Məhkəmə qərarları › İş №1(011)-66/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-66/2025

24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-66/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı– Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 7 yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək guya X3 Dubay şəhərindən ucuz qiymətə “iphone 15 Pro max” markalı mobil telefonların alınıb ölkəyə gətirilməklə satışını təşkil edib gəlir əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 01 fevral 2024-cü il tarixdə saat 12:08-də ünvan 2 ünvanın qarşısında "xxxx" mobil tətbiqi vasitəsi ilə onun bacısı Şahid adına olan "xxxx" ASC-nin 4127 2141 2135 6908 nömrəli hesab kartına Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş 6,000 manat və həmin tarixdə saat 12:09-da həmin ünvandan həmin kart hesabına köçürülmüş 4.880 manat, cəmi 10.880 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 10.880 (on min səkkiz yüz səksən) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4anında ailəsi ilə birlikdə yaşayar. Əvvəllər məhkum olunmamışdır. Vətən müharibəsi iştirakçısıdır. Himayəsində 2 azyaşlı övladı vardır. X2 və X1 mənim övladlarıdır. Bir neçə ildir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “28 May” stansiyası yaxınlığında müxtəlif telefon alqı-satqı mağazalarında satıcı kimi fəaliyyət göstərmişdir. Orxanı da bir neçə il qabaq müştəri kimi tanımış və normal münasibətləri olmuşdur. Orxan əvvəllər işlədiyi telefon mağazalarından bir neçə dəfə mobil telefon almış bu minvalla da aralarında münasibət formalaşmışdır. Sonuncu dəfə 23 yanvar 2024-cü il tarixdə telefon vasitəsi ilə əlaqə saxlayaraq həyat yoldaşı üçün mobil telefon almaq istədiyini bildirmişdir. Orxana telefon almaqda köməklik edəcəyini demişdir. Bundan sonra Orxanın yoldaşı üçün mobil telefon almaqda köməklik göstərmişdir. Həmin tarixdə Orxanla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “28 May” stansiyası yaxınlığında görüşmüşdür. Danışıq əsnasında Orxana Bakı şəhərinə 5 ədəd mobil telefon gətirib sataraq xeyir əldə edə biləcəyini bildirmişdir. Lakin həmin mobil telefonların gəlirilməsi üçün hazırda əlində kifayət edəcək qədər pulu olmadığını demişdir. Bundan soma Orxana əgər həmin mobil telefonların pulunu verəcəyi təqdirdə, mobil telefonları satıb birlikdə gəlir əldə edə biləcəyini təklif etmişdir. Bundan sonra Orxan mobil telefonların markasını və qiymətini soruşmuş, mobil telefonların “iphone 15 Pro max” markalı olmasını və bir ədədinin qiymətini 2720 manat olmasını bildirmişdir. Bundan sonra Orxan mobil telefonların 4 ədədini almaq üçün imkanı olmasını bildirmişdir. Daha sonra Orxan ilə razılaşaraq 4 ədəd “iphone 15 Pro max” markalı mobil telefonun əldə olunub satılacağı və ümumilikdə 10880 manat məbləğində pulun Orxan tərəfindən veriləcəyi barədə aralarında razılıq əldə olunmuşdur. Bundan sonra isə Orxana həmin mobil telefonları xaricdən gətirib sataraq xx.xx.2024-cü il tarixdə ona mobil telefonların satışından qazanc, yəni 620 manat məbləğində pul verəcəyi barədə vəd vermişdir. xx.xx.2024-cö il tarixdə Orxana “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyi “Beynəlxalq Banka” məxsus bacısı Şahid məxsus olmaqla istifadəsində olan 4127 - 2141-2135-6908 saylı bank kartına ilk öncə 6.000 manat, daha sonra isə 4880 manat pul məbləğlərini mobil tətbiq vasitəsi ilə göndərmişdir. Həmin ərəfədə şəxsi ehtiyacları üçün xərcləri çox olmuş və ayrı-ayrı şəxslərə borcları mövcud olmuşdur. Bu səbəblə də Orxanın göndərdiyi pulları mobil telefonların alışı üçün deyil deyil borclarının ödənməsi istiqamətində istifadə etmişdir. Hazırda vurulan zərərin 4609 (dört min altı yüz doqquz) manatını ödəmişdir. Törətdiyi əmələ görə səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmiş və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs 4 il müddətdir ki, tanıyır. Yaqub Bakı şəhəri, Nəsimi rayonunda yerləşən metronun “28 May” stansiyası yaxınlığında mobil telefonların satışı ilə bağlı mağazada işləyir. Yaqubdan əvvəllər mütəmadi olaraq mobil telefon almışdır. Buna görə də aralarında münasibət yaranmışdır. xx.xx.2024-cü il tarixdə Yaqub ilə görüşüb həyat yoldaşı üçün yeni mobil telefon almaq barədə söhbətləşmişdir. Bu zaman Yaqub X3 Dubay şəhərindən 5 ədəd mobil telefon gətirib sataraq xeyir əldə etmək barədə təklif etmişdir. Lakin həmin mobil telefonların gətirilməsi üçün əlində kifayət edəcək qədər pulu olmadığım bildirmişdir. Bundan sonra Yaqub əgər həmin mobil telefonların pulu tərəfindən verilsə, mobil telefonları satıb birlikdə gəlir əldə edəcəyini bildirmişdir. Bundan sonra mobil telefonların markasını və qiymətini Yaqubdan soruşmuşdur. Yaqub mobil telefonların “iphone 15 Pro max” markalı olmasını və bir ədədinin qiymətini 2720 manat olmasını bildirmişdir. Yaqubu uzun müddət olaraq tanıması səbəbindən inanmışdır. Yaquba təklif etdiyi mobil telefonları 5 sayda deyil 4 ədədini almaq üçün imkanı olmasını bildirmişdir. Yaqubda razılaşaraq X3 Dubay şəhərindən 4 ədəd “İphone 15 Pro max” markalı mobil telefon gətiriləcəyi və ümumilikdə 10880 manat məbləğində Yaquba pul verəcəyi barədə aralarında razılıq əldə olunmuşdur. Bundan sonra isə Yaqub həmin mobil telefonları gətirib salaraq xx.xx.2024-cü il tarixdə mobil telefonların satışından qazanc, yəni 620 manat məbləğində pul verəcəyini bildirmişdir. Bu minvalla, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri. Xətai rayonu. Sabit Orucov 1 ünvanın qarşısında idarə etdiyi avtomobilin içərisində olan zaman Yaqubun “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyi “Beynəlxalq Banka” məxsus 4127 -2141- 2135-6908 saylı bank kartına saat 12;08-də 6.000 manat, saat 12:09-da isə 4880 manat pul məbləğini "xxxx"-yə məxsus mobil tətbiq vasitəsi ilə göndərmişdir. Bundan sonra Yaqub ilə dəfələrlə əlaqə saxlasa da zənglərinə cavab verməməyə başlamışdır. Bundan sonra Yaqubun aldatmasını başa düşüb ondan pulunu geri istəməyə tələb etsə də o pullarını geri qaytarmaqdan boyun qaçırmışdır. Hazırda Təqsirləndirilən şəxs vurulan ümumi 10880 manatın 4609 manat hissəsini ödəmiş, 6271 (altı min iki yüz yetmiş bir) manat məbləği isə ödənilməmişdir. Mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Yaqub ilə eyni ev ünvanında yaşayır. 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikası “Beynəlxalq Banka” müraciət edərək özünə bank kartı sifariş etmiş və həmin bank karlı özü istifadə etməsi üçün əldə etmişdir. Bank kartının nömrəsi 4127 2141 2135 6908 olmuşdur. 2024-cü ilin fevral ayının əvvəlində qardaşı Təqsirləndirilən şəxs evdə olarkən özünə məxsus bank kartını bir günlük lazım olduğunu bildirərək həmin müddətdə kartı verməsini xahiş etmişdir. Yaqub bank kartına işi ilə bağlı olaraq pul köçürüləcəyini, həmin pulu kartdan çıxartdıqdan sonra kartı geri qaytaracağını bildirmişdir. Sonuncuya etiraz etmədən qardaşı olduğu üçün kartın kodunu da təqdim etməklə vermişdir. Həmin günü axşamda Yaqub evdə olarkən kartım geri qaytarmışdır. Yaqubun kartdan hansı məqsədlə istifadə etməsi ona məlum olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 11 mart 2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və başlanmış ********* nömrəli cinayət işi ibtidai araşdrımanın aparılması üçün Xətai RPİ-nin İŞ-ə göndərilmişdir; (i.v. 1) - 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Xətai RPİ-nə gətirilməsi qərara alınmışdır. (i.v. 42) - 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 150-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və eyni tarixli digər qərarla həmin tarixdə cinayət işinin icraatı CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandınlmışdır.( iş vər: 43-46) -26 aprel 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 37-cü PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində saxlanılmış və istintaqa təhvil verilmişdir. Həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir.( İş vər: 51-54) -27 aprel 2024-cü tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ııin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir.( iş vər: 80-81) -27 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən vəsatət təmin edilərək Xətai rayon məhkəməsinə təqdimat göndərilmiş, həmin tarixdə Xətai Rayon məhkəməsinin hakimi X9’ qızı tərəfindən vəsatət və təqdimat təmin edilməyərək Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 2 ay 10 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.( iş vər; 97-109) -16 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 151-ci maddəsinə əsasən axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.(iş vər: 146-149) -09 oktyabr 2024-cü i! tarixdə RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış və istintaqa təhvil verilmişdir. Həmin tarixdə cinayət işinin icraatı təzələnmişdir.( iş vər: 155-156) -11 oktyabr 2024-cü tarixdə təqsirləndirilən şəxs tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğuna görə ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi üçün Xətai rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən vəsatət təmin edilərək Xətai rayon məhkəməsinə təqdimat göndərilmiş, həmin tarixdə Xətai Rayon məhkəməsi tərəfindən vəsatət və təqdimat təmin edilməmişdir.(iş var: 164-175) -Cinayət işində olan “diskə baxış keçirilməsi haqqında” protokolun məzmunundan görünür ki, CD-R formatlı diskə baxış keçirilmiş, diskin içərisində olan faylardakı səsyazılarından Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sonuncudan əldə etdiyi pul məbləğlərini geri qaytarması ilə bağlı danışıqlarının olması əks olunması təsdiqini tapmışdır.(iş vər: 96) -Cinayət işində olan 01 ədəd CD-R formatlı disk maddi sübut kimi cinayət işinə əlavə edilmişdir.(iş vər: 13) -Cinayət işində olan “götürmə və sənədə baxış keçirilməsi haqqında” protokolun məzmunundan görünür ki, "xxxx" ASC tərəfindən təqdim olunmuş 02 ədəd A4 formatlı kağız üzərində olan sənədlərə baxış keçirilən zaman bank hesabına xx.xx.2024-cü il tarixdə 4,880 manat, həmin tarixdə 6.000 manat olmaqla ümumilikdə 10.880 manat pulların köçürülməsi aşkar olunmuşdur. Cinayət işində olan 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş bank əməliyyatlarına dair çıxarış maddi sübut kimi cinayət işinə əlavə edilmişdir.(iş vər: 124-125) -Cinayət işində olan qəbzdən görünür ki, 01 fevral 2024-cü il tarixdə saat 12:08-də "xxxx"-yə məxsus mobil tətbiq vasitəsi ilə Şahid adma olan “ABB ” bank kartına 6.000 manat pul köçürülmüşdür. -Cinayət işində olan qəbzdən görünür ki, 01 fevral 2024-cü il tarixdə saat 12:09-də "xxxx"-yə məxsus mobil tətbiq vasitəsi ilə Şahid adına olan “ABB ” bank kartına 4.880 manat pul köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş 02 ədəd qəbzin surəti maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir.(iş vər: 11-12) İş üzrə təyin olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1757 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda "Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi ” müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olmaqla, fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, emosional qeyri-sabithk, hövsələsizlik və s. kimi xüsusiyyətlər müəyyən edilir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırılır; Yoxlanılan Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədən anda ‘‘Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi ” müəyyən edilir. Yoxlanılan Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət dəyişikliyi o dərəcədə ifadə olunmamışdır ki, o, qeyd olunan cinayət törədilən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Y. E. Allahverdiyev qeyd olunan cinayət törədilən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, qeyd olunan cinayət əməlini törədilən anda öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, emosional qeyri-sabitlik, hövsələsızlik və s. kimi xüsusiyyətlə müəyyən edilir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamışdır, kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən şəxsiyyət dəyişikliyi o dərəcədə ifadə olunmamışdır ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Y. E. Allahverdiyev göstərilən cinayəti törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Y. E. Allahverdiyev ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxsndu hal- hazırda “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi ” müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. (i.v. 137-140) -Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Rəsulzadə qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır.(i.v. 112) -Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı iki övladı var. (i.v. 113- 114) -Azərbaycan Respublikası medalının N-İ 6157 saylı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.(i.v. 115) -Azərbaycan Respublikası medalının N-İ 1045 saylı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.(i.v. 116) -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə üzrə xx.xx.2020-ci il tarixli “Fəxri fərman”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə təltif olunmuşdur.(i.v. 118) -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, gizir Təqsirləndirilən şəxs Xocavənd rayonunun ərazisində gedən döyüşlər zamanı “sağ çiyin qurşağının, bel nahiyyəsinin yumşaq toxumalarının əziyi” diaqnozlu xəsarət almışdır. (i.v. 119-120) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 mart 2024-cü il tarixli tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. 40) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxs, şahidin ifadəsi və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərin bir qismini ödəməsi, Vətən Müharibəsi veteranı olması və himayəsində azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılan anadək ev dustaqlığında olduğu 06 (altı) ay 06 (altı) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 06 (altı) ay 06 (altı) gün ev dustaqlığında saxlama müddəti 01 (bir) il 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 7 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməlidir. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk və 02 ədəd qəbzin surəti cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərin ödənilməmiş hissəsinin əvəzi olaraq 6271 (altı min iki yüz yetmiş bir) manat məbləğində pul tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saat iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ev dustaqlığında saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 06 (altı) ay 06 (altı) gün ev dustaqlığında saxlama müddəti 01 (bir) il 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 6271 (altı min iki yüz yetmiş bir) manat məbləğində pul tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk və 02 ədəd qəbzin surəti cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar