Məhkəmə qərarları › İş №1(011)-610/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-610/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-610/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 nümayəndəsi Abşeron Rayon Vəkil Bürosunun vəkili X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəza təyin olunması barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X10 barəsində yalan oldugunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, şər-böhtan xarakterli məlumatları ağır cinayətdə ittiham etməklə kütləvi informasiya vasitəsi və internet informasiya ehtiyatı sayılan - WhatsApp qrup yazışmalarında, Facebook internet səhifəsində və Kanall.az televiziyasında yayaraq böhtan atmış barəsində xüsusi ittiham qaydasında şikayət verilən X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəza təyin olunması barədə xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. X10 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, X11 şəxsiqərəzlik, şəxsi və maddi maraqları məqsədi ilə haqqında həqiqətə uyğun olmayan, nüfuzuna və şəxsiyyətinə zərər vuran, imicinə ləkə gətirən, onu nüfuzdan salan, şər, həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar əks olunmuş yazıları ilə WhatsApp qrup yazışmalarında və facebook internet səhifəsində həmin məlumatları kütləvi şəkildə yaymışdır. Kənd əhalisinin beyinlərini yalan fikirlərlə dolduraraq ona qarşı yönləndirmiş, kütləvi surətdə kollektiv ərizələrin yazılmasına sövq etmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İ.H.Əliyevə, surəti Azərbaycan Respublikasının Baş Prokuroru cənab K.Əliyevə, Azərbaycan Respublikasının DİN cənab V.Eyvazova yazılmış kollektiv ərizədə “Abşeron rayon Pereküşkül qəsəbəsi ərazisində X3 Balansından ayrılan 280 hektar torpağın X7 Əliyev tərəfindən mənimsənildiyinin izinə düşdüklərini bildirdilər. Həmin müraciət Abşeron rayon İH-nə ğöndərilmiş, araşdırma zamanı ünvanına mənimsənildiyi deyilən ittiham öz əksini tapmamışdır. İ.X.Əliyev digər şəxslər ilə birlikdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab K.Əliyevə Abşeron RPİ-nin rəisi cənab Ş.Əliyevə imzaladığı kollektiv ərizədə “..X1 gizli şəkildə X3 Balansından Nüvədi kəndi üçün ayrılmış 280 ha torpaq sahəsini qanunsuz olaraq öz adına və yaxın qohumlarının adına sənədləşdirərək öz mənafeyinə xidmət edən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur”. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 informasiya vasitəsi olan facebook internet səhifəsində, çoxsaylı dostların qrup şəklində iştirak etdiyi WhatsApp şəbəkəsində, o cümlədən bir neçə dəfə keçirilmiş iclaslarda onu ağır cinayətlərdə ittiham etməklə böhtan atmış, yəni yalan oldugunu bilə-bilə, şərəf ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi çıxışlarında və internet informasiya ehtiyatında yaymışdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X11 şəxsi-qərəzlik, şəxsi və maddi maraqları məqsədi ilə onun haqqında həqqətə uyğun olmayan, nüfuzuna və şəxsiyyətinə zərər vuran, imicinə ləkə gətirən, onu nüfuzdan salan, şər, böhtan xarakterli məlumatlar əks olunmuş yazıları ilə və WhatsApp qrup yazışmalarında, Kanall.az və və facebook internet səhifəsində həmin məlumatları kütləvi şəkildə yaymışdır. Eyni zamanda kanall.az kanalında çıxış edərək həqiqətə uyğun olmayan məlumatlar vermiş və onun tərəfindən Nüvədi sakinləri üçün ayrılmış torpaq sahəsinin mənimsənildiyi barədə ittiham edilmişdir. Bu barədə hətta saxtalaşdırılmış xəritədən çıxarış da yayılmışdır. xx.xx.2021-ci il tarixli yazıda”...Nüvədililərin adına Müşfiq qəsəbəsində dövlət dövlət tərəfindən verilən hektralarla torpaqlar hanı???” xx.xx.2021-ci il tarixli və diğər yazılarında “Nüvədililər üçün dövlət tərəfindən ayrılmış 254 ha torpaq sahəsinin mənim tərəfimdən mənimsəmişəm” ittiham etmişdir. 254 ha torpaq sahəsinin bu gün bazar dəyəri ən azı 2.540.000 manatdır. 2.540.000 manat dəyərində özgə əmlakının mənimsənilməsi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olan əməldir və ağır cinayətlər katerqoriyasına daxildir. Şikayətinə əlavə etdiyim subutlardan ğörünür ki, X11 onu ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmışdır. İ.X.Əliyevin ona böhtan atmasını çoxsaylı şahidlər, o, cümlədən X8, X9, X15 təsdiq edə bilərlər. Hər bir şəxsin şərəf və ləyaqəti, habelə işgüzar nüfuza 1948-ci il Ümumdünya İnsan hüquqları Bəyənnaməsi, 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, Azərbaycan Respublikasının Konstitusiyası və s. normativ- hüquqi aktların müdafiəsi altında qorunur. Abşeron rayon prokurorlugunda həmin ərizələr araşdırılmışdır. xx.xx.2022-ci il tarixli məktubu ilə Gəncə şəhərində məskunlaşmış Nüvədi sakinlərinə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Yalan oldugunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, şər-böhtan xarakterli məlumatları ağır cinayətdə ittiham etməklə kütləvi informasiya vasitəsi və internet informasiya ehtiyatı sayılan - WhatsApp qrup yazışmalarında, Facebook internet səhifəsində və Kanall.az televiziyasında yayaraq böhtan atmış barəsində xüsusi ittiham qaydasında şikayət verilən X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 nümayəndəsi Abşeron Rayon Vəkil Bürosunun vəkili X12 şikayəti icraata götürülərək baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Xüsusi ittiham qaydasında şikayət verən X10 tərəfindən ərizəyə sübut olaraq “İsmail Aliev” adı ilə internet informasiya ehtiyatında (Facebook internet səhifəsində) verilmiş dörd mətn əlavə edilmişdir. Facebook internet səhifəsində paylaşılan həmin yazılarda X4 adı ilə bağlı müddəalar öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Qanunvericiliyə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkib hissəsini yaradır. Böhtan atma ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə əməl Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkib hissəsini yaradır . Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, şikayət ərizəsində şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əks olunmamışdır. Həmçinin şikayətin verildiyi tarix və yer ərizədə göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X10 barəsində yalan oldugunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, şər-böhtan xarakterli məlumatları ağır cinayətdə ittiham etməklə kütləvi informasiya vasitəsi və internet informasiya ehtiyatı sayılan - WhatsApp qrup yazışmalarında, Facebook internet səhifəsində və Kanall.az televiziyasında yayaraq böhtan atmış barəsində xüsusi ittiham qaydasında şikayət verilən X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəza təyin olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7 , 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X10 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar