Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-638/2023 22.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X9 Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması və əlavə olaraq şəxsi həyatına aid olan şəkilləri intim xarakterli formaya salmaqla və yaymaqla onu təhqir etməsi nəticəsində işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyanla əlaqədar olaraq X4 10000 (on min) manat məbləğində mənəvi təzminatın (mənəvi zərərə görə) alınaraq ona verilməsi barədə qərar qəbul edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-859/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 həyat yoldaşı X1 törətdiyi cinayəti, yəni (10 yaşlı yetim olan bacısı qızına qarşı əxlaqsız hərəkətlərini və təcavüzünü) ört-basdır etmək üçün vəkilliyini öhtəsinə götürmüşdür. X12 müdafiə etdiyi üçün və işi qazanmaq üçün hər bir hiyləyə əl atmışdır. İlk öncə vəzifəsindən sui-istifadə edərək ona aid fotoşəkilləri gizlin əldə edərək, fotomontaj edərək seksual xarakterli formaya salmışdır. Şikayətdən geri çəkilsin deyə həmin fotoları yaymaqla onu hədələmişdir. Həmin şəkilləri İlk öncə 35-ci Polis Bölməsinin mayoru İlahi Heydərova təqdim etmişdir. İlahi Heydərov həmin şəkillərin bu işlə heç bir əlaqəsi olmadığını bildirsə də İbrahimov Azər təkidlə şəkilləri İlahi Heydərova təqdim etmiş və tələb etmişdir ki, Nazlı xanıma deyin şikayətindən geri çəkilsin. Yoxsa şəkilləri hər yerə yayar. Təbii ki, o, geri çəkilməmişdir. Nəticədə həmin fotoşəkilləri disk formasında çoxaldaraq Xətai rayon prokurorluğunun işçilərinə, Xətai RPİ-nin 34-cü və 35-ci Polis Bölməsinin işçilərinə, Xətai Rayon Baş Polis İdarəsinin İstintaq Şöbəsində çalışan Həsənbəy Şərifova təqdim etmişdir. Bu biyabırçı şəkillərə görə onun şərəf və ləyaqəti tapdalanmışdır. Azər İbrahimovun dövlət orqanlarına yaydığı şəkillərə görə bütün dövlət qurumları onun şikayətinə baxmır və ona əxlaqsız qadın kimi yanaşırlar. Bildirməlidir ki, hal-hazırda bu şəkillər onun ailəsinə, yaxından və uzaqdan tanıdığı insanlara göstərilib və təqdim olunub. Buna görə o, psixoloji sarsıntı keçirmiş və psixoloq yanında günlərlə konsultasiyalarda olmuşdur. İbrahimov Azər bu şəkillərlə onu el-aləmə əxlaqsız qadın kimi tanıtmışdır və onu ölüm həddinə çatdırmışdır. İlk öncə o, elə zənn etmişdir ki, bu şəkilləri yayan onun keşmiş həyat yoldaşı X3 və onun ailəsidir. Ancaq hal-hazırda xüsusi ittiham qaydasında 148-ci maddə ilə baxışda olan məhkəmədə məlum olmuşdur ki, onlara bu şəkilləri yaymaqda kömək olan 1 nömrəli insan İbrahimov Azərdir. Məhkəmədə şahid qismində ifadə verən Həsənbəy Şərifovun, İlahi Heydərovun sözlərindən də bəlli olur ki, İbrahimov Azər də bu şəkilləri yayan iik şəxslərdən biridir. Müdafiəsini etdiyi X1 da İfadəsindən açıq-aşkar görünür ki, bu şəkilləri yaymaqda səbəbkar olan şəxslərdən biri də İbrahimov Azərdir. Nurlan özü deyir ki, sən şikayət etdiyin üçün və geri çəkilmədiyin üçün vəkil belə bir oyun oynamışdır. Əsas məqsəd də o idi ki, sən biyabır olaraq canıva qəsd edəsən. Nəzərə çatdırmalıdır ki, o, məktəbdə müəlim kimi fəaliyyət göstərir.Təsəvvür edin İbrahimov Azər ona necə zərbə vurub. Şikayətdən geri çəkilmədiyi üçün onu gecə-gündüz hədələmişdir. Əgər geri çəkilməsə, həmin fotoşəkilləri çalışdığı məktəbə, Təhsil Nazirliyinə, Mehriban xanıma kimi göndərəcəyini bildirmişdir. M.Nurlanın törətdiyi cinayəti vəkili X15 rayon prokurorluğunda adam taparaq və bacısı, bacısı qızına illərdir susmusuz deyə sizə də cinayət işi düşür deyərək onlara şikayətdən geri çəkilmələri üçün ərizə yazdıraraq cinayət işini bağlatmışdır. Lakin o, buna baxmayaraq həmin qərardan X.R.Məhkəməsinə şikayət etmişdir. Halhazırda məhkəmədə baxışdadır. İbrahimov Azər bundan narahat olub yenə də onu narahat edir. Xahiş edir ki, yuxarıda sadaladığı şəxslər, İlahi Heydərov, Həsənbəy Şərifov şahid qismində məhkəməyə dəvət edilsinlər. Bundan əlavə İbrahimov Azər vəzifə səlahiyyətindən sui-istifadə edərək Nurlanın cinayətinə aid olmayan, ona aid fotoşəkilləri rüsvayedici hala salaraq qanunsuz olaraq özündə saxlayıb və onu rüsvay etmək məqsədilə yuxarıda sadaladığı şəxslərə yaymışdır. Bu əməli ilə vəkil adına ləkə gətirmişdir. Onun ailəsinin, qohumlarının və dövlət orqanlarının qarşısında şərəf və ləyaqətini alçatmış və ona mənəvi sarsıntı vurmuşdur. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X10 tərəfindən onun şəkillərinin pornoqrafiq xarakterli formaya salınması və yayılması ilə özünü mənəvi cəhətdən təhqir edilmiş sayır. Beləki, İbrahimov Azərin bu hərəkəti onun nüfuzuna xələl vuraraq cəmiyyət içərisində hörmətdən salınmışdır. Bu səbəbdən İbrahimov Azərin AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edir. Beləliklə o, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona dəymiş mənəvi zərərin ödənilməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və müdafiəçisi X11 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, , bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, X5 şərəf və ləyaqətinin məhz X10 tərəfindən alçaldılmasına dair heç bir mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, X9 şikayətində göstərmişdir ki, X10 ona məxsus fotoşəkilləri pornoqrafik formaya salaraq yaymaqla onu mənəvi cəhətdən təhqir etmişdir. Lakin şikayətçi öz ərizəsində X10 tərəfindən həmin şəkillərin nə vaxt hansı şəraitdə yayılmasını qeyd etməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 tərəfindən şikayətdə cinayətin törədilmə hallarının konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə) təsdiq olunması barədə məlumatlar tam olaraq qeyd olunmamışdır. Belə ki, Nazlı Quliyeva ona məxsus fotoşəkillərin polis əməkdaşı İlahi Heydərova və müstəntiq Həsənbəy Şərifova vəkil X10 tərəfindən təqdim olunmasını və həmin şəxslərin şahid qismində məhkəmə iclasına dəvət olunmalarını xahiş etsə də, həmin şəxslərin anket məlumatları şikayət ərizəsində tam olaraq öz əksini tapmamışdır. Həmçinin, şikayətçi X9 tərəfindən Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair qeyd olunmuş tələblərə riayət olunmadan məhkəməyə müraciət olunmuşdur. Belə ki, şikayət ərizəsində xüsusi ittihamçının məşğuliyyət növü, vəzifəsi və şikayətin verildiyi yer qeyd edilməli olduğu halda göstərilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2, 293.3.4 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-638/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-638/2023
22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver