Məhkəmə qərarları › İş №1(011)-63/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-63/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-63/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 2006-cı ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, A.Kəsəmən kəndində qeydiyyatda olan və ünvan 12də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxxxxx 2006-cı ildə Rusiya Federasiyasının Yujno- Saxalinsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Dönüq Qırıqlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, 26 mart 2024-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında, fəaliyyət göstərməyən 240 saylı uşaq bağcasının həyətində bir gün əvvəl tanışı Zərərçəkmiş şəxs2 arasında məişət zəminində yaranmış narazılığa aydınlıq gətirilərkən mübahisə etdikdə onun yanında olmuş Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs2 baş nahiyəsindən bir dəfə yumruqla vuraraq sol gicgah nahiyəsinin dərialtı hematoması, o isə bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən vuraraq ona üst çənədə İ dişin travmatik düşməsi, İİ, İİİ dişlərin travmatik laxlaması, alt dodağın qansızması və əzilmiş yarası ilə müşayiət olunana dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa o, 19 iyun 2024-cü il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən 264 saylı məktəb-liseyin həyətində tanışı Zərərçəkmiş şəxs1 "Kia-Rio" markalı **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə məktəbin həyətinə sürətlə girməsinə iradını bildirərkən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 avtomobildə olarkən yumruqla bir dəfə sifət nahiyəsindən vurmuş və sonuncu avtomobildən endikdən sonra bir qədər kənarda bir dəfə də boyun nahiyəsindən yumruqla vuraraq ona qapalı kələ-beyin travması, baş-beyin silkələnməsi, başın təpə-ənsə nahiyəsinin dərialtı hematoması, əzilməsi yarası, başın sağ alın-təpə nahiyəsinin dərialtı hematoması, siyrıqı, sol çənə nahiyəsinin şişkinliyi, siyrıqı, sağ kürək və hər iki dirsək oynagı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, 26 mart 2024-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında fəaliyyət göstərməyən 240 saylı uşag bağcasının həyətində bir gün əvvəl tanışı Zərərçəkmiş şəxs2 arasında məişət zəminində yaranmış narazılığa aydınlıq qətirilərkən mübahisə etdikdə o bir dəfə yumruqla Səməd Qəhramanovun baş nahiyəsindən vuraraq sol gicgah nahiyəsinin dəri altı hematoması, yanında olmuş Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən yumruqla vuraraq ona üst cənədə İ dişin travmatik düşməsi, İİ, İİİ dişlərin travmatik laxlaması alt dodağın qansızması və əzilmiş yarası ilə müşayiət olunana dərəcəsinə görə ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 mart 2024-cü il tarixdə Xətai rayonu, Neapol dairəsinin yaxınlığında yerləşən «Həşim» adlı kafedə oturub çay içərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 onunla eyni masa arxasında oturmuş Təqsirləndirilən şəxs2lə mübahisə etmiş, sonra masa arxasında əyləşmiş Rauf və Toğrul adlı şəxslərə kimsə patı çəkdirərsə onu belə-belə edərəm deyib nalayiq ifadələr işlətmiş, həmin vaxt kənarda dayanıb danışmamış, sonra onlar bir-birinin əllərini sıxıb getmiş, lakin Səməd axşam ona «Whatsapp» tətbiqi vasitəsilə zəng etmiş və aralarında sözlə mübahisə yaranmış, bu zaman Səmədə sabah görüşüb söhbət edərik demişdir. Səhəri günü yəni, 26 mart 2024-cü il tarixdə saat 16 radələrində Dənizlə birlikdə Zərərçəkmiş şəxs2la Xətai rayonu, G.Mehmandarov küçəsində «555 avtoservis»ə çatmamış Səmədlə danışdığı yerdə görüşmüş, orada Səmədlə söhbət etməyərək piyada gəzib G.Mehmandarov küçəsi 8 ünvanda yerləşən fəaliyyəti olmayan 240 saylı uşaq bağçasının yanına getmiş, həmin yerə çatdıqda orada başqa uşaqların da olmasını və bağçanın yanında oturmasını görmüş, ancaq həmin uşaqlar onlar gələcəyini əvvəlcədən bilməmiş, bağçanın yanına çatdıqda Səmədə iradını bildirərək nə üçün söyüş söydüyünü soruşub sağ əlinin yumruğu ilə Səmədin ağzından bir dəfə vurmuş, bu zaman zərbədən Səmədin ağızı qanamış və Səməd kənara çəkilib borunun üstündə oturmuşdur. Mübahisə zamanı Səmədi cəmi bir dəfə yumruqla vurmuş, başqa heç kim vurmamış, sonra Dənizlə birlikdə bağçanın həyətindən çıxıb Neapol dairəsinə getmiş, qalan uşaqlar isə orada qalmışdır. Əvvəllər 264 saylı məktəbin yaxınlığında yaşadığı üçün həmin məktəbin həyətinə gedib-gəlmiş, bu səbəbdən Zərərçəkmiş şəxs1 tanımış, tanışlığı olsa da yaxın əlaqəsi olmamışdır. 19 iyun 2024-cü il tarixdə saat 19:30-da dostu Amilin itini yaşadığı Xətai rayonu 171 saylı orta məktəbin yaxınlığındakı evindən götürərək gəzdirmək məqsədilə 264 saylı məktəb litseyin həyətinə getmiş, məktəbin həyətində iti gəzdirən zaman orada əvvəllər üzdən tanıdığı adlarını bilmədiyi şəxslərin bir yerə toplaşıb söhbət etdiklərini görmüş və onlara yaxınlaşıb görüşmüş, həmin şəxslərlə dayanıb söhbət edən zaman Zərərçəkmiş şəxs1 qara rəngli “KİA-RİO” markalı avtomobili sürətlə idarə edərək məktəbin həyətinə daxil olmasını görmüş və Kənana yaxınlaşaraq məktəbin həyətində avtomobili sürətlə sürməsinə görə iradını bildirdikdə Kənan avtomobilin əyləci nasaz olduğu üçün yoxlamaq istədiyini bildirmiş, sonra Kənandan nə üçün nasaz avtomobili idarə etməsini soruşmuş, bu zaman Zərərçəkmiş şəxs1 kobud danışaraq nə üçün sorğu sual etməsini demiş, bu zaman Kənan avtomobildə oturaqlı vəziyyətdə olduğu halda sifət nahiyyəsindən bir dəfə əli ilə vurmuş, sonra Zərərçəkmiş şəxs1 avtomobili saxlayıb qayıdıb gələcəyini bildirmiş və avtomobilini yaxınlıqda park edərək yanına gəlmiş, qolundan tutaraq kənara çəkmək istədikdə iti saxlaması üçün orada olan adını bilmədiyi şəxsə verərək birlikdə kənara çəkilmiş və Kənandan nə üçün kobud danışmasını soruşduqda yenidən onun başının arxa nahiyyəsindən bir dəfə yumruqla vurmuş və bu zərbədən Kənan huşunu itirərək yerə yıxılmış, bundan sonra iti də götürərək oradan uzaqlaşıb getmişdir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında anadan olmasına baxmayaraq üç yaşı olduqda valideyinləri Azərbaycana köçmüş və sonradan Bakı şəhərinə gəlib anası ilə birlikdə yaşamağa başlamış, çünki atası ilə anası ayrılmış və atası onlarla yaşamamış, uşaqlıqdan Nərimanov rayonunda müxtəlif ünvanlarda kirayə yaşamış və orta məktəb təhsilini Mərdəkan qəsəbəsində yerləşən 2 nömrəli uşaq evində alıb 9-cu sinifə qədər orada oxumuşdur. Təqsirləndirilən şəxs1 təxminən iki ildir tanıyır, bir məclisdə tanış olmuş və sonradan dostluq münasibətləri yaranmışdır. 25 mart 2024-cü il tarixdə Xətai rayonu, Neapol dairəsi yaxınlığında yerləşən «Həşim» adlı kafedə oturub çay içərkən üzdən tanıdığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 oturduğu masanın yanına gəlib nəsə «patı» barədə söhbət edib söyüş söymüş, həmin vaxt ona «biz bu məsələ ilə məşğul olmuruq», "sənin başın işləmir, xəstəsən, belə söhbət edirsən" demiş, ancaq Səmədlə aralarında heç bir mübahisə olmamış və bir qədər sonra Səidlə birlikdə oradan çıxıb getmiş, axşam Zərərçəkmiş şəxs2 Səidə zəng edərək söyüşlə danışmış və “sabah görüşüb söhbət edərik" demişdir. Səhəri günü, yəni 26 mart 2024-cü il tarixdə saat 16-17 radələrində Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2la Mehmandarov küçəsində «Həşim» kafesinin yaxınlığında danışdıqları yerdə görüşmüş, “həmin vaxt gedək bağçanın yanına orada söhbət edərək demiş" və onlar birlikdə piyada hərəkət edib G.Mehmandarov küçəsi, 8 ünvanda yerləşən fəaliyyəti olmayan 240 saylı uşaq bağçasının yanına getmiş, çünki həmin yer sakitçilik bir yer olmuş, orada Səmədə nə üçün Səidə söyüş söymüsən deyə soruşmuş və Səidlə tutaşmış, həmin vaxt o, Səmədin sifətinin sol tərəfindən yumuruqla bir dəfə vurmuş, bu vaxt Səid də yumruqla Səmədin ağız nahiyəsindən vurmuş, zərbədən Səmədin ağzı qanamış və Səməd onlardan aralanaraq yaxınlıqda olan borunun üstündə oturub əli ilə ağzını tutmuş, Səmədi, ondan və Səiddən başqa yumruqla vuran olmamış, sonra Səmədi orada qoyub Səidlə birlikdə Neapol dairəsinə tərəf getmişdir. Dost-tanışları onu qarayanız olduğu üçün «Qara» ləqəbi ilə tanımış və çağırmış, mübahisə zamanı sağ əlinin yumruğu ilə Səmədin sol gicgah nahiyəsindən bir dəfə vurmuş, bir dəfə də dostu Təqsirləndirilən şəxs1 yumruqla Səmədin ağız nahiyəsindən vurmuş, Səmədi başqa heç kim vurmamışdır. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 5 ünvanda yaşayır, subaydır, əvvəllər məhkum olunmamışdır, Qərbi Kaspi Universitetinin İİ kurs tələbəsidir. Təqsirləndirilən şəxs1 orta məktəbdə 9-cu sinifdə oxuduğu vaxtdan tanımış, belə ki, Səid onunla eyni məktəbdə oxumasa da mütəmadi olaraq məktəbin həyətinə gəlib-getmişdir. 19 iyun 2024-cü il tarixdə saat 19:30-da atası Sahib Mehdiyevə məxsus «KİA-RİO» markalı, **-GL-*** dövlət nömrə nişanlı avtomobili sürmək üçün götürmüş və dostu Tofiq də atasının avtomobilini götürərək onunla yaşadıqları evin yaxınlığında yerləşən 264 saylı məktəb-liseyin yaxınlığında görüşmək barədə telefonda danışıb razılaşmış, 264 saylı məktəb lisey evinə daha yaxın olduğundan Tofiqdən tez məktəbin yaxınlığına çatmış və Tofiqi gözləmək üçün avtomobili məktəbin arxa həyətində saxlamaq qərarına gəlmiş, həmin vaxt məktəbin arxa qapısından həyətə daxil olduqda orada təxminən 10-15 nəfər cavan oğlanın toplaşmasını görmüş, avtomobili saxlamaq məqsədi ilə aşağı sürətlə hərəkət etdirən zaman məktəbin həyətində olan oğlanlardan biri, yəni Təqsirləndirilən şəxs1 əli ilə işarə edərək avtomobildən aşağı düşüb yanına gəlməsini bildirmiş, yoxuşda olduğu üçün avtomobili saxlaya bilməyəcəyini, maşını yalnız qarşıda saxlayıb düşə biləcəyini demiş, Səid isə israrla dediyi yerdə maşını saxlayıb düşəcəyini tələb etmiş və idarə etdiyi avtomobilə yaxınlaşaraq sükan arxasında oturmuş olduğu vəziyyətdə bir dəfə güclü yumruq zərbəsi ilə üz nahiyəsindən vurmuş və bu zaman çənə nahiyəsindən xəsarət almış, lakin özünü itirməyərək avtomobili müəyyən olunmuş yerdə park edərək aşağı düşmüş, sonra Səidin dostları ilə birlikdə olduğunu görüb ona yaxınlaşmış və sözü olduğunu demiş, məqsədi onunla söhbət etmək və heç bir səbəb olmadan nə üçün onu yumruqla vurmasına aydınlıq gətirmək olmuş, Səidlə birlikdə dostlarından təxminən 30 metr aralanmış, bu zaman Səid nəsə deməsini gözləməyərək arxadan boyun nahiyəsindən yumruqla vurmuş və bu zərbədən huşunu itirərək yerə yıxılmış, yıxıldıqdan sonra isə baş verənləri xatırlamır, sadəcə TTYS-nın əməkdaşlarının onu Neyrocərrahiyyə xəstəxanasına aparan zaman yolda avtomobilin içində gözlərini açmış və boyun, baş nahiyələrində güclü ağrılar olmasını hiss etmişdir. Mübahisə baş verən yerdə Səidin yanında tanımadığı təxminən 10-15 dostu olmuş, onlardan başqa ətrafda heç kim olmamış, Səidlə olan mübahisəsi və onu vurması təxminən 2-3 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs1la əvvəllər aralarında hər hansı bir ədavət olmamış, mübahisənin baş verməsinə səbəb Səidin heç bir səbəb olmadan avtomobildə oturduğu vəziyyətdə üz nahiyəsindən yumruqla vuraraq xəsarət yetirməsi olmuş, baş vermiş hadisə zamanı Səiddən başqa onu heç kim vurmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 8, mənzil 80-də valideyinləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi olaraq rəngsaz ustası işləyir. Mütəmadi olaraq işdən sonra dostları və tanışları ilə birlikdə yaşadığı evin yaxınlığında yerləşən Xətai rayonu, Neapol dairəsində olan adsız kafedə görüşərək yeyib içmiş, xx.xx.2024-cü il tarixdə axşam saatlarında həmin kafedə olan zaman başqa masada oturan cavan oğlanlarla arasında qısa müddətli sözlə mübahisə olmuş, buna səbəb həmin qonşu masa arxasında əyləşən cavan oğlanların söyüş işlətməsi olmuş, həmin vaxt aralarında heç bir ciddi mübahisə və dava-dalaş olmamışdır. 26 mart 2024-cü il tarixdə saat 18 radələrində həmin kafeyə getmiş və orada dost-tanışlarından heç kəsin olmadığını, lakin bir gün əvvəl mübahisə etdiyi uşaqlardan ikisinin orada olmasını görmüş, sonradan həmin şəxslərdən birinin adının Səid olduğunu bilmiş, lakin ikincisinin adını bilməmiş, həmin şəxslər ona yaxınlaşmış və Səid «dünən bizim söhbətimiz yarımçıq qaldı, gedək söhbət edək» demiş, həmin vaxt Səidə «siz uşaqsınız, mənim sizinlə nə söhbətim olacaq» desə də Səid ondan əl çəkməyib gedək söhbət edək deyə cavab vermiş, vaxt keçdikcə onlara başqa tanımadığı cavan oğlanlar da yaxınlaşmış, sonra həmin şəxslərin ona heç nə etməyəcəklərini düşünərək razılaşıb birlikdə General Mehmandarov küçəsi 8 ünvanında yerləşən fəaliyyəti olmayan 240 saylı uşaq bağçasının yanında ağaclıq olan yerə getmiş, həmin yerə çatdıqda Səid nalayiq söyüşlə “dünənki söhbətimiz yarımçıq qalmışdı» demiş, həmin vaxt Səidin yanında tanımadığı təxminən 15 nəfər uşaq olmuş, adını sonradan bildiyi "Qara Nihad" adlı şəxs baş nahiyəsinin sol tərəfinə yumuruqla vurmuş, onun üstünə gedib sillə ilə vurmaq istəmiş, lakin Səid əlində olan beşbarmaqla ağzından vurmuş və zərbədən ağzı qanamış, sonra dizi üstə oturub qan gəldiyinə görə əli ilə ağzını tutmuş, bu zaman Səid və yanında olan uşaqlar qaçıb getmiş, bir gün sonra AR DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Mübahisə zamanı konkret olaraq ona iki nəfər şəxs xəsarət yetirmiş, belə ki, Qara Nihad ləqəbli şəxs yumuruqla baş nahiyəsinin sol tərəfindən, Səid isə əlindəki dəmir parçası ilə yəni, beşbarmaqla ağız nahiyəsindən vurub dişlərini sındırmış və laxlatmış, hadisə yaşadığı binanın yaxınlığında, General Mehmandarov küçəsi 8 ünvanında yerləşən hazırda fəaliyyəti olmayan 240 nömrəli uşaq bağçasının yaxınlığındakı ağaclıq olan yerdə baş vermiş, həmin yer kimsəsiz, adamlar olmayan və adam keçməyən bir yer olmuş, həmin hadisəni tanıdığı şəxslərdən görən olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 6 ünvanında kirayə yaşayır, ancaq əvvəllər Neapol dairəsində yerləşən 2 saylı peşə liseyinin yataqxanasında yaşamış, ona görə həmin ərazidə yaşayan şəxsləri tanımış, X1 da təxminən 3-4 ildir yaşadığı yerdən tanımış, hazırda da Neapol dairəsinə yaxın yerdə yaşayır. 26 mart 2024-cü il tarixdə axşam tərəfi işdən gəlmiş, avtobusdan düşərkən Zərərçəkmiş şəxs2 240 saylı uşaq bağçasının yanında görmüş, yanında başqa uşaqlar da olmuş, onların arasında adını sonradan bildiyi Dəniz və Səid adlı şəxsləri də görmüş, lakin digərilərini tanımamış, onların biri-biri ilə olan söhbətindən bir gün əvvəl kafedə aralarında olan söyüşə görə həmin məsələ ilə əlaqədar görüşüb söhbət etmələrini başa düşmüş, daha sonra həmin şəxslər və Səməd fəaliyyətsiz olan 240 nömrəli uşaq bağçasının yanındakı ağaclığa getmiş, bu zaman telefonla danışıb həmin yerə getdikdə Səmədin ağzının qanamasını, dişinin sınmasını və onun yerdə olan borunun üstündə oturmasını görmüş, lakin Səmədlə mübahisə edən uşaqlar hadisə yerindən uzaqlaşaraq getmiş, hadisə yerində başqa heç kim olmamış, yalnız Səmədlə birlikdə ikisi qalmış, sonra Səməd evə getdiyini deyərək getmiş, Səmədlə dalaşan 17-18 yaşında uşaqlar olmuş, sonradan Səmədi vuran şəxsin Səid və Dəniz olmasını, digər uşaqların Səidi vurmadığını bilmiş, lakin telefonla danışdığından həmin şəxslərin Səmədi vurmasını görməmiş, Qara Nihad adlı şəxsi tanımır, hadisə zamanı Səmədin dostu Toğrul və ya başqa tanışları orada olmamış, hadisə yerində Səməd tək olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olsa da təxminən 30 ildir ünvan 7 ünvanında yaşayır, Zərərçəkmiş şəxs2 təxminən 3-4 ildir tanıyır. 26 mart 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvandan cıxaraq evinin yaxınlığında olan parka gedən zaman fəaliyyəti olmayan 240 nömrəli bağçanın həyətindən keçərkən Zərərçəkmiş şəxs2 orada olmasını və turbanın üstündə oturmasını görmüş, həmin vaxt Səmədin yanında başqa uşaqlar da olmuş, Səmədə yaxınlaşıb salam vermək istəyərkən agzından qan axmasını görmüş, ondan nə olmasını soruşduqda adını “qara” kimi bildiyi Dəniz və Səid adlı şəxslərlə bir gün öncə söhbətləri olduğunu və həmin məsələ ilə əlaqədar görüşüb söhbət edərkən Səid və Dənizin onu vurmasını bildirmiş, təxminən bir saat Səmədlə birlikdə turbaların üstündə oturub söhbət etmiş, sonra Səməd evə getmək istədiyindən ona kömək etməsini xahiş etmiş, buna görə aptekə gedib maska alıb gətirmiş və Səmədi evə yola salmış, özü isə parka getmişdir. Səidi tanısa da onunla şəxsi münasibəti olmamış, həmin vaxt Səidi Səmədin yanında görməmiş, baş vermiş dava-dalaşı və Səmədin döyülməsini görməsə də Səmədin deməsi ilə onu Səid və Dənizin vurmasını bilmiş, Səmədin dostu Məhərrəmi tanısa da hadisə zamanı orada olmamış, yəni Məhərrəm dava-dalaşda iştirak etməmiş, mübahisə zamanı Səmədin yanında dostları və ya tanışları olmamış, Səməd tək olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, saat 19:30-da evə gəlmişdir. Evə gələndə Kənan evdə idi. Kənan ona dedi ki, yemək yeyib uşaqlarla həyətə çıxacaq. Daha sonra həyətə çıxandan sonra Kənan ona məktəbin yanında dostları ilə görüşmək istədiyini bildirmişdir, o da icazə vermişdir. Saat 19:45-də görmüşdür ki, qonşunun uşağı qaça-qaça gəlib Kənan adını çəkmiş, lakin heç nə deyə bilməmişdir. Daha sonra məktəbin həyətinə gedəndə orada camaatın yığıldığını görmüşdür. Yaxınlaşanda görmüşdür ki, uşaq yerdə uzanıb və ondan qan axırdı. O elə fikirləşmişdir ki, uşağı bıçaqla vurublar. Təcili Yardıma da zəng etmişdirlər, lakin hələ gəlməmişdir. Uşaq ayılmırdı, daha sonra xəstəxanada ayılmışdır. Hal-hazırki vaxta qədər də o uşağı müalicə edir. Məhkəmə iclasında gəlməmiş və ifadəsi elan edilmiş Şahid3 bildirmişdir ki, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu Neapol küçəsi ev 43-də yaşayır, Təqsirləndirilən şəxs1 təxminən bir ildir tanıyır, belə ki, Səid onunla qonşuluqda yaşayır, Səid yaşda kiçik olduğu üçün onunla oturub-durmamış, Zərərçəkmiş şəxs2 da qonşuluqda yaşayan şəxs kimi tanımış, onunla münasibəti yaxşı olmuşdur. 25 mart 2024-cü il tarixdə Ağdam rayonunda olduğu zaman Səid zəng edərək Səmədi yumruqla vurmasını bildirmiş, sonra Səmədə zəng vurmuş və Səməd ağzı qanlı şəklini ona göndərmiş və Səidin onu bu vəziyyətə salmasını bildirmiş, Səməddən nə baş verməsini və nə üçün Səidin onu vurmasını soruşduqda aldığı xəsarətlərə görə danışa bilmədiyini demiş, bununla da aralarındakı söhbət bitmişdir. Bundan sonra nə Səidlə, nə də ki, Səmədlə ünsiyyətdə olmamış, Səidlə Səməd arasında baş vermiş mübahisəni və dava-dalaşı görməmiş, çünki hadisə baş verən zaman Ağdam rayonunda olmuş və Sarıcalı kəndində tikintidə işləmiş, Dənizi Səidin tanışı kimi tanımış, ancaq Dənizlə yaxın münasibəti olmamış, hamı Dənizi «Qara» deyib çağırmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri özlərinin etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması barədə 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; (İ cild, i.v.1) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx.xx.2024-cü il tarixli, 656 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın təpə-ənsə nahiyəsinin dərialtı hematoması, əzilmiş yarası, başın sağ alın- təpə nahiyəsinin dərialtı hematoması, sıyrığı, sol çənə nahiyəsinin şişkinliyi, sıyrığı, sağ kürək və hər iki dirsək oynağı nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; (İ cild, i.v. 21-23) - Cinayət işinin icraata qəbul edilməsi barədə 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır.(İ cild, i.v.28) - Zərərçəkən şəxs qismində tanımaq haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək qərar ona elan edilmişdir; (İ cild, i.v.38-40) - Cinayət işi üzrə icraatın dayandırılması haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (İ cild, i.v.54) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 26 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (İ cild, i.v.57) - Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir; (İ cild, i.v.58) - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur; (İ cild, i.v.65) - Qətimkan tədbirinin seçilməsi haqqında 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs xx xxxxxxxx 2006-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, A.Kəsəmən kəndində qeydiyyatda olan və ünvan 12də yaşayan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 barəsində valideyn nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir; (İ cild, i.v.66) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir; (İ cild, i.v.68-69) - Cinayət işinin başlanması barədə 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; (İ cild, i.v.91) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx.xx.2024-cü il tarixli, 326 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs2 sol gicgah nahiyəsinin dərialtı hematoması, üst çənədə İ dişin travmatik düşməsi, İİ, İİİ dişlərin travmatik laxlaması, alt dodağın qansızması və əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; (İ cild, i.v. 122-124) - Cinayət işinin icraata qəbul olunması haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; (İ cild, i.v.126) - Zərərçəkən şəxs qismində tanımaq haqqında 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək qərar ona elan edilmişdir; (İ cild, i.v.137-138) - Qanuni nümayəndə qismində tanınması barədə 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır; (İ cild, i.v. 149) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 08 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (İ cild, i.v.157-158) - Qanuni nümayəndə qismində tanınması barədə 21 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Qanuni nümayəndə2 yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır; (İ cild, i.v. 179) - Cinayət işi üzrə icraatın dayandırılması haqqında 21 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (İ cild, i.v.192) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 tərəfindən verilən xx.xx.2024-cü il tarixli 9122 №-li məktubdan görünür ki, xx.xx.2006cı il təvəllüdlü, ünvan 8i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (İ cild, i.v. 203) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 tərəfindən verilən xx.xx.2024-cü il tarixli 9123 №-li məktubdan görünür ki, xx.xx.2006cı il təvəllüdlü, Ağstafa rayonu, A.Kəsəmən kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (İ cild, i.v. 204) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilən 30 iyul 2024-cü il tarixli 18-1-24/2- 444/2024 saylı məktubdan görünür ki, Ağstafa rayonu, A.Kəsəmən kəndində qeydiyyatda olan xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 Ağstafa RMX PHŞ-in Poliklinika şöbəsinin psixiatr kabinetində qeydiyyatda yoxdur; (İ cild, i.v. 205) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx.xx.2024-cü il tarixli, 21/326 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs2 sol gicgah nahiyəsinin dərialtı hematoması, üst çənədə İ dişin travmatik düşməsi, İİ, İİİ dişlərin travmatik laxlaması, alt dodağın qansızması və əzilmiş yarası müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; (İ cild, i.v. 206-208) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli 18-1-76/2- 747/2024 saylı məktubundan görünür ki, xx.xx.2006-cı ildə Rusiya Federasiyasının Yujno- Saxalinsk şəhərində doğulmuş, ünvan 8ində qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Tovuz RMX PHŞ-i Poliklinika şöbəsində Həkim psixiatrın dispanser qeydiyyatında dayanmır; (İ cild, i.v. 209) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 14 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (İ cild, i.v.210) - Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir; (İİ cild, i.v.1) - 12 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur; (İİ cild, i.v.23-24) - 12 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs xx xxxxxxx 2006-ci ildə Rusiya Federasiyasının Yujno-Saxalinsk şəhərində anadan olmuş, Azərbaycan Respublisakasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Dönüq Qırıqlı kəndində qeydiyyatda olan və ünvan 9 ünvanında kirayə yaşayan - yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində valideyn nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir; (İİ cild, i.v.38-39) - 13 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur; (İİ cild, i.v.63-64) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş 13 sentyabr 2024-cü il tarixli 2652 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir; (İİ cild, i.v.94-96) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş 13 sentyabr 2024-cü il tarixli 2653 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs2 xasiyyətin isterik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir; (İİ cild, i.v.97-99) - 14 sentyabr 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir; (İİ cild, i.v.101) - 14 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur; (İİ cild, i.v.104-105) - 16 sentyabr 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 12 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 13 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır; (İİ cild, i.v.124-135) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 1(011)-568/2024 saylı qərarın surətindən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər – xx xxxxxxxx 2006-cı il tarixdə Ağstafa rayonunda anadan olmuş, Ağstafa rayonu, A.Kəsəmən kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, yeni tikili nömrəsiz fərdi evdə faktiki yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 2006-cı il tarixdə Rusiya Federasiyası, Yujno-Saxalinsk şəhərində anadan olmuş, Tovuz rayonu, Dönüq Qırıqlı kəndində qeydiyyatda olan və ünvan 10 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs2 məcburi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Təqsirləndirilən şəxs1 əməlində yüngülləşdirici hallar kimi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs1 əməlində iş üzrə cəzanı ağırlaşdıran hallar kimi edilmişdir. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Təqsirləndirilən şəxs2 əməlində yüngülləşdirici hallar kimi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs2 əməlində iş üzrə cəzanı ağırlaşdıran hal kimi edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayəti törətmiş şəxsiyyətini, eləcə də, onun özünü təqsirli bilməsini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində – ünvan 12 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayəti törətmiş şəxsiyyətini, eləcə də, onun özünü təqsirli bilməsini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində – ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirəyə məruz qalmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar