Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-607/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi taksi sürücüsü işləyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Yevlax rayonu, Qaraoğlan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət vurulmasına səbəb olmuşdur. Belə ki, o texniki cəhətdən saz və xüsusi mülkiyyətində olan “Renault Megane” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili “BB 120099” nömrəli “B1,B, C1,C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında 09 fevral 2023-cü il tarixdə saat 23 radələrində 60 km/saat sürətlə idarə edərkən ünvan 1 ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda buna əməl etməyərək avtomobilin qabaq hissəsi ilə dairədə hərəkətdə olan Şahid idarə etdiyi “Toyota Prius” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi toqquşmuş və sonuncunun idarə etdiyi avtomobilin arxa oturacağında sərnişin qismində olan Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağdan İ-İİ qabırğalarının qapalı yerdəyişmiş sınıqları, başın təpə nahiyəsinin şişkinliyi halında sıyrığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuraraq yol-nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etiraf edici ifadəsindən başqa, zərərçəkmiş şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsi, elan edilmiş şahid ifadəsi, hadisə yerinə baxış protokolu, sxem və diskə baxış protokolu, məhkəmə yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Qaraoğlan kəndində qeydiyyatda olmaqla valideynləri və ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Əvvəllər məhkum olunmamışdır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Yevlax rayonu Qaraoğlan kəndində yaşasa da özünə məxsus olan, BB 120099 nömrəli, “B 1; B; C 1; C” kateqoriyalı sürücülük vəsiqə əsasında idarə etdiyi “Renault Megane” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə gələrək 2-3 gün müddətində taksi fəaliyyəti ilə məşğul olduqdan sonra evinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində qeyd olunan avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsindən Nargilə dairəsi istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olduğu zaman Ukrayna dairəsinə çatanda dairədə avtomobil olmadığını görüb dayanmadan hərəkətini davam etdirib dairəyə daxil olduğu zaman idarə etdiyi avtomobilin ön hissəsi dairədə hərəkətdə olan “Toyota Prius” minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfinə çırpılmışdır. Toqquşma zamanı özü hər hansı bir bədən xəsarəti almamışdır. Ancaq qarşı avtomobildə sərnişin olan cavan qız özünü narahat hiss etdiyini bildirmişdir. Hadisədən qısa müddət keçmiş yoldan TTYS-nın həkim briqadasının keçdiyini görüb onlara dayanmaları barədə işarə etmişdir. TTYS-nın həkimləri dayanıb hadisədən sonra şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs müayinə edib xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə Xətai RPİ-nin polis əməkdaşları gəlib araşdırmaya başlamışlar. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tamamilə ödəmişdir. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs işi üzrə ona dəymiş zərər ödənilib, heç bir şikayət və tələbi yoxdur. Səhhəti ilə bağlı olaraq məhkəməyə gələ bilmir. Onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə zərərəçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümken hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, 09 fevral 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı ünvandan Bakı şəhəri, Xətai rayonu, metronun "Əhmədli" stansiyası yaxınlığına getməli olduğuna görə Bolt taksi şirkətinə sifariş vermişdir. Sifarişi əsasında olduğu ünvana "Toyota Prius" minik markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. O, həmin avtomobilin sol tərəf arxa oturacağında əyləşdikdən sonra Sərxan adlı sürücü avtomobili hərəkətə gətirib onu gedəcəyi ünvana aparmağa başlamışdır. Əyləşdiyi avtomobilin sürücüsü avtomobil ilə Ukrayna dairəsinə daxil olub hərəkətini davam etdirdiyi zaman Neapol küçəsindən dairəyə daxil olan "Renault Megane" minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sərnişini olduğu avtomobilə yol verməli olduğu halda yol vermədən hərəkətini davam etdirməsi nəticəsində idarə etdiyi avtomobilin ön hissəsi ilə əyləşdiyi avtomobilin sağ yan hissəsinə çırpılmışdır. Hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən, sağ çiyin nahiyəsindən isə daha çox xəsarət almışdır. Hadisədən qısa müdd müddət keçmiş TTYS-nın həkimləri hadisə yerinə gəlib onu X8 aparmışdır. Orada həkimlər bədənini müayinə edib tibbi yardımlar göstərdikdən sonra evə göndərmişlər. Lakin sağ qolunda və çiyin nahiyəsində kəskin ağrılar olduğuna görə 38 saylı şəhər poliklinkasına müraciət etmişdir. Orada həkimlər bədənini müayinə edib sağdan İ-İİ qabırğalarında sınıq xəsarətləri olduğunu bildirib tibbi yardımlar göstərib evə göndərmişlər.(i.v 69-72) Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq şahid – Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahidin ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar məzmunlu olmuşdur. Elan edilmiş ifadə heç bir ziddiyyət təşkil etməmiş və cinayət işinin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır. (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 09 fevral 2023-cü il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, ünvan 3 ünvanında baş vermişdir (i.v. 8-15); 10 fevral 2023-cü il tarixli, 2/3436 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. (i.v 16) Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, BB 120099 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2032-cİ il tarixə qədər qüvvədədir.(i.v 24) ; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2006-cı il buraxılışlı, universal tipli, “Renault Megane” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir (i.v. 25); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 canlı şəxsin ekspertizasının 15 fevral 2023-cü il tarixli 132 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağdan İ-İİ qabırğaların qapalı yerdəyişmiş sınıqları, başın təpə nahiyyəsinin şişkinliyi halında sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir.(i.v 36-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X10 canlı şəxsin ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 187 nömrəli rəyində göstərilmişdir ki, Şahid hər hansı bir xəsarət aşkar edilməmişdir. Göyçay rayon Mərkəzi Xəstəxanasında vətəndaş Şahid müəyyən edilmiş “sol lateral sinusda cüzi məhdudlaşma posttravmatik” diaqnozu sonrakı ekspert-radioloqun müayinəsi zamanı öz əksini tapmamışdır .(i.v 38-39) Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin DYPŞ-dən alınmış məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə xx.xx.2032-ci il tarixədək etibarlı olan BB 120099 nömrəli “B, B1, C, C1” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v 78) Azərbaycan Respublikası Məhkəmə Ekpertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 16 iyun 2023-cü il tarixli 8/1590 nömrəli rəyindən görünür ki, “Renault Megane” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 15-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v 58-60) Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş az ağır dərəcəli xəsarətlə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (i.v 61) 17 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxsin tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 62-63) 21 avqust 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. (i.v 74) 07 sentyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (i.v 76) 07 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (i.v 90-91) 07 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 109-110) AA3989428 və AA3989433 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı iki azyaşlı uşağı var.(i.v 113) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə təyin olunmuş cəriməni dövlət nəfinə ödəmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü (CM 73.3) maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 114-115); Bakı Hərbi Məhkəməsinin 27 may 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmişdir.(i.v 117-124) Ağdaş RPŞ-nin İQ-nun müstəntiqi polis mayoru X4 17 may 2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ağdaş RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır.(həmin qərarın təsviri hissəsindən görünür ki, (Araşdırma zamanı xx.xx.2022ci il tarixdə X3 ərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin omadığını bildirmişdir. Məhkəmə ekspertiza mərkəzindən alınımış xx.xx.2022-ci il tarixli 8/463 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ 33021 markalı 9-MP-858 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs prəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və oun həmin naddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-tibb ekspertizanın xx.xx.2022-ci il tarixli 65 saylı rəyində göstərilmişdir ki, X1 bədənində olan xəsarətlər-sol bayır topuq sümüyünün atı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, ağlamlığın uzun müddətə polulmasına səbəb olduğundan sağlamlığa az ağır zərər vuran əsarətlərə aiddirlər)(i.v 126-126a) 14 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamın və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə saxlanılması, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, hadisə yerinə baxış protokolunun, məhkəmətibbi ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəylərinin iş üzrə sübut növü kimi qiymətləndirilməsi, hadisə zamanı “Toyota Prius” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid bədənində hər hansı bir xəsarət aşkar edilmədiyindən bu barədə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi “Renault Megane” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə təhvil verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işinin bəzi materiallarında “Renault Megane” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanı **-CL-*** kimi göstərilsə də cinayət işində olan rəsmi sənədlərə əsasən “Renault Megane” minik markalı avtomobilin dövlət qeydiyyat nişanının **-CJ-*** kimi nəzərə alınması, 01 ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. (i.v 130-135) xx.xx.2023-cü il tarixli, **********829 saylı Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, zərər çəkmiş şəxsin və şahidin elan edilmiş ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış olsa belə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinə əsasən zərərçəkmiş şəxslə barışdığından onun barəsində cinayət işinin başlanması 17 may 2022-ci il tarixində rədd edilmiş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumunun 28 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” qərarında göstərilənlər nəzərə alınmaqla( Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir.) onun cinayət məsuliyyətindən azad edilməsi istisna olunmalı və barəsində ittihamedici hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs qarşı zərər çəkmiş şəxs şikayətçi olmasa da, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 72-ci maddənin qeyd hissəsinin 1-ci bəndinə əsasən Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-cü maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması (CM59.1.11), zərərçəkmiş şəxslə barışıq əldə edilməsi(CM59.1.12.), cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi ilə nəticələnmiş digər hərəkətlərin edilməsi (CM59.1.13) və himayəsində azyaşlı uşaqlarının olmasını (CM59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 27 may 2014-cü il tarixli hökmü ilə 300 manat cərimə cəzasına məhkum edilməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “Renault Megane” minik markalı, **-CJ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, 01 ədəd CD disk cinayət işi materillarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Yevlax rayonu, Qaraoğlan kəndində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, oğlunun Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu, Qaraoğlan kəndini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax şəhər icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ”Renault Megane” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD” disk cinayət işi materillarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Maddi sübut kimi iş materiallarına əlavə edilmiş disklər cinayət işi materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-607/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-607/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver