Məhkəmə qərarları › İş №1(011)-64/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-64/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-64/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir aşyaşlı uşaq atası, fərdi qaydada usta işləyən, məhkum olunmamış, ünvan 1 mənzil 7 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə (heroini) qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külü miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 3.574 qram olan qəhvəyi rəngli toz şəkili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, bu barədə Xətai RPS-nin 35-ci PB-nə məlumat daxil olmuş, həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci İS tarixdə saat 18;30-da Xətai rayonu, N.Tusi küəsi 6 saylı ünvanın qarşısında saxlanılıb ünvan 2 saylı ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək video çəkilişdən İstifadə edilməklə şəxsi axtarış aparılan zaman, əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 3.574 qram olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin polis əməkdaşiarı tərəfindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi qaydada elektrik avadanlıqların təmiri ilə məşğul olur. Ailəlidir və bir azyaşlı uşağı var. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Xətai rayonu ərazisində yerləşən “Movida Plaza” adlı şadlıq sarayının yaxınlığında üzdən tanıdığı şəxsdən 105 manat pul müqabilində bir ədəd şəffaf rəngli sellofana bükülmüş heroin almışdır, aldığı heroindən az bir qismini istifadə etdikdən sonra qara rəngli eynək qabının içərisinə qoymuşdur. xx.xx.2020-ci il tarxdə 1 yaşı olan övladının ad gününü qeyd etmək üçün restoranlar ilə maraqlanmağa getmişdir, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Bakı Gecələri” adlı restoran ilə danışıb razılığa gəldikdən sonra yaşadığı mənzilə yollanmışdır. Təxminən saat 18 radələrində ünvan 3 saylı ünvanda yerləşən yaşadığı mənzilin yaxınlığında olduğu zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu şübhəli şəxs qismində 35-ci Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə qeyd olunan bölməyə getmişdir. Polis bölməsinə gətirildikdən sonra həmin bölmənin xidməti otaqlarından birinə keçmişlər və burada onun hüquqlarını müdafiə etmək üçün bölməyə vəkil dəvət olunmuşdur. Hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil bölməyə gəldikdən sonra polis əməkdaşlarından biri ona video çəkiliş iiə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Bundan sonra ona üzərindəki əşyaları çıxarıb stolun üstünə qoymağı təklif ediləndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümündə olan 01 ədəd eynək qabını masanın üzərinə qoymuşdur. Həmin vaxt eynək qabının içərisində olan bükümün içərisində nə olduğu soruşulanda, o, səmimi olaraq həmin bükümün içərisində narkotik vasitə hesab olunan heroin olduğunu bildirmişdir. Daha sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş bir büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Daha sonra təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, narkotik vasitə qəbul etməyə cəmi iki ay müddət ərzində başladığını, bu səbəbdən onun qramının çoxluğundan anlayışı olmadığını, səmimi etirafını, himayəsində bir yaşlı uşağının olmasını, ilk məhkumluğunu, artıq səhvini dərk etdiyini bir daha belə səhvə yol verməyəcəyini qeyd edərək ona körpə balasına görə bir şans verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyataxtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri onun özü, digər üzvü isə 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X5 olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 18 radəiərində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi Xətai rayonu, N.Tusi küçəsi 6 saylı ünvanın qarşısında görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 35-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, ünvan 4 mənzil 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin və Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı X2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli eynək qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin qara rəngli qutunun içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan bükümdə nə olması soruşulduqda, Təqsirləndirilən şəxs “kokos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu, axşam saat 18:30 radəiərində tanımadığı şəxsdən 105 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Narkotik vasitəyə bənzər maddədən başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet və əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində narkotik vasitəyə bənzər maddə olan bükülü onların qarşısında zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nln “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsi ondan öncə ifadə verən Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs oğlunun üzərinə video çəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən əynindəki ağ rəngli cins şalvarın qabaq sağ cibindən qara rəngli eynək qutusunun içərisində saxladığı bir ədəd selofana bükülmüş qəhvəyi rəngli toz şəkilli spesifik iyli maddəni təqdim edərək narkotik vasitə heroin olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün üzdən tanıdığı şəxsdən 105 manat müqabilində aldığını qeyd etmişdir. Axtarış videokamera vasitəsi ilə bir ədəd “CD” diskə çəkilmiş və iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməkimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1752 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,574 qram qəhvəyi rəndli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq çəkisi 3,474 qram qalmışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2549 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi iiə nəticələnən asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,574 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 3,474 qram heroin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhər Xətai rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “Ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə həbsdən azad edilmişdir. Ev dustaqlığında saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 3A saylı evin 7-ci mənzilində yaşayır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cü il təvəllüdlu X8 qızı adlı bir azyaşlı uşağı var. İş materiallarında olan 06 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni (heroin) qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir yaşlı yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, ilk dəfə cinayət törətməsi, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halın mövcud olması, ağırlaşdırılan halların olmaması, himayəsində bir azyaşlı uşağının olması kimi hallar məhkəmənin diqqəti cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə olınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi və ev dustağlığında saxlandığı 05 ay 07 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,474 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman narkotik vasitə heroin üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs oğlundan alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi və ev dustaqlığında saxlandığı 05 (beş) ay 07 (yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 10 (on) ay 14 (on dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkab tədbiri seçilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,474 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman çəkilişi əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar