Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-64/2024 27.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1987-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-64/2024 nömrəli 19 mart 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə saat 23 radələrində kirayə qaldığı ünvan 4 ünvanında qeyri-rəsmi ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs işdən çıxdıqdan sonra evə gec gəlməsi, eləcə də sosial şəbəkələrdə digər şəxslərlə danışmasından şübhələnərək bu səbəbdən aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət, boyun, sinə və ayaq nahiyəsinə vurub sonuncuya çənəaltı, boyun, döş qəfəsi nahiyələrinin sıyrıqları, boyunun qançırı, sağ budun hematoması eləcə də istintaqla müəyyən edilməyən mətbəxdən götürdüyü bıçağı məişət qazının alovunda qızdıraraq sonuncunun qarın və ayaq nahiyələrinə sıxaraq ona qarının sağ yarısının 1 ədəd, sol budun orta 1/3-nin ön səthinin 2 ədəd, sağ budun orta 1/3-nin arxa səthinin 1 ədəd yanıq yaraları ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sair zorakı hərəkətlərlə qəsdən sağlamlığa yüngül zərər vuraraq güclü fiziki ağrı və psixi iztirablarla işgəncə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, hadisənin baş verdiyi gün işdən evə əsəbi gəlmiş, qeyri-rəsmi nigahda olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs telefonuna işlədiyi yerdən sabah bəzi əşyaları işə aparması ilə bağlı gələn mesajı oxuduqdan sonra qısqanclıq edərək sonuncu ilə mübahisə etməyə başlamışdır. Hadisədən əvvəl iş yerindən gətirdiyi plastik materialları mətbəx bıçağını qızdıraraq kəsməklə məşqul olmuşdur. Mübahisə vaxtı əsəbi olduğundan həmin bıçağı qazın üstünə qızdıraraq arvadının qarın və ayaq nahiyələrinə xəsarət yetirmişdir. Törətdiyi əməldən səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi nigahda olduğu əridir. 28 may 2023-cü il tarixdə işdən evə gəlmiş, həmin vaxt mobil telefonuna işi ilə bağlı mesaj gəlmiş, bu zaman Nurən telefondakı mesajı oxumuş, səhv başa düşdüyündən əsəbləşmiş, məsələyə aydınlıq verməyə çalışsa da, sonuncu onu dinləməyərək ilk öncə əli ilə vurmuş, zərbənin təsirindən yıxılmışdır. Bu hadisədən əvvəl Nurən mətbəx bıçağını qızdıraraq plastik kəmiş, sonuncu onu vurduqdan sonra o Nurənə mesajın işlə bağlı olduğunu, böyüdüləcək məsələnin olmadığını bildirmişdir. Həmin sözə görə Nurən əsəbləşərək mətbəx bıçağını qızdıraraq onun qarın və bud hissəsinə vuraraq xəsarət yetirmişdir. Hadisə vaxtı evdə azyaşlı övladından başqa heç kəs olmamış, o, köməyə heç kəsi çağırmamış, Nurən ona köməklik etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsi canlı şəxsin ekspertizasının 02 iyun 2023-cü il tarixli 590 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs çənəaltı, boyun, döş qəfəsi nahiyyələrinin sıyrıqları, boyunun qançırı, sağ budun hematoması, qarının sağ yarısının 1 ədəd, sol budun orta 1/3-nin ön səthinin 2 ədəd, sağ budun orta 1/3-nin arxa səthinin 1 ədəd yanıq yaraları aşkar edilmişdir. Xəsarətlərdən yanıq yaraları isti əşyanın (alətin) yerli-termiki təsirindən, digər xəsarətlər isə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətin onun özü-özünə yetirməsi inkar edilir (i.v. 18-19); Axtarışda olan şəxsin tutulması haqqında 27 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:30-da tutulmuşdur ( i.v. 47); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 16:20-də Təqsirləndirilən şəxs CM-nin 133.2.6-cı maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 72-73); Qətimkan tədbirinin seçilməsi haqqında 27 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 90-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 25 iyul 2023-cü il tarixli cavabdan görünür ki, Babayev X1 Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 160 (bir yüz altmış) saat ictimai iş cəzasına məhkum edilmiş, Füzuli Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 338.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 54.2 və 66.3-cü maddələri tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay islah işləri cəzasına məhkum edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 72 və 74-cü maddələri tətbiq edilməklə cinayət işi üzrə icraata xitam verilmişdir ( i.v. 96-98); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-64/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır ( i.v. 217-218); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 07 may 2024-cü il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa RPŞ əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir ( i.v. 227); Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühim əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2-ci maddə) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 27 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəza çəkmə müddətinin əvvəli 03 may 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət, ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-64/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-64/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver