Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-65/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Cəlilabad rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,122 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 17 avqust 2023-cü il tarixdə saat 15:30-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılıb Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparılaraq orada üstünə müdafiəçinin iştirakı ilə videogörüntü ilə baxış keçirilən zaman, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,122 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 24 oktyabr 2023-cü il tarixdə saat 16:00-da Xətai RPİ-nin 34-cü PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılaraq ünvan 5 RPİ-nin 34-cü PŞ-yə gətirilmiş və orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0.763 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, Bədənində olan ağrılar səbəbindən narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığına üzdən tanıdığı şəxsdən 20 manat pulun qarşılığında 1 ədəd qızılı rəngli kağız bükümdə "kakos" adı ilə tanıdığı narkotik vasitə heroin almışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında evdən çıxaraq üzərində olan narkotik vasitəni istifadə etmək üçün gizlin yer axtaran zaman saat 15:30-da Xətai rayonu, M.Rüstəmov küçəsi 21 ünvanının qarşısında ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 34-cü PŞ-nə gəlmiş, PŞ-də olarkən üzərində bir büküm kakos olduğunu bildirmişdir. Bundan sonra orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, iştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən həmin 01 (bir) ədəd büküm maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra Prokuror sanksiyadan imtina etdiyindən azadlığa buraxılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə günorta saatlarında bədənindəki ağrılar səbəbindən narkotik vasitə və ya psixotrop maddə əldə etmək məqsədilə Xalqlar Dostluğu stansiyası yaxınlığına getmişdir.Üzdən tanıdığı şəxsdən psixotrop maddə olan metamfetamin istəmişdir.. Təxminən 10-15 dəqiqə metronun ətrafında həmin şəxsi gözləmiş, sonuncuya verdiyi 20 manat pulun qarşılığında 01 ədəd şəffaf selofan bükümdə “patı”, "şüşə" adları ilə tanıdığı psixotrop maddəni ona vermişdir. xx.xx.2023-cü il tarixdə saat 16:00-da Xətai rayonu, S.Ə.ünvan 6 ünvanının qarşısında olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 34-cü PŞ-nə gəlmiş, PŞ-də olarkən narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğunu və eyni zamanda üzərində bir büküm “patı” olduğunu bildirmişdir. Bundan sonra sənədləşmə aparılmış və o,hər şeyi olduğu kimi etiraf etmişdir. Daha sonra 3-cü dərəcəli əlil olmasını, oğlunun vərəm xəstəsi olmasını,arvadının xəstə olmasınıl, əməlindən peşman olmasını, səmimi etirafını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, 17 avqust 2023-cü il tarixdə saat 15:30 radələrində 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə ünvan 2 ünvanın qarşısında əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Bundan sonra şəxsiyyəti barədə məlumat soruşduqda həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Buna etiraz etmədikdən sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Fərid Abbasova təhvil vermiş, şöbədə olan zaman həmin şəxsin xx.xx.1968-ci ildə Cəlilabad şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyriqanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd qızılı kağıza bükülmüş bükümün içərisində nə olması soruşulduqda o, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və bundan başqa həmin heroini Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra bir ədəd qızılı kağız bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş, axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən şöbənin rəhbərliyinə məruzə edilmiş və şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün onun və Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi, polis mayoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edildi. Bundan sonra Şahid4lə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 24 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Ə ünvan 6 saylı ünvanın qarşısına gəlmiş, həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Buna etiraz etmədikdən sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermiş, şöbədə olan zaman həmin şəxsin xx.xx.1968ci ildə Cəlilabad şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində nə olması soruşulduqda həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni Bakı şəhəri Nizami rayonunda yerləşən metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, onun ifadəsi Şahid4 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu əynindəki tünd qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq onun “kokos” adlanan narkotik vasitə olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd içərisində ağ rəngdə kristal formasında olan, spesifik qoxuya malik maddəni çıxararaq onun metamfetamin adlanan narkotik vasitə olduğunu, həmin maddəni tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli 3-16-16/1-6/4427 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “”...Təqsirləndirilən şəxs (imza) sözləri qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1.122 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq 1.022 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5712 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN arayışlar üçün №152 dairəvi möhür əksi olan və “...Təqsirləndirilən şəxs-imza, iştirak etdilər: dördimza; Tərtib etdi: T.Camalov-imza...” qeyd edilmiş 01 (bir) ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.763 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq 0.713 qram. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.022 qram narkotik vasitə heroin və 0.713 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 12 oktyabr 2023-cü il tarixli 6472 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə təbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə saat 15:30-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanovun 19 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət müdafiə edilməsindən imtina edilmişdir və o, dərhal azad edilmişdir. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 24 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 16:00-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 01 il 01 ay 28 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır.Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamışdır. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu X1 vərəm xəstəsidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olmasını, səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs ağır cinayət üzrə vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi vaxtdan yeni cinayət törətdiyi günə qədər 06 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini və təkrar cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 (dörd) gün saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə 3-cü dərəcəli əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,022 qram narkotik vasitə heroin və 0,713 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd DVD-R disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 173 (yüz yetmiş üç) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 (dörd) gün saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,022 qram narkotik vasitə heroin və 0,713 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 173 (yüz yetmiş üç) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-65/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-65/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver