Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-61/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, hazırda heç yerdə işləməyən, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 44,859 qram çəkidə narkotik vasitə marixuananı əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 08:30-da Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaşadığı ünvan 4 saylı ünvanın qarşısında saxlanılıb, ünvan 3 ünvanında yerləşən RPİ-nin 35-ci PB-in inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan çəhrayı rəngli sellofan torbanın içərisindən 49 ədəd kağız və 1 ədəd sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,574 qram, 0,490 qram, 0,420 qram, 0,447 qram, 0,403 qram, 0,571 qram, 0,539 qram, 0,527 qram, 0,392 qram, 0,523 qram, 0,462 qram, 0,472 qram, 0,533 qram, 0,517 qram, 0,572 qram, 0,546 qram, 0,566 qram, 0,544 qram, 0,415 qram 0,541 qram, 0,509 qram, 0,569 qram, 0,496 qram, 0,481 qram, 0,578 qram, 0,473 qram, 0,473 qram, 0,577 qram, 0,564 qram, 0,533 qram, 0,578 qram, 0,554 qram, 0,468 qram, 0,541 qram, 0,578 qram, 0,488 qram, 0,509 qram, 0,561 qram, 0,524 qram, 0,369 qram, 0,579 qram, 0,569 qram, 0,548 qram, 0,580 qram, 0,582 qram, 0,401 qram, 0,277 qram, 0,569 qram, 0,345 qram, 0,261 qram olmaqla ümumi təmiz çəkisi 26,168 qram və bir ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 18,691 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 9 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 45,99 qram olan çətənə (kannabis) bitkisinin toxumları və üzərində marixuana hissəcikləri olan 1 ədəd metal üyüdücü əşya aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə səhər saat təxminən 08:30 radələrində Xətai rayonu, Zeytun küçəsi 28 saylı ünvanın qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli olduğunu bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onu 35-ci Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. Polis əməkdaşları ona hüquqlarını izah etməklə hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən o, əlində olan çəhrayi təngli sellofan torbanın içindən 49 ədəd bükümdə olan marixuananı, qəhvəyi rəngdə kağıza bükülmüş marixuana, bir ədəd qəhvəyi rəngli kağız bükümdə marixuananı və 9 ədəd kibrit qutusunda olan çətənə bitkisinin toxumlarını, çətənə bitkisini əzmək üçün üyüdücü aləti masanın üzərinə qoymuşdur. Daha sonra həmin bükümlərə baxış keçirilmişdir. Həmin bükümlər açıldıqda yaşıl rəngli bitkidən ibarət maddələr aşkar edilmişdir. Ona aşkar edilmiş bükülülərin içərisindəki maddələrin nədən ibarət olması barədə sual verilərkən o, bildirmişdir ki, həmin bükülülərdəki maddələr narkotik vasitə marixuanadır, həmin marixuanaları öz yaşadığı mənzildə, yəni Xətai rayonu, Zığ şosesi ev 28 mənzil 6-da öz şəxsi istifadəsi üçün əkmişdir. Saxlanılmamışdan qabaq həmin narkotik vasitələri özü ilə götürərək gizlətməyə aparmışdır. Üzərindən aşkar edilmiş toxum və çətənə bitkisini əzmək üçün istifadə edilən üyüdücü aləti çətənəni əkmək və əkəndən sonra düzləşdirmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və DİN-nin zərflər üçün olan 169 saylı möhürü ilə möhürlənmiş, o da daxil olmaqla zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik vasitə olan marixuananı öz şəxsi istifadəsi üçün əkmişdir. Polis əməkdaşları onu yaxalamamışdan qabaq həmin narkotik vasitələri gizlətmək üçün aparırmış.O, sonradan gizlətdiyi yerdən öz şəxsi istifadəsi üçün gedib narkotik vasitə götürən zaman hər dəfəyə bir büküm götürərək istifadə etmişdir. O, narkotik vasitələri gizlətdiyi yerdə bütöv şəkildə saxlasa narkotik vasitəni bir istifadəlik götürməkdə çətinlik yaranmış və onu görən olar deyə qabaqcadan bükümlərə bölüb gizlətmək qərarına gəlmişdir. O, həmin narkotik vasitədən heç kəsə nə pul müqabilində nədəki hədiyyə formasında verməmişdir. Həmin narkotik vasitələrdən o, 02 ədəd kol əkmişdir. Polis Bölməsində olarkən ona qarşı heç bir işgəncə və ya zor tətbiq edilməmişdir. Əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, yaşlı olduğunu, xəstə olduğunu, bir daha daha belə hallara yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci polis bölməsinin əməliyyat-müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Rüfət birlikdə məlumat əsasında saat 08:30 radələrində ünvan 4 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Ədalətin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Ədalətə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Ədaləti saxlamışlar. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Ədalət buna etiraz etmədikdən sonra Ədaləti polis bölməsinə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı müşfiq Cəbrayılova təhvil vermişlər. Müşfiq Cəbrayılov Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Ədaləti şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməzdən əvvəl Ədalətə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Ədalət də əlində olan çəhrayi rəngli torbanın içərisindən 49 ədəd xırda kağız vəl ədəd sellofan bükümü, 09 ədəd kibrit qutusunu, 01 ədəd qəhvəyi rəngli kağız bükümü, 1 ədəd metaldan olan üyüdücü aləti çıxarıb masanın üzərinə qoymuşdur. Ədalətdən həmin 49 ədəd xırda kağız bükümdə, 1 ədəd sellofan bükümdə, 1 ədəd qəhvəyi rəngli kağız bükümdə və 09 ədəd kibrit qutusunun içərisində nə olduğunu soruşduqda, Ədalət həmin 49 ədəd xırda kağız, 1 ədəd şəffaf sellofanda və 1 ədəd qəhvəyi rəngli kağız bükümlərin içərisində olan bitki mənşəli kütlənin narkotik vasitə olan marixuana, 09 ədəd kibrit qutusunda olan toxumların çətənə bitkisinin toxumları olduğunu, həmin maddələri yaşadığı ünvan 5 ünvanının qarşısında olan torpaq sahəsində şəxsi istifadə məqsədi ilə əkib becərdiyini, həmin maddələri gizlətmək üçün özü ilə götürdüyünü, metaldan olan üyüdücü aləti narkotik vasitə olan marixuananı üyüdərək toz halına salmaq üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra Ədalətin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Ədalətin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra axtarış iştirakçılarının iştirakı ilə Ədalətin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Ədalət tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci polis bölməsinin polis sahə inspektoru vəzifəsində işləyən, polis mayoru Şahid2 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə Bakı şəhəri Xətai RPİ-nin 35-ci polis bölməsinin əməliyyat-müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Bakı şəhəri Xətai RPİ-nin 35-ci polis bölməsinin əməliyyat-müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Teymurla birlikdə məlumat əsasında saat 08:30 radələrində ünvan 4 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Ədalətin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Ədalətə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Ədaləti saxlamışlar. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Ədalət buna etiraz etmədikdən sonra Ədaləti polis bölməsinə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı müşfiq Cəbrayılova təhvil vermişlər. Müşfiq Cəbrayılov Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Ədaləti şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməzdən əvvəl Ədalətə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Ədalət də əlində olan çəhrayi rəngli torbanın içərisindən 49 ədəd xırda kağız vəl ədəd sellofan bükümü, 09 ədəd kibrit qutusunu, 01 ədəd qəhvəyi rəngli kağız bükümü, 1 ədəd metaldan olan üyüdücü aləti çıxarıb masanın üzərinə qoymuşdur. Ədalətdən həmin 49 ədəd xırda kağız bükümdə, 1 ədəd sellofan bükümdə, 1 ədəd qəhvəyi rəngli kağız bükümdə və 09 ədəd kibrit qutusunun içərisində nə olduğunu soruşduqda, Ədalət həmin 49 ədəd xırda kağız, 1 ədəd şəffaf sellofanda və 1 ədəd qəhvəyi rəngli kağız bükümlərin içərisində olan bitki mənşəli kütlənin narkotik vasitə olan marixuana, 09 ədəd kibrit qutusunda olan toxumların çətənə bitkisinin toxumları olduğunu, həmin maddələri yaşadığı ünvan 5 ünvanının qarşısında olan torpaq sahəsində şəxsi istifadə məqsədi ilə əkib becərdiyini, həmin maddələri gizlətmək üçün özü ilə götürdüyünü, metaldan olan üyüdücü aləti narkotik vasitə olan marixuananı üyüdərək toz halına salmaq üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra Ədalətin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Ədalətin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra axtarış iştirakçılarının iştirakı ilə Ədalətin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Ədalət tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-69-cu vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(011)-547/2020 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 33-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 7/567 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 49 (qırx doqquz) ədəd kağız bükülüdə və bir ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,261 qram-0,382 qram, ümumi təmiz çəkisi 26,168 qram və bir ədəd qəhvəyi rəngli kağız bükümdə təmiz çəkisi 18,691 qram olan maddələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş 9 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 45,99 qram olan toxumlar, çətənə (kannabis) bitkisinin toxumlarıdır. Toxumların tərkibində narkotik komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir. Təqdim edilmiş bir ədəd metal əşyada cüzi miqdarda marixuananın hissəcikləri vardır. Ekspertizaya təqdim etmə zamanı marixuananın ümumi təmiz çəkisi – 44,859 qram, sərf edildi 1,02 qr., qalıq 43,839 qr. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 7/598 saylı məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş kağız paketdə 49 ədəd kağız bükülüdə və 1 ədəd sellofan bükülüdə olan marixuanaların ayrı-ayrılıqda təmiz çəkiləri: 0,574 qram, 0,490 qram, 0,420 qram, 0,447 qram, 0,403 qram, 0,571 qram, 0,539 qram, 0,527 qram, 0,392 qram, 0,523 qram, 0,462 qram, 0,472 qram, 0,533 qram, 0,517 qram, 0,572 qram, 0,546 qram, 0,566 qram, 0,544 qram, 0,415 qram, 0,541 qram, 0,509 qram, 0,569 qram, 0,496 qram, 0,481 qram, 0,578 qram, 0,473 qram, 0,473 qram, 0,577 qram, 0,564 qram, 0,533 qram, 0,578 qram, 0,554 qram, 0,468 qram, 0,541 qram, 0,578 qram, 0,488 qram, 0,509 qram, 0,561 qram, 0,524 qram, 0,369 qram, 0,579 qram, 0,569 qram, 0,548 qram, 0,580 qram, 0,582 qram, 0,401 qram, 0,277 qram, 0,569 qram, 0,345 qram, 0,261 qram, ümumi təmiz çəkisi 25,188 qramdır. Həmin kağız paketdə tir ədəd qəhvəyi rəngli kağız bükülüdə olan marixuananın təmiz çəkisi 18,671 qramdır. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd metal əşyada olan marixuananın cüzi miqdarda olduğu üçün, təqdim olunmuş marixuanalarla müqayisə tədqiqat aparılmadı. Təqsirləndirilən şəxs məxsus bağyanı sahəsindən götürülmüş torpaq nümunəsi orta gillicəli, orta karbonatlı, orta minerallı, zəif humuslu torpaqlara aiddir. Həmin torpaqda narkotik təbiətli çətənə (kannabis) bitkisinin əkilibbecərilməsi mümkündür. Marixuana tam tərkibli olmadığına görə həmin torpaq sahəsində əkilib- beçərilməsini müəyyən etmək mümkün deyildir. Cinayət işinin 110-111-ci vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatı zamanı sərf edilərək qalıq qılmış 51 (əlli bir) ədəd bükümdə ilkin ümumi təmiz çəkisi 43,839 qram olan narkotik vasitə olan marixuana, 09 (doqquz) ədəd kibrit qutusunda olan 45,99 qram olan çətənə (kannabis) bitkisinin toxumaları və 1 (bir) ədəd üzərində marixuana hissəcikləri olan metal üyüdücü maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 131-140-cı vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 125-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X2 ekspert komissiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2876 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə olunmasına ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 104-106-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Şaumyan Rayon Xalq Məhkəməsinin xx xxxxxxxx 1981-ci il tarixli hökmünə əsasən Azərbaycan SSR Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi, 15, 17, 109-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərərk, həmin Məcəllənin 38-ci maddəsinə əsasən 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Məhkəməsinin Rəyasət Heyətinin xx xxxxx 1986-cı il tarixli qərarı ilə cəzası 07 (yeddi) il müddətinə emdirilmişdir. SSRİ X7 Heyətinin xx xxxx 1987-ci il tarixli fərmanının 9-cu maddəsinin “E” bəndinə əsasən cəzası bir qədər azaldılıb, 05 (beş) ya 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx xxxxxx 1987-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 2) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrinin idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx xxxx 2004-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlaması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfındən cinayət cəzalarmın təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, məhkumluğunun olmadığını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixi, 4(011)-547/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə ambulator X2nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məqsədə müvafiq sayır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 51 (əlli bir) ədəd bükümdə ilkin ümumi təmiz çəkisi 43,839 qram olan narkotik vasitə olan marixuana, 09 (doqquz) ədəd kibrit qutusunda olan 45,99 qram olan çətənə (kannabis) bitkisinin toxumaları və 1 (bir) ədəd üzərində marixuana hissəcikləri olan metal üyüdücü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 144 AZN (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə madd sübut - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 51 (əlli bir) ədəd bükümdə ilkin ümumi təmiz çəkisi 43,839 qram olan narkotik vasitə olan marixuana, 09 (doqquz) ədəd kibrit qutusunda olan 45,99 qram olan çətənə (kannabis) bitkisinin toxumaları və 1 (bir) ədəd üzərində marixuana hissəcikləri olan metal üyüdücü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 144 AZN (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-61/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-61/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver