2024-cü il tarixlərdə keçiriləcək “Formula-1” yarışlarına elektron bilet satacağı vədi ilə aldadaraq Zərərçəkmiş şəxs2 10 sentyabr 2024-cü il tarixdə saat 16:32-də ünvan 4 ünvanında “Unibank" ASC-ə aid olan 5411-2498-0106-9266 nömrəli bank kart hesabından mobil bank tətbiqindən istifadə etməklə onun təqdim etdiyi 4098-5844-9232-2258 nömrəli "Unibank” ASC-ə aid olan bank kart hesabına köçürdüyü 800 manat məbləğində pul vəsaitini ələ keçirib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 800 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, törətdiyi əməli etiraf edir, səmimi peşmançılıq hissi keçirir. Barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; (cild 1, i.v.1) - 30 avqust 2024-cü il tarixli iticket.az saytının 03 sentyabr 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinə daxil olmuş müraciətindən görünür ki, rəsmi bilet satışı təmsilçisi iticket.az olan dövlət əhəmiyyətli "FORMULA 1" tədbiri üçün naməlum şəxslər tərəfindən Cinayət Məcəlləsinin 320-ci Maddəsində qeyd edildiyi kimi "Sənədlərin saxtalaşdırılması (biletlərin saxtalaşdırılması)" və bu tip saxta biletlərin bir və bir neçə nəfərə satışı prosesi həyata keçirilmişdir. Həmin şəxslərdən bəzilərinin İnstagram izləyicilərinin şikayəti nəticəsində tərəflərindən əldə edilən məlumatlarını (telefon nömrəsi, kart məlumatları, sosial media (instagram) hesabını, saxta bilet formasını) təqdim etmişlər. **********322258 - Kart nömrəsi; +99***-***-**-** - Əlaqə Nömrəsi; @jrrlifestyle - İstifadəçi adı (İnstagram); (cild 1, i.v.5) - 11 sentyabr 2024-cü il tarixli əşyanı götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd ona məxsus olan “İphone 14” markalı mobil telefonu könüllü şəkildə təqdim etmişdir; (cild 1, i.v.14) - 10 sentyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hesabına 800 manat ödənilmişdir; (cild 1, i.v.56) - 12 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi X5 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v.109-110) - 12 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi X16 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v.119-120) - 12 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi X26 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v.129-130) - 12 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v.139-140) - 12 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi X7 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v.149-150) - 12 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi X25 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v.159-160) - 12 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi X19 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v.171-172) - 12 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması və müdafiə hüququnun təmin olunması qərara alınmışdır; (cild 1, i.v.190) - 12 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 12 sentyabr 2024-cü il tarixdə saat 19:00-da xx.xx.2005-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; (cild 1, i.v.199- 200) - 13 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 1, i.v.216-217) - 25 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs məxsus kart hesabına (4098-5844-9232-2258) 700 manat köçürülmüşdür; (cild 1, i.v.233) - 13 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən, həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir; (cild 1, i.v.234-235) - 13 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında qərardan görünür ki, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Səbail Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli hökmü il CM-nin 177.1-ci maddəsi il 08 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; (cild 1, i.v.236-238) - Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 4(005)- 1153/2024 saylı qərarından görünür ki, vəsatət təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 12 sentyabr 2024cü il tarixdən hesablanması qərara alınmışdır; (cild 2, i.v.6-8) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən alınmış 21 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; (cild 2, i.v.16-17) - Lənkəran rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 02 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran rayon İcra və probasiya Şöbəsində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixə çəkilməmiş cəzasının müddəti 7 ay təşkil edir; (cild 2, i.v.30) - Bakı şəhəri Səbail rayon məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 1(009)-90/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə il tarixdən 17 aprel 2024-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 6 ünvanındakı yaşayış yerini hər gün saat 23-00dan 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir; (cild 2, i.v.31-36) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X34 tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli, 12675 №-li məktubdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü, Lənkəran şəhəri, X22 küçəsi, ev 117 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (cild 2, i.v.51) - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 16 oktyabr 2024cü il tarixli 3-25-14/2-5485/24 №-li məktubdan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən X8, X9 və X10 Azərbaycan Ordusunda hərbi qulluqçu qismində xidmət keçmələri barədə məlumat yoxdur; (cild 2, i.v.52) - Paşa Bank tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" ASC-də xx.xx.2024-cü il tarixinə heç bir bank hesabı mövcud deyildir; (cild 2, i.v.53) - Expressbank tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus hər hansı bank hesabı aşkar olunmamışdır; (cild 2, i.v.54) - Bank VTB tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təsisçisi olduğu hüquqi şəxs 16 oktyabr 2024-cü il tarixinə Bank VTB (Azərbaycan) ASC-də aşkar olunmamışdır; (cild 2, i.v.55) - AccessBank tərəfindən verilmiş 083997№-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs, həmçinin onların təsisçisi və qanuni təmsilçisi olduqları kommersiya və qeyrikommersiya hüquqi şəxsin adına "xxxx" QSC-də xx.xx.2024-cü il tarixə kimi bank (cari, kart, əmanət) hesabı, depozit qutusu, təcili pul köçürmə əməliyyatı mövcud olmamışdır; (cild 2, i.v.56) - ZiraatBank tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, 5(005)-2313/2024 saylı xx.xx.2024-cü il tarixli qərarda adı qeyd edilən fiziki və hüquqi şəxslər üçün "xxxx" ASC və onun filiallarında hesablar açılmamış və qeyd olunan əməliyyatlar aparılmamışdır; (cild 2, i.v.57) - "xxxx" tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) adına "xxxx" ASC-nin Müştəri xidməti departamentində xx.xx.2024-cü il tarixdə ******************** saylı cari bank hesabı açılmışdır. Hesaba xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə aid "M10" mobil tətbiqi vasitəsilə 150 (bir yüz əlli) manat, 168 (bir yüz altmış səkkiz) manat, 26 (iyirmi altı) manat və xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə aid "P2P" mobil tətbiqi vasitəsilə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti mədaxil edilmiş və onlayn qaydada köçürülərək məxaric edilmişdir. xx.xx.2024-cü il tarixə hesab üzrə qalıq məbləğ 0.22 manat təşkil edir; (cild 2, i.v.58-59) - Bank BTB-nin 21 oktyabr 2024-cü il tarixli, İnvest Az-ın 22 oktyabr 2024-cü il tarixli, Bank Avrasiyanın 24 oktyabr 2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs adıçəkilən banklarda hesabları mövcud olmamışdır; (cild 2, i.v.60-69) - Unibank tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, məhkəmə qərarında qeyd olunmuş 409858******2258 (qalıq-0.06AZN) nömrəli kart Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) məxsusdur. Həmin kart üzrə hesabın açılması tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr ərzində həyata keçirilmiş əməliyyatlar barədə məlumatlar və "xxxx"xxxx" ASC-in bankomatları vasitəsi ilə həyata keçirilmiş əməliyyatlar üzrə görüntülər disk daşıyıcıda təqdim olunmuşdur; (cild 2, i.v.70) - 24 oktyabr 2024-cü il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, məlumatlar "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, HTİD-OUT- 07810-2024 nömrəli məktubuna əlavə edilmiş bir ədəd "CD" diskdə təqdim olunmuşdur. Siyahıya əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 2 ədəd qovluq vardır. İlk qovluq Təqsirləndirilən şəxs kimi qeyd edilmişdir. Qovluğa daxil olduqda 10 ədəd fotoşəkilin olması müəyyən edildi. Fotoşəkillərə baxdıqda müəyyən olunur ki, hər bir şəkildə Təqsirləndirilən şəxs ATM terminallarından nağdlaşdırma aparan zaman çəkilmiş fotoşəkilləridir. Digər faylda isə Təqsirləndirilən şəxs istifadəsində olmuş hesab kartı ilə apardığı əməliyyatlar əks olunmuşdur. Qeyd olunan məlumatlara baxış keçirilərkən iş materiallarına uyğun məlumatların olması müəyyən olundu. Belə ki, zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri tarixdə və qeyd olunan məbləğdə pulun Təqsirləndirilən şəxs hesab kartına mədaxil olması müəyyən edilir. Belə ki, diskdə olan məlumatlara baxış keçirilərkən müəyyən edilir ki, 4098-5844-9232-2258 nömrəli hesab kartı Təqsirləndirilən şəxs adınadır. Siyahıda "Unibank tətbiqi ilə Card to Card" bölümündə olan məlumatlardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdiyi kimi, xx.xx.2024-cü il tarixdə saat 16:32-də X6 aid 541124******9266 nömrəli hesab kartından Təqsirləndirilən şəxs hesabına 800 manat məbləğində pul mədaxil olmuşdur. Bundan başqa siyahının "İnternet" adlı bölümündə olan məlumatlardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 bildirdiyi kimi, xx.xx.2024-cü il tarixdə saat 12:32-də Zərərçəkmiş şəxs3 istifadəsində olmuş "xxxx" ASC-yə aid hesab kartından Təqsirləndirilən şəxs hesabına 700 manat məbləğində pul mədaxil olmuşdur. Bundan başqa "İnternet” adlı bölümündə olan məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs1 bildirdiyi kimi, xx.xx.2024-cü il tarixdə saat 16:14-də Fərid Məmmədlinin istifadəsində olmuş "xxxx" ASC-yə aid hesab kartından Təqsirləndirilən şəxs hesabına 550 manat məbləğində pul mədaxil olmuşdur. İş üzrə digər zərərçəkmiş şəxslərin bildirdiyi məbləğlərdə pullar da Təqsirləndirilən şəxs hesabına mədaxil olmuşdur; (cild 2, i.v.71-72) - Azər-Türk Bank ASC tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, habelə onun təsisçisi və ya qanuni təmsilçisi olduğu hüquqi şəxslərin adlarına hər hansı bir bank hesablarının, depozit qutusunun olmasına və digər maliyyə əməliyyatlarının aparılmasına dair məlumatlar bankda mövcud olmamışdır; (cild 2, i.v.73) - PashaPay tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, "m10" hesablarından kart hesablarına və ya kart hesablarından "m10" hesablarına köçürmələrlə bağlı "xxxx" MMC-nin ödəniş sistemində həmin bank kartlarının nömrələri üzrə bütün rəqəmlər tam şəkildə görünmədiyi üçün bu kartların nömrələri məhdudlaşdırılmaqla verilmişdir. Aidiyyəti banklar tərəfindən həmin kart sahiblərinin vaxtında müəyyənləşdirilməsi məqsədi ilə bu əməliyyatların kodları (external operation id) təqdim olunmuşdur; (cild 2, i.v.74-78) - YeloBank-ın 31 oktyabr 2024-cü il tarixli və Rabitəbank-ın 31 oktyabr 2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs adıçəkilən banklarda hesabları mövcud olmamışdır; (cild 2, i.v.79-80) - 07 noyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, mobil telefonun "Fotoğraflar" və "Dosyalar" bölümünə daxil olduqda orada Formula 1 yarışlarına aid bir çox şəkillərin olması müəyyən edildi. Bundan başqa mobil telefonda olan "İnstagram" sosial şəbəkəsinə daxil olduqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin sosial şəbəkədə iki profili vardır. Biri zərərçəkmiş şəxslərin bildirdiyi kimi "guluzadeh.rashida", digəri isə "elikh496" adlı profillərdir. "guluzadeh.rashida" adlı profilin mesajlar bölümünə daxil olduqda orada iş üzrə zərərçəkmiş Lumu Məmmədova ilə yazışma müəyyən edildi. Yazışmaya baxış keçirildikdə X18 1 yarışlarına bilet almaq üçün müraciət etməsi, Təqsirləndirilən şəxs ona biletin 100 manata olması barədə cavab verməsi, aralarında razılıq alındıqdan sonra Təqsirləndirilən şəxs 4098 5844 9232 2258 nömrəli hesab kartını göndərməsi və Lumu Məmmədovanın həmin hesab nömrəsinə 100 manat pul köçürərək qəbzini təqsirləndirilən şəxsə göndərməsi müəyyən edilir. Bundan başqa "elikh496" adlı profilə daxil olduqda mesaj bölümündə iş üzrə zərərçəkmiş Ceyhun Məmmədli ilə yazışması müəyyən edilir. Həmin yazışmadan Ceyhun Məmmədlinin bilet istəməsi və daha sonra aralarında razılıq əldə olunması müəyyən edilir. Bundan başqa mobil telefonun dosyalar bölümündə "Formula 1" yarışlarına aid bir çox bilet fotoşəkillərinin olması müəyyən edildi. Bundan başqa mobil telefonda olan "Whatsapp" mobil tətbiqinə daxil olduqda bloklanmış mobil telefon nömrələri arasında zərərçəkmiş şəxslərin nömrələrinin olması müəyyən edildi. Həmin nömrələr bloklandığı üçün aralarında olan yazışmalar silinmiş və mobil telefonun yaddaşında qalmamışdır. Bundan başqa mobil telefonda olan "Gmail" tətbiqinə daxil olduqda orada zərərçəkmiş Zərərçəkmiş şəxs3 https://e.mail.ru/compose?To=tahirmammadli91@gmail.comElektron ünvan elektron poçt ünvanına elektron bilet göndərməsi müəyyən edildi; (cild 2, i.v.82) - 07 noyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 2, i.v.101) - 09 sentyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs məxsus kart hesabına (4098-5844-9232-2258) 550 manat köçürülmüşdür; (cild 2, i.v.109) - 15 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə yeni məzmunlu ittiham elan edilmiş, Təqsirləndirilən şəxs "Formula-1" yarışı biletlərini saxtalaşdırması ilə bağlı onun barəsində Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət təqibi Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilsin və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 443.1-ci maddəsi ilə İnzibati tənbeh tədbirlərinin görülməsindən ötrü qərarın surəti Lənkərən şəhərrayon polis şöbəsinə göndərilmiş, X25, X7, X16, X23, X5 və X11 pul vəsaitlərinin X20 tərəfindən ələ keçirməsi xüsusatları ittihama daxil edilməsin, həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət təqibi Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilsin və həmin xüsusatlarla bağlı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati işlər üzrə icraat açılaraq aidiyyəti üzrə məhkəməyə göndərilməsindən ötrü qərarın surəti Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilmiş, X25, X7, X16, X23, X5 və X11 X11 zərərçəkmiş şəxs qismində cinayət prosesində iştiraklarına xitam verilmişdir. Təqsirləndirilən şəxs məxsus "İphone 14" markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü KMBİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. "xxxx" ASC-dən daxil olmuş bank məlumatları olan 1 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması, Təqsirləndirilən şəxs mobil telefonundan aşkar edilərək iş materiallarına əlavə edilmiş "Formula-1" yarışlarına və konsert proqramlarına saxta giriş biletləri maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxs ifadəsində 20 nəfər şəxsə orijinal bilet adı ilə saxta bilet satmasını, 4000 manat məbləğində pul vəsaiti əldə etməsini bildirməsi xüsusatı ilə bağlı onun barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət təqibi Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Zərərçəkmiş şəxslərin ifadələri və təqdim etdikləri təqsirləndirilən şəxslə aralarında olan danışıq və bank qəbzləri, Təqsirləndirilən şəxs tam etirafedici ifadəsi, hadisə yerinə, bank məlumatlarına və mobil telefona baxış keçirilməsi haqqında protokollar və digər İstintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir; (cild 2, i.v.114-128) - 16 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə 08 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir; (cild 2, i.v.131-133) - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi 13 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, törətdiyi əməli etiraf edir, səmimi peşmançılıq hissi keçirir. Barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş 06 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş 09 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş 06 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işinə xitam verilməsini xahiş etmişdir. - "xxxx" ASC-nin 13 dekabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X4 tərəfindən 514 manat X3 ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut kimi tanınan – X12 məxsus 1 ədəd “İphone 14” markalı mobil telefon sahibinə qaytarılmalı, bir ədəd "xxxx" ASC-dən daxil olmuş “CD” disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınan – X12 məxsus 1 ədəd “İphone 14” markalı mobil telefon sahibinə qaytarılsın, bir ədəd "xxxx" ASC-dən daxil olmuş “CD” disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. X12 məhkəmə iclaslarında göstərdiyi cəmi 14 (on dörd) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 84 (səksən dörd) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar