Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-62/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7, təqsirləndirilən şəxs X2 iştirakları ilə xx xxxx 1956-cı ildə Ermənistan Respublikasının Sisyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X5 verilmiş ittihama əsasən, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun sabiq iş yoldaşı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində 6 ünvanında 0.06 ha torpaq sahəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 15 gün müddətində çıxarış alınmasına köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 23 dekabr 2024-cü il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 2.000 manat, 26 dekabr 2023-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanında "Faxralı" kafesində 11.000 manat, cəmi 13.000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 13.000 (on üç min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X8 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin müxtəlif bəndləri ilə məhkum olmuşdur. Sonuncu dəfə 22 fevral 2010-cu il tarixdə Ağır Cinayət Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş, 04 il şərti sınaq müddəti ilə azadlığa buraxılmışdır. Bildirmişdir ki, 2011-ci ildən 2017-ci ilədək Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında yerləşən Heydər Əliyev adına parkın müdiri olmuşdur. İşlədiyi müddət ərzində Zərərçəkmiş şəxs1 Xətai rayon Bələdiyyəsində vergi müfəttişi vəzifəsində çalışan şəxs kimi tanımışdır. Əvvəllər yaxşı münasibətləri olub. Heç bir ədavətləri və düşmənçilikləri olmayıb. ünvan 5 ünvanında sənədsiz 0,06 ha torpaq sahəsini sənədləşdirmək üçün Xanlar və Vüqara köməklik edəcəyinə söz vermiş və onlardan 13 000 manat pul almışdır. Hazırda o zərərçəkmiş şəxslərlə barışmışdır. Onlara dəyən zərəri tam şəkildə ödəmiş və dövlət nəfinə də həmin məbləğin iyirmi beş faizini ödəmişdir. Qeyd olunanları nəzərə alıb cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs X2 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, törətdiyi əməli etiraf edir, səmimi peşmançılıq hissi keçirir. Barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2005-2006-cı illərdə Bakı şəhər, Xətai rayonu, Xətai bələdiyyəsində vergi müfəttişi vəzifəsində çalışmışdır. Onunla birlikdə Xətai bələdiyyəsində vergi müfəttişi kimi Zərərçəkmiş şəxs2 da işləmişdir. 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, həmin günü Vüqar ilə görüşərkən bildirmişdir ki, ünvan 5 ünvanında sənədsiz 0,06 ha torpaq sahəsini sənədləşdirmək lazımdır. O, köməklik etmək məqsədi ilə ilk öncə torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Birlikdə həmin torpaq sahəsinə gedib baxdıqdan sonra Zərərçəkmiş şəxs2 ayrılmışdır. Xətai rayonu Yaşıllaşdırma İdarəsinin keçmiş rəisi olan X8 ilə birlikdə həmin torpaq sahəsinə baxmışdır. Karlen torpaq sahəsinə baxdıqdan sonra sənədləşmə prossesində köməklik edə biləcəyini bildirərək 10.000 manat pul lazım olacağını, eyni zamanda özünün qazancı olaraq 3.000 manatda əlavə pul istəmişdir. Zərərçəkmiş şəxs2 ilə danışıqdan sonra 13.000 manat pul verməyə razılıq vermişdir. Zərərçəkmiş şəxs2 ilkin olaraq beh kimi 2.000 manat pul götürüb 23 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Karlenlə ünvan 6 ünvanında görüşərək sonuncunun avtomobilində vermişdir. Bundan sonra 26 dekabr 2023-cü il tarixdə Vüqar ilə birlikdə X12 rayonu İnqilab İsmayılov küçəsi 46 ünvanında "Faxralı" kafesində görüşmüşlər. X13 11.000 manat pul vermişlər. Karlen İsgəndərov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 15 gün müddətində çıxarış alınmasına köməklik göstərəcəyi barədə sənədlərin hazır olacağını bildirmişdir. X11 Vüqara bildirmişdir ki, "ASAN xidmət vasitəsilə Bakı şəhər Arxiv İdarəsinə müraciət etsin və torpağın sənədlərini müraciət əsasında götürsün. Vüqar da Karlen İsgəndərovun dediyi kimi etmiş, lakin Vüqara imtina məktubu gəlmişdir. Vüqar bunu bildikdən sonra sənədlərin hazır olmadığından narahat olub pullarını geri tələb etdi. Vüqar ilə birlikdə Karlen İsgəndərov ilə görüşərək verdikləri 13.000 manat pulu geri tələb etdikdə Karlen söz vermişdir ki, 20 mart 2024-cü il tarixdək pulu tam şəkildə qaytaracaqdır. Lakin sonradan ona məlum olmuşdur ki, X18 RPŞ-nin İstintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi həbs olunmuşdur. Vüqar X3 vasitəsi ilə tanıdığına görə sonuncuya verdikləri 13.000 manat pulu ondan tələb etdikdə o, həmin məbləği Vüqara qaytarmışdır. Karlen İsgəndərov ilə azadlıqda görüşərkən 13.000 manat pulu qaytaracağına söz vermişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs X8 ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilib. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını, mümkün olduğu halda cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsində qeyd olunmuşdur ki, AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs X8 ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilib. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəni özü heç bir təzyiq altında olmadan könüllü olaraq yazmışdır. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını, mümkün olduğu halda cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2003-2009-cu illərdə Bakı şəhəri, Xətai rayonu Xətai bələdiyyəsində vergi müfəttişi vəzifəsində çalışmışdır. Onunla birlikdə Zərərçəkmiş şəxs1 da işləmişdir. ünvan 8 ünvanında sənədsiz 0,06 ha torpaq sahəsini sənədləşdirmək istəmişdir. Onun ilk ağlına Zərərçəkmiş şəxs1 gəlmişdir. 23 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Xətai rayonu, Vunqtau küçəsi 6 ünvanında olan 0,06 ha torpaq sahəsinin üzərinə getmişlər. Torpaq sahəsinə baxdıqdan sonra Zərərçəkmiş şəxs1 iş görəcəyi şəxs ilə gedib görüşdükdən sonra ona cavab deyəcəyini bildirmişdir. Təxminən 2 saatdan sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək həmin torpaq sahəsinin cizgisinin çəkilməsinə ehtiyac olduğunu bildirmişdir. Birlikdə torpaq sahəsinin cizgisini çəkdirdikdən sonra söhbət əsnasında Zərərçəkmiş şəxs1 tanıdığı şəxsin 10.000 manata Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 15 gün müddətində rəsmi çıxarış alıb verə biləcəyini və 3.000 manat puluda özünə qazanc kimi alacağını bildirmişdir. O, 13.000 manata sənədlərin düzələcəyinə razılıq vermişdir. 23 dekabr 2023cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs1 ilə görüşərək ilkin olaraq beh kimi 2.000 manat pul vermişdir. Həmin günü Zərərçəkmiş şəxs1 Karlen İsgəndərov ilə ünvan 6 ünvanında görüşərək sonuncuya məxsus avtomobildə 2.000 manat pul vermişdir. Bundan sonra 26 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs1 onunla birlikdə X12 rayonu İnqilab İsmayılov küçəsi 46 ünvanında yerləşən “Faxralı” kafesində görüşmüşlər. X15 ilə söhbət əsnasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 15 gün müddətində rəsmi çıxarış alıb verəcəyini bildirdikdə Xanlar 11.000 manat pul sataraq Karlenə vermişdir. Karlen İsgəndərov yenidən 15 gün müddətində sənədlərin hazır olacağını bildirmişdir. Sonradan Karlen ona bildirmişdir ki, "ASAN xidmət vasitəsilə Bakı şəhər Arxiv İdarəsinə müraciət edərək torpağın sənədlərini müraciət əsasında ala bilər. O, Karlen İsgəndərovun dediyi kimi müraciət etmiş, lakin imtina məktubu almışdır. O, sənədlərin hazır olmadığından narahat olub pullarını geri tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ilə birlikdə Karlen İsgəndərov ilə görüşərək sonuncuya verdikləri 13.000 manat pulu geri tələb etdikdə Karlen söz vermişdir ki, 20 mart 2024-cü il tarixdək pulu qaytaracaqdır. Lakin sonradan məlum olmuşdur ki, Karlen Qax RPŞ-nin İstintaq qrupunda həbs olunmuşdur. O, pulunu tələb etdikdə Zərərçəkmiş şəxs1 verdiyi 13.000 manat pulu ona tam şəkildə qaytarmışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs X8 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını, mümkün olduğu halda cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: - 09 iyul 2024-cü il tarixli cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v. 01) - 11 iyul 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul olunmuş və ibtidai istintaq aparılmışdır; (i.v. 10) - 12 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 13) - 19 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 20) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 17 avqust 2024-cü il tarixli tələbnamədən və Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 1(101)- 265/2010 saylı hökmünün surətindən görünür ki, X1 dəfə Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi təqsirli bilinərək 4 il şərti sınaq müddəti ilə 07 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir; (i.v.33-40) - Bakı Ağır Vinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-307/2025 saylı hökmündən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi təqsirli bilinərək 2 il sınaq müddəti təyin edilməklə, 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - 04 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; (i.v.79-80) - 04 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Qax rayon məhkəməsinin hakimi X9 xx.xx.2024-cü il tarixli 4(024)-12/2024 nömrəli qərarı ilə 3 (ay) müddətinə həbs qətimkan tədbirinin seçilməsi və hazırda onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılması nəzərə alınmışdır; (i.v.90a) - 10 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, Qax rayon məhkəməsinin hakimi X9 xx.xx.2024-cü il tarixli 4(024)-12/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs X2 barəsində seçilmiş həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxs X6 ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, üzləşdirmə protokollar və X2 əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar sübut növü kimi qiymətləndirilmişdir; (i.v.99-105) - Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 22 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs X8 ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilib. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəni özü heç bir təzyiq altında olmadan könüllü olaraq yazmışdır. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını, mümkün olduğu halda cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - "xxxx" ASC-nin 12 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X8 tərəfindən 3250 manat X4 ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X8 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını xeyli miqdarda ziyan vurmaqla törədildiyinə görə məsuliyyət müəyyən edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, X8 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədiyindən, habelə əvvəllər cinayət məsuliyyətindən azad edilmədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə maddi sübut kimi tanınan "xxxx" ASC tərəfindən verilmiş ödəmə qəbzi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saat iş saatına görə 235 (iki yüz otuz beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat (29 aprel 2025-ci il tarixindən 11 manat) məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə X8 həmin Məcəllənin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınan ödəmə qəbzi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saat iş saatına görə 235 (iki yüz otuz beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-62/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-62/2025
20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver