Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-66/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə haqqında» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 23 radələrində “AC 363046” nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan ağ rəngli “BMW X-5” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə “Nargilə” dairəsi istiqamətində saatda 50-60 km sürətlə idarə edərkən ünvan 2 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmaqla baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısına almağa texniki imkanı olduğu halda, bunları etməyərək idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsini sağdan sola doğru iti yerişlə keçməkdə olan piyadalar - az yaşlı X13 və nənəsi X8 vuraraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Sübhan Quluzadənin huşun koma İ tipli pozulması ilə müşayiət olunan baş-beyin ağır dərəcəli əzilməsi, sağ təpə, sol təpə, sol və sağ gicgah bazal nahiyədə kontuziyalar, sağ çənə sümüyünün xətti sınığı, sağ qaşüstü, sol çənə, sol qulaqarxası nahiyədə kəsilmiş yaralar, üzün sol hissəsində sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri, zərərçəkmiş şəxs Kəmalə Paşayeva başın küt travması, sağ gicgah nahiyəsinin beyindaxili qansızına, çoxsaylı kontuziya ocaqları həyati olub, ölümlə birbaşa səbəbli əlaqəli olan, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər yetirməklə, sonuncunun aldığı baş-beyinin kəskin ödemi fonunda ağciyər-ürək çatışmazlığından 02 sentyabr 2023cü il tarixdə Neyrocərrahiyyə Xəstəxanasında ölümünə səbəb olması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti Zığ şossesi istiqamətindən üzü mərkəzi istiqamətə, yəni Nargilə dairəsinə doğru Zərifə Şadlıq sarayının qarşısından özünə məxsus “BMW X-5” minik markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yolun sağ tərəfindən 2-ci hərəkət zolağı ilə qarşısına 1 qadın ilə yanında olan azyaşlı uşağ çıxmışdır. Onlar yolu iti addımlar ilə keçdikləri zaman onları avtomobilinin sağ ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur. Həmin vaxtı həyacanlı olduğu üçün dərhal avtomobili yolun sağ kənar hissəsinə çəkərək saxlayıb aşağı enərək həmin şəxslərə yaxınlaşdıqda adlarını sonradan öyrəndiyi X11 ilə az yaşlı X9 huşsuz vəziyyətdə asfalt-betonun üzərində uzandıqlarını görmüşdür. Tanımadığı vətəndaşlar hadisə yerinə yaxınlaşaraq həmin şəxslərə ilkin tibbi yardım göstərməyə çalışmışlar. O, X20 briqadasına istifadəsində olan mobil nömrə ilə məlumat vermişdir. X20 briqadası hadisə yerinə gəldikdən sonra Kəmalə Paşayevanı 3 saylı Sabunçu xəstəxanasına aparmışlar, lakin azyaşlı uşağı isə tanımadığı şəxs öz şəxsi avtomobilinə qoyaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə xəstəxanasına aparmışdır. Orada ilkin tibbi yardım göstərildikdən sonra Kəmalə Paşayeva və Sübhan Quluzadə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilmişlər. O, daima onların yanında olaraq maddi və mənəvi dəstək olmuş, Sübhan Quluzadəyə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşı olduğu üçün evə buraxılmışdır.Onların sağalması üçün əlindən gələn hər cür yardımı əsirgəməmişdir. Bundan başqa əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, ondan şikayətçi olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, notarial qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 ərizəsində təqsirləndirilən şəxsə qarşı şikayətin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, 06 mart 1974-cü il təvəllüdlü mərhum X11 onun anasıdır, xx.xx.2017-ci təvəllüdlü X13 isə oğludur. 2017-ci ilin yanvar ayında Şəfi Məmmədov ilə qeyri-rəsmi ailə həyatı qurmuşlar. xx.xx.2017-ci il tarixdə X13 dünyaya gəlmişdir. 2018-ci ildə həyat yoldaşından ayrıldıqdan sonra oğlu Sübhan onun himayəsində hazırki günədək yaşayır. 13 may 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olarkən anası X10 ilə Bakı şəhəri, Xəlai rayonu ərazisində olan Zərifə Əliyeva adına parka gəzməyə getmək istədiyini bildirmişdir. O, oğlunun anası ilə gəzməyə getməsinə etiraz etməmişdir. Təxminən 1 saatdan sonra tanımadığı bir nəfər şəxs onun mobil nömrəsinə zəng edərək Xətai rayonu, 8 noyabr prospektində yerləşən “Zərifə” şadlıq sarayının qarşısında avtomobil yolunda anası ilə oğlunu ağ rəngli “BMW X- 5” minik markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyatsızlıqdan vurduğunu bildirmişdir. O, evdən çıxaraq dərhal hadisə yerinə getmişdir. Oradan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə xəstəxanasına X20 ilə getmişdir. Orada anası və oğlunun səhhəti ilə maraqlandıqda hər ikisinin vəziyyətinin ağır olduğu bildirilmişdir. Oğlu bir neçə gün stosianar müalicə aldıqdan sonra evə buraxılmışdır. Anası isə 02 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə xəstəxanasında qaldıqdan sonra dünyasını dəyişmişdir. Anasının dünyasını dəyişməsi ilə bağlı sürücü Təqsirləndirilən şəxs nə o, nə də ki, ailə üzvləri şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə üzü Zığ şossesi istiqamətinə Nargilə dairəsindən şəxsi avtomobili ilə hərəkətdə olarkən yolun sol hissəsində ağ rəngli “BMW X-5” minik markalı avtomobilin dayanmasını və onun arxasınca gələn avtomobillərin saxladığını gördükdə avtomobilini yolun kənarına çəkərək hadisə yerinə yaxınlaşdıqda asfalt-betonun üzərində qadının uzanmasını görmüşdür. Ətrafda olan şəxslərdən qadının tək olub-olmadığını soruşduqda orada olan tanımadığı şəxslər qadının azyaşlı uşaq ilə birlikdə olmasını bildirmişlər. Təxminən 5-6 metr aralıda az yaşlı uşağın yerdə uzanmasını və onun baş nahiyəsindən qan gəldiyini görmüşdür. Hadisə yerində sürücünün kim olmasını soruşduqda bir nəfər şəxs ona yaxılaşaraq ağ rəngli “BMW X-5” minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onun yanında dərhal X20a məlumat vermişdir. Azyaşlı uşağı tanımadığı şəxs öz şəxsi avtomobilinə qoyaraq xəstəxanaya aparmışdır. X20 gəldikdən sonra həmin qadını avtomobilə qoyarkən onlardan həmin xəstəni hara aparmalarını soruşduqda ona 3 saylı Sabunçu xəstəxanasına aparacaqlarını bildirmişlər. Sürücü Təqsirləndirilən şəxs həmin şəxs ilə birlikdə xəstəxanaya getmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ağ rəngli “BMW X-5” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ kapot hissəsində zədə izləri aşkar edilmişdir. Nəqliyyat vasitəsinə baxış zamanı fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 14 may 2023cü il tarixli 2/12277 saylı protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 06 iyul 2023-cü il tarixli 8/1832 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “BMW X-5” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 51/2023 saylı rəyindən görünür ki, X13 huşun koma İ tipli pozulması ilə müşayiət olunan başbeynin ağır dərəcəli əzilməsi, sağ təpə, sol və sağ gicgah bazal nahiyyədə kontuziyalar, sağ çənə sümüyünün xətti sınığı, sağ qaşüstü, sol çənə, sol qulaqarxası nahiyyədə kəsilmiş yaralar, üzün sol hissəsində sıyrıqlar müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2023-cü il tarixli 81 saylı rəyindən görünür ki, X1 başın küt travması, sağ gicgah nahiyəsinə beyindaxili qansızına, çoxsaylı kontuziya ocaqları müəyyən edilmişdir. Xəsarətlər həyati olub bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X2 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyinin kəskin ödemi fonunda ağciyər-ürək çatışmamazlığı olmuşdur, ölüm xx.xx.2023-cu il tarixdə saat 10:45-da Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AC 363046 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, “BMW X-5” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün mülkiyyətçisi Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətin və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X7 anası X12 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətin və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla, hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X15 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş “BMV X5” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X15 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X15 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs verilmiş “BMV X5” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-66/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-66/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver