Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-65/2022 03.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Quba rayonu, Çiçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 21 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 ünvanda yerləşən “Arzum” adlı gözəllik salonununun qarşısına gəldikdən sonra, özü ilə gətirdiyi lingdən istifadə etməklə salonun plastik materialdan olan giriş qapısının kilidini sındırıb, binaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri olan dolabdan 205 manat nağd pulu, 50 manat dəyərində 01 ədəd “Strong 210” markalı, “20DBU0226” model, Koreya istehsallı dırnaq aparatını, 30 manat dəyərində 01 ədəd “Babyliss” markalı, “F40a” model, Çin istehsallı saç buran şipsi, 15 manat dəyərində 01 ədəd üzərində markalanma göstəriciləri oxunmayan saç buran şipsi, 35 manat dəyərində 01 ədəd “ByBabylissnano” markalı, “ST3301/3301A” modelli saç ütüsünü, 20 manat dəyərində 01 ədəd “Mecanix” markalı, “CF-869” model saç ütüsünü, 20 manat dəyərində 01 ədəd “Promozer” markalı, “MZ-9818” model saç qırxan aparatını, 10 manat dəyərində 01 ədəd “Kemei” markalı, “KM-5017” model saç qırxan aparatı, 30 manat dəyərində 01 ədəd üzərində markalanma yazısı olmayan saç fenini, 30 manat eləyərində 01 ədəd üzərində “STAR” yazısı olan saç fenini, hər birinin dəyəri 10 manat olan 02 ədəd “Staleks" markalı dırnaq qayçısını, 15 manat dəyərində, “Staleks PRO” markalı, 11 mm dırnaq qayçısını, 15 manat dəyərində 01 ədəd “Staleks PRO” markalı, 14 mm dırnaq qayçısını, 15 manat dəyərində 01 ədəd üzərində “Cerena” yazısı olan saç seyrəldən qayçını, 15 manat dəyərində 01 ədəd üzərində markalanma göstəriciləri olmayan saç seyrəldən qayçını, 20 manat dəyərində 01 ədəd üzərində “Suntschi” yazısı olan saç qayçısını, 20 manat dəyərində 01 ədəd üzərində “Carly” yazısı olan saç qayçısını, 6 manat dəyərində 01 ədəd üzərində markalanma göstəriciləri olmayan ülgücü, 5 manat dəyərində 01 ədəd üzərində markalanma göstəriciləri olmayan qaş qayçısını, 20 manat dəyərində 01 ədəd istifadə edilmiş, üzərində “Age Perfect” yazısı olan, 150 ml həcmli ətiri, 30 manat dəyərində 01 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Chanel №5” yazısı olan, 100 ml həcmli ətiri, 20 manat dəyərində 01 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Body” yazısı olan, 85 ml həcmli ətiri, hər birinin dəyəri 15 manat olan 02 ədəd halqa formalı, kənarları deformasiya olmuş, içərisində “925" yazısı olan gümüş üzükləri və 200 manat dəyərində 01 ədəd “X3 S” markalı, “SM-T705" model, Vyetnam istehsallı mobil planşeti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 876 (səkkiz yüz yetmiş altı) manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. 21 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Şabran rayonunu tərk edərək işləmək üçün Bakı şəhərinə yollanmışdır. Təxminən saat 13 radələrində Bakı şəhərinə çatmış və tikinti gedən bir neçə yerə müraciət edərək özünə iş yeri axtarmağa başlamışdır. Daha sonra Xətai rayonu ərazisində yerləşən “Nargilə” kimi tanınan əraziyə getmiş, orada kafelərdən birirdə oturaraq yemək yemiş və spirtli içki qəbul etmişdir. Axşam saat 23 radələrində spirtli içkinin təsiri altında həmin kafeni tərk etmişdir. O, kafedən çıxan zaman yaxınlıqda qadın gözəllik salonunun olduğunu görmüş və spirtli içkinin təsiri altında həmin gözəllik salonundan oğurluq etmək qərarına gəlmişdir. Gözəllik salonunun qapısını üzərində olam mismar çıxaran alətlə sındırdıqdan sonra daxil olmuş və orada olan stolların üzərindən siyirtmələrdən 02 ədəd feni, 04 ədəd saç üçün avadan ıqları, 02 ədəd saç qırxan aparatları, müxtəlif qayçı və ülgüc komplektini, 03 ədəd ətiri və 02 ədəd üzükləri götürərək bir yerə yığmışdır. Bundan sonra o, digər otağa keçmiş və orada olan stolun üzərində olan 01 ədəd aparatı götürmüş həmin aparatı da digər əşyaların yanına qoymuşdur. Bundan sonra o, digər otağa da keçmiş və orada olan stolun üzərindən 01 ədəd planşet telefonu götürmüşdür. Bundan sonra o, salonun giriş hissəsində olan tumbadan 01 ədəd ağ rəngli iri sellofan götürmüş və hamısını bir yerə yığdığı məişət avadanlıqlarını həmin sellofanın içərisinə yığmışdır. O, bundan sonra həmin gözəllik salonunu tərk edərək Yasamal rayonunda yerləşən “Şamaxinka” adlanan əraziyə yollanmışdır. 22 oktyabr 2021-ci il tarixdə saat təxminən 01 radələrində “Şamaxinka” adlanan ərazdə taksi fəaliyyəti ilə məşğul olan markasını və dövlət qeydiyyatını xatırlamadığı avtomobilə əyləşmiş və yaşadığı Şabran rayonuna getmişdir. O, yaşadığı evə çatdıqda gözəllik salonundan oğurluq yolu ilə əldə etdiyi məişət avadanlıqlarını evin təmirsiz otağına qoymuş və ailə üzvlərinə bu barədə heç nə deməmişdir. 26 oktyabr 2021 -ci il tarixdə Şabran rayonunda yaşadığı evdə olduğu zaman polis əməkdaşları gələrək özlərini təqdim edib onun kimliyi barədə sorğu-sual etdikdən sonra Xətai rayonu ərazisində baş vermiş oğurluq cinayətində şübhələnildiyi üçün Xətai rayon Polis İdarəsinə dəvət etmişlər. O isə artıq polis əməkdaşlarının onun törətdiyi oğurluq cinayətindən xəbərdar olduqlarını başa düşüb gözəllik salonundan oğurluq yolu ilə əldə etdiyi məişət avadanlıqlarının polis əməkdaşlarına təqdim etmiş və onlarla birgə Polis İdarəsinə getmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətlərinin olmamasını,yaşını,arvadının ağır xəstə olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən etibarən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 ünvanda yerləşən “Arzum” adlı qadın gözəllik salonunu icarə əsasında işlədir. Gözəllik salonu təxminən 50 kv/m ölçülü olmaqla beş mərtəbəli yaşayış binasının altında yerləşir, giriş qapısı və pəncərələri plastik materialdandır. Hər gün saat 11 radələrində gözəllik salonuna gəlib salonun giriş qapısının kilidini özündə olan açarlar vasitəsi ilə açaraq fəaliyyətə başlayıb və saat 18 radələrində salonu bağlayırmış. Həmişə olduğu kimi 21 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində salona gəlib, fəaliyyətə başlamışdır. Gün ərzində normal iş fəaliyyətini davam etdirib, saat təxminən 18 radələrində gözəllik salonunu bağlayaraq yaşadığı evə getmişdir. Həmin gün ərzində hər hansı şübhəli şəxs salona gəlməmiş və ya hər hansı şəxsin şübhəli davranışı onun diqqətini cəlb etməmişdir. Buna baxmayaraq 22 oktyabr 2021-ci il tarixdə səhər saat 11 radələrində salona gəlib, salonun giriş qapısını açmaq istədikdə salonun giriş qapısının açıq olmasını müşahidə etmişdir. O, ilk öncə salonun giriş qapısını yaxşı bağlamadığını düşünmüş və salona daxil olmuşdur. Lakin salona daxil olduqda salonun içərisinin dağınıq vəziyyətdə olduğunun şahidi olmuşdur. O, artıq icarə əsasında işlətdiyi gözəllik salonunda oğurluq hadisəsinin baş verdiyini anlamış və dərhal həmin ərazinin sahə inspektoru Şahid istifadəsində olan mobil nömrəsinə zəng edərək həmin oğurluq hadisəsi barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə salona daxil olaraq əşyalara nəzər saldığı zaman salonda olan masanın siyirtməsindən ona məxsus 200 manat məbləğində pulun, masanın üzərindən 5 manat məbləğində pulun, salonda olan masaların üzərindən 350 manat dəyərində olan 01 ədəd “Strong” markalı dırnaq aparatının, 120 manat dəyərində olar 01 ədəd “Babyliss” markalı saç buran şipsin, 40 manat dəyərində olan markasını xatırlamadığı 01 ədəd saç buran şipsin, 150 manat dəyərində olan 01 ədəd “Babyliss” markalı saç ütüsünün, 100 manat dəyərində olan markasını xatırlamadığı 01 ədəd saç ütüsünün, 75 manat dəyərində olan 01 ədəd “Promozer” markalı saç qırxan aparatın, 25 manat dəyərində olan “Kəmər markalı 01 ədəd saç qırxan aparatın, 250 manat və 150 manat dəyərində olan markalarını xatırlamadığı 02 ədəd saç feninin, hərəsi 75 manat dəyərində olan 02 ədəd “Staleks” markalı dırnaq qayçısının, hərəsi 25 manat dəyərində olan markasını xatırlamadığı 02 ədəd dırnaq qayçısının, hərəsi 15 manat dəyərində olan 02 ədəd saç qayçısının, hərəsi 50 manat dəyərində olan 02 ədəd saç seyrəldən qayçının, 15 manat dəyərində olan 01 ədəd qaş qayçısının, 50 manat dəyərində olan 01 ədəd ülgücün, 150 manat dəyərində olan 01 ədəd “Age Perfect” markalı ətirin, 200 manat dəyərində olan 01 ədəd “Chanel” markalı ətirin, 80 manat dəyərində olan 01 ədəd “Body" markalı ətirin, hərəsi 20 manat dəyərində olan 02 ədəd gümüş üzüklərin və 01 ədəd “X3 S” markalı mobil telefonun yerində olmadığını və oğurlandığını aşkar etmişdir.Nəticədə ona 900 manata yaxın ziyan dəymişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətinin olmamasını bildirərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, halhazırda Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsinin sahə inspektorudur. 22 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində xidmətdə olduğu zaman Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 ünvanında yerləşən "Arzum” adlı gözəllik salonunu icarə əsasında işlədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “Arzum” gözəllik salonunda oğurluq cinayətinin baş verdiyini bildirmiş və onun hadisə yerinə gəlməsini xahiş etmişdir. O, dərhal baş vermiş cinayət barədə öz rəhbərliyinə məlumat vermiş və əməliyyat qrupu ilə birlikdə oğurluq cinayəti baş verən Xətai rayonu, Cavanşir küçəsi 2 ünvanına getmişlər. Onlar hadisə yerinə gedən zaman “Arzum” gözəllik salonunun içərisi dağınıq vəziyyətdə imiş. Onlar həmin zaman öz araşdırmalarını aparmışlar və hadisə yerini tərk etmişlər. Daha sonra əməliyyat tədbirləri nəticəsində müəyyən etmişlər ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 ünvanda “Arzum” adlı gözəllik salonunda baş vermiş oğurluq cinayətini törədən şəxs Təqsirləndirilən şəxsdur.Belə ki, oğurlanmış əşyalar 26 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonundakı evindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən “Arzum” adlı qadın gözəllik salonuna keçirilən baxış zaman salondan 15 ədəd əl-barmaq izi və 01 ədəd qara rəngli mismar çıxaran alət aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində ünvan 2 ünvanda yerləşən “Arzum” adlı qadın gözəllik salonunda oğurluq cinayətini törətdiyini deyərək hadisə yerini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.12.2021-ci il tarixli 9/8230 saylı rəyindən görünür ki, ünvan 3 ünvanda yerlən “Arzum” adlı qadın gözəllik salonundan oğurlanmış 21 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 671,00 (altı yüz yetmiş bir) manat müəyyən edilir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 10 dekabr 2021-ci il tarixli 21/694R nömrəli rəydən görünür ki, 21.10.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 ünvanında yerləşən “Arzum” adlı gözəllik salonunda baş vermiş oğurluq faktı ilə şəffaf yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 02 ədədi xx.xx.1965-ci il tarixdə Quba rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və orta barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan 11 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd qara rəngli mismar çıxaran alət maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Strong 210” markalı, “20DBU0226” model, Koreya istehsallı dırnaq aparatı, 01 ədəd “Babyliss” markalı, “F40a” model, Çin istehsallı saç buran şipsi, 01 ədəd üzərində markalanma göstəriciləri oxunmayan saç buran şipsi, 01 ədəd “ByBabylissnano” markalı, “ST3301/3301A” modelli saç ütüsü, 01 ədəd “Mecanix” markalı, “CF-869" model saç ütüsü, 01 ədəd “Promozer” markalı, “MZ-9818” model saç qırxan aparatı, 01 ədəd “Kemei” markalı, “KM-5017” model saç qırxan aparatı, 01 ədəd üzərində markalanma yazısı olmayan saç feni, 01 ədəd üzərində “STAR” yazısı olan saç feni, 02 ədəd “Staleks” markalı dırnaq qayçısı, “Staleks PRO” markalı, 11 mm dırnaq qayçısı, 01 ədəd “Staleks PRO” markalı, 14 mm dırnaq qayçısı, 01 ədəd üzərində “Cerena" yazısı olan saç seyrəldən qayçı, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan saç seyrəldən qayçı, 01 ədəd üzərində “Suntachi” yazısı olan saç qayçısı, 01 ədəd üzərində “Carly” yazısı olan saç qayçısı, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan ülgüc, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan qaş qayçısı, 01 ədəd istifadə edilmiş, üzərində “Age Perfect” yazısı olan, 150 ml həcmli ətir, 01 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Chanel №5” yazısı olan, 100 ml həcmli ətir, 01 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Body” yazısı olan, 85 ml həcmli ətir, 02 ədəd halqa formalı, kənarları deformasiya olmuş, içərisində “925” yazısı olan gümüş üzüklər və 01 ədəd “X3 S” markalı, “SM-T705” model, Vyetnam istehsallı mobil planşet maddi sübut kimi tanınsın və saxlanılmasından ötrü qəbzlə Zərərçəkmiş şəxs geri qaytarılmışdır. İş materiallarında olan 26 oktyabr 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 26 oktyabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.11.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etiraflı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şabran rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd qara rəngli mismar çıxaran alət hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmış 01 ədəd “Strong 210” markalı, “20DBU0226” model, Koreya istehsallı dırnaq aparatı, 01 ədəd “Babyliss” markalı, “F40a” model, Çin istehsallı saç buran şipsi, 01 ədəd üzərində markalanma göstəriciləri oxunmayan saç buran şipsi, 01 ədəd “ByBabylissnano” markalı, “ST3301/3301A” modelli saç ütüsü, 01 ədəd “Mecanix” markalı, “CF-869" model saç ütüsü, 01 ədəd “Promozer” markalı, “MZ-9818” model saç qırxan aparatı, 01 ədəd “Kemei” markalı, “KM-5017” model saç qırxan aparatı, 01 ədəd üzərində markalanma yazısı olmayan saç feni, 01 ədəd üzərində “STAR” yazısı olan saç feni, 02 ədəd “Staleks” markalı dırnaq qayçısı, “Staleks PRO” markalı, 11 mm dırnaq qayçısı, 01 ədəd “Staleks PRO” markalı, 14 mm dırnaq qayçısı, 01 ədəd üzərində “Cerena" yazısı olan saç seyrəldən qayçı, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan saç seyrəldən qayçı, 01 ədəd üzərində “Suntachi” yazısı olan saç qayçısı, 01 ədəd üzərində “Carly” yazısı olan saç qayçısı, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan ülgüc, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan qaş qayçısı, 01 ədəd istifadə edilmiş, üzərində “Age Perfect” yazısı olan, 150 ml həcmli ətir, 01 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Chanel №5” yazısı olan, 100 ml həcmli ətir, 01 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Body” yazısı olan, 85 ml həcmli ətir, 02 ədəd halqa formalı, kənarları deformasiya olmuş, içərisində “925” yazısı olan gümüş üzüklər və 01 ədəd “X3 S” markalı, “SM-T705” model, Vyetnam istehsallı mobil planşet hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şabran rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd qara rəngli mismar çıxaran alət hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmış 01 ədəd “Strong 210” markalı, “20DBU0226” model, Koreya istehsallı dırnaq aparatı, 01 ədəd “Babyliss” markalı, “F40a” model, Çin istehsallı saç buran şipsi, 01 ədəd üzərində markalanma göstəriciləri oxunmayan saç buran şipsi, 01 ədəd “ByBabylissnano” markalı, “ST3301/3301A” modelli saç ütüsü, 01 ədəd “Mecanix” markalı, “CF-869" model saç ütüsü, 01 ədəd “Promozer” markalı, “MZ-9818” model saç qırxan aparatı, 01 ədəd “Kemei” markalı, “KM-5017” model saç qırxan aparatı, 01 ədəd üzərində markalanma yazısı olmayan saç feni, 01 ədəd üzərində “STAR” yazısı olan saç feni, 02 ədəd “Staleks” markalı dırnaq qayçısı, “Staleks PRO” markalı, 11 mm dırnaq qayçısı, 01 ədəd “Staleks PRO” markalı, 14 mm dırnaq qayçısı, 01 ədəd üzərində “Cerena" yazısı olan saç seyrəldən qayçı, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan saç seyrəldən qayçı, 01 ədəd üzərində “Suntachi” yazısı olan saç qayçısı, 01 ədəd üzərində “Carly” yazısı olan saç qayçısı, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan ülgüc, 01 ədəd üzərində markalanma göstəriciləri olmayan qaş qayçısı, 01 ədəd istifadə edilmiş, üzərində “Age Perfect” yazısı olan, 150 ml həcmli ətir, 01 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Chanel №5” yazısı olan, 100 ml həcmli ətir, 01 ədəd az hissəsi istifadə edilmiş, üzərində “Body” yazısı olan, 85 ml həcmli ətir, 02 ədəd halqa formalı, kənarları deformasiya olmuş, içərisində “925” yazısı olan gümüş üzüklər və 01 ədəd “X3 S” markalı, “SM-T705” model, Vyetnam istehsallı mobil planşet hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-65/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-65/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver