Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-67/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan və ünvan 2 28 mənzil 16 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində şifahi razılıq əsasında aylıq 350 AZN ödəməklə kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus ünvan 3 mənzil 18 ünvanında mənzilin giriş qapısı ilə üzbəüz olan və sonuncunun ona istifadə üçün icazə vermədiyi yataq otağının qapısının kilidini fiziki güc tətbiq edib sındıraraq Zərərçəkmiş şəxs iradəsi ziddinə qanunsuz olaraq həmin otağa daxil olmuş və oradan 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan tərəvəzdoğrayanı, 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan yeni bıçaq dəstini, 01 ədəd 30 manat qiymətində Çin istehsalı olan qız uşaq kuklasını, 01 ədəd 30 manat qiymətində Misir istehsalı olan işlənmiş sulu qəlyanı, 01 ədəd 50 manat qiymətində Çin istehsalı olan qara rəngli kişi gödəkçəsini gizli olaraq talamış, həmçinin xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yenidən həmin yataq otağına qanunsuz daxil olub oradan 01 ədəd 150 manat qiymətində Türkiyə istehsalı olan təzə yataq dəstini, 01 ədəd 100 manat qiymətində Türkiyə istehsalı olan qara-qırmızı rəngli ipək yataq dəstini, 01 ədədinin qiyməti 25 manat olmaqla ümumilikdə 50 manat qiymətində Türkiyə istehsalı olan çəhrayı və göy rəngli 02 ədəd döşək üstünü, 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan “Barbi” yay adyalını, 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan çəhrayı rəngli bədən dəsmalını, 01 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat qiymətində Türkiyə istehsalı olan və 1-2 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş 02 ədəd uşaq paltarlarını, 01 ədədinin qiyməti 05 manat olmaqla ümumilikdə 40 manat qiymətində Çin istehsalı olan 08 ədəd müxtəlif yolka oyuncaqları, içərisində 12 ədəd bakal yerləşən 40 manat qiymətində Rusiya istehsalı olan 01 ədəd su bakalı dəstini, 01 ədədinin qiyməti 02 manat olmaqla ümumilikdə 40 manat qiymətində Çin istehsalı olan 20 ədəd qızılı rəngli qızıl gül şamlarını, 01 ədədinin qiyməti 05 manat olmaqla ümumilikdə 50 manat qiymətində Çin istehsalı olan 10 ədəd tovuz quşu suvenirləri, 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan işlənmiş qab-qacaq dəstini gizli olaraq talamış, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində yenidən həmin otağa qanunsuz daxil olub oradan 01 ədəd 1000 manat qiymətində Almaniya İstehsalı olan “Madonna servis” qab-qacaq dəstini, 01 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat qiymətində Türkiyə istehsalı olan 02 ədəd bağlamada təzə stolüstü dəstini, 01 ədəd 70 manat qiymətində Çin istehsalı olan əl tozsoranı, 01 ədəd 30 manat qiymətində Rusiya istehsalı olan mətbəx blenderini, 01 ədəd 30 manat qiymətində Türkiyə istehsalı olan bıçaq dəstini, 01 ədəd 50 manat qiymətində Rusiya istehsalı olan elektrik mətbəx kombaynı, 01 ədəd 10 manat qiymətində Çin istehsalı olan və içərisində ailə şəkilləri olan fotoalbom və 01 ədədinin qiyməti 01 manat olmaqla ümumilikdə 10 manat qiymətində 10 ədəd Çin istehsalı olan şəkil üçün nəzərdə tutulmuş çərçivələri, 01 ədəd 20 manat qiymətində Rusiya istehsalı olan xrustal qəndqabını, 01 ədəd 40 manat qiymətində Türkiyə istehsalı olan təzə tavanı, 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan çay servis dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək və mülki iddianı etiraf edərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayından Zərərçəkmiş şəxs məxsus ünvan 4 mənzil 18 ünvanında aylıq 350 manat kirayə haqqı verməklə yaşamışdır. Fərhad ona evin otaqlarını göstərmiş, bir-bir onu otaqlarla tanış etmiş, ona bir otaq istisna olmaqla evin bütün otaqlarından istifadə etmək hüququ vermişdir. Həmin otaq bağlı olmuş, içərisində Fərhadın şəxsi və məişət əşyaları olmuş və sonuncu həmin otaqdan istifadəni ona qadağan etmişdir. Təxminən 2020-ci ilin may ayına qədər o, aylıq 350 manat olmaqla kirayə pulunu Fərhada vermişdir. May ayında qızı işini itirmiş, o, da işləmədiyi üçün maddi sıxıntılarla üzləşmiş və kirayə haqqını ödəyə bilməyəcəklərini düşünüb evdən çıxmaq qərarına gəlmişlər. Qızı hər gün yeni iş axtarmaq üçün səhər tezdən çıxıb axşam evə gəlmiş, o, da evdə 3 yaşlı nəvəsinə baxmışdır. Maddi sıxıntılar ucbatından o, Fərhadın ona qadağan etdiyi otağa girib oradakı məişət əşyalarını satıb gəlir əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, təxminən 2020-ci ilin may ayının 31-də Fərhadın ona qadağan etdiyi otağın qapısını güc tətbiq edərək qapının kilidini sındırmış və əli ilə itələyib qapını açmışdır. Otağa daxil olub oraya baxış keçirmiş və bir çox məişət əşyalarının olduğunu görmüşdür. Həmin əşyalardan bir neçəsini sataraq pul əldə etməyi düşünmüşdür. Əşyalar çox olduğu üçün hamısını bir dəfəyə götürə bilməyəcəyini anlayıb hissə-hissə götürmək qərarına gəlmişdir. Səhəri gün, yəni iyun ayının 1-də təxminən saat 12 radələrində yenə həmin otağa daxil olmuş və oradan ev sahibindən xəbərsiz 1 ədəd təzə yataq dəstini, 1 ədəd qara-qırmızı rəngli ipək yataq dəstini, 1 ədəd tərəvəzdoğrayanı, 1 ədəd yeni bıçaq dəstini, 1 ədəd qız uşaq kuklasını, 1 ədəd işlənmiş sulu qəlyanı və 1 ədəd qara rəngli kişi gödəkçəsini götürmüş və həmin gün götürdüyü əşyaların bir qismini tanışları Vüsalə, Yuliya və Zəminəyə satmışdır. Belə ki, o, onları həmin gün müxtəlif vaxtlarda evə dəvət edib bir ədəd təzə yataq dəsti, 1 ədəd qaraqırmızı rəngli ipək yataq dəstini Vüsaləyə hər biri 10 manatdan ümumilikdə 20 manata, 1 ədəd qız uşaq kuklasını 5 manata Yuliyaya, 1 ədəd tərəvəzdoğrayan və 1 yeni bıçaq dəstini isə Zəminəyə hər biri 5 manatdan ümumilikdə 10 manata satmışdır. Onlara həmin tanışlarına əşyaların özünə məxsus olduğunu bildirmiş, onlar əşyaların oğurluq olmasından xəbərsiz olmuşlar. Səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində yenə həmin otağa daxil olub oradan 1 ədəd çəhrayı və göy rəngdə iki ədəd bağlamada döşək üstü, 1 ədəd “Barbi” yay adyalı, 1 ədəd çəhrayı rəngli bədən dəsmalı, 1- 2 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş uşaq paltarları, yolka oyuncaqları, 12 ədəd su bakalları, 01 ədəd qızılı rəngdə olan qızıl gül şamları, tovuz quşu suvenirləri, işlənmiş qablar, bıçaqlar, qaşıqlar, çömçə və rəndə kimi mətbəx əşyalarını götürüb səliqə ilə paketlədikdən sonra taksi sifariş etmiş, həmin əşyaları taksiyə yükləyib Sabunçu rayonu ərazisində yerləşən rus bazarına aparmış və həmin əşyaları tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Bu satışdan ümumilikdə 100 manat gəlir əldə etmişdir. xx xxxx 2020ci il tarixdə saat 11 radələrində yenə həmin otağa daxil olub oradan “Madonna servis” qabqacaq dəsti, 2 ədəd bağlamada təzə stolüstü dəsti, 01 ədəd əl tozsoranı, 01 ədəd mətbəx blenderi, 01 ədəd bıçaq dəsti, 01 ədəd elektrik mətbəx kombaynı, içərisində ailə şəkilləri olan fotoalbomlar və çərçivələr, 01 ədəd xrustal qəndqabı, 01 ədəd təzə tava, 01 ədəd çay servis dəstini götürüb yenə də taksi sifariş etmiş, həmin əşyaları taksiyə yükləyib Sabunçu rayonu ərazisində yerləşən rus bazarına aparmış və həmin əşyaları tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Bu satışdan isə ümumilikdə təxminən 150 manat gəlir əldə etmişdir. Oğurluq etdiyi vaxtlarda qızı Banuçiçək iş axtarmağa getdiyi üçün evdə olmadığından bu hadisədən xəbərsiz olmuşdur. Bu əşyaları götürməyi barədə qızının xəbəri olmamış, lakin onu polisə çağıranda qızı ondan polisə çağırılma səbəbini soruşanda o, hərşeyi qızına danışmış və bundan sonra qızının onun törətdiyi oğurluq cinayətindən xəbəri olmuşdur. O, həmin əşyaları tək götürmüşdür. İyun ayının ortalarında isə o, özünə məxsus əşyaları götürüb Fərhadın evini xəbərsiz tərk etmiş və atasının yaşadığı Hövsan qəsəbəsindəki evə getmişdir. Fərhad ona bir neçə dəfə zəng edərək kirayə haqqını istəmiş, lakin onun pulu olmadığı üçün Fərhada müxtəlif bəhanələrlə yalan danışmışdır. Daha sonra qızının ilk həyat yoldaşı, keçmiş kürəkəni Şəfi ilə əlaqə saxlayıb maddi cəhətdən çətin vəziyyətdə olduqlarını bildirmiş və ev sahibi Fərhadla görüşüb kirayə pulunu verməsini ondan xahiş etmişdir. Lakin Şəfi ona söz versə də Fərhadla görüşməmişdir. Daha sonra Fərhadın onu polisə şikayət etdiyini öyrənmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vuruduğu 2000 manat zərərdən 1200 manatı ödəmiş, qalan hissəni bir ay müddətinə ödəmək niyyətindədir. Zərərçəkmiş ondan şikayət yoxdur. Mülki iddianı tam etiraf edir və ondan 800 manat pulun zərərçəkmiş şəxsin xeyrinə tutulmasına etiraz etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 mənzil 18-də yerləşən mənzilini 2019-cu ilin təxminən noyabr aylarında Təqsirləndirilən şəxs aylıq 350 manat müqabilində kirayə vermişdir. Kəmaləyə mənzili təhvil verərkən Kəmalənin qızı Banu da onların yanında olmuşdur. Kəmalə qızı Banu və nəvəsi 3 yaşlı oğlan uşağı ilə burada yaşayacağını demişdir. O, mənzilin bütün otaqlarını Kəmaləyə və qızına göstərmiş, mənzildə bir otağın qapısının kilidini açarla bağlamışdır. Həmin otaq mənzilin giriş qapısı ilə üzbəüz yerləşən yataq otağı olmuş, oraya müxtəlif məişət əşyalarını yığıb qapısınını kilidini açar ilə bağlamışdır. O, mənzili Kəmaləyə göstərərkən sonuncuya həmin otaqdan istifadə etməməsini və həmin otağa heç kimi buraxmamasını, orada öz əşyalarını yığdığını demiş, həmin otağın açarını Kəmaləyə verməmişdir. Kəmalə aylıq kirayə haqqını bir neçə dəfə gecikdirsə də, ödəmiş və may ayına kimi aylıq 350 manat olmaqla hər ay kirayə haqqını Kəmalədən ala bilmişdir. 2020-ci ilin may ayının 27-də o, Kəmaləyə zəng edərək kirayə haqqını verməsini xahiş etmiş, Kəmalə telefonda hazırda Goranboy rayonunda olduğunu, oğlu Goranboyda əsgərlikdə olduğu üçün oğlunu ziyarətə getdiyini, bir neçə gün Goranboyda qalacağını, qayıdan kimi də onunla görüşüb pulunu verəcəyini bildirmiş, Kəmalə ilə razılaşmışdır. Təxminən bir neçə gün sonra Kəmaləyə yenə zəng etmiş, Kəmalə telefonda atasının ağır xəstə olduğunu və Hövsan qəsəbəsində atasının yanında qalıb atasına baxdığını, hazırda xəstəyə baxdığı üçün başının qarışıq olduğunu və bir neçə günə kirayə yaşadığı evə gəlib onunla görüşəcəyini bildirmişdir. Bir neçə gün sonra yenidən Kəmaləyə zəng etsə də o, telefon zənginə cavab verməmiş və təxminən iyun ayının 10-a qədər bu belə davam etmişdir. Narahatçılıq keçirdiyi üçün iyun ayının 10-da təxminən saat 21 radələrində Kəmaləyə kirayə verdiyi ünvan 3 mənzil 18 ünvanına gəlmişdir. Evdə heç kəs olmamış, işıqlar sönmüş vəziyyətdə olmuş, oradan ayrılmışdır. Daha sonra yenə Kəmalənin telefonuna zəng etmiş, Kəmalə yenə onun telefonlarını götürməmişdir. İyun ayının 15-də özünü ona Kəmalənin kürəkəni Şəfi kimi təqdim edən şəxs ona istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng etmiş, Kəmalənin başının hal-hazırda qarışıq olduğunu, bir neçə günə gəlib evi ona özü təhvil verəcəyini demiş, Şəfiyə evi Kəmaləyə təhvil verdiyi üçün Kəmalədən də geri almaq istədiyini demişdir. İyun ayının 19-da axşam saat 22 radələrində yoldaşı Sona xanımla birlikdə kirayə verdikləri Kəmalənin yaşadığı evə getmiş, evdə yenə heç kəs olmamışdır. Evin açarının bir nüsxəsi onda olduğu üçün evin qapısını açmış və yoldaşı Sona ilə birlikdə mənzilə daxil olmuşdur. Yoldaşı Sona ilə mənzilə baxış keçirməyə başlamış, mənzilin giriş qapısı ilə üzbəüz olan yataq otağının qapısına yaxınlaşanda qapının kilidinin sındırıldığını, otağa daxil olanda bəzi əşyaların otaqda olmadığını görmüşlər. Belə ki, yoldaşı ilə o həmin otağa baxış keçirərkən orada 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan tərəvəzdoğrayan, 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan yeni bıçaq dəsti, 01 ədəd 30 manat qiymətində Çin istehsalı olan qız uşaq kuklası, 01 ədəd 30 manat qiymətində Misir istehsalı olan işlənmiş sulu qəlyan, 01 ədəd 50 manat qiymətində Çin istehsalı olan qara rəngli kişi gödəkçəsi, 01 ədəd 150 manat qiymətində Türkiyə istehsalı olan təzə yataq dəsti, 01 ədəd 100 manat qiymətində Türkiyə istehsalı olan qara-qırmızı rəngli ipək yataq dəsti, 01 ədədinin qiyməti 25 manat olmaqla ümumilikdə 50 manat qiymətində Türkiyə istehsalı olan çəhrayı və göy rəngli 02 ədəd döşək üstü, 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan “Barbi” yay adyalı, 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan çəhrayı rəngli bədən dəsmalı, 01 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat qiymətində Türkiyə istehsalı olan və 1-2 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmuş 02 ədəd uşaq paltarları, 01 ədədinin qiyməti 05 manat olmaqla ümumilikdə 40 manat qiymətində Çin istehsalı olan 08 ədəd müxtəlif yolka oyuncaqları, içərisində 12 ədəd bakal yerləşən 40 manat qiymətində Rusiya istehsalı olan 01 ədəd su bakalı dəsti, 01 ədədinin qiyməti 02 manat olmaqla ümumilikdə 40 manat qiymətində Çin istehsalı olan 20 ədəd qızılı rəngli qızıl gül şamları, 01 ədədinin qiyməti 05 manat olmaqla ümumilikdə 50 manat qiymətində Çin istehsalı olan 10 ədəd tovuz quşu suvenirləri, 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan işlənmiş qab-qacaq dəsti, 01 ədəd 1000 manat qiymətində Almaniya İstehsalı olan “Madonna servis” qab-qacaq dəsti, 01 ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat qiymətində Türkiyə istehsalı olan 02 ədəd bağlamada təzə stolüstü dəsti, 01 ədəd 70 manat qiymətində Çin istehsalı olan əl tozsoranı, 01 ədəd 30 manat qiymətində Rusiya istehsalı olan mətbəx blenderi, 01 ədəd 30 manat qiymətində Türkiyə istehsalı olan bıçaq dəsti, 01 ədəd 50 manat qiymətində Rusiya istehsalı olan elektrik mətbəx kombaynı, 01 ədəd 10 manat qiymətində Çin istehsalı olan və içərisində ailə şəkilləri olan fotoalbom və 01 ədədinin qiyməti 01 manat olmaqla ümumilikdə 10 manat qiymətində 10 ədəd Çin istehsalı olan şəkil üçün nəzərdə tutulmuş çərçivələr, 01 ədəd 20 manat qiymətində Rusiya istehsalı olan xrustal qəndqabı, 01 ədəd 40 manat qiymətində Türkiyə istehsalı olan təzə tava, 01 ədəd 20 manat qiymətində Türkiyə istehsalı olan çay servis dəsti əşyalarının yerində olmadığını görmüşlər. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edərək evindən oğurluq olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları evə gəlmişlər. Hadisə yerinə baxış keçirmişlər. O da həmin gün şikayət ərizəsi ilə 35-ci polis bölməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş 2000 manat zərərdən 1200 manat ödəmiş, qalan hissə ödənilməmişdir. Mülki iddiasını müdafiə edir və təqsirləndirilən şəxs və mülki cavabdehdən 800 manat pulun xeyrinə tutulmasını xahiş edir. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. 2019-cu ilin noyabr ayından Zərərçəkmiş şəxs məxsus ünvan 4 mənzil 18 ünvanında aylıq 350 manat müqabilində kirayə yaşamaq üçün razılaşmışlar. X3 azı 1 il bu evdə onunla və 3 yaşlı nəvəsi Sübhanla birlikdə yaşacağını demişdir. Fərhad anası və ona evin otaqlarını göstərmiş və bir-bir onları otaqlarla tanış etmişdir. Fərhad onlara evin bütün otaqlarından istifadə etmək hüququ vermişdir. Lakin bir otaq olmuşdur ki, Fərhad həmin otağın bağlı olduğunu, içərisində şəxsi və məişət əşyalarının olduğunu və həmin otaqdan istifadəni ona və anası Kəmaləyə qadağan etmişdir. Daha sonra anası Fərhadın aylıq 350 manat kirayə pulunu vermiş, anası, o və oğlu 3 yaşlı Sübhan ilə həmin evdə yaşamağa başlamışlar. Təxminən 2020-ci ilin may ayına qədər oyuncaq dükanında satıcı kimi işlədiyi üçün aylıq 350 manat olmaqla tam şəkildə kirayə pulunu Fərhada verə bilmişdir. Lakin 2020-ci ilin may ayında işini itirmiş və yeni iş axtarmağa başlamışdır. Bu məqsədlə hərgün səhər tezdən saat 9-dan axşam saat 9-a qədər bir çox mağazalara satıcı kimi işləmək üçün müraciət etmişdir. Təxminən 15 gün ərzində hər səhər evdən çıxıb iş axtarmağa başlamışdır. Daha sonra Günəşli ərazisində özünə dükanda satıcı kimi iş tapmışdır. İyun ayının ortalarında isə anası ilə birlikdə kirayə haqqını verə bilmədikləri üçün evi tərk edib Hövsanda babasıgildə yaşamağa başlamışlar. İyun ayının sonlarına yaxın isə Fərhadın anası Kəmaləni evindən oğurluq olması barədə polisə şikayət etdiyini öyrənmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır (i.v. 01); xx.xx.2020-ci il tarixli raportdan görünür ki, ünvan 5 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs tərəfindən məişət əşyalarının oğurlanması barədə vətəndaş Zərərçəkmiş şəxs DİN 102 xidmətinə məlumatı daxil olmuşdur (i.v. 07); Zərərçəkmiş şəxs Xətai RPİ-nin 35-ci PB-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdən qeydiyyatda olduğu ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs evdə ona məxsus olan əşyaları götürərək evi tərk etməsini aşkar etmiş, bu barədə qanuni tədbir görülməsini, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (i.v. 08); Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayonu ünvan 5 ünvanında oğurluq olması ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 11); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 19); ittiham elan etmək üçün şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır (i.v. 36-37); axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə, saat 16:30 radələrində Xətai rayonu G.Şıxlinski 57 ünvanında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş və aidiyyatı üzrə Xətai RPİ-nin İŞ-nə təhvl verilmişdir (i.v. 41); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittaham elan edilmişdir (i.v. 51); təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 62); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% tutulmaqla 2 (iki) il müddətinə islah işləri və 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuş, cəriməni tam ödədiyindən və islah işləri cəzasını çəkdiyindən xx.xx.2018-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır (i.v. 67-68); qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə 500 manat, xx xxxxxx 2020-ci il tarixdə 300 manat ödəniş etmişdir (i.v. 69,70,73,74); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-287/2016 saylı, xx xxxx 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar tam toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası və 2500 (iki min beş yez) manat cərimə cəzası təyin olunmuşdur (i.v. 76-78); ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu ünvan 5 ünvanında oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 101-103); sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə yeni ittiham elan edilmiş, barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, hadisə yerlərinə baxış keçirilməsi haqqında protokollar, ifadənin yerində yoxlanılması haqqında protokol cinayət işi üzrə sübut növü kimi qiymətləndirimişdir (i.v. 107-115); təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş yeni ittiham elan edilmişdir (i.v. 117-119); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14), nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutulub saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 28 mənzil 16 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək 800 manat pulun Təqsirləndirilən şəxs xeyrinə tutulmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması, bunun nəticəsində zərərçəkmiş şəxsə 2000 manat ziyan vurulması, ziyanın 1200 manat hissəsinin ödənilməsi, 800 manatının ödənilməməsi təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən təmin edilməli, Təqsirləndirilən şəxs 800 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 179, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulub saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 28 mənzil 16 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 800 (səkkiz yüz) manat pul Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-67/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-67/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver