Məhkəmə qərarları › İş №1(011)-64/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-64/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-64/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Qazax rayonu, İkinci Şıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 11 oktyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanında yerləşən 2 saylı uşaq poliklinikasının divarına söykənili vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus 1210 manat qiymətində 01 ədəd göy rəngli “Scott” markalı velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1210 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2001-ci ildən etibarən Bakı şəhərində yaşayır. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayır. Özü sifariş qəbul edərək kondisioner ustası kimi fəaliyyət göstərir. Axır vaxtlar maddi cəhətdən sıxıntılar yaşamışdır. Belə ki, 11 oktyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı ünvandan çıxaraq, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən parka getmişdir. Parkda olan zaman üzdən tanıdığı Elnur adlı şəxsi görmüşdür. Onlar görüşərək söhbət etdikdə o, Elnura gəzintiyə çıxdığını bildirmişdir. Bundan sonra Elnur da onunla birgə gəzmək istədiyini bildirmişdir və beləcə onlar söhbət edərək parkın ətrafında gəzib söhbət etməyə başlamışlar. Onlar Xocalı prospektində yerləşən parkın sağ tərəfi ilə gəzərkən, poliklinikanın divarına söykənilmiş vəziyyətdə olan velosiped görmüşlər. Velosiped özü göy rəngdə olmaqla üzərində narıncı rəngdə zolaq var imiş. Həmin vaxt onun pula ehtiyacı olduğundan velosipedi oğurlamaq qərarına gəlmişdir. O, Elnura vacib bir işinin çıxdığını deyib ondan sağollaşaraq ayrılmışdır. Təxminən 1-2 dəqiqə Elnurun getməsini gözləmiş və Elnur ondan ayrılaraq uzaqlaşdıqdan sonra o, velosipedin sahibsiz olmasından istifadə edərək velosipedi oğurlayıb oradan uzaqlaşmışdır. Velosiped ilə yaşadığı ünvana tərəf gedib, velosipedi yaşadığı məhlənin həyətində saxlamışdır. Təxminən yarım saat keçdikdən sonra o, həmin velosipedi yenidən götürərək sürüb Xocalı prospektində yerləşən parka qayıtmışdır. Parkda olan zaman Elmir adlı bir nəfər tanışını görmüş və onunla bir qədər söhbət etmişdir. Söhbət əsnasında o, Elmirə maddi sıxıntılarının olduğunu və bu səbəbdən də ona məxsus olan velosipedi satmaq istədiyini bildirmişdir. Elmir isə velosipedə ehtiyacının olmadığını demiş və bundan sonra onlar sağollaşaraq ayrılmışlar. Elmir getdikdən sonra o, bir qədər də həmin parkda olan oturacaqda oturmuşdur. O, parkda olan zaman tanımadığı bir nəfər kişi cinsindən olan şəxs ona yaxınlaşıb velosipedin markası barədə, eyni zamanda həmin velosipedi haradan hansı qiymətə aldığını soruşmuşdur. O, ilk öncə həmin şəxsin velosipedin sahibi olmasından şübhələnmiş və buna görə də həmin velosipedi Nərimanov rayonundan 500 manata aldığını bildirmişdir. Onlar bir qədər söhbət etdikdən sonra həmin şəxsə velosipedi 100 manat qarşılığında sata biləcəyini demişdir. Həmin şəxs isə ona 70 manat pulunun olduğunu demişdir. O da həmin şəxslə razılaşmışdır. Bundan sonra həmin şəxs 70 manat pul müqabilində velosipedi ondan almışdır.. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayından etibarən "xxxx" MMC-də kuryer vəzifəsində çalışır. Onun iş fəaliyyəti MMC tərəfindən qəbul edilmiş sifarişləri özünə məxsus olan “Scott” markalı velosiped ilə ünvana çatdırmaqdan ibarət imiş. 11 oktyabr 2021-ci il tarixdə işdə olduğu zaman Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən “Dəmirchi Tower”-ə sifariş qəbul etmişdir. O, təxminən saat 19:30 radələrində həmin ünvana çatmış və özünə məxsus olan 1210 manat dəyərində olan “Scott” markalı velosipedini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanda yerləşən 2 saylı poliklinikanın divarına söykəyib qəbul etdiyi sifarişi təhvil vermək üçün “Dəmirchi Tower”-ə getmişdir. Təxminən 10 dəqiqə sonra o, qəbul etdiyi sifarişi təhvil verib geri qayıtdıqda Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanında yerləşən 2 saylı poliklinikanın divarına söykədiyi “Scott” markalı velosipedinin yerində olmadığını görmüşdür. O, bir qədər ətrafa boylanıb ona məxsus olan velosipedini axtarsa da tapa bilməmiş və bu zaman velosipedinin oğurlandığını anlamışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək ona qarşı baş vermiş oğurluq cinayəti barədə məlumat vermişdir. Qısa zaman ərzində hadisə yerinə polis əməkdaşları gəlmişlər və araşdırma apararaq getmişlər. Xətai rayonu, Xocalı prospekti 37 ünvanında baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 1210 manat ziyan dəymişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək, mülki iddia ərizəsində qeyd etdiyi velosipedin qiymətinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2010-ci ildən etibarən Bakı şəhəri, Xətai rayonu, 110 saylı MKİS-də lift bələdçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs son 1-2 ay müddətidir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yerləşən avtoyuma məntəqəsində işləmişdir. O isə ara-sıra həmin avtoyuma məntəqəsinin yaxınlığında yaşayan dostu Ramin ilə görəşməyə gedərkən özünə məxsus “Vaz-2107” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilini qeyd olunan avto yuma məntəqəsinə təmizlənməsi üçün vermişdir. Özünə məxsus olan avtomobilini isə Təqsirləndirilən şəxs yumuşdur. Bununla da o, Ravili qiyabi olaraq tanımışdır. 11 oktyabr 2021-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xocalı” parkında gəzintiyə çıxmışdır. Gəzintidə olan zaman Təqsirləndirilən şəxs qeyd olunan parkda oturacaqda əyləşdiyini və yanında velosipedin olduğunu görmüşdür. O, Ravilin yanından keçərkən onunla salamlaşmış və söhbətləşməyə başlamışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs yanındakı velosipedi satmaq istədiyini ona bildirmişdir. O isə velosipedə ehtiyacının olmadığını bildirərək almaq istəmədiyini söyləmişdir. Daha sonra o, Ravillə sağollaşıb qeyd olunan yerdən uzaqlaşaraq işlədiyi 110 saylı MKİS-ə qayıtmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 11 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 10-11); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 20); üzləşdirmə haqqında 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 43-45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 54-55); DVD-R diskə baxış keçirilməsi haqqında 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə anını əhatə edən görüntülərə baxış zamanı 11.10.2021-ci il tarixdə iki nəfər kişi cinsindən olan şəxsin avtomobil yolun keçdikləri, daha sonra Xocalı prospekti ilə Yusif Səfərov istiqamətində hərəkət edib kamera görüntüsündən itmələri müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində hərəkətdə olan iki nəfər şəxslərdən əynində göy rəngli idman paltarı, cins şalvar və çiynində olan şəxsin özü olmasını, digər arıq bədən quruluşlu əynində cins şalvar və yaşıl jiletka olan şəxsin tanışı Elnur olmasını, eyni zamanda 11.10.2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindən Yusif Səfərov istiqamətində hərəkətdə olan zaman poliklinikanın divarına söykənilmiş vəziyyətdə olan velosiped gördüyünü və həmin velosipedi oğurlamaq üçün tanışı Elnurdan ayrıldığını, bundan sonra velosipedin sahibsiz olmasından istifadə edib velosipedi oğurlayıb sürərək oradan uzaqlaşdığını bildirmişdir (i.v. 67-68); ifadənin yerində yoxlanılması haqqında 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 69- 71); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 10 dekabr 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 72-73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 76-77); sübutların qiymətləndirilməsi haqqında 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmış, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği onun ifadəsində göstərdiyi qiymətə əsasən müəyyən edilmiş, zərərçəkmiş şəxs və şahidin ifadələri, hadisə yerinə baxış keçirilməsi, diskə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında protokollar sübut növü kimi qiymətləndirilmişlər (i.v. 85-89); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-64/2022 saylı 24.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 16.03.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 14.03.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin 25 yanvar 2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə Qazax Rayon Məhkəməsinin 06.01.2022-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 11 günü hissəsini çəkməkdən azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində mülki iddia ərizəsində qeyd etdiyi velosipedin qiymətinin, yəni 1210 manat maddi ziyanın və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq onun xeyrinə ödənilməsini və əldən çıxmış fayda ilə bağlı olan hissənin baxılmadan saxlanılmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən götürüldüyündən, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək 1210 manat pulun Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması, bunun nəticəsində zərərçəkmiş şəxsə 1210 manat ziyan vurulması təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən təmin edilməli, Təqsirləndirilən şəxs 1210 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən iddia tələbinin azaldılması nəzərə alınaraq 30 (otuz) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 1210 (min iki yüz on) manat pul, 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 1240 (min iki yüz qırx) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar