Məhkəmə qərarları › İş №1(011)-66/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-66/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-66/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən «Ucuzluq» Marketdən hər birinin qiyməti 7,40 (yeddi manat qırx qəpik) manat, ümumi qiyməti 222 (iki yüz iyirmi iki) manat olan 30 qutu, 4 ölçülü, 24 ədədlı «Molfıx» markalı uşaq bezini, hər birinin qiyməti 11,60 (on bir manat altmış qəpik) manat, ümumi qiyməti 46,40 (qırx altı manat qırx qəpik) manat olan 4 qutu, 6 Ölçülü, 26 ədədli «Molfıx» markalı uşaq bezini, hər birinin qiyməti 11,60 (on bir manat altmış qəpik) manat, ümumi qiyməti 23,20 (iyirmi üç manat iyirmi qəpik) manat olan 2 qutu, 5 ölçülü, 30 ədədli «Molfıx» markalı uşaq bezini, qiyməti 17,60 (on yeddi manat altmış qəpik) manat olan 1 qutu, 3 ölçülü, 68 ədədli «Molfıx» markalı uşaq bezini, hər birinin qiyməti (iki manat altmış qəpik) manat, ümumi qiyməti 93,60 (doxsan üç manat altmış qəpik) manat olan 36 ədəd «Molfıx» markalı, 60 ədədli nəm salfeti, hər birinin qiyməti 3,70 (üç manat yetmiş qəpik) manat, ümumi qiyməti 136,90 (yüz otuz altı manat doxsan qəpik) manat olan 37 qutu «Familiya» markalı, 12 rulonlu salfeti, hər birinin qiyməti 1,50 (bir manat əlli qəpik) manat, ümumi qiyməti 13,50 (on üç manat əlli qəpik) manat olan 9 qutu «Familiya» markalı cib salfetini, hər birinin qiyməti 0,90 (doxsan qəpik) manat, ümumi qiyməti 29,70 (iyirmi doqquz manat yetmiş qəpik) manat olan 33 qutu «Familiya» markalı, 100 ədədli süfrə salfetini, hər birinin qiyməti 1,80 (bir manat səksən qəpik) manat, ümumi qiyməti 25,20 (iyirmi beş manat iyirmi qəpik) manat olan 14 ədəd, 475 qramlıq, «Comet» markalı gigiyenik tozu, hər birinin qiyməti 1,65 (bir manat altmış beş qəpik) manat, ümumi qiyməti 18,15 (on səkkiz manat on beş qəpik) manat olan 11 ədəd, 600 qramlıq «NET» markalı dezinfeksiyaedici vasitəni, hər birinin qiyməti 3 (üç) manat, ümumi qiyməti 15 (on beş) manat olan 5 ədəd 300 ml-lik «EXON» markalı air wick hava təmizləyici spreyi, hər birinin qiyməti 0,80 (səksən qəpik) manat, ümumi qiyməti 3,20 (üç manat iyirmi qəpik) manat olan 4 ədəd, 500 ml-lik «ARENA» markalı şüşə təmizləyici vasitəni, hər birinin qiyməti 3 (üç) manat, ümumi qiyməti 12 (on iki) manat olan 4 ədəd, 5 kiloqramlıq «ARENA» markalı maye sabunu, qiyməti 11 (on bir) manat olan 1 ədəd, 3 kiloqramlıq «Arid» markalı yuyucu tozu, qiyməti 6,30 (altı manat otuz qəpik) olan 1 ədəd, 1,5 kiloqramlıq «Ariel» markalı yuyucu tozu, qiyməti 3 (üç) manat olan 1 ədəd, 450 qramlıq «Ariel» markalı yuyucu tozu, qiyməti 1,95 (bir manat doxsan beş qəpik) manat olan 1 ədəd, 450 qramlıq «Losk» markalı yuyucu tozu, hər birinin qiyməti 1,80 (bir manat səksən qəpik) manat, ümumi qiyməti 9 (doqquz) manat olan 5 ədəd, 400 qramlıq «Tıde» markalı yuyucu tozu, hər birinin qiyməti 2,45 (iki manat qırx beş qəpik) manat, ümumi qiyməti 9,80 (doqquz manat səksən qəpik) manat olan 4 ədəd «X3» markalı saç boyasını, hər birinin qiyməti 1 (bir) manat, ümumi qiyməti 4 (dörd) manat olan 4 ədəd, 100 ədədli «Seide» markalı nəmləndirici salfeti, hər birinin qiyməti 2,70 (iki manat yetmiş qəpik) manat, ümumi qiyməti 16,20 (on altı manat iyirmi qəpik) manat olan 6 ədəd «Always» markalı gigiyenik bezi, hər birinin qiyməti 2,80 (iki manat səksən) manat, ümumi qiyməti 5,60 (beş manat altmış qəpik) manat olan 2 ədəd «Cotex» markalı gigiyenik bezi, qiyməti 1,80 (bir manat səksən qəpik) manat olan 1 ədəd, 750 qramlıq «ABC» markalı qabyuyan mayeni, qiyməti 1,35 (bir manat otuz beş qəpik) manat olan 1 ədəd, 500 qramlıq «ABC» markalı təmizləyici tozu, hər birinin qiyməti 1.70 (bir manat yetmiş qəpik) manat, ümumi qiyməti 17 (on yeddi) manat olan 10 ədəd, 01 litrlik «ACE» markalı gigiyenik vasitəni, qiyməti 0,80 (səksən qəpik) manat olan 1 ədəd, 500 qramlıq «Rakina» markalı təmizləyici tozu, hər birinin qiyməti 7 (yeddi) manat, ümumi qiyməti 35 (otuz beş) manat olan 5 ədəd «Syoss» markalı amiyaksız saç boyasını, hər birinin qiyməti 5,80 (beş manat səksən qəpik) manat, ümumi qiyməti 69.60 (altmış doqquz manat altmış qəpik) manat olan 12 ədəd «Syoss» markalı saç boyasını, hər birinin qiyməti 5 (beş) manat, ümumi qiyməti 45 (qırx beş) manat olan 9 ədəd «Palette» markalı, fıtoloniya saç boyasını, hər birinin qiyməti 3 (üç) manat, ümumi qiyməti 36 (otuz altı) manat olan 12 ədəd «Palette» markalı saç boyasını, hər birinin qiyməti 0,60 (altmış qəpik) manat, ümumi qiyməti 1,80 (bir manat səksən qəpik) manat olan 3 ədəd «Lusia» markalı salfeti, qiyməti 5,50 (beş manat əlli qəpik) manat olan 1 ədəd «Percil» markalı, 1,5 kiloqramlıq yuyucu tozu, hər birinin qiyməti 23,60 (iyirmi üç manat altmış qəpik) manat, ümumi qiyməti 118 (yüz on səkkiz) manat olan 5 ədəd «Papia» markalı, 32 rulonlu salfeti, hər birinin qiyməti 1,60 (bir manat almış qəpik) manat, ümumi qiyməti 54,40 (əlli dörd manat qırx qəpik) manat olan 34 ədəd «Papia» markalı qutu salfeti, hər birinin qiyməti 5,10 (beş manat on qəpik) manat, ümumi qiyməti 10,20 (on manat iyirmi qəpik) manat olan 2 ədəd «Papia» markalı 12 rulonlu salfeti, hər birinin qiyməti 2 (iki) manat, ümumi qiyməti 28 (iyirmi səkkiz) manat olan 14 ədəd «Papia» markalı, 2 rulonlu mətbəx salfetini, hər birinin qiyməti 2,90 (İki manat doxsan qəpik) manat, ümumi qiyməti 104,40 (yüz dörd manat qırx qəpik) manat olun 36 ədəd «Papia» markalı, 4 rulonlu salfeti, hər birinin qiyməti 1,20 (bir manat iyirmi qəpik) manat, ümumi qiyməti 127,20 (yüz iyirmi yeddi manat İyirmi qəpik) manat olan 106 ədəd «Papia» markalı süfrə salfetini, hər birinin qiyməti 4,35 (dörd manat otuz beş qəpik) manat, ümumi qiyməti 73,95 (yetmiş üç manat doxsan beş qəpik) manat olan 17 ədəd «Bingo» markalı, 750 ml-lik spreyi, hər birinin qiyməti 3,80 (üç manat səksən qəpik) manat, ümumi qiyməti 129,20 (yüz iyirmi doqquz manat iyirmi qəpik) manat olan 34 ədəd «Bingo» markalı, 01 litrlik təmizləyici vasitəni, hər birinin qiyməti 2,40 (iki manat qırx qəpik) manat, ümumi qiyməti 79,20 (yetmiş doqquz manat iyirmi qəpik) manat olan 33 ədəd «Bingo» markalı, 750 ml-lik təmizləyici vasitəni, hər birinin qiyməti 3,80 (üç manat səksən qəpik) manat, ümumi qiyməti 114 (yüz on dörd) manat olan 30 ədəd «Bingo» markalı, 960 ml-lik yumşaldıcı vasitəni, hər birinin qiyməti 1,80 (bir manat səksən qəpik) manat, ümumi qiyməti 37,80 (otuz yeddi manat səksən qəpik) manat olan 21 ədəd «Bingo» markalı, 400 qramlıq yuyucu tozu, hər birinin qiyməti 2,40 (iki manat qırx qəpik) manat, ümumi qiyməti 36 (otuz altı) manat olan 15 ədəd «Bingo» markalı, 450 qramlıq yuyucu tozu, hər birinin qiyməti 4 (dörd) manat, ümumi qiyməti 48 (qırx səkkiz) manat olan 12 ədəd «Bingo» markalı, 500 qramlıq ağardıcı tozu, hər birinin qiyməti 4 (dörd) manat, ümumi qiyməti 24 (iyirmi dörd) manat olan 6 ədəd «Bingo» markalı, 500 qramlıq qoruyucu tozu, hər birinin qiyməti 3,15 (üç manat on beş manat) manat, ümumi qiyməti 69,30 (altmış doqquz manat otuz qəpik) manat olan 22 ədəd «Bingo» baby fresness markalı, 01 litrlik təmizləyici vasitəni, hər birinin qiyməti (iki manat altmış qəpik) manat, ümumi qiyməti 62,40 (altmış iki manat qırx qəpik) manat olan 24 ədəd «Bingo» markalı, 500 ml-lik şüşətəmizləyici vasitəni, hər birinin qiyməti 1,40 (bir manat qırx qəpik) manat, ümumi qiyməti 30,80 (otuz manat səksən qəpik) manat olan 22 ədəd «Bingo» markalı, 500 ml-lik qabyuma üçün təmizləyici vasitəni, hər birinin qiyməti 3,80 (üç manat səksən qəpik) manat, ümumi qiyməti 45,60 (qırx beş manat altmış qəpik) manat olan 12 ədəd «Bingo» markalı, 01 litrlik ağardıcı vasitəni, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat, ümumi qiyməti 61,60 (altmış bir manat altmış qəpik) manat olan 28 ədəd «Bingo» markalı, 01 litrik qabyuma üçün təmizləyici vasitəni, hər birinin qiyməti 3,45 (üç manat qırx beş qəpik) manat, ümumi qiyməti 175,95 (yüz yetmiş beş manat doxsan beş qəpik) manat olan 51 ədəd «Bingo» markalı, 1000 ml-lik təmizləyici vasitəni, hər birinin qiyməti 18 (on səkkiz) manat, ümumi qiyməti 90 (doxsan) manat olan 5 ədəd «Bingo» markalı, 09 kiloqramlıq yuyucu tozu, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat, ümumi qiyməti 59,40 (əlli doqquz manat qırx qəpik) manat olan 27 ədəd «Molped» max markalı, 10 ədədli gigiyenik bezi, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) manat, ümumi qiyməti 111,60 (yüz on bir manat altmış qəpik) manat olan 31 ədəd «Molped» markalı, 40 ədədli gigiyenik bezi, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat, ümumi qiyməti 79,20 (yetmiş doqquz manat iyirmi qəpik) manat olan 36 ədəd «Molped» normal markalı, 10 ədədli gigiyenik bezi, hər birinin qiyməti 1,60 (bir manat altmış qəpik) manat, ümumi qiyməti 33,60 (otuz üç manat altmış qəpik) manat olan 21 ədəd «Molped» günlük markalı, 20 ədədli gigiyenik bezi, hər birinin qiyməti 1 (bir) manat, ümumi qiyməti 33 (otuz üç) manat olan 33 ədəd «Molped» normal markalı, 8 ədədli gigiyenik bezi, hər birinin qiyməti 3,65 (üç manat altmış beş qəpik) manat, ümumi qiyməti 83,95 (səksən üç manat doxsan beş qəpik) manat olan 23 ədəd «Molped» normal markalı, 20 ədədli gigiyenik bezi, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat, ümumi qiyməti 55 (əlli beş) manat olan 25 ədəd «Molped» ultra markalı, 7 ədədli gigiyenik bezi, hər birinin qiyməti 3,65 (üç manat altmış beş qəpik) manat, ümumi qiyməti 73 (yetmiş üç) manat olan 20 ədəd «Molped» markalı, 20+14 ədədli gigiyenik bezi, hər birinin qiyməti 3,65 (üç manat altmış beş qəpik) manat, ümumi qiyməti 98,55 (doxsan səkkiz manat əlli beş) manat olan 27 ədəd «Molped» normal markalı, 40 ədədli gigiyenik bezi, hər birinin qiyməti 3,70 (üç manat yetmiş qəpik) manat, ümumi qiyməti 122,10 (yüz iyirmi iki manat on qəpik) manat olan 33 ədəd «Molped» long markalı, 16 ədədli gigiyenik bezi, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat, ümumi qiyməti 46,20 (qırx altı manat iyirmi qəpik) manat olan 21 ədəd «Molped» normal markalı, 10 ədədli gigiyenik bezi, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) manat, ümumi qiyməti 48,40 (qırx səkkiz manat qırx qəpik) manat olan 22 ədəd «Molped» long markalı, 7 ədədli gigiyenik bezi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3301,15 (üç min üç yüz bir manat on beş qəpik) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid3 ilə 2020-ci ilin fevral ayından qeyri-rəsmi olaraq ailə həyatı qurub birlikdə müxtəlif ünvanlarda kirayənişin yaşamışlar. xx xxxxxx 2020-ci il tarixdə Həzi Aslanov qəsəbəsində olan zaman orada yerləşən «Ucuzluq» marketdə işçi axtarılması elanına rast gəlmişdir. Belə ki, market gigiyenik vasitələrin satışı ilə məşğuldur. Elanla əlaqədar həmin mağazaya daxil olmuş və mağazada olan Rəsul adlı şəxslə elan barədə danışmışdır. Həmin vaxt Rəsul bildirmişdir ki, mağazanı qohumu Namiq adlı şəxslə birlikdə işlədirlər və Namiqlə bu barədə danışdıqdan sonra onu işə qəbul edə bilərlər. Ertəsi gün o, yenə də həmin marketə gəlmiş və Namiq adlı şəxslə söhbət etdikdən sonra sonuncu onu işə qəbul etmiş və o, həmin gündən etibarən işləməyə başlamışdır. Belə ki, onun iş vaxtı səhər saat 09-dan axşam saat 23 radələrinə kimi olmuşdur. Əmək haqqı isə satdığı məhsulun 10 faizi miqdarında olmuşdur. O, bir müddət orada işlədikdən sonra Namiq və Rəsııla çöl satışı barədə təklif etmişdir. Onlar da onun bu təklifi ilə razılaşdıqdan sonra o, gündəlik icarəyə avtomobil götürərək çöl satışı ilə məşğul olmağa başlamışdır. Həmin vaxt isə marketdə ya Namiq qalmış, ya da mağaza bağlı olmuşdur. Bundan sonra Rəsul və Namiqə təklif etmişdir ki, mağaza bağlı qalmaması üçün qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Rəfiqə mağazada satıcı kimi işləsin. Sonuncular onun bu təklifi ilə razılaşdıqdan sonra xx xxxxxxxx 2020-cı il tarixdə Rəfiqə mağazada satıcı kimi işləməyə başlamışdır. Onun Rəsula 608 (altı yüz səkkiz) manat məbləğində borcu yarandığı, bundan əlavə kredit borcları, həmçinin maddi sıxıntıları olduğu üçün marketdən məhsulları götürüb ucuz qiymətə sataraq borclarını ödəmək qərarına gəlmişdir. O, təxminən bir həftə əvvəl çöl satışı ilə məşğul olan zaman əlində qalan məhsulları satmaq üçün «Həzi Aslanov» metrostansiyasının yaxınlığında olan zaman «Ucuzluq» market görüb içəri daxil olaraq müdir kimi tanıdığı Raufla tanış olmuş və sonuncuya özünü Həzi Aslanov qəsəbəsində yerləşən «Ucuzluq» marketin müdiri kimi təqdim etmişdir. Daha sonra isə idarə etdiyi avtomobildə olan məhsulları aşağı qiymətə ona satmış, beləliklə də aralarında münasibət yaranmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində o, yenidən «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən «Ucuzluq» marketə getmiş və Raufla danışaraq marketi bağladığını və marketdə qalan məhsulları maya dəyərindən aşağı qiymətə satdığını bildirmişdir. Rauf da onunla razılaşaraq marketə gəlib mallara baxıb götürəcəyini demişdir. Həmin gün təxminən saat 21 radələrində o, qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Rəfiqə ilə birlikdə mağazada olan zaman Rauf idarə etdiyi «Ford Transit» markalı **-MK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə marketə gəlmiş və məhsullara baxdıqdan sonra orada olan məhsulların bir qədərini dəyər- dəyməzinə ümumilikdə 1.050 (bir min əlli) manata Raufa satmışdır. Rəfiqəyə isə həmin şəxsin müştəri, məhsulların sifariş olduğunu və nisyə satıldığını bildirmişdir ki, sonuncu onun bu hərəkətlərindən şübhələnməsin. Həmin məhsullar avtomobilə yükləndikdən sonra Rəfiqədən kənarda Raufdan məhsulların dəyəri kimi 1.050 manat məbləğində pulu almışdır. Həmin gün saat 22 radələrində o, Rəfiqə ilə birlikdə marketi bağlayaraq idarə etdiyi avtomobillə getmişlər. Avtomobili bir qədər idarə etdikdən sonra qarşıda saxlamış və Rəfiqədən marketin açarını alaraq ona məxsus açarın içəridə qaldığını və açarı götürmək bəhanəsi ilə ondakı açarı alıb marketə getmişdir. Rəfiqə isə avtomobildə qalmışdır. O, marketə daxil olduqdan sonra vitrindəki məhsulları dağınıq vəziyyətə salıb guya oğurluq hadisəsi baş verməsi səhnəsi yaradaraq marketin qapısını açıq qoyub yenidən idarə etdiyi avtomobilə getmişdir. Avtomobildə olan zaman Rəsulun istifadəsində olan mobil nömrəyə zəng edərək ona borclu olduğu puldan 270 (iki yüz yetmiş) manatını qaytarmaq istədiyini bildirmiş, Rəsul da «Qara Qarayev» metrostansiyasının yaxınlığında yerləşən «Qala» kafesində olduğunu demişdir. O da Rəfiqə ilə birlikdə idarə etdiyi avtomobillə həmin kafeyə getmişdir. Həmin vaxt Rəfiqə avtomobildə onu gözləmiş və o, kafeyə daxil olaraq Raufdan əldə etdiyi 1.050 manat məbləğində puldan 270 manatını Rəsula vermişdir. Səhər saat təxminən 09 radələrində o, Rəfiqə ilə birlikdə kirayənişin yaşadıqları evdən çıxmış və Rəfiqəni işlədikləri marketdən bir qədər aralıda «Asiman» şadlıq sarayının yaxınlığında avtomobildən düşərək guya nisyə verdiyi məhsulların pulunu almaq üçün getdiyini deyib oradan uzaqlaşmışdır. Bir qədər avtomobillə hərəkət etdikdən sonra təxminən saat 11 radələrində o, marketə gəlmişdir. Həmin vaxt, Rəsul, Namiq və Rəfiqə, eyni zamanda polis əməkdaşları marketin qarşısında olmuşlar. O, həmin vaxt avtomobildən düşərək heç nədən xəbəri olmamış kimi Rəsula yaxınlaşıb nə baş verdiyini soruşmuş və sonuncular ona marketdə oğurluq olduğunu bildirmişlər. Həmin vaxt o, Rəsula nisyə verdiyi malların pulunu alması adı ilə əlavə 300 (üç yüz) manat da pul vermişdir. Bundan sonra Rəsul və Namiq hadisənin törədilməsində ondan şübhələndiklərini bildirmişlər. Daha sonra onu da Xətai RPl-nin 37-ci Polis Şöbəsinə aparmışlar və orada izahatı alman zaman yenə də hadisə törətmədiyini bildirmişdir. Lakin ifadə vermək üçün Xətai RPİ-yə gələn zaman törətdiyi hadisəni etiraf etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs onu satıcı kimi işə götürmüş, malları satmağı ona icazə vermiş, eləcə də marketin açarlarını ona vermişdir. Daha sonra o, əməlindən peşman olduğunu, gəncliyini, ilk məhkumluğunu, zərərçəkmiş şəxsə dəymiş ziyandan 500 manat ödənildiyini qeyd edərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən bir aydır ki, ünvan 2 ünvanında yerləşən «Ucuzluq» Marketi icarəyə götürməklə işlədir. Belə ki, həmin mağazanı o, işlədir, mağaza səhər saat 09 radələrindən axşam saat 22 radələrinə kimi olan müddət ərzində fəaliyyət göstərir. Bibisioğlu Şahid2 da işlərində ona köməklik göstərir. Təqsirləndirilən şəxs təxminən bir aydır ki, tanıyır. Belə ki, mağazanın qapısına satıcı tələb olunduğunu yazmış və həmin ərəfədə Mövsüm mağazaya gələrək maddi vəziyyətinin pis olduğunu və işə ehtiyacı olduğunu bildirib satıcı işləmək istədiyini bildirmişdir. O da Mövsümü satıcı kimi işə qəbul edərək satdığı məhsulun 10 faizi dəyərində əmək haqqı verəcəyini bildirmişdir. Mövsüm onunla razılaşmış və marketdə işə başlamışdır. Bundan sonra Mövsüm mağazada qalaraq məhsulların satışı ilə, o və Rəsul isə mağazaya məhsulların gətirilməsi ilə məşğul olmuşlar. Bir neçə müddətdən sonra Mövsüm mağazadakı məhsulların səyyar satışı ilə məşğul olmasını, qeyri-rəsmi yaşadığı arvadı Şahid3 isə mağazada satıcı kimi işləməsini təklif etmişdir. O, Mövsümə inandığından onunla razılaşmış, mağazanı və məhsulları ona etibar etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdən Rəfiqə mağazada satıcı kimi işləməyə başlamışdır. Həmin vaxt Mövsümlə danışıqları ondan ibarət olmuşdur ki, əmək haqqı kimi artıq Mövsümə satdığı məhsulların 10 faizi dəyərində deyil, 5 faizi dəyərində pul veriləcək, qalan 5 faiz də arvadı Rəfiqəyə ödəniləcəkdir. xx xxxxxxxx 2020-cı il tarixdə təxminən saat 09 radələrində Rəsul ona zəng edərək, mağazada oğurluq olması barədə Rəfiqənin məlumat verməsini və təcili mağazaya getmələrini bildirmişdir. O da yaşadığı evdən çıxaraq Rəsulla birlikdə mağazaya getmiş, həmin vaxt Rəfiqə mağazada, qapı açıq və vitrin dağıdılmış vəziyyətdə olmuşdur. Onlar Rəfiqədən nə baş verdiyini soruşduqda, sonuncu qapının açıq olmasını və içəridə belə bir halın olduğunu bildirmişdir. Bundan sonra Rəsul istifadəsində olan mobil nömrə ilə baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəldikdən sonra Mövsüm də hadisə yerinə gəlmişdir. Həmin vaxt onlar hadisənin Mövsüm tərəfindən törədilməsində şübhələndikləri üçün ona bu barədə bildirsələr də, Mövsüm həmin əşyaların onun tərəfindən götürülmədiyini bildirmişdir. Bundan sonra hadisə yeri polis əməkdaşları tərəfindən müayinə olunmuş və o, ərizə ilə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində icarədarı olduğu «Ucuzluq» marketdən hər qutusunun dəyəri 7,40 (yeddi manat qırx qəpik) manat, ümumi dəyəri 222 (iki yüz iyirmi iki) manat olan 4 ölçülü 30 qutu «Molfix» markalı uşaq bezi, hər qutusunun dəyəri 11,60 (on bir manat altmış qəpik) manat, ümumi dəyəri 46,40 (qırx altı manat qırx qəpik) manat olan 5 ölçülü 4 qutu «Molfix» markalı uşaq bezi, hər qutusunun dəyəri 11,60 (on bir manat altmış qəpik) manat, ümumi dəyəri 23,20 (iyirmi üç manat iyirmi qəpik) manat olan 5 ölçülü 2 qutu «Molfix» markalı uşaq bezi, dəyəri 17,60 (on yeddi manat altmış qəpik) manat olan 3 ölçülü 1 qutu «Molfix» markalı uşaq bezi, hər birinin dəyəri 2,60 (iki manat altmış qəpik) manat, ümumi dəyəri 93,60 (doxsan üç manat altmış qəpik) manat olan 36 ədəd «Molfix» markalı nəm salfet, hər qutusunun dəyəri 3,70 (üç manat yetmiş qəpik) manat, ümumi dəyəri 81,40 (səksən bir manat qırx qəpik) manat olan 22 qutu «Familiya» markalı salfet, hər qutusunun dəyəri 1,50 (bir manat əlli qəpik) manat, ümumi dəyəri 10,50 (on manat əlli qəpik) manat olan 7 qutu «Familiya» markalı cib salfeti, hər qutusunun dəyəri 0,86 (səksən altı qəpik) manat, ümumi dəyəri 28,38 (iyirmi səkkiz manat otuz səkkiz qəpik) manat olan 33 qutu «Familiya» markalı salfet, hər qutusunun dəyəri 1,85 (bir manat səksən beş qəpik) manat, ümumi dəyəri 3,70 (üç manat yetmiş qəpik) manat olan 2 qutu «Familiya» markalı salfet, hər qutusunun dəyəri 1,21 (bır manat iyirmi bir qəpik) manat, ümumi dəyəri 18,15 (on səkkiz manat on beş qəpik) manat olan 15 qutu «Familiya» markalı salfet, hər birinin dəyəri 1,20 (bir manat iyirmi qəpik) manat, ümumi dəyəri 12 (on iki) manat olan 10 ədəd «ASE» markalı gigiyenik vasitə, hər birinin dəyəri 2,50 (iki manat əlli qəpik) manat, ümumi dəyəri 10 (on) manat olan 4 ədəd gigiyenik vasitə, hər birinin dəyəri 1,60 (bir manat altmış qəpik) manat, ümumi dəyəri 22,40 (iyirmi iki manat qırx qəpik) manat olan 14 ədəd «Comet» markalı gigiyenik vasitə, hər birinin dəyəri 1,50 (bir manat əlli qəpik) manat, ümumi dəyəri 16,50 (on altı manat əlli qəpik) manat olan 11 ədəd «NET» markalı gigiyenik vasitə, hər birinin dəyəri 1 (bir) manat, ümumi dəyəri 5 (beş) manat olan 5 ədəd «Air Vek» markalı hava təmizləyici dezodorant, hər birinin dəyəri 2 (iki) manat, ümumi dəyəri 8 (səkkiz) manat olan 4 ədəd «Camsil» markalı gigiyenik vasitə, dəyəri 1,50 (bir manat əlli qəpik) manat olan 1 ədəd «Ariel» markalı yuyucu toz, dəyəri 1,20 (bir manat iyirmi qəpik) manat olan 1 ədəd «Losk» markalı yuyucu toz, hər birinin dəyəri 1,60 (bir manat altmış qəpik) manat, ümumi dəyəri 8 (səkkiz) manat olan 5 ədəd «Tide» markalı yuyucu toz, hər birinin dəyəri 4 (dörd) manat, ümumi dəyəri 16 (on altı) manat olan 4 ədəd «Luxe» markalı saç boyası, hər birinin dəyəri 2,5 (iki manat əlli qəpik) manat, ümumi dəyəri 10 (on) manat olan 4 ədəd nəmləndirici salfet, hər birinin dəyəri 2 (iki) manat, ümumi dəyəri 12 (on iki) manat olan 6 ədəd «Always» markalı gigiyenik bez, hər birinin dəyəri 2 (iki) manat, ümumi dəyəri 4 (dörd) manat olan 2 ədəd «Cotex» markalı gigiyenik bez, dəyəri 2,5 (iki manat əlli qəpik) manat olan 1 ədəd «ABC» markalı qabyuyan maye, hər birinin dəyəri 6 (altı) manat, ümumi dəyəri 30 (otuz) manat olan 5 ədəd «Syoss» markalı saç boyası, hər birinin dəyəri 3,6 (üç manat altmış qəpik) manat, ümumi dəyəri 43,2 (qırx üç manat iyirmi qəpik) manat olan 12 ədəd «Syoss» markalı saç boyası, hər birinin dəyəri 3 (üç) manat, ümumi dəyəri 27 (iyirmi yeddi) manat olan 9 ədəd «Palette» markalı saç boyası, hər birinin dəyəri 3 (üç) manat, ümumi dəyəri 36 (otuz altı) manat olan 12 ədəd «Fitalon» markalı saç boyası, hər birinin dəyəri 3,95 (üç manat doxsan beş qəpik) manat, ümumi dəyəri 7,90 (yeddi manat doxsan qəpik) manat olan 2 ədəd «Papia» markalı salfet, hər qutusunun dəyəri 1,36 (bir manat otuz altı qəpik) manat, ümumi dəyəri 46,24 (qırx altı manat iyirmi dörd qəpik) manat olan 34 ədəd «Papia» markalı qutu salfet, hər birinin dəyəri 4,86 (dörd manat səksən altı qəpik) manat, ümumi dəyəri 77,76 (yetmiş yeddi manat yetmiş altı qəpik) manat olan 16 ədəd «Papia» markalı salfet, hər birinin dəyəri 1,20 (bir manat iyirmi qəpik) manat, ümumi dəyəri 127,20 (yüz iyirmi yeddi manat iyirmi qəpik) manat olan 106 ədəd «Papia» markalı salfet, hər birinin dəyəri 1,20 (bir manat iyirmi qəpik) manat, ümumi dəyəri 27,60 (iyirmi yeddi manat altmış qəpik) manat olan 23 ədəd «Papia» markalı salfet, hər qutusunun dəyəri 2,10 (iki manat on qəpik) manat, ümumi dəyəri 29,40 (iyirmi doqquz manat qırx qəpik) manat olan 14 qutu «Papia» markalı cib salfeti, hər birinin dəyəri 2,10 (iki manat on qəpik) manat, ümumi dəyəri 6,30 (altı manat otuz qəpik) manat olan 3 ədəd salfet, hər birinin dəyəri 2,19 (iki manat on doqquz qəpik) manat, ümumi dəyəri 6,57 (altı manat əlli yeddi qəpik) manat olan 3 ədəd «Papia» markalı salfet, hər birinin dəyəri 1,32 (bir manat otuz iki qəpik) manat, ümumi dəyəri 27,72 (iyirmi yeddi manat yetmiş iki qəpik) manat olan 21 ədəd «Papia» markalı salfet, hər birinin dəyəri 1,85 (bir manat səksən beş qəpik) manat, ümumi dəyəri 24,05 (iyirmi dörd manat beş qəpik) manat olan 13 ədəd «Papia» markalı salfet, hər birinin dəyəri 1,40 (bir manat qırx qəpik) manat, ümumi dəyəri 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat olan 28 ədəd «Bingo» markalı qabyuyan vasitə, hər birinin dəyəri 4,35 (dörd manat otuz beş qəpik) manat, ümumi dəyəri 73,95 (yetmiş üç manat doxsan beş qəpik) manat olan 17 ədəd «Bingo» markalı gigiyenik vasitə, hər birinin dəyəri 2,60 (iki manat altmış qəpik) manat, ümumi dəyəri 78 (yetmiş səkkiz) manat olan 30 ədəd «Bingo» markalı gigiyenik vasitə, hər birinin dəyəri 3,15 (üç manat on beş qəpik) manat, ümumi dəyəri 75,60 (yetmiş beş manat altmış qəpik) manat olan 24 ədəd «Bingo» markalı gigiyenik vasitə, hər birinin dəyəri 3,70 (üç manat yetmiş qəpik) manat, ümumi dəyəri 62,90 (altmış iki manat doxsan qəpik) manat olan 17 ədəd «Bingo» markalı təmizləyici vasitə, hər birinin dəyəri 18 (on səkkiz) manat, ümumi dəyəri 90 (doxsan) manat olan 5 ədəd «Bingo» markalı yuyucu toz, hər birinin dəyəri 2,40 (iki manat qırx qəpik) manat, ümumi dəyəri 79,20 (yetmiş doqquz manat iyirmi qəpik) manat olan 33 ədəd «Bingo» markalı təmizləyici vasitə, hər birinin dəyəri 1,40 (bir manat qırx qəpik) manat, ümumi dəyəri 29,4 (iyirmi doqquz manat qırx qəpik) manat olan 21 ədəd «Bingo» markalı yuyucu toz, hər birinin dəyəri 3,65 (üç manat altmış beş qəpik) manat, ümumi dəyəri 47,45 (qırx yeddi manat qırx beş qəpik) manat olan 13 ədəd «Bingo» markalı təmizləyici vasitə, hər birinin dəyəri 4,30 (dörd manat otuz qəpik) manat, ümumi dəyəri 64,50 (altmış dörd manat əlli qəpik) manat olan 15 ədəd «Bingo» markalı yuyucu toz, hər birinin dəyəri 7,64 (yeddi manat altmış dörd qəpik) manat, ümumi dəyəri 91,68 (doxsan bir manat altmış səkkiz qəpik) manat olan 12 ədəd «Bingo» markalı yuyucu toz, hər birinin dəyəri 3,65 (üç manat altmış beş qəpik) manat, ümumi dəyəri 14,60 (on dörd manat altmış qəpik) manat olan 4 ədəd «Bingo» markalı təmizləyici vasitə, hər birinin dəyəri 3,45 (üç manat qırx beş qəpik) manat, ümumi dəyəri 20,70 (iyirmi manat yetmiş qəpik) manat olan 6 ədəd «Bingo» markalı yuyucu toz, hər birinin dəyəri 1,80 (bir manat səksən qəpik) manat, ümumi dəyəri 39,60 (otuz doqquz manat altmış qəpik) manat olan 22 ədəd «Bingo» markalı yuyucu toz, hər birinin dəyəri 2 (iki) manat, ümumi dəyəri 44 (qırx dörd) manat olan 22 ədəd «Bingo» markalı yuyucu toz, hər birinin dəyəri 1,49 (bir manat qın;: doqquz qəpik) manat, ümumi dəyəri 17,88 (on yeddi manat səksən səkkiz qəpik) manat olan 12 ədəd «Bingo» markalı yuyucu toz, hər birinin dəyəri 4 (dörd) manat, ümumi dəyəri 204 (iki yüz dörd) manat olan 51 ədəd «Bingo» markalı yuyucu toz, hər birinin dəyəri 3,22 (üç manat iyirmi iki qəpik) manat, ümumi dəyəri 86,94 (səksən altı manat doxsan dörd qəpik) manat olan 27 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 3,05 (üç manat beş qəpik) manat, ümumi dəyəri 94,55 (doxsan dörd manat əlli beş qəpik) manat olan 31 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,61 (bir manat altmış bir qəpik) manat, ümumi dəyəri 28,98 (iyirmi səkkiz manat doxsan səkkiz qəpik) manat olan 18 ədəd «Molped» markalı gigiyenik bez, dəyəri 3,85 (üç manat səksən beş qəpik) manat olan 1 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 2,11 (iki manat on bir qəpik) manat, ümumi dəyəri 35,87 (otuz beş manat səksən yeddi qəpik) manat olan 17 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 2,11 (iki manat on bir qəpik) manat, ümumi dəyəri 44,31 (qırx dörd manat otuz bir qəpik) manat olan 21 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 3,05 (üç manat beş qəpik) manat, ümumi dəyəri 51,85 (əlli bir manat səksən beş qəpik) manat olan 17 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,61 (bir manat altmış bir qəpik) manat, ümumi dəyəri 37,03 (otuz yeddi manat üç qəpik) manat olan 23 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,40 (bir manat qırx qəpik) manat, ümumi dəyəri 25,20 (iyirmi beş manat iyirmi qəpik) manat olan 18 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,40 (bir manat qırx qəpik) manat, ümumi dəyəri 28 (iyirmi səkkiz) manat olan 20 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,82 (bir manat səksən iki qəpik) manat, ümumi dəyəri 12,74 (on iki manat yetmiş dörd qəpik) manat olan 7 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,82 (bir manat səksən iki qəpik) manat, ümumi dəyəri 29,12 (iyirmi doqquz manat on iki qəpik) manat olan 16 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,82 (bir manat səksən iki qəpik) manat, ümumi dəyəri 27,30 (iyirmi yeddi manat otuz qəpik) manat olan 15 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,40 (bir manat qırx qəpik) manat, ümumi dəyəri 16,80 (on altı manat səksən qəpik) manat olan 12 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1 (bir) manat, ümumi dəyəri 18 (on səkkiz) manat olan 18 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,82 (bir manat səksən iki qəpik) manat, ümumi dəyəri 27,30 (iyirmi yeddi manat otuz qəpik) manat olan 15 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,82 (bir manat səksən iki qəpik) manat, ümumi dəyəri 38,22 (otuz səkkiz manat iyirmi iki qəpik) manat olan 21 ədəd «Molped» markalı gigiyenik bez, hər birinin dəyəri 1,82 (bir manat səksən iki qəpik) manat, ümumi dəyəri 40,04 (qırx manat dörd qəpik) manat olan 22 ədəd «Molped» markalı gigiyenik bez oğurlanmışdır. Nəticədə ona ümumilikdə 2909,73 (iki min doqquz yüz doqquz manat yetmiş üç qəpik) maddi ziyan dəymişdir. İlkin ərizə və izahat yazan zaman həmin vaxt dəqiq olaraq nə qədər məhsul oğurlandığını bilmədiyi üçün təqribi qiymət yazmış, amma sonradan hesablama apardıqdan sonra ona məlum olmuşdur ki, oğurluq nəticədə ona ümumilikdə 2909,73 manat maddi ziyan dəymişdir. İlkin ifadə verən zaman həmin sadalanan məhsullardan bəziləri eyni çeşid və müxtəlif say olduğu üçün həmin malları ayrı-ayrılıqda qeyd etmişdir. Bu səbəbdən həmin malların sayında fərqlilik yaranmışdır. Lakin icarədarı olduğu «Ucuzluq» marketdən oğurlanmış malların adları və çeşidləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx xxxxxxx 2020-ci il tarixli 9/3687 №-li rəyində qeyd olunduğu kimi 65 adda mal təşkil edir. O, məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx xxxxxxx 2020-ci il tarixli 9/3687 №-li rəyində qeyd olunan qiymətlərlə tam olaraq razıdır və oğurlanmış məhsulların qiymətinin həmin ekspert rəyində qeyd olunan orta bazar qiymətləri ilə hesablanmasını xahiş etmişdir. Mağazada olan malların səyyar satışı ilə məşğul olmağı Mövsümə tapşırmış, eləcə də mağazanın açarı Mövsümdə də olmuşdur. Daha sonra o, məhkəməyə ərizə təqdim edərək, ziyandan 500 manat ödənilməsini, qalan ziyanın ödəniləcəyinə söz verilməsini nəzərə alıb təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, 1001 xırdavat sahəsində sahibkarlıqla məşğuldur. xx xxxxxxxx 2020-ci ildən «Həzi Aslanov» metrostansiyasının yanında yerləşən «Sevilən Evim» mağazasının sahibidir. Təxminən bir neçə gün əvvəl o, mağazada olan zaman bir nəfər əvvəllər tanımadığı şəxs mağazaya daxil olmuş və ondan satdığı məhsulların qiymətini soruşmuşdur. O, qiymətləri həmin şəxsə dedikdən sonra sonuncu, yəni adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o, özü də həmin məhsulların satışı ilə məşğul olur, «Həzi Aslanov» qəsəbəsində özünə məxsus mağazası vardır. Həmçinin Mövsüm ona demişdir ki, hazırda idarə etdiyi avtomobildə bəzi məhsullar var və aşağı qiymətə satır. O da həmin məhsullara baxdıqdan sonra Mövsümdən həmin məhsulları almaq qərarına gəlmiş və 167 (yüz altmış yeddi) manat dəyərində müxtəlif adda məhsullar almışdır. Beləliklə də Mövsümlə münasibətləri yaranmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində o, özünə məxsus mağazada olan zaman Mövsüm yenidən mağazaya gəlmiş və bildirmişdir ki, özünə məxsus marketi bağlayır və marketdə qalan məhsulları maya dəyərindən aşağı qiymətə satmaq istəyir. Həmçinin həmin malları ucuz qiymətə ona təklif etdiyi üçün o da həmin mallara baxaraq almaq fikrinə düşmüşdür. Həmin gün təxminən saat 21 radələrində o, etibarnamə əsasında idarə etdiyi «Ford Transit» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Mövsümə məxsus «Həzi Aslanov» qəsəbəsində yerləşən «Ucuzluq» marketə gəlmişdir. Həmin vaxt onun yanında işçisi Orxan olmuşdur. O, Mövsümə məxsus mağaya daxil olan zaman oradan Mövsümdən başqa bir nəfər də qız olmuşdur. Həmin vaxt o, məhsullara baxdıqdan sonra Mövsümlə birlikdə məhsulları yığmış və yığdıqları məhsulların ümumi dəyəri 1.050 (bir min əlli) manat təşkil etmişdir. Bundan sonra o, həmin 1050 manat pulu Mövsümə vermiş və məhsulları Orxanla birlikdə etibarnamə əsasında idarə etdiyi «Ford Transit» markalı **-MK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklədikdən sonra özünə məxsus «Həzi Aslanov» metrostansiyasının yanında yerləşən «Sevilən Evim» mağazasının qarşısına gəlmişdir. Lakin həmin vaxt gec olduğu üçün həmin məhsulları avtomobildən düşürməmişdir. Ertəsi gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində Mövsümdən aldığı məhsulların yarısını avtomobildən düşürüb mağazada yerləşdirmiş, qalan hissəsi ilə avtomobildə qalmışdır. Həmin gün Mövsümdən alıb mağazaya yerləşdirdiyi məhsullardan 150 (yüz əlli) manatlıq məhsulu satmış, təxminən saat 13 radələrində polis əməkdaşları işlədiyi mağazaya gələrək Mövsümdən aldığı məhsulların cinayət yolu ilə əldə olunduğunu bildirmişlər. Mövsüm ona həmin məhsulları cinayət yolu ilə əldə etdiyini deməmişdir, əgər belə bir hal olsaydı, o həmin məhsulları almazdı. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin fevral ayından qeyri-rəsmi olaraq ailə həyatı qurub birlikdə kirayənişin yaşamışlar. xx xxxxxx 2020-ci il tarixdə Həzi Aslanov qəsəbəsində olan zaman orada yerləşən «Ucuzluq» marketdə işçi axtarılması elanına rast gəlmişlər. Belə ki, həmin market gigiyenik vasitələrin satışı ilə məşğuldur. Mövsüm elanla əlaqədar həmin mağazaya daxil olmuş və mağazada olan adı sonradan ona məlum olan Rəsul adlı şəxslə elan barədə danışmışdır. Bir qədər sonra Mövsüm gələrək işə qəbul olmasını bildirmişdir. Bundan sonra onlar Həzi Aslanov qəsəbəsində kirayə ev tutaraq orada yaşamağa başlamışlar. Mövsüm hər gün səhər 08 radələrində evdən çıxır, axşam isə təxminən saat 22 radələrində evə qayıtmışdır. Mövsüm bir müddət işlədikdən sonra ona da həmin mağazada satıcı işləməyi təklif etmiş və o, sonuncunun təklifi ilə razılaşmışdır. Bundan sonra o, xx xxxxxxxx 2020-ci il tarixdə Mövsümlə birlikdə həmin mağazaya getmiş və həmin vaxt Rəsul və Namiqlə tanış olmuşdur. Belə ki, həmin razılaşmaya əsasən Mövsüm çöl satışı ilə, o isə mağazada satış işləri ilə məşğul olmalı idi. O, hər gün səhər saat təxminən 10 radələrində mağazam açmış və axşam saat 22 radələrində Mövsümlə birlikdə mağazam bağlayıb yaşadıqları evə getmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə o yenə də səhər saatlarında Mövsümlə birlikdə mağazaya gəlmiş və mağazanı açdıqdan sonra Mövsüm çöl satışı ilə məşğul olmaq üçün getmiş, o isə mağazada çalmışdır. Həmin gün təxminən saat 16 radələrində Mövsüm mağazaya qayıtmış və onunla birlikdə mağazada olmuşdur. Təxminən saat 21 radələrində onlar birlikdə mağazada olan zaman «Ford Transit» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili marketin qarşısında dayanmış və Mövsüm ona bildirmişdir ki, gələn avtomobil sifariş üçün gəlib və ona müəyyən qədər məhsullardan nisyə olaraq verəcəkdir. Bundan sonra mağazada olan mallardan müəyyən qədəri həmin avtomobilə yüklənmiş və Mövsüm kənarda həmin şəxslə nəsə danışmağa başlamışdır. Lakin onların nə barədə danışdıqlarını bilməmiş, çünki həmin vaxt o, mağazada olmuş, sonuncular isə küçədə avtomobilin yanında söhbət etmişlər. Daha sonra təxminən saat 22 radələrində o, Mövsümlə birlikdə marketi bağlayaraq sonuncunun idarə etdiyi avtomobılb getmişlər. Mövsüm avtomobili bir qədər idarə etdikdən sonra qarşıda saxlamış və ondan marketin açarını alaraq özünə məxsus açarın içəridə qaldığını deyib açarı götürmək üçün marketə getmişdir. O isə avtomobildə qalmışdır. Bir neçə dəqiqədən sonra Mövsüm qayıtmış və onlar birlikdə «Qara Qarayev» metrostansiyasının yaxınlığında yerləşən «Qala» kafesinə getmişlər. Yolda olan zaman Mövsüm bildirmişdir ki, Rəsul həmin kafedədir və Rəsula olan borcundan qaytarmaq üçün ora gedir. Kafeyə çatdıqdan sonra o, avtomobildə gözləmiş və Mövsüm isə kafeyə daxil olmuşdur. Təxminən bir neçə dəqiqədən sonra onlar oradan ayrılaraq getmişlər. Səhər saat təxminən 09 radələrində o, Mövsümlə birlikdə kirayənişin yaşadıqları evdən çıxmış və Mövsüm onu işlədikləri marketdən bir qədər aralıda «Asiman» şadlıq sarayının yaxınlığında avtomobildən düşürərək, nisyə verdiyi məhsulların pulunu almaq üçün getdiyini deyib oradan uzaqlaşmışdır. O isə piyada marketə getmişdir. Marketə çatan zaman görmüşdür ki, giriş qapısı açıq və içəri dağınıq vəziyyətdədir. O, marketdə oğurluq olmasından şübhələndiyi üçün bu barədə dərhal Rəsul və Namiqə zəng edərək bildirmişdir. Bir müddət sonra Rəsul və Namiq marketə gəlmiş və daha sonra onlar marketdə oğurluq olması barədə polis əməkdaşlarına məlumat vermişlər. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, Mövsüm isə polis əməkdaşlarından sonra gələrək nə baş verməsini soruşmuşdur. Bundan sonra onlar hamılıqla Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gedərək izahat vermişlər. Onun oğurluq cinayəti barədə heç bir məlumatı olmamış, bu barədə səhər saatlarında işə gələn zaman bilib Namiq və Rəsula məlumat vermişdir. Şahid1 əvvəllər tanımamış, həmin şəxsi birinci dəfə idi ki, görmüşdür. Şahid1 həmin gün aldığı malların əvəzində Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul verməsinin şahidi olmamış, Mövsüm ona demişdir kı, həmin malları nisyə olaraq verir. Zərərçəkmiş şəxs Mövsümü satıcı kimi işə götürmüş, marketin açarını Mövsümə vermişdir. Zərərçəkmiş şəxs həmçinin mağazada olan malları satmağı da Mövsümə etibar etmişdir. Hadisənin yuxarıda şərh olunan halları məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsi ilə bir daha təsdiq olunmuşdur. Onun ifadəsi zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar olmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 9/3687 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan 65 adda malların 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 266,95 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən, lakin ekspertiza tədqiqatına təqdim olunmayan digər 9 adda mallar haqqında kifayət qədər məlumat (çəkisi, miqdarı və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 65 (altmış beş) adda məhsul, yəni 30 qutu, 4 ölçülü, 24 ədədli «Molfıx» markalı uşaq bezi, 4 qutu, 6 ölçülü, 26 ədədli «Molfıx» markalı uşaq bezi, 2 qutu, 5 ölçülü, 30 ədədli «Molfıx» markalı uşaq bezi, 1 qutu, 3 ölçülü, 68 ədədli «Molfix» markalı uşaq bezi, 36 ədəd «Molfıx» markalı, 60 ədədli nəm salfet, 37 qutu «Familiya» markalı, 12 rulonlu salfet, 9 qutu «Familiya» markalı cib salfeti, 33 qutu «Familiya» markalı, 100 ədədli süfrə salfeti, 14 ədəd, 475 qramlıq, «Comet» markalı gigiyenik toz, 11 ədəd, 600 qramlıq «NET» markalı dezinfeksiyaedici vasitə, 5 ədəd 300 ml-lik «EXON» markalı air wick hava təmizləyici sprey, 4 ədəd, 500 ml-lik «ARENA» markalı şüşə təmizləyici vasitə, 4 ədəd, 5 kiloqramlıq «ARENA» markalı maye sabun, 1 ədəd, 3 kiloqramlıq «Ariel» markalı yuyucu toz, 1 ədəd, 1,5 kiloqramlıq «Ariel» markalı yuyucu toz, 1 ədəd, 450 qramlıq «Ariel» markalı yuyucu toz, 1 ədəd, 450 qramlıq «Losk» markalı yuyucu toz, 5 ədəd, 400 qramlıq «Tide» markalı yuyucu toz, 4 ədəd «X3» markalı saç boyası, 4 ədəd, 100 ədədli «Seide» markalı nəmləndirici salfet, 6 ədəd «Always» markalı gigiyenik bez, 2 ədəd «Cotex» markalı gigiyenik bez, 1 ədəd, 750 qramlıq «ABC» markalı qabyuyan maye, 1 ədəd, 500 qramlıq «ABC» markalı təmizləyici toz, 10 ədəd, 01 litrlik «ACE» markalı gigiyenik vasitə, 1 ədəd, 500 qramlıq «Rakina» markalı təmizləyici toz, 5 ədəd «Syoss» markalı amiyaksız saç boyası, 12 ədəd «Syoss» markalı saç boyası, 9 ədəd «Palette» markalı, fitoloniya saç boyası, 12 ədəd «Palette» markalı saç boyası, 3 ədəd «Lusia» markalı salfet, 1 ədəd «Percil» markalı, 1,5 kiloqramlıq yuyucu toz, 5 ədəd «Papıa» markalı, 32 rulonlu salfet, 34 ədəd «Papia» markalı qutu salfet, 2 ədəd «Papia» markalı 12 rulonlu salfet, 14 ədəd «Papia» markalı, 2 rulonlu mətbəx salfeti, 36 ədəd «Papia» markalı, 4 rulonlu salfet, 106 ədəd «Papia» markalı süfrə salfeti, 17 ədəd «Bingo» markalı, 750 ml-lik sprey, 34 ədəd «Bingo» markalı, 01 litrlik təmizləyici vasitə, 33 ədəd «Bingo» markalı, 750 ml-lik təmizləyici vasitə, 30 ədəd «Bingo» markalı, 960 ml-lik yumşaldıcı vasitə, 21 ədəd «Bingo» markalı, 400 qramlıq yuyucu toz, 15 ədəd «Bingo» markalı, 450 qramlıq yuyucu toz, 12 ədəd «Bingo» markalı, 500 qramlıq ağardıcı toz, 6 ədəd «Bingo» markah, 500 qramlıq qoruyucu toz, 22 ədəd «Bingo» baby fresness markah, 01 litrlik təmizləyici vasitə, 24 ədəd «Bingo» markalı, 500 mMik şüşə təmizləyici vasitə, 22 ədəd «Bingo» markalı, 500 ml-lik qabyuma üçün təmizləyici vasitə, 12 ədəd «Bingo» markalı, 01 litrlik ağardıcı vasitə, 28 ədəd «Bingo» markah, 01 litrlik qabyuma üçün təmizləyici vasitə, 51 ədəd «Bingo» markalı, 1000 mMik təmizləyici vasitə, 5 ədəd «Bingo» markalı, 09 kiloqramlıq yuyucu toz, 27 ədəd «Molped» nıax markalı, 10 ədədli gigiyenik bez, 31 ədəd «Molped» markalı, 40 ədədli gigiyenik bez, 36 ədəd «Molped» normal markalı, 10 ədədli gigiyenik bez, 21 ədəd «Molped» günlük markalı, 20 ədədli gigiyenik bez, 33 ədəd «Molped» normal markalı, 8 ədədli gigiyenik bez, 23 ədəd «Molped» normal markah, 20 ədədli gigiyenik bez, 25 ədəd «Molped» ultra markalı, 7 ədədli gigiyenik bez, 20 ədəd «Molped» markah, 20+14 ədədli gigiyenik bez, 27 ədəd «Molped» normal markalı, 40 ədədli gigiyenik bez, 33 ədəd «Molped» long markalı, 16 ədədli gigiyenik bez, 21 ədəd «Molped» normal markalı, 10 ədədli gigiyenik bez, 22 ədəd «Molped» long markalı, 7 ədədli gigiyenik bez iş üzrə maddi sübut qismində tanınmış və həmin əşyalar Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ İstintaq Şöbəsinin müstəntiqi Elşən Quliyevin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saxlandığı X1 azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ İstintaq Şöbəsinin müstəntiqi Elşən Quliyevin qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xətai RPİ 37-ci Polis Şöbəsinin xx xxxx 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2021-ci il tarixdə tutularaq X2 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ziyandan 500 manat ödənilməsini, qalan ziyanın ödəniləcəyini nəzərə alıb təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs «Ucuzluq» Marketdə satıcı kimi işləməyə başlamış, daha sonra Zərərçəkmiş şəxs razılığı ilə məhsulların səyyar satışı ilə məşğul olmağa başlamışdır. Marketdən taladığı əşyalar zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş əşyalar olmuşdur. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarının 21-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrindən göründüyü kimi həmin əşyalar təqsirləndirilən şəxsə etibar edilmiş əşyalar olmuş, Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını talamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamamasını, etibar edilmiş özgə əmlakını talamasını nəzarə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 179.1-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, xx xxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək saxlandığı 01 (bir) ay 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış 65 adda məhsul hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci 50 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 (bir) ay 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay 06 (altı) gün çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış 65 (altmış beş) adda məhsul hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar