Məhkəmə qərarları › İş №1(011)-61/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-61/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-61/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə edərək aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs Yasamal RPİ-nin 28-ci PŞ-də barəsində olan araşdırma materialını guya həll edəcəyi barədə yalan vəd verib bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 500 manat, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində həmin ünvanda 700 manat və xx.xx.2023-cü il tarixdə həmin ünvanda 800 manat, cəmi 2.000 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 2.000 (iki min) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs sosial şəbəkədə tanıyıb tanış olmuşdur. Münasibəti yarandıqdan sonra Arzu ona Yasamal rayon polis idarəsində ondan şikayət edildiyini demiş və ondan xahiş etmişdir ki, onun işinə köməklik etsin. O da Arzu ilə xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında görüşmüş, Arzu ona 500 manat pul vermiş, o da Arzuya pulu polisə verəcəyini demiş və ayrılıb yaşadığı evə getmişdir. O, Arzunun işinin kimdə olduğu ilə maraqlanmadan pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Arzu ona zəng edib işin həlli üçün ümumilikdə 2000 manat pul lazım olduğunu demiş, Arzu ilə yenə də evinin yaxınlığında görüşüb əlavə 700 manat pul vermişdir. O, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə Arzu ona zəng edib evinin yaxınlığında görüşmüş, ona 800 manat pul vermişdir. O da həmin pulu almış və Arzuya söz vermişdir ki, ümumilikdə aldığı 2000 manat pulu polisə işinin həlli üçün aparıb verəcək. Lakin həmin 800 manatı da öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Arzuya söz versə də polislə danışmaq fikri olmamışdır. Ona pul lazım olduğu üçün Arzudan həmin 2000 manat məbləği alıb şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin Arzudan işin təfərrüatlarını və işin kimdə olmasını soruşmamışdır. Daha sonra Arzu ona zəng edib işinin gedişatını soruşmuş, o da Arzuya səbrli olmasını və işini həll edəcəyini bildirmişdir. Arzu isə ona polisə pul vermədiyini, işini özünün həll etdiyini demiş və ondan pulunu tələb etmişdir. O da Arzuya pulunu hissə-hissə qaytara biləcəyini demişdir. Azadlığa buraxılacağı halda dəymiş ziyanı ödəyəcək. Əməlindən peşman olduğunu bildirərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Romal ona özünü hüquqşünas kimi təqdim etmişdir. O özünə ev almaq istəmişdir. Romala bu barədə dedikdə Romal “Mida” adlanan yaşayış kompleksində evlər olduğunu və həmin yerdə hüquqşünas işlədiyi üçün ona ev almağa köməklik edə biləcəyini demişdir. O da maraqlanıb öyrənmiş və həmin yaşayış kompleksinə getmişdir. Orada binaların həyəti ümumi olduğundan o, binanı səhv salıb baxmalı olduğu evə yox, digər evin qapısını açıb içəri daxil olmaq istəmişdir. O, evə daxil olmaq istədikdə qonşulardan kimsə ona qışqırıb hara getdiyini soruşmuşdur. O da ona evə kənar şəxsin daxil olmaması üçün evə nəzarət etdiyini demiş, bundan sonra çıxıb getmişdir. Həmin şəxs binanın nəzarətçisi olmuş və onun həyətə gəldiyi taksini kamera müşahidəsindən tapmış və kim olduğunu öyrənmişdir. Daha sonra isə Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə şikayət etmişdir. O, çağırışdan sonra polis bölməsinə getmiş, orada anlaşılmazlıq olduğu müəyyən edilmişdir. O bu barədə Romala demiş, Romal bu işlə maraqlanacağını və ona cavab deyəcəyini bildirmişdir. Danışıqlarından bir neçə saat sonra Romal ona zəng edib polisdə işin həlli üçün 500 manat pul lazım olduğunu demişdir. Romalla xx.xx.2023-cü il tarixdə günorta saat 14 radələrində yaşadığı binanın qarşısında görüşüb Romala vermişdir. Bundan bir neçə gün sonra Romal ona zəng edib yenə də 700 manat pul lazım olduğunu demişdir. O da eyni şəkildə xx.xx.2023-cü il tarixdə yaşadığı X.Məmmədov küçəsi ev 4A-nın həyətində Romalla görüşüb 700 manat pul vermişdir. Bundan bir neçə gün sonra Romal ona zəng edib işin həlli üçün ümumilikdə 2.000 manat pul lazım olduğunu demişdir. Romalla yenə də yaşadığı binanın həyətində görüşüb ona 800 manat pul vermişdir. Bundan sonra Romal çıxıb getmiş, həmin ərəfədə 28-ci polis bölməsindən ona zəng gəlmişdir. Romal ona polisdən zəng gələrsə cavab verməməyini bildirdiyi üçün telefonlara cavab verməmişdir. 15 yanvar 2023-cü il tarixindən təxminən 2-3 gün sonra ona yenə də polisdən zəng gəlmiş, həmin zəngi açıb cavab vermişdir. Polis bölməsindən ona bölməyə gəlməyini bildirmişlər. O, bölməyə getmiş, orada ona işi ilə bağlı çağrıldığını dedikdə o, Romal adlı şəxslə işini həll etdiyini və 2.000 manat işin həlli üçün pul verdiyini demişdir. Orada ona Romal adlı şəxsin orada olmadığını, ümumiyyətlə onun işi ilə maraqlanmadığını demişlər. O, Romalın onu aldatdığını öyrənmiş, Romala zəng edib pulunu qaytarmağını bildirmişdir. Lakin Romal onun pulunu qaytarmamışdır. Dəymiş ziyan ödənilmədiyindən onun cəzalandırılmasın məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Quba Rayon Polis Şöbəsinin müstəntiqi Məmməd Balayevin məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində icraatında olan cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, yüngülləşdirici halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsnın üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar